Qanunvericilik › “İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.04.2010) › Tam mətn

“İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.04.2010)

“İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.04.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Patent haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli, 190 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri RASİ-ZADƏ

Bakı şəhəri, 12 aprel 2010-cu il

1.1. Bu Qaydalar "Patent haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə uyğun olaraq hazırlanmışdır və ixtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması qaydalarını tənzimləyir.

1.2. İxtira patentinin qüvvədə olma müddətinin uzadılması xüsusən farmakologiya və aqrokimya sahələrinə aiddir.

2.1. İxtira patentinin predmeti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada inzibati prosedurlardan keçməsi tələb olunan məhsula və ya məhsulun hazırlanma üsuluna aid olarsa, patent sahibinin vəsatəti əsasında patentin qüvvədə olma müddəti uzadılır. İxtira patentinin qüvvədə olma müddəti patentin müvafiq inzibati prosedurlardan keçməsi üçün sərf olunan müddətə, lakin 5 (beş) ildən artıq olmamaq şərtilə uzadılır.

Sərf olunan müddətə ixtiraya dair iddia sənədinin verildiyi tarixdən patent alınmasına qədər olan müddət daxil olduğu halda, həmin müddət sərf olunan müddətdən çıxılır.

Sənaye nümunəsi patentinin qüvvədə olma müddəti patent sahibinin vəsatəti əsasında 5 (beş) ildən artıq olmamaq şərtilə uzadılır.

2.2. İxtira patentinin qüvvədə olma müddətinin uzadılması üçün vəsatət patentin qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (bundan sonra – Agentlik) təqdim edilir.

2.3. Sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması barədə vəsatət patentin qüvvədə olma müddətinin sonuncu ilinin bitdiyi tarixə 6 (altı) ay qalmış və ya patentin qüvvədə saxlanması üçün müəyyən edilmiş haqqın ödənilməsinə görə müəyyən edilmiş müddətdən 12 (on iki) aylıq möhlət müddəti keçənədək Agentliyə təqdim olunur.

2.4. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması üçün hər ilə görə qanunvericiliklə müəyyən edilən məbləğdə müvafiq haqq ödənilir.

Patentlərin qüvvədə saxlanılması üçün müəyyən edilən illik haqq hər il üzrə ödənilmədikdə, ixtira və ya sənaye nümunəsi patentləri qüvvədən düşmüş hesab edilir.

2.5. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması üzrə işlərin aparılması bilavasitə patent sahibinin və ya patent müvəkkilinin vasitəsilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

2.6. Vəsatət verilən tarixə kimi bu Qaydalarla müəyyən edilən işlərin yerinə yetirilməsinə dair səlahiyyətlərin patent müvəkkilinə verilməsi əvvəl verilən etibarnamədə göstərilmədikdə, patent müvəkkili Agentliyə yeni etibarnamə təqdim edir.

3.1. İxtira patentinin qüvvədə olma müddətinin uzadılması üçün aşağıdakı sənədlər təqdim olunur:

ixtira patentinin sahibi və ya onun patent müvəkkili tərəfindən verilən vəsatət (1 nömrəli əlavə);

ixtira patentinin predmetinin müvafiq inzibati prosedurlardan keçməsinə sərf olunan müddəti təsdiq edən sənədin surəti;

etibarnamə (zərurət olduqda).

3.2. Patentin qüvvədə olma müddətinin uzadılmasına dair vəsatətə qoşulan sənədlər ixtira düsturunda göstərilən obyekti aşkar etməyə imkan vermədiyi halda, patent sahibi əlavə sənədlər təqdim edir.

3.3. Sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması üçün aşağıdakı sənədlər təqdim olunur:

sənaye nümunəsi patentinin sahibi və ya onun patent müvəkkili tərəfindən verilən vəsatət (2 nömrəli əlavə);

etibarnamə (zərurət olduqda).

3.4. Vəsatət patent sahibi və ya patent müvəkkili tərəfindən imzalanır. Patent sahibi hüquqi şəxs olduqda, vəsatət təşkilatın rəhbəri və ya müvafiq qaydada səlahiyyəti olan şəxs tərəfindən imzalanır. Vəsatətdə imza edən şəxsin soyadı, adı və vəzifəsi göstərilir və hüquqi şəxsin möhürü ilə təsdiq olunur.

Patent sahibi fiziki şəxs olduqda, onun və ya patent müvəkkilinin imzası notariat qaydasında təsdiq edilir.

4.1. Vəsatət Azərbaycan dilində təqdim edilir. Digər sənədlər Azərbaycan dilində və başqa dillərdə verilə bilər. Başqa dillərdə verilən sənədin Azərbaycan dilində tərcüməsi (notarial qaydada təsdiq olunmuş) ərizənin verildiyi tarixdən 2 (iki) ay müddətində təqdim edilməlidir.

4.2. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması barədə Agentliyə daxil olan sənədlər 10 (on) gün müddətində araşdırılır. Patentlərin qüvvədə olma müddətinin uzadılması mümkün hesab edildiyi halda, qərar qəbul olunur, bu barədə məlumat müvafiq Dövlət reyestrinə daxil edilir və vəsatəti verən fiziki və ya hüquqi şəxsə göndərilir. Bu barədə məlumatlar Agentliyin rəsmi bülletenində dərc olunur.

4.3. Agentliyə təqdim olunan sənədlər üzrə iradlar olduğu halda, bu barədə vəsatət verən şəxsə bildiriş göndərilir. Vəsatəti verən şəxs bildirişi aldığı tarixdən 2 (iki) ay müddətində lazımi düzəlişlər edilmiş və ya çatışmayan sənədləri yenidən Agentliyə təqdim etməlidir. Lazımi düzəlişlər edilmiş və ya bu Qaydaların 3-cü bəndinə uyğun çatışmayan sənədlər müəyyən edilmiş müddət ərzində üzrsüz səbəbdən təqdim edilmədikdə, vəsatət verilməmiş hesab olunur.

________________________________________________

(patent sahibinin soyadı, adı və ya hüquqi şəxsin tam adı)

________________________________________________

________________________________________________

(patent sahibinin və ya onun patent müvəkkilinin ünvanı)

___________________________________________________________ adlı ixtiranın

_________________________________________________________ obyektinə aid olan

ixtira düsturunun ____________________________________________ bəndinə dair

_______________________ nömrəli patentin qüvvədə olma müddətinin «______» il

tarixinədək uzadılmasını xahiş edirik.

Qoşma _________ vərəq:

İxtira patentinin predmetinin müvafiq inzibati prosedurlardan keçməsinə sərf olunan müddəti təsdiq edən sənədin surəti

Etibarnamə (zərurət olduqda)

Hüquqi (fiziki) şəxsin adından imza edən şəxsin soyadı, adı, atasının adı

________________________________________________________________________

və ya onun patent müvəkkilinin soyadı, adı, atasının adı __________________

________________________________________________________________________

________________________________________________

(patent sahibinin soyadı, adı və ya hüquqi şəxsin tam adı)

________________________________________________

________________________________________________

(patent sahibinin və ya onun patent müvəkkilinin ünvanı)

_______________________________________________ adlı sənaye nümunəsinə dair

(sənaye nümunəsinin adı)

________________________ nömrəli patentin qüvvədə olma müddətinin «_____» il

tarixinədək uzadılmasını xahiş edirik.

Etibarnamə (zərurət olduqda)

Hüquqi (fiziki) şəxsin adından imza edən şəxsin soyadı, adı, atasının adı

________________________________________________________________________

və ya onun patent müvəkkilinin soyadı, adı, atasının adı __________________

________________________________________________________________________

1. 16 may 2014-cü il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 1 iyun 2014-cü il, № 114; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 580)

2. 18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734)

3. 29 dekabr 2019-cu il tarixli 517 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2097)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver