“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanının 1.4-cü bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi məqsədi ilə peşə riskinin dərəcələri Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2008-ci il 14 noyabr tarixli qərarı və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2008-ci il 22 dekabr tarixli əmri ilə təsdiq edilmiş “İqtisadi Fəaliyyət Növləri Təsnifatının 3-cü versiyasına Əlavə”də nəzərdə tutulan iqtisadi fəaliyyət növləri üzrə aşağıdakı kimi müəyyən edilsin:
Yaşayış üçün yerlər tərəfindən xidmətlərin göstərilməsi
Proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər və bununla əlaqədar fəaliyyət
İnformasiya xidmətləri fəaliyyəti
Maliyyə fəaliyyəti (sığorta və pensiya təminatı üzrə xidmətlərdən başqa)
Sığorta, təkrarsığorta və pensiya təminatı
Hüquq və mühasibat uçotu sahəsində fəaliyyət
Mərkəzi ofislərin fəaliyyəti və idarəetmə sahəsində fəaliyyət
İctimai və humanitar elmlər sahəsində tədqiqatlar və işləmələr
Reklam fəaliyyəti və bazarın öyrənilməsi
Məşğulluq sahəsində fəaliyyət
Səyahət agentliklərinin və turoperatorların əvvəlcədən sifariş etmə xidməti və bununla əlaqədar fəaliyyət
Mənzərələrin dəyişdirilməsi üzrə xidmətlərin göstərilməsi
Dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat
İctimai birliklərin (təşkilatların) fəaliyyəti
Toxunulmazlıq hüququ olan təşkilatların fəaliyyəti
Avtomobillərin satışı
Avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların satışı
Avtomobil və motosikletlərin satışından başqa, topdan satış
Avtomobil və motosikletlərin satışından başqa pərakəndə satış
Poçt və kuryer fəaliyyəti
İçki və yeməklərin satışı ilə əlaqədar xidmətlərin göstərilməsi
Kinofilmlərin, video və televiziya proqramlarının istehsalı, səsyazma və musiqi nəşrləri ilə əlaqədar fəaliyyət
Proqramların tərtib edilməsi, radio və televerilişlərin translyasiya edilməsi ilə əlaqədar fəaliyyət
Məlumat texnologiyaları və hesablama texnikası sahəsində sair fəaliyyət
Maliyyə xidmətləri və sığorta sahəsində yardımçı fəaliyyət
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar
Memarlıq, mühəndis axtarışları və bu sahələrdə texniki məsləhətlərin verilməsi
Təbii və texniki elmlər sahəsində tədqiqatlar və işləmələr
Digər peşəkar, elmi və texniki fəaliyyət
Kirayə və lizinq fəaliyyəti
Təmizlik işləri üzrə fəaliyyət
Biznesin mühafizəsinə yönəldilmiş inzibati və sair əlavə fəaliyyət
Səhiyyə sahəsində fəaliyyət
Sosial xidmətlərin göstərilməsi
Yaşayışla təminatsız sosial xidmətlərin göstərilməsi
İncəsənət sahəsində sair fəaliyyətin göstərilməsi və mədəni-kütləvi əyləncəli tədbirlərin həyata keçirilməsi
Kitabxana, arxiv, muzeylərin və digər mədəniyyət müəssisələrinin fəaliyyəti
Lotereya, idman mərc və kazino oyunlarının təşkili üzrə fəaliyyət
İstirahət və əyləncələrin təşkili üzrə fəaliyyət
Sair fərdi xidmətlərin göstərilməsi
Birillik bitkilərin becərilməsi
Çoxillik bitkilərin becərilməsi
Bitkilərin çoxaldılması (əkilməsi)
Heyvandarlıqla əlaqəli bitkiçilik
Poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması
Oyun və oyuncaqların istehsalı
Kənd təsərrüfatı sahəsində xidmət göstərilməsi
Süd məhsullarının istehsalı
Sabun və yuyucu tozların, təmizləyici və cilalayıcı vasitələrin, ətriyyat və kosmetika vasitələrinin istehsalı
Əczaçılıq məhsullarının istehsalı
Motosikletlərin, onların hissələrinin, qovşaqlarının və ləvazimatlarının satışı, motosikletlərə texniki xidmət və təmiri
Yardımçı-texniki xidmətlərin fəaliyyəti
Muzdlu işçilərlə şəxsi ev təsərrüfatlarının fəaliyyəti
Ovçuluq və vəhşi heyvanların yetişdirilməsi və bu sahələrdə xidmətin göstərilməsi
Ət məhsullarının istehsalı (emalı)
Dəyirman-ding sənayesi məhsullarının nişasta və nişasta məhsullarının istehsalı
Un və un məmulatlarının istehsalı
Heyvanlar üçün hazır yem məhsullarının istehsalı
İstintaqın aparılması və təhlükəsizliyin təminatı
Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı
Mərkəzi istilik qazanlarından başqa buxar qazanlarının istehsalı
İdman sahəsində fəaliyyət
Sair qida məhsullarının istehsalı
Kompüter, elektron və optik məhsulların istehsalı
Zərgərlik məmulatların və süni daş-qaşların istehsalı
Musiqi alətlərinin istehsalı
İdman mallarının istehsalı
Digər qruplara daxil edilməyən müxtəlif məhsulların istehsalı
Bəzək və tamamlayıcı işlər
Anbar təsərrüfatı və yardımçı nəqliyyat fəaliyyəti
Kompüterlərin, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri
Meyvə və tərəvəzlərin emalı və konservləşdirilməsi
Bitki və heyvan yağları və piylərinin istehsalı
Tütün məmulatlarının istehsalı
Kağız və karton istehsalı
Şüşə və şüşədən məmulatların istehsalı
Odadavamlı məmulatların istehsalı
Gildən sair tikinti məmulatlarının istehsalı
Sair çini və saxsı məmulatların istehsalı
Metalların emalı və metallara örtük çəkilməsi, maşınqayırmanın əsas texnoloji prosesləri
Bıçaq məmulatlarının, alətlərin və dəmir məmulatlarının istehsalı
Tullantıların yığılması, emalı və məhv edilməsi; istehsalat tullantılarından təkrar istifadə edilməsi
Boru kəməri nəqliyyatının fəaliyyəti
Texniki sınaq və nəzarət
Rezin və plastmas məmulatların istehsalı
Hazır metal məmulatlarının, maşın və avadanlıqların təmiri
Şəhərlərarası dəmir yolu xətti ilə sərnişin daşınması
Dəmir yolu vasitəsilə yük daşınması
Su nəqliyyatının fəaliyyəti
Hava nəqliyyatının fəaliyyəti
Mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı; hopdurma və hörmə materialların istehsalı
Silah və hərbi sursat istehsalı
Dəzgahların istehsalı
Tibbi və stomatologiya təcrübəsində tətbiq olunan alətlərin istehsalı
Digər tullantıların yığılması və məhv edilməsi
Sair quru yol nəqliyyatının fəaliyyəti
Yük avtomobil nəqliyyatlarının fəaliyyəti
Boya və lakların istehsalı
Sair kimyəvi məhsulların istehsalı
Süni və sintetik kimyəvi liflərin istehsalı
Metalın döyülməsi, preslənməsi, ştamplanması və profillənməsi, toz metallurgiyası
Elektrik naqillərinin və elektrik şəbəkələri üçün cihazların istehsalı
Elektrik lampaları və işıqlandırıcı avadanlıqların istehsalı
Məişət cihazlarının istehsalı
Balıq, xərçəngkimilər və molyuskaların emalı və konservləşdirilməsi
Abraziv məmulatların və sair qeyri-metal mineral məhsulların istehsalı
Sair hazır metal məmulatlarının istehsalı
Ümumi təyinatlı sair maşınların istehsalı
Çuqun, polad və ferroərinti istehsalı
Poladdan boru, içi boş profillər və birləşdirici hissələrin istehsalı
Elektrik mühərriklərinin, generatorlarının, transformatorların və elektrik paylayıcı və tənzimləyici cihazlarının istehsalı
Sair elektrik avadanlıqlarının istehsalı
Ümumi təyinatlı avadanlıqların istehsalı
Kənd və meşə təsərrüfatı üçün maşın və avadanlıqların istehsalı
Avtomobil, qoşqu və yarımqoşquların istehsalı
Dəmir yolu nəqliyyatı vasitələrinin istehsalı
Hərbi avtomobillərin istehsalı
Digər qruplara daxil edilməyən nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı
Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri
Meşə təsərrüfatı və bu sahədə xidmətin göstərilməsi
Koks və təmizlənmiş neft məhsullarının istehsalı
Əsas kimyəvi maddələrin, gübrə və azot birləşmələrinin, ilkin formalarda plastik kütlə və sintetik kauçukun istehsalı
Sement, əhəng və gips istehsalı
Əlvan metalların istehsalı
Xüsusi təyinatlı sair maşın və avadanlıqların istehsalı
Sənaye maşın və avadanlıqlarının quraşdırılması
Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat
Suyun yığılması, təmizlənməsi və paylanması
Çirkli suların yığılması və emalı
Binaların sökülməsi və tikinti sahəsinin hazırlanması
Elektrik və su kəməri sistemlərinin və sair mühəndis avadanlıqlarının quraşdırılması
İxtisaslaşdırılmış tikinti işləri
Daş kömür və liqnit hasilatı
Xam neft və təbii qaz hasilatı
Metal filizlərinin hasilatı
Mədənçıxarma sənayesinin digər sahələri
Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi
Aqrokimyəvi məhsulların istehsalı
Beton, gips və sementdən məmulatların istehsalı
Dekorativ və tikinti daşlarının kəsilməsi, emalı və naxışlanması
Çuqun və poladın sair ilkin emalı
Metaldan tikinti konstruksiyaları və məmulatlarının istehsalı
Metal sisternlərin, radiatorların və çənlərin istehsalı
Batareyaların və akkumulyatorların istehsalı
Kosmik aparatlar da daxil olmaqla, uçan aparatların istehsalı
Mülkü təyinatlı inşaat işləri
2. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tarifləri peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilməklə aşağıdakı kimi müəyyən edilsin:
3. Nəzərə alınsın ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsində istifadə olunan sığorta olunanların istehsalatda yerinə yetirilən əmək funksiyalarının xarakterinə görə kateqoriyalar üzrə bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli, 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanların istehsalatda yerinə yetirilən əmək funksiyalarının xarakterinə görə kateqoriyalar üzrə bölgüsünün Qaydası” ilə tənzimlənir.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 5 noyabr 2010-cu il
16 sentyabr 2025-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 868)
23 fevral 2026-cı il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 fevral 2026-cı il, “Xalq” qəzeti, 4 mart 2026-cı il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 185)