19.1. İpoteka kağızının dövlət qeydiyyatı qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
19.1-1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.
19.2. İpoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alınır.