26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır:
26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq;
26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək;
26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək;
26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək;
26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq;
26.1.6. ipoteka hüququnu girov qoymaq;
26.1.7. bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək.
26.2. İpoteka müqaviləsinin şərtlərinə uyğun olaraq ipoteka predmeti ipoteka saxlayanın sahibliyinə və (və ya) istifadəsinə verildikdə ipoteka qoyanın müvafiq vəzifələri ona keçir.
26.3. İpoteka saxlayan bu Qanunun 30.6-cı və 38.2-ci maddələrində nəzərdə tutulmuş hallarda notariusa təqdim etmək üçün ipoteka qoyana əsas öhdəliyin həcmi barədə arayış verir.