1. Bu metodika “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına əsasən hazırlanıb, ağır və zərərli, xüsusilə ağır və xüsusilə zərərli əmək şəraitinin qiymətləndirilməsi, bu əmək şəraitli iş yerlərində çalışan işçilərin tarif (vəzifə) maaşlarına minimum artım əmsalının müəyyən edilməsi məqsədi ilə tətbiq edilir.
2. Əmək şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”ndakı Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi əsasında doldurulmuş “ İş yerində əmək şəraitinin qiymətləndirilməsi cədvəl”i əsasında müəyyən olunur ( əlavə 1).
İstehsal mühiti amillərinin faktiki vəziyyətinin göstəriciləri toplanmanın buraxıla bilən həddindən (TBH) və ya səviyyəsinin buraxıla bilən həddindən (SBH) aşağı və ya ona bərabərdirsə o zaman iş yerində əmək şəraitinin qiymətləndirilməsi cədvəlində müvafiq amillərin qarşısında ( qr.4) xətt “— “ qoyulur.
3. İstehsalat mühiti amillərinin zərərliyi və işin ağırlığı dərəcələri bal üsulu ilə qüvvədə olan “Əməyin Gigiyenik Təsnifatı”nda göstərilən meyarlar üzrə təyin olunur.
İş yerində TBH və SBH artması əməyin mühafizəsi qaydalarının və normalarının pozulması hesab olunur, bu halda Dövlət Əmək Müfəttişlərinin və əməyin mühafizəsi üzrə əmək kollektivinin müvəkkil etdiyi şəxslərin, həmkarlar ittifaqları təşkilatlarının nümayəndələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətlərindən istifadəsi istisna edilmir.
İş yerlərində TBH-dən və SBH-dən artıq zərərli amillərin müasir texnikasının digər vasitələrin və metodların tətbiqi ilə aradan qaldırılması mümkün olduqda tarif (vəzifə) maaşlarına artım əmsalının müəyyən edilməsi yol verilməzdir.
İş yerlərində istehsalat amillərinin təhlükəli və zərərli parametrlərinin ölçülməsinin aparılması üçün lazımi texniki vasitələrin və normativ məlumat bazanın olmadığı hallarda aidiyyəti təşkilatların mütəxəssisləri iş yerlərinin attestasiyası işinə cəlb edilirlər.
4. Hər bir amil üzrə balların kəmiyyəti iş yerində Əmək şəraitinin qiymətləndirilməsi cədvəlində qeyd olunur. Bununla yanaşı mövcud amilin əmək şəraitinin vəziyyətinə təsirinin qiymətləndirilməsi üçün iş vaxtı (növbəsi) ərzində onun təsirinin müddəti nəzərə alınmalıdır.
5. Zərərlik amillərinin və işin ağırlığı dərəcələri üzrə təyin olunmuş ballar aşağıdakı düsturla təshih edilir:
Xdər.- iş yerində Əmək şəraitini qiymətləndirmə cədvəlində göstərilən Əməyin Gigiyenik Təsnifatının göstəriciləri üzrə müəyyən olunmuş zərərlik amilinin və işin ağırlıq dərəcəsi,
T- mövcud amilin təsir müddətinin iş vaxtı (növbəsi) müddətinə nisbəti, əgər bu amilin təsir müddəti iş vaxtı (növbəsinin) 90%-ndən artıq təşkil edirsə, onda T=l
Əmək şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi misalı əlavə 3-də göstərilir.
6. Müvafiq icra hakimiyyəti orqanları, habelə dövlət konsernləri, şirkətləri, assosiyasiyaları və müəssisələri, onun mülkiyyətçiləri və işə götürənləri, müvafiq həmkarlar ittifaqı təşkilatı ilə razılaşdırılmaqla bu metodikaya əlavə edilmiş 1-ci cədvəldə əmək şəraitinin qiymətləndirilməsi haqqında nəzərdə tutulmuş amillərə əlavə olaraq, mövcud müəssisədə yerinə yetirilən işlərin xüsusiyyətlərini daha dolğun nəzərə alan digər amilləri də daxil edə bilərlər.
7. Əmək şəraitinin faktiki vəziyyətindən asılı olan tarif (vəzifə) maaşlarına artım əmsalının minimum miqdarı aşağıda göstərilən şkala ilə təyin olunur.
Tarif (vəzifə) maaşlarına artım əmsalının minimum həcmi
Ağır və zərərli əmək şəraiti
Xüsusilə ağır və xüsusilə zərərli əmək şəraiti
8. Tarif (vəzifə) maaşına artım əmsalı konkret iş yeri üzrə təyin olunur və işçinin bu iş yerində yalnız faktiki iş vaxtı (növbəsi) olduğu müddət üçün tətbiq edilir.
9. Müəssisələr, təşkilatlar bu metodikaya əsasən iş yerlərinin attestasiyasının nəticələrini nəzərə alaraq, əmək şəraitinə görə işçilərə artım əmsalının miqdarmı göstərməklə, onların təyin oluna bilən konkret işlərin və iş yerlərin siyahısını işləyib hazırlayır. Ağır və zərərli, xüsusilə ağır və xüsusilə zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşların artım əmsalının miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı halda isə əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar İttifaqı təşkilatı arasında razılaşmaqla müəyyən edilir.
Büdcədən maliyyələşən müəssisə, idarə və təşkilatlarda əmək şəraiti ağır və zərərli, xüsusilə ağır və xüsusilə zərərli olan iş yerlərində tarif (vəzifə) maaşlarına artım əmsalı Azərbaycan Respublikası Maliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri ilə razılaşdırılmış və yuxarı təşkilat (nazirlik, dövlət komitəsi, baş idarə,) tərəfindən təsdiq edilmiş peşə və vəzifələrin Siyahısına əsasən müəyyən edilir.
10. İşəgötürənlər və həmkarlar ittifaqları təşkilatları əmək şəraitinin yaxşılaşdırılması tədbirlərini kollektiv müqaviləyə daxil edir və iş yerlərinin səmərələşdirilməsi üzrə keçirilmiş işlərin - əl işinin mexanikləşdirilməsi, onun şəraitinin və təşkilinin təkmilləşdirilməsi zamanı artım əmsalının azalması və bütövlüklə ləğv olunmasına imkan verən Əmək şəraiti Xəritələri hazırlanır.
Müəssisə.........................................................................................................................................
İstehsalat................................................ sex.................................................................................
Məntəqə................................................. peşə(vəzifə
Oxşar yerlərin miqdarı...............................................İşçilərin sayı....................................................
fəhlələr.........................................................
onlardan qadınlar.........................................
1.Zərərli kimyəvi maddələr,
mq/m.................................................................................................................................................
1-ci sinif təhlükəli............................................................................................................................
2-ci sinif təhlükəli.............................................................................................................................
3-cü sinif təhlükəli.....................................................................................................................
2. Toz,mq/m.........................................................................................................................................
3. Səs-küy,dBA....................................................................................................................................
4. Titrəmə,dB.........................................................................................................................................
5. İnfra-qırmızı şüalanma,VT\m......................................................................................................
6. tonlaşmamış şüalanma,
YT(yüksək tezükli,) VT\m..................................................................................................................
ÜYT (ultra yüksək tezl.)VT/m............................................................................................................
ƏYT (ən yüksək tezlikli)mk BT/m.....................................................................................................
7.İş yerində (binada) havanın temperaturu, S°.................................................................................
8.Əməyin ağırlığı.................................................................................................................................
və s................................................................................................................................................
İstehsalat mühitinin amillərinin cəmi (Xfakt)bal..............................................................................
Əmək şəraitinə görə tarif (vəzifə) maaşın artım əmsalın miqdarı,................................................
Cədvəlin icraçısının imzası.................................................................................................................
Sex, məntəqə rəisinin imzası...............................................................................................................
Doldurma tarixi....................................................................................................................................
--------------------------------------------------------------------------------------------------------------------------
TBH-toplanmanın buraxıla bilən həddi
SBH-səviyyənin buraxıla bilən həddi
Sahədə iş yerlərinin səmərələşdirilməsi nəticəsində əmək şəraiti yaxşılaşıb. Lakin, ayn-ayn iş yerlərində 3-cü sinif təhlükəyə malik olan aerozol maddəsinin miqdarı hələ də TBH-dən 5 dəfə artıqdır. Eyni zamanda, istehsalat səs-küyünün səviyyəsi 15 dBA olmaqla SBH-dən artıqdır. İş yerində havanın temperaturu 27 °S səviyyəsindədir. Aerozol miqdarının və havanın temperaturunun yüksək vəziyyətində fəhlələr 460 dəqiqə, yəni iş növbəsinin 96%-i müddəmində olurlar, iş vaxtının digər 4 %-i işçilər normal mikroiqlimli istirahət otaqlarında fasilədə olurlar. Səs-küyün SBH-dən çox vəziyyətində fəhlələr 360 dəqiqə, yəni iş növbəsinin 75% müddətində olurlar, digər vaxtda səs-küy yaradan cihazlar söndürülür.
İş yerlərində Əməyin Gigiyenik Təsnifatı və iş vaxtmı nəzərə alaraq istehsalat mühiti amilləri üzrə iş vaxtı (növbəsi) 480 dəqiqə müddətində yuxarıda göstərilmiş şəraitdə əmək şəraitinin faktiki vəziyyətini müəyyən edək
Əlavə ödənclərin konkret miqdarının müəyyən edilməsi üçün əmək şəraiti X fakt göstəricilərin cəmi üzrə qiymətləndirilir.
Bu şəraitdə metodikanın 7 bəndində göstərilmiş şkala üzrə, tarif (vəzifə) maaşına artım əmsalının minimum həcmi 1,12 təşkil edəcəkdir. Həmin şərtlərlə Xfakt. göstəricisi və əlavə ödəncin miqdarı ekspert-qiymətləndirilmə üsulu ilə hesablanılır.
1. 28 sentyabr 2023-cü il tarixli 3-17/3-5-31/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309283531, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2023-cü il) (2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-dək qüvvədədir.)