Qanunvericilik › “İstehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma forması”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 26.07.2023) › Tam mətn

“İstehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma forması”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 26.07.2023)

“İstehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma forması”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 26.07.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-1.2-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

1. “İstehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma forması” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “İstehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma forması” “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 822-VIQD nömrəli Qanununun qüvvəyə mindiyi tarixdən tətbiq edilsin.

3. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Kreditin məbləği (kredit xəttinin limiti) və valyutası

_________ manat/dollar/digər xarici valyuta ______

Kreditin qaytarılma müddəti

Siz krediti __________ il/ay/gündən gec olmayaraq qaytarmalısınız.

Kreditin ödəniş şərtləri

Kredit ödənişlərini aşağıdakı üsullarla həyata keçirə bilərsiniz:

● bank hesabından köçürməklə;

● ödəniş terminalları ilə;

● nağd qaydada banka ödənilməklə;

Qeyd edilən üsullardan hər hansı birinin istifadəsinin mümkün olmaması Sizi digər mümkün üsullardan istifadə etməklə ödənişləri vaxtında həyata keçirmək öhdəliyindən azad etmir.

Kredit müəyyən malın alınması və ya xidmətin göstərilməsi ilə əlaqədar olaraq əlaqəli kredit müqaviləsi vasitəsilə verildikdə, həmin mal və ya xidmətin:

Nağd qiyməti (malın və ya xidmətin alınması zamanı birdəfəlik ödəniş edildikdə)

Kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği və onların tətbiq edilmə şərtləri

● illik faiz dərəcəsi______ %

● bu Formanın 6-cı hissəsində göstərilən ödəniş üsullarının (borcverənə məxsus ödəniş şəbəkəsindən istifadə edildikdə) tətbiqi ilə bağlı komisyon haqlar ______

● digər ödənişlər ______

Faktiki illik faiz dərəcəsi (FİFD)

FİFD kreditin əldə edilməsinə çəkilən xərci göstərir. Bu göstərici vasitəsilə Siz digər kredit təşkilatlarının təkliflərini müqayisə edərək qiymətləndirə bilərsiniz. FİFD Mərkəzi Bankın normativ xarakterli aktında müəyyən edilmiş düstur əsasında hesablanmışdır.

Faktiki illik faiz dərəcəsi_______ %

Tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat

Məlumat misal üzərindən göstərilir.

İstehlakçı tərəfindən edilməli olan ödənişlərin məbləği, sayı və dövriliyi

Tərəfinizdən ödəniləcək ümumi məbləğ:

● Kreditlə əlaqəli digər ödənişlər _______

Ödənişlər aşağıdakı cədvəl üzrə həyata keçirilir:

Yetərli miqdarda olmayan və ya artıq miqdarda edilən ödənişlərin öhdəliyin icrasından silinmə ardıcıllığı

Siyahı şəklində yetərli miqdarda olmayan ödənişlərin öhdəliyin icrasından silinmə ardıcıllığı:

Siyahı şəklində artıq miqdarda edilən ödənişlərin öhdəliyin icrasından silinmə ardıcıllığı:

Tətbiq edildikdə, ödəniş və nağdlaşdırma əməliyyatlarının qeydiyyatını aparan bir və ya bir neçə hesabın saxlanma xərcləri, o cümlədən ödəniş və nağdlaşdırma əməliyyatları üçün ödəniş vasitələrindən istifadə xərcləri, kredit müqaviləsindən irəli gələn digər xərclər və bu xərclərin dəyişdirilmə şərtləri

● hesabın saxlanma xərcləri__________

● konvertasiya haqqı__________

● nağdlaşdırma komissiyası__________

● ölkədaxili köçürmələr üzrə komissiyalar__________

● ölkəxarici köçürmələr üzrə komissiyalar__________

● kredit kartı üzrə xərclər__________

● kredit üzrə digər xərclərin adı və məbləği __________

● xərclərin dəyişdirilmə şərtləri (yalnız azaldılma istiqamətində) ____________

Tətbiq edildikdə, kredit müqaviləsinin bağlanılması ilə bağlı istehlakçı tərəfindən ödənilməli olan notarial xərclərin mövcudluğu

