Qanunvericilik › İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 32

Maddə 32. İpoteka predmetinin məcburi alınmasının nəticələri

İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

32.1. İpoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər.

32.2. İpoteka predmeti olan əşya cinayət törədilməsinə və ya başqa hüquq pozuntusuna görə məhkəmə qaydasında müsadirə edildikdə ipotekaya xitam verilir. Bu halda ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər.

32.3. İpoteka predmeti olan əşya əslində onun mülkiyyətçisinin başqa şəxs olmasına görə qanunla müəyyən edilmiş qaydada ipoteka qoyandan alındıqda bu əşya barəsində ipotekaya xitam verilir. Bu halda ipoteka saxlayan məhkəmənin müvafiq qərarı qüvvəyə mindikdən sonra əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver