Qanunvericilik › İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı annuitet haqqının məbləğinin hesablanması Qaydaları (Maliyyə Nazirliyi, 15.12.2010) › Tam mətn

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı annuitet haqqının məbləğinin hesablanması Qaydaları (Maliyyə Nazirliyi, 15.12.2010)

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı annuitet haqqının məbləğinin hesablanması Qaydaları (Maliyyə Nazirliyi, 15.12.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qaydalar “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun məqsədləri üçün annuitet haqqının hesablanması qaydalarını, habelə bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər məsələləri tənzimləyir.

1.2. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

1.2.1. aktuar prinsipləri – sığorta tariflərinin, sığorta ehtiyatlarının və sığorta ödənişlərinin hesablanması zamanı aktuari tərəfindən tətbiq edilən iqtisadi-riyazi hesablama metodlarına əsaslanan prinsiplər;

1.2.2. gətirilmiş gözlənilən dəyər – faiz dərəcəsi və faydalanan şəxsin (şəxslərin) yaşı (yaşları) nəzərə alınmaqla hesablanan (diskontlaşdırılan) gələcək tarixlərə aid məbləğlərin birdəfəlik ödəniş tarixinə gətirilən gözlənilən (ehtimal olunan) dəyəri;

1.2.3. annuitet – müəyyən müddət ərzində dövri ödənişlərin həyata keçirilməsini nəzərdə tutan mexanizm;

1.2.4. prenumerando annuitet – ödənişləri dövrün əvvəlində həyata keçirilən annuitet.

2.1. Xalis annuitet haqqının hesablanması zamanı sığortaçı annuitet sığortası sinfi üzrə formalaşdırdığı sığorta ehtiyatlarının təmin olunması üçün qəbul edilmiş aktivlərin investisiya portfeli üzrə gəlirliliyinin proqnozlaşdırılan səviyyəsinə bərabər olan illik faiz dərəcəsindən istifadə etməlidir.

2.2. Sığorta ödənişləri bərabər olan annuitet üçün xalis annuitet haqqı aşağıdakı düsturla hesablanır:

2.2.1. müddətli annuitet üçün

XAH – xalis annuitet haqqı,

x – sığorta olunanın yaşı,

P – sığorta olunanın alacağı hər bir ödənişin məbləği,

m – bir il ərzində nəzərdə tutulan annuitet ödənişlərinin sayı;

– yaşı x olan şəxs üçün ildə dövri olaraq m dəfə həyata keçirilən hər bir ödənişi /m, müddəti isə t olan prenumerando annuitetin gətirilmiş gözlənilən dəyəridir.

2.2.2. müddətsiz annuitet üçün

XAH – xalis annuitet haqqı,

x – sığorta olunanın yaşı,

P –sığorta olunanın alacağı hər ödənişin məbləği,

m – bir il ərzində nəzərdə tutulan annuitet ödənişlərinin sayı;

– yaşı x olan şəxs üçün ildə dövri olaraq m dəfə həyata keçirilən hər bir ödənişi /m olan müddətsiz prenumerando annuitetin gətirilmiş gözlənilən dəyəridir.

2.3. Qeyri bərabər ödəniş sxemlərinə malik annuitetlər üçün xalis annuitet haqqı aktuar prinsiplərindən istifadə etməklə hesablanır.

Annuitet haqqı AH x 90% ≤ XAH şərti ödənilməklə hesablanmalıdır.

XAH – xalis annuitet haqqıdır.

Sığortaçı: ABC sığorta şirkəti

Sığortalının adı: Əhmədov Elşad

Sığortalının yaşı: 60

Sığorta məhsulu: Ömrün axırına qədər hər ayın əvvəlində məbləği 500 manat olan sığorta ödənişləri seriyası.

Annuitet haqqının hesablanması:

Baxılan misal üçün xalis annuitet haqqı aşağıdakı düsturla hesablanır:

Sığorta olunanın yaşı x = 60;

Sığorta olunanın alacağı hər bir ödənişin məbləği P = 500;

Bir il ərzində nəzərdə tutulan annuitet ödənişlərinin sayı m = 12;

Proqnazalaşdırılmış investisiya faiz göstəricisi isə 12% götürülür.

Yaşı 60 olan şəxs üçün ildə dövri olaraq 12 dəfə həyata keçirilən hər bir ödənişi /12, müddəti isə müddətsiz olan prenumerando annuitetin gətirilmiş gözlənilən dəyəri

Annuitet haqqı AH x 90% ≤ XAH şərti ödənilməklə hesablanmalıdır. Bu da aşağıdakı intervalla müəyyən olunur:

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver