12.1. Bu Qanunun 16.3-cü maddəsinə əsasən birdəfəlik sığorta ödənişi almış faydalanan şəxs annuitet müqaviləsi bağlamaq hüququ olan sığortaçı ilə annuitet müqaviləsi bağlaya bilər.
12.2. Annuitet müqaviləsinin məzmunu və forması, onun bağlanılması, dəyişdirilməsi və ona xitam verilməsi qaydaları Mərkəzi Bank tərəfindən müəyyən edilir.
12.3. Annuitet və icbari sığorta müqavilələrində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu müqavilələrdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin müqavilələrin təqdim edilməsinə bərabər tutulur.