"Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilmə-si barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.6-cı və 1.41-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin Siyahısı" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 19 oktyabr 2006-cı il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Bu Siyahı "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.6-cı və 1.41-ci bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin siyahısını əhatə edir.
ət milçəyi Cochliomiya hominivora sürfələri ilə zədələnmə
ət milçəyi Chrysoraya bezzina sürfələri ilə zədələnmə
trixinelyoz (trichinella spiralis)
qoyunların kataral isitməsi
yoluxucu rinotraxeit/yoluxucu vuvovaginit
süngərvari ensefalopatiya
kontagioz plevropnevmoniya
yoluxucu düyünlü dermatit
qoyunların epididimiti (Brusella ovis)
qoyun və keçilərin bruselyozu (Brusella ovisdən başqa)
keçilərin artriti/ensefaliti
keçilərin yoluxucu plevropnevmoniyası
qoyunların enzootik abortu (qoyunların xlamidiozu)
atların yoluxucu metriti
atların yoluxucu ensefalomieliti (qərb və şərq)
atların yoluxucu anemiyası (qanazlığı)
atların rinopnevmoniyası
atların viruslu artriti
atların Venesuela ensefalomieliti
transmissiv qastroenterit
enteroviruslu ensefalomielit
yoluxucu larinqotraxeit
ördəklərin viruslu hepatiti
ördəklərin viruslu enteriti
yoluxucu bursit (Qamboro xəstəliyi)
mikoplazmoz (mikroplazma qalliseptikum)
yüksək patogenli quş qripi
dovşanların hemoroji virus xəstəliyi
arı gənəsi Tropilaelaps