Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 10.7-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyası qərara alır:
1. “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının Hüquq şöbəsinə (S.Allahverdiyeva) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyasının 2022-ci il 22 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. Bu Qayda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasında islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi ilə bağlı məsələləri tənzimləyir.
1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. İslam dininə aid ayin və mərasimləri həyata keçirən din xadimi – islam dininə aid fəaliyyətlə peşəkar şəkildə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxsdir. İslam dininə aid ayin və mərasimləri həyata keçirən din xadimlərinin imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin və qadın dini ayinlərin icraçısı vəzifələri vardır.
1.2.2. İmam – islam dininə aid ibadət yerlərinin və ziyarətgahların idarə edilməsi, dindarların dini tələbatının ödənilməsi, dini ayin və mərasimlərə rəhbərlik edilməsi, moizələrin (xütbələrin) oxunması məqsədi ilə təyin olunmuş din xadimidir.
1.2.3. İmam müavini – islam dininə aid ibadət yerlərində və ziyarətgahlarda imamın fəaliyyəti zamanı ona kömək göstərmək, imam müxtəlif səbəblərdən öz fəaliyyətini icra edə bilmədiyi hallarda onu əvəz etməsi məqsədi ilə təyin olunmuş din xadimidir.
1.2.4. Dini ayinlərin icraçısı-müəzzin – imamın tapşırığına əsasən islam dininə aid ibadət yerlərində və ziyarətgahlarda azan oxuyan, imam və imam müavini müəyyən səbəblərdən vəzifəsini icra edə bilmədikdə onu əvəz edən din xadimidir. Dini ayinlərin icraçısı-müəzzin imamın tapşırığına əsasən dəfn və yas mərasimlərində dini ayinlərin icrasını həyata keçirir.
1.2.5. Qadın dini ayinlərin icraçısı – imamın tapşırığına əsasən islam dininə aid ibadət yerlərində və ziyarətgahlarda dini ayinlərin icrasını həyata keçirən şəxsdir. Qadın dini ayinlərin icraçısı imamın tapşırığına əsasən yas mərasimlərində dini ayinlərin icrasını həyata keçirir.
2.1. İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin edilməsi məqsədi ilə müsahibəni Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə) təşkil edir.
2.2. Komitə sədri vakant vəzifə yarandığı gündən bir ay müddətində həmin vakant vəzifənin tutulması üçün müsahibə keçirilməsi barədə qərar qəbul edir.
2.3. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Komitənin internet saytında və digər kütləvi informasiya vasitələrində verilir.
2.4. Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Komitənin internet saytında yerləşdirilir.
2.5. Müsahibə proqramı Komitə sədrinin əmri ilə təsdiq edilir və Komitənin internet saytında yerləşdirilir.
2.6. Müsahibə proqramı aşağıdakı sahələr üzrə formalaşır:
2.6.1. Azərbaycan Respublikası Konstitusiyası və dini etiqad azadlığı ilə bağlı normativ hüquqi aktları;
2.6.8. Dil bilikləri;
2.6.10. Azərbaycan tarixi;
2.6.11. Digər dinlər barədə məlumat;
2.6.12. Ümumi dünyagörüşü.
2.7. Müsahibədə iştirak üçün namizəd tərəfindən aşağıdakı sənədlər elektron qaydada və ya kağız daşıyıcıda Komitəyə təqdim edilir:
2.7.1. Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
2.7.2. Tərcümeyi-hal;
2.7.3. Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
2.7.4. Sağlamlıq haqqında arayış;
2.7.5. Narkoloji dispanserdən arayış;
2.7.6. Ruhi-əsəb dispanserindən arayış;
2.7.7. Məhkumluq barədə arayış;
2.7.8. Foto (3x4) (4 ədəd);
2.8. Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.
3.1. Müsahibə komissiyasını yeddi nəfərdən ibarət tərkibdə, Komitənin strukturuna daxil olmayan tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri daxil edilməklə, Komitə yaradır.
3.2. Aşağıdakı şəxslər müsahibə komissiyasının üzvü ola bilməzlər:
3.2.1. namizədlə yaxın qohumluq əlaqəsi olan şəxslər (əri (arvadı), valideynləri, qardaşları, bacıları, övladları);
3.2.2. bilavasitə və ya dolayı yolla müsahibənin nəticəsində maraqlı olan, obyektivliyi və qərəzsizliyi şübhə doğuran şəxslər;
3.2.3. ali təhsili olmayan şəxslər.
