«Kazinolardan, totalizatorlardan, oyun avtomatlarından əldə edilən gəlirdən vergitutma qaydalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 14 mart tarixli 20 nömrəli qərarına əlavələr edilməsi haqqında
Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı
«Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir vergisi haqqında» Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 1997-ci il 26 iyun tarixli 359-IQD nömrəli Azərbaycan Respublikası Qanununa və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 621 nömrəli Fərmanına müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Kazinolardan, totalizatorlardan, oyun avtomatlarından əldə edilən gəlirdən vergitutma qaydalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 14 mart tarixli 20 nömrəli Qərarının 2-ci bəndində «hüquqi şəxslərə» sözlərindən sonra «və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə» sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 14 mart tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş «Kazinolardan, totalizatorlardan, oyun avtomatlarından əldə edilən gəlirdən vergitutma qaydaları»nın 1-ci və 3-cü bəndlərində «hüquqi şəxslər» sözlərindən sonra «və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər» sözləri əlavə edilsin.
3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 3 sentyabr 1997-ci il