Qanunvericilik › “İpoteka istiqrazlarının və ipoteka örtüyünə daxil olan ipoteka kreditlərinin orta çəki metodu ilə ödəniş müddətlərinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 17.11.2015) › Tam mətn

“İpoteka istiqrazlarının və ipoteka örtüyünə daxil olan ipoteka kreditlərinin orta çəki metodu ilə ödəniş müddətlərinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 17.11.2015)

“İpoteka istiqrazlarının və ipoteka örtüyünə daxil olan ipoteka kreditlərinin orta çəki metodu ilə ödəniş müddətlərinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 17.11.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı

“İpoteka istiqrazlarının və ipoteka örtüyünə daxil olan ipoteka kreditlərinin orta çəki metodu ilə ödəniş müddətlərinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli Fərmanının 3-cü hissəsinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK)

1. “İpoteka istiqrazlarının və ipoteka örtüyünə daxil olan ipoteka kreditlərinin orta çəki metodu ilə ödəniş müddətlərinin hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinə (E.Allahverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1076-6.6-cı maddəsinə müvafiq olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar ipoteka istiqrazlarının və ipoteka örtüyünə daxil olan ipoteka kreditlərinin orta çəki metodu ilə ödəniş müddətlərinin hesablanması qaydalarını tənzimləyir.

2.1. İpoteka istiqrazlarının ödəniş müddətinin orta çəki metodu ilə hesablanması aşağıdakı düstur ilə həyata keçirilir:

OM – orta çəki metodu ilə ipoteka istiqrazlarının ödəniş müddəti;

n – buraxılışın məbləği üzrə hesablama tarixindən sonra ödənişlərin sayı;

i - buraxılışın məbləği üzrə hesablama tarixindən sonra növbəti ödənişin sayı;

P - buraxılışın məbləği üzrə hesablama tarixindən sonra ödənişlərin həcmi;

t – hesablama tarixindən istiqrazların ödənilməsi tarixinədək olan müddət (illərlə ifadə olunur).

2.2. İpoteka örtüyünə daxil olan ipoteka kreditlərinin orta çəki metodu ilə ödəniş müddəti həmin kreditlərin orta çəki metodu ilə hesablanmış ödəniş müddətlərinin cəmini təşkil edir.

2.3. İpoteka örtüyünə daxil olan ipoteka kreditlərinin ödəniş müddətinin orta çəki metodu ilə hesablanması aşağıdakı düstur ilə həyata keçirilir:

KOM - ipoteka kreditlərinin orta çəki metodu ilə ödəniş müddəti;

P – ipoteka kreditinin məbləği;

A – ipoteka örtüyünə daxil olan ipoteka kreditlərinin ödənilməmiş məbləği;

i - buraxılışın məbləği üzrə hesablama tarixindən sonra növbəti ödənişin sayı;

t – hesablama tarixindən istiqrazların ödənilməsi tarixinədək olan müddət (illərlə ifadə olunur).

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver