AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
“İtirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
«Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə,
1. «İtirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament» təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində «Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri»nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.
3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının «30» noyabr 2012-ci il tarixli Q58-001-12 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı:
İtirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu:
Bu xidmət itirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi qaydalarını əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1 “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”. və “Elektron xidmət növlərinin Siyahısı”nın 2.22-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Daxili İşlər Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları:
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
1.7. Elektron xidmətin icra müddəti:
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
İtirilmiş əşyanın tapılmaması barədə arayışın verilməsi.
2.1. Elektron xidmətin növü:
2.2. Elektron xidmət üzrə ödəniş:
2.3. Elektron xidmətin istifadəçiləri:
fiziki və hüquqi şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://mia.gov.az/?/az/content/eservices/
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- http://mia.gov.az/?/az/content/eservices/
- e-poçt: info@mia.gov.az, info@bakupolice.gov.az
- telefon: +994 12 590-91-19
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Elektron xidmətin göstərilməsi üçün ərizə (əlavə №1, 2)
3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.2.1. sorğunun formalaşdırılması:
ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və və istifadəçi tərəfindən həmin elektron ünvana təqdim edilir;
3.2.2. sorğunun qəbulu: sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları:
ərizə tam doldurulmadıqda.
3.3.2. sorğunun qəbulu:
imtina üçün əsas olmadıqda müraciət qəbul edilir.
3.4. Sorğunun icrası:
3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə elektron formada (internet vasitəsi ilə) ünvanlanır.
Sorğunun icrası üzrə Bakı şəhər Baş Polis İdarəsinin rəhbəri bilavasitə məsuliyyət daşıyır.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti:
Ərizəyə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 2 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən göndərilən ərizədə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya 5 gün müddətində (sorğu qeydiyyata alındığı tarixdən) baxılır.
3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu:
3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: itirilmiş əşyanın tapılmaması barədə arayışın skan edilmiş surəti istifadəçinin elektron poçt ünvanına göndərilir. Eyni zamanda əslinin verilməsinin yeri, vaxtı və tarixi barədə onun elektron poçt ünvanına məlumat göndərilir.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi həyata keçirir.
3.5.1. Nəzarət forması:
daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.
3.5.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Yaranan mübahisələrlə bağlı istifadəçi ona elektron xidməti göstərmiş daxili işlər orqanının tabe olduğu yuxarı orqana və ya qanunvericiliklə nəzərdə tutulan qaydada məhkəməyə şikayət etmək hüququna malikdir.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
şikayət ərizəsi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır;
3.6.3. Şikayətin baxılma müddəti:
şikayətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi ilə müəyyən olunmuş qaydada ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
“İtirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə
Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna _______________________________________________________________________________________ ünvanda yaşayan
şəxsiyyət vəsiqəsinin seriyası ____________________№-si
verilmə tarixi_______________________________________
telefon və ya faks nömrələri __________________________
elektron poçt ünvan_________________________________
_________________________________________tərəfindən
Mənə məxsus ________________________________________________________________
_______________________________________________________ naməlum şəraitdə itmişdir.
Xahiş edirəm həmin sənədin (əşyanın) hazıradək Tapıntılar bürosuna təqdim olunub-olunmaması barədə mənə məlumat verəsiniz.
“İtirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə
Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna ______________________________________________________________________________________ünvanda yerləşən
_______________________________________ tərəfindən
telefon və ya faks nömrələri _________________________
elektron poçt ünvan________________________________
Hüquqi şəxsə məxsus olan ____________________________________________________
________________________________________________________ naməlum şəraitdə itmişdir.
Xahiş edirik həmin sənədin (əşyanın) hal-hazıradək Tapıntılar bürosuna təqdim olunub-olunmaması barədə məlumat verəsiniz.
1. 19 noyabr 2015-ci il tarixli Q51-001-15 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511190051, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 noyabr 2015-ci il)
2. 12 aprel 2016-cı il tarixli Q19-001-16 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201604120019, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 aprel 2016-cı il)
3. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)
4. 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)