16.1. İpoteka müqaviləsinin notariat qaydasında təsdiq edilməsi, ipotekanın dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına alınması üçün qanunla nəzərdə tutulmuş qaydada və miqdarda dövlət rüsumu ödənilir.
16.2. İpoteka qoyanla ipoteka saxlayan arasındakı müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ipotekanın dövlət qeydiyyatına görə rüsumun ödənilməsi ipoteka qoyanın üzərinə düşür.
16.3. Bu Qanunun 14.1.2-ci və 14.1.5-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ipotekanın əlavə dövlət qeydiyyatına görə rüsumu ipoteka qoyan ödəyir, bu şərtlə ki, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmasın. Bu Qanunun 14.1.5-ci maddəsində nəzərdə tutulmuş halda dövlət rüsumu üstünlük hüququnun keçdiyi ipoteka saxlayan tərəfindən ödənilir.
16.4. İpotekaya xitam verilməsi hallarında, daşınmaz əmlak üzərində hüquqların yüklülüyünün ləğv edilməsinə görə rüsum ipoteka qoyan tərəfindən ödənilir.