Qanunvericilik › “İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 27.05.2019) › Tam mətn

“İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 27.05.2019)

“İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 27.05.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1005-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1913 nömrəli Fərmanının 1.4-cü bəndinin, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1006-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1914 nömrəli Fərmanının 1.4-cü bəndinin, “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1510-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 5 aprel tarixli 609 nömrəli Fərmanının 1.3-cü bəndinin və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1509-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 5 aprel tarixli 608 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 27 may 2019-cu il

İxtira, faydalı model və sənaye nümunəsi obyektindən istifadə hüququnun verilməsi barədə müqavilənin qeydiyyata alınması üçün

bir iddia sənədi üçün

bir neçə iddia sənədi üçün (hər əlavə iddia sənədi üçün)

Patent hüququnun girov qoyulması barədə müqavilənin (bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün) qeydiyyata alınması üçün

Lisenziya müqavilələrinin qeydiyyata alınması üçün

ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir ədəd patenti üçün

ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir neçə patenti üçün (birdən artıq nəzərdə tutulan hər patent üçün)

İddia sənədi və ya patenti üzrə hüquqların verilməsinə dair qeydiyyata alınmış müqavilələrdə və ya obyektin istifadəsi ilə bağlı qeydiyyata alınmış lisenziya müqavilələrində dəyişikliklər edilməsi üçün

İlkin istifadəçinin hüquqlarının tanınması məqsədilə onun iddiasına baxılması üçün

İxtira patentinin qüvvədə saxlanılması üçün

3-cü ildən 10-cu ilə kimi

fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla

11-ci ildən 20-ci ilə kimi

fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan il üçün 8 manat artırılmaqla, digər şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla

21-ci ildən 25-ci ilə kimi

fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 142 manat, hər artan il üçün 10 manat artırılmaqla, digər şəxslər üçün 710 manat, hər artan il üçün 50 manat artırılmaqla

Faydalı model patentinin qüvvədə saxlanılması üçün

3 ildən 10 ilə kimi – fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla

Sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün

3-cü ildən 10-cu ilə kimi

fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla

11-ci ildən 15-ci ilə kimi

fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan il üçün 8 manat artırılmaqla, digər şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla

Patentin qüvvədəolma ilində illik haqqın ödənilməsi ilə bağlı ötürülən müddətin verilməsinə görə hər ay üçün

fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 3 manat, digər şəxslər üçün 15 manat

İddia sənədinin ekspertizası üçün (ilkin ekspertiza da daxil olmaqla)

bir ixtira, bir faydalı model və bir sənaye nümunəsi üçün

əlavə olaraq, çoxbəndli düsturun 1-dən artıq hər asılı olmayan bəndi üçün

əlavə olaraq, çoxbəndli düsturun 10-dan artıq hər asılı olan bəndi üçün

sənaye nümunəsinin 20-dən artıq hər əlavə sənaye nümunəsi üçün

iddia sənədinin mətninin 30-dan artıq hər səhifəsi üçün

Ekspertizanın sorğusuna cavabın verilməsi müddətinin iddiaçının vəsatəti əsasında 1 (bir) ay müddətinə uzadılması üçün

İddiaçının vəsatəti əsasında iddia sənədinin mahiyyətcə ekspertizası üçün

faydalı model və sənaye nümunəsi

əlavə olaraq, çoxbəndli düsturun 1-dən artıq hər asılı olmayan bəndi üçün

əlavə olaraq, çoxbəndli düsturun 10-dan artıq hər asılı olan bəndi üçün

sənaye nümunəsinin 20-dən artıq hər əlavə sənaye nümunəsi üçün

İddia sənədinin verildiyi tarixdən 1 (bir) ay müddət keçdikdən sonra iddiaçının vəsatəti əsasında iddia sənədinin materiallarına düzəliş və əlavələrin edilməsi üçün

İddiaçının vəsatəti əsasında ixtira barədə iddia sənədinin faydalı model barədə iddia sənədinə (və ya əksinə) çevrilməsi üçün

İddia sənədi üzrə ilkinliyin tələb edilməsi üçün

İddia sənədi üzrə ilkinliyin tələb edilməsi müddətinin iddiaçının vəsatəti əsasında 2 (iki) ay müddətinə uzadılması üçün

İddia sənədinə dair məlumatın dərc edilməsi üçün

İddiaçının vəsatəti əsasında iddia sənədinə dair məlumatın müəyyən edilmiş müddətdən tez dərc edilməsi üçün

Dərc edildikdən sonra iddia sənədinin materialları ilə maraqlı şəxslərin tanış olması üçün

İddiaçının vəsatəti əsasında iddia sənədi barədə məlumat axtarışının aparılması və hesabatın hazırlanması üçün

faydalı model və sənaye nümunəsi

İddia sənədinin beynəlxalq sistem vasitəsilə qeydiyyatı üçün qəbulu, hazırlanması və göndərilməsi

İddiaçının xahişi ilə bir ədəd milli iddia sənədinin və ya onun barəsində məlumatların (Patent Kooperasiyası haqqında müqavilənin təlimatının 17.1(v) qaydası, ilkin sənəd) təsdiqlənmiş surətinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosuna göndərilməsi üçün

İxtiranın, faydalı modelin və sənaye nümunəsinin reyestr məlumatlarından çıxarışın verilməsi üçün

Əmtəə nişanları və coğrafi göstəricilərin qeydə alınması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq 4 (dörd) ay müddətində möhlət verilməsi üçün

Əmtəə nişanının və coğrafi göstəricinin reyestr məlumatlarından çıxarışın verilməsi üçün

Qeydiyyata alınmış əmtəə nişanına dair müstəsna hüquqların müqavilə əsasında başqa şəxsə girov kimi verilməsi ilə bağlı girov müqaviləsinin qeydiyyatı üçün

Lisenziya müqavilələrinin qeydə alınması üçün

bir ədəd əmtəə nişanı üçün

bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün

Əmtəə nişanına dair hüquqların verilməsi barədə və qeydə alınmış lisenziya müqavilələrində dəyişikliklərin aparılması üçün

Qeydiyyatın qüvvədəolma müddəti qurtardıqdan sonra onun müddətinin uzadılması üçün

coğrafi göstərici üçün

Qeydiyyatın qüvvədəolma müddəti keçdikdən sonra müddətin uzadılması üçün verilən 6 (altı) ay müddətinə görə, hər ay üçün:

coğrafi göstərici üçün

İddia sənədinə aid olan materialların təqdim edilməsi müddətinin iddiaçının vəsatəti əsasında 2 (iki) ay müddətinə uzadılması üçün

İddia sənədinin ilkin ekspertizası üçün

İddia sənədinin ekspertizası üçün

Əmtəə nişanına dair ilkinliyin istənilməsi üçün

İddia sənədinin ekspertizası üçün tələb olunan əlavə sənədin verilməsi müddətinin iddiaçının vəsatəti əsasında 2 (iki) ay müddətinə uzadılması

İddia sənədinin ekspertizasına başlanıldığı tarixdən 1 (bir) ay müddət keçdikdən sonra iddiaçının vəsatəti əsasında iddia sənədinin materiallarına düzəliş və əlavələrin edilməsi üçün

İddia sənədinin beynəlxalq sistem vasitəsilə qeydiyyatı üçün qəbulu, hazırlanması və göndərilməsi üçün

Patent müvəkkillərinə namizədin patent müvəkkili kimi attestasiya olunması üçün

Patent müvəkkillərinin qeydiyyata alınması üçün

Qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc edilməsi üçün

1. Əmtəə və ya xidmətin birdən artıq hər sinfi üçün iddia sənədinin ekspertizası üzrə haqq bu cədvəlin 2.10-cu bəndində göstərilən haqqa 60 manat əlavə edilməklə müəyyənləşdirilir.

2. İddiaçının vəsatəti əsasında iddia sənədinin ekspertizasının 1 (bir) ay müddətində aparılması üçün haqq bu cədvəlin 2.10-cu bəndində göstərilən haqqa 180 manat əlavə edilməklə müəyyənləşdirilir.

1. 19 may 2022-ci il tarixli 198 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 560)

2. 16 mart 2024-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 mart 2024-cü il, “Xalq” qəzeti, 28 mart 2024-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 341)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver