“İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 iyul tarixli 442 nömrəli Fərmanının 3.1.3-cü yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.10.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası
1. “İstilik qurğularının texniki istismar Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
Azərbaycan Respublikasının
1.1. Bu Qaydalar “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 13.1.1-ci maddəsinə əsasən hazırlanmışdır və istilik təchizatı sahəsində istilik qurğularının texniki istismarı ilə bağlı tələbləri müəyyən edir.
1.2. Bu Qaydaların məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.2.1. buxar qazanı – ocağı olan, orada yandırılan yanacaq məhsulları ilə qızdırılaraq qurğunun özündən kənarda istifadə olunan, təzyiqi atmosfer təzyiqindən yüksək olan buxar almaq üçün nəzərdə tutulan qurğu;
1.2.2. fərdi istilik məntəqəsi – bir binanın və ya onun bir hissəsinin istilik istehlakı sisteminin qoşulması üçün nəzərdə tutulmuş istilik məntəqəsi;
1.2.3. inzibati-texniki heyət – istilik qurğularında texniki xidmətlərin təşkili, təmir, quraşdırma və sazlama işlərinin aparılması, istilik qurğularının texniki vəziyyətinə nəzarət və istilik qurğularında işləyərkən əməyin mühafizəsi tələblərinə riayət edilməsinə cavabdeh olan şəxslər;
1.2.4. istilik istehlakı sistemi – texnoloji proseslərdə, isitmə, havalandırma, isti su təchizatı və kondisioner sistemlərində istifadə olunan istilik enerjisini qəbul və istehlak edən qurğular;
1.2.5. istilik mənbəyi – yanan yanacağın, habelə elektrik enerjisindən və ya qeyri-ənənəvi üsullarla alınan istilik enerjisini istilik daşıyıcısına ötürməklə istehlakçıların istilik təchizatını təmin edən istilik istehsalı qurğusu və ya onların məcmusu;
1.2.6. istilik məntəqəsi – ayrılmış məntəqədə yerləşdirilən və istilik, havalandırma, isti su təchizatı sistemlərini xarici şəbəkəyə qoşan avadanlıqlar kompleksi;
1.2.7. istilik nasosu – isitmə məqsədləri üçün istiliyin aşağı səviyyəli temperaturdan daha yüksək temperatur səviyyəsinə daşınmasını yerinə yetirən qurğu;
1.2.8. istilik təsərrüfatına cavabdeh şəxs – inzibati-texniki heyətdən istilik təsərrüfatının istismarçısı tərəfindən təyin olunmuş, üzərinə istilik qurğularına təhlükəsiz xidmətin təşkili vəzifəsi qoyulmuş şəxs;
1.2.9. işçi təzyiq – iş prosesinin normal gedişatı zamanı yaranan maksimal izafi təzyiq;
1.2.10. konservasiya – istilik qurğularının və şəbəkələrin, o cümlədən ehtiyat hissələrinin və materialların texniki sənədlərlə təyin olunmuş müddətdə korroziyadan, insanların və xarici mühitin mexaniki və digər təsirlərindən qorunması yolu ilə saxlanması və ya müvəqqəti fəaliyyətsizliyinin təmin olunması üzrə kompleks tədbirlər;
1.2.11. qazanxana – istilik təchizatı məqsədilə istilik istehsal etmək üçün nəzərdə tutulmuş qazanı (istilik generatoru) və köməkçi texnoloji avadanlığı olan otaq, bina və qurğular kompleksi;
1.2.12. mərkəzi istilik məntəqəsi – iki və daha çox binanın istilik istehlakı sisteminin qoşulması üçün nəzərdə tutulmuş istilik məntəqəsi;
1.2.13. operativ heyət – operativ idarəetməyə və avadanlığa operativ əməliyyatın aparılmasına buraxılan şəxslər;
1.2.14. operativ-təmir heyəti – təmir heyəti üzvlərindən, istilik qurğularının idarəetmə hissələrinə bilavasitə təsir etmək hüququna malik şəxslər kateqoriyası;
1.2.15. suqızdırıcı – təzyiqi atmosfer təzyiqindən yüksək təzyiqdə olan suyun buxar, isti su və digər istilik daşıyıcıları vasitəsi ilə qızdırılması üçün nəzərdə tutulan qurğu;
1.2.16. suqızdırıcı qazan – ocağı olan və orada yanacağı yandırmaqla təzyiqi atmosfer təzyiqindən yüksək olan və istilik daşıyıcısı kimi bu qurğudan kənarda istifadə edilən suyun qızdırılması üçün nəzərdə tutulan qurğu;
1.2.17. şəbəkə suyu – istilik təchizatı sistemində istilik daşıyıcısı kimi istifadə edilən su;
1.2.18. texniki xidmət – təyinatı üzrə istifadə olunduqda, saxlanıldıqda və daşındıqda məmulatın iş qabiliyyətini və sazlığını saxlamaq üçün həyata keçirilən əməliyyat və ya kompleks əməliyyatlar.
1.3. Bu Qaydalar aşağıdakı istilik qurğularının texniki istismarı üzrə tələbləri müəyyənləşdirir:
1.3.1. mütləq buxar təzyiqi 4 MPa-dan çox olmayan və su temperaturu 200°C-dən çox olmayan üzvi yanacaq, habelə elektrik enerjisindən və bərpa olunan enerji ehtiyatlarından istifadə etməklə istilik enerjisi istehsal edən istilik qurğuları;
1.3.2. təyinatından asılı olmayaraq buxar və su istilik sistemləri, o cümlədən nasos stansiyaları, kondensat toplama və qaytarma sistemləri;
1.4. Bu Qaydalar aşağıdakı istilik qurğularına şamil edilmir:
1.4.1. Qanunun 1.1.1-ci maddəsində nəzərdə tutulan fərdi istilik sistemlərinə, istilik elektrik stansiyalarına;
1.4.2. dəniz və çay gəmilərinə və üzən vasitələrində istifadə olunan qurğulara;
1.4.3. dəmir yolu və avtomobil nəqliyyatı vasitələrində istifadə olunan qurğulara.
1.5. İstilik qurğularının elektrik avadanlığı Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il 27 iyun tarixli 3-15/3-1-4/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğun olmalı və Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il 12 iyun tarixli 3-15/3-1-2/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının texniki istismar Qaydaları”nın və Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il 29 may tarixli 3-15/3-1-1/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın tələblərinə uyğun olaraq istismar olunur.
1.6. İstilik qurğularının isti hissələri, boruları, çənləri və toxunarkən yanıq yarada bilən digər isti elementləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2023-cü il 25 aprel tarixli 3-35/3-2-3/2023 nömrəli qərarı ilə təsdiq edilmiş AzDTN 2.12-6 “Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası. Layihələndirmə normaları”na əsasən istilik izolyasiyası ilə təmin edilməlidir.
1.7. İstilik qurğuları və istilik təchizatı sistemlərinin boru kəmərlərinin təyinatından və mühitin parametrlərindən asılı olaraq rənglənməsi, şərti işarələrin, hərflərin ölçülərinin və üst yazılarının yerləşməsi ГОСТ 12.4.026-2015 standartına uyğun olmalıdır.
1.8. Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində (bundan sonra – Agentlik) təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilən istilik qurğularına xidmət Dövlət Sənayesində İşlərin Təhlükəsiz Görülməsində Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin 2001-ci il 27 iyul tarixli 10 nömrəli əmri ilə təsdiq edilmiş "Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri"nə uyğun olaraq həyata keçirilir.
1.9. İstilik qurğuları, bu Qaydaların 1 nömrəli Əlavəsinə uyğun olaraq fəaliyyət göstərdiyi istilik təchizatı subyektlərində qeydiyyata alınır.
1.10. Bu Qaydaların tələblərinə riayət olunmasına, habelə tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq istilik təchizatı subyektlərində yanacaq və enerji ehtiyatlarından səmərəli istifadəyə nəzarət Enerji Məsələlərini Tənzimləmə Agentliyi (bundan sonra – Tənzimləyici) tərəfindən həyata keçirilir.
1.11. İstilik təchizatı subyektinin istilik qurğularının istismarı hazırlıq keçmiş heyət tərəfindən həyata keçirilir. İstilik qurğularına malik olan şəxs, yaxud onların istismarçısı həmin qurğuların istismarı üzrə işlərin həcminə və mürəkkəbliyinə uyğun ixtisas dərəcəli heyətə malik olmalı və ya ixtisaslaşmış podratçı cəlb etməlidir.
1.12. İstilik təsərrüfatına cavabdeh şəxs bu Qaydalara uyğun olaraq, əməyin mühafizəsi üzrə bilik yoxlanışından keçdikdən sonra inzibati-texniki heyət sırasından istilik təchizatı subyektinin rəhbərinin sərəncamı ilə təyin edilir.
1.13. İstilik qurğularının istismarına görə istilik təchizatı subyektinin struktur bölmələrinin cavabdehlik sərhədləri istilik təchizatı subyekti rəhbərinin sərəncamı ilə müəyyənləşdirilir. İstilik təchizatı subyektinin rəhbəri struktur bölmələrin vəzifəli şəxslərinin cavabdehliyini istehsalat strukturu, nəqliyyat, istilik enerjisi və istilik daşıyıcısının paylanması və istehlakı kimi göstəricilərə əsasən, sözügedən cavabdehliyi həm də işçilərin vəzifə təlimatında nəzərə alaraq əmr və ya sərəncamla müəyyən edir.
1.14. İstilik enerjisi istehlakçısı ilə paylayıcı arasında və istilik təchizatı subyektləri arasında istilik qurğularının istismarına görə cavabdehliyin hüdudları balans mənsubiyyəti sərhədində və ya onlar arasında bağlanmış müqavilə ilə müəyyən edilir.
1.15. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanunla və Azərbaycan Respublikasının istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların tələbləri ilə müəyyən edilmiş mənaları ifadə edir.
1.16. Ölçmə prosesləri zamanı istifadə olunan ölçmə vasitələri “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olmalıdır.
2.1. İstilik təchizatı subyektinin rəhbəri aşağıdakıları təmin edir:
2.1.1. istilik qurğularının işlək vəziyyətdə saxlanılması və onların bu Qaydaların, əməyin təhlükəsizliyi və mühafizəsi tələblərinin, avadanlıq və qurğuların istismarı prosesində texniki və yanğın təhlükəsizliyinə dair tələblərin, eləcə də digər normativ-texniki sənədlərin tələblərinə uyğun şəkildə istismarı ilə bağlı istilik qurğularının istismarına görə istilik təchizatı subyektinin struktur bölmələrinin cavabdehlik sərhədlərinin, həmçinin struktur bölmələrin və xidmətlərin vəzifəli şəxslərinin cavabdehliyinin müəyyən edilməsini;
2.1.2. profilaktik işlərin, təmirin, modernizasiya və rekonstruksiya işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə bağlı tədbirlər planının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarətin təmin edilməsini;
2.1.3. struktur bölmələr, istehsal və xidmət sahələri və heyət üçün vəzifə və istismar təlimatlarının hazırlanması və təsdiq edilməsini;
2.1.4. heyətin hazırlanması və onların bu Qaydalar, təhlükəsizlik texnikası, vəzifə və istismar təlimatları üzrə biliklərinin yoxlanılmasını;
2.1.5. istilik təchizatı subyekti və onun struktur bölmələrində istilik enerjisi və istilik daşıyıcısının istehsalçıları və istehlakçıları arasında münasibətləri tənzimləyən normativ-hüquqi aktların və normativ-texniki sənədlərin tələblərinə riayət edilməsi ilə bağlı tədbirlərin görülməsini;
2.1.6. istilik təchizatı subyekti və onun struktur bölmələrində insanlar və ətraf mühitə mənfi təsir göstərən texnologiya və iş üsullarından istifadənin qarşısının alınması ilə bağlı tədbirlərin görülməsini;
2.1.7. yanacaq-enerji resurslarından səmərəli istifadə olunması və onların sərfiyyatı üzrə normativlərin hazırlanmasını;
2.1.8. istilik qurğularının texniki-iqtisadi göstəricilərinin uçotu və təhlilinin aparılmasını;
2.1.9. istilik qurğularının işində baş vermiş texnoloji pozuntular (qəzalar və hadisələr) və onların istismarı ilə bağlı bədbəxt hadisələr üzrə məlumatların Agentliyə və Tənzimləyiciyə operativ təqdim olunmasını;
2.1.10. istilik qurğularının işində baş vermiş pozuntuların, bədbəxt hadisələrin uçotunun və təhlilinin aparılmasını və hesabatların hazırlanmasını;
2.1.11. dövlət nəzarət orqanlarının nümayəndələrinin istilik qurğularının texniki vəziyyətinin, təhlükəsiz istismarının və enerji resurslarından səmərəli istifadəsinin yoxlanılması məqsədilə qurğulara qanunvericiliyə uyğun maneəsiz girişinin təmin edilməsini;
2.1.12. dövlət nəzarət orqanlarının göstərişlərinin müəyyən olunmuş müddətlərdə yerinə yetirilməsi ilə bağlı tədbirlərin görülməsini.
2.2. İstilik qurğuları üzrə istismar cavabdehliyi həvalə edilmiş vəzifəli şəxs və ya istilik təsərrüfatına cavabdeh şəxs (şəxslər) bu Qaydalar, təhlükəsizlik texnikası qaydaları və təlimatlar üzrə bilikləri yoxlanıldıqdan sonra bu vəzifələrə təyin edilir.
2.3. İstilik qurğuları üzrə istismar cavabdehliyi həvalə edilmiş vəzifəli şəxs və ya istilik təsərrüfatına cavabdeh şəxs (şəxslər) arasında qarşılıqlı münasibətlər və vəzifə bölgüsü onların vəzifə təlimatlarında əks etdirilir.
2.4. İstilik təchizatı subyektinin və ya onun struktur bölmələrinin istilik təsərrüfatına cavabdeh şəxs (şəxslər) aşağıdakıları təmin edir:
2.4.1. istilik qurğularının texniki cəhətdən işlək vəziyyətdə saxlanılması, onların bu Qaydaların, təhlükəsizlik texnikası qaydalarının və digər normativ-texniki sənədlərin tələblərinə uyğun səmərəli və təhlükəsiz istismarını;
2.4.2. istilik təchizatı sistemlərinin hidravlik və istilik rejimlərinə riayət edilməsini;
2.4.3. yanacaq-enerji resurslarından səmərəli istifadə olunması ilə bağlı müəyyən edilmiş tədbirlərin icrasını və təsdiq edilmiş sərfiyyat normativlərinə əməl edilməsini;
2.4.4. yanacaq-enerji resurslarının sərfiyyatının azaldılması üzrə tədbirlərin icrasını;
2.4.5. hidravlik və istilik rejimlərinin nəzarəti və tənzimlənməsi üzrə avtomatlaşdırılmış sistem və cihazların, habelə istilik enerjisi və istilik daşıyıcısının uçot sistemlərinin tətbiqi və istismarını;
2.4.6. istilik qurğularının vaxtında texniki xidmətini və təmirini;
2.4.7. müəyyən olunmuş statistik hesabatın aparılmasını;
2.4.8. vəzifə təlimatlarının və istismar üzrə təlimatların hazırlanmasına dair təkliflərin verilməsini;
2.4.9. istilik təchizatı subyektinin enerji balanslarının hazırlanmasına dair təkliflərin verilməsini;
2.4.10. istilik qurğularına dair pasportların və icra sənədlərinin mövcudluğunun təmin edilməsini və aparılmasını;
2.4.11. yeni və yenidən qurulmuş istilik qurğularının qəbulu və istismara buraxılmasında iştirak edilməsini;
2.4.12. göstərişlərin müəyyən olunmuş müddətlərdə yerinə yetirilməsini və onların icrası barədə məlumatların dövlət nəzarət orqanlarına vaxtında təqdim edilməsini.
3.1. İstilik qurğularının istismarı təhlükəsizlik texnikası, əməyin mühafizəsi, vəzifə təlimatı, istismar təlimatı və yanğın təhlükəsizliyi üzrə təlim keçmiş heyət tərəfindən həyata keçirilməlidir. Rəhbər və mütəxəssislər vəzifə öhdəliklərinə uyğun ixtisas təhsilinə, işçi heyəti isə yerinə yetirdikləri işin xüsusiyyətlərinə və həcminə uyğun olaraq peşə hazırlığına malik olmalıdırlar. İstilik təchizatı subyektində texnoloji qəzaların və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə işçi heyətin peşə hazırlığının və praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəlmiş mütəmadi (sistemli) işlər təşkil edilməlidir.
3.2. İstilik qurğuları və istilik təchizatı sistemlərinin istismarı ilə məşğul olan heyət funksional vəzifələrinə görə aşağıdakı kateqoriyalara bölünür:
3.2.1. inzibati-texniki heyət;
3.2.2. operativ heyət;
3.2.3. operativ-təmir heyəti;
3.3. Heyət müstəqil işə buraxılmazdan əvvəl, yaxud istilik qurğularının istismarı ilə bağlı başqa vəzifəyə (işə) keçdikdə, habelə ixtisası üzrə işində 6 aydan çox fasilə yarandıqda, yeni vəzifə üzrə hazırlıq keçməlidir.
3.4. Yeni vəzifə üzrə hazırlıq dövründə işçiyə istilik təchizatı subyektinin avadanlıqları, qurğuları və texnoloji sxemləri ilə tanış olması üçün istilik təchizatı subyekti rəhbəri tərəfindən təsdiq edilmiş proqrama uyğun olaraq zəruri vaxt ayrılmalıdır.
3.5. Yeni vəzifə üzrə istehsalat hazırlığı proqramı aşağıdakıların mənimsənilməsini nəzərdə tutur:
3.5.1. bu Qaydaların və istilik qurğularının istismarı üzrə normativ-texniki sənədlərin öyrənilməsi;
3.5.2. texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının öyrənilməsi;
3.5.3. vəzifə və istismar təlimatlarının, əməyin mühafizəsi üzrə təlimatların, qəzaların ləğvi üzrə təlimatların və qəza rejimlərinin öyrənilməsi;
3.5.4. texniki təhlükəsizlik vasitələrinin və qəza əleyhinə mühafizə sistemlərinin quruluşu və iş prinsiplərinin öyrənilməsi;
3.5.5. avadanlıqların, nəzarət-ölçmə və idarəetmə vasitələrinin quruluşu və iş prinsiplərinin öyrənilməsi;
3.5.6. texnoloji sxemlərin və texnoloji proseslərin öyrənilməsi;
3.5.7. fərdi mühafizə və yanğınsöndürmə vasitələrindən istifadə qaydaları, habelə bədbəxt hadisələr zamanı ilk tibbi yardımın göstərilməsi vərdişlərinin öyrənilməsi;
3.5.8. istilik qurğularının idarə edilməsi üzrə praktiki bacarıqlara yiyələnmə.
3.6. İstilik təchizatı subyekti heyəti üçün tələb olunan ixtisas və peşə hazırlığı səviyyəsi istilik təchizatı subyektinin rəhbəri tərəfindən müəyyən edilir. Bu tələblər struktur bölmələrinin əsasnamələrində və işçilərin vəzifə təlimatlarında əks olunmalıdır. Hazırlıq müddətində öyrənən işçi təcrübəli mütəxəssisə təhkim olunmaqla, onun nəzarəti altında fəaliyyət göstərməlidir.
3.7. Müxtəlif kateqoriyalı heyətlə hazırlıq və təlimatların keçirilməsi məcburidir.
3.8. İnzibati-texniki heyət ilə aşağıdakı iş formaları aparılır:
3.8.1. əməyin mühafizəsi və təhlükəsizliyi üzrə giriş təlimatı, habelə iş yerində ilkin, vaxtaşırı (təkrar) və növbədənkənar təlimatlar;
3.8.2. əməyin mühafizəsi, texniki istismar, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydaları üzrə biliklərin yoxlanılması.
3.9. Operativ heyət və operativ-təmir heyəti ilə aşağıdakı iş formaları aparılır:
3.9.1. əməyin mühafizəsi və təhlükəsizliyi üzrə giriş təlimatı, habelə iş yerində ilkin, vaxtaşırı (təkrar) və növbədənkənar təlimatlar;
3.9.2. yeni vəzifə və ya peşə üzrə iş yerində istehsalat təliminin keçilməsi;
3.9.3. əməyin mühafizəsi, texniki istismar, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydaları üzrə biliklərin yoxlanılması;
3.9.4. qəza əleyhinə və yanğın əleyhinə məşqlərin keçirilməsi;
3.10. Təmir heyəti ilə aşağıdakı iş formaları aparılır:
3.10.1. əməyin mühafizəsi və təhlükəsizliyi üzrə giriş təlimatı, habelə iş yerində ilkin, vaxtaşırı (təkrar) və növbədənkənar təlimatlar;
3.10.2. yeni vəzifə və ya peşə üzrə iş yerində istehsalat təliminin keçilməsi;
3.10.3. əməyin mühafizəsi, texniki istismar, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydaları üzrə biliklərin yoxlanılması.
4.1. Operativ heyət, operativ-təmir və təmir heyətinin üzvləri işə qəbul olunarkən, həmçinin yeni vəzifəyə təyin olunduqda və ya başqa bir iş yerinə keçirildikdə biliklərin ilkin yoxlanışından sonra təcrübə keçirlər. Təcrübə səriştəli işçinin rəhbərliyi ilə həyata keçirilir.
4.2. Təcrübə hər bir vəzifə və iş yeri üçün hazırlanmış və istilik təchizatı subyektinin rəhbəri tərəfindən təsdiqlənmiş proqramlar üzrə 2-5 növbə müddətində həyata keçirilir. İşinin mahiyyəti və əvvəl işlədiyi avadanlıqların növü dəyişməmək şərtilə, bir struktur bölməsindən digərinə keçən və ən azı 3 il iş təcrübəsi olan işçi təcrübə keçməkdən azad edilə bilər.
4.3. İşçilərin təcrübə keçməsi, təcrübə müddəti və təcrübənin keçirilməsinə məsul şəxs istilik təchizatı subyekti rəhbərinin sərəncamı ilə rəsmiləşdirilir.
4.4. Təcrübə müddəti təlim keçənin peşə təhsili səviyyəsi, iş təcrübəsi və peşəsindən asılı olaraq fərdi qaydada müəyyən edilir.
4.5. Təcrübə zamanı işçiyə aşağıdakı tələbləri öyrənmək və əməl etmək zəruridir:
4.5.1. bu Qaydaları və istilik təchizatı sahəsi üzrə digər normativ-texniki sənədləri öyrənmək və onları iş yerində tətbiq etmək;
4.5.2. bu vəzifədə (peşədə) işləmək üçün məcburi olan sxemləri, istismar və əməyin mühafizəsi üzrə təlimatları öyrənmək;
4.5.3. istehsalat əməliyyatlarının aparılması üçün praktiki bacarıqlara yiyələnmək;
4.5.4. istilik qurğularının qəzasız, təhlükəsiz və səmərəli istismarının üsullarını öyrənmək.
5.1. İstilik qurğularının və istilik təchizatı sistemlərinin istismarını həyata keçirən işçi heyət mütəmadi olaraq bilik yoxlanışından keçməlidir:
5.1.1. Operativ heyət, operativ-təmir və təmir heyəti – ən azı ildə 1 dəfə;
5.1.2. inzibati-texniki heyət – ən azı üç ildə 1 dəfə.
5.2. Biliklərin növbədənkənar yoxlanması daha öncəki yoxlanmanın keçirildiyi müddətdən asılı olmayaraq həyata keçirilir:
5.2.1. İstilik təchizatı sahəsində yeni və ya yenidən işlənmiş norma və qaydaların tətbiqi zamanı;
5.2.2. yeni avadanlığın quraşdırılması, əsas texnoloji sxemlərin yenidən qurulması və ya dəyişdirildiyi hallarda, istilik təchizatı subyektinin rəhbərinin qərarı ilə;
5.2.3. başqa işə təyin edilmə və ya köçürülmə zamanı bu vəzifələr norma və qaydalar haqqında əlavə bilgilər tələb etdikdə;
5.2.4. işçilər tərəfindən əməyin mühafizəsi qaydalarının tələbləri pozulduqda;
5.2.5. Tənzimləyicinin tələbi ilə;
5.2.6. baş vermiş bədbəxt hadisələri və ya istilik qurğuları və istilik təchizatı sisteminin fəaliyyətindəki pozuntuları araşdıran komissiyaların nəticələrinə görə;
5.2.7. cari vəzifədə 6 aydan artıq müddətli fasilə yarandığı təqdirdə.
5.3. İşçi heyətin biliklərinin yoxlanılması üçün istilik təchizatı subyektinin rəhbərinin müvafiq əmri ilə daimi komissiya təyin edilir. Komissiya üzvlərinin sayı 5 nəfərdən az olmamalıdır. Komissiya yaratmaq imkanı olmayan istilik təchizatı subyektləri üçün biliklərin yoxlanılması Tənzimləyicinin və ya biliklərin yoxlanılması üzrə ixtisaslaşmış təşkilatların komissiyalarında ödənişsiz keçirilir.
5.4. Biliklərin yoxlanması komissiyanın sədri və üzvlərindən ən azı iki nəfər Tənzimləyicinin və ya ixtisaslaşmış təşkilatların komissiyalarında bilik yoxlanışından keçir.
5.5. Bilik yoxlanışından keçməyən (qeyri-qənaətbəxş biliklər nümayiş etdirən və yaxud bilik yoxlanışında üzrsüz səbəbdən iştirak etməyən) şəxslər müstəqil işə buraxılmır və biliklərin yoxlanıldığı gündən etibarən bir aydan artıq olmayan müddətdə təkrar bilik yoxlanışından keçirlər. Təkrar bilik yoxlamasından keçməyən işçilərin tutduqları vəzifəyə uyğun olub-olmaması, əmək qanunvericiliyinin tələbləri əsasında istilik təchizatı subyekti rəhbəri (işəgötürən) tərəfindən həll edilir.
6.1. Operativ heyət və operativ-təmir heyəti bu Qaydalara dair biliklərin ilkin yoxlanılmasından, işdə 6 aydan artıq fasilədən sonra, habelə istilik təchizatı subyektinin istilik təsərrüfatına cavabdeh şəxsin qərarı ilə təkrar işə buraxılmadan keçirilir.
6.2. Təkrar işə buraxılma istilik təchizatı subyektinin və ya onun struktur bölməsinin rəhbərinin sərəncamverici sənədi ilə rəsmiləşdirilir. Təkrar işə buraxılma müddətində işçinin iş yerində fəaliyyətinə nəzarəti həyata keçirən əsas işçi və təkrar işə buraxılmadan keçən işçi təhlükəsiz və istismar qaydalarına riayət olunmasına görə bərabər cavabdehlik daşıyırlar.
6.3. Təkrar işə buraxılma istilik təchizatı subyektinin rəhbəri tərəfindən təsdiq edilmiş proqramlar əsasında həyata keçirilir. İstilik qurğularının mövsümi istismarı və bununla əlaqədar əlavə heyətin işə qəbul edilməsi hallarında, iş yerində təkrar işə buraxılma proqramı mövsümi istilik təsərrüfatına cavabdeh şəxsin rəhbərliyi altında ən azı 2 iş növbəsi (gün) ərzində, istilik təchizatı subyektinin rəhbəri tərəfindən təsdiq olunmuş proqram üzrə əks-qəza və yanğın təhlükəsizliyi məşqlərinin keçirilməsi ilə əvəz edilə bilər.
6.4. Təkrar işə buraxılmanın müddəti işçinin peşə hazırlığı səviyyəsi, iş təcrübəsi və praktiki vərdişləri nəzərə alınmaqla istilik təchizatı subyektinin və ya onun struktur bölməsinin istilik təsərrüfatına cavabdeh şəxsi tərəfindən müəyyən edilir. Biliklərin yoxlanılmasından sonra təkrar işə buraxılmanın minimum müddəti aşağıdakı kimi müəyyən edilir:
6.4.1. avtomatika və ölçmə vasitələrinə xidmət göstərən heyət üçün — ən azı 12 iş növbəsi;
6.4.2. digər peşələr üzrə işçilər üçün — 2 növbədən 12 iş növbəsinədək.
6.5. Təkrar işə buraxılma dövründə işçinin əks-qəza və yanğın əleyhinə məşqlərdə iştirakı və həmin məşqlərin nəticələri əks-qəza məşqləri jurnalında qeyd olunur. Məşqlərin sayı və mövzuları təkrar işə buraxılma proqramı ilə müəyyən edilir.
6.6. Təkrar işə buraxılma müddətində işçi kifayət qədər istehsalat bacarıqları əldə etmədikdə və ya əks-qəza məşqlərində qənaətbəxş nəticə göstərmədikdə, onun təkrar işə buraxılma müddəti ilkin müəyyən edilmiş müddəti aşmamaq şərtilə uzadıla və əlavə əks-qəza məşqləri keçirilə bilər. Təkrar işə buraxılma müddətinin uzadılması istilik təchizatı subyektinin rəhbərinin sərəncamı ilə rəsmiləşdirilir.
7.1. Yeni işə götürülən və ya 6 aydan çox müddətə işə ara vermiş işçilər müstəqil işləmək hüququnu bu Qaydaların tələblərinə əsasən əməyin təhlükəsizliyi üzrə təlimatlandırıldıqdan, təcrübə keçdikdən və bilikləri yoxlanıldıqdan sonra əldə edir.
7.2. Müstəqil işə buraxılma struktur bölmənin rəhbərinin təqdimatı əsasında istilik təchizatı subyekti rəhbərinin sərəncamverici sənədi ilə rəsmiləşdirilir.
7.3. Agentlikdə təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilən istilik qurğularına xidmət edən əməkdaşların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 1999-cu il 26 avqust tarixli 19-3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında Nümunəvi Əsasnamə”yə uyğun olaraq təlim keçirdikdən və bilik yoxlanışından sonra müstəqil işləməyinə icazə verilir.
7.4. İşə 30 gündən 6 aya qədər ara verildikdə heyətin müstəqil işə buraxılması forması işçilərin peşə hazırlığı səviyyəsi, iş təcrübəsi, vəzifə öhdəlikləri nəzərə alınmaqla istilik təchizatı subyektinin və ya struktur bölməsinin rəhbəri tərəfindən müəyyən edilir. Bu kimi hallarda mütləq şəkildə əməyin təhlükəsizliyi üzrə növbədənkənar təlimat keçirilir.
7.5. İşində uzunmüddətli fasiləsi olan operativ və operativ-təmir heyəti müstəqil işə buraxılmazdan öncə keçdiyi təlim formalarından asılı olmayaraq aşağıdakılarla tanış olmalıdır:
7.5.1. istilik qurğularının avadanlıq, sxem və iş rejimində edilmiş dəyişikliklərlə;
7.5.2. təlimat dəyişiklikləri ilə;
7.5.3. yeni qüvvəyə minmiş normativ-texniki sənədlərlə;
7.5.4. cari vəzifə üzrə yeni əmrlər, texniki sərəncamlar və digər materiallarla.
7.6. Avadanlıqların uzunmüddətli dayandırıldığı (konservasiya) və ya onların iş şəraitinin dəyişdirildiyi halda heyətin onun idarə olunmasına buraxılması istilik təchizatı subyektinin rəhbəri tərəfindən müəyyən edilir.
7.7. Podratçıların işçilərinin hazırlanması, biliklərinin yoxlanması və müstəqil işə buraxılma hüququnun əldə edilməsi özləri tərəfindən həyata keçirilir.
7.8. İstilik qurğularında işləmək üçün podratçılar sifarişçinin obyektlərinə göndərilən işçilərinin bilik səviyyəsi, habelə həmin işçilər tərəfindən bu Qaydaların və sifarişçinin istilik qurğularında qüvvədə olan digər normativ-texniki sənədlərin tələblərinə əməl edilməsinə görə özləri cavabdehdirlər.
8.1. Operativ və operativ-təmir heyətinin istilik qurğularının normal rejiminin pozuntularının aradan qaldırılması üzrə bacarıqlara yiyələnməsi üçün əks-qəza və yanğın əleyhinə məşqlər keçirilir. Məşqlərin mütəmadiliyi, yerli şəraitdən asılı olaraq, ildə 1 dəfədən az olmayaraq istilik təchizatı subyektinin rəhbəri (və ya texniki rəhbəri) tərəfindən təsdiqlənmiş proqrama əsasən aparılır.
8.2. Yeni istismara verilən, həmçinin mövcud istilik qurğularında məşqlərin sayı heyətin peşə hazırlığı səviyyəsindən və qəza hallarının qarşısının alınması və aradan qaldırılması üzrə bacarıqlarından asılı olaraq istilik təchizatı subyektinin rəhbərinin qərarı ilə artırıla bilər.
8.3. Əks-qəza və yanğın əleyhinə məşqlərin keçirilməsinə sərf olunan vaxt məşq iştirakçılarının iş vaxtına daxildir. Əks-qəza və yanğın əleyhinə məşqlərin birləşdirilməsinə icazə verilir.
8.4. Məşqlər zamanı qeyri-qənaətbəxş qiymət alan işçi istilik təchizatı subyektinin və ya struktur bölmənin rəhbəri tərəfindən müəyyən edilmiş müddətdə yenidən məşq keçməlidir. Əgər işçi ikinci dəfə də qeyri-qənaətbəxş qiymət alırsa, o, müstəqil işdən kənarlaşdırılır. O, əhatə dairəsi və müddəti istilik təchizatı subyektinin və ya struktur bölmənin rəhbəri tərəfindən müəyyən edilən məşq və biliyin qiymətləndirilməsindən keçməlidir.
9.1. Tikintisi və ya modernləşdirilməsi başa çatmış istilik qurğularının və istilik təchizatı sistemlərinin istismara qəbulu bu Qaydaların tələbləri nəzərə alınmaqla mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
9.2. İstilik qurğuları və istilik təchizatı sistemlərində tikinti-quraşdırma işləri başa çatdıqdan sonra istilik təchizatı sektorunu tənzimləyən normativ sənədlərdə nəzərdə tutulmuş fərdi sınaqlar və kompleks yoxlanmalar aparılmalıdır.
9.3. İstilik qurğuları istismara qəbul edilməzdən əvvəl avadanlıqların təhvil-təslim sınaqları, həmçinin istilik qurğularının ayrı-ayrı elementlərinin və sistemin bütövlükdə sazlama və işə salma işləri aparılır. Bina və qurğuların tikintisi və quraşdırılması dövründə avadanlıq və qurğuların ilkin qəbulu, o cümlədən gizli işlər üzrə aktlar hazırlanaraq rəsmiləşdirilir.
9.4. Avadanlığın sınaqları və ayrı-ayrı sistemlərin sazlama-işə salma sınaqları, təhvil verilən istilik qurğuları üzrə tikinti-quraşdırma işləri başa çatdıqdan sonra, layihə sxemlərinə uyğun olaraq, podratçı (baş podratçı) tərəfindən aparılır.
9.5. İşəsalma-sazlama sınaqlarından əvvəl layihə sxemlərinin, tikinti norma və qaydalarının, əməyin təhlükəsizliyi standartları da daxil olmaqla, təhlükəsizlik texnikası, sənaye sanitariyası, partlayış və yanğın təhlükəsizliyi, avadanlıq quraşdırılması qaydalarının, istehsalçıların təlimatlarının tələblərinə riayət olunması və işəsalma-sazlama işlərinin aparılması üçün müvəqqəti icazənin olması yoxlanılır.
9.6. İstilik qurğularının sınaq istismarı üçün öncədən etibarlı və təhlükəsiz şərait aşağıdakı şəkildə hazırlanır:
9.6.1. bu Qaydaların tələblərinə uyğun hazırlanmış işçi heyətlə komplektləşdirilir;
9.6.2. istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi üzrə təlimatlar, əməliyyat sxemləri, uçot və hesabat üzrə texniki sənədlər hazırlanır;
9.6.3. mühafizə vasitələri, alətlər, ehtiyat hissələri və materiallar hazırlanır və sınaqdan keçirilir;
9.6.4. kommunikasiya, siqnalizasiya və yanğınsöndürmə, qəza işıqlandırması və ventilyasiya vasitələri işə buraxılır;
9.6.5. gizli işlərin və sınaq aktlarının mövcudluğu yoxlanılır və qanunvericiliklə müəyyən edilmiş hallarda, həmçinin nəzarət orqanlarından icazə alınır;
9.7. Sifarişçi istilik qurğularını podratçı istilik təchizatı subyektindən akt əsasında qəbul edir.
9.8. Kompleks sınaq sifarişçi tərəfindən həyata keçirilir. Kompleks sınaqlar zamanı əsas aqreqatların və köməkçi avadanlıqların birgə işi yoxlanılır, sınağın başlanğıcı onların işə buraxılma anından hesablanır və yalnız layihədə nəzərdə tutulmuş sxemlər üzrə həyata keçirilir.
9.9. İstilik qurğularının avadanlıqlarının kompleks sınağı əsas avadanlıqların 72 saat müddətində istilik daşıyıcısının nominal yük və layihə parametrləri ilə çalışdığı normal və fasiləsiz iş rejimində həyata keçirilmiş hesab olunur. İstilik şəbəkələrinin kompleks sınağı 24 saat təşkil edir. Kompleks sınaq zamanı layihədə nəzərdə tutulmuş ölçmə vasitələri, kilidlər, siqnalizasiya, uzaqdan idarə, müdafiə və avtomatik tənzimləmə cihazlarından istifadə olunur.
9.10. Quraşdırılmış istilik qurğularının texniki xidmət üçün istilik təchizatı subyektinə təhvil verilməsi nəzərdə tutulduğu hallarda, onların ixtisaslaşdırılmış podratçıdan istismara qəbulu istilik təchizatı obyektinin istismarçısının iştirakı ilə həyata keçirilir.
9.11. İstilik qurğularının işə buraxılması onların istismara buraxılmasından sonra həyata keçirilir. İstilik qurğusunun sınaqdan keçirilməsi, sazlanması və işə buraxılması üçün müvəqqəti icazə müddəti 6 aydan çox olmamaq şərtilə müəyyən edilir.
10.1. İstilik qurğularının səmərəli istismarı üçün istilik təchizatı subyekti aşağıdakıları təmin edir:
10.1.1. yanacaq və enerji ehtiyatlarının uçotunu;
10.1.2. İstilik qurğularının normativ xarakteristikalarının hazırlanmasını;
10.1.3. istilik qurğularının normativ xarakteristikalarına riayət olunmasına nəzarət edilməsi və təhlilini, həmçinin onların texniki vəziyyətinin qiymətləndirilməsini;
10.1.4. həyata keçirilən təşkilati-texniki tədbirlərin enerji səmərəliliyinin təhlilini;
10.1.5. istilik enerjisindən istifadənin nəticələrinə dair statistik hesabatların aparılmasını;
10.1.6. istilik enerjisinin istehsalı və istehlakı qrafikinin balanslaşdırılmasını.
10.2. İstilik qurğularında aşağıdakılar təmin edilməlidir:
10.2.1. istilik enerjisi, istilik daşıyıcıları sərfiyyatının və işin texnoloji parametrlərinin tələb olunan dəqiqliklə ölçülməsi;
10.2.2. Avadanlığın iş göstəricilərinin nəzarət-ölçmə vasitələrinin və informasiya-ölçmə sistemlərinin göstəricilərinə əsasən müəyyən edilmiş formalar üzrə (növbəlik, sutkalıq, aylıq, illik) uçotu.
10.3. İstilik qurğularının iş rejiminin planlaşdırılması uzunmüddətli və qısamüddətli dövrlər üçün nəzərdə tutulur və aşağıdakı əsaslarla həyata keçirilir:
10.3.1. istilik təchizatı subyektinin əvvəlki gün və dövrlər üzrə gündəlik cədvəlləri və statistik məlumatları;
10.3.2. planlaşdırılan dövr üçün istilik istehlakı proqnozu;
10.3.3. istilik sistemlərində gələcək dəyişikliklər barədə məlumatlar;
10.3.4. sifariş olunan yüklərin dəyişməsi barədə məlumatlar.
10.4. İstilik təchizatı subyekti tərəfindən istilik qurğularında mütəmadi olaraq, lakin 5 ildə 1 dəfədən az olmamaq şərtilə rejim-sazlama sınaqları aparılır və istilik təchizatı sistemi elementlərinin normativ xarakteristikalarında zəruri dəyişikliklər edilir. Sınaqların sonunda enerji balanslarının təhlili aparılır və onların optimallaşdırılması üçün tədbirlər görülür. Hər il istilik təchizatı subyektinin texniki rəhbəri rejim-sazlama sınaqlarının və işlərinin planlaşdırıldığı istilik qurğularının siyahısını və onların həyata keçiriləcəyi müddəti təsdiq edir. Xarakteristikalar və normativlər operativ heyətə rejim qrafikləri, cədvəllər şəklində çatdırılır və ya istismar təlimatlarında göstərilir.
10.5. İstilik qurğularında növbədənkənar rejim-sazlama işləri aşağıdakı hallarda aparılır:
10.5.1. modernləşdirmə və yenidənqurma zamanı;
10.5.2. yandırılan yanacağın xüsusiyyətlərinə dəyişikliklər olduqda;
10.5.3. istilik enerjisi və istilik daşıyıcılarının istehsal, saxlanma, paylanma (o cümlədən ötürülmə) və istehlak rejimlərində dəyişikliklər edildikdə;
10.5.4. istilik qurğularının işinin faktiki göstəricilərinin sistematik olaraq normativ xarakteristikalardan kənarlaşma hallarında.
10.6. İstilik şəbəkələrinin əsas xüsusiyyətləri aşağıdakı göstəricilərə uyğun tərtib edilir:
10.6.1. istilik itkisi;
10.6.2. istilik daşıyıcısı itkisi;
10.6.3. istilik daşıyıcısının paylanması (o cümlədən ötürülmə) elektrik enerjisinin xüsusi sərfiyyatı;
10.6.4. şəbəkə suyunun maksimal və orta saatlıq sərfiyyatı;
10.6.5. verici və qayıdıcı boru kəmərlərindəki temperatur fərqləri.
11.1. İstilik təchizatı subyektinin istilik qurğularının texniki vəziyyətinə daimi və vaxtaşırı nəzarət (baxış, texniki müayinə) təşkil edilməlidir.
11.2. İstilik qurğuları aşağıdakı məqsədlərlə texniki müayinədən keçirilir (müayinənin nəticələri istilik qurğularının pasportunda qeyd olunur):
11.2.1. texniki vəziyyətinin qiymətləndirilməsi;
11.2.2. istismar müddətlərinin və şərtlərinin, həmçinin onun hesablanmış resursunun təmin olunması üçün zəruri olan tədbirlərin müəyyənləşdirilməsi;
11.2.3. yanacaq, istilik və enerji resurslarının itkilərinin aşkar edilməsi;
11.2.4. istilik balanslarının tərtibi.
11.3. İstilik qurğularının texniki müayinələri aşağıdakı növlərə bölünür:
11.3.1. ilkin (işə buraxılmadan öncəki) müayinə – istismara buraxılmazdan əvvəl keçirilir;
11.3.2. dövri (müntəzəm) müayinə – bu Qaydalar və ya istehsalçının normativ-texniki sənədləri ilə müəyyən edilmiş müddətdə həyata keçirilir;
11.3.3. növbədənkənar müayinə – aşağıdakı hallarda keçirilir:
a) istilik qurğuları 12 aydan çox müddət istismar edilməmişdirsə;
b) təzyiq altında işləyən elementlərin qaynaq və ya lehimləmə ilə bağlı təmirindən, istilik qurğularının təkmilləşdirilməsi və ya yenidən qurulması işlərindən sonra;
c) istilik qurğusunda baş vermiş qəza və ya hər hansı bir hadisədən sonra;
d) dövlət nəzarəti orqanlarının tələbi ilə.
11.4. İstilik qurğularının texniki müayinəsi istilik təchizatı subyekti rəhbərinin təyin etdiyi komissiya tərəfindən həyata keçirilir. Komissiyanın tərkibinə istilik təchizatı subyektinin struktur bölmələrinin rəhbərləri və mütəxəssisləri daxil edilir. Komissiyanın sədri istilik təsərrüfatına cavabdeh şəxs, yaxud da inzibati-texniki heyətdən bir mütəxəssis təyin edilir.
11.5. İstilik təchizatı subyekti istilik qurğularının istilik-texniki sınağını, instrumental ölçülmə və digər diaqnostika işlərini aparır. Bununla bağlı müvafiq icazəyə və ya texniki avadanlıqlara malik olmadıqda bu işlər podratçılar tərəfindən həyata keçirilir. Bu işlərin keçirilməsində istifadə olunan ölçmə vasitələri “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olmalıdır.
11.6. İstismar zamanı istilik qurğularının texniki vəziyyətinə onları istismar edən heyət nəzarət edir. Nəzarətin həcmi bu Qaydaların və istilik təchizatı sektorunu tənzimləyən normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq müəyyənləşdirilir. Nəzarət qaydası təşkilati-sərəncamverici aktlar və istismar təlimatları ilə müəyyən edilir.
11.7. İstilik qurğularının vaxtaşırı texniki baxışları istilik təsərrüfatına cavabdeh şəxslər tərəfindən həyata keçirilir. Texniki baxışların dövriliyi bu Qaydalarla müəyyənləşdirilir. Texniki baxışların nəticələri aktlaşdırılır, həmçinin operativ qeydiyyat jurnalında qeyd olunur.
12.1. İstilik qurğularının istismarı zamanı onların texniki xidməti, təmiri, modernləşdirilməsi və yenidən qurulması təmin edilməlidir. İstilik qurğularının planlı təmiri müddətləri istehsalçıların tələblərinə uyğun olaraq müəyyən olunur və ya layihəçi tərəfindən işlənib hazırlanır. Planlı təmir keçməli olan istilik qurğularının avadanlıqlarının siyahısı istilik təsərrüfatına cavabdeh şəxs tərəfindən hazırlanır və istilik təchizatı subyektinin rəhbəri tərəfindən təsdiq edilir.
12.2. Texniki xidmətin və təmirin həcmi istilik qurğularının faktiki texniki vəziyyəti nəzərə alınmaqla, saz, iş üçün yararlı vəziyyətdə saxlanılması və vaxtaşırı bərpa olunması zərurəti ilə müəyyən edilir.
12.3. Texniki xidmət və təmir planlı xarakter daşımalıdır. İstilik qurğuları üçün illik texniki xidmət və təmir planı hazırlanır və istilik təchizatı subyektinin rəhbəri tərəfindən təsdiq edilir. İstilik təchizatı subyektinin istilik qurğularının və istilik təchizatı sistemlərinin təmir planları istilik təchizatı subyektinin avadanlıqlarının və özlərinin istilik mənbələrinin təmiri planı ilə əlaqələndirilməlidir.
12.4. Anbarlarda saxlanılan ehtiyat hissələrinin qəza ehtiyatının uçotu, saxlanması istilik təchizatı subyektində qüvvədə olan maddi-texniki təchizat qaydasına və anbar təsərrüfatının daxili qaydalarına uyğun olaraq həyata keçirilir.
12.5. İstilik qurğularının idarəetmə vasitələrinin texniki xidməti və təmiri əsas avadanlığın təmiri zamanı həyata keçirilir.
12.6. Texniki xidmət zamanı nəzarət xarakterli, o cümlədən baxış, istismar təlimatlarına riayət olunmasına nəzarət, texniki vəziyyətin sınaqdan keçirilməsi və qiymətləndirilməsi, habelə bərpaedici tənzimləmə, sazlama, yağlama, sıradan çıxmış hissələrin dəyişdirilməsi və kiçik qüsurların aradan qaldırılması əməliyyatları aparılmalıdır.
12.7. İstilik qurğularında və istilik təchizatı sistemində əsaslı və cari təmirlər aparılır.
12.8. Texniki xidmət və təmir zamanı aşağıdakılar nəzərdə tutulmalıdır:
12.8.1. istilik qurğularının və istilik təchizatı sistemlərinin texniki vəziyyətinin qiymətləndirilməsi və qüsur aktının tərtibi;
12.8.2. texniki xidmət və təmir işlərinə hazırlıq;
12.8.3. avadanlığın təmirə çıxarılması;
12.8.4. texniki xidmətin və təmirin həyata keçirilməsi;
12.8.5. avadanlığın təmirdən sonra qəbulu;
12.8.6. istilik qurğularının mühafizəsi;
12.8.7. istilik qurğularının texniki xidmət, təmir və mühafizə işlərinin yerinə yetirilməsinə nəzarət və hesabat.
12.9. Təmirin dövriliyi və müddəti istilik qurğularının təmir növü üçün nəzərdə tutulmuş normativ-texniki sənədlərlə müəyyən edilir. Təmirin təşkili, təmir sənədlərinin işlənib-hazırlanması, təmir işlərinin planlaşdırılması və hazırlıq, təmirə çıxarılma və təmir işlərinin aparılması, həmçinin istilik qurğularının qəbulu və təmirin keyfiyyətinin qiymətləndirilməsi bu Qaydalar və istehsalçının tələbləri əsasında istilik təchizatı subyektində hazırlanmış normativ-texniki sənədlərə uyğun olaraq həyata keçirilir.
12.10. İstilik qurğularının əsaslı təmirdən sonra qəbulu istilik təchizatı subyekti rəhbərinin müvafiq əmri ilə yaradılmış işçi komissiya tərəfindən aparılır.
12.11. Avadanlığın təmirdən sonra qəbulu zamanı təmirin keyfiyyəti qiymətləndirilir ki, bu da aşağıdakıları müəyyənləşdirir:
12.11.1. təmir edilmiş avadanlıqların keyfiyyətini;
12.11.2. görülmüş təmir işlərinin keyfiyyətini.
12.12. Keyfiyyətin qiymətləndirilməsi aşağıdakı şəkildə müəyyənləşdirilir:
12.12.1. ilkin olaraq – istilik qurğusunun ayrı-ayrı elementlərinin və bütövlükdə sınaqdan keçirilməsindən sonra;
12.12.2. yekun olaraq – nəzarət altında aparılan aylıq istismarın nəticələrinə əsasən. Həmin dövrdə avadanlığın müxtəlif rejimlərdə işləməsinin yoxlanışı başa çatdırılmalı və sistemlərin sınaqdan keçirilmə və sazlama işləri həyata keçirilməlidir.
12.13. İstilik qurğularının əsaslı təmirində aparılan işlər akt əsasında qəbul edilir. Akta görülmüş təmir üzrə eskizlər, fotoşəkillər, sınaq aktı və digər sənədlər əlavə olunur.
12.14. İstilik qurğularının təmirdən sonra qəbul və sınaq aktları texniki pasportlar və digər sənədlərlə birlikdə saxlanılır.
12.15. Təmir zamanı aşkar edilmiş və olunmuş dəyişikliklər istilik qurğularının texniki pasportlarına, sxemlərinə və çertyojlarına əlavə edilir.
12.16. İstilik qurğularının metalının korroziyasının qarşısını almaq üçün mühafizə tədbirləri fəaliyyətdə fasilələr (qısa və ya uzunmüddətli) və təmir zamanı həyata keçirilməlidir.
12.17. İstilik təchizatı subyektində qüvvədə olan normativ-texniki sənədlər əsasında istilik qurğularının konkret avadanlığının müxtəlif fasilələr zamanı (qısa müddətli və uzunmüddətli konservasiya zamanı) və fəaliyyətinin dayandırılma səbəbinə əsasən mühafizə tədbirlərini müəyyənləşdirən texniki həll və texnoloji sxem işlənib hazırlanır və təsdiq edilir.
12.18. Qəbul edilmiş texniki həllə əsasən avadanlığın konservasiyaya hazırlıq əməliyyatları, konservasiya və yenidən işə buraxılma texnologiyası, həmçinin konservasiya zamanı təhlükəsizlik tədbirləri üzrə təlimata əməl edilməlidir.
13.1. Hər bir istilik qurğusu üçün aşağıdakı sənədlər tərtib olunmalı və daimi saxlanılmalıdır:
13.1.1. binaların, qurğuların və istilik təchizatı sistemlərinin qeyd olunduğu əsas plan;
13.1.2. sonradan edilən dəyişikliklərlə birlikdə təsdiqlənmiş layihə sənədləri;
13.1.3. istilik qurğularının və istilik təchizatı sistemlərinin sınaqdan keçirilməsi, sazlanması, qəbulu və istismara verilməsi barədə aktlar;
13.1.4. texnoloji boru kəmərlərinin, isti su təchizatı, istilik və havalandırma sistemlərinin sınaqdan keçirilməsi aktları;
13.1.5. qəbul komissiyalarının aktları;
13.1.6. ölçmə vasitələrinin quraşdırılma yerləri qeyd olunmuş icraçı çertyojları;
13.1.7. istilik qurğularının və istilik şəbəkələrinin texniki pasportları;
13.1.8. bu Qaydaların 4 nömrəli Əlavəsində göstərilmiş formaya uyğun istilik məntəqəsinin pasportu;
13.1.9. təmir və müayinə cədvəli;
13.1.10. ölçmə vasitələrinin dövri yoxlanılması cədvəlləri;
13.1.11. ölçmə vasitələrinin yoxlama texniki müayinə sənədləri;
13.1.12. istilik qurğularının və şəbəkələrinin istismarı üzrə təlimatlar, habelə hər bir iş yeri üçün əməyin mühafizəsi üzrə vəzifə təlimatları.
13.2. Struktur bölmələrdə və sahələrdə istilik təchizatı subyektinin rəhbəri tərəfindən təsdiq olunmuş təlimatların, sxemlərin və digər əməliyyat sənədlərinin siyahıları tərtib olunur. Texniki sənədlərin siyahıları ən azı 3 ildə bir dəfə yenidən baxılmalıdır.
13.3. Sxemlərdə, çertyojlarda və təlimatlarda avadanlığın bağlayıcı, tənzimləyici və təhlükəsizlik armaturlarının nömrələri və işarələri faktiki nömrələrə uyğun olmalıdır. İstismar zamanı edilən hər bir dəyişiklik, qurğu işə buraxılmazdan əvvəl məsul şəxsin imzası, vəzifəsi, tarixi və səbəbi qeyd olunmaqla sənədlərə əlavə edilməlidir. Bu dəyişikliklər (sərəncam jurnalında qeyd olunmaqla) aidiyyəti işçilərin nəzərinə çatdırılır. Sxemlər heyətin iş yerində, görünən bir yerdə asılmalı və 3 ildə bir dəfə onların faktiki vəziyyətə uyğunluğu yoxlanılmalıdır.
13.4. İş yerləri istehsalçının təlimatları, layihə məlumatları, normativ-texniki sənədlər və yerli şərait nəzərə alınmaqla hazırlanmış istismar, vəzifə, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi təlimatları ilə təmin olunur. Bu təlimatlarda struktur bölmələr arasında iş bölgüsü dəqiq göstərilməlidir. Təlimatlar bölmə rəisləri tərəfindən hazırlanır və istilik təchizatı subyektinin texniki rəhbəri tərəfindən təsdiq edilir. Vəzifə təlimatlarında nəzərdə tutulmayan işlərin işçilərə həvalə olunması qadağandır.
13.5. İstilik qurğularının istismarı üzrə təlimatlarda aşağıdakılar əks olunmalıdır:
13.5.1. istilik qurğusunun qısa texniki təsviri;
13.5.2. iş rejimlərinin təhlükəsizlik meyarları və qoyulan məhdudiyyətlər;
13.5.3. işə hazırlıq, işə başlama, fasilələr və nasazlıqların aradan qaldırılması qaydaları;
13.5.4. texniki xidmət qaydaları;
13.5.5. yoxlama, təmir və sınaqlara buraxılma şərtləri;
13.5.6. nəzarət parametrlərinə və ölçmə vasitələrinə dair tələblər;
13.5.7. əməyin mühafizəsi, partlayış və yanğın təhlükəsizliyinə dair xüsusi tələblər.
13.6. Təlimatlar 3 ildə ən azı bir dəfə yenidən baxılmalı və təsdiqlənməlidir. Qurğunun vəziyyətində və ya istismar şəraitində dəyişiklik olduqda, təlimatlara dərhal əlavələr edilməli və bu barədə işçilərə məlumat verilməlidir.
13.7. İnzibati-texniki heyət müəyyən olunmuş cədvəl üzrə əməliyyat sənədlərini yoxlayır və aşkar olunan qüsurların aradan qaldırılması üçün zəruri tədbirlər görür.
13.8. İstilik təchizatı subyektinin rəhbəri yerli şəraitdən asılı olaraq əməliyyat sənədlərinin siyahısında dəyişiklik edə bilər. Bu dəyişiklik sənədlərin adı və qısa məzmunu göstərilən siyahı şəklində təsdiq olunmalıdır.
14.1. İstilik qurğularının metroloji təminatı aşağıdakı tədbirlərdən ibarətdir:
14.1.1. dövlət nəzarətində olan ölçmə vasitələrinin vaxtında dövlət yoxlanışına təqdim edilməsi;
14.1.2. dövlət nəzarətində olmayan ölçmə vasitələrinin kalibrlənməsi üzrə işlərin həyata keçirilməsi;
14.1.3. ölçmə vasitələrinin dəqiqlik xarakteristikalarının texnoloji parametrlərə uyğunluğunun təmin edilməsi;
14.1.4. ölçmə vasitələrinin texniki xidməti, təmiri və onlara metroloji nəzarətin təşkili.
14.2. İstilik-texniki parametrlərin ölçmə vasitələri daim işlək vəziyyətdə saxlanılmalı və qurğuların istismarı zamanı onlardan mütləq istifadə olunmalıdır.
14.3. Metroloji təminat üzrə işlərin icrası istilik təchizatı subyektinin metrologiya xidməti və ya bu funksiyaları yerinə yetirən bölmələr tərəfindən həyata keçirilir.
14.4. İstilik qurğuları layihə sənədlərinin və sektorun normativ hüquqi aktlarının tələblərinə uyğun ölçmə vasitələri ilə tam təchiz edilməlidir.
14.5. Ölçmə vasitələrinə operativ xidmət istilik təchizatı subyektinin rəhbərliyi tərəfindən təyin edilmiş operativ və ya operativ-təmir heyəti tərəfindən həyata keçirilməlidir.
14.6. Ölçmə vasitələrinin texniki xidməti və təmiri istilik təchizatı subyektinin metrologiya xidməti və ya bu funksiyanı icra edən bölmə tərəfindən aparılır.
14.7. Vericilərin və daraldıcı qurğuların quraşdırılması texnoloji avadanlığa xidmət edən heyət tərəfindən icra olunur, onların kalibrlənməsi metroloji xidmət tərəfindən həyata keçirilir.
14.8. Ölçmə vasitələri quraşdırılmış avadanlıqlara xidmət edən heyət həmin vasitələrin qorunub saxlanılmasına görə cavabdehdir. Cihazların işində yaranan hər hansı pozuntu barədə metrologiya xidmətinə dərhal məlumat verilməlidir.
14.9. Qeyd olunan parametrlərin qeydiyyatını təmin etməklə bağlı işlərlə əlaqəsi olmayan qeydiyyat cihazlarının açılması yalnız metrologiya xidməti və ya onun funksiyalarını yerinə yetirən bölmənin heyətinə icazə verilir.
14.10. İstilik təchizatı subyektləri arasında və satıcı ilə istehlakçı arasındakı hesablaşmalarda istifadə olunan ölçmə vasitələrinin qoşulma sxeminin möhürlərinin açılması və onlara müdaxilə tərəflərin iştirakı ilə həyata keçirilir.
14.11. Nəzarət-ölçmə vasitələrinin dövri yoxlamaları və təmiri barədə məlumatlar müvafiq avadanlığın pasportunda qeyd olunmalıdır.
14.12. Ölçmə vasitəsinin ölçdüyü maksimum işçi təzyiq cihazın şkalasının 2/3 (üçdə iki) hissəsindən yuxarı olmalıdır.
14.13. Cihazların quraşdırıldığı mühit və şərait istehsalçı zavodun texniki tələblərinə tam uyğun olmalıdır.
14.14. Qeydiyyat cihazlarının göstəriciləri (arxiv məlumatları) ən azı 12 ay müddətində saxlanılmalıdır.
15.1. İstilik qurğularının binalarının və tikililərinin yerləşdirilməsi üçün ərazi layihə əsasında müəyyən edilir.
15.2. İstilik qurğularının istismarı zamanı binalar və tikililər üzərində sistemli olaraq nəzarət həyata keçirilir.
15.3. İstilik qurğularını istismar edən istilik təchizatı subyektinin struktur bölməsində aşağıdakı sənədlər tərtib edilir və daimi saxlanılır:
15.3.1. istilik qurğularının yerləşdiyi binaların və tikililərin istismarına və təmirinə görə cavabdehliyin bölüşdürülməsinə dair istilik təchizatı subyektinin struktur bölmələrinə təhkim edilmiş binaların, qurğuların və ərazi sahələrinin dəqiq siyahısı əlavə edilmiş istilik təchizatı subyekti üzrə sərəncam sənədləri;
15.3.2. istilik təchizatı subyektinin rəhbərinin istehsalat binalarının və tikililərinin istismarına və təmirinə dair əmr və sərəncamlarının surətləri;
15.3.3. bina və tikililərin istismarına dair yerli təlimat;
15.3.4. istilik təchizatı subyektinin struktur bölməsinin ərazisindəki yeraltı qurğuların və kommunikasiyaların plan-sxemləri;
15.3.5. hər bir bina və tikili üçün pasportlar;
15.3.6. binaların və tikililərin tikinti konstruksiyalarının texniki baxış jurnalları.
15.4. Layihələrin tikinti prosesində ilkin layihənin həllinə dair dəyişdirilmiş konstruksiyalar və kommunikasiyaların icra çertyojları və sxemləri daxil olmaqla istilik təchizatı subyektinin hər bir binasının və tikilinin layihəsinin tikinti hissəsinin çertyoj dəstləri istilik təchizatı subyektində saxlanılır.
16.1. İstilik qurğularının yerləşdirildiyi ərazinin, binaların və tikililərin lazımi istismar və sanitariya vəziyyətini təmin etmək məqsədilə aşağıdakı tədbirlər yerinə yetirilməli və bu obyektlər işlək vəziyyətdə saxlanmalıdır:
16.1.1. layihə ilə nəzərdə tutulduğu hallarda ərazinin hasarlanması;
16.1.2. bina və qurğuların yerləşdiyi ərazidə yerüstü suların axıdılması üçün sistemlərin (drenajlar, konturlar, xəndəklər, su axıdıcı kanallar və s.) təmin edilməsi;
16.1.3. su təchizatı, kanalizasiya, istilik, nəqliyyat, qaz və maye yanacaq şəbəkələrinin işlək vəziyyətdə saxlanılması;
16.1.4. xarici işıqlandırma şəbəkələri, rabitə və siqnalizasiya sistemlərinin işlək vəziyyətdə olması;
16.1.5. içməli su mənbələri, hovuzlar və su təchizatı, sanitar mühafizə zonalarının qorunması;
16.1.6. dəmir yolları və keçidləri, avtomobil yolları, yanğın keçidləri, yanğın hidrantlarına və su hovuzlarına aparan yollar, körpülər, piyada yolları və keçidlərinin saz vəziyyətdə saxlanılması;
16.1.7. sürüşmə, çökmə, uçma əleyhinə qurğuların, seldən qorunma və sahilbərkitmə tədbirlərinin icrası;
16.1.8. torpaqlama və mövcud olduğu hallarda ildırımdan mühafizə sistemlərinin işlək vəziyyətdə saxlanılması.
16.2. Torpaqaltı kommunikasiyalar, o cümlədən su boruları, kanalizasiya sistemləri, istilik boru kəmərləri, qaz kəmərləri, hava boruları və çoxtəyinatlı kabellər yerin səthində aydın işarələrlə göstərilməlidir.
16.3. Ərazidə sızan cərəyanların mövcudluğu hallarında, yeraltı metal kommunikasiya və obyektlərin elektrokimyəvi üsullarla qorunması təmin edilməlidir.
16.4. Sel, daşqın və leysan yağışlarının fəsadlarının qarşısının alınması və onların təsirinin azaldılması məqsədilə qabaqlayıcı və müdafiə tədbirləri həyata keçirilməli, təbii fəlakətin qarşısının alınması üçün xidmət fəaliyyəti digər aidiyyəti qurumlarla əlaqələndirilməli, eyni zamanda, kabellərin, boruların və havalandırma kanallarının divar və digər keçdiyi yerlər təhlükəsizlik qaydalarına riayət edilməklə bərkidilməli, nasos mexanizmləri isə işə hazır vəziyyətə gətirilməlidir.
16.5. İstilik qurğularının yerləşdirildiyi ərazidə sürüşmə, çökmə və torpaq qabarması halları aşkarlandıqda, normal şəraiti pozan səbəblərin və onların nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülməlidir.
16.6. İstilik qurğularının yerləşdiyi mühafizə zonasında tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 9 aprel tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” əsasında aparılmalıdır.
17.1. İstilik qurğularının yerləşdiyi istehsalat binaları və tikililər sanitar norma və qaydaların, habelə əməyin təhlükəsizliyi normalarının tələblərinə uyğun olaraq işlək vəziyyətdə saxlanılmalıdır.
17.2. Qazanxana binaları layihədə nəzərdə tutulmuş sanitar-məişət otaqları ilə təmin edilməlidir.
17.3. İstilik təchizatı obyektinin hər bir binasına və tikilisinə baxış aşağıdakı qrafik üzrə həyata keçirilir:
17.3.1. gücü 10 Qkal/saat və daha çox olan, 15 ildən artıq istismar edilən qazanxanalar üçün – ən azı 4 ayda 1 dəfə;
17.3.2. gücü 10 Qkal/saatdan az olan, 15 ildən artıq istismar edilən qazanxanalar üçün – ən azı 6 ayda 1 dəfə.
17.4. İstismar dövrü 15 ilə qədər olan bina və tikililərin cari müayinələrinə aşağıdakı dövriyyə ilə icazə verilir:
17.4.1. gücü 10 Qkal/saat və daha çox olan qazanxanalar üçün – 6 ayda 1 dəfə;
17.4.2. gücü 10 Qkal/saat-dan az olan qazanxanalar üçün – ildə 1 dəfə.
17.5. Baxış zamanı aşkar edilmiş qüsurlar bina və tikililərin texniki baxış jurnallarında qeyd olunur.
17.6. İstilik qurğularının yerləşdiyi binaların və tikililərinin növbədənkənar yoxlanışları yanğın, leysan, güclü külək, qar uçqunu, daşqın, zəlzələ və digər təbii fəlakət xarakterli hadisələrdən sonra, habelə istilik təchizatı obyektinin binalarında, qurğularında və texnoloji avadanlıqlarında qəza halları baş verdikdə həyata keçirilir.
17.7. Qar əridikdən sonra və ya yaz-payız mövsümü yağışlarından sonra bina və tikililərin texniki vəziyyətini qiymətləndirmək məqsədilə yaz təftişi keçirilir. Yaz təftişi zamanı yay dövründə yerinə yetiriləcək cari təmir işlərinin həcmi dəqiqləşdirilir və növbəti 3-5 illik perspektiv planlara daxil edilməsi üçün əsaslı təmir işlərinin həcmi müəyyən edilir.
17.8. İstehsalat binaları və tikililərinin payız təftişi, isitmə mövsümünün başlanmasına 45 gün qalmış binaların qış şəraitində işləməyə hazırlıq səviyyəsini yoxlamaq məqsədilə aparılır. Həmin müddətədək qış istismarına birbaşa aid olan əsaslı və cari təmir işləri başa çatdırılmalıdır. Mövsümün başlanmasına 15 gün qalmış isə qışa hazırlıq dövründə yaranmış nöqsanların aradan qaldırılmasını yoxlamaq üçün təkrar baxış keçirilir.
17.9. Yaz və payız təftişlərinin yekunlarına dair komissiya tərəfindən akt tərtib edilir və istilik təchizatı subyektinin rəhbəri tərəfindən təsdiqlənir. Akta təftişin nəticələri, zəruri tədbirlər, onların icra müddəti və cavabdeh şəxslərin adları daxil edilməlidir.
17.10. İstilik qurğularının binalarının və tikinti konstruksiyalarının texniki müayinəsi istilik təchizatı subyektinin rəhbərinin əmri ilə yaradılmış komissiya tərəfindən hər 5 ildə bir dəfə aparılmalıdır. İstilik təchizatı subyektinin daxili imkanları olmadıqda, bu iş qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisaslaşmış podratçılar tərəfindən yerinə yetirilməlidir.
17.11. İstilik təchizatı obyektlərində tüstü borularının və tüstü qaz yollarının istismarına dair təlimatlar olmalıdır.
17.12. Dəmir-beton tüstü borularının və tüstü qaz yollarının vəziyyəti aşağıdakı dövriliklə yoxlanılmalıdır:
17.12.1. tüstü borularının və qaz yollarının xarici, daxili qazötürücü lüləsinin isə ümumi müayinəsi – ildə bir dəfə (yazda);
17.12.2. kərpic və monolit futerləmənin (daxili örtüyün) istilik-texniki vəziyyətinin müayinəsi – ən azı 5 ildə bir dəfə;
17.12.3. tüstü borusunun daxili müayinəsi – istismara verildikdən 5 il sonra, növbəti mərhələlərdə isə hər 10 ildə bir dəfə;
17.12.4. tüstü borusunun ildırımdan mühafizə konturunun müqavimətinin instrumental yoxlanışı – hər il;
17.12.5. tüstü borusundan keçən qazların temperaturunun ölçülməsi – ayda bir dəfə;
17.12.6. tüstü borusunun və qaz borularının bünövrəsinin çökmə müşahidəsi – istismarın ilk 2 ilində ildə iki dəfə, sonradan hər 5 ildə bir dəfə.
17.13. Dəmir-beton tüstü borularının və tüstü qaz yollarının istismarında aşağıdakılara yol verilmir:
17.13.1. tüstü borusunun bünövrə səviyyəsindən aşağıda qrunt sularının nasosla çəkilməsi üçün quyuların qazılmasına;
17.13.2. tüstü borusunun yaxınlığında yanacaq və partlayıcı maddələrin saxlanılmasına.
17.14. Mövcud tüstü borularına əlavə istilik qurğularının qoşulması yalnız normativ-texniki sənədlərin tələblərinə və layihəyə uyğun olaraq həyata keçirilməlidir.
17.15. İstilik təchizatı obyektlərində metal tüstü borularının istismarına dair təlimatlar hazırlanmalıdır. Metal boruların texniki vəziyyətinə nəzarət aşağıdakı qaydada təşkil olunur:
17.15.1. qazötürücü lülənin, özüllərin, dayaqların, anker boltlarının və tarımlaşdırıcı polad trosların vizual xarici müayinəsi – hər 3 ayda bir dəfə;
17.15.2. borunun daxili səthində kondensat və his çöküntülərinin yoxlanılması – yay mövsümündə, ildə bir dəfə;
17.15.3. istilik təchizatı subyektinin texniki imkanları olmadıqda ixtisaslaşmış podratçının iştirakı ilə instrumental-vizual (xarici və daxili) müayinə – yay mövsümündə hər 3 ildə bir dəfə.
17.16. Metal tüstü borularının istismarında aşağıdakılara yol verilmir:
17.16.1. tarımlaşdırıcı polad trosların (kanatların) bərkidildiyi sahələrdə yüklərin və nəqliyyat vasitələrinin hərəkətinə;
17.16.2. bünövrə massivlərinin ətrafında hər hansı avadanlıq, material və əşyaların yığılmasına.
17.17. Qazanxana binalarının və tikililərinin təməllərinin çökmə müşahidələri aşağıdakı qaydada aparılır: istismarın birinci ilində – 3 dəfə, ikinci ilində – 2 dəfə, sonradan çökmə sabitləşənə qədər – ildə 1 dəfə, sabitləşdikdən sonra (ildə 1 mm-dən az olduqda) –5 ildə 1 dəfə.
17.18. Mürəkkəb geoloji şəraitdə (dağ-mədən əraziləri, çökməyə meyilli torpaqlar, karst sahələri) və seysmikliyi 7 baldan yuxarı olan zonalarda tikilmiş binaların müayinəsi yerli təlimatlara uyğun olaraq, lakin 3 ildə 1 dəfədən az olmayaraq həyata keçirilir.
17.19. Müşahidələr zamanı dəmir-beton konstruksiyaların hərəkətli dayaqları, temperatur tikişləri, metal konstruksiyaların pərçim və bolt birləşmələri, korroziyaya məruz qalan armatur və beton sahələri, habelə kran yolları və dinamik yüklənməyə məruz qalan hissələr xüsusi nəzarətdə saxlanılır.
17.20. Konstruksiyalarda çat, qırılma və digər zədələr aşkar edildikdə, nəzarət mayaklar və instrumental cihazlarla davam etdirilməlidir. Qüsurlar texniki baxış jurnalına (növbə ərzində aşkar edildikdə isə həm də operativ qeydiyyat jurnalına) qeyd olunmalı və aradan qaldırılma müddəti təyin edilməlidir.
17.21. Su təchizatı və su təmizləmə qurğularında drenaj kanallarının, quyuların və aqressiv mühitli (duz, turşu, qələvi) çənlərin divarlarının vəziyyətinə mütəmadi nəzarət edilməlidir.
17.22. Tikinti konstruksiyalarının və avadanlıq bünövrələrinin üzərinə mineral yağların, buxarın və suyun sızmasının qarşısı alınmalıdır.
17.23. Metal konstruksiyalar korroziyadan qorunmalı və onların mühafizə qatının vəziyyətinə sistematik nəzarət olunmalıdır.
17.24. Daşıyıcı konstruksiyalarda deşiklərin açılması, karkas elementlərinin kəsilməsi və ya icazə verilməyən yerlərdə ağır yüklərin saxlanılması istilik təchizatı subyektinin rəhbərinin təsdiqlədiyi hesabat əsasında icra edilir. Hər bir sahə üçün maksimum yolverilən yüklənmə hədləri müəyyən edilməli və görünən yerlərdə lövhələrdə qeyd olunmalıdır.
17.25. Bina damları və yağış suları axıdılan sistemlər mütəmadi olaraq zibil və çöküntülərdən təmizlənməlidir. Qışda dam örtüyünün normadan artıq yüklənməməsi üçün qar və buz kütlələri vaxtında təmizlənməlidir.
17.26. Maye və qaz yanacaq xətlərinin torpaqlanma və korroziyadan mühafizəsinin texniki vəziyyəti dövri yoxlanılmalıdır.
17.27. Layihə ilə nəzərdə tutulmuş hallarda quraşdırılmış ildırımdan mühafizə qurğuları hər il ildırım mövsümü başlamazdan əvvəl təftiş və təmir edilməlidir. Yüksək əhəmiyyətli elementlər (ildırım ötürücülər, torpaqlayıcı cərəyan xətləri) planlı şəkildə yoxlanılmalıdır.
17.28. Qazanxana binalarının və tikililərinin əsaslı və cari təmiri istilik təchizatı subyektinin rəhbəri tərəfindən təsdiqlənmiş illik plan-qrafikə və bu Qaydaların tələblərinə uyğun həyata keçirilir.
18.1. Yanacaq təsərrüfatı avadanlıqlarının istismarı qazanxanaya yanacağın vaxtında və fasiləsiz çatdırılmasını təmin etməlidir.
18.2. İstilik qurğuları obyektinə qəbul edilən, istehsalat məqsədilə sərf olunan və anbarlarda saxlanılan yanacağın miqdarı və keyfiyyəti uçota alınmalıdır. Uçot aşağıdakılar əsasında aparılmalıdır:
18.2.1. təchiz olunan maye yanacaqların çəkisi və ya həcmi;
18.2.2. qaz halında olan yanacağın ölçmə vasitələri ilə miqdarının müəyyənləşdirilməsi;
18.2.3. maye yanacağın inventarizasiyası;
18.2.4. yanacağın keyfiyyətinə vaxtaşırı nəzarət;
18.2.5. yanacaqda çatışmazlıq olduqda və ya keyfiyyətinin aşağı düşməsi halında tədarükçülərə qarşı iddia irəli sürülməsi.
18.3. Qazanxanalar üçün təchiz edilən yanacaqların keyfiyyəti qüvvədə olan standartlara və təchizatın texniki şərtlərinə uyğun olmalıdır. Təchizat sənədlərində aşağıdakılar göstərilməlidir:
18.3.1. maye yanacağın markası, istilik törətmə qabiliyyəti, alışma temperaturu, maksimal kükürd tərkibi və yolverilən nəmliyi;
18.3.2. qaz halında olan yanacağın istilik törətmə qabiliyyəti, sıxlığı və nəmliyi, kondensat, mexaniki qarışıqlar və kükürd miqdarı.
18.4. Layihə üzrə anbarda saxlanılması nəzərdə tutulan yanacaq növündən istifadə edildiyi halda anbara daxil olan yanacağın qazanxanada sərfiyyatının miqdarına nəzarət etmək üçün hər rübdə azı 1 dəfə inventarizasiya aparılır.
19.1. Rezervuarların və qəbuledici çənlərin texniki vəziyyətinə ixtisaslaşdırılmış istilik təchizatı subyekti tərəfindən ən azı 5 ildə 1 dəfə həyata keçirilir.
19.2. Rezervuarların hər əsaslı təmiri və yenidən qurulmasından sonra yenilənmiş kalibrləmə cədvəlləri tərtib edilməlidir. Kalibrləmə cədvəlləri istilik təchizatı subyektinin texniki rəhbəri tərəfindən təsdiq edilir.
19.3. Yanacağın boşaldılması prosesində kənar şəxslərin iştirakı qadağandır. Yanacağın boşaldılması işində ən azı iki nəfər iştirak edir. Maye yanacağın axıdılma məntəqəsində iş prosesində zərbə (toqquşma) zamanı qığılcım yaratmayan alətlərdən istifadə olunmalıdır. Rezervuarların təmizlənmə və doldurulma işləri mütləq şəkildə günün işıqlı vaxtında aparılmalıdır.
19.4. Təsdiq edilmiş qrafik üzrə aşağıdakı tədbirlər görülür:
19.4.1. xətlərin və armaturun xarici müayinəsi – ən azı 4 ildə 1 dəfə;
19.4.2. seçmə yolu ilə armaturların təftişi – 4 ildə 1 dəfə;
19.4.3. müşahidəçi buxar xətləri üçün pasportların yoxlanılması.
19.5. Ehtiyat nasosları, qızdırıcılar və yanacaq filtrləri işlək və daim istismara hazır vəziyyətdə saxlanılır. Ehtiyat nasosun ehtiyatın avtomatik qoşulması qurğusunun təsirindən qoşulmasının yoxlanışı ayda 1 dəfədən az olmamaq şərtilə, təsdiq olunmuş qrafik üzrə keçirilir.
19.6. Boru kəmərləri və ya avadanlıqlar təmirə çıxarıldığı zaman onlar istismarda olanlardan etibarlı şəkildə ayrılır, drenaj edilir və buxarla təmizlənir. Yanacaq xətlərinin şəbəkədən ayrılmış hissələrində buxar və ya buxar müşayiətçiləri açılır.
19.7. Klapanlar və ventillər əllə açılır. Onların açılması üçün ling və digər vurma alətlərindən istifadə edilməsi yolverilməzdir.
19.8. Rezervuarlar yanacaq buxarlarından təbii havalandırma yolu ilə təmizlənməlidir və həmin vaxt buxar borusu ilə buxar şlanqının torpaqlama naqili torpaqlanmalıdır.
19.9. Maye yanacaq nasoslarının cari və əsaslı təmiri təsdiq edilmiş qrafikə uyğun olaraq həyata keçirilir.
19.10. İstilik qurğularında layihədə nəzərdə tutulmayan yanacağın istifadəsi yolverilməzdir.
19.11. Qaz təsərrüfatının istismarında aşağıdakılar təmin edilir:
19.11.1. avadanlığın istismarı, texniki xidməti və təmirinin təhlükəsiz, vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi;
19.11.2. avadanlığın texniki vəziyyətinin və təhlükəsiz istismarının yoxlanılması.
19.12. Qaz təsərrüfatına cavabdeh şəxsdə aşağıdakı sənədlər olmalıdır:
19.12.1. qaz təsərrüfatına cavabdeh şəxsin təyin edilməsi haqqında əmr;
19.12.2. qaz təsərrüfatı avadanlığının istismara təhvil verilməsi aktı;
19.12.3. qaz təhlükəli quyuların və kameraların göstərildiyi qaz boru kəmərlərinin texnoloji sxemləri;
19.12.4. qazın təhlükəsiz istifadəsinə dair təlimat və istismar sənədləri;
19.12.5. mümkün qəzaların aradan qaldırılması planları;
19.12.6. heyətin təlimi və biliklərin yoxlanılmasına dair sənədlər.
19.13. Hər bir qaz boru kəməri və qaz tənzimləyici məntəqələrin avadanlığı üçün qaz borusunu, avadanlığı, ölçmə vasitələrinin və qaz tənzimləyici məntəqələrinin binalarını xarakterizə edən əsas məlumatların qeyd olunduğu pasport tərtib edilir. Pasportda qaz boru kəmərlərinin və qaz tənzimləyici məntəqələrinin avadanlıqlarının təmiri barədə məlumatlar da qeyd olunur.
19.14. Qazanxananın qaz boru kəmərindəki qaz təzyiqinin dəyişkənliyi yerli təlimatlarda qeyd olunan göstəriciləri aşmamalı, lakin işçi təzyiqin 10 faizindən çox olmamalıdır. Qrafik üzrə, lakin ayda 1 dəfədən az olmamaq şərtilə, avtomatik təzyiq tənzimləmələrindən sonra qazanxananın qaz boru kəmərindəki qazın maksimal və minimal təzyiq siqnalizasiyası yoxlanılır.
19.15. Qazın dövrələyici xətt (bypass) vasitəsilə verilməsinə avadanlıq və armaturun təmiri zamanı və ya qaz təzyiqinin tənzimləyici məntəqələrdə və ya qurğularda tənzimləmə mexanizminin etibarlı işləməsini təmin etməyəcək səviyyədə azaldığı hallarda icazə verilir.
19.16. Boru kəmərlərinə qaz doldurularkən borulardakı hava tamamilə çıxarılmalıdır. Təmizləmə prosesi götürülmüş nümunələrin təhlili və ya yandırılması ilə müəyyən edilir və bu zaman qazdakı oksigenin miqdarı 1 faizdən çox olmamalı, qazın yanması isə partlayışsız baş verməlidir. Qaz boru kəmərlərinin təmizlənməsi zamanı qaz-hava qarışığının ayrılması onun binalara daxil olma, o cümlədən hər hansı bir yanma mənbəyindən alışma ehtimalı olmayan yerlərdə həyata keçirilir. Qaz boru kəmərləri qazdan təmizləndiyi zaman qaz tamamilə çıxana qədər havalandırılır. Havalandırmanın bitməsi analiz nəticəsində müəyyən edilir və həmin vaxt boruda qalan havanın tərkibindəki qazın oddan alışma nisbəti 1/5-dən çox olmamalıdır.
19.17. Qazanxananın ərazisində yerləşən yeraltı qaz kəmərlərinin marşrutu üzrə baxış, təsdiq olunmuş qrafikə uyğun olaraq həyata keçirilir. Bu zaman qaz kəmərinə aid quyular, həmçinin qazın toplanması mümkün olan və qaz kəmərindən hər iki tərəfə 15 metrədək məsafədə yerləşən digər quyular (telefon, su, istilik xətləri üçün olan quyular), kollektorlar, binaların zirzəmiləri və digər yerlər qaz sızması baxımından yoxlanılır. Göstərilən qurğulardan hər hansı birində qaz aşkar edildikdə, qaz kəmərindən 50 metr radiusda yerləşən quyular, zirzəmilər və digər yeraltı qurğular əlavə olaraq baxışdan keçirilir. Eyni zamanda, qurğuların və zirzəmilərin havalandırılması ilə yanaşı qaz sızmalarının yeri müəyyən edilir və aradan qaldırılır.
19.18. Yeraltı qaz boru kəmərlərinə xidmət göstərilməsi üçün nəzarətçilərə nömrələnmiş marşrut xəritələri verilir. Hər bir xəritədə qaz boru kəmərlərinin yol sxemi, uzunluğu, habelə qaz boru kəmərindən hər iki tərəfə 15 metrədək məsafədə yerləşən yeraltı kommunikasiya quyuları və binanın zirzəmiləri qeyd olunur.
19.19. Zirzəmilərdə, kollektorlarda, quyularda və digər yeraltı qurğularda qazın olub-olmaması, partlayışdan müdafiə şəraiti təmin edilməklə, qazoanalizator vasitəsilə yoxlanılmalıdır. Bina zirzəmilərindəki hava nümunələrinin analizi, birbaşa zirzəmilərdə qazoanalizatorlardan istifadə edilərək aparılmalıdır.
19.20. Yeraltı qaz boru kəmərlərinin kipliyi və onların izolyasiya vəziyyətinin yoxlanılması qaz boru kəmərlərinin istismar şəraitinə əsasən qrafik üzrə, lakin ən azı 5 ildə 1 dəfə olmaqla, torpaq qazılmadan, alətlər vasitəsilə həyata keçirilir. Yoxlama nəticələri qaz boru kəmərlərinin pasportunda qeyd edilməli və onların təmiri növü və müddəti təyin olunarkən nəzərə alınmalıdır.
19.21. Qazanxananın qaz boru kəmərlərinin yoxlanılması növbədə 1 dəfə, onun üstündə quraşdırılmış qaz boru kəməri ilə armaturdakı qaz birləşməsinin kipliyi isə xarici əlamətlərə (iyindən, səsindən) əsasən sabunlu emulsiyadan istifadə olunaraq sutkada 1 dəfə həyata keçirilir. Qaz sızmasının aşkar edilməsi üçün açıq alovlardan istifadə yolverilməzdir.
19.22. Qaz tənzimləyici məntəqələrin otaqlarında döşəmədən 0,25 m və tavandan 0,4-0,7 m səviyyəsində olan hava nümunələrinin qazlaşma dərəcəsi hər gün xarici və daxili müayinələr zamanı seçilməli və təhlil edilməlidir.
19.23. Qaz avadanlığına texniki xidmət ayda 1 dəfədən az olmamaq şərtilə, qrafik üzrə təşkil edilir. Planlı təmir təzyiq tənzimləyicilərinin, qoruyucu qapaqların, filtrlərin yoxlanılması şərtilə, istehsalçının pasportda müddət təyin etmədiyi halda ən azı ildə 1 dəfə həyata keçirilir. Filtr kasseti çıxarıldıqdan sonra filtrin korpusu təmizlənir. Kassetin sökülməsi və təmizlənməsi binadan kənarda aparılır. Filtrin təmizlənməsi həm də yerli təlimatlarda göstərilən təzyiqin icazə verilən həddə çatdığı halda həyata keçirilir.
19.24. Qoruyucu qurğuların (“qaz kilidi” və boşaltma qurğuları), həmçinin avtomatik tənzimləmə cihazlarının sazlanması və təsirinin yoxlanılması, avadanlığın uzunmüddətli (2 aydan çox) fasiləsindən sonra qaz buraxılmadan əvvəl, eləcə də istehsalçının təlimatında başqa müddət göstərilmədiyi təqdirdə, ən azı 2 ayda 1 dəfə olmaqla istismar zamanı həyata keçirilməlidir.
19.25. Qaz boru kəmərləri aşağı nöqtələrində quraşdırılmış ştuserlər vasitəsilə mütəmadi olaraq (cədvəl üzrə) drenaj edilməlidir. Kondensat səyyar konteynerlərə toplanaraq təhlükəsiz şəkildə utilizasiya edilməlidir. Qaz boru kəmərindən çıxarılan mayenin kanalizasiya sisteminə axıdılması yolverilməzdir.
20.1. Hər bir nasosun gövdəsinə aşağıdakı məlumatların göstərildiyi lövhə bərkidilir:
20.1.1. istehsalçının adı;
20.1.2. istehsal ili və zavod nömrəsi;
20.1.3. qazanxana sxemi üzrə nömrəsi;
20.1.4. nominal su temperaturunda nominal məhsuldarlıq;
20.1.5. mərkəzdənqaçma nasoslarının işçi çarxının fırlanma tezliyi və ya porşenli nasoslar üçün porşenlərin hərəkətinin miqdarı;
20.1.6. nominal məhsuldarlıq zamanı maksimal təzyiq;
20.1.7. nasosdan əvvəl çəkilib vurulacaq suyun orta temperaturu.
20.2. İstilik sistemində suyun məcburi dövriyyəsi zamanı qazanxanada biri ehtiyat nasosu olmaqla, ən azı iki şəbəkə nasosu olmalıdır.
20.3. Qidalandırma nasosları sistemin təzyiqini avtomatik olaraq saxlamalıdır.
20.4. İstilik şəbəkələrini qidalandıran qurğu onların iş rejimində kimyəvi təmizlənmiş, havası çıxarılmış su ilə qidalandırılmasını və qəza qidalandırılmasını təmin etməlidir.
20.5. Qidalandırma qurğuları istilik təchizatı sistemlərinin iş rejimi və şəbəkə nasoslarının dayanması zamanı şəbəkə nasoslarının sorucu tərəfində əvvəlcədən verilmiş təzyiqi saxlamalıdır. Qayıdıcı boru kəmərlərinin qəfil təzyiq qalxmasından qorunması nəzərə alınmalıdır.
20.6. Kavitasiyanın qarşısının alınması zamanı nasosun giriş kollektorunda təzyiq istehsalçının təlimatı üzrə icazə verilən həddən aşağı olmamalı və mütəmadi olaraq yoxlanılmalıdır.
20.7. Nasoslar, tüstü sovuranlar, havavuran ventilyatorlar və digər analoji avadanlıqlar işləyərkən yastıqların temperaturu ətraf mühitin temperaturunu 40-50 °C-dən çox keçməməli və qəza hallarında 70 °C-dən yüksək olmamalıdır. Yastıqların layihəyə və ya istehsalçının təlimatlarına uyğun olaraq nəzərdə tutulmuş soyuducu sistemləri nasaz olarsa, bu avadanlığın istismara buraxılmasına icazə verilmir.
20.8. Yastıqların sürtkü yağlarının dəyişdirilməsi istehsalçının təlimatlarına uyğun həyata keçirilməlidir.
20.9. Qazanxanaların fırlanan aqreqatları (nasoslar, tüstü çıxarıcılar, ventilyatorlar və s.) quraşdırıldıqdan sonra istismara verilərkən, təmirə verilən zaman və əsaslı təmirdən sonra, eləcə də istismar prosesində vibradiaqnostik nəzarətdən keçirilməlidir (monitorinq).
20.10. Nasosların sorucu-vurucu mexanizmlərinin və mühərriklərin vibrasiyası 4.5 mm/s-dən çox olmamalıdır. Əlavə olaraq, yastıqların ikiqat vibrasiya amplitudları 1500 dövr/dəq fırlanan aqreqatlarda - 60 mkm, 750 dövr/dəq və daha az - 90 mkm-dən artıq olmamalıdır. Yüksək vibrasiya səviyyələrində aqreqat dayandırılmalıdır.
20.11. Vurucu ventilyatorları və ya onların sorucu qutularının dəlikləri metal tor vasitəsilə qorunmalıdır.
20.12. Ehtiyat bəsləyici nasoslar daim işə buraxılmaya hazır vəziyyətdə saxlanılmalı və növbə ərzində ən azı 1 dəfə işlək olması yoxlanılır.
20.13. Qazanxanalarda iki və ya daha çox paralel işləyən deaeratorların istismarı zamanı, deaerator çənlərinin buxar və su sahəsindəki bərabərləşdirici xətlərində olan siyirtmələr açıq vəziyyətdə olmalıdır.
21.1. İstilik təchizatı subyekti rəhbərinin əmri ilə buxar və isti su boru kəmərlərinin istismarına bu Qaydalar və istilik təchizatı sektorunu tənzimləyən normativ sənədlər və müvafiq təlimatlar üzrə bilik yoxlamasından keçmiş şəxslər təyin edilir.
21.2. Hər bir istilik təchizatı obyektinin (qazanxana və ya istilik məntəqəsi) boru kəməri üçün bu Qaydaların 2 nömrəli Əlavəsində göstərilmiş formada pasport tərtib edilir.
21.3. Armaturlar funksional məqsədinə uyğun şəkildə istifadə edilməlidir. Bağlayıcı armaturların tənzimləyici kimi istifadə edilməsinə icazə verilmir. İstilik şəbəkəsinin pasportunda bütün armaturlar haqqında məlumat qeyd olunur.
21.4. Boru kəmərlərinin sxemi və onların istismarı, temperaturun artması və ya hesablanmış xarici qüvvələri aşan digər qüvvələrlə əlaqədar olaraq, boru kəmərinin elementlərində əlavə daxili gərginliyin meydana gəlməsini istisna etməlidir.
21.5. Əsaslı təmirdən, eləcə də boru kəməri hissəsinin kəsilməsi və yenidən qaynaq edilməsindən, armaturların və istilik izolyasiyasının dəyişdirilməsindən sonra avadanlığın işə buraxılmasından əvvəl aşağıdakılar yoxlanılır:
21.5.1. sabit və hərəkət edən dayaq və yaylı bərkitmələrin sazlığı;
21.5.2. asmaların yaylarının və dayaqların sıxılmasının soyuq vəziyyətdə ölçüsü;
21.5.3. istilik yerdəyişmə indikatorlarının sazlığı;
21.5.4. boru kəmərlərinin qızması zamanı onların sərbəst yerdəyişmə imkanları;
21.5.5. drenaj və havalandırıcının, qoruyucu cihazların vəziyyəti;
21.5.6. cihazların hərəkət edən hissələrinin sərbəstliyi;
21.5.7. bağlayıcı armaturun son hədd vəziyyətinin ("açıq"-"bağlı") siqnallarının nəzarət panellərində onun faktiki vəziyyətinə uyğunluğu;
21.5.8. istilik izolyasiyasının sazlığı.
21.6. Təmir edilən sahənin elementlərinin və armaturların möhkəmliyini və kipliyini sınaqdan keçirmək məqsədilə onlar sınaq təzyiqi altında hidravlik sınaqdan keçirilir. Sınağın nəticələri istilik şəbəkəsinin pasportuna daxil edilir. Armaturlar və borular sınaq təzyiqi ilə hidravlik sınaqdan keçirilməlidir. Hidravlik sınaq zamanı sınaq təzyiqinin minimal kəmiyyəti işçi təzyiqinin 1,25 mislini təşkil etməli, lakin 0,2 MPa-dan az olmamalıdır.
21.7. Drenaj sistemi, boru kəmərlərinin isidilməsi, soyudulması və boşaldılması zamanı mayenin borudan çıxarılmasını təmin etməli, bunun üçün borular ən azı 0,004 mailliyi olan üfüqi sahələrə malik olmalıdır.
21.8. Drenaj xətləri çəkilən zaman boru kəmərlərinin sıxılmasının qarşısını almaq üçün istilik yerdəyişməsinin istiqamətini nəzərə almaq lazımdır.
21.9. Bir neçə boru kəmərinin drenaj xətlərini birləşdirərkən onların hər birinə bağlayıcı armatur quraşdırılır.
21.10. Armatur onun təyinatını müəyyən edən qeydlərə malik olmalı, boru kəmərlərinin texnoloji sxeminə görə nömrələnməli və çarxlarının fırlanma istiqamətinin göstəricilərinə malik olmalıdır.
21.11. Tənzimləyici klapanlar tənzimləyici hissənin açılma dərəcəsinin göstəriciləri ilə, bağlayıcı armaturlar isə "açıq" və "bağlı" göstəricilərlə təchiz edilməli və görünən olmalıdır.
21.12. Buxar boru kəmərlərinin armaturlarının və istilik yerdəyişmə indikatorlarının quraşdırıldığı yerlərə istismar dövründə yaxınlaşma imkanları olmalıdır.
21.13. Boru kəmərlərinin və armaturların təmiri quraşdırıldıqları istilik qurğularının təmiri ilə eyni vaxtda həyata keçirilir.
21.14. Flanslı birləşmələrin, klapanların və dövri yoxlamaya məruz qalan boru kəmərləri bölmələrinin istilik izolyasiyası çıxarıla bilən olmalıdır.
21.15. Yağ çənlərinin, yağ borularının, mazut borularının yaxınlığında açıq havada yerləşən boru kəmərlərinin istilik izolyasiyası rütubət və ya neft məhsulları ilə hopmadan qorunmaq məqsədilə örtüklə təchiz edilir.
21.16. İstilik izolyasiyası üçün metal boru kəmərlərinin korroziyasına səbəb olmayan materiallardan istifadə edilir.
22.1. İstilik qurğularının qəzasız və ekoloji cəhətdən təhlükəsiz istismarını təmin edən əsas texnoloji əməliyyatların yerinə yetirilməsinin ümumi üsulları, ardıcıllığı və şərtləri istilik təchizatı subyektinin rəhbəri tərəfindən istehsalçıların göstərişlərinin və bu Qaydaların nəzərə alınması ilə təsdiq edilmiş istismar üzrə təlimatlara və qəzaların qarşısının alınması üzrə təlimatlara əsasən müəyyən edilir.
22.2. Qazanların, su qızdırıcılarının və istilik mübadiləsi qurğularının istismarı zamanı aşağıdakılar təmin edilməlidir:
22.2.1. etibarlılığı və təhlükəsizliyi;
22.2.2. buxar və suyun nominal məhsuldarlığına, parametrlərinə və keyfiyyətinə nail olmaq imkanı;
22.2.3. sınaqlar və istehsalçının təlimatları əsasında qurulmuş qənaətcil istismar rejimi;
22.2.4. istilik qurğusunun hər növü üçün təyin edilmiş yükləmənin, qazanlar üçün isə yandırılan yanacağın tənzimlənmə diapazonu;
22.2.5. minimal yol verilən yüklənmə;
22.2.6. ətraf mühitin minimal çirklənməsi.
22.3. Rejim-sazlama sınaqları prosesində və onların əsasında qazanların və digər qazanxana avadanlıqlarının iş rejimi müəyyən edilir və rejim qrafikləri işlənib hazırlanır. Qazanların istismarı üzrə, istilik təchizatı subyektinin texniki rəhbəri tərəfindən təsdiq edilmiş rejim qrafikləri idarəetmə panellərinin üzərində olmalıdır.
22.4. Qazanlar və qazanxanaların digər avadanlıqları istismar və rejim sınaqları üçün armatur və qurğularla təchiz edilməlidir.
22.5. Qazanın iş rejimi avadanlıq sınaqları və istehsalçının quraşdırılma və istifadə üzrə təlimatları əsasında tərtib edilmiş rejim qrafiklərinə uyğun olaraq həyata keçirilir.
22.6. Rejim-sazlama işləri maye yanacaqla işləyən qazanlar üçün ən azı 5 ildə 1 dəfə, qaz halında olan yanacaqla işləyən qazanlar üçün isə ən azı 3 ildə 1 dəfə həyata keçirilir.
22.7. Qazan, istehsalçının təlimatı nəzərə alınmaqla istilik təchizatı subyekti rəhbəri tərəfindən təsdiqlənmiş təlimata əsasən operativ qeydiyyat jurnalında qeyd edilməklə və məsul şəxsin göstərişi ilə alışdırılır və dayandırılır. Növbə heyətinə alışdırılma vaxtı barədə məlumat verilir.
22.8. Qazanxanada qaz sızması əlamətləri olarsa, elektrik avadanlıqlarını işə buraxmaq, qazanı alışdırmaq və açıq alovdan istifadə etmək qadağandır.
22.9. Təmir, quraşdırma və yenidənqurmadan sonra qazan yenidən alışdırılarsa, baxış qapaqları (lyukları) bağlamazdan əvvəl aşağıdakılar yerinə yetirilməlidir:
22.9.1. qazanın içərisində, qaz kanallarında və sobada insanların və kənar əşyaların olmadığına əmin olmaq;
22.9.2. qoruyucu klapanlarda və qazanla əlaqəli boru kəmərlərində tıxacların olmamasını yoxlamaq;
22.9.3. klapan və nəzarət-ölçmə vasitələrinin birləşdirilməsi üçün dəliklərin ərpdən təmizlənmiş olmasını yoxlamaq;
22.9.4. qazanın hörgüsünün vəziyyətini yoxlamaq və çatlar olduğu təqdirdə onları oda davamlı kərpiclə hörmək;
22.9.5. köməkçi avadanlıqların, nəzarət-ölçmə vasitələrinin, qurğu və mexanizmlərin məsafədən idarəetmə vasitələrinin, avtomatik tənzimləyicilərin, qoruyucu qurğuların, bloklayıcıların və əməliyyat kommunikasiya vasitələrinin mövcudluğunu, sazlığını və işə buraxmaq üçün hazır olmasını yoxlamaq. Qazanların dayandırılmasına təsir göstərən klapan, siyirtmə və qoruma qurğularının nasaz olması zamanı onun işə buraxılmasına icazə verilmir. Aqreqatın istilik vəziyyətinə görə icra mexanizmlərini yoxlamaq mümkün olmadıqda, mühafizənin yoxlanması icra mexanizmlərinə təsir etmədən həyata keçirilir;
22.9.6. su təchizatı xəttində təzyiqin mövcudluğunu ölçmə vasitəsilə yoxlamaq;
22.9.7. qısamüddətli işə buraxma üsulu ilə bəsləyici, qidalandırıcı şəbəkə və digər nasosların sazlığını yoxlamaq.
22.10. Baxış qapaqları (lyuklar) bağlandıqdan sonra aşağıdakıları yoxlamaq lazımdır:
22.10.1. buxar qazanlarında - qazanı su göstərici şüşə üzərindəki ən aşağı səviyyəyə qədər doldurmaq və qoruyucu-atıcı qurğunu onun üzərində quraşdırılmış nəzarət kranına qədər su ilə doldurmaq. Qoruyucu qurğular nasaz olduqda və ya onlarla qazan arasında bağlayıcı qurğular mövcud olduqda, qazanın işə buraxılmasına icazə verilmir;
22.10.2. su qızdırıcı qazanlarda - qazanın və istilik sisteminin, genişləndirici çənin siqnal borusundan çıxana qədər qazanın üzərindəki manometrə və isitmə və isti su təchizatı sistemlərinə uyğun olaraq su ilə doldurmaq.
22.11. Qazanlar işə buraxıldıqda və dayandıqda, barabanın temperaturuna nəzarət təşkil edilir. Barabanın aşağı gövdəsinin istilik və soyutma sürəti və barabanın üst və alt gövdələri arasındakı temperatur fərqi istehsalçının təlimatına əsasən təyin olunan dəyərləri aşmamalıdır. Qazanlarda sürətləndirilmiş soyudulma prosesi aparmaq qadağandır.
22.12. Buxar qazanının əsaslı təmirdən sonra soyuq vəziyyətdən alışdırılması prosesində, lakin ildə 1 dəfədən az olmayaraq, ekran borularının, barabanların və kollektorların istilik yerdəyişməsi reperlərə istinadən yoxlanılır.
22.13. Qazan işləyərkən su səviyyəsinin yuxarı həddi istehsalçının göstərişləri nəzərə alınmaqla hazırlanmış və təsdiq edilmiş təlimata uyğun müəyyən edilmiş səviyyədən artıq olmamalı və ya istismar sınaqlarına əsasən düzəliş edilməlidir. Aşağı səviyyə istehsalçının müəyyən etdiyi səviyyədən aşağı olmamalıdır.
22.14. Alışdırılmadan əvvəl qazanlar kimyəvi təmizlənmiş, həmçinin layihədə nəzərdə tutulduğu halda deaerasiya olunmuş su ilə doldurulur. Qazanxanada deaerasiya qurğusu olmadıqda, çuqun qazanların kimyəvi təmizlənmiş su ilə doldurulmasına icazə verilir.
22.15. Suqızdırıcı qazanın yandırılmasından əvvəl şəbəkə suyunun sərfiyyat həcmi istehsalçı tərəfindən hər bir qazan tipi üçün müəyyən edilmiş yol verilən minimumdan aşağı olmayan həddə müəyyən edilir və sonrakı iş prosesində saxlanılır.
22.16. Quraşdırmadan əvvəl mazut forsunkaları onların məhsuldarlığının, püskürdülmə keyfiyyətinin və məşəlin açılma bucağının yoxlanılması üçün su stendində yoxlanılır. Mazut qazanı üzərində quraşdırılmış bir dəstdə olan fərdi forsunkaların nominal məhsuldarlığında fərq 1,5%-dən çox olmamalıdır. Mazut forsunkalarının, onlara havanın mütəşəkkil çəkilməsi olmadan, işləməsinə icazə verilmir.
22.17. Buxar qazanının ümumi buxar xəttinə qoşulması birləşdirici buxar xəttinin drenaj edilməsindən və isidilməsindən sonra həyata keçirilir. Qoşulma zamanı qazanın arxasındakı buxarın təzyiqi ümumi buxar xəttindəki təzyiqə bərabər olmalıdır.
22.18. Qazanların odluğunun və qaz yolunun kipliyi təmin olunmalıdır.
22.19. Qaz yolunun elementlərinə yol verilən sorulma hədləri istehsalçı tərəfindən müəyyən edilmiş həddə saxlanılır.
22.20. Qazan və qaz kanallarının qapaq səthlərinin kipliyi ayda 1 dəfə hava sorulmasının təftişi ilə aparılır. Odluğun daxilinə sorulmalar ən azı ildə 1 dəfə, eləcə də əsaslı təmirdən əvvəl və sonra müəyyən edilir. Qazanların odluğu və qaz kanallarındakı boşluqlar aradan qaldırılmalıdır.
22.21. Qoruyucu klapanlar aşağıdakı məlumatları bildirən lövhəyə malik olmalıdır: klapanın açılma təzyiqi, sınağın keçirilmə müddəti və növbəti sınağın keçirilmə müddəti.
22.22. İşləməyən qoruyucu qurğuya malik qazanların istismarına icazə verilmir.
22.23. Layihədə faydalı iş əmsalının yüksəldilməsi və atmosferə zərərli tullantıların azaldılması üçün ekonomayzer, hava qızdırıcısı, kalorifer kimi texniki vasitələr nəzərdə tutulmuş qazanların bu texniki tədbirlərin tətbiqi olmadan istismarına yol verilmir.
22.24. Su təchizat borularında, buxar xətlərində və onların armaturlarında deşik və çatlar aşkar edildikdə qüsurlu bölmə işdən ayrılır.
22.25. Qüsurlu sahəni ehtiyata qoymaq mümkün deyilsə, o zaman bu sahə ilə əlaqəli avadanlıqlar dayandırılır.
22.26. Yanacağın kamerada yanması ilə işləyən qazanların işçi heyətinin daimi nəzarəti olmadan istismarına aşağıda göstərilənləri təmin edən avtomatikanın mövcud olduğu halda icazə verilir:
22.26.1. uzaq dispetçer nəzarət panelindən istismar rejiminin daxil edilməsi və idarə olunması;
22.26.2. qazanların zədələnməsinə səbəb ola biləcək rejim pozuntusu zamanı qazanın dayandırılması, eyni zamanda uzaqdan idarəetmə dispetçer panelinə siqnal verilməsi. Bu zaman əməliyyat-dispetçer pultunda 24 saatlıq növbə təşkil edilməlidir.
22.27. Daimi xidmət heyəti olmadan fəaliyyət göstərən qazanxanalardan dispetçer məntəqəsinə aşağıdakı siqnallar (işıq və səs) verilməlidir:
22.27.1. avadanlıqların nasazlığı, bu zaman çağırışın səbəbi qazanxanada qeyd olunur;
22.27.2. qazanxananın yanacaq təchizatının əsas sürətli bağlayıcı klapanının işə düşmə siqnalları;
22.27.3. qaz halında olan yanacağın aşağı alovlanma həddinə nisbətən otağın 10 faizdən yuxarı qaz çirklənməsi və ya dəm qazının (CO) olması;
22.27.5. icazəsiz giriş.
22.28. Təbii dövriyyəsi olan, dayandırılmış buxar qazanından suyun boşaldılmasına qazandakı təzyiqin atmosfer təzyiqinə qədər azaldılmasından sonra, su qızdırıcı qazandan suyun boşaldılmasına suyun temperaturunun qayıdıcı boru kəmərlərində suyun temperaturuna bərabər olduğu, lakin 40°C-dən yuxarı olmadığı halda icazə verilir.
22.29. Odluqda yanmanın dayandırılmasına, odluqdan yanacaq qalıqlarının çıxarılmasına və təzyiqin sıfıra endirilməsinə qədər qazanların nəzarətsiz qoyulmasına icazə verilmir.
22.30. Qazan təmirə və ya uzun müddətə dayandırıldıqda, eləcə də istilik qazanxanası yay dövründə dayandırıldıqda, qazanın və ya qazanxananın qaz boru kəməri bağlanmalı və üfürülərək təmizlənməli, bağlayıcı qurğulardan sonra isə tıxaclar qoyulmalıdır.
22.31. Təmirdən və ya uzun müddət ehtiyatda qaldıqdan (3 gündən artıq) sonra qazanın işə buraxılmasından əvvəl köməkçi avadanlıqların, ölçmə vasitələrinin, armaturların, klapanların və mexanizmlərin uzaqdan idarə edilmə vasitələrinin, avtomatik tənzimləyicilərin, qoruyucu qurğuların, keçidlərin və əməliyyat kommunikasiyalarının sazlığı və qoşulmaya hazır olması yoxlanılır.
22.32. İstilik mövsümünün sonunda və ya dayanma zamanı qazanlar və istilik təchizatı sistemləri kimyəvi üsullarla mühafizə olunmalıdır. Mühafizə üsulları istilik avadanlığının mühafizəsi üzrə mövcud metodoloji təlimatların tövsiyələrinə əsaslanaraq istilik təchizatı subyektinin rəhbəri tərəfindən təsdiq olunmuş mühafizə təlimatına daxil edilir. İsti su qazanları istismar edilərkən istilik mövsümünün başlanmasından öncə istilik təchizatı sistemləri və daxili istilik sistemləri əvvəlcədən yuyulur.
22.33. Köməkçi avadanlıqların quraşdırılması və istismarı istehsalçının quraşdırma və istismar üzrə təlimatlarına uyğun olaraq həyata keçirilir. Köməkçi avadanlıqların işə buraxılmasından əvvəl təhlükəsizlik klapanlarının, avtomatik qurğuların, klapanların və cihazların sazlığı yoxlanılır.
22.34. İldə 1 dəfə deaeratorlar çıxarıla bilən qapaqlar (lyuklar) vasitəsilə daxili müayinədən keçirilir, ehtiyac olduğu hallarda müntəzəm təmir edilir və deaerasiya elementlərindən təmizlənir.
22.35. Atmosfer və vakuum deaeratorları quraşdırmadan və deaeratorun kipliyinin bərpası ilə əlaqədar təmirdən sonra istifadəyə verilməzdən əvvəl, habelə tələb olunduqda 0,2 MPa izafi təzyiq altında möhkəmlik və sıxlıq baxımından, lakin hər 8 ildən gec olmayaraq sınaqdan keçirilir.
22.36. Qazanın alışdırılmasından əvvəl və dayandırıldıqdan sonra odluq və qaz yolları, o cümlədən resirkulyasiya yolları, tüstü sovuranlar və havaüfürən ventilyatorlar vasitəsilə qaz-hava yolları qapılarının ən azı 10 dəqiqə açıq olması və hava sərfiyyatının nominaldan 25 faiz az olmaması şərti ilə havalandırılmalıdır.
22.37. Suqızdırıcı qazanlarda, nasos və qızdırıcı qurğuların boru kəmərlərində və köməkçi avadanlıqlarında sınaq məlumatlarına əsasən şəbəkə suyunun təxmin edilən sərfiyyatında istismar prosesində yoxlamaq üçün təzyiq itkisi müəyyən edilir.
22.38. Hidravlik sınaqlar yeni quraşdırılmış qurğularda təmirdən sonra və 3 ildə 1 dəfədən az olmayaraq aparılır. Qazanlar, buxar qızdırıcıları, ekonomayzer qurğuları, habelə qazanların içərisindəki borular üçün hidravlik sınaq zamanı sınaq təzyiqinin minimum qiyməti olaraq aşağıdakılar qəbul edilir:
22.38.1. 0,5 MPa-dan çox olmayan bir işçi təzyiqində, sınaq təzyiqinin minimum göstəricisi işçi təzyiqin 1,5 misli, lakin 0,2 MPa-dan az olmayaraq;
22.38.2. 0.5 MPa-dan yuxarı işçi təzyiqində sınaq təzyiqinin minimum göstəricisi kimi işçi təzyiqin 1,25 misli, lakin işçi təzyiqi üstə gəl 0,3 MPa-dan az olmayaraq;
22.38.3. barabanlı qazanların, eləcə də onların buxar qızdırıcılarının və ekonomayzer qurğularının hidravlik sınaqları zamanı işçi təzyiqi olaraq qazan barabanındakı təzyiq qəbul edilir, məcburi dövriyyəyə malik barabansız və birbaşa axın qazanları üçün isə qazanın girişindəki, layihə sənədləri ilə təyin olunmuş qidalandırma suyunun təzyiqi qəbul edilir.
22.39. Sınaq zamanı suyun təzyiqi, birinin dəqiqlik dərəcəsi 1,5-dən az olmamaq şərti ilə iki manometrlə idarə olunur.
22.40. Hidravlik sınaq temperaturu 5°C-dən aşağı və 40°C-dən yüksək olmayan su ilə aparılmalıdır.
22.41. Sınaq təzyiqi altında saxlama müddəti ən azı 10 dəqiqədir.
22.42. Sınaq təzyiqinin işçi təzyiqə qədər azaldılmasından sonra sınaq olunan qurğunun elementlərinin və uzunluğu boyunca qaynaq yerlərinin hərtərəfli yoxlanılması həyata keçirilir.
22.43. Sınaq zamanı aşağıda göstərilənlər aşkar edilmədikdə, su və ya buxar yolları möhkəmlik və kiplik testindən keçmiş hesab olunur:
22.43.1. qırılma əlamətləri;
22.43.2. axıntılar, sızmalar və metalın üzərində və qaynaq birləşmələrində nəmlənmələr;
22.43.3. qalıq deformasiyalar.
22.44. Boru kəmərlərinin və klapanların istismarı zamanı aşağıdakılara nəzarət olunmalıdır:
22.44.1. boru kəmərlərinin istilik genişlənməsi nəticəsində yaranan yerdəyişmələrin böyüklüyü və onların layihə üzrə hesablanmış qiymətlərə uyğunluğu, eləcə də istilik təsiri altında yaranan gərginliklərin (sıxılma və dartılma) və titrəyişlərin mövcud vəziyyəti;
22.44.2. qoruyucu qurğuların, klapanların və flans birləşmələrinin kipliyi;
22.44.3. işə buraxılma və dayandırılma zamanı metalın temperaturu;
22.44.4. işləyən və soyuq vəziyyətdə dayaq yaylarının dartılma dərəcəsi - ən azı 2 ildə 1 dəfə;
22.44.5. klapanın kipkəcinin və onun bərkidicisinin kipliyi;
22.44.6. idarəetmə panellərində tənzimləyici armaturun mövqe göstəricilərinin onun faktiki vəziyyətinə uyğunluğu;
22.44.7. yastıqların, ötürücü mexanizmlərin qovşaqlarının və klapanların elektrik intiqalının reduktorlarının sürtkü yağının olması.
22.45. Şəbəkə qızdırıcılarından çıxışda və istilik şəbəkəsinin çıxış xətlərində suyun temperaturunun tənzimlənməsi bərabər şəkildə aparılmalı və 1 saat ərzində temperaturun dəyişmə sürəti 10 °C-dən artıq olmamalıdır.
22.46. Qızdırıcı mühitin istilik mübadiləsi qurğularının gövdəsinə verilməsi istilik mübadiləsi qurğularında qızdırılacaq mühitin dövriyyəsi təmin olunduqdan sonra yerinə yetirilməlidir.
22.47. Nəzarət, avtomatik tənzimləmə və mühafizə cihazları və vasitələri daim işçi vəziyyətində olmalı və onlarda mütəmadi olaraq istehsalçı tələblərinə uyğun təmir işləri aparılmalıdır.
22.48. Texnoloji mühafizə vasitələri, armaturları, qurğuları və cihazları xarici fərqlənmə əlamətlərinə malik olmalıdır. Qoruyucu panellərin hər iki tərəfində quraşdırılmış cihazların üzərində onların təyinatlarını bildirən yazılar olmalıdır.
22.49. Mühafizə sistemlərinin və texnoloji avadanlıqların avtomatik ehtiyata keçid (AEK) qurğularının icraedici hissələri, 3 (üç) sutkadan artıq davam edən dayanmalardan sonra, yaxud mühafizə dövrələrində aparılmış təmir işlərindən sonra qazanxana heyəti və ya həmin avadanlıqlara xidmət edən məsul şəxslər tərəfindən yoxlanılmalıdır.
22.50. Aqreqatın (avadanlığın) istilik vəziyyəti ilə əlaqədar olaraq mühafizə sisteminin icraedici hissələrinin sınaqdan keçirilməsi mümkün olmadıqda, yoxlama işləri icraedici hissələrə (mexanizmlərə) birbaşa təsir göstərmədən, yalnız siqnalın ötürülmə zənciri üzrə həyata keçirilməlidir.
22.51. Ölçmə vasitələrinin ölçü şkalasının üzərində mühafizənin işə düşmə göstəriciləri qeyd olunmalıdır.
22.52. Texnoloji mühafizənin göstəriciləri və davamiyyət müddəti parametrlərinin qiyməti və bağlanmaların dəyəri istehsalçı tərəfindən müəyyən edilir. Avadanlıqların yenidən qurulması halında və istehsalçı məlumatı olmadığı halda, göstəricilər və davamiyyət müddəti sınaq nəticələrinə əsasən müəyyən edilir.
22.53. Parametrləri dəyişdirmək üçün qurğusu olan mühafizə avadanlıqları möhürlənir. Möhürlərin yalnız mühafizə qurğusuna xidmət edən işçilər tərəfindən, qeydiyyat jurnalında qeydlər aparılmaqla, çıxarılmasına icazə verilir.
22.54. Möhürlərin çıxarılmasına yalnız mühafizə cihazları söndürüldükdən sonra icazə verilir.
22.55. Avadanlıqların dayandırılmasına təsir göstərən texnoloji mühafizə onların işə düşməsinin ilkin səbəbini müəyyən edən qurğularla təchiz olunur və mühafizə olunan avadanlığın fəaliyyəti dövründə daima istismarda olur.
22.56. Quraşdırma və yenidənqurmadan sonra texnoloji mühafizələr istilik təsərrüfatına cavabdeh şəxsin göstərişinə əsasən istismara verilir.
22.57. Mühafizənin işə düşmə halları araşdırılır, qəzaların və hadisələrin baş vermə səbəbləri öyrənilir və təhlil edilir.
22.58. Qazanxanada bu Qaydaların tələbləri daxilində sənədləşmə aparılmalıdır. Bu zaman operativ qeydiyyat jurnalında aşağıdakılar qeyd olunur: növbənin təhvil verilməsi, qəbul edilməsi, avadanlıqların vəziyyətinin xüsusiyyətləri, hər hansı bir səbəbdən (qaz, elektrik, su təchizatında kəsilmələr, istilik şəbəkələrində qəzalar və s.) qazanxananın fəaliyyətinin dayanması, avadanlıqların sxemlərində aparılan əməliyyatlar, əməliyyatlara göstəriş verən şəxsin vəzifəsi və soyadı. Texnoloji mühafizənin işə düşməsi zamanı qəza dayanma halları istisna olmaqla, bu halda mühafizənin işə düşməsinin ilkin səbəbi barədə qeydlər edilir.
22.59. Qazanların və qazan avadanlıqlarının su göstərici cihazlarının, su səviyyəsini məhdudlaşdıran siqnal cihazlarının, təzyiq göstəricilərinin, qoruyucu klapanların, qidalandırma qurğularının və avtomatlaşdırma avadanlıqlarının iş parametrlərini, eləcə də qazanların üfürülmə müddətinin qeydiyyatı operativ qeydiyyat jurnalında yazılır.
22.60. Su səviyyəsini göstərən cihazların üfürmə ilə yoxlanması operativ qeydiyyat jurnalında qeyd olunmaqla, növbə ərzində 1 dəfədən az olmayaraq yerinə yetirilir.
22.61. Qoruyucu klapanların yoxlanılması istilik təchizatı subyektinin rəhbərinin təsdiq etdiyi təlimat üzrə həyata keçirilir. Qazanların və su qızdırıcılarının nasaz, yaxud tənzimlənməmiş qoruyucu klapanlarla işləməsinə icazə verilmir.
22.62. Qazan istehsalat təlimatı ilə nəzərdə tutulmuş hallarda, xüsusilə aşağıdakı vəziyyətlərdə mühafizə qurğularının təsiri ilə və ya operativ heyət tərəfindən dərhal dayandırılır və şəbəkədən ayrılır:
22.62.1. qoruyucu klapanın nasazlığı aşkar edildikdə;
22.62.2. qazanın barabanında təzyiqin icazə verilən səviyyədən 10% artdıqda və artmaqda davam etdikdə;
22.62.3. suyun səviyyəsinin icazə verilən ən aşağı səviyyədən aşağı endikdə;
22.62.4. suyun səviyyəsinin icazə verilən ən yüksək səviyyədən yuxarı qalxdıqda;
22.62.5. bəsləyici və qidalandırıcı nasosların fəaliyyətinin dayanması baş verdikdə;
22.62.6. birbaşa su səviyyəsinin göstəricilərinin hamısının fəaliyyətinin dayanması baş verdikdə;
22.62.7. qazanın əsas elementlərində, o cümlədən barabanda, kollektorlarda, buxar yığma kamerasında, buxar ötürücü və drenaj borularında, buxar borularında, alov borusunda, yanma kamerasında, odluğun qapağında, armaturlarında çatlar, şişmələr, onların qaynaq tikişlərində qırılmalar, buraxılmalar, sızmalar aşkar edildikdə;
22.62.8. yanacağın yanma kamerasında yandırılması zamanı odluqda məşəllər söndükdə;
22.62.9. su qızdırıcı qazanda qoruyucu klapanda nasazlıq aşkar edildikdə;
22.62.10. suqızdırıcı qazanda suyun sərfiyyatının minimal yol verilən həddən aşağı düşdükdə;
22.62.11. suqızdırıcı qazanda suyun təzyiqinin yol verilən həddən 10% artıqda və artmaqda davam etdikdə;
22.62.12. suqızdırıcı qazanda suyun təzyiqinin yol verilən həddən aşağı düşdükdə;
22.62.13. suqızdırıcı qazanın çıxışında suyun temperaturu, çıxış kollektorundakı faktiki təzyiqə uyğun olan doyma (qaynama) temperaturundan ən azı 20°C aşağı olduqda;
22.62.14. suqızdırıcı qazanda suyun temperaturunun yol verilən həddən yuxarı qalxdıqda və qalxmaqda davam etdikdə;
22.62.15. gərginliyin itməsi də daxil olmaqla, təhlükəsizlik avtomatikasında və ya həyəcan siqnalizasiyasında nasazlıq olduqda;
22.62.16. qazanxanada heyətə, yaxud qazana təhlükə yaradan yanğın baş verdikdə;
22.62.17. qazanların bağlanmasına təsir göstərən texnoloji mühafizə işə düşmədikdə;
22.62.18. qazanın qaz borusunda sızma əmələ gəldikdə;
22.62.19. ocaqda partlayış, qaz kanallarında yanar çöküntülərin partlaması və ya alovlanması, qazan karkasının daşıyıcı tirlərinin qızarana qədər qızmasında;
22.62.20. hörgünün uçması, eləcə də heyətə və avadanlıqlara təhlükə yaradan digər zədələr yarandıqda.
22.63. Qazanın qəza halında dayandırılma qaydaları istismar təlimatında göstərilir. Qazanın qəza halında dayandırılmasının səbəbləri və onları aradan qaldırmaq üçün görülən tədbirlər operativ qeydiyyat jurnalında qeyd olunur.
23.1. Ayrılan soyuducu suyun istilik potensialı aşağı temperaturlu istilik akkumulyatorlarının tətbiqi ilə isitmə və ya isti su təchizatı üçün istifadə olunur.
23.2. Mühərrikdən çıxan işlənmiş qazların istiliyinin təkrar istifadəsi və ya utilizasiyası məqsədilə istehlakçılara isti suyun verilməsi üçün istilik mübadiləedicilərindən istifadə olunmalıdır.
23.3. Soyutma sisteminin temperatur rejiminin tənzimlənməsində çətinliklərin yaranmaması üçün soyuducu suyun istilik şəbəkələrində istilikdaşıyıcı kimi birbaşa istifadəsi tövsiyə edilmir. Bunun əvəzinə aralıq istilikdaşıyıcısından və istilik mübadiləedicilərindən istifadə olunması məqsədəuyğundur.
23.4. Təzyiqi 0,7 atm-dən yüksək olan qazan-utilizatorların quraşdırılması, istismarı və texniki yoxlanılması “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun yerinə yetirilməlidir.
23.5. Hər bir qazan-utilizatorda işlənmiş qazların xəttində (traktında), qazana xidmət edilən yerin bilavasitə yaxınlığında dövrələyici xətt (bypass) qurğusu quraşdırılmalıdır. Bu qurğu işlənmiş qazların qazanı kənar dövrələyici xətt (bypass) etməklə sərbəst çıxışına imkan verməlidir.
23.6. Qazan-utilizatorlar su səviyyəsinin nəzarəti üçün armaturla, suyun temperaturu və təzyiqinə nəzarət cihazları ilə, eləcə də qoruyucu klapanla təchiz olunmalıdır.
23.7. Qazan-utilizatorun və mühərrikin işlənmiş qazlar traktının ümumi aerodinamik müqaviməti istehsalçı sənədlərində göstərilən nominal göstəricilərdən artıq olmamalıdır.
23.8. Qazan-utilizator quraşdırıldıqdan sonra mühərrikin müxtəlif iş rejimlərində qazanın məhsuldarlığının və işlənmiş qazlar traktındakı müqavimətin aqreqatın gücünə və səmərəliliyinə təsirini müəyyən etmək üçün sınaq işləri aparılmalıdır.
23.9. Hər bir qazan-utilizatorda mühərrikin nömrəsinə uyğun sıra nömrəsi, zavod nömrəsi, istehsal ili və əsas nominal parametrlər göstərilməlidir.
23.10. Qazan-utilizatorların istismarı istilik qurğusunun istilik-mexaniki xidmət heyətinə həvalə edilməlidir.
23.11. Qazan-utilizatorların istismarına biliyi yoxlanılmış şəxslər buraxılır.
23.12. Qazan-utilizatorun işə qoşulması yalnız mühərrikin iş rejimi sabitləşdikdən sonra həyata keçirilməlidir. Bu zaman əvvəlcə qazandakı qapaq açılmalı, daha sonra dövrələyici xətt (bypass) qapağı bağlanmalıdır.
23.13. Qazan-utilizatorların qidalandırılması üçün yalnız yumşaldılmış su istifadə olunmalıdır.
23.14. Qazan-utilizatoru işə qoşmazdan əvvəl o, su ilə tələb olunan səviyyədə doldurulmalıdır.
23.15. Qazan-utilizatorun su ilə doldurulması tədricən aparılmalı, bu zaman havanın çıxarılması üçün nəzərdə tutulan ventil açıq vəziyyətdə saxlanılmalıdır. Ventildən su gəldikdən sonra ventil bağlanmalıdır.
23.16. Buxar qazan-utilizatorlarda buxarın təzyiqi işçi səviyyəyə çatdıqdan sonra qoruyucu klapanların işləməsi yoxlanılmalıdır. Qoruyucu klapanların linglərinə əlavə yük qoyulması və ya onların sazlanmış vəziyyətinin dəyişdirilməsi qadağandır.
23.17. Qazan-utilizator işdən ayrıldıqda əvvəlcə dövriyyə (bypass) qapağı açılmalı, daha sonra qazandakı qapaq bağlanmalıdır.
23.18. Qazan-utilizatorun işə buraxılma və dayandırılma vaxtı, eləcə də qazanda aşkar olunan qüsurlar operativ qeydiyyat jurnalında qeyd olunmalıdır.
23.19. Mühərrik işlək vəziyyətdə olarkən aparılan təmir və təmizlik işləri zamanı qazan-utilizator işlənmiş qazlar xəttindən qapayıcı qurğular vasitəsilə ayrılmalıdır.
24.1. Aşağı potensiallı istilik mənbələrindən istifadə etməklə istilik enerjisinin istehsalı üçün nəzərdə tutulmuş istilik nasosları istilik təchizatı sektorunu tənzimləyən normativ texniki sənədlərin və bu Qaydaların tələblərinə uyğun olmalıdır.
24.2. İstilik nasoslarının tətbiqi eyni vaxtda soyutma və isitmə funksiyalarını yerinə yetirən ikili təyinatlı qurğular kimi məqsədəuyğundur.
24.3. İstilik nasoslarının ehtiyatda saxlanılması istilik mənbələrinə dair layihə üzrə etibarlılıq tələbləri əsasında müəyyən edilir.
24.4. İstilik nasoslarına əsaslanan istilik təchizatı sistemləri iki və ya daha çox soyutma maşını və ya qurğudan ibarət olmalıdır. Tənzimlənən gücə malik bir maşın və ya bir soyutma qurğusunun layihələndirilməsinə icazə verilir.
24.5. Aşağı temperatura məruz qalan avadanlıq hissələrinin materialları geridönməz struktur dəyişikliklərinə yol verməməli və həmin temperaturda tələb olunan dayanıqlığı təmin etməlidir.
24.6. İstilik nasoslarının quraşdırılması üçün nəzərdə tutulan binalar və istilik nasoslarının özləri elektrik, yanğın və partlayış təhlükəsizliyi üzrə müəyyən edilmiş tələblərə cavab verməlidir.
24.7. Dayandırılmaya təsir edən mühafizə qurğusu nasaz olan istilik nasosunun istismarına icazə verilmir. Temperaturu 0 °C və daha aşağı olan aşağı temperaturlu istilik mənbələrinə aid avadanlığın quraşdırıldığı sahə “Kamerada adam var” işıq-səs siqnalizasiya sistemi ilə təchiz edilməli və siqnal işçi heyətin otağındakı pulta ötürülməlidir.
24.8. İstilik nasosunun istismarının xüsusiyyətləri layihə sənədlərində və istehsalçı tərəfindən müəyyən edilmiş tələblərdə göstərilir və istilik təchizatı subyektinin sərəncamverici aktları ilə tənzimlənir.
24.9. Qurğuların texniki müayinədən keçirilməsi, o cümlədən xarici və daxili baxış, möhkəmlik və kiplik sınaqları istismara verilməmişdən əvvəl və istismar müddətində mütəmadi olaraq həyata keçirilməlidir. Yoxlamaların nəticələri avadanlığın pasportunda qeyd edilməlidir.
25.1. İstilik generatorları müxtəlif təyinatlı binaların şüalanma və ya hava vasitəsilə qızdırılması və havalandırılması üçün nəzərdə tutulur.
25.2. Təbii qazla işləyən istilik generatorları müəyyən olunmuş normativ tələblərə uyğun layihələndirilməli, quraşdırılmalı, sınaqdan keçirilməli və istismara verilməlidir.
25.3. Elektrik enerjisi ilə işləyən istilik generatorları elektrik qurğularına dair qüvvədə olan qaydalara uyğun hazırlanmalı, onların istismarı isə istehlakçıların elektrik qurğularının istismarı qaydalarına uyğun təşkil edilməlidir.
25.4. Dizel yanacağı ilə işləyən istilik generatorları maye yanacağın yanması zamanı partlayış təhlükəsizliyi tələblərinə uyğun şəkildə layihələndirilməli, quraşdırılmalı, sınaqdan keçirilməli və istismar edilməlidir.
25.5. İstilik generatorları avtomatlaşdırma və mühafizə vasitələri ilə təchiz olunmalıdır.
25.6. İstilik generatorunun istismar xüsusiyyətləri istehsalçının təlimatı, istilik qurğusunun layihələri və bu Qaydalarla müəyyən edilir.
26.1. Qeyri-ənənəvi istilikyaratma istilik qurğularına alternativ yanacaq növlərindən (biokütlə, bioqaz, generator qazı və s.) və bərpa olunan enerji mənbələrindən (hidroenerji, külək, günəş, geotermal enerji, dəniz dalğası, qabarma-çəkilmə, su axınlarının enerjisi) istifadə edən qurğular, həmçinin nadir hallarda tətbiq olunan enerji növləri və ya ikinci dərəcəli texnoloji enerji daşıyıcıları ilə işləyən qurğular daxildir. Belə qurğuların istismar xüsusiyyətləri istehsalçının istismar təlimatları, eləcə də bu Qaydalar və istilik qurğusunun layihə sənədləri ilə müəyyən edilir.
26.2. Qeyri-ənənəvi istilikyaratma istilik qurğularının layihələndirilməsi zamanı bu Qaydalarda, həmçinin istilik təchizatı sektorunu tənzimləyən normativ-texniki sənədlərdə nəzərdə tutulan sistemlərin (kimyəvi hazırlıq, təhlükəsizliyin avtomatlaşdırılması, tənzimləmə, bloklama və siqnalizasiya) tətbiqi və ekoloji tədbirlərin həyata keçirilməsi təmin edilməlidir.
27.1. İstilik şəbəkələrinin istismara qəbulu və təmiri zamanı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2017-ci il 16 oktyabr tarixli 08 nömrəli qərarı ilə təsdiq edilmiş AzDTN 2.12.3 “İstilik şəbəkələri. Layihələndirmə normaları”nın tələblərinə riayət olunmalıdır.
27.2. İstilik boru kəmərlərinin quraşdırıldığı yerlərdə binaların, anbar saxlanma yerlərinin inşasına, ağacların və çoxillik kolların əkilməsinə icazə verilmir. Şəbəkənin inşaat konstruksiyalarının yer səthində proyeksiyasının kənarından tikililərə qədər olan məsafə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 9 aprel tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”ə uyğun olmalıdır.
27.3. İstilik şəbəkələrinin boru kəmərləri yolların nəqliyyat hərəkəti hissəsinin altında keçilməz kanallarda, futlyarlarda, tunellərdə və ya digər mühəndis kommunikasiyaları ilə birgə koridorlarda çəkilərkən, eləcə də kəsişərkən, qaynaq birləşmələri təmir zamanı 100% dağıdıcı olmayan yoxlama metodları ilə yoxlanılmalıdır:
27.3.1. dəmir yolları və tramvay xətləri - ən azı 4 m, (məsafədə) elektrikləşdirilmiş dəmir yolları - ən kənarda olan yolun oxundan ən azı 11 m;
27.3.2. ümumi şəbəkə dəmir yolları - yaxınlıqdakı yerüstü tikilidən ən azı 3 m məsafədə;
27.3.3. avtomobil yolları - hərəkət hissəsinin bərkidilmiş kənarından və ya tökülmənin özülündən ən azı 2 m məsafədə;
27.3.4. metropoliten – tikililərdən ən azı 8 m məsafədə;
27.3.5. güc, nəzarət və rabitə kabellərindən - ən azı 2 m məsafədə;
27.3.6. qaz kəmərlərindən - ən azı 4 m məsafədə;
27.3.7. magistral qaz kəmərləri və neft kəmərlərindən - ən azı 9 m məsafədə;
27.3.8. binalar və tikililərdən - divarlardan və bünövrələrdən ən azı 5 m məsafədə.
27.4. Boru kəmərinin fəaliyyətdə olan magistralla calaq qaynaq birləşmələrinin keyfiyyətinə nəzarət edərkən (əgər onlar arasında yalnız bir dənə açıcı-bağlayıcı siyirtmə varsa, eləcə də təmir zamanı yerinə yetirilmiş ən çoxu iki birləşməni yoxlayarkən) möhkəmliyə və kipliyə görə sınağı, qaynaq birləşmələrinin iki növ yoxlanma üsulu ilə əvəz olunur: şüalanma və ultrasəslə.
27.5. İstilik şəbəkələrinin tikintisi və ya əsaslı təmiri başa çatdıqdan sonra borularının və metal konstruksiyalarının korroziya əleyhinə xarici örtüyü olmadan istismara verilməsinə icazə verilmir.
27.6. İstilik izolyasiyasının konstruksiyaları istismar prosesində istilik izolyasiyası təbəqəsinin deformasiya və sürüşmələrini istisna etməlidir. Boru kəmərlərinin və avadanlıqlarının şaquli hissələrində hündürlük üzrə hər 1-2 m-dən bir dayaq konstruksiyaları quraşdırılmalıdır.
27.7. İstilik şəbəkə sistemlərinin istismarı zamanı istehlakçılara istilik təchizatının etibarlılığı, temperatur qrafiki və giriş nöqtəsində təzyiq düşgüsünə uyğun olaraq istilik daşıyıcısının sərfi və digər parametrləri təmin edilməlidir. Yeni istehlakçıların istilik təchizatı subyektinin istilik təchizatı sistemlərinə qoşulmasına yalnız istilik mənbəyində ehtiyat istilik gücü olduqda və istilik təchizatı sisteminin əsas xəttində ehtiyat buraxılış qabiliyyəti olduqda icazə verilir.
27.8. İstehlakçıların verilmiş istilik istehlakı rejimlərinə riayət etmələrinə istilik şəbəkələrinin istismarçısı nəzarət edir.
27.9. İstilik şəbəkələrinin istismarı zamanı istilik təchizatı obyektlərinə yanaşma yolları, həmçinin yeraltı qurğuların üzərindəki yol örtükləri və səthlərin planlaşdırılması lazımi vəziyyətdə saxlanılır, avadanlığa və bağlayıcı-tənzimləyici armaturlara kənar şəxslərin daxil olmasının qarşısını alan mühafizəedici konstruksiyaların sazlığı təmin edilir.
27.10. Kənar təşkilat tərəfindən istilik təchizatı sistemlərinin boru kəmərlərinin trassasının qazılmasına və ya onların yaxınlığında işlər aparılmasına yalnız istilik təchizatı sistemini istismar edən istilik təchizatı subyektinin razılığı ilə onun təyin etdiyi mütəxəssisin nəzarəti altında icazə verilir.
27.11. İstilik təchizatı subyekti aşağıdakı sənədləri tərtib edir və daimi saxlayır:
27.11.1. istilik təchizatı sisteminin sxemi;
27.11.2. əməliyyat, istismar və hesabat sxemləri;
27.11.3. statik təzyiq xətləri işarə olunmaqla hər bir magistral üzrə istilik traslarının sxemləri;
27.11.4. qaz təhlükəli kameraların və keçid kanallarının siyahısı.
27.12. İstilik şəbəkəsinin sxemində planlı şurf açmalarının yerləri və nəticələri, qəza zədələnmələrinin yerləri, trasın su basması halları və yenidən çəkilmiş sahələr mütəmadi olaraq qeyd olunur.
27.13. İstilik traslarının planı, sxemləri, profilləri, eləcə də qaz təhlükəli kameraların və kanalların siyahısı hər il istilik şəbəkələrinin faktiki vəziyyətinə uyğun olaraq dəqiqləşdirilir.
27.14. Bütün dəyişikliklər məsul şəxsin vəzifəsi və dəyişikliklərin edildiyi tarix göstərilməklə onun imzası ilə rəsmiləşdirilir.
27.15. Sxemlərdə, çertyojlarda, siyahılarda edilən dəyişikliklər və bununla əlaqədar təlimatlara edilən müvafiq dəyişikliklər bu sənədləri bilməsi məcburi olan bütün işçilərin nəzərinə çatdırılır.
27.16. Planlarda, sxemlərdə və pyezometrik qrafiklərdə magistral istilik xətlərinin, kameralarının, nasos stansiyalarının, avtomatik idarəetmə qovşaqlarının, tərpənməz dayaqların, kompensatorların və istilik təchizatı sistemlərinin digər tikililərin istismar nömrələri göstərilir. Sxemlərdə istehlak sisteminə qoşulmuş birləşmələr, bundan əlavə seksiyalayıcı və bağlayıcı armaturlar nömrələnməlidir. Verici buxar boru kəmərində quraşdırılmış armatur tək nömrələrlə, qayıdıcı kondensat boru kəmərində isə onun ardınca gələn cüt nömrə ilə işarələnir.
27.17. Şəbəkənin sxemində qaz təhlükəli kameralar və keçid kanalları qeyd olunur. Qaz təhlükəli kameraların qapaqlarının (lyuklarının) fərqləndirici işarələri, rəngləri olmalıdır və etibarlı bağlanmaqla saxlanılmalıdır. Qaz təhlükəli kameralara nəzarət qaz təsərrüfatında təhlükəsizlik qaydalarına uyğun olaraq həyata keçirilir.
27.18. İstilik şəbəkələrini istismar edən istilik təchizatı subyekti istehlakçıya məxsus istilik sistemlərinin, istilik məntəqələrinin və istilik istehlakı qurğularının quraşdırılması və təmirindən sonra qəbulunda iştirak edir. İstehlakçı obyektlərinin texniki qəbulunda istilik təchizatı subyektinin istilik təchizatı sistemlərinə qoşulmuş, boru kəmərlərinin və istilik məntəqələrinin avadanlıqlarının möhkəmliyə və kipliyə görə sınaqları keçirilərkən istilik təchizatı subyektinin nümayəndələri iştirak edirlər. İstilik şəbəkələrini istismar edən istilik təchizatı subyektinin sınaq aktlarının surəti, əsas bağlayıcı və tənzimləyici armaturları, hava vurucuları və drenajları göstərilməklə icra sənədləri saxlanılır.
27.19. Tikinti-quraşdırma işləri o cümlədən, yeni inşa edilən, modernləşdirmə, yenidənqurma işləri zamanı, boru kəmərlərinin hissələrinin dəyişdirilməsi ilə əsaslı və ya cari təmir işləri başa çatdıqdan sonra istilik boru kəmərləri möhkəmliyə və kipliyə görə sınaqdan keçirilir. Keçilməz kanallarda və ya kanal olmadan quraşdırılmış boru kəmərlərində işlərin icrası zamanı, silfonlu kompensatorlar və arakəsmə siyirtmələr quraşdırılana, kanallar bağlanana və boru kəmərlərinin üzəri torpaqla örtülənə qədər möhkəmliyə və kipliyə görə ilkin sınaq aparılmalıdır.
27.20. Boru kəmərlərinin ilkin və qəbul sınaqları su ilə aparılır. Yerüstü boru kəmərlərinin, eləcə də fəaliyyətdə olan inşaat kommunikasiyaları ilə bir kanalda və ya bir xəndəkdə çəkilən boru kəmərlərinin pnevmatik üsulla sınaqlarının yerinə yetirilməsi qadağan olunur.
27.21. Su istilik sistemlərinin boru kəmərlərinin möhkəmliyini və kipliyini yoxlamaq məqsədilə hidravlik sınaqları, pasportunda qeyd olunmaqla, yoxlama sınaq təzyiqində aparmaq lazımdır. Hidravlik sınaqlar zamanı yoxlama sınaq təzyiqinin minimal qiyməti 0,2 МPа-dan az olmamaq şərtilə, işçi təzyiqinin 1,25 mislini təşkil edir.
27.22. İstilik şəbəkələrinin möhkəmliyə və kipliyə əsaslanan hidravlik sınaqları aparılarkən istilik təchizatı sistemlərinin avadanlıqlarının, habelə boru kəmərlərinin və sınaqda iştirak etməyən istilik istehlak edən istilik qurğusunun birləşmələri açılmalıdır.
27.23. İstismar prosesində istilik təchizatı sistemləri qüsurları aşkarlamaq üçün möhkəmliyə və kipliyə görə sınaqdan keçirilməlidir.
27.24. Möhkəmliyə və kipliyə görə sınaqlar aşağıdakı qaydada həyata keçirilir:
27.24.1. boru kəmərinin sınaqdan keçirilən hissəsini fəaliyyətdə olan şəbəkələrdən açmaq;
27.24.2. sınağı aparılan boru kəməri hissəsinin ən yüksək nöqtəsində, su ilə doldurulduqdan və havası buraxıldıqdan sonra, sınaq təzyiqini müəyyən etmək;
27.24.3. boru kəmərinin təzyiqini tədricən qaldırmaq lazımdır;
27.24.4. təzyiqin qaldırılma sürəti boru kəməri üçün sınaq təlimatında göstərilməlidir. Sınağı aparılan sahədə geodezik qiymətlər əhəmiyyətli dərəcədə dəyişdikdə, boru kəmərlərinin möhkəmliyini və tərpənməz dayaqların dayanıqlığını təmin etmək məqsədilə onun aşağı nöqtəsində sınaq təzyiqi elə seçilməlidir ki, təzyiqin qiyməti maksimal yol verilən həddi aşmasın. Əks halda sahənin sınağı hissə-hissə aparılmalıdır.
27.25. Möhkəmliyə və kipliyə əsaslanan sınaqlar aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməlidir:
27.25.1. sınaqlar aparılarkən təzyiqin ölçülməsini dəqiqlik sinifi 1,5-dən aşağı olmayan dövlət yoxlamasından keçmiş iki ədəd yaylı manometr ilə (biri – yoxlama üçün) yerinə yetirmək lazımdır. Manometr elə şərtlə seçilməlidir ki, təzyiqin ölçülən qiyməti cihazın şkalasının 2/3 hissəsində yerləşsin;
27.25.2. sınaq təzyiqi boru kəmərlərinin ən hündür nöqtəsində təmin olunmalıdır;
27.25.3. suyun temperaturu 5°C-dən aşağı və 40°C-dən yuxarı olmamalıdır;
27.25.4. su ilə doldurulan zaman boru kəmərlərindən hava tamamilə çıxarılmalıdır;
27.25.5. sınaq təzyiqi ən azı 10 dəqiqə davam etdirilməlidir, sonra işçi təzyiqə kimi aşağı salınmalı və işçi təzyiq altında saxlanılmalıdır;
27.25.6. işçi təzyiqində olarkən boru kəmərinin uzunluğu boyunca ona hərtərəfli baxış keçirilir.
27.26. Sınaqlar aparılan zaman, təzyiq düşmürsə və qaynaq tikişlərində dağılma, sızma əlamətləri, eləcə də əsas metalda, armaturların gövdələrində və kipgəclərində, flans birləşmələrində və boru kəmərlərinin digər elementlərində sızmalar aşkarlanmırsa, sınaqların nəticələri qənaətbəxş hesab olunur. Bundan əlavə boru kəmərlərində və tərpənməz dayaqlarda yerindən tərpənmələr və deformasiya əlamətləri olmamalıdır. Boru kəmərlərinin möhkəmliyə və kipliyə görə sınaqlarının nəticələri barədə istilik təchizatı subyekti tərəfindən təyin olunmuş formada akt tərtib olunmalıdır.
27.27. İstilik şəbəkələrinin boru kəmərləri hissələri dəyişdirilməklə quraşdırıldıqdan və əsaslı, yaxud cari təmirdən sonra istismara verildiyi halda aşağıdakı şəkildə təmizlənməlidir:
27.27.1. buxar kəmərləri - buxarı atmosferə buraxaraq üfürülmə ilə;
27.27.2. qapalı istilik sistemlərində su şəbəkələri və kondensat kəmərləri - yuyulma ilə;
27.27.3. açıq istilik təchizatı sistemlərində isitmə su şəbəkələri və isti su təchizatı şəbəkələri yuma və dezinfeksiya prosesindən keçirilməli, bundan sonra isə içməli su ilə təkrar yuyulmalıdır. Dezinfeksiyadan sonra təkrar yuma prosesi axıdılan suyun keyfiyyət göstəriciləri içməli su üçün müəyyən edilmiş sanitar normalara uyğun olana qədər aparılır. Boru kəmərlərində yuyulma və təmizlənmə aparılması barədə akt tərtib edilir.
27.28. Qapalı istilik təchizatı sistemlərinin yuyulması üçün içməli və ya texniki su kəmərindən istifadə edilməsinə yol verilir və yuyulmadan sonra su boru kəmərlərindən kənarlaşdırılır.
27.29. İstilik şəbəkələrində boru kəmərlərinin doldurulması, onların yuyulması, dezinfeksiyası, dövretməyə qoşulması, üfürülməsi, buxar kəmərlərinin isidilməsi və su və buxar istilik təchizatı sistemlərinin işəsalınması üzrə digər əməliyyatlar, istilik təchizatı sistemlərinin və ya onların ayrıca elementlərinin və konstruksiyalarının ixtiyari sınaqları istilik təchizatı subyektinin rəhbərinin təsdiqlədiyi (istilik mənbəyi digər quruma məxsus olduğu hallarda onunla razılaşdırmaqla) təlimat əsasında yerinə yetirilir.
27.30. Su istilik sistemlərinin işə buraxılışı aşağıdakı əməliyyatlardan ibarətdir:
27.30.1. boru kəmərlərinin şəbəkə suyu ilə doldurulması;
27.30.2. dövriyyənin yaradılması;
27.30.3. şəbəkənin kipliyinin yoxlanılması;
27.30.4. istehlakçıların qoşulması və şəbəkənin işə buraxılaraq müvafiq tənzimlənmələrin aparılması.
27.31. İstilik şəbəkələrinin boru kəmərləri, istilik istehlakı sistemləri açılmaqla, temperaturu 40°C-dən yuxarı olmayan su ilə doldurulur. Boru kəmərlərinin doldurulmasını təzyiqi istilik təchizatı sisteminin doldurulan hissəsinin statik təzyiqindən 0,2 MPa-dan yuxarı olmayan su ilə aparmaq lazımdır. Paylayıcı şəbəkələrinin doldurulması magistral boru kəmərlərini su ilə doldurulduqdan sonra, istehlakçılara budaqlanmaları isə paylayıcı şəbəkələri doldurduqdan sonra həyata keçirilməlidir.
27.32. Hidravlik zərbələrin qarşısını almaq və boru kəmərlərindən havanın daha yaxşı çıxarılmasını təmin etmək məqsədilə istilik şəbəkəsinin şərti diametri Dş olan boru kəmərlərinin doldurulması zamanı suyun maksimal saatlıq sərfi G aşağıda verilmiş cədvəldə göstərilən qiymətlərdən artıq olmamalıdır.
27.33. İşə buraxılış dövründə boru kəmərlərinin doldurulmasına və isidilməsinə, bağlayıcı armaturların, kipgəcli kompensatorların, drenaj qurğularının vəziyyətinə nəzarət edilməlidir. Buraxılış əməliyyatlarının ardıcıllığı və aparılma sürəti elə yerinə yetirilir ki, boru kəmərlərinin əhəmiyyətli dərəcədə istilik deformasiyaları istisna olunsun. İstilik şəbəkələrinin işə buraxılışı üzrə proqramında xarici havanın mənfi temperaturunda, su istilik sisteminin buraxılış xüsusiyyətlərini nəzərə almaq lazımdır. Dövretməni yaradarkən şəbəkə suyunun isidilməsi saatda 30°C-dən çox olmayan sürətlə həyata keçirilməlidir. Buraxılış boru kəmərində və ya onunla əlaqəli avadanlıqlarda zədələnmə hallarında bu zədələnmələrin aradan qaldırılması üçün tədbirlər görülməlidir. İstilik daşıyıcılarının sərfiyyatını ölçmək üçün cihaz olmadığı halda, buraxılış tənzimlənməsi qayıdıcı boru kəmərlərində temperatura görə həyata keçirilir.
27.34. Buxar şəbəkələrinin işə buraxılışı üçün aşağıdakı əməliyyatlar vacibdir:
27.34.1. buxar kəmərlərinin isidilməsi və üfürülməsi;
27.34.2. kondensat kəmərlərinin doldurulması və yuyulması;
27.34.3. istehlakçıların qoşulması.
27.35. İsidilməyə başlamazdan əvvəl isidilən sahədən budaqlanmalarda olan siyirtmələr kip bağlanmalıdır. Əvvəlcə magistral xətt, daha sonra isə növbə ilə ondan ayrılan budaqlanmalar isidilir. Böyük olmayan, az budaqlanmış buxar kəmərlərini şəbəkə boyunca eyni zamanda qızdırmaq olar. Hidravlik zərbələr zamanı buxarın verilişi dərhal azaldılır, zərbələr daha tez-tez və güclü olduqda isə qızdırılan buxar kəməri hissəsində yığılıb qalmış kondensat çıxarılanadək öncədən kəsilir. Buxar kəmərinin qızdırılma sürəti yüngül hidravlik zərbələrin əlamətləri üzrə tənzimlənir. İsidilmə aparılarkən, boru kəmərinin hərəkətli dayaqdan sürüşməsinə imkan verməməklə, onun sürətini tənzimləmək lazımdır.
27.36. İstilik şəbəkələrinin istismarı zamanı aşağıdakılar yerinə yetirilməlidir:
27.36.1. istilik təchizatı sistemində onlara vaxtında baxış keçirmək və təmir aparmaqla, avadanlıqları, inşaat və digər konstruksiyaları işlək vəziyyətdə saxlamaq;
27.36.2. aşkarlanmış qüsurları və qeyri - kipliyi vaxtında aradan qaldırmaqla, kompensatorların, dayaqların, armaturların, drenaj xətlərinin, hava buraxıcı xətlərin, nəzarət-ölçmə vasitələrinin və avadanlıqların elementlərinin işinə nəzarət etmək;
27.36.3. dağılmış istilik izolyasiyalarını və korroziya əleyhinə örtükləri aşkar etmək və bərpa etmək;
27.36.4. kanallarda və kameralarda toplanıb qalmış suyu kənarlaşdırmaq və oraya qrunt və səth sularının düşməsinin qarşısını almaq;
27.36.5. şəbəkənin işləməyən sahələrini açmaq;
27.36.6. şəbəkənin və istilik istehlakı sistemlərində izafi təzyiqi saxlamaqla, havanı istilik kəmərlərindən hava çıxışları vasitəsilə vaxtında çıxarmaq, havanın istilik təchizatı sisteminə sorulmasına imkan verməmək;
27.36.7. kameralarda və keçid kanallarında təmizliyi saxlamaq, orada kənar şəxslərin olmasına yol verməmək;
27.36.8. istilik təchizatı sistemlərinin işində qəzaların və hadisələrin qabaqlayıcı, lokallaşdırıcı, ləğvetmə tədbirlərini görmək;
27.36.9. korroziyaya nəzarəti həyata keçirmək;
27.36.10. istilik təchizatı sistemlərinin avadanlıqlarını, tikinti və digər strukturlarını işlək vəziyyətdə saxlamaq, vaxtında yoxlama və təmir işləri aparmaq.
27.37. İstilik şəbəkələrinin və istilik izolyasiya avadanlığının vəziyyətinə, onların iş rejimlərinə nəzarət etmək məqsədilə qrafik üzrə istilik kəmərlərində və istilik məntəqələrində mütəmadi olaraq müayinə aparılır.
27.38. Baxışların tezliyi avadanlıqların növündən və onun vəziyyətindən asılı olaraq - isitmə mövsümü ərzində həftədə 1 dəfədən az olmamaqla və isitmə dövrləri arasında ayda 1 dəfə olmaqla müəyyən edilir. İstilik kameralarına baxış ən azı ayda 1 dəfə, drenaj nasosları olan kameralara isə həftədə ən azı 2 dəfə keçirilməlidir. Drenaj nasoslarının və avtomatikanın iş qabiliyyətli olmasını hər bir baxış zamanı onları mütləq qoşmaqla yoxlanılır. Baxışların nəticələri istilik təchizatı sistemlərinin operativ qeydiyyat jurnalında qeyd olunur.
27.39. Qəzalar və hadisələrin törənməsinə səbəb ola bilən qüsurlar dərhal aradan qaldırılır. Şəbəkənin istismarının etibarlılığı nöqteyi nəzərindən təhlükə yaratmayan, lakin aradan qaldırılması boru kəməri açılmadan mümkün olmayan qüsurlar haqqında məlumatlar boru kəmərlərinin müayinəsi və baxışlar jurnalında, bu qüsurların aradan qaldırılması isə boru kəmərinin yaxın zamanlarda açılarkən və ya təmiri aparılarkən cari təmir jurnalında qeyd olunur. Bu halda boru kəmərinə nəzarət məsafədən yerinə yetirilir.
27.40. Şəbəkəni nəzərdən keçirərkən və yeraltı kameralara baxış keçirərkən heyət lazımi alətlər, ləvazimatlar, işıqlandırma cihazları, partlayışdan mühafizə növlü qaz analizatoru ilə təmin olunur.
27.41. İstilik şəbəkələrinin və istilik istehlakı qurğularının hidravlik və temperatur rejimlərinə nəzarət etmək məqsədilə plan üzrə müayinələr zamanı şəbəkənin qovşaqlarında, istilik daşıyıcısının parametrlərinin qeydiyyatı və onların verilmiş qiymətlərə uyğunluğu jurnalında qeyd olunmaqla, təzyiqi və temperaturu manometr və termometr vasitəsilə yoxlanılmalıdır.
27.42. Su istilik sistemində və onlara qoşulmuş istilik istehlakı sistemlərində istilik daşıyıcısı sızması bir saat ərzində istilik təchizatı sistemindəki və ona qoşulmuş istilik istehlakı sistemlərindəki suyun orta illik həcminin 0,25%-ni aşmamalıdır. İstilik daşıyıcısı sızması təyin olunmuş normanı aşırsa sızmanın aşkarlanması və onların aradan qaldırılması üçün tədbirlər görülməlidir. İstilik daşıyıcısının artmış sızması, sistemin qərarlaşmış istilik rejimində, verici və qayıdıcı boru kəmərlərində sərflər fərqinin artması üzrə və ya qidalandırıcı suyun sərfinin uçotu cihazları üzrə təyin olunur.
27.43. İstilik şəbəkələrini istismar edən istilik təchizatı subyektlərində möhkəmliyə və kipliyə görə sınaqlarla yanaşı, 5 ildə 1 dəfə onların istilik daşıyıcılarının maksimal temperaturunun o cümlədən, istilik və hidravlik itkilərinin təyin edilməsinə görə sınaqları aparılır.
27.44. Hər bir yenidən işə buraxılan istilik təchizatı sistemi hissəsi üçün (istilik daşıyıcısının parametrlərindən və boru kəmərlərinin diametrindən asılı olmayaraq) bu Qaydaların 2 nömrəli Əlavəsində göstərilmiş formada pasport tərtib edilir. Pasportda boru kəmərlərinin və konstruksiyalarının istismar müddətinin uçotu aparılır, hər il isitmə mövsümünün sonunda möhkəmliyə və kipliyə görə olanlardan savayı aparılan sınaqların nəticələri barədə qeyd edilir və təmirlər, yenidənqurmalar və texniki müayinə haqqında məlumatlar daxil edilir.
27.45. Yeraltı boru kəmərlərinin, tikinti konstruksiyalarının və izolyasiyanın vəziyyətinə nəzarət üçün mütəmadi şurflamalar aparılır. Planlı şurflamalar təsdiq edilmiş illik plan üzrə aparılır. Hər bir şurflamaya görə qruntun, inşaat konstruksiyalarının, boruların izolyasiyasının vəziyyəti və konstruksiyaların bərpa edilməsi üsulları qeyd olunan akt tərtib olunmalıdır.
27.46. Şurflama ilə yoxlama zamanı izolyasiya altında olan boru kəmərinin və inşaat konstruksiyasının izolyasiyasının müayinəsi aparılır. Korroziya izləri olduqda, borunun səthini təmizləmək və ultrasəs qalınlıq ölçəni və ya defektoskop vasitəsilə boru kəmərinin divarının qalınlığının ölçülməsi aparılmalıdır. Ölçmələr nəticəsində şübhə yaradan və divarının qalınlığının 10% və daha çox incəlməsi aşkarlandıqda sınaq deşilməsi həyata keçirilməlidir və divarın faktiki qalınlığı təyin edilməlidir. Divarın yerli incəlməsi layihə qiymətinin 10%-dək olduğu halda bu hissələr gələn ilin mövsümə hazırlığı üçün təkrar yoxlamadan keçirilir. Divarı 20% və ya daha çox incələn boru kəmərinin hissələri dəyişdirilməlidir. Müayinə nəticələrinə görə akt tərtib edilir.
27.47. Su istilik sistemlərində və kondensat kəmərlərində şəbəkə sularının və kondensatın kimyəvi analizi vasitəsilə, habelə istilik təchizatı sistemlərinin xarakterik nöqtələrində, o cümlədən istilik mənbəyinin çıxışlarında, dalan hissələrdə, bir neçə aralıq qovşaqlarda quraşdırılmış daxili korroziya indikatorları üzrə boru kəmərlərinin daxili korroziyasının sistematik yoxlanması yerinə yetirilir. Daxili korroziya indikatorlarının yoxlanılması təmir dövründə yerinə yetirilir.
27.48. Hər il isitmə mövsümü başlamazdan öncə təmirin keyfiyyətini, istilik mexaniki və elektrotexniki avadanlıqların, nəzarət vasitələrinin, avtomatika, telemexanika vasitələrinin, istilik təchizatı sistemlərinin mühafizə avadanlıqlarının qarşılıqlı fəaliyyətinin təyini və nasos stansiyalarının isitmə mövsümünə hazırlığını müəyyən etmək məqsədilə nasos stansiyalarının kompleks yoxlamaları həyata keçirilir.
27.49. Avtomatlaşdırılmış nasos stansiyalarının avadanlıqlarının cari baxışları hər növbə elektrik avadanlığının yükünü, yastıqların temperaturunu, yağlamanın olmasını, kipgəclərin vəziyyətini, soyutma sisteminin fəaliyyətini, qeydiyyat cihazlarında diaqram lentlərinin olmasını yoxlamaqla həyata keçirmək lazımdır.
27.50. Avtomatlaşdırılmamış nasos stansiyalarında avadanlıqlara aylıq texniki xidmət edilir.
27.51. Nasosları işə buraxmazdan əvvəl və onlar işdə olarkən növbə ərzində 1 dəfə nasos və onunla əlaqədar avadanlıqların vəziyyətini yoxlamaq lazımdır.
27.52. Avtomatik tənzimləyicilərin istismarı zamanı onların vəziyyətlərinə baxış, işləməsinin yoxlanılması, hərəkət edən hissələrinin təmizlənməsi və yağlanması, verilmiş parametrləri saxlamaq məqsədilə tənzimləyici hissələrin korreksiya və sazlanması vaxtaşırı olaraq keçirilir. İstilik şəbəkələrinin avtomatlaşdırma və texnoloji mühafizə qurğuları, avadanlığın işə salınması zamanı yerli təlimatlarla nəzərdə tutulmuş mühafizələrin açılması halları istisna olmaqla, yalnız istilik təchizatı subyektinin texniki rəhbərliyinin sərəncamı əsasında işdən çıxarılır.
27.53. İstilik şəbəkələrinin qidalandırılması istilik mənbəyinin və istilik təchizatı sisteminin növündən asılı olaraq, keyfiyyət göstəriciləri şəbəkə suyu və su qızdırıcı qazanlar üçün qidalandırıcı suyun tələblərinə cavab verən yumşaldılmış, həmçinin layihə üzrə nəzərdə tutulduğu halda deaerasiya olunmuş su ilə aparılır.
27.54. Müstəqil sxem üzrə qoşulmuş istilik istehlakı sisteminin qidalandırılması şəbəkədə olan su ilə həyata keçirilir.
27.55. Su istilik sistemlərinin, istilik məntəqələrinin verici xəttin ixtiyari nöqtəsində və bilavasitə qoşulmuş istilik istehlakı sisteminin yuxarı nöqtələrində, şəbəkə nasosları işləyərkən suyun təzyiqi doymuş buxarın maksimal temperaturunda onun təzyiqindən ən azı 0,5 кq/sm çox olmalıdır.
27.56. Su istilik sistemlərinin qayıdıcı boru kəmərlərində şəbəkə nasosları işləyərkən suyun izafi təzyiqi 0,5 кq/sm çox olmamalıdır. Qayıdıcı xətdə suyun təzyiqi su istilik sistemləri, istilik məntəqələri və bilavasitə qoşulmuş istilik istehlakı sistemləri üçün yol veriləndən yuxarı olmamalıdır.
27.57. İşləməyən istilik təchizatı sistemi yalnız dearasiya olunmuş su ilə doldurulur və boru kəmərlərinin yuxarı nöqtələrində 0,5 кq/sm-dən az olmayan izafi təzyiq olmalıdır.
27.58. Su istilik şəbəkəsinin qayıdıcı xəttində suyun temperaturu, istilik təchizatı sistemi üçün təsdiqlənmiş qrafikə uyğun olaraq, 12–24 saatlıq dövrdə xarici havanın orta temperaturuna əsasən təyin olunur. Bu dövr şəbəkələrin uzunluğu, iqlim şəraiti və digər amillərə görə müəyyən edilir. İstilik mənbələrində verilmiş rejimdən kənarlaşmalar aşağıdakılardan çox olmamaqla nəzərdə tutulmalıdır:
27.58.1. istilik təchizatı sisteminə gələn suyun temperaturu üzrə ±3%;
27.58.2. verici boru kəmərinin təzyiqi üzrə ±5%;
27.58.3. qayıdıcı boru kəmərinin təzyiqi üzrə ±0,2 кq/sm.
27.59. Şəbəkədən qayıdıcı suyun orta sutkalıq temperaturunun faktiki kənarlaşması qrafiklə veriləndən 5%-dən çox olmasına yol verilir. Qayıdıcı suyun faktiki temperaturunun azalması qrafiklə müqayisədə məhdudlaşdırılmır.
27.60. Su istilik sistemlərinin hidravlik rejimləri hər il isitmə və yay dövrləri üçün hazırlanır. Açıq istilik təchizatı sistemləri üçün isitmə dövründə isti su tələbatı olmadığı təqdirdə və verici və qayıdıcı boru kəmərlərindən maksimal su tələbatı nəzərə alınmaqla rejimlər hazırlanır. İstehlakçılar üçün su sərfinin tənzimlənməsi üzrə tədbirlər hər bir isitmə mövsümü üçün tərtib olunur. İstilik təchizatı sxemi ilə nəzərdə tutulmuş yeni magistral və nasos stansiyalarının inşa olunması növbəliliyi qoşulan istilik yüklərinin real artımı nəzərə alınmaqla təyin olunur və bu məqsədlə, istilik təchizatı sistemini istismar edən istilik təchizatı subyektində yaxın 3-5 il üçün istilik təchizatı sisteminin hidravlik rejimləri işlənilir.
27.61. Şəbəkə nasoslarında elektrik təchizatının qəza kəsilməsi hallarında istilik təchizatı sistemlərində və istilik istehlakı sistemlərində təzyiqlər yol verilə bilən səviyyə həddində təmin edilməlidir. Bu səviyyənin artması imkanları olduğu hallarda istilik təchizatı sistemini hidravlik zərbələrdən qoruyan qurğuların quraşdırılması nəzərdə tutulmalıdır.
27.62. İstilik şəbəkələrinin təmiri işləri, istilik şəbəkələrində aşkar edilmiş qüsurların və zədələnmələrin təhlilinin nəticələrinə, dövri baxışlara, sınaqlara, diaqnostikaya, həmçinin möhkəmlik və kiplik üzrə illik sınaqlara əsasən təsdiq edilmiş qrafikə (plana) uyğun olaraq həyata keçirilir.Təmir işlərinin qrafiki istilik təchizatı sisteminin və istilik məntəqələrinin boru kəmərlərinin eyni vaxtda təmiri şərti ilə tərtib olunur.
27.63. İstilik şəbəkələrinin təmirinə başlamazdan öncə boru kəmərlərindən şəbəkə suları boşaldılmalı, kanallar qurudulmalıdır. Tullayıcı quyulardan çəkilib vurulan suyun temperaturu 40°С-dən yuxarı olmamalıdır. İstilik şəbəkələrinin kameralarından suyun yer səthinə buraxılmasına icazə verilmir.
27.64. Şəbəkəni istismar edən istilik təchizatı subyektində və onun struktur bölməsində istilik magistrallarında və ya nasos stansiyalarında qəzalar zamanı şəbəkənin yerli şəraitinə və kommunikasiyalarına uyğun işlənmiş qəzaların ləğvi planı olan və istilik təchizatı subyektinin rəhbəri tərəfindən təsdiq olunmuş təlimatlar tərtib olunur. Təlimatda magistralların, paylayıcı şəbəkələrin və istehlakçılara gedən budaqlanmaların açılma ardıcıllığı, kameraların və istilik məntəqələrinin baxış üsulları nəzərdə tutulur.
27.65. İstilik şəbəkələrində qəzaların genişlənməsinin məhdudlaşdırılması və zədələnmələrin aradan qaldırılması üzrə işlərin tez aparılması üçün istilik təchizatı sisteminin hər bir istismar sahəsi normativ ehtiyat armatur və materiallarla təmin olunur. Boru kəmərləri üzərində quraşdırılan armaturlar uzunluq və flanslar üzrə eyni növlü nəzərdə tutulur. Materialların qəza ehtiyatı iki yerdə - əsas hissə - anbarda və qəza ehtiyatının bir qədər miqdarı operativ heyətdən olan məsul şəxsin sərəncamında saxlanılır. Operativ heyət tərəfindən istifadə olunan materiallar 24 saat ərzində əsas anbardan yenisi ilə əvəz olunur. İstilik şəbəkələrində hər bir istismar sahəsi üçün ehtiyat armaturlar və materiallar boru kəmərlərinin uzunluğundan və quraşdırılan armaturların sayından asılı olaraq, qəza ehtiyatı normalarına uyğun təyin olunur, tələb olan armaturların və materialların siyahısı tərtib olunur və bu siyahı istilik təchizatı subyektinin rəhbəri tərəfindən təsdiq edilir.
28.1. İstilik şəbəkələrinin kondensatın toplanması və qaytarılması sistemlərinin istismara qəbulu zamanı AzDTN 2.12.3 “İstilik şəbəkələri. Layihələndirmə normaları”nın tələblərinə riayət olunmalıdır.
28.2. Kondensatın toplanma çənləri silindrik formalı və sferik dibli layihələndirilir. Çənlərin daxili səthlərində korroziya əleyhinə örtük nəzərdə tutulur. Kondensatın toplanma çənləri aşağıdakılarla təchiz olunurlar:
28.2.1. səviyyə göstərici cihazlarla;
28.2.2. yuxarı və aşağı səviyyələrdə siqnallama qurğuları ilə;
28.2.3. kondensatın temperaturunu ölçmək üçün termometrlərlə;
28.2.4. kondensatdan nümunə götürmək üçün qurğularla;
28.2.5. izafi təzyiqə nəzarət etmək üçün manovakuummetrlərlə;
28.2.6. təzyiqin artmasından qoruyucu qurğularla;
28.2.7. çənin xarici tərəfində daimi metal pilləkənlərlə, çənin hündürlüyü 1500 mm-dən artıq olduqda isə daxili tərəfdə daimi pilləkənlərlə.
28.3. Kondensatın toplanması açıq sistemlərində çənlər əlavə olaraq onları atmosferlə əlaqələndirmək üçün diametri 0,6 m-dən az olmayan qapaqlarla (lyuklarla) təchiz olunur.
28.4. Kondensatın toplanması sistemlərində istilik istehlakı qurğularının normal istismarını pozmadan toplama çənlərinin açılma mümkünlüyü nəzərdə tutulmalıdır.
28.5. Kondensatın toplanması və qaytarılması qurğularının avtomatlaşdırılması və nəzarətini kondensat nasosxanaları üçün inşaat normaları və qaydalarında göstərilən həcmdə nəzərdə tutmaq lazımdır.
28.6. Toplayıcı çəndə kondensatın səviyyəsi ilə nasosun oxu arasındakı səviyyə fərqi nasosun sorucu borusundakı kondensatın maksimal temperaturunda kondensatın qaynamasının qarşısını almaq üçün kifayət qədər olmalı, lakin 0,5 m-dən az olmamalıdır.
28.7. Ümumi kondensat kəmərində işləyən kondensat nasoslarında sorucu və təzyiqlə vurucu xətlərdə siyirtmələr və təzyiqlə doldurulma xəttində əks klapanlar quraşdırılır. Əks klapanları nasaz olan nasosların işləməsinə yol verilmir.
28.8. Kondensat toplama və qaytarılma sisteminin işinə nəzarət etmək üçün kondensat stansiyaları aşağıdakılarla təchiz olunur:
28.8.1. çəkilib-vurulan kondensatın miqdarının ölçülməsi üçün su sərfölçən-sayğaclar;
28.8.2. toplayıcı kondensat kəmərlərində təzyiqin ölçülməsi üçün kondensat kəmərlərində çəkib-vuran nasosdan əvvəl və sonra, manometrlər;
28.8.3. çəkilib-vurulan kondensatın temperaturunu ölçmək üçün termometrlər;
28.8.4. nümunə götürücülər.
28.9. Kondensat kəmərlərində və kondensat çənlərində daxili korroziyanın qarşısını almaq üçün kondensat qapalı sxem üzrə toplanır. Bununla yanaşı, toplama çənlərinin daxili və xarici səthlərinə korroziya əleyhinə örtük, kondensatda həll olunmuş qazların kənarlaşdırılması, çənlərin və boru kəmərlərinin boşalmasından avtomatik mühafizə nəzərdə tutulmalıdır.
28.10. Kondensatın ümumi kondensat kəmərindən paralel işləyən buxar istehlakçılarının toplama çəninə düşməsindən mühafizə olunmaq üçün hər bir istehlakçının kondensat kəməri əks klapanla təchiz olunur.
28.11. Kondensat toplama və qaytarılma sistemlərinin istismarı zamanı aşağıdakılar həyata keçirilir:
28.11.1. qaytarılan kondensatın keyfiyyəti və sərfinə nəzarəti təmin etmək;
28.11.2. kondensat toplama çənləri və nasoslarına xidmət, drenaj qurğularının və avtomatik havaayırıcıların işlərinə nəzarət;
28.11.3. onun istilik mənbəyinə davamlı ötürülməsini təmin etmək;
28.11.4. nasosların və drenaj qurğularının işinə nəzarət.
28.12. İstilik mənbələrinə qaytarılan kondensatın miqdarı layihə ilə təyin olunur. Kənar istilik mənbələrindən buxar alan istilik təchizatı subyektləri üçün qaytarılan kondensatın normaları (istifadə olunan buxarın miqdarından faizlə) və onun miqdarı layihə üzrə təyin olunur və istilik enerjisi istehlakı müqaviləsində qeyd edilir. Qaytarılan kondensatın müqavilə normasına hər il, qaytarılan kondensatın miqdarının artırılması istiqamətində tətbiq olunan tədbirlərin nəticələri nəzərə alınmaqla, yenidən baxılmalıdır.
28.13. Kondensat kəmərlərindəki hidravlik zərbələrin qarşısını almaq məqsədilə kondensatın qaynama ehtimalını istisna edən parametrlərini saxlamaq lazımdır. Qaytarılmış kondensatın keyfiyyəti bəsləyici suyun keyfiyyət normalarına uyğun olmazsa, konkret texniki şərtlərdən asılı olaraq, onun bu normaların tələblərinə cavab verənə qədər təmizlənməsi nəzərdə tutulmalıdır. Kondensat toplama və qaytarılma qapalı sistemləri olduğu halda kondensat toplama çənlərində izafi təzyiq 0.005 Mpa-dan az olmamalıdır.
28.14. Qapalı növ kondensat çənlərini kipliyə və möhkəmliyə görə 1,5 mislində işçi təzyiqinə bərabər, lakin 0,3 MPa-dan az olmayan təzyiqlə sınaqdan keçirmək lazımdır. Sınaqların nəticələri aktla sənədləşdirilməlidir. Həmçinin, əks klapanların möhkəmliyi yerli təlimatlarla təyin olunan müddətdə yoxlanılmalıdır. Açıq çənlərin kipliyi və möhkəmliyinin yoxlanılması onları su ilə doldurmaqla həyata keçirilir.
28.15. Kondensat ayırıcıların işləri dövri olaraq 6 ayda ən azı 1 dəfə yoxlanılır. Kondensat ayırıcıların işləri qənaətbəxş olmadıqda təftiş olunur. Əks klapanların kipliyi yerli təlimatlarla müəyyən olunmuş müddətlərdə yoxlanılır. Çoxsaylı kondensat ayırıcıları olan istilik təchizatı subyektində onların yoxlanılması və sazlanması üçün daim fəaliyyət göstərən stendlər quraşdırılır. Kondensat toplama və qaytarılma sistemlərinin avadanlıqlarının o cümlədən, kondensat kəmərlərinin, armaturlarının, çənlərinin, nasoslarının, elektrik mühərriklərinin əsaslı təmiri 2 ildə 1 dəfədən az olmayaraq həyata keçirilməlidir.
29.1. İstilik şəbəkələrinin çən-akkumulyatorlarının istismara qəbulu, yenidən qurmadan sonra və təmir zamanı AzDTN 2.12.3 “İstilik şəbəkələri. Layihələndirmə normaları”nın tələblərinə riayət olunmalıdır.
29.2. Neft məhsulları saxlamaq üçün istifadə olunan tipik çənlərin mövcud çən- akkumulyatorlarının əvəzinə istifadə olunmasına yol verilmir.
29.3. Çənlərin xarici səthi korroziyadan mühafizə olunmalıdır. Bu halda çənlərdə suyun fasiləsiz yenilənməsi nəzərdə tutulmalıdır.
29.4. Çən-akkumulyatorların quraşdırılmasından və ya təmirindən sonra onlar sınaqdan keçirilməlidir. Sınaq prosesində, təmir olunmuş yerlərdə, birləşmə yerlərində qüsurların yaranmasına nəzarət təmin olunmalıdır. İstismara qəbul edilən hər bir çən üçün pasport tərtib olunur.
29.5. Çən-akkumulyatorların layihə üzrə möhkəmliyə və kipliyə görə hidravlik sınaqları onun maksimal yol verilən səviyyəyə qədər – axıdıcı borunun nişan nöqtəsinədək su ilə doldurularaq həyata keçirilir. Möhkəmliyə və kipliyə görə sınaqlar xarici havanın temperaturu 5°С-dən aşağı olmayan temperaturda aparılır. Ondan aşağı, lakin -10°С-dən aşağı olmayan temperaturla sınaqların aparılması üçün istehsalat zərurəti yarandıqda suyun çən-akkumulyatorlarda, onun boru kəmərlərində, armaturlarında və köməkçi avadanlıqlarında donmasının qarşısını alan tədbirlər görülməlidir. Sınaq məqsədilə çənə doldurulan suyun temperaturu 45°С-dən yuxarı olmamalıdır. Çəni doldurarkən xidmət heyətinin təhlükəsizlik zonasında olması yolverilməzdir. Çəni su ilə doldururarkən, onun konstruksiyalarının və qaynaq birləşmələrinin vəziyyətinə nəzarət etmək lazımdır. Sızmalar və ya nəm ləkələr aşkar edildiyi halda sınağı dayandırmaq, suyu boşaltmaq, sızmaların səbəbini təyin etmək və aradan qaldırmaq lazımdır.
29.6. İsti su çən-akkumulyatorlarının möhkəmliyə və kipliyə görə sınağa davam gətirməsi və istismara buraxıla bilməsi o zaman müvəffəqiyyətli hesab olunur ki, 24 saat ərzində onun səthində, dibinin qıraqlarında sızmalar yaranmamış olsun və çəndə suyun səviyyəsi aşağı düşməmiş olsun.
29.7. Təzyiq qalxdıqda və ya vakuum yarandıqda çən-akkumulyatorlara baxış üçün buraxılış, təyin olunmuş sınaq yüklərinə nail olduqdan sonra 10 dəqiqədən tez olmayaraq icazə verilir. Nəzarət-ölçmə vasitələri çən-akkumulyatorların mühafizə zonasından kənarda, məsafədən quraşdırılır.
29.8. Çən-akkumulyatorların doldurulma sürəti havaburaxıcı borunun buraxılış qabiliyyətinə uyğun olmalıdır. Çən-akkumulyatorların doldurulması layihədə göstərilən yuxarı səviyyəsinədək aparılır və layihədə göstərilən səviyyədən çox doldurulması qəti qadağandır. Çənlərin məsafədən səviyyəölçəninə yuxarı sərhəd səviyyəsinə uyğun qırmızı xətt çəkilir.
29.9. Çən-akkumulyatorların möhkəmliyə və kipliyə görə sınaqları başa çatdıqdan və təmir olunmuş əsasın keyfiyyətinin yoxlanması və çən-akkumulyatorların qeyri-bərabər çökməsini yoxlanılması üçün ondan su buraxılandan sonra çənin perimetri boyu 8 nöqtəsində və 6 ayda 1 dəfədən az olmayaraq təkrar nivelir vasitəsilə mayililik yoxlanılır.
29.10. Yenidən quraşdırılmış, eləcə də suyu buraxılmaqla istismardan çıxarıldıqdan və təmirdən sonra istismara buraxılmadan öncə istismar olunan çən-akkumulyatorları yalnız kimyəvi təmizlənmiş deaerasiya olunmuş temperaturu 45°С-dən yuxarı olmayan su ilə doldurulur. Normal istismara başladıqdan sonra çən-akkumulyatorları kimyəvi təmizlənmiş deaerasiya olunmuş temperaturu 95°С-dən yuxarı olmayan su ilə doldurmaq olar.
29.11. İstilik izolyasiyası nəzərdə tutulmadan layihələndirilmiş akkumulyator çənlərində izolyasiya aparıldıqda, çənlərin doldurulmasının son həddi istilik izolyasiyasının kütləsinə ekvivalent olan hündürlük qədər azaldılır.
29.12. Fəaliyyətdə olan istilik mənbəyinin-qazanxanaların ərazisində çənin ətrafında mühafizə zonası təyin olunur və çən-akkumulyatorlarla bilavasitə münasibətdə olmayan şəxslərin bu zonada olmasının qadağan edən xəbərdaredici işarələr quraşdırılır. Fəaliyyətdə olan çən-akkumulyatorlar istismar edən istehsalat binasından 30 m-dən yaxın yerləşdikdə, binalarda, çənlərin mümkün dağılmaları zamanı isti suyun düşməsini istisna edən mühafizə tədbirləri görülməlidir. Mühafizə çəpərləmələrinin qurulması, açıq boşluqların, o cümlədən, çən tərəfə yönəlmiş pəncərə və qapı boşluqlarının ləğv edilməsi təmin edilməlidir.
29.13. Hər gün növbəni qəbul edərkən və təhvil verərkən çən-akkumulyatorları vizual yoxlanılma zamanı müayinə olunmalıdır:
29.13.1. istilik izolyasiyasının xarici səthində aşkar sızmaların, altdan axmaların və nəm ləkələrin olmaması;
29.13.2. səviyyə ölçənlərin və səviyyə tənzimləyicilərin sazlığı;
29.13.3. bağlayıcı və tənzimləyici armaturların kipgəclərindən sızmaların olmaması;
29.13.4. axıtma və siqnallayıcı borularında çirklənmə və ya donmaların olmaması;
29.13.5. parametr son həddə çatdıqda siqnallama işinin sazlığı və aşağı səviyyəyə düşdükdə nasosların söndürülməsi.
29.14. Hər növbədə siqnallamanın elektrik sxeminin yoxlanılması aparılır və qeydiyyat jurnalında bu haqda qeydlər edilir. Yoxlama zamanı aşkarlanan qüsurlar dərhal aradan qaldırılır.
29.15. Hər il isti su təchizatı qurğularının dayandırılması dövründə çən-akkumulyatorların vəziyyətini qiymətləndirmək konstruksiyalarına və çənin əsasına boru kəmərlərinin kompensasiyaedici qurğularına, eləcə də, siqnallayıcı borularına vizual müayinə keçirməklə və müayinənin nəticələri üzrə akt tərtib etməklə, gələcək istismara yararlı olmasını qiymətləndirmək lazımdır. Germetiklə mühafizə olunan çənlərin müayinəsi sonuncu dəyişildiyi zaman aparılır.
29.16. Çən-akkumulyatorların konstruksiyalarının dövri texniki diaqnostikası ən azı 3 ildə 1 dəfə aparılır və hər il möhkəmliyə və kipliyə görə müayinə və yoxlamalar keçirilir. Hər il keçirilən çən-akkumulyatorların müayinələrinin və dövri diaqnostika nəticələri aktla sənədləşdirilir. Aktda aşkarlanan qüsurlar təsvir olunur və onların aradan qaldırılması üsulları və müddəti təyin olunur. Aktı istilik təsərrüfatına cavabdeh şəxs imzalayır və istilik təchizatı subyektinin rəhbəri təsdiqləyir.
29.17. Çən-akkumulyatorların texniki diaqnostikası zamanı aşağıdakı işlər görülür:
29.17.1. dövlət yoxlamasından keçmiş ölçmə vasitələri vasitəsilə çənin metalının divar qalınlığını ölçmək;
29.17.2. əsas metalın və qaynaq birləşmələrin defektoskopiyasını aparmaq;
29.17.3. əsas metalın və qaynaq birləşmələrin, mexaniki xassələri və kimyəvi tərkibi layihə göstəricilərinə və istehsalçının təchiz spesifikasıyasına cavab verməli olan keyfiyyətinin yoxlanılması.
29.18. Çən-akkumulyatorların istismarına icazə yalnız divarlarının hesabat qalınlığı bərpa edildikdən və germetiklik təmin olunduqdan sonra verilir. Germetiklik möhkəmliyə və kipliyə görə sınaqlarla təsdiqlənir. Çən-akkumulyatorların gələcəkdə istifadə üçün yararlı olduğu aşağıdakı kimi qiymətləndirilir:
29.18.1. çən-akkumulyatorların texniki vasitələrdən istifadə etməklə ölçmələrin göstəriciləri üzrə təyin olunmuş, dam örtüyünün və dibinin yol verilən həddə korroziya yeyilməsi, ən çox yeyilmiş hissələr üçün layihə qalınlığının 50%-dən çox olmamalı, örtükləri daşıyan konstruksiyaların, o cümlədən əsas tirlərin, köməkçi tirlərin, birləşmələrin və dibin kənarları üçün 30%, çənin aşağı yarımdivarı üçün yeyilmə sahəsindən asılı olmayaraq 20%.
29.18.2. çən-akkumulyatorların divarlarının layihə qalınlığının 15-20%-dək korroziya yeyilməsi zamanı onun gələcək istismarına yalnız çən-akkumulyatorları istismar edən istilik təchizatı subyektinin rəhbərliyinin, çənin hesabatlarla və hər il texniki vasitələrdən istifadə etməklə divarlarının yoxlamaları əsasında möhkəmliyi təsdiq olunduğu halda, yazılı sərəncamı əsasında icazə verilir.
29.18.3. çən-akkumulyatorların yuxarı yarım divarlarının layihə qalınlığının 20-30%-dək korroziya yeyilməsi zamanı onun gələcək istismarına, yol verilən yuxarı korroziya aşınması sahəsinin səviyyəsi 1 m aşağı salındıqda uyğun olaraq axıtma borusunun yerini dəyişmək, avtomatika sistemini yeni doldurulma səviyyəsinə yenidən qurmaq şərtilə, bir ildən gec olmayaraq icazə verilir.
29.18.4. yeni çən-akkumulyatorlarının dibinin qapaqlarının hündürlüyü, dibinin sahəsi 2x2 m olduqda, 150 mm-dən yuxarı olmamalıdır. 15 ildən artıq istismarda olan çən-akkumulyatorlar üçün qapaqlarının hündürlüyü, dibinin sahəsi 3x2 m olduğu halda 200 mm olmasına icazə verilir. Qapaqların hündürlüyü daha çox olduqda isə qüsurlu yerlər düzəldilməlidir.
29.19. Çən-akkumulyatorların yenidən qurulması və təmirinə layihə sənədlərinə uyğun olaraq polad markasının tətbiqinə, eləcə də metal konstruksiyaların divarlarının qalınlığına, istehsal və quraşdırma tikişlərinə keyfiyyətinə dağılmayan nəzarət metodları ilə tam həcmdə texniki nəzarət həyata keçirilməlidir.
29.20. Nasosların sıradan çıxmasının qarşısını almaq üçün çən-akkumulyatorlarda suyun təzyiqi yol verilən minimum həddən (0.05MPa-dan) aşağı düşməməlidir.
29.21. Daxili səthinin korroziya əleyhinə mühafizəsi olmayan çən-akkumulyatorların istismarına icazə verilmir. Çənlərin korroziya əleyhinə mühafizəsi qismində qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verən germetiklər, katod mühafizəsi, alüminium örtüklü metal mühafizəsi, epoksid tərkibli, boyalar, emallar istifadə olunur.
29.22. Çən-akkumulyatorlarda suyun səviyyəsi onların təhlükəsiz istismarı üçün təhlükə yaradan sərhədə yaxınlaşdıqda və mühafizə vasitələri işləmədikdə, habelə çən-akkumulyatorların konstruksiyalarında və onun kommunikasiyalarında nasazlıq aşkarlandıqda xidmət heyəti tərəfindən aşağıdakılar yerinə yetirilir:
29.22.1. çən-akkumulyatorları istismar edən istilik təchizatı subyektinin dispetçerinə çənlərin təhlükəsiz istismarı üçün təhlükə yarandığı haqqında məlumat verir;
29.22.2. çən-akkumulyatorların təhlükəsiz istismarı üçün təhlükə yaradan səbəblərin aşkarlanması və aradan qaldırılması üçün eyni zamanda onların təhlükəsiz işləmələri üçün tədbirlər görür. Çənlərin zədələnməsi təhlükəsini aradan qaldırmaq mümkün olmadıqda, onlar istilik təchizatı sistemindən açılır və lazım olarsa, isti su drenaj olunur.
29.23. Hər bir istismara qəbul olunmuş çən-akkumulyatorda aşağıdakı sənədlər olmalıdır:
29.23.1. texniki pasport (bu Qaydaların 3 nömrəli Əlavəsi);
29.23.2. istismar təlimatı;
29.23.3. texnoloji sxem;
29.23.4. operativ qeydiyyat jurnalı;
29.23.5. korroziyadan mühafizə jurnalı;
29.23.6. özüllərin nivelirlənmə sxemi;
29.23.7. çən-akkumulyator avadanlıqlarının dəyişdirilməsi aktları;
29.24. Köhnə tikili olması və ya digər səbəblərdən texniki sənədlər olmadığı halda istismarçı istilik təchizatı subyekti tərəfindən çən-akkumulyator hissələrinin və konstruksiyalarının texniki inventarlaşdırılması əsasında pasport tərtib edilməlidir. Pasporta texniki diaqnostikadan, aparılmış təmir işləri haqqında məlumatlardan, eləcə də çən-akkumulyatorların konstruksiyalarının nivelirlənməsi haqqında məlumatlardan istifadə etməklə hər il keçirilən müayinələr, dövri sınaqlar və yoxlamalar daxil edilir.
29.25. Çən-akkumulyatorların ətrafında mühafizə zonası təyin olunmalı və həmin zonada çənlərin istismarına bilavasitə aidiyyəti olmayan şəxslərin olmasını qadağan edən işarələr quraşdırılmalıdır.
30.1. İstilik məntəqələrinin istismara qəbulu və təmiri zamanı AzDTN 2.12.3 “İstilik şəbəkələri. Layihələndirmə normaları”nın tələblərinə riayət olunmalıdır.
30.2. Hər bir istilik məntəqəsi üçün istilik məntəqəsinin pasportu bu Qaydaların 4 nömrəli Əlavəsində verilmiş formaya uyğun olaraq hazırlanır.
30.3. İstilik, havalandırma və soyutma sistemləri ikiborulu su istilik sisteminə asılı sxem üzrə qoşulmalıdır. Su qızdırıcılarının quraşdırılmasını nəzərdə tutan müstəqil sxem üzrə qoşulmağa aşağıdakı hallarda icazə verilir:
30.3.1. 12 mərtəbəli və daha yüksək binaların (və ya 36 m-dən çox) istilik sistemi;
30.3.2. suyun tələb olunan keyfiyyətini təmin etmək mümkün olmadıqda, binaların açıq istilik sistemləri.
30.4. Binaların istilik sistemləri aşağıdakı hallarda istilik təchizatı sisteminə birbaşa qoşula bilər:
30.4.1. istilik təchizatı sisteminin və yerli sistemin hidravlik və istilik rejimləri bilavasitə üst-üstə düşdükdə. Bu halda sistemin dinamik və statik rejimləri zamanı, ifrat qızmış suyun qaynamamasını təmin etmək lazımdır;
30.4.2. elevatordan öncə istilik sistemində suyun temperaturunun aşağı salınması lazım olduqda və onun işləməsi üçün nəzərdə tutulan təzyiq yetərincə olduqda, elevator vasitəsilə;
30.4.3. istilik sistemində suyun temperaturunun aşağı salınması lazım olduqda və onun işləməsi üçün nəzərdə tutulan təzyiq elevator üçün yetərincə olmadıqda, habelə sistemin tənzimlənməsi avtomatik aparılarsa, qarışdırıcı nasos vasitəsilə.
30.5. Kondensatın toplanması, soyudulması və qaytarılması qurğuları olan istilik məntəqələrində kondensat istiliyinin istifadəsi üçün aşağıdakı yollarla tədbirlər nəzərdə tutulur:
30.5.1. isidilmiş suyu təsərrüfat-məişət və ya isti su texnoloji istehlakçıları üçün istifadə etməklə, kondensatın suqızdırıcılarında soyudulması;
30.5.2. aşağı təzyiqli buxarın istehlakçıları üçün genişləndirici çənlərdə ikinci dəfə qaynayan buxarın alınması.
30.6. Kirlənmiş kondensatın daxil olması mümkün olan istilik məntəqələrində, hər bir yığma çənində və drenaj boru kəmərlərində kondensatın yoxlanması nəzərdə tutulmalıdır. Nəzarət üsulları çirklənmənin xarakterindən və istilik mənbəyində su hazırlanma sxemindən asılı olaraq təyin olunur.
30.7. Daimi xidmət heyətinin olmadığı və ya heyətin iş vaxtının 50%-indən çox olmadığı hallarda avtomatika və nəzarət vasitələri istilik məntəqələrinin işini təmin etməlidir.
30.8. Qapalı və açıq istilik təchizatı sistemlərinin istilik məntəqələrinin avtomatlaşdırılması aşağıdakıları təmin edir:
30.8.1. isti su təchizatı sisteminə gələn suyun təyin olunmuş temperaturunun saxlanmasını;
30.8.2. xarici havanın parametrlərinin dəyişməsindən asılı olaraq, isidilən otaqların verilən hava temperaturunu saxlamaq məqsədilə, istilik sisteminə istilik verilişinin (istilik axınının) tənzimlənməsi;
30.8.3. sərfiyyatı tənzimləyici klapanı bağlamaqla istilik təchizatı sistemindən istilik məntəqələrinə su sərfinin maksimal məhdudlaşdırılması;
30.8.4. faktiki təzyiq fərqi 0.2 MPa-dan yuxarı olduqda istilik təchizatı sistemlərinin mərkəzi istilik məntəqələrinə və ya fərdi istilik məntəqələrinə giriş ötürücü və qayıdıcı boru kəmərlərində tələb olunan təzyiq azalmasının saxlanması;
30.8.5. istilik sisteminin qayıdıcı boru kəmərlərində onu mümkün qədər azaltmaqla minimal verilmiş təzyiqi;
30.8.6. istilik sisteminin verici və qayıdıcı boru kəmərində suyun minimum təzyiq düşküsünün, bunun mümkün azalması ilə qapalı istilik təchizatı sistemlərində istilik sistemlərinin verici və qayıdıcı boru kəmərlərində, istilik təchizatı sisteminin verici və qayıdıcı boru kəmərləri arasındakı bənddə qızdırılmaya istilik sərfi tənzimləyicisi olmadığı təqdirdə suyun tələb olunan təzyiq azalmasının saxlanılması;
30.8.7. istilik istehlakı sistemlərində, onlar müstəqil qoşulduqda statik təzyiqin saxlanılması üçün bəsləyici qurğuların qoşulması və açılması;
30.8.8. istilik istehlakı sistemlərində parametrlər yol verilən həddi aşması mümkün hallarında, onlarda suyun təzyiqinin və temperaturunun qalxmasından mühafizəni;
30.8.9. isti su sistemində verilən su təzyiqinin saxlanılması;
30.8.10. dövretmə nasoslarının qoşulması və açılması;
30.8.11. işçi nasosu açıldıqda ehtiyat nasosunun qoşulmasının bloklanmasını;
30.8.12. isitmə sisteminin boşaldılmadan mühafizəsi;
30.8.13. İstilik sistemlərinin müstəqil qoşulma sxemində, çənlərdə suyun səviyyəsi yuxarı həddə çatdıqda doldurma prosesi dayandırılmalı, aşağı həddə isə bəsləyici sistem avtomatik işə düşməlidir;
30.8.14. yeraltı istilik məntəqələrində drenaj quyusunda verilmiş su səviyyələri üzrə drenaj nasoslarının qoşulması və açılması.
30.9. İstilik məntəqələrinin suyu hazırlayıcı sisteminin qurğuları istilik istehlakı sistemləri üçün qüvvədə olan normativ-texniki sənədlərinin və bu Qaydaların tələblərinə uyğun istilik daşıyıcılarının keyfiyyətini təmin etməlidir.
30.10. İstismarın əsas məqsədləri:
30.10.1. hər bir istilik məntəqəsi üçün tələb olunan parametrlərdə istilik daşıyıcılarının təmin olunması;
30.10.2. istilik itkilərinin və istilik daşıyıcılarının sızmalarının azaldılması;
30.10.3. istilik məntəqəsinin avadanlıqlarının etibarlı və qənaətli işləməsinin təmin edilməsi.
30.11. İstilik məntəqələrini istismar edərkən istilik istehlakı sistemlərində aşağıdakılar yerinə yetirilir:
30.11.1. istilik məntəqəsinə qoşulmuş istilik istehlakı sistemlərinin qoşulması və açılması;
30.11.2. avadanlıqların işləməsinə nəzarət;
30.11.3. buxar və şəbəkə sularının sərflərinin tələb olunan rejim qrafikləri ilə təmin edilməsi;
30.11.4. istilik istehlak edən qurğulara gələn buxar və şəbəkə sularının, kondensatın və onlardan istilik təchizatı sisteminə qaytarılan qayıdıcı şəbəkə sularının parametrlərinin istismarı üzrə tələb olunan təlimatlarla və rejim kartları ilə təmin olunması;
30.11.5. meteoroloji şəraitdən asılı olaraq isitmə və havalandırma ehtiyacları üçün istilik enerjisinin verilməsinin tənzimlənməsi, habelə sanitariya və texnoloji normalara uyğun olaraq isti su təchizatı ehtiyacları üçün istilik enerjisinin verilməsi;
30.11.6. şəbəkə suyunun xüsusi sərfinin və sistemdən sızmaların, həmçinin istilik enerjisinin texnoloji itkilərinin azaldılması;
30.11.7. istilik məntəqəsinin avadanlıqlarının etibarlı və qənaətli işləməsinin təmin edilməsi;
30.11.8. nəzarət-ölçmə vasitələrinin, avtomatikanın və uçot cihazlarının göstərişlərinin çıxarılması;
30.11.9. nəzarət, uçot və tənzimləmə vasitələrinin işlək vəziyyətdə saxlanması.
30.12. İstilik məntəqələrinin istismarı operativ heyət və ya operativ-təmir heyəti tərəfindən həyata keçirilir. İstilik məntəqəsində heyətin növbətçiliyinin təşkil olunması və onun müddəti yerli şəraitdən asılı olaraq istilik təchizatı subyektinin rəhbəri tərəfindən təyin olunur.
30.13. İstilik məntəqələrinə dövri olaraq həftədə 1 dəfədən az olmayaraq istilik təchizatı subyektinin struktur bölməsinin istilik təsərrüfatına cavabdeh şəxsi və ya inzibati-texniki heyətin digər üzvləri tərəfindən baxış keçirilir. Müayinənin nəticələri operativ qeydiyyat jurnalında əks olunur.
30.14. İstilik enerjisinin istehlakçısının balansında olan istilik məntəqələrinin istismarı onun heyəti tərəfindən həyata keçirilir. İstilik təchizatı subyekti istehlakçıların istilik istehlakı rejimlərinə və enerji daşıyıcılarının uçotu vəziyyətinə riayət etmələrinə nəzarəti həyata keçirir.
30.15. Qəza vəziyyəti yaranan hallarda istilik enerjisi istehlakçısı qəzanın lokallaşdırılması üzrə təcili tədbirlər görülməsi üçün istilik təchizatçısı subyektini xəbərdar edir və istilik təchizatçısının heyəti gələnə qədər qəza yerində mühafizə tədbirlərini görür.
30.16. İstilik məntəqələrinin, istilik istehlakı sistemlərinin qoşulması və açılması və istilik daşıyıcılarının sərfinin təyin edilməsi, dispetçerin icazəsi ilə və istilik təchizatı subyektinin heyətinin nəzarəti altında istilik enerjisi istehlakçısının heyəti tərəfindən həyata keçirilir.
30.17. Qurğuların və istilik istehlakı sistemlərinin avadanlıqlarının möhkəmliyə və kipliyə görə sınaqları, istilik təchizatı subyektinin nümayəndəsinin mütləq iştirakı ilə, istilik enerjisi istehlakçı heyəti tərəfindən yuyulmasından sonra yerinə yetirilməlidir. Yoxlamanın nəticələri aktla sənədləşdirilir.
30.18. İstilik sistemlərinin işlərinin yoxlanılması sistemin möhkəmliyə və kipliyə görə sınaqlarında müsbət nəticələr əldə olunduqdan sonra yerinə yetirilir.
30.19. İstilik məntəqəsinin qayıdıcı borusundakı istilik daşıyıcısının təzyiqi istilik təchizatı sisteminə asılı sxem üzrə qoşulmuş, istilik istehlakı sisteminin statik təzyiqindən (0,05 MPa-dan) çox olmalıdır.
30.20. İşəsalma və dayandırma və ya normal istismar prosesində yerinə yetirilən yerli sistemlərin açılmaları və qoşulmaları dəyişən siyirtmələr üzrə istilik kəmərlərinin verici və qayıdıcı xətlərinə təsir edərək tədricən və ahəstə yerinə yetirilməlidir. Bu halda diqqət yetirmək lazımdır ki, sistemdə təzyiq həmin sistem üçün statik təzyiqdən aşağı düşməsin və yol veriləndən yuxarı qalxmasın. Əgər təzyiqin yol veriləndən yuxarı qalxması halları olarsa, sistemin açılması siyirtmələri verici xətdən başlayaraq növbə ilə bağlamaqla, sistemin qoşulmasını isə əksinə, qayıdıcı xətdə siyirtmələri açmaqla yerinə yetirilir.
30.21. İstilik məntəqələrinin və buxar istehlakı sistemlərinin qoşulması buraxıcı drenajların açılması və buxar boru kəmərlərinin isidilməsi ilə, istilik məntəqəsinin və buxar istehlakı sisteminin təchizi ilə yerinə yetirilir. Qızdırılma sürəti 30°С/saat-dan yuxarı olmamaq şərtilə yığılmış kondensatın drenaj şəraitindən asılıdır.
30.22. İstilik məntəqələrinin, buxar kəmərlərinin və sistemlərinin qoşulması zamanı, ilk öncə buraxıcı drenajlar açılmalı və buxar kəmərləri qızdırılmalıdır. Qızdırılma sürəti elə olmalıdır ki, hidravlik zərbələrin yaranması mümkünlüyü istisna olunsun.
30.23. Xarici istilik təchizatı sistemində istilik daşıyıcısının temperaturu 75°C-dən yuxarı olduqda, istilik məntəqələrində təmir və avadanlıqların dəyişdirilməsi ilk öncə istilik məntəqəsində baş siyirtmələrlə, zərurət yaranarsa, istehlakçılara budaqlanmalarda siyirtmələrlə sistemin açılması şərtilə yerinə yetirilməlidir. Açıcı armatur kip olmadıqda avadanlığın təmirinə yalnız bağlayıcılar quraşdırdıqdan sonra başlamaq olar.
30.24. İstilik məntəqəsində yerləşmiş boru kəmərləri, bağlayıcı armaturlar, flans birləşmələri, suqızdırıcıları, çən-akkumulyatorları, kondensat toplama çənlərinin, istilik izolyasiyası və normativ sənədlərin tələblərinə uyğun tanınma rənglənməsi olmalıdır.
30.25. İstilik məntəqələrinin yerləşgələrində aşağıdakılar olmalıdır:
30.25.1. özündə boru kəmərləri, armaturları nömrələnmiş avadanlıqları, nəzarət-ölçmə vasitələri yerləşləşdirilmiş prinsipial sxem;
30.25.2. istismar üzrə təlimat;
30.25.3. əməyin mühafizəsi üzrə təlimat və mühafizə vasitələri;
30.25.4. Yanğın əleyhinə təlimat və yanğın söndürmə vasitələri;
30.25.5. istilik təchizatı sisteminin temperatur qrafiki.
30.26. İstilik məntəqələrinin bağlayıcı armaturları sxemə uyğun olaraq nömrələnməli və istilik daşıyıcısının hərəkət və sükanın fırlanma istiqamətini nümayiş etdirən göstəricisi olmalıdır.
31.1. İstilik istehlakı sisteminin isitmə, havalandırma, soyutma və isti su təchizatı sistemlərinin istismara qəbulu və təmiri zamanı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2017-ci il 21 avqust tarixli 06 nömrəli qərarı ilə təsdiq edilmiş AzDTN 2.12-2* “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları”nın tələblərinə riayət olunmalıdır.
31.2. İsitmə, havalandırma, soyutma və isti su təchizatı sistemlərinə daxil olan istilik daşıyıcısının orta gündəlik temperaturu təyin olunmuş temperatur qrafikindən ±3% kənara çıxmamalıdır. Qayıdıcı şəbəkə sularının orta gündəlik temperaturu isə təyin olunmuş temperatur qrafikindən 5%-dən çox fərqlənməməlidir.
31.3. İstilik, havalandırma və isti su təchizatı sistemlərinin istismarı zamanı istilik daşıyıcısının saatlıq sızması paylayıcı istilik kəməri sisteminin suları da nəzərə alınmaqla sistem suyunun 0,25%-i həddini aşmamalıdır.
31.4. İstilik daşıyıcısının sızma norması müəyyən edilərkən, istilik istehlakı sistemlərinin planlı təmiri zamanı doldurulan suyun sərfi nəzərə alınmır.
31.5. Sistemlərdə istilik daşıyıcısı kimi isti sudan istifadə olunur. Digər istilik daşıyıcılarından yalnız texniki iqtisadi əsaslandırma olduqda istifadə edilməsinə icazə verilir.
31.6. Paylayıcı boru kəmərlərinin ən hündür nöqtələri hava buraxıcı armaturlarla, aşağı nöqtələri isə suyun axıdılması və ya kondensatın kənarlaşdırılması üçün armaturlarla təchiz olunmalıdır.
31.7. Sistemlərin yuyulması hər il isitmə dövrünün bitməsindən, eləcə də boruların dəyişdirilməsi, quraşdırılma, əsaslı və cari təmir işlərindən sonra istilik daşıyıcısının hesablanmış sərfindən təxminən 3–5 dəfə çox miqdarda su ilə yuyulur və nəticədə suyun şəffaflığı təmin edilməlidir.
31.8. Sistemlərin yuyulması üçün su kəmərindən daxil olan sudan və ya texniki sudan istifadə olunur. Açıq istilik təchizatı sistemlərində dezinfeksiya sonrası yekun yuyulma, axıdılan suyun göstəriciləri içməli su üzrə sanitariya normalarına çatana qədər, standartlara cavab verən su ilə aparılır. Kondensat xətlərində isə axıdılan suyun keyfiyyəti kondensatın istifadə sxeminə uyğun tələblərə cavab verməlidir. İstilik istehlakı sistemlərinin dezinfeksiyası sanitariya normalarına uyğun həyata keçirilir.
31.9. Yuyulmadan keçməmiş sistemlərin, açıq sistemlərdə isə həm yuyulmadan, həm də dezinfeksiyadan keçməmiş sistemlərin qoşulmasına icazə verilmir.
31.10. Daxili korroziyadan qorunmaq üçün sistemlər daim deaerasiya olunmuş, kimyəvi təmizlənmiş su və ya kondensatla doldurulmalıdır.
31.11. Sistemin avadanlıqları möhkəmliyə və kipliyə görə sınağı hər il təmir başa çatdıqdan sonra isitmə mövsümü başlamazdan əvvəl, habelə isitmə mövsümü bitdikdən sonra keçirilməlidir.
31.12. Su sistemlərinin möhkəmliyə və kipliyə görə sınaqları aşağıdakı təzyiqlərdən az olmayan yoxlama təzyiqi altında aparılır:
31.12.1. elevator qovşaqları, isitmə sisteminin suqızdırıcıları və isti su təchizatı – 1 MPa;
31.12.2. çuqun qızdırıcı cihazlar, polad ştamplanmış radiatorlu isitmə sistemləri – 0,6 MPa; panel və konvektorlu isitmə sistemləri – 1 MPa;
31.12.3. isti su təchizatı sistemləri – sistemin işçi təzyiqi + 0,5 MPa, lakin maksimum 1 MPa;
31.12.4. kalorifer isitmə və havalandırma sistemləri – istehsalçının texniki şərtləri ilə müəyyən olunur.
31.13. İstilik-buxar sistemlərinin sınaq təzyiqi aşağıdakı kimi təyin edilir:
31.13.1. hidravlik sınaq zamanı minimal sınaq təzyiqi işçi təzyiqin 1,25 mislinə bərabər olmalı, lakin 0,2 MPa-dan az olmamalıdır;
31.13.2. möhkəmliyə və kipliyə görə sınaq yalnız müsbət xarici hava temperaturunda aparılır.
Havanın temperaturu mənfi olduqda kipliyin yoxlanılması yalnız istisna hallarda mümkündür və bu halda yerləşgədə daxili temperatur 5°C-dən aşağı olmamalıdır.
31.14. Sistemlər aşağıdakı hallarda sınaqdan keçmiş hesab olunur:
31.14.1. qaynaq tikişlərində “nəmlənmə” və ya avadanlıqlardan sızma müşahidə olunmursa;
31.14.2. su və buxar istilik sistemlərində 5 dəqiqə ərzində təzyiqin düşməsi 0,02 MPa-dan çox deyilsə;
31.14.3. panel isitmə sistemlərində 15 dəqiqə ərzində təzyiq düşməsi 0,01 MPa-dan çox deyilsə;
31.14.4. isti su təchizatı sistemlərində 10 dəqiqə ərzində təzyiq düşməsi 0,05 MPa-dan artıq deyilsə; plastik borularda isə 30 dəqiqə ərzində təzyiq düşməsi 0,06 MPa-dan çox olmamalı, növbəti 2 saat ərzində isə düşmə 0,02 MPa-dan artıq olmamalıdır.
31.15. Panel istilik sistemləri üçün yoxlama təzyiqi sistemdə quraşdırılmış qızdırıcı qurğuların yol verilən sınaq təzyiqini aşmamalıdır. Buxar isitmə və havalandırma sistemlərinin pnevmatik sınaqları zamanı sınaq təzyiqi 0,1 MPa təşkil etməli, 5 dəqiqə ərzində təzyiq düşməsi 0,01 MPa-dan çox olmamalıdır. Sınağın nəticələri möhkəmlik və kipliyə görə sınaq aktı ilə rəsmiləşdirilir. Nəticələr tələblərə cavab vermədikdə sızmalar aradan qaldırılmalı və sınaqlar təkrar aparılmalıdır. Sınaqlar zamanı dəqiqlik sinfi 1,5-dən aşağı olmayan, şkalası nominal təzyiqin təqribən 4/3-ü həcmində olan, bölgü göstəricisi 0,01 MPa təşkil edən, yoxlamadan keçmiş və plomblanmış yaylı manometrlər tətbiq edilməlidir.
31.16. Aqressiv mühitə malik yerləşgələrdə yerləşdirilən istilik-havalandırma avadanlıqları, boru kəmərləri və hava kanalları korroziyaya qarşı material və mühafizə örtükləri ilə təmin edilməlidir.
31.17. Qazların, buxarların, aerozolların və ya tozların alışma təhlükəsi olan yerləşgələrdə yerləşdirilmiş avadanlıqların, boru kəmərlərinin və hava kanallarının isti səthlərinin temperaturu yuxarıda sadalananların öz-özünə alışma temperaturundan 20% aşağı olmalıdır.
31.18. İstismar zamanı aşkarlanan pozuntular dərhal və ya xarakterindən asılı olaraq cari və ya əsaslı təmir dövründə aradan qaldırılmalıdır.
31.19. İstilik istehlakı sistemlərinin cari təmiri ildə bir dəfədən az olmayaraq, yay mövsümündə aparılır və isitmə mövsümünün başlamasına ən geci 15 gün qalmış başa çatdırılır.
31.20. Texnoloji proseslə əlaqəli havalandırma qurğularının təmiri texnoloji avadanlıqların təmiri ilə paralel həyata keçirilir.
31.21. Qış dövründə, xarici havanın temperaturu mənfi olduqda və sistemdə suyun dövriyyəsi dayanarsa, donmanın qarşısını almaq üçün sistem tamamilə boşaldılmalıdır. Suyun boşaldılması yerli şəraitə uyğun tərtib edilmiş istismar təlimatına əsasən, texniki rəhbərin yazılı sərəncamı ilə yerinə yetirilir.
32.1. İsitmə sistemlərinin istismara qəbulu və təmiri zamanı AzDTN 2.12.3 “İstilik şəbəkələri. Layihələndirmə normaları”nın tələblərinə riayət olunmalıdır.
32.2. İsitmə cihazlarında istilik verilişini tənzimləmək üçün tənzimləyicilər olmalıdır. Yaşayış və ictimai binalarda istilik cihazları avtomatik temperatur tənzimləyiciləri ilə təchiz olunur.
32.3. İsitmə cihazlarına (radiatorlara, konvektorlara və s.) texniki xidmət, tənzimləmə və təmizləmə işlərinin aparılması məqsədilə sərbəst və maneəsiz çıxış təmin edilməlidir və onların üzərində və ya qarşısında quraşdırılan dekorativ ekranlar (örtüklər, barmaqlıqlar) aşağıdakı tələblərə cavab verməlidir:
32.3.1. istilik cihazlarının istilikvermə qabiliyyətini azaltmamalıdır;
32.3.2. tənzimləmə qurğularına (ventillər, termostatlar və s.) çıxışı məhdudlaşdırmamalıdır;
32.3.3. istilik cihazlarının texniki baxışı və təmizlənməsi üçün maneə yaratmamalıdır.
32.4. Bu Qaydaların 32.3-cü bəndində göstərilən tələblərə cavab verməyən dekorativ elementlərin istifadəsinə yol verilmir.
32.5. İsitmə sisteminin istismarı zamanı aşağıdakılar təmin edilməlidir:
32.5.1. qızdırıcı cihazların bərabər səviyyədə qızdırılması;
32.5.2. sistemin yuxarı nöqtələrində havanın çıxarılması;
32.5.3. istilik sistemindəki təzyiq istilik cihazları üçün yol veriləndən artıq olmamalıdır;
32.5.4. su sisteminin elevator qovşağında sürüşmə əmsalı hesabat qiymətindən az olmamalıdır;
32.5.5. sənaye istehlakçılarının qızdırıcı cihazlarına daxil olan buxarın soyudulması, onun buxar şəklində geri qayıtmasının qarşısının alınması;
32.5.6. sənaye istehlakçılarının kondensatının sistemdən geri qaytarılması;
32.5.7. istilik istehlakçısı sistemindən istilik daşıyıcılarının, onda olan suyun 0,25%-ni aşmayan gündəlik itkisi;
32.6. Qızdırıcı cihazların səthinin maksimal temperaturu isidilən otaq üçün təyin olunmuş normalara uyğun olmalıdır.
32.7. Müstəqil su isitmə sistemlərinin doldurulması və qidalandırılması istilik təchizatı sistemindən yumşaldılmış su ilə aparılır. Doldurulma sürəti və üsulu istilik təchizatçısı ilə razılaşdırılır.
32.8. İstilik istehlakı su sistemi üçün istismar rejimində qayıdıcı boru kəmərində təzyiq, statik vəziyyət üçün olan qiymətdən 0,05 MPa az olmayan, lakin sistemin ən az möhkəmlikli elementi üçün yol verilən maksimal qiyməti aşmamaqla, yuxarı təyin olunur.
32.9. İstilik istehlakı su sistemlərində istilik daşıyıcısının temperaturu 100°С-dən yuxarı olduqda, təzyiq yuxarı nöqtələrdə, istilik daşıyıcısının hesabat temperaturunda ifrat qızmasının qarşısını almaq üçün, hesabat qiymətindən ən azı 0,05 MPа-dan yuxarı olmalıdır.
32.10. İsitmə sistemlərinin istismarı prosesində aşağıdakıları həyata keçirmək lazımdır:
32.10.1. qapalı sistemlərin elementlərinə o cümlədən çardaqlarda, zirzəmilərdə, kanallarda yerləşən paylayıcı boru kəmərlərinə ayda ən azı 1 dəfə baxış keçirmək;
32.10.2. həftədə ən azı 1 dəfə sistemin mühüm elementlərini, nasoslarını, bağlayıcı armaturlarını, nəzarət ölçmə cihazlarını yoxlamaq;
32.10.3. istilik sistemindən havanı istismar üzrə təlimata uyğun olaraq dövri olaraq çıxarmaq;
32.10.4. qızdırıcının xarici səthini tozdan və çirklənmədən həftədə ən az 1 dəfə təmizləmək;
32.10.5. süzgəcləri və çirk tutucularını yumaq.
Süzgəclərin yuyulma müddətləri çirk tutucusundan əvvəl və sonra manometrlərin göstəricilər əsasında müəyyən edilməklə, çirklənmə dərəcəsindən asılı olaraq təyin olunur;
32.10.6.istilik daşıyıcısının parametrlərinə (təzyiq, temperatur, sərfiyyat), nəzarət-ölçmə vasitələrinin qızdırılmasına, onların yerləşdikləri otaqların temperaturuna gündəlik nəzarət etmək, bu barədə operativ jurnalda qeydiyyat aparmaq, həmçinin isidilən otaqların istilik izolyasiyasına (çərçivələrin, pəncərələrin, qapıların, darvazaların, örtücü konstruksiyaların və s. vəziyyətinə) nəzarət etmək;
32.10.7. bağlayıcı-tənzimləyici armaturun təsdiqlənmiş təmir qrafiki üzrə sazlığını yoxlamaq, onlara daxili baxış keçirmək və təmir üçün siyirtmələrin çıxarılması isə 3 ildə ən azı 1 dəfə, qızdırıcı cihazlarda tənzimləyici kranların bərkidici kipgəcinin bağlanma kipliyinin və dəyişilməsinin yoxlanması isə ildə 1 dəfədən az olmamaqla;
32.10.8. siyirtmələrin və ventillərin tənzimləyici hissələrini sonadək bağlamaq, ardınca açmaqla ayda 2 dəfə yoxlamaq;
32.10.9. flanslı birləşmələrin kipləşdirici araqatlarını beş ildə ən azı 1 dəfə dəyişdirmək.
32.11. İstilik mövsümünün başlanmasından öncə istehlakçılara məxsus binadaxili və ya mənzildaxili mühəndis istilik qurğularının, o cümlədən isitmə cihazlarının texniki vəziyyətinin qiymətləndirilməsi, sızmaların olması və tənzimləyici cihazların işlək olub-olmamasını müəyyən etmək üçün sistemə müəyyən edilmiş təzyiq altında su verilməlidir.
33.1. İsti su təchizatı sistemində suyun temperaturu avtomatik temperatur tənzimləyicisi vasitəsilə tənzimlənməlidir. Temperaturların avtomatik tənzimləyicisi nasaz olan qurğuların isti su istilik məntəqəsinin boru kəmərlərinə qoşulmasına yol verilmir.
33.2. İsti su təchizatı sisteminin istismarı zamanı aşağıdakılara riayət edilməlidir:
33.2.1. məişət su ehtiyacları üçün verilən isti suyun keyfiyyətinin müəyyən edilmiş standartlara uyğun olması;
33.2.2. mərkəzləşdirilmiş isti su təchizatı sistemlərində sugötürmə nöqtələrində isti suyun temperaturu: açıq istilik təchizatı sistemlərində 60°C-dən aşağı olmamalı; bağlı istilik təchizatı sistemlərində 50°C-dən aşağı olmamalı; hər iki sistemdə 75°C-dən yuxarı olmamalıdır;
33.2.3. isti su sərfiyyatı müəyyən olunmuş normalara uyğun təmin edilməlidir.
33.3. İstismar rejimində sistemdəki təzyiq statik təzyiqdən azı 0,05 MPa artıq saxlanılmalıdır.
33.4. İsti su təchizatı sistemlərinin istismarı zamanı aşağıdakılar təmin edilməlidir:
33.4.1. avadanlıqların, boru kəmərlərinin, armaturun, ölçmə vasitələrinin və avtomatika vasitələrinin işlək vəziyyətdə saxlanılması, nasazlıqların və sızmaların aradan qaldırılması;
33.4.2. sistemdə istilik daşıyıcısının parametrlərinə və keyfiyyətinə nəzarət edilməsi.
33.5. Qapalı sistemlərdə şəbəkə suyunun götürülməsinə icazə verilmir.
34.1. Hər bir buxar-su qızdırıcısı kondensatın kənarlaşdırılması üçün kondensatötürücü və ya səviyyə tənzimləyicisi, havanın buraxılması və suyun boşaldılması üçün bağlayıcı armaturla təchiz olunmuş ştuserlər, həmçinin təhlükəsizlik qurğusu ilə təchiz edilir.
34.2. Tutumlu suqızdırıcıları, qızdırılan mühit tərəfdən qoruyucu klapanlarla, həmçinin hava və drenaj qurğuları ilə təchiz olunur.
34.3. İstilik mühiti buxar, buxar-su, olan istilik mübadilə qurğuları, gövdələrində kondensatın tələb olunan səviyyəsini təmin edən qurğular və ya kondensatayırıcıları ilə təchiz olunur.
34.4. İstilik mübadilə qurğusunda, boru dəsti daxilindəki axın xətti və ya borulararası fəzada hidravlik müqavimətin istehsalçı zavodun pasportunda, layihədə göstərilən və ya sınaqlar nəticəsində müəyyən edilmiş hesablanmış göstəricidən 25%-dən çox artması halında istilik mübadiləsi aparatlarının istismarına yol verilmir.
34.5. Qoruyucu qurğular, elə hesablanır və tənzimlənir ki, mühafizə olunan elementdə təzyiq hesabat qiymətini 10%-dən artıq aşmasın.
34.6. Üzərində qoruyucu vasitə quraşdırılmış qol borudan istilik daşıyıcısının götürülməsi, bağlayıcı armaturun bilavasitə qoruyucu qurğularla yanaşı quraşdırılması yol verilməzdir. Klapanlar işə düşən zaman xidmət heyətini yanıqlardan mühafizə etmək üçün qoruyucu klapanların ayırıcı boru kəmərləri olmalıdır. Bu ayırıcı kəmərlər donmaqdan qorunmalı və onlarda toplanan kondensatın axıdılması məqsədilə drenajlarla təchiz olunmalıdır, drenaj buraxıcılarının qəbuledici qurğu ilə birləşməsi görünən yarıqla aparılmalıdır.
34.7. Buxarla işləyən istilik mübadiləsi aparatlarında kondensatın keyfiyyətinə nəzarət etmək məqsədilə soyuduculu nümunə götürən qurğular quraşdırılmalıdır. Kondensatın keyfiyyəti qənaətbəxş olmadığı təqdirdə istilik mübadilə qurğusunun ümumi kondensat toplayıcı sistemdən və onun drenajından açılma mümkünlüyü nəzərdə tutulmalıdır.
34.8. İstilik mübadiləsi qurğuları qızdırılan mühitin temperaturunu təyin olunan səviyyədə təmin edən avtomatik temperatur tənzimləyiciləri, həmçinin qızdıran və qızdırılan mühitin girişi və çıxışında quraşdırılan nəzarət ölçmə cihazları ilə (manometr və termometrlərlə) təchiz olunur.
34.9. Şəbəkə qızdırıcıları işləyərkən təmin olunur:
34.9.1. buxar təchizatı sistemlərində kondensatın səviyyəsinə və kondensatı avtomatik geri qaytaran qurğuların işinə nəzarət;
34.9.2. buxar təchizatı sistemlərində qızdırıcının buxar mühitindən kondensasiya olunmayan qazların ayrılmasına nəzarət;
34.9.3. temperatur genişlənmələri nəticəsində gövdələrin yerdəyişməsinə nəzarət;
34.9.4. temperatur basqısına nəzarət;
34.9.5. şəbəkə suyunun qızmasına nəzarət;
34.9.6. hidravlik müqavimətə nəzarət;
34.9.7. buxar təchizatı sistemlərində qızdırıcı buxar kondensatının keyfiyyətinə görə hidravlik sıxlığa nəzarət.
34.10. Şəbəkə suları ilə işləyən istilik mübadiləsi qurğuları onu temperatur qrafikinə uyğun temperaturda istilik təchizatı sisteminə qaytarmalıdır. Hər bir istilik mübadiləsi qurğusunun üzərində aşağıdakı göstəricilər olan lövhəciyə malik olmalıdır:
34.10.1. istehsalçının adı;
34.10.2. işçi mühitin adı və onun təyinatı;
34.10.3. qızan və qızdırılan mühit üçün hesablanan işçi təzyiq, MPa;
34.10.4. qızan mühitin maksimal temperaturu, °C;
34.10.5. istehsalçının zavod nömrəsi, istehsal ili.
34.11. Hər bir şəbəkə qızdırıcısı və qızdırıcı qrupları üçün layihə göstəriciləri və sınaqların nəticələrinə əsasən aşağıdakılar qızdırıcıların pasportlarında qeyd edilir:
34.11.1. hesablanmış istilik məhsuldarlığı və ona uyğun olan qızdırıcı buxar və şəbəkə sularının parametrləri;
34.11.2. temperatur basqısı və şəbəkə sularının maksimal qızdırılma temperaturu;
34.11.3. buxar və su tərəfdən maksimal yolverilən təzyiq həddi;
34.11.4. şəbəkə sularının hesabat sərfi və ona uyğun təzyiq itkisi.
34.12. İstilik mübadiləsi qurğularının boru sistemi çirklənmə dərəcəsinə görə qızdırılma dövründən əvvəl ildə 1 dəfədən az olmayaraq təmizlənməlidir. İstilik mübadiləsi qurğuları, istilik məhsuldarlığına görə 5 ildə 1 dəfədən az olmayaraq sınaqlardan keçirilir.
34.13. İstilik və isti su təchizatı sistemlərinin su–su və buxar–su qızdırıcıları bu Qaydaların tələblərinə uyğun olaraq sızmaya qarşı sınaqdan keçirilir. Sınaqlar, ön və arxa qapaqlar çıxarılmaqla (seksiyalı “kalaç” tipli istilik mübadilə aparatları üçün) borulararası məkan tərəfdən sınaq təzyiqi ilə aparılır.
34.14. Su–su istilik mübadilə aparatlarının boru sisteminin aşınması və ya valların (boru bərkidilməsinin) kip olmaması nəticəsində şəbəkə suyunun isti su təchizatı sisteminin boru kəmərlərinə sızmasını və ya su kəməri suyunun istilik şəbəkəsinin boru kəmərlərinə keçməsini aşkar etmək məqsədilə bütün istilik mübadilə aparatlarının kipliyi dövri olaraq, ən azı 6 ayda 1 dəfə, su kəmərində və ya istilik şəbəkəsində olan təzyiqə bərabər təzyiq altında yoxlanılır.
34.15. Su kəmərində təzyiq istilik təchizatı sisteminin qayıdıcı boru kəmərində olduğundan artıq olduqda, istismar şəraitində qızdırıcıların kipliyinin yoxlanmasına qızdırıcıdan sonra qayıdıcı boru kəmərində şəbəkə sularının kimyəvi analizi vasitəsilə yol verilir. Suyun keyfiyyətinin pisləşməsi borucuqların sıx olmadığını göstərir.
34.16. İstilik mübadilə qurğusunda və ya qızdırıcı borularda sızma aşkarlandıqda, onlar təmir edilməlidir. Müvəqqəti tədbir kimi sızmanın qarşısını almaq üçün zədələnən borunun yerinə bağlayıcı klapan quraşdırılmasına yol verilir.
34.17. İstilik mübadiləsi qurğularının və sistem drenajının və boruarası mühitin məcburi qısamüddətli dayandırılması zamanı istilik mübadilə edicilərin su ilə doldurulması yalnız boru qəfəslərinin soyumasından sonra aparılır.
35.1. İstilik qurğularının, boru kəmərlərinin və digər avadanlıqların metalın korroziyası, zədələnmə və səmərəliliyin azalması zamanı etibarlı işini təmin etmək üçün kimyəvi rejimi təşkil edilməlidir. İstilik təchizatı sistemlərinin qazanxanalarında avadanlıqların və boru kəmərlərinin istilik ötürücü səthlərində ərp, çöküntü və şlam əmələ gəlməsinə yol verilmir.
35.2. Avadanlıqların kimyəvi rejiminin təşkilini və ona nəzarəti istilik təchizatı subyektinin struktur bölməsinin hazırlıqlı heyəti həyata keçirir. Bu işlərin icrası üçün istilik təchizatı subyektinin zəruri imkanları olmadığı hallarda istilik təchizatı subyekti ixtisaslaşmış podratçıları cəlb edə bilər.
35.3. Su hazırlığına nəzarətin dövriliyi ilkin suyun keyfiyyəti və fəaliyyətdə olan avadanlığın vəziyyəti nəzərə almaqla istilik təchizatı subyektinin struktur bölməsi tərəfindən təyin olunur. İstilik mənbələrinin paylayıcı şəbəkələrinə və açıq istilik təchizatı sistemlərinə vurulan bəsləyici suyun codluğu tələb olunan norma həddinə qədər azaldılmalıdır.
35.4. Buxar qazanlarının və istilik təchizatı sistemlərinin bəsləyici sularının kimyəvi təmizləmə üsullarının seçimi, qazanların və istilik təchizatı sistemləri üçün suyun hazırlanma üsulları, su hazırlanması texnologiyasının işlənməsi, istilik təchizatı subyekti tərəfindən, buna imkanı olmayan istilik təchizatı subyektləri üçün bu sahədə müvafiq icazəsi olan digər ixtisaslaşmış podratçılar tərəfindən, xam suyun keyfiyyətini, istilik daşıyıcılarına olan sanitar tələbləri, istilik istehlakedici qurğunun konstruksiyası ilə təyin olunan tələblər, təhlükəsiz istismar şərtləri, texniki-iqtisadi göstəricilər və istehsalçının tələbləri nəzərə alınmaqla aparılır. Qazandaxili suyun kimyəvi rejimi və onun emalı, istilik təchizatı subyekti tərəfindən, istilik texniki tədqiqatlara əsasən təyin olunur. Suyun qazana kimi və ya qazandaxili emalı olmadan qazanların istismarına yol verilmir.
35.5. Qazanxanalar yalnız suhazırlayıcı qurğuların işlək olması deaerator da daxil olmaqla, süzgəclərin yüklənməsi və onların nəzarət-ölçmə vasitələri ilə təchiz olunduqdan sonra istismara qəbul olunur.
35.6. İstilik qurğularını istismara daxil etməzdən öncə aşağıdakıları etmək lazımdır:
35.6.1. suhazırlığı və deaerasiya sistemi sazlanmalı, deaerator və qidalandırma və əlavə bəsləyici suların suhazırlayıcı aparatlarının möhkəmliyi və kipliyi sınaqdan keçirilməlidir. Deaeratorun işi üçün buxar qazanında buxarın olmaması zamanı qazanın işə düşməsindən öncə, yalnız deaeratorun möhkəmliyinin və kipliyinin sınağı aparılmalıdır və hidravlik hissəsinin sazlanması həyata keçirilməlidir;
35.6.2. qazanı qoşmadan öncə qazan və ona qoşulan istilik-su təchizatı qurğuları və kəmərləri yuyulmalıdır.
35.7. Qazan, yalnız onun yuyulması bitdikdən sonra qazana verilən suyun codluğu və onda həll olunmuş oksigenin miqdarı normalara cavab verdikdə işə salınır; dəmir birləşmələrinin qatılığı bu zaman sərhəd göstəricilərinin 50%-ni aşmamalıdır.
35.8. İstehsalçı müəsissələrin tələbləri, bu Qaydaların və digər normativ-texniki sənədlərin tələbləri nəzərə alınmaqla istilik qurğuları üçün kimyəvi rejimin aparılması üzrə təlimat hazırlanır və həmin təlimatlarda aşağıdakılar göstərilməlidir:
35.8.1. təlimatın təyinatı və vəzifələrin siyahısı;
35.8.2. təlimatın tərtibi zamanı istifadə olunmuş sənədlərin siyahısı;
35.8.3. əsas qovşaqların həmçinin, əsas və köməkçi avadanlıqların, o cümlədən, qazanların, deaerasiya qurğularının, suyun kimyəvi emalı üçün qurğuların, konservasiya üçün qurğuların və avadanlıqların kimyəvi təmizlənməsinin, anbar təsərüfatı ilə suhazırlığı üçün qurğuların texniki göstəriciləri və qısa təsviri;
35.8.4. manual və avtomatik kimyəvi nəzarət etmək məqsədilə su, buxar və kondensat nümunələrinin götürülməsi nöqtələrinin siyahısı;
35.8.5. qidalandırıcı suların, qazan sularının və əlavə suların keyfiyyət normaları;
35.8.6. buxar və kondensatın keyfiyyət normaları;
35.8.7. istilik təchizatı sistemlərində bəsləyici və şəbəkə sularının keyfiyyət normaları;
35.8.8. kimyəvi nəzarətin qrafiki, həcmi və üsulları, normativ sənədləşməyə istinad etməklə kimyəvi analizlərin aparılma üsulları;
35.8.9. avtomatika sisteminin, suyun qazan öncəsi emalı üçün və kimyəvi rejimə nəzarətin təşkilində istifadə olunan ölçmə və siqnallama qurğularının siyahısı və qısa təsviri;
35.8.10. avadanlıq dayandırıldıqdan sonra, avadanlığın hazırlanması və işə buraxılması üzrə əməliyyatların yerinə yetirilməsi və onun normal istismar zamanı işə qoşulması habelə qurğuların montajı və ya təmirindən sonra o cümlədən, qurğuda işlərin bitirilməsinin yoxlanılması, qurğuya baxış, işəsalma üçün hazırlığın yoxlanılması, müxtəlif istilik vəziyyətlərindən avadanlıqların işə buraxılması əməliyyatların yerinə yetirilmə qaydaları;
35.8.11. normal istismar zamanı avadanlıqlara xidmət üzrə əməliyyatların yerinə yetirilmə ardıcıllığı;
35.8.12. deaerasiya rejiminə, qazanın işə başlama, normal istismarı və dayandırılması zamanı suyun hazırlanması və kimyəvi emalı rejiminə nəzarət üzrə əməliyyatların yerinə yetirilmə ardıcıllığı;
35.8.13. avadanlıqların qəza səbəbindən ehtiyata, təmirə dayandırılması zamanı əməliyyatların ardıcıllığı və dayanma zamanı həyata keçirilən yuma, konservasiya, təmizlənməyə ehtiyac olduğunu aşkarlamaq üçün avadanlıqların vəziyyətinin qiymətləndirilməsi, korroziya zədələnmələrinə qarşı tədbirlərin yerinə yetirilməsi ardıcıllığı;
35.8.14. avadanlıqların işə başlamasına və iş prosesi zamanı müəyyən əməliyyatların yerinə yetirilməsinin qadağa halları;
35.8.15. mümkün nasazlıqların siyahısı və onların aradan qaldırılması tədbirləri;
35.8.16. kimya labaratoriyasında işləyərkən əsas və köməkçi avadanlıqlara xidmət zamanı təhlükəsizlik texnikası qaydaları;
35.8.17. suhazırlayıcı qurğuların sxemi;
35.8.18. su hazırlama və kimyəvi emal qurğuları üçün lazımlı reagentlərin, eləcə də müayinələr üçün nəzərdə tutulmuş reaktivlərin siyahısı və sərfiyyat normaları.
35.9. Təlimat istilik təchizatı subyektinin rəhbəri tərəfindən təsdiq edilir və heyətin iş yerlərində saxlanılır.
35.10. Dövri olaraq, 3 ildə 1 dəfədən az olmayaraq su hazırlığı qurğuları, su hazırlığı qurğuları təftiş edilməli və nəticələrinə görə tənzimlənməli, kimyəvi rejimin aparılması təlimatına, eləcə də suyun qazan öncəsi emalı üçün olan qurğuların istismarı təlimatına lazımi düzəlişlər edilməlidir.
35.11. Qazanxanalarda hər il əsas avadanlıqların o cümlədən, qazan barabanlarının və kollektorların, suhazırlayıcı qurğuların köməkçi avadanlıqlarının (süzgəclər, reagentlərin yaş saxlanılma anbarları, suyun kimyəvi emalı üçün avadanlıqlar) daxili baxışı təşkil olunur və nəticələri barədə texniki rəhbərin təsdiqi ilə akt tərtib olunur.
35.12. Avadanlıqların daxili baxışına əlavə olaraq, qazanların ən böyük istilik gərginlikli borularından nümunələrin kəsilməsi, habelə, qızdırıcılardan, boru kəmərlərindən və digər avadanlıqlardan çöküntü və şlam nümunələrinin götürülməsi təşkil olunur.
35.13. Buxar və suqızdırıcı qazanlar və suqızdırıcı avadanlıqların təmizlənmə dövriliyi elə müəyyən edilir ki, qazanın qızdırılma səthlərinin ən çox istilik gərginlikli sahələrində çöküntülərlə çirklənmə dərəcəsi, onun təmizlənməsi üçün dayandırıldıqda aşağıdakı həddləri aşmasın:
35.13.1. buxar qazanları üçün qaz və bərk yanacaq ilə işlər zamanı - 500 q/m, maye yanacaq ilə iş zamanı - 300 q/m;
35.13.2. suqızdırıcı qazanlar üçün - 1000 q/m.
35.14. Şəbəkə qızdırıcılarında təmizləmə işləri temperatur fərqinin müəyyən edilmiş normadan artıq olması və ya hidravlik müqavimətin layihə göstəriciləri ilə müqayisədə 1,5 dəfədən çox artması halında aparılmalıdır. Avadanlıqların təmizlənmə üsulu, eləcə də korroziyanın və çöküntülərin yaranmasının qarşısını alan digər tədbirlərin görülməsi, çöküntülərin miqdarı və kimyəvi tərkibindən asılı olaraq, habelə, avadanlıqların daxili baxış göstəricilərinə əsasən müəyyən olunur. Avadanlıqların kimyəvi təmizlənməsinin effektivliyini qiymətləndirmək məqsədilə boruların kəsik nümunələri təmizlənmədən sonra da götürülür.
35.15. Buxar qazanlarının bəslənməsi üçün qazan və əlavə suların keyfiyyəti, eləcə də qidalanma suyunun tərkibinin (regenerativ, şəbəkə və başqa qızdırıcıların kondensatı, drenaj çənlərinin, aşağı nöqtə çənləri, kondensat ehtiyatı və başqa axınların suları) keyfiyyəti rejim qrafiklərində, istilik qurğularında kimyəvi rejimin aparılmasına, istilik sınaqlarının aparılmasına və avadanlıqların sazlanmasına əsasən təyin olunur. Qeyd olunan suların keyfiyyəti elə olmalıdır ki, qidalanma suyunun keyfiyyət normalarına riayət olunması təmin edilsin. Bəsləyici suyun tərkibindəki çirkləndiricilər normaların pozulmasını yaradırsa, onlar dövrə qaytarılana qədər təmizlənməyə məruz qalır və ya atılır. Buxar qazanlarının doymuş buxarının keyfiyyəti sınaqların nəticələrinə əsaslanaraq kimyəvi rejim xəritələrində qeyd olunur.
35.16. Toksiki maddələrin istilik təchizatı sistemlərini təmin edən sulara və şəbəkə sularına bilavasitə çökməsinə yol verilmir. Su hazırlanması prosesində bəsləyici və şəbəkə sularının kimyəvi emalı üçün istifadə olunan reagentlər gigiyenik qiymətləndirmədən keçir. Suda qalıq təşkiledici maddələr gigiyenik normativləri keçməməlidir.
35.17. Hər bir istilik təchizatı sisteminin qidalanması üçün emal olunmamış suyun verilməsi halları operativ qeydiyyat jurnalında verilən suyun miqdarı və su təchizatı mənbəyi göstərilməklə qeyd olunur. Verici və qayıdıcı boru kəmərlərində hər çıxarılma zamanı şəbəkə sularının keyfiyyətinə nəzarət nümunə götürücüləri vasitəsilə həyata keçirilir.
35.18. Qazanxanada su, buxar, kondensat, reagent analizlərinin nəticələri, qazanların havalandırılması və razılaşdırılmış rejim qrafiklərinə və kimyəvi rejimə nəzarətin dövriliyinə əsasən suhazırlığı qurğularına xidmət üzrə əməliyyatlar operativ qeydiyyat jurnalında qeyd edilməlidir. Qazan elementlərinin daxili səthlərinin təmizlənməsi məqsədilə hər bir dayandırılma zamanı çöküntülərin, ərp və şlamın fiziki-mexaniki xüsusiyyətləri və qalınlığının təsviri haqqında operativ qeydiyyat jurnalında qeyd aparılır.
35.19. Xam suyun, yumşaldılmış su və ya kondensat xətlərinə, habelə bəsləyici çənə birləşdirilmiş ehtiyat boru xətlərində, iki bağlayıcı siyirtmə və onlar arasında nəzarət kranı quraşdırılır. Bağlayıcı siyirtmə bağlı vəziyyətdə olmalı, plomblanmalı və nəzarət kranı açıq olmalıdır.
35.20. Suyun qazan öncəsi emalı qurğuları ilə təchiz olunmuş qazanların xam su ilə bəslənməsi yol verilməzdir. Hər bir xam su ilə bəslənmə hadisəsi verilən suyun miqdarı, bəslənmə müddəti və bu dövr ərzində verilən suyun keyfiyyəti göstərilməklə, operativ qeydiyyat jurnalında qeyd olunur.
35.21. İstilik qurğuları üçün suyun, buxar və kondensatın keyfiyyət göstəriciləri istilik qurğuları avadanlıqları istehsalçısının tələbləri ilə müəyyən edilir.
36.1. İstilik qurğularının təhlükəsiz istismarını təmin etmək və detalların istehsal qüsurları, həmçinin istismar zamanı eroziya, korroziya proseslərinin inkişafı, möhkəmlik və plastiklik xüsusiyyətlərin azalması nəticəsində yarana biləcək zədələnmələrin qarşısının alınması məqsədilə əsas və üzərinə metal əridilmiş metalın vəziyyətinə nəzarət təşkil olunmalıdır.
36.2. Metala nəzarət, nəzarətin müddəti və həcmi istilik təchizatı subyektinin rəhbəri tərəfindən təsdiq edilmiş, normativ-texniki sənədlərdə nəzərdə tutulmuş plan və müəyyən edilmiş üsullarla aparılır.
36.3. Normativ-texniki sənədlərdə giriş nəzarəti və metalın normativ resurs həddində vəziyyətinə nəzarət üzrə tələblər müəyyən edilir. Hesablanmış resursunu başa vurmuş avadanlıqların əlavə istismar müddətinin müəyyən edilməsi və etibarlı işini təmin edən tədbirlərin hazırlanması aparılan texniki diaqnostika əsasında həyata keçirilir. İstilik qurğularının işinin etibarlılığını qaldırmaq məqsədilə istilik təchizatı subyektlərində nəzarətin nəticələri və metalların zədələnməsi barədə məlumatların toplanılması və analizi aparılır. Ehtiyac olduqda metala normativ-texniki sənəddə nəzərdə tutulandan əlavə nəzarət edilir. Nəzarətin nəticələri qeyd olunmuş texniki sənədlər avadanlıq silinənə qədər saxlanılır.
36.4. Tədarük edilən qovşaqların və detalların texniki səviyyəsinin müəyyən edilməsi, həmçinin avadanlıq istismara başlamazdan əvvəl və sonrakı istismar nəzarəti zamanı əsas və üzərinə metal əridilmiş metalın vəziyyətinin müqayisəli qiymətləndirilməsi üçün məlumatların əldə edilməsi, eləcə də onların xüsusiyyətlər səviyyəsinin texniki şərtlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə giriş nəzarəti aparılır.
36.5. İstilik qurğularının metal elementlərinin vəziyyətində baş verən dəyişikliklərin qiymətləndirilməsi məqsədilə istismar yoxlaması həyata keçirilir və həmin elementlərin normativ hesabat işləmə müddətindən artıq istismara yararlığı müəyyən olunur. Texniki diaqnostika zamanı metalın faktiki vəziyyəti dağıdıcı olmayan nəzarət üsulları və ya nümunələrin kəsilib götürülməsi yolu ilə qiymətləndirilir.
37.1. Gücü 10 Qkal/saat və ya daha yuxarı olan istilik təchizatı və istilik istehlakı sistemləri istismar edilərkən gecə-gündüz fəaliyyətdə olan operativ dispetçer xidməti təşkil olunur, 10 Qkal/saat-dan aşağı gücdə isə operativ dispetçer xidməti istilik təchizatı subyekti rəhbərinin qərarına əsasən müəyyən edilir.
37.2. Operativ dispetçer xidmətinin vəzifələri aşağıdakılardan ibarətdir:
37.2.1. istilik təchizatı subyektinin struktur bölmələrində istilik qurğularının və istilik təchizatı sistemlərində müəyyən edilmiş iş rejimlərinə uyğun olaraq istismar edilməsinin təmin edilməsi və tələb olunan iş rejiminin saxlanılması;
37.2.2. istilik qurğularının iş rejimi üzrə məlumatların operativ qeydiyyat jurnalında qeydə alınması;
37.2.3. istismar zamanı istilik qurğularında aşkar edilmiş qüsurların qeydə alınması və təmir işlərinin planlaşdırılması və hazırlanması proseslərində nəzərə alınması üçün təkliflərin verilməsi;
37.2.4. istilik təchizatı sistemlərinin dayanıqlığının təmin edilməsi üçün vəzifə təlimatları ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində tədbirlərin görülməsi;
37.2.5. istilik enerjisinin keyfiyyət göstəricilərinə dair tələblərin yerinə yetirilməsinə nəzarət edilməsi və kənarlaşma hallarında vəzifə təlimatları ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində tədbirlərin görülməsi;
37.2.6. istilik enerjisinin istehsalı, saxlanması, paylanması (o cümlədən ötürülməsi) və istehlakında texnoloji pozuntuların qarşısının alınması və aradan qaldırılması üçün vəzifə təlimatları ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində tədbirlərin görülməsi.
37.3. İstilik təchizatı sisteminin avadanlığı müxtəlif istilik təchizatı subyektləri tərəfindən istismar olunduğu hallarda onlar arasında sərəncamverici sənədlər və təlimatlarla rəsmiləşdirilmiş, dispetçer idarəçiliyinin razılaşdırılmış fəaliyyəti təşkil olunmalıdır. İstilik enerjisinin istehsalı, saxlanması, ötürülməsi və paylanması fəaliyyətini həyata keçirən istilik təchizatı subyektlərində avadanlıqlara gecə-gündüz operativ idarəçilik təşkil olunur və onların vəzifələri aşağıdakılardan ibarətdir:
37.3.1. tələb olunan iş rejiminin saxlanılması;
37.3.2. çevirmələrin, işəsalmaların və dayandırmaların icrası;
37.3.3. qəzaların lokallaşdırılması və iş rejiminin bərpası;
37.3.4. təmir işlərinin icrasına hazırlıq.
37.4. İdarəetmə dispetçer və texnoloji idarəetmə qurğuları və idarəetmə sistemləri ilə, həmçinin əməliyyat sxemləri ilə təchiz edilmiş dispetçer məntəqələrindən və idarəetmə lövhələrindən həyata keçirilir.
37.5. Operativ-dispetçer xidməti tərəfindən əməliyyat danışıqlarının və qeydlərin aparılması, çevirmə əməliyyatları və istilik qurğularının spesifikliyi və struktur xüsusiyyətləri nəzərə alınmaqla qəza rejimlərinin aradan qaldırılması üzrə təlimatlar işlənilir. İstilik təchizatı subyektində istilik təchizatı subyektləri ilə əməliyyat danışıqları aparmaq səlahiyyətinə malik olan şəxslərin siyahısı tərtib edilir və istilik təchizatı subyektinin texniki rəhbəri tərəfindən təsdiq edilərək qarşı tərəfə çatdırılır.
37.6. Əməliyyat danışıqları və sənədləşmələr eyni terminologiya, birtipli sərəncam, məlumat və qeydlərdən istifadə edilməklə aparılır.
38.1. İstilik qurğularının iş rejimlərinin idarə edilməsi gündəlik qrafiklər əsasında təşkil edilir. İstilik mənbələrindən normal şəraitdə təyin olunmuş yük qrafikinə daxil edilmiş ehtiyatların idarə olunması tələb olunur. İstilik mənbəyinin operativ heyəti istilik təchizatı sisteminin operativ dispetçer xidmətinə qrafikdən məcburi kənaraçıxmalar barədə dərhal məlumat verməlidir.
38.2. İstilik şəbəkələrinin istilik daşıyıcılarının parametrlərinin tənzimlənməsi nəzarət məntəqələrində istilik daşıyıcısının verilmiş təzyiq və temperaturda olmasını təmin edir. İstilik enerjisinin paylayıcısı və istilik enerjisinin istehlakçıları arasındakı müqavilə ilə başqa şərtlər nəzərdə tutulmayıbsa, istilik daşıyıcısının temperaturunun qrafiklə təsdiq edilmiş verilən qiymətdən qısamüddətli (3 saatdan çox olmamaqla) kənara çıxmasına icazə verilir.
38.3. Şəbəkədə istilik daşıyıcılarının parametrlərinin tənzimlənməsi, aşağıdakılara təsir etməklə, avtomatik və ya əllə həyata keçirilir:
38.3.1. istilik mənbələrinin və istehlakçılarının işinə;
38.3.2. istilik təchizatı sisteminin hidravlik rejiminə, o cümlədən, nasos stansiyalarının və istilik istehlakçısı olan elektrik qurğularının ifrat cərəyan dəyişmələrinə və iş rejimlərinə;
38.3.3. qidalandırıcı suyun dəyişən sərfini ödəmək üçün istilik mənbələrinin suhazırlayıcı qurğularının daim hazırlığının dəstəklənməsi yolu ilə qidalandırma rejiminə.
39.1. İstilik təchizatı subyektinin istismara qəbul edilmiş istilik qurğuları dörd əməliyyat vəziyyətindən birində olur: iş, ehtiyat, təmir və ya konservasiya.
39.2. İstilik qurğularının, o cümlədən təsdiqlənmiş plan üzrə təmir və sınaqdan keçirilməsi üçün işdən və ehtiyatdan çıxarılması operativ dispetçer xidməti məlumatlandırılmaqla sənədləşdirilir.
39.3. Avadanlığı dərhal açmaq lazımdırsa, açılmanı təlimatların tələblərinə uyğun olaraq istilik qurğularını istismar edən operativ heyəti, mümkün olduqda əvvəlcədən və ya sonradan yuxarı operativ-dispetçer xidmətini xəbərdar etməklə icra edir. Avadanlıqlar açıldıqdan sonra səbəbləri və təxmini təmir müddəti göstərilməklə təcili sənədləşdirilir.
39.4. İstilik təchizatı subyektinin əsas avadanlığının əsaslı və ya cari təmirə çıxarılmasına icazə istilik təchizatı subyektinin struktur bölməsi tərəfindən verilmiş sifariş əsasında istilik təchizatı subyektinin rəhbəri tərəfindən verilir və operativ dispetçer xidmətində qeydiyyata alınır.
39.5. Avadanlıqların təmirə çıxarılması və işə salınma müddəti, eləcə də qazanların alışdırılması və tələb olunan gücə qədər yüklənməsi əməliyyatlarının müddəti sifariş üzrə icazə verilən təmir müddətinə daxil edilir. Əgər hər hansı səbəbdən avadanlıq təyin olunan vaxtda açılmamışdırsa, təmir müddəti azaldılır, işə salınma tarixi eyni qalır. Təmir müddətini yalnız istilik təchizatı subyektinin operativ dispetçer xidməti tərəfindən uzadıla bilər.
39.6. İstismar istilik təchizatı subyektinin avadanlığın təmirinin başa çatması, onun işə salınması və sifarişin bağlanması barədə bildirişindən sonra avadanlıq işə buraxılmış sayılır.
40.1. İstilik qurğularını istismar edən operativ heyət vəzifə təlimatlarının tələbləri əsasında istilik təchizatı subyektinin avadanlığının istismar təlimatlarına uyğun olaraq təhlükəsiz, etibarlı və qənaətli iş rejimini idarə edir. Operativ heyətin sayı və ixtisas baxımından tərkibinin təşkili istilik təchizatı sektorunu tənzimləyən normativ sənədlərə və bu Qaydalara uyğun olaraq həyata keçirilir. Operativ heyətinin iş yerlərində heyət tam tərkiblə işləmədikdə iş yerlərinin birləşdirilməsinə yalnız istilik təchizatı subyekti rəhbərliyinin yazılı göstərişi ilə yol verilir.
40.2. Operativ heyət növbə zamanı onun idarəçiliyində və sərəncamında olan avadanlıqların bu Qaydalara, avadanlıqların istehsalçı təlimatlarına və yerli təlimatlara, istilik təchizatı sektorunu tənzimləyən normativ sənədlərin tələblərinə uyğun olaraq istismarına, eləcə də yuxarı operativ-dispetçer heyətinin sərəncamlarını qeyd-şərtsiz yerinə yetirilməsinə görə cavabdehlik daşıyır.
40.3. İş rejimləri pozulduqda, avadanlıqlar zədələndikdə və yanğın hallarında operativ heyət normal fəaliyyətinin bərpası və qəza vəziyyətinin aradan qaldırılması, texnoloji pozuntuların artmasının qarşısını almaq üçün dərhal tədbirlər görür və hadisəni təsdiq olunmuş siyahı üzrə operativ-dispetçer və inzibati-texniki heyətə məlumat verir. Yuxarı vəzifəli operativ-dispetçer heyətinin səlahiyyətinə aid verdiyi sərəncam, ona tabe olan operativ heyət tərəfindən icra olunması mütləqdir.
40.4. Yuxarı vəzifəli operativ-dispetçer heyətinin idarəçiliyində və ya sərancamında olan avadanlıqlar, şəxslər üçün aşkar təhlükə halları istisna olmaqla, yuxarı vəzifəli operativ-dispetçer heyətinin icazəsi olmadan işə qoşula və ya işdən çıxarıla bilməz.
40.5. Yuxarı vəzifəli operativ-dispetçer heyətinin sərəncamları dəqiq və qısa olaraq verilir. Ona tabe olan operativ heyət sərəncamı dinlədikdən sonra sərəncamın mətnini təkrarlayır və sərəncamı düzgün anladığının təsdiqini alır. Yuxarı vəzifəli operativ-dispetçer heyətinin sərəncamları dərhal və dəqiq yerinə yetirilir. Operativ-dispetçer heyəti sərəncamı verdikdə və ya aldıqda və ya icazə aldıqda onu qeydiyyat jurnalında qeyd edir. Əməliyyat danışıqlarının elektron qeydiyyatı vasitələri olduğu halda, qeydiyyat jurnalında qeyd olunan məlumatların həcmi inzibati-texniki heyət tərəfindən təyin edilir.
40.6. Əməliyyat danışıqları qəbul edilmiş terminologiyaya uyğun olaraq aparılır. İstilik qurğuları, şəbəkələr, texnoloji mühafizə və avtomatika qurğuları təyin olunmuş dispetçer adlarına görə qısaldılmadan tam olaraq adlanır. Texniki terminoloji və dispetçer adlarından heç bir kənara çıxmaya icazə verilmir.
40.7. İstilik təchizatı subyektinin avadanlığının iş rejiminin dəyişdirilməsinə dair sərəncamlarda dəyişdirilən rejim parametrlərinin göstəriciləri və bu göstəricilərə nail olma müddəti, həmçinin sərəncamın verilmə müddəti göstərilməlidir.
40.8. Operativ heyət, yuxarı vəzifəli operativ-dispetçer heyətinin səlahiyyətinə daxil olan məsələlər üzrə inzibati-texniki heyətdən və mütəxəssislərdən sərəncam aldıqda, onu yuxarı vəzifəli operativ-dispetçer heyətinin razılığı ilə icra edir.
40.9. Yuxarı operativ-dispetçer heyətinin sərəncamının icrasını yerinə yetirməməyə görə məsuliyyəti, sərəncamı icra etməyən şəxslər və onun icra olunmamasına icazə verən inzibati-texniki heyət daşıyır.
40.10. Yuxarı operativ-dispetçer heyətinin sərəncamı ona tabe olan operativ heyətdə yanlış təsəvvür yaradırsa, o, dərhal bu barədə sərəncam verənə məruzə etməlidir. Sərəncam təsdiq olunarsa, operativ heyət onu icra edir və qeydiyyat jurnalında qeyd edir.
40.11. Ehtiyatda olan operativ-dispetçer heyətinin üzvləri növbədə olan operativ heyətin icazəsi ilə, qeydiyyat jurnalında, naryad və sərəncamlar üzrə görülən işlərin uçotu jurnalında qeyd edilməklə, vəzifə təlimatları çərçivəsində istilik qurğularına xidmət işlərinin yerinə yetirilməsinə cəlb olunur.
40.12. Operativ heyətin üzvlərindən birinin növbə başlayana kimi dəyişdirilməsi, inzibati-texniki heyətin və mütəxəssislərin razılığı ilə qrafiki imzalanmaqla və yuxarı səviyyəli operativ-dispetçer heyətinə məlumat verməklə icazə verilir.
40.13. Ardıcıl iki növbədə işə icazə verilmir.
40.14. Operativ heyətdən hər bir işçi iş yerinə gələrək özündən əvvəlki işçidən növbəni qəbul edir və iş başa çatdıqdan sonra növbəti işçiyə qrafik üzrə təhvil verir.
40.15. Növbəni təhvil vermədən növbədən getməyə icazə verilmir.
40.16. Operativ heyətdən işçi növbəni qəbul edərkən aşağıdakıları yerinə yetirməlidir:
40.16.1. onun əməliyyat idarəçiliyində və sərəncamında olan istilik qurğularının vəziyyəti, sxemi və iş rejimi ilə tanış olmalıdır;
40.16.2. növbəni təhvil verəndən işdə pozulmaların qarşısını almaq üçün diqqətlə nəzarət edilməli avadanlıq haqqında və ehtiyatda və ya təmirdə olan avadanlıqlar barəsində məlumat almalıdır;
40.16.3. ona təhkim olunmuş ərazidə sifariş, naryad və sərəncamlar üzrə hansı işlərin həyata keçirildiyini aydınlaşdırmalıdır;
40.16.4. alətləri, materialları, yerləşgələrin açarlarını, əməliyyat sənədlərini və iş yerinin sənədlərini yoxlamalı və qəbul etməlidir;
40.16.5. özünün əvvəlki növbəsindən keçən müddət ərzində edilmiş qeydlər və sərəncamlarla tanış olmalıdır;
40.16.6. tabeçiliyində olan işçilərdən hesabatı qəbul etməli və özünün bilavasitə rəisinə növbəni qəbul etdiyi barədə və növbəni qəbul edərkən aşkarladığı çatışmazlıqlar haqqında məruzə etməlidir;
40.16.7. növbənin təhvil-təslimini jurnalda qeyd etməklə özünün və növbəni təhvil verənin imzası ilə sənədləşdirməlidir.
40.17. Operativ heyət dövri olaraq yerli təlimatlara uyğun avtomatika, siqnallama, rabitə qurğularının işini, eləcə də iş yerindəki saatların düzgünlüyünü yoxlayır.
40.18. Operativ heyət təsdiq edilmiş qrafikə uyğun olaraq işlək avadanlıqdan ehtiyat avadanlığa keçidi həyata keçirir, avadanlığın sınağını aparır və profilaktik baxışlarını yerinə yetirir.
40.19. İnzibati-texniki rəhbərlər ona tabe olan və öz vəzifələrini yerinə yetirə bilməyən operativ heyəti tam və ya qismən əvəz edir və ya növbə ərzində onların vəzifələrini bölüşdürür. Bu barədə operativ qeydiyyat jurnalında qeyd olunur və müvafiq idarəetmə səviyyələrində heyət məlumatlandırılır.
40.20. Operativ heyət struktur bölmənin rəhbərinin icazəsi ilə operativ qeydiyyat jurnalında qeyd edilməklə, müvəqqəti olaraq öz vəzifələrinin icrasından azad olaraq, qısamüddətli təmir və sınaq işlərinə cəlb olunur.
41.1. İstilik sxemlərində olan çevirmələr yerli təlimatlara uyğun olaraq həyata keçirilir və əməliyyat sənədlərində əks olunur.
41.2. Təlimatlarda nəzərdə tutulmayan hallarda, həmçinin iki və daha çox əlaqəli istilik təchizatı subyektinin və ya struktur bölmənin iştirakı ilə çevirmələr proqrama uyğun olaraq həyata keçirilir. Təlimatlarda təsvir olunan mürəkkəb çevirmələr də proqrama uyğun olaraq həyata keçirilir.
41.3. Mürəkkəb çevirmələrə aşağıdakılar aiddir:
41.3.1. mürəkkəb əlaqələri olan istilik sxemlərində olan;
41.3.2. uzunmüddətli olan;
41.3.3. böyük ərazilərə malik obyektlərdə olan;
41.3.4. nadir hallarda olan.
41.4. Çevirmələrin mürəkkəbliyinin dərəcəsi və onların həyata keçirilməsi üçün proqram hazırlamaq ehtiyacı iş şəraitindən asılı olaraq texniki rəhbər tərəfindən müəyyən edilir. Nadir hallarda aparılan çevirmə əməliyyatları aşağıdakıları əhatə edir:
41.4.1. quraşdırma və yenidənqurmadan sonra əsas avadanlıqların işə buraxılması;
41.4.2. avadanlıq və istilik təchizatı sisteminin möhkəmlik və kiplik sınağı;
41.4.3. avadanlıqların sınaqları;
41.4.4. avadanlıqların istismarının yeni qeyri-ənənəvi metodlarının yoxlanılması.
41.5. Hər bir istilik təchizatı subyekti texniki rəhbər tərəfindən təsdiqlənmiş kompleks çevirmələrin siyahısını hazırlayır. Siyahıda avadanlıqların işə buraxılması, yenidən qurulması və sökülməsi, texnoloji sxemlərdə dəyişikliklər və texnoloji mühafizə və avtomatika sxemləri qeyd olunur. Siyahı 3 il ərzində 1 dəfə yenidən nəzərdən keçirilir. Siyahının nüsxəsi istilik təchizatı subyektinin operativ-dispetçer heyətinin iş yerində saxlanılır.
41.6. İstilik təchizatı subyektinin texniki rəhbəri inzibati və texniki işçilərdən ibarət olan və proqram üzrə həyata keçirilən çevirmələrin icrasına nəzarət etmək səlahiyyətli şəxslərin siyahısını təsdiq edir. Siyahı heyətin tərkibini dəyişdikdə yenidən hazırlanaraq təsdiq edilir. Siyahının nüsxəsi istilik təchizatı subyektinin operativ-dispetçer heyətinin iş yerində saxlanılır.
41.7. Çevirmələrin yerinə yetirilməsi proqramlarında aşağıdakılar göstərilir:
41.7.1. çevirmələrin yerinə yetirilməsinin məqsədi;
41.7.2. çevirmələrin obyekti;
41.7.3. çevirmələrin yerinə yetirilməsinə hazırlıq üzrə tədbirlərin siyahısı;
41.7.4. çevirmələrin yerinə yetirilməsinin şərtləri;
41.7.5. operativ dəqiqləşdirilməsi mümkün olan çevirmələrin plan üzrə başlama və bitmə vaxtı;
41.7.6. sxemdə olan istilik qurğularının elementlərinin adları və nömrələri, istilik təchizatı subyektinin qəbul etdiyi ad və nömrəyə uyğun olmaqla obyektin sxemi;
41.7.7. texnoloji mühafizə və avtomatika dövrələrinin, bağlayıcı və tənzimləyici hissələrinin və elementlərinin vəziyyətləri göstərilməklə əməliyatların yerinə yetirilmə üsulları və ardıcıllığı;
41.7.8. çevirmələri yerinə yetirən operativ-dispetçer heyəti;
41.7.9. çevirmələrdə iştiraka cəlb olunan heyət;
41.7.10. çevirmələrin yerinə yetirilməsinə rəhbərlik edən operativ-dispetçer heyəti;
41.7.11. çevirmələrdə istilik təchizatı subyektinin iki və daha çox bölmələri iştirak etdiyi hallarda inzibati-texniki heyətdən və ya mütəxəssislərdən ümumi rəhbərliyi həyata keçirən şəxs;
41.7.12. çevirmələrdə iki və daha çox istilik təchizatı subyektinin iştirak etdiyi hallarda – hər bir istilik təchizatı subyektinin inzibati-texniki heyətindən və ya mütəxəssislərdən çevirmələrin yerinə yetirilməsinə məsul şəxslər və inzibati-texniki heyətdən və ya mütəxəssislərdən ümumi rəhbərliyi həyata keçirən şəxs;
41.7.13. proqramda göstərilən şəxslərin vəzifələri və səlahiyyətləri;
41.7.14. işlərin təhlükəsizlik aparılmasını təmin edən tədbirlərinin siyahısı;
41.7.15. qəza halları yarandıqda və ya insan həyatı və avadanlıqların bütövlüyünə təhlükə yaranan vəziyyətlərdə heyətin fəaliyyəti.
41.8. Proqram istilik təchizatı subyektinin texniki rəhbəri tərəfindən, həmin proqram bir istilik təchizatı subyekti çərçivəsindən kənara çıxdığı halda isə çevirmə proqramına qatılan istilik təchizatı subyektinin texniki rəhbərləri tərəfindən təsdiqlənir.
41.9. Təkrar olunan çevirmələr üçün əvvəlcədən hazırlanmış tipik proqramlar tətbiq olunur. Tipik proqramlar 3 ildə 1 dəfə nəzərdən keçirilir və avadanlıqların yenidən qurulması və sökülməsi, texnoloji sxemlərin dəyişdirilməsi və texnoloji mühafizə və avtomatika sxemləri daxil edildikdə emal edilir.
41.10. Çevirmə proqramı və tipik çevirmə proqramları operativ-dispetçer heyəti tərəfindən istifadə olunur və çevirmələr apararkən əməliyyat sənədləri hesab olunur.
41.11. İstilik təchizatı subyektində istilik qurğularının və (və ya) şəbəkələrin mnemosxemi olarsa, dəyişikliklər çevirmələr qurtardıqdan sonra onda əks olunur.
41.12. Çevirmə proqramları əməliyyat sənədləri ilə birlikdə saxlanılır.
42.1. Mülkiyyət formasından asılı olmayaraq istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakı ilə bağlı avadanlıqları, binaları və qurğuları istismar edən istilik təchizatı subyekti istilik qurğularının işində baş vermiş bütün texnoloji pozuntular üzrə araşdırma aparmalı, onların uçotu və məlumatlandırma qaydasına riayət olunmasını həyata keçirməlidir.
42.2. İstilik qurğularının istismarı zamanı bu Qaydaların, Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2026-cı il 1 may tarixli 3-15/3-1-4/2026 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın, yanğın təhlükəsizliyi, istismar və vəzifə təlimatlarının, habelə digər əmr və göstərişlərin tələblərini pozan, eləcə də qəzaların qarşısının alınması məqsədilə nəzərdə tutulmuş təşkilati və texniki tədbirlərin həyata keçirilməsini təmin etməyən şəxslər yol verilmiş texnoloji pozuntulara görə qanunvericiliyə uyğun olaraq cavabdehdilik daşıyırlar.
42.3. Texnoloji pozuntuların araşdırılması, uçotu və təhlilinin əsas vəzifələri aşağıdakılardır:
42.3.1. pozuntuların səbəblərinin və bütün təqsirkar şəxslərin texniki cəhətdən səriştəli və hərtərəfli müəyyən edilməsi;
42.3.2. zədələnmiş avadanlığın iş qabiliyyətinin bərpası, onun işində oxşar pozuntuların qarşısının alınması, pozuntunun baş verdiyi istilik təchizatı subyektinin istismar heyətinin, həmçinin fasiləsiz və etibarlı istilik təchizatına cavabdeh olan digər istilik təchizatı subyektlərinin heyətinin cavabdehliyinin artırılması üzrə tədbirlərin hazırlanması;
42.3.3. istismar və təmirin təşkilinin təkmilləşdirilməsi, modernləşdirmə, yenidənqurma və ya avadanlığın dəyişdirilməsi üzrə, habelə etibarlılıq məsələləri üzrə normativ tələblərin hazırlanması zamanı optimal qərarların qəbul edilməsi;
42.3.4. avadanlığın, istilik şəbəkələrinin və qurğuların iş qabiliyyətinin və normal iş rejiminin pozulmasının bütün halları barədə tam və etibarlı məlumatların əldə edilməsi və toplanması;
42.3.5. istehsalçı zavodlara, tikinti-quraşdırma, sazlama, təmir və layihə təşkilatlarına qarşı iddiaların texniki əsaslandırılması;
42.3.6. istilik təchizatı subyektlərinə və ya istilik enerjisi istehlakçısına istilik təchizatında qəza pozuntularına və texniki cəhətdən əsaslandırılmamış güc məhdudiyyətlərinə görə iddiaların rəsmiləşdirilməsi;
42.3.7. avadanlığın istismar müddətlərinin (istismardan çıxarılmasına qədər) dəqiqləşdirilməsi, ehtiyat avadanlığa və ehtiyat hissələrinə tələbatın əsaslandırılması.
42.4. İstilik qurğusunun istismarı ilə bağlı istehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılması zamanı aşağıdakı vəzifələr həll edilir:
42.4.1. xəsarətalma hallarının aşkar edilməsi;
42.4.2. bədbəxt hadisənin ağırlıq dərəcəsini şərtləndirən amillərin müəyyən edilməsi;
42.4.3. oxşar bədbəxt hadisələrin qarşısının alınması üzrə tədbirlərin müəyyən edilməsi.
İstismar rayonu __________________________________________________________________________________________________________________
Magistral № ________________________________________________
Pasport № ______________________________________________________
________________________________________________________________________________________________________________________________
İstilik təchizatı mənbəyi __________________________________________________________________________________________________________
_________________ № kamerasından
________________ № kamerasına kimi şəbəkə sahəsi
Layihə təşkilatının adı və layihənin nömrəsi ________________________________________
Trassanın ümumi uzunluğu _________ m.
İstilik daşıyıcısı ____________________________
Hesablama parametrləri: təzyiq _____МPA, temperatur ___ °С.
Tikilmə ili _________ İstismara buraxıldığı il _______
ГОСТ və borular qrupu
Borunun sertifikat nömrəsi
Xarici diametri, (mm)
Xarici diametri, (mm)
Bağlayıcı hissənin tipi
Elektrik intiqalı ilə
Kanalın növü (yaxud cizginin nömrəsi)
Divarının qalınlığı, (mm)
Örtüyün konstruksiyası
Divarının qalınlığı, (mm)
Örtüyün konstruksiyası
Tərpənməz dayaqların mövcudluğu
Hidroizolyasiyanın mövcudluğu
Drenajın (buraxılışın) mövcudluğu
5. Kanalda tərpənməz dayaqlar
Kanalın aralarında yerləşdiyi kameraların nömrəsi
N kamerasına bağlanma
6. Tikinti konstruksiyaları (lövhələr, dyukerlər, körpü keçidləri)
Nümunəvi cizginin təsviri və ya nömrəsi
7. Boruların izolyasiyası
Trassa sahəsinin adı (kameranın nömrəsi)
İstilik izolyasiyası materialı
İstilik izolyasiyasının qalınlığı, (mm)
Antikorroziya örtüyünün materialı
8. Boru kəmərinin işlək vəziyyəti və təhlükəsiz istismarı üçün məsul şəxs
Təyinat haqqında əmrin nömrəsi və tarixi
Vəzifəsi, soyadı, adı və atasının adı
9. Avadanlıqda yenidənqurma işləri və dəyişikliklər
İşin xarakteristikası
Dəyişiklik edən şəxsin vəzifəsi, soyadı və imzası
10. Nəzarət yarılmaları
Baxışın nəticələri və aktın nömrəsi
11. İstismar sınaqları
Sınağın nəticələri və aktın nömrəsi
12. Boru kəmərlərinin yoxlanmasının nəticələrinin qeydiyyatı
Növbəti yoxlama müddəti
İcraçı ________________________________________________________________
Nümayəndə ___________________________________________________________
Tutumu ________________________________________________________________________
Markası ________________________________________________________________________
Texniki pasportun tərtib edilmə tarixi
________________________________________________________________________________
Quraşdırma yeri (istilik təchizatı subyektinin adı)
________________________________________________________________________________
________________________________________________________________________________
Rezervuarın elementlərinin əsas ölçüləri (diametr, hündürlük)
________________________________________________________________________________
İşçi cizgiləri hazırlayan təşkilatın adı və cizgilərin nömrələri
________________________________________________________________________________
Metal konstruksiyaların istehsalçısının adı __________________________________________
Rezervuarın qurulmasında iştirak etmiş tikinti-quraşdırma təşkilatlarının adı:
1. _______________________________________________
2. _______________________________________________
3. _______________________________________________
Rezervuarda quraşdırılmış avadanlığın siyahısı _________________________
Layihədən yayınmalar _________________________
Quraşdırmanın başlanma tarixi ____________________
Quraşdırmanın bitmə tarixi ______________________
Rezervuarın hər bir aralıq və ümumi sınağının başlanma və bitmə tarixi və sınaqların nəticələri
________________________________________________________________________________
Rezervuarın qəbul edilməsi və onun istismara buraxılma tarixi ________________________
Texniki pasporta əlavə:
1. Metal konstruksiyaların N təfsilatlı cizgiləri və işçi cizgiləri _______________________
2. Polad konstruksiyaların hazırlanması üzrə zavod sertifikatları _____________________
3. Quraşdırma zamanı layihədən kənara çıxmaların razılaşdırılması haqqında sənəd ______
4. Gizli işlərin qəbulu aktı _____________
5. Quraşdırma zamanı tətbiq edilən elektrodların, elektrod məftillərinin və digər materialların keyfiyyətini təsdiq edən sənədlər (sertifikatlar və s.) ________________________
6. Sınma oxlarını yoxlayarkən və konstruksiyaları quraşdırarkən geodezik ölçmələrin sxemi
________________________________________________________________________________
7. Qaynaq işlərinin jurnalı _____________
8. Rezervuarın sınaq aktları _____________
9. Quraşdırma zamanı konstruksiyaların qaynağını aparmış qaynaqçılara verilmiş rəqəm və ya hərfi işarələrlə qeyd edilmiş ixtisas vəsiqələri (diplomları) haqqında siyahı
________________________________________________________________________________
10. Qaynaq quraşdırma tikişlərinin sınaq nəticələri sənədləri ________________________
11. Qaynaq quraşdırma tikişlərinin keçici şüalanma vasitəsilə sızma yerlərinin sxemləri ilə sızması üzrə rəy
________________________________________________________________________________
12. Quraşdırılmış avadanlığın qəbul aktları ___________________________
Tikinti-quraşdırma təşkilatının nümayəndəsi _____ (imza)
Nümayəndə ______ (imza)
“İstilik qurğularının texniki istismar Qaydaları”na
Yerləşir _________________________________________________________________________
İstilik məntəqəsinin növü _________________________________________________________
İstismara daxil edildiyi il ___________
Balansa və yaxud texniki xidmətə qəbul edildiyi il, istilik təchizatı mənbəyi ______
№ kamerasından qidalanma _________, şəbəkənin № rayonunun magistralları _______________
İstilik daxiledicisinin diametri ____ m, daxiledicinin uzunluğu____ m
İstilik təchizatının girişində hesablama təzyiqi _____m su cədvəli
Soyuq su təchizatının girişində hesablama təzyiqi _____m su cədvəli
İsti su təchizatının VVP qoşulma sxemi ______________________
İsitmə sisteminin qoşulma sxemi ____________________
Temperatur qrafiki ____________________________
Mərkəzi istilik məntəqəsinə qoşulmuş abonentlərin adı və ünvanı:
1. ______________________________________
2. ______________________________________
3. _____________________________________
Ümu-mi uzun-luğu, (m)
Hava və drenaj klapanları
Təyinatı (sirkulyasiya, bəsləyicivə s.)
Elektrik mühərriki-nin markası
Nasosun xarakteristikası
Q – sərfiyyat (m/saat)
Н – təzyiq (m. su st)
n – fırlanma tezliyi (dövrə/dəqiqə)
Bina (kopus), onun ünvanı
Binanın kubaturası, m
Binanın hündürlüyü (mərtəbəlilik), m
Birləşmə (elevatorlu, nasoslu, bilavasitə, müstəqil)
Sistemlərin növləri (birborulu, ikiborulu, yuxarı axın, aşağı)
Sistemin müqaviməti, m
Qızdırıcı cihazların növləri
Hesablanmış istilik yükü, Qkal/saat
Axın qurğularının sayı
hesablanmış istilik yükü, Qkal/saat
Birləşmə sxemi (paralel, iki mərhələli, ardıcıl, açıq sututar)
Hesablanmış istilik yükü, Qkal/saat
Bina sisteminin, binaların yekun yükü, Qkal/saat
Pasporta əlavə: mərkəzi istilik məntəqəsinin sxemi
Pasportun tərtib edilməsi tarixi
Pasportu tərtib etdi ________________________________
(vəzifə, S.A.A., imza)