55.1. İpoteka predmeti olan torpaq sahəsini almış şəxs sahənin təyinatını yalnız torpaq qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qanunvericiliklə müəyyən olunmuş qaydada dəyişdirmək hüququna malikdir.
55.2. İpoteka predmeti olan torpaq sahəsi xarici şəxslərə satıla bilməz. İpoteka saxlayan xarici hüquqi şəxs, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmetini əldə etdikdə, ən geci bir il ərzində həmin torpaq sahəsini özgəninkiləşdirməlidir.
55.3. Kənd təsərrüfatı təyinatlı torpaqların açıq bazarda satışı zamanı kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslər, onların arasında isə qonşu torpaq sahələrinə sahib olan şəxslər həmin sahəni almaqda eyni alqı-satqı şərtlərini təklif etmiş şəxslər arasında üstün hüquqa malikdirlər.