4.1. Müsahibənin keçirildiyi vaxt və yer barədə namizədlərə müsahibənin keçirilməsinə ən azı beş gün qalmış Komitənin internet saytı vasitəsilə məlumat verilir. Müsahibə elanda göstərilmiş vaxtda, Komitənin müəyyən etdiyi yerdə keçirilir.
4.2. Müsahibə keçirilən gün müsahibədə iştirak edəcək namizədlərin siyahısı və şəxsi işləri müsahibə başlanmazdan əvvəl müsahibə komissiyasına təqdim edilir.
4.3. Müsahibə namizədin vakant vəzifəyə uyğunluğunu müəyyən etmək üçün müsahibə komissiyasının ona suallar və namizədin həmin sualları cavablandırması, habelə namizədin dinlənilməsi, müsahibə komissiyası üzvlərinin müşahidə aparması və qısa izahlar verməsi yolu ilə həyata keçirilir.
4.4. Namizədə verilən suallar aydın olmadıqda, namizədin həmin sualları aydınlaşdırmaq hüququ vardır.
4.5. Namizədin bilik səviyyəsinin qiymətləndirilməsi əvvəlcədən elan edilmiş müsahibə proqramı əsasında həyata keçirilir. Bilik səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə namizədə müsahibə proqramından kənar sualların verilməsi yolverilməzdir.
4.6. Namizədlə müsahibə fərdi qaydada, Azərbaycan Respublikasının dövlət dilində aparılır.
4.7. Müsahibə komissiyasının üzvləri aşağıdakı tələblərə riayət etməlidirlər:
4.7.1. müsahibə aparılacaq yerə təyin edilmiş vaxtda gəlmək;
4.7.2. bu Qayda ilə və namizədin şəxsi işi ilə tanış olmaq, müsahibə proqramı üzrə hazırlıqlı olmaq;
4.7.3. müsahibənin keçirilməsi ilə bu Qaydanın tələblərinə riayət etmək;
4.7.4. müsahibənin aparılmasına mane olan texniki və digər vasitələrdən istifadə etməmək, o cümlədən rabitə vasitələrini müsahibə otaqlarına gətirməmək;
4.7.5. namizədin və digər komissiya üzvlərinin şəxsiyyətinə və fikirlərinə hörmətlə yanaşmaq, müsahibə zamanı nəzakətli, diqqətli və səbirli olmaq;
4.7.6. müsahibə zamanı müsahibə otağını üzrlü səbəb olmadan tərk etməmək;
4.7.7. namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələbləri ilə əlaqədar və müsahibə proqramına uyğun suallar vermək;
4.7.8. müsahibənin gedişi zamanı namizədə vakant vəzifəyə uyğun olub-olmaması barədə fikir bildirməmək;
4.7.9. müsahibənin aparılmasına mane olan digər hərəkətlərə yol verməmək.
4.8. Namizəd aşağıdakı tələblərə riayət etməlidir:
4.8.1. müsahibənin aparılacağı yerə təyin edilmiş vaxtda gəlmək;
4.8.2. müsahibə komissiyasının üzvlərinə hörmətlə yanaşmaq, onların suallarını sonadək dinləmək;
4.8.3. suallara mahiyyəti üzrə cavab verməyə çalışmaq;
4.8.4. üzrlü səbəb olmadan müsahibənin keçirildiyi otağı tərk etməmək;
4.8.5. rabitə və digər texniki vasitələri müsahibənin keçirildiyi otağa gətirməmək.
4.9. Namizəd müsahibənin aparılacağı yerə müəyyən edilmiş vaxtda gəlmədikdə, müsahibə komissiyasının üzvləri tərəfindən onun müsahibədə iştirak etməməsi barədə akt tərtib edilir.
4.10. Müsahibədə üzrlü səbəblər olmadan iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) onunla yeni müsahibənin keçirilməsinə yol verilmir.
4.11. Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin keçirilməsinə Komitənin qərarı əsasında yol verilir.
5.1. Müsahibə başa çatdıqdan sonra müsahibə ilə bağlı müsahibə komissiyasının üzvləri arasında namizədin iştirakı olmadan fikir mübadiləsi aparılır.
5.2. Namizədin verdiyi cavab müsahibə komissiyasının hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir və sonra müsahibə komissiyasının üzvlərinin verdiyi qiymətlər toplanılaraq, müsahibədə iştirak edən müsahibə komissiyasının üzvlərinin sayına bölünür.
5.3. Müsahibənin nəticəsinə görə ən çox 35 bal toplamaq mümkündür və ən azı 26 bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.
5.4. Müsahibənin yekunları nümunəsi bu Qaydanın əlavəsində göstərilən müsahibə komissiyasının iclasının protokolunda (1 nömrəli əlavə) əks etdirilir. Müsahibə zamanı verilən sualların və cavabların qısa məzmunu, müsahibə komissiyasının üzvlərinin qiymətləri və müsahibə komissiyasının qərarı protokolda qeyd edilməklə rəsmiləşdirilir. Protokol müsahibə komissiyasının iclasında iştirak edən bütün müsahibə komissiyasının üzvləri tərəfindən imzalanır.
5.5. Müsahibə komissiyası namizədin iddia etdiyi vakant vəzifəyə uyğun olub-olmaması barədə qərar qəbul edir.
5.6. Müsahibənin nəticələri, müsahibənin keçirildiyi gündən 5 iş günü ərzində Komitənin internet saytında yerləşdirilir.
5.7. Müsahibədən uğurla keçmiş namizəd müsahibə bitdikdən sonra 30 iş günü ərzində Komitə sədrinin əmri ilə islam dininə aid ibadət yerinə və ya ziyarətgaha din xadimi təyin olunur və bu barədə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilir.
5.8. Vakant vəzifəyə təyin edilmək üçün Komitə sədrinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində Komitədə ehtiyat kadr kimi saxlanılırlar.
5.9. Komitə namizədlərin müsahibə sənədlərinin (o cümlədən müsahibə qeydlərinin) 5 il müddətində mühafizəsini təmin edir.
5.10. Namizədlərin müsahibə sənədləri Komitədə saxlanılır.
5.11. Namizədlər müsahibənin nəticələrindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilərlər.
6.1. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin üçüncü hissəsinə əsasən din xadimləri hər beş ildən bir attestasiya edilir.
6.2. Attestasiyasının keçirilməsi məqsədi ilə Komitədə Qafqaz Müsəlmanları İdarəsinin, Komitənin strukturuna daxil olmayan tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri, habelə mütəxəssislər daxil olmaqla 9 nəfərdən ibarət attestasiya komissiyası yaradılır. Attestasiya komissiyasının tərkibi sədrdən, katibdən və digər üzvlərdən ibarət olmaqla, Komitə sədri tərəfindən təsdiq edilir.
6.3. Attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və attestasiya zamanı sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı Komitə sədri tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına ən geci 1 (bir) ay qalmış attestasiyadan keçən din xadimlərinin nəzərinə çatdırılır. Attestasiya proqramı bu Qaydanın 2.6-cı bəndində göstərilən sahələr üzrə formalaşır.
6.4. Attestasiyada iştirak üçün namizəd tərəfindən bu Qaydanın 2.7-ci bəndində göstərilən sənədlər elektron qaydada və ya kağız daşıyıcıda Komitəyə təqdim edilir.
6.5. Attestasiya komissiyasının üzvləri tərəfindən din xadiminə yalnız vəzifəsi, icra etdiyi işləri və onların nəticələri ilə əlaqədar suallar verilə bilər. Attestasiya olunan din xadiminə onun fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi yolverilməzdir.
6.6. Din xadimi üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir. Həmin din xadimi attestasiya komissiyasının növbəti iclasında bu Qaydaya uyğun olaraq attestasiyadan keçməlidir.
6.7. Din xadiminin attestasiyasının nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verir:
6.7.1. tutduğu vəzifəyə uyğun gəlir;
6.7.2. Komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir;
6.7.3. tutduğu vəzifəyə uyğun gəlmir.
6.8. Din xadiminin fəaliyyətinə verilən qiymət attestasiyadan keçən din xadiminin iştirakı olmadan komissiyanın iclasında açıq səsvermə yolu ilə qəbul edilir.
6.9. Attestasiya və səsvermə attestasiya komissiyasının üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiyadan keçən din xadimi tutduğu vəzifəyə uyğun hesab edilir. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra din xadiminə bildirilir.
6.10. Fəaliyyətdə olan din xadiminin rotasiyası zamanı onun din xadimi olduğu dövr ərzində fəaliyyəti, attestasiya nəticəsi, din sahəsində elmi və pedaqoji fəaliyyəti, habelə mənəvi dəyərlərin təbliği sahəsində fəaliyyəti nəzərə alınır. Rotasiya Komitə sədrinin əmri ilə həyata keçirilir.
Qeyd: Bu Qaydanın 6.4-cü bəndi islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara bu Qayda qüvvəyə minənə qədər təyin edilmiş din xadimlərinə şamil olunur.
7.1. Attestasiyanın nəticələri, attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan və nümunəsi bu Qaydada göstərilən attestasiya vərəqəsinə (2 nömrəli əlavə) yazılır.
7.2. Attestasiyadan keçən din xadiminin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır və onun surəti arzusuna əsasən həmin din xadiminə verilir.
7.3. Din xadimi attestasiyanın nəticələrindən 7 (yeddi) iş günü müddətində inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət edə bilər.
8.1. Din xadimi aşağıdakı əsaslar olduqda Komitə sədrinin əmri ilə tutduğu vəzifədən azad edilir:
8.1.1. öz arzusu ilə;
8.1.2. attestasiyadan keçmədikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə attestasiyada üzrlü səbəb olmadan iştirak etmədikdə;
8.1.3. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya Azərbaycan Respublikasından daimi yaşayış üçün başqa ölkəyə köçdükdə;
8.1.4. əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilmədikdə;
8.1.5. cinayət törətdikdə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;
8.1.6.vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə;
8.1.7. dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda;
8.1.8. fəaliyyətində, o cümlədən moizələrin (xütbələrin) oxunmasında “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulduqda, habelə dini və sosial ayrı-seçkilik, məzhəbçilik və digər qanunazidd hallar aşkar edildikdə;
8.1.9. fəaliyyətində mənəvi dəyərlərə, etik-əxlaqi prinsiplərə, habelə din xadimi fəaliyyətinə zidd hərəkətlər aşkar edildikdə;
8.1.10. xarici dövlətlər və təşkilatlar, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən hər hansı formada yardım aldıqda;
8.1.11. xarici dövlətlər və təşkilatlar, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslər qarşısında öhdəliyi yarandıqda.
8.2. Din xadimi tutduğu vəzifədən azad edilməsi barədə əmrdən inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət edə bilər.
Komissiyanın sədri _____________________________________________
Komissiyanın katibi ____________________________________________
Komissiyanın üzvləri ____________________________________________
Müsahibə komissiyası müsahibədə iştirak edən _______________________________________
________________________________________________________________________ barəsində
__________________________________________________________________________________
__________________________________________________________________________________
__________________________________________________________________________________
__________________________________________________________________________________
__________________________________________________________________________________
nəzərdən keçirərək, Müsahibə komissiyanın üzvləri tərəfindən aşağıdakı suallar verilmişdir:
___________________________________________________________________________ yekun
qiymətləndirmə balı _______ olmuşdur.
Yuxarıda qeyd olunanları
_____________________________________________________________________nəzərə alaraq,
__________________________________________________________________________________
__________________________________________________________________________________
__________________________________________________________________________________
__________________________________________________________________________________
__________________________________________________________________________________
Attestasiya komissiyasının sədri _______________________________
Attestasiya komissiyasının katibi _______________________________
Attestasiya komissiyasının üzvləri _______________________________
________________________________
________________________________
________________________________
________________________________
(imzası, adı, soyadı)
Soyadı, adı və atasının adı
Təhsili barədə məlumat
Attestasiya keçirilən zaman tutduğu vəzifə və bu vəzifəyə təyin olunduğu (təsdiq edildiyi) tarix
Əvvəlki attestasiyanın tövsiyələrinin yerinə yetirilməsi
Attestasiyadan keçən şəxsə verilən suallar və cavablar
Səsvermənin nəticələrinə görə din xadiminin fəaliyyətinə qiymət verilməsi
Səslərin sayı: lehinə _____, əleyhinə ______
Attestasiya komissiyasının tövsiyələri (səbəbləri göstərilməklə)