Qanunvericilik › İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Sonrakı ipoteka

İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka).

9.2. İpoteka qoyan ipoteka predmetinə dair bu Qanunun 10.8-ci maddəsində nəzərdə tutulmuş bütün məlumatı hər bir sonrakı ipoteka saxlayana verməlidir.

9.3. Sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir.

9.4. Əvvəlki ipoteka saxlayanın hüququnun üstünlüyü, bu Qanunun 9.5-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş hal istisna olmaqla ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyən olunur.

9.5. İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında istənilən vaxt dəyişdirilə bilər. İpoteka saxlayanların sayı ikidən çox olduqda üstünlük hüququnun dəyişdirilməsi maraqlarına toxunan ipoteka saxlayanların razılığı ilə həyata keçirilir. İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi bu Qanunun 14-cü maddəsinə uyğun olaraq əlavə dövlət qeydiyyatına alınmalıdır.

9.6. İpoteka ipoteka kağızı ilə rəsmiləşdirildiyi halda, sonrakı ipotekaya yol verilmir.

9.7. Sonrakı ipoteka haqqında bu maddə ilə nəzərdə tutulmuş qaydaların pozulması ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək, tələb yerinə yetirilmədikdə isə tutmanı ipoteka predmetinə yönəltmək hüququ verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver