12.1. İxrac nəzarətini həyata keçirmək səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ona həvalə edilmiş funksiyaların həyata keçirilməsi üçün müvafiq dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən ixrac nəzarəti məsələlərinə aid sənəd və məlumatları almaq hüququ vardır.
12.2. Hüquqi və fiziki şəxslərdən alınmış ixrac nəzarətinə aid sənəd və məlumatlar yalnız ixrac nəzarəti məqsədləri üçün istifadə edilir.
12.3. Bu Qanunun 12.2-ci maddəsində göstərilən sənəd və məlumatların və ya onların məzmununun açıqlanması və ya üçüncü şəxslərə verilməsi qadağandır.
12.4. İxracatçılardan (idxalatçılardan) alınan məxfi məlumatlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq qorunur.