Kreditin alınması üçün əlavə xidmət müqaviləsinin, o cümlədən sığorta müqaviləsinin bağlanılması məcburi olduğu hallarda belə müqavilənin növü və istehlakçının istehlak krediti müqaviləsi ilə bağlı belə müqaviləni bağlamaq vəzifəsi

Əgər varsa, müqavilənin növü (sığortanın növü)

İstehlakçının ödənişlərini vaxtında etməməsinin hüquqi nəticələri

Ödənişlər gecikdirildiyi halda bu Formada nəzərdə tutulan gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edilə, təminata tutma yönəldilə, kreditin vaxtından əvvəl qaytarılması tələb edilə, habelə qanunda və müqavilədə müəyyən edilmiş digər tədbirlər görülə bilər.

Tətbiq edildikdə, gecikdirilmiş ödənişlərlə bağlı gecikdirilmə faizləri

● Gecikdirilmə faizləri illik faiz dərəcəsinə 5 faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox deyildir.

● Əlavə olaraq dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilməyəcək.

● Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam etməyəcək.

Sizdən vaxtında ödənilməyən ödənişlər üçün ____% həddində gecikdirilmə faizi tutulacaq.

Tətbiq edildikdə, gecikdirilmiş ödənişlərlə bağlı ödənilməli dəbbə pulu (gecikdirilmə faizlərinin tətbiq edildiyi hallar istisna olmaqla)

Sizdən gecikdirilmiş ödənişlər üçün ________ miqdarda dəbbə pulu tələb ediləcək.

Tətbiq edildikdə, kreditin verilməsi üçün tələb olunan təminatlar və onlar barədə məlumatlar

● verilməsi/rəsmiləşdirilməsi müddəti

İstehlakçının istehlak krediti müqaviləsindən imtina hüququnun həyata keçirildiyi müddət və şərtlər

Sizə kredit verildiyi gündən 30 (otuz) gün ərzində heç bir səbəb göstərmədən istehlak krediti müqaviləsindən imtina edə bilərsiniz.

Bu halda, Siz müqavilə üzrə verilmiş pul vəsaitini və vəsaitin verildiyi gündən qaytarıldığı günədək hesablanan faizləri ödəməlisiniz.

Bu halda borcverən tərəfindən ödənilən dövlət rüsumu və xidmət haqlarından başqa Sizdən kompensasiya və hər hansı digər ödənişlər tələb edilə bilməz.

Əgər istehlak krediti müqaviləsi əlaqəli kredit müqaviləsidirsə, Siz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-6-cı maddəsində nəzərdə tutulan hüquqlardan istifadə edə bilərsiniz.

İstehlakçının istehlak kreditini vaxtından əvvəl ödəmək hüququ

Siz istənilən vaxt xəbərdarlıq etmədən istehlak kreditini vaxtından əvvəl tam və ya qismən geri qaytara bilərsiniz. Bu halda, kreditin qalıq müddətinə görə hesablanmış faizlər və (və ya) digər haqlar vaxtından əvvəl ödənilmiş məbləğə uyğun olaraq azaldılır.

Kreditin qismən vaxtından əvvəl ödənilməsi halında, borcverənlə razılaşma əsasında və ödəniş cədvəlində müvafiq dəyişiklik edilməklə:

dövri ödənişlərin məbləği azaldıla;

dövri ödəniş məbləğləri saxlanılmaqla, kredit müddəti azaldıla bilər.

Tətbiq edildikdə, istehlak krediti müqaviləsinin vaxtından əvvəl icrası zamanı borcverənin kompensasiya hüququ, kompensasiyanın məbləği və müəyyən edilməsi qaydası

Bu halda borcverən Sizdən müqavilə ilə müəyyənləşdirilmiş kompensasiya məbləğini tələb edə bilər.

Bu zaman kompensasiyanın məbləği müqavilə müddətinin bitməsinə:

● 1 ildən çox müddət qaldıqda - vaxtından əvvəl ödənilmiş məbləğin 1 faizdən;

● 1 il və daha az müddət qaldıqda isə - vaxtından əvvəl ödənilmiş məbləğin 0,5 faizindən çox olmayacaqdır.

Əgər tərəfinizdən son 12 ay ərzində kredit üzrə vaxtından əvvəl ödənilmiş məbləğ ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı məbləğinin 40 mislindən (cari il üçün göstərici qeyd olunur – məs: 345 x 40=13800) çox olarsa, borcverən ona dəymiş zərəri məhkəmə qaydasında və ya zərər baş verdikdən sonra Sizinlə ayrıca razılıq əldə etməklə sübut etmək şərtilə daha yüksək (dəymiş zərərə mütənasib) kompensasiya tələb edə bilər.

Kompensasiya məbləği hər bir halda vaxtından əvvəl ödənilmə anı ilə müqavilənin müddətinin başa çatması anı arasındakı müddətdə ödənilməli olan illik faiz dərəcəsi üzrə hesablanmış faiz məbləğlərindən çox ola bilməz.

Tətbiq edildikdə, borcverənin borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bildiyi hallar

Kredit bürolarından alınmış məlumatlar əsasında kredit verilməsindən imtina edildikdə, bu barədə istehlakçının ödənişsiz olaraq məlumat almaq hüququ

Siz müraciət etdiyiniz halda, müvafiq məlumat növbəti iş günündən gec olmayaraq Sizə yazılı şəkildə (kağız və ya digər davamlı daşıyıcıda) təqdim ediləcəkdir.

İstehlakçının müraciəti əsasında müqavilə layihəsinin surətini borcverəndən ödənişsiz almaq hüququ

Hazırkı məlumatların qüvvədə olduğu müddətdə Siz bu hüquqdan istifadə etmək istədikdə, borcverənə

_________________________________________

(hara və hansı qaydada müraciət edilməsi göstərilməklə)

müraciət edə bilərsiniz.

Bu Formada verilən məlumatların qüvvədə olduğu müddət

Məlumatlar __ ____ 20__- __ il tarixinədək qüvvədədir.

Bu Formada verilən məlumatların qanuna uyğun olmadığını müəyyən etdikdə istehlakçının öz hüquqlarının müdafiəsi üçün ata biləcəyi addımlar

Aşağıdakılara müraciət edə bilərsiniz:

● borcverənə (əlaqə vasitələri göstərilməklə);

● Azərbaycan Respublikasının Mərkəzi Bankına;

● mediatora (mediasiya təşkilatı) və ya Bank Ombudsmanına;

Azərbaycan Respublikası Mərkəzi Bankının qaynar xətti

Qaynar xəttə daxil olan zənglər iş günlərində fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək qəbul edilir.

İstehlakçının bu Formanı əldə etməsinin təsdiqi

Ad, soyad:______________

Formanın doldurulmasına dair qeydlər:

Qeyd 1. Bu Forma aydın şəkildə oxuna bilən ölçülərdə tərtib edilir.

Qeyd 2. Bu Formanın müddəaları borcverən tərəfindən tətbiq edilmədikdə, Formanın sağ hissəsində “Tətbiq edilmir” qeydi yazılır və ya qismən tətbiq edildikdə, yalnız tətbiq olunanlar qeyd edilir.

Qeyd 3. İstehlak krediti müqaviləsində faizlərin əvəzinə digər ödənişlər nəzərdə tutulduqda, bu Formanın faizlərlə bağlı müddəaları həmin ödənişlərə də şamil edilir.

Qeyd 4. Bu Formanın 21-ci hissəsində kreditin qismən vaxtından əvvəl ödənilməsi halında dövri ödənişlərin digər qaydası müəyyən edildikdə həmin qayda göstərilir.

Qeyd 5. Borcverən borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququnu tətbiq etdikdə Formanın 23-cü hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.5-ci və 746-5.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla tətbiq olunan hallar göstərilir. Qeyd 6. Bu Formaya istehlak krediti ilə bağlı qanuna zidd və qeyri-müəyyən olmayan digər məlumatlar da daxil edilə bilər.

Qeyd 7. Bu Forma elektron formada (davamlı daşıyıcıda) təqdim edildikdə istehlakçı tərəfindən müvafiq məlumatların əldə edilməsi elektron qaydada təsdiq oluna bilər

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver