Qanunvericilik › İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Faydalanan şəxsin hüquq və vəzifələri

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Faydalanan şəxsin aşağıdakı hüquqları vardır:

8.1.1. bu Qanunla müəyyən olunmuş qaydada və şərtlərlə sığorta ödənişini almaq;

8.1.2. bu Qanuna uyğun olaraq annuitet müqaviləsi bağlamaq üçün sığortaçını sərbəst seçmək;

8.1.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada sığorta hadisəsinin araşdırılmasında şəxsən, həmçinin müvafiq həmkarlar ittifaqının nümayəndəsi ilə birlikdə iştirak etmək;

8.1.4. sığorta hadisəsinin araşdırılmasının nəticələri ilə razılaşmadığı halda qanunvericiliyə uyğun olaraq şikayət etmək;

8.1.5. bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulan sığorta olunanlar barəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində (bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş faydalanan şəxslər münasibətdə), “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək;

8.1.5-1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində (bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş faydalanan şəxslərə münasibətdə) nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

8.2. Faydalanan şəxsin aşağıdakı vəzifələri vardır:

8.2.1. bu Qanunun 18.6-cı maddəsində nəzərdə tutulan sənədləri sığortaçıya, bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlar tərəfindən isə sığortalıya təqdim etmək;

8.2.2. sığorta ödənişinin məbləğinin dəyişməsinə və ya bu ödənişi almaq hüququnun itirilməsinə səbəb ola bilən hallar barədə belə halların yarandığı tarixdən 10 iş günündən gec olmayaraq sığortaçıya, bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə isə sığortalıya məlumat vermək;

8.2.3. 6 aydan gec olmamaq şərti ilə annuitet müqaviləsi üzrə sığortaçını həmin müqaviləyə xitam verilməsi barədə niyyəti haqqında yazılı şəkildə xəbərdar etmək;

8.2.4. bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulan sığorta olunanlar barəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində (bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş faydalanan şəxslər münasibətdə), “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;

8.2.4-1. bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində (bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş faydalanan şəxslərə münasibətdə) nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver