Qanunvericilik › Kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyinin əsas istiqamətləri

Kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafına aşağıdakı istiqamətlər üzrə dövlət dəstəyi göstərilir:

13.1.1. kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperasiya meyillərinin stimullaşdırılması;

13.1.2. kooperativlərin və onların ittifaqlarının yaradılmasının dəstəklənməsi;

13.1.3. ölkədə istehsal edilən, daxili və xarici bazarda satılan yerli kənd təsərrüfatı məhsullarının ümumi həcmində kooperativlərin payının artmasının stimullaşdırılması;

13.1.4. kooperativlərin nəzdində fəaliyyət göstərən satış şəbəkələrinin təşkil edilməsi;

13.1.5. kredit təşkilatlarının, bələdiyyələrin, kənd təsərrüfatı və digər müəssisələrin və investorların kooperativlərə ortaq (assosiativ) üzv olmasının stimullaşdırılması;

13.1.6. kooperativlər üçün sığorta mexanizminin təkmilləşdirilməsi;

13.1.7. kooperativlərə və kənd sakinlərinə göstərilən maliyyə-kredit xidmətlərinin genişləndirilməsi;

13.1.8. kooperativlərin güzəştli şərtlərlə kreditləşməsinin təmin edilməsi;

13.1.9. kooperativlərin istehsal vasitələrinə olan tələbatının güzəştli lizinq şərtləri hesabına təmin edilməsi;

* (13.1.9-cü maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)

13.1.10. kooperativlər üçün kredit zəmanəti fondunun yaradılması.

13.2. Kooperativlərə müasir texnika və texnologiyaların, innovasiyaların tətbiqi, kənd təsərrüfatında məhsuldarlığın artırılması, ekoloji təmiz, idxalı əvəz edən və ixrac yönümlü kənd təsərrüfatı məhsullarının istehsalı və digər istiqamətlərdə dövlət dəstəyi göstərilