Qanunvericilik › “İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.01.2008) › Tam mətn

“İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.01.2008)

“İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.01.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 iyul tarixli 609 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 25 yanvar 2008-ci il

1.1. Bu Qayda “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 iyul tarixli 609 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və istehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması qaydasını müəyyən edir.

1.2. Tullantıların inventarlaşdırılması “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına və “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyasının (bundan sonra - Bazel Konvensiyası) prinsiplərinə əsaslanmaqla, təhlükəli tullantıların idarə olunması sahəsində beynəlxalq standartlara uyğun yeni təsnifat sisteminin tətbiqi və tullantının əmələ gəlməsi üzərində monitorinqə ətraflı nəzarət mexanizminin təmin edilməsi məqsədi ilə aparılır.

1.3. Bu Qayda inventarlaşdırılma prosesinin həyata keçirilməsinin aşağıdakı ardıcıllığını müəyyən edir:

- tullantının müəyyən edilməsi;

- tullantının təhlükəliliyinin təyin edilməsi;

- tullantının identifikasiyası və təsnifat sisteminin tətbiqi.

2.1. İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılmasını aparmaq məqsədi ilə müəssisə rəhbəri səlahiyyətli şəxsi və inventarlaşdırma vaxtını təyin edir.

İstehsalçı inventarlaşdırmanı müqavilə ilə hər hansı bir ixtisaslaşdırılmış təşkilata da həvalə edə bilər.

2.2. İnventarlaşdırma aparan şəxs müəssisənin ərazisinə baxış keçirdikdən sonra bu ərazidə tullantı əmələ gələ bilən mənbələri müəyyən etmək üçün müəssisədə mövcud olan bütün texnoloji reqlamentləri və digər normativ sənədləri nəzərdən keçirir.

2.3. Tullantının əmələ gəlmə mənbəyi bir texnoloji reqlamentlə təsvir edilmiş sənaye müəssisəsi və ya onun sahəsi (sexi) ola bilər.

2.4. Əgər müəssisə bir reqlament üzrə işləyirsə və bu reqlamentdə bütün istehsal qurğuları təsvir edilmişdirsə, bu müəssisə tullantıların müəyyən olunma mənbəyi kimi göstərilir.

2.5. İstehsal prosesində istifadə olunan xammala, köməkçi materiallara, qurğulara, digər texniki sənədlərə və reqlamentdəki göstəricilərə görə material balansı tərtib edilir və nəticədə qurğularda əmələ gələn tullantıların dəqiq miqdarı müəyyən olunur.

2.6. Müəssisənin ərazisində başqa tullantı mənbəyi kimi digər müəssisədən gətirilən tullantı ola bilər.

Əgər ərazidə digər müəssisədən gətirilmiş tullantı olarsa, onda daşınma barədəki nəqliyyat sənədləri yoxlanılır və həmin tullantının növü, miqdarı və tərkibi haqqında qeydlər aparılır.

2.7. Müəssisədə tullantıların bir hissəsinin əmələ gəlmə mənbəyi ərazidə emal və ya utilizasiya edilmək üçün saxlanılması ola bilər:

2.7.1. əgər tullantı əmələ gəlmə ərazisində emal və ya utilizasiya edilirsə, onda emal sahələrində olan bütün qurğular müəyyən olunur, tullantı keyfiyyətinə və kəmiyyətinə görə identifikasiya edilir;

2.7.2. emala və utilizasiyaya yararlı olmayan, ya da emal oluna bilməyən tullantının müəssisədən kənarlaşdırılması və yaxud başqa müəssisəyə verilməsi araşdırılır.

2.8. Tullantının müxtəlif səbəblərə görə müəssisənin ərazisində və əmələ gəlmə sahəsində saxlanılması araşdırılır.

Əgər tullantı daşınma, emal və ya təkrar istifadə üçün ərazilərdə saxlanılırsa, onda ərazidə müvafiq qurğuların olması, saxlanılma sahəsinin statusu, tullantının xüsusiyyəti və müəssisədə mövcud şəraitin səviyyəsi yoxlanılır.

2.9. Müəssisənin ərazisindən tullantıların daşınması nəqliyyat sənədlərinin yoxlanılması yolu ilə müəyyən edilir.

2.10. Bu Qaydanın 2.2-2.9-cu bəndlərinə uyğun olaraq, inventarlaşdırılmanı aparan şəxs müəssisədə əmələ gələn tullantının mənbəyini, növünü (xüsusiyyətini), miqdarını, emal metodunu, saxlanılmasını və daşınmasını əks etdirən sənəd (cədvəl şəklində) tərtib edir.

2.11. Sabit texnoloji reqlamentlə işləyən istehsalatda tullantıların inventarlaşdırılması 5 ildə bir dəfədən az olmayaraq aparılır.

2.12. İstehsalçı aparılmış inventarlaşdırma və tullantıların dövriyyəsi haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verməlidir.

3.1. Müəssisədə əmələ gələn tullantı üzrə ümumi nəticə əldə edildikdən sonra tullantının təhlükəli olması və onun ətraf mühitə və insan sağlamlığına təsiri müəyyən edilir.

3.2. Tullantının təhlükəli olmasını sübut etmək üçün onun tərkibini təşkil edən maddələrin fiziki-kimyəvi xassələri, toksiklik sinfi, yanma qabiliyyəti və s. xüsusiyyətləri araşdırılır.

3.3. Tullantının identifikasiyası bu tullantının pasport məlumatları və ya tullantının hansı növə və xüsusiyyətə aidiyyətini müəyyənləşdirən yoxlama sınaqları əsasında həyata keçirilir. Bundan əlavə tullantının identifikasiyası üçün aşağıdakı mənbələrdən də istifadə oluna bilər:

- prosesdə istifadə olunan xammal haqqında məlumatlardan;

- oxşar növ tullantıları olan başqa müəssisənin məlumatlarından;

- mövcud normativ-texniki sənədlərdəki məlumatlardan;

- kimyəvi-sorğu ədəbiyyatındakı məlumatlardan;

- oxşar tullantılarla əlaqədar baş vermiş qəza halları haqqındakı tarixi məlumatlardan.

3.4. Əgər tullantı bir neçə kimyəvi maddənin qarışığından ibarətdirsə, bu halda ilk növbədə əsas ekoloji əhəmiyyətli komponentin tərkibdə olan miqdarı və onun təhlükəli xüsusiyyəti nəzərə alınmalıdır.

3.5. Əsas ekoloji əhəmiyyətli komponentin identifikasiyasında təhlükəli tullantının tərkibində olan hər hansı bir komponentin ətraf mühitə göstərdiyi ekoloji cəhətdən ən zərərli xassəsi əks olunur.

3.6. Tullantı haqqında müəyyən edilən hər bir təhlükəlilik xüsusiyyətinin növü Bazel Konvensiyasının müvafiq əlavələrinə uyğun olaraq identifikasiya (eyniləşdirmə) edilir.

3.7. İdentifikasiya (eyniləşdirmə) üçün aşağıdakı dörd əsas nəticə əldə olunur:

- təhlükəli tullantının növü;

- təhlükəli tullantının miqdarı;

- yanaşı təhlükəlilik.

3.8. Tullantının təhlükəlilik xüsusiyyəti identifikasiya edildikdən sonra tullantının növü təsnif olunur (siniflərə ayrılır). Bunun üçün qarışıqda olan ən təhlükəli kimyəvi maddələrdən başlanmalı və 1 nömrəli əlavədə göstərilən prioritet qaydaya uyğun düzülüş gözlənilməlidir.

Bu düzülüşə görə təhlükəlilik xüsusiyyətləri ilə sağlamlığa və təhlükəsizliyə tez təsiredici xüsusiyyətlərə (partlayış, yanma) malik olan maddələrə uzunmüddətli təsir göstərən maddələrə nisbətən daha çox üstünlük verilir.

3.9. Tullantıların toksiklik əmsalının hesablanması müvafiq qaydaya uyğun olaraq aparılır. Nəzərə alınmalıdır ki, toksiklik əmsalı aşağı olduqca, zərərli təsir riski bir o qədər yuxarı olur.

3.10. Bütün bunlardan sonra müəssisənin təsərrüfat fəaliyyəti nəticəsində əmələ gəlmiş hər bir təhlükəli tullantı növü üzrə 2 nömrəli əlavəyə uyğun olaraq inventarlaşdırma blankı tərtib edilir.

4.1. Təhlükəli tullantıların 3 nömrəli əlavədəki təsnifat sistemi Bazel Konvensiyasının 3 nömrəli əlavəsinə əsasən H-kodlarına uyğun təhlükəlilik xüsusiyyətlərini və tullantıların kodunu, növünü, xassələrini və tövsiyə olunan zərərsizləşdirmə üsullarını ifadə edir.

4.2. Nəzərdə tutulan emalın və zərərsizləşdirmənin ətraf mühitə təsirinin qiymətləndirilməsi və təhlükəli tullantıların ayrı-ayrı qruplar üzrə növlərə bölünməsi əsas ekoloji əhəmiyyətli komponentin identifikasiyasına əsaslanır.

4.3. Əgər tullantının tərkibində iki təhlükəli komponent vardırsa və birinci komponentin birdən çox təhlükəli xassəsi olarsa, bu halda tullantının kodu təsnifat üçün istifadə olunan təhlükəlilik xüsusiyyətlərinin prioritet qaydasına müvafiq təyin olunur.

4.4. Təhlükəli tullantıların təsnifat sisteminin ümumi strukturunda aşağıdakı ardıcıllıq gözlənilir:

- təhlükəli tullantılar qrupu (H - kodları əsasında);

- digər üzvi tərkibli;

- qeyri-üzvi tullantı;

- təklif olunan emal üsulu və əsas ekoloji əhəmiyyətli komponentə müvafiq bölünmə;

- təhlükəli tullantılarla çirklənmiş materiallar.

4.5. Təsnifat sistemində təsvir olunan birləşmələrin aid edildiyi kodlar aşağıdakı qaydada tərtib edilir:

- kodun tiredən əvvəlki hissəsi (məsələn: H 4.1-) təhlükəlilik xüsusiyyətlərinin kodlaşdırılmasını – yəni “təhlükəli tullantı qrupu”nu müəyyən edir;

- tiredən sonra birinci rəqəm (məsələn:-1) təhlükəli tullantının yarımqrupunu, sonuncu iki rəqəm isə (məsələn:-1.02) təhlükəli tullantının spesifik növünü müəyyən edir.

4.6. Təhlükəli tullantının qrupu əsas təhlükəliliyi H kodundan istifadə edilməklə təyin olunur.

4.7. Təhlükəli tullantıların fiziki-kimyəvi xassələrinə görə yarımqrupu təyin edilir. Yarımqruplara ayrılmış birləşmələr aşağıdakı ardıcıllıqla tərtib edilir:

- qeyri-üzvi birləşmələr;

- bu birləşmələrlə çirklənmiş materiallar.

4.8. Təhlükəli tullantıların hər yarımqrupuna bir neçə növə aid tullantı daxil olarsa, tullantı növünün təyini zamanı prioritet qaydaya uyğun düzülüş gözlənilməlidir.

4.9. Təhlükəli tullantıların identifikasiyası və təsnifat sistemi bu Qaydaya uyğun olaraq aparıldıqdan sonra, əldə edilmiş məlumatlar təhlükəli tullantının pasportuna və inventarlaşdırılması üzrə blanka (illik hesabat da daxil olmaqla) daxil edilir.

Tezalışan bərk maddələr

Öz-özünə alışma qabiliyyətli maddələr

Su ilə təmasda tez alışan qazlar əmələ gətirən maddələr

Oksidləşdirici maddələr

Çox zəhərli (toksiki) maddələr

Su, hava və ya turşularla təmasda toksik qazlar ayıran maddələr

Toksik maddələr (uzunsürən və ya xroniki xəstəliklər əmələ gətirən)

Kənarlaşdırıldıqdan sonra yuxarıda göstərilən xüsusiyyətlərin birinə malik olan başqa materiallar əmələ gətirə bilmə qabiliyyəti olan maddələr

Qeyd. Blankda tullantının yaranma mənbəyini göstərən şərti işarələr aşağıdakıları ifadə edir:

İ - istehsal prosesində;

T - toplanılma yerində;

X - xidmət sahəsində;

B - basdırılma yerində.

əgər qurudurlarsa, partlayıcı olan maddələr

ancaq nəzarət olunan partlayış yolu ilə

silkələnmədən, sürtünmədən, yanğından və ya başqa alışma mənbələrindən partlaya bilən maddələr

ancaq nəzarət olunan partlayış yolu ilə

çox həssas partlayıcı metal birləşmələri ilə əmələ gələ bilən maddələr

ancaq nəzarət olunan partlayış yolu ilə

qızdırılma (qızma) vaxtı partlaya bilən maddələr

ancaq nəzarət olunan partlayış yolu ilə

hava və ya su ilə təmasda partlaya bilən maddələr

ancaq nəzarət olunan partlayış yolu ilə

halogen tərkibli üzvi mayelər

təhlükəli tullantıların yandırılması

azot tərkibli üzvi mayelər

sement sobalarında yandırma

kükürd tərkibli üzvi mayelər

sement sobalarında yandırma

sement sobalarında yandırma

Tez alışan bərk maddələr:

tez alışan bərk maddələr

halogen tərkibli üzvi bərk maddələr

sement sobalarında yandırma

azot tərkibli üzvi bərk maddələr

sement sobalarında yandırma

kükürd tərkibli üzvi bərk maddələr

sement sobalarında yandırma

digər üzvi bərk maddələr

sement sobalarında yandırma

qırmızı fosfor və fosforun bəzi birləşmələri

sement sobalarında yandırma

Tərkibində tez alışan mayelər olan bərk maddələr:

təhlükəli tullantılar poliqonu və ya sement sobalarında yandırma

tikinti və söküntü vaxtı əmələ gələn tullantılar

təhlükəli tullantılar poliqonu və ya sement sobalarında yandırma

adsorbentlər, qablaşdırma və süzgəc materialları

təhlükəli tullantılar poliqonu və ya sement sobalarında yandırma

Öz-özünə alışma qabiliyyətli maddələr:

öz-özünə yanmağa meyilli maddələr

pirafosfor metallar, narın dispersiyalı

təhlükəli tullantılar poliqonu və ya sement sobalarında yandırma

təhlükəli tullantılar poliqonu və ya sement sobalarında yandırma

ağ fosfor (sarı fosfor)

sement sobalarında yandırma

sement sobalarında yandırma

Su ilə təmasda tez alışan qazlar əmələ gətirən maddələr:

sement sobalarında yandırma

qələvi metallar, qələvi torpaq metallar

sement sobalarında yandırma

metalların fosfidləri

sement sobalarında yandırma

qələvi metalların hidridləri

sement sobalarında yandırma

sement sobalarında yandırma

digərləri, məsələn alüminium posası

sement sobalarında yandırma

Oksidləşdirici maddələr:

oksidləşdirici maddələr (azot turşusunun 70 %-i və ya N2O2-nin 60 %-i kimi və ya daha güclü effekti olanlar)

halogen və onların duzları-əsaslı turşular

azot və onun duzları-əsaslı turşular

kükürd və onun duzları-əsaslı turşular

digər turşular və onların duzları

qələvi metalların/qələvi-torpaq metalların qeyri-üzvi peroksidləri

digər oksidləşdirici maddələr

peroüzvi turşular, persollar, peroksidlər və ya hidroperoksidlər

sement sobalarında yandırma

Çox zəhərli (toksiki) maddələr:

yüksək toksikli üzvi maddələr

halogen tərkibli üzvi maddələr

təhlükəli tullantıların yandırılması

azot tərkibli üzvi maddələr

sement sobalarında yandırma

sement sobalarında yandırma

Yüksək toksikli qeyri-üzvi maddələr:

talliumun, berilliumun və civənin birləşmələri

digər yüksək toksikli qeyri-üzvi maddələr

Üzvi toksik maddələr:

halogen tərkibli üzvi maddələr

yüksək temperaturda yandırma

azot tərkibli üzvi maddələr

sement sobalarında yandırma

kükürd tərkibli üzvi maddələr

sement sobalarında yandırma

sement sobalarında yandırma

Qeyri-üzvi toksik maddələr:

civə və onun birləşmələri

fiziki-kimyəvi emal və ya poliqon

arsen və onun birləşmələri

fiziki-kimyəvi emal və ya poliqon

ağır metalların birləşmələri

digər qeyri-üzvi toksik maddələr

Tərkibində H 6.1-1, H 6.1-2, H 6.1-3 və H 6.1-4 siniflərinin materialı olan tullantılar:

müddəti keçmiş dərmanlar və digər əczaçılıq maddələri

sement sobalarında yandırma

yerqazan maşınla qazma vaxtı çıxarılan torpaq və ya qrunt

tikinti və ya söküntü vaxtı əmələ gələn tullantılar

oduncaq (ağac) və oduncaq məhsulları

absorbentlər, qablaşdırma və süzgəc materialları

doğranmış və ya xırdalanmış tullantılar

Yoluxdurucu maddələr:

insan və ya heyvan dərisi, qan, sarğı materialları

tibbi (klinik) tullantıların yandırılması

iti kəsici-deşici alətlər (iynələr, cərrah bıçağı və s.)

tibbi (klinik) tullantıların yandırılması

istifadə olunmuş tibb preparatları (məsələn, vaksinlər) və yoluxucu laboratoriya tullantıları

tibbi (klinik) tullantıların yandırılması

yuxarıda göstərilən maddələrin qarışığı

tibbi (klinik) tullantıların yandırılması

üzvi korroziv maddələr

halogen tərkibli üzvi maddələr

təhlükəli tullantıların yandırılması

azot tərkibli üzvi maddələr

sement sobalarında yandırma

kükürd tərkibli üzvi maddələr

sement sobalarında yandırma

sement sobalarında yandırma

turş qudronlar və yağlar

neytrallaşdırma və ya imkan daxilində sement sobalarında yandırma

halogenlər və onların birləşmələri

digər qeyri-üzvi korroziv maddələr

Tərkibində H 8.0-1 və H 8.0-2 siniflərinin materialları olan tullantılar:

yerqazan maşınla qazma vaxtı çıxarılan torpaq və ya qrunt

tikinti və ya söküntü vaxtı əmələ gələn tullantılar

oduncaq (ağac) və oduncaq məhsulları

absorbentlər, qablaşdırma və süzgəc materialları

doğranmış və ya xırdalanmış tullantılar

Su, hava və ya turşularla təmasda toksik qazlar ayıran maddələr:

su, hava və turşularla təmasda toksik qazlar əmələ gətirən maddələr

qeyri-üzvi sulfidlər və polisulfidlər

qeyri-üzvi arsenidlər və fosforidlər

digər qeyri-üzvi maddələr

Toksik maddələr ( uzunsürən və ya xroniki xəstəliklər əmələ gətirən):

üzvi mənşəli konserogen maddələr

halogenləşdirilmiş turş qudronlar və kub qalıqları

təhlükəli tullantıların yandırılması

halogen tərkibli yağlar

təhlükəli tullantıların yandırılması və ya sement sobalarında yandırma

digər halogenləşdirilmiş üzvi maddələr

təhlükəli tullantıların yandırılması və ya sement sobalarında yandırma

kömür və oduncaq qətranları

sement sobalarında yandırma

neft qətranları və kub qalıqları

sement sobalarında yandırma

neft tərkibli qazma palçıqları (məhlulları)

fiziki-kimyəvi emal və ya sement sobalarında yandırma

işlənmiş yağlar və neft şlamları

fiziki-kimyəvi emal və ya sement sobalarında yandırma

kreozit və polisiklik aromatik karbohidrogenlər

sement sobalarında yandırma

fiziki-kimyəvi emal və ya sement sobalarında yandırma

sement sobalarında yandırma

Qeyri-üzvi mənşəli konserogen maddələr:

ağır metalların qeyri-üzvi birləşmələri

* (1.57-ci bəndə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 8 sentyabr 267 nömrəli Qərarı ilə edilmiş dəyişiklik 2027-ci il iyulun 1-dən qüvvəyə minir.)

bərkidilmiş (möhkəmləndirilmiş) asbest

* (1.57-ci bəndə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 8 sentyabr 267 nömrəli Qərarı ilə edilmiş dəyişiklik 2027-ci il iyulun 1-dən qüvvəyə minir.)

digər qeyri-üzvi mənşəli konserogen maddələr

halogen tərkibli üzvi maddələr

təhlükəli tullantıların yandırılması

azot tərkibli üzvi maddələr

sement sobalarında yandırma

kükürd tərkibli üzvi maddələr

sement sobalarında yandırma

ağır metal tərkibli üzvi maddələr

sement sobalarında yandırma və ya fiziki-kimyəvi emal

sement sobalarında yandırma və ya fiziki-kimyəvi emal

ağır metal tərkibli qeyri-üzvi maddələr

digər qeyri-üzvi maddələr

halogen tərkibli üzvi maddələr

təhlükəli tullantıların yandırılması

azot tərkibli üzvi maddələr

sement sobalarında yandırma

kükürd tərkibli üzvi maddələr

sement sobalarında yandırma

ağır metal tərkibli üzvi maddələr

fiziki-kimyəvi emal və ya sement sobalarında yandırma

sement sobalarında yandırma

ağır metal tərkibli qeyri-üzvi maddələr

digər qeyri-üzvi maddələr

Tərkibində H 11.0-1, H 11.0-2, H 11.0-3 və H 11.0-4 siniflərin materialları olan tullantılar:

yerqazan maşınla qazma vaxtı çıxarılan torpaq və ya qrunt

tikinti və ya söküntü vaxtı əmələ gələn tullantılar

oduncaq (ağac) və oduncaq məhsulları

absorbentlər, qablaşdırma və süzgəc materialları

doğranmış və ya xırdalanmış tullantılar

polixlorlaşdırılmış benefillər və terfinillər (PXB və PXT)

təhlükəli tullantıların yandırılması

xlorftorkarbohidrogenlər

təhlükəli tullantıların yandırılması

halogen tərkibli üzvi maddələr

təhlükəli tullantıların yandırılması

azot tərkibli üzvi maddələr

sement sobalarında yandırma

kükürd tərkibli üzvi maddələr

sement sobalarında yandırma

sement sobalarında yandırma

ağır metal tərkibli qeyri-üzvi maddələr

berillium və onun birləşmələri

digər qeyri-üzvi maddələr

Tərkibində H 12.0-1 və H 12.0-2 siniflərin materialları olan tullantılar:

yerqazan maşınla qazma vaxtı çıxarılan torpaq və ya qrunt

tikinti və ya söküntü vaxtı əmələ gələn tullantılar

oduncaq (ağac) və oduncaq məhsulları

absorbentlər, qablaşdırma və süzgəc materialları

Kənarlaşdırıldıqdan sonra yuxarıda göstərilən xüsusiyyətlərin birinə malik olan, başqa materiallar əmələ gətirə bilmə qabiliyyəti olan maddələr:

yuxarıda göstərilən istənilən xassəyə malik olan, basdırıldıqdan sonra başqa materiallar əmələ gətirə bilən (məsələn: yuyulma, yuyulub çıxardılma) tullantılar

təhlükəli tullantıların yandırılması və ya sement sobalarında yandırılması

yuxarıda göstərilən istənilən xassəyə malik olan, basdırıldıqdan sonra başqa materiallar əmələ gətirə bilən (məsələn: yuyulma, yuyulub çıxardılma) üzvi tullantılar

təhlükəli tullantıların yandırılması və ya sement sobalarında yandırma

Yuxarıda göstərilən istənilən xassəyə malik olan, basdırıldıqdan sonra başqa materiallar əmələ gətirə bilən (məsələn: yuyulma, yuyulub çıxardılma) qeyri-üzvi maddələr

yuxarıda göstərilən istənilən xassəyə malik olan, basdırıldıqdan sonra başqa materiallar əmələ gətirə bilən (məsələn: yuyulma, yuyulub çıxardılma) qeyri-üzvi maddələr

Təhlükəli tullantıların təsnifat sistemi Dünya Bankının dəstəyi ilə JacobsGİBB Ltd (İngiltərə), İntegrated Skills Ltd (İngiltərə və Azərbaycan) və AzSpetsProminvest (Azərbaycan) kompaniyaları tərəfindən hazırlanmış “Təhlükəli tullantıların idarə olunması sistemi” layihəsinin (2002-ci il) 1-ci cildinə əsasən tərtib olunmuşdur.

1. 20 dekabr 2023-cü il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 23 dekabr 2023-cü il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1795)

2. 8 sentyabr 2026-cı il tarixli 267 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 12 sentyabr 2026-cı il, № 166) (Bu Qərar 2027-ci il iyulun 1-dən qüvvəyə minir.)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver