Qanunvericilik › Kassasiya instansiyası məhkəməsində mahiyyəti üzrə təkrar baxılan işlərə münasibətdə ədalət mühakiməsinin keyfiyyətinin artırılması haqqında (Ali Məhkəmə Plenumunun qərarı, 04.04.2025) › Tam mətn

Kassasiya instansiyası məhkəməsində mahiyyəti üzrə təkrar baxılan işlərə münasibətdə ədalət mühakiməsinin keyfiyyətinin artırılması haqqında (Ali Məhkəmə Plenumunun qərarı, 04.04.2025)

Kassasiya instansiyası məhkəməsində mahiyyəti üzrə təkrar baxılan işlərə münasibətdə ədalət mühakiməsinin keyfiyyətinin artırılması haqqında (Ali Məhkəmə Plenumunun qərarı, 04.04.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 2024-cü il ərzində mahiyyəti üzrə təkrar kassasiya qaydasında baxılmış işlər üzrə ümumiləşdirmənin nəticələrini və bununla bağlı aparılmış müzakirələri nəzərə alıb “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin tələblərini rəhbər tutaraq

1. Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar apellyasiya baxışına göndərilən işlər üzrə çıxarılmış qərarlardakı göstərişlərin keyfiyyətini artırmaq məqsədilə tədbirlər müəyyən edilsin.

2. Azərbaycan Respublikası Ali Məhkəməsi kollegiyalarının sədrləri kassasiya qaydasında baxılan işlərə münasibətdə ədalət mühakiməsinin keyfiyyətinin artırılması istiqamətində işin təşkilinə dair əlavə tədbirlər görsünlər.

3. Apellyasiya instansiyası məhkəmələrinə ədalət mühakiməsinin keyfiyyətinin artırılması, o cümlədən təkrar baxılan işlər üzrə kassasiya məhkəməsinin qərarlarında qanunvericiliyə uyğun olaraq verilmiş göstərişlərin həmin işə yenidən baxan məhkəmə üçün məcburiliyi prinsipinə riayət olunmasının, habelə göstərişlərdə qoyulmuş məsələlərə münasibətdə fərqli yanaşmanın tətbiq edildiyi hallarda, buna dair mövqelərin aydın şəkildə göstərilməklə qanunvericiliyə uyğun qaydada davranmanın təmin edilməsi üzrə əlavə tədbirlərin görülməsi tövsiyə edilsin.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini qərardan irəli gələn məsələlərin icrasını diqqət mərkəzində saxlamaqla aidiyyəti kollegiyalarla birgə zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin və bu sahədə görülən işlər barədə Ali Məhkəmənin Plenumunda məlumat versin.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri

Bakı şəhəri, 4 aprel 2025-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver