Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nin 3.1.37-ci bəndinin icrasını təmin etmək məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci və 24.3-cü maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşsizlik müavinətinin minimum məbləğinin təsdiq edilməsi barədə” 2001-ci il 30 oktyabr tarixli 173 nömrəli qərarının 1-ci bəndi və “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” 2002-ci il 6 dekabr tarixli 191 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 23 iyun 2004-cü il
1. 14 dekabr 2005-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1223)
2. 22 oktyabr 2008-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 938)
3. 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449)
4. 3 fevral 2016-cı il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 374)
5. 28 dekabr 2017-ci il tarixli 606 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2017-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, II kitab, maddə 2551)
6. 14 mart 2019-cu il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 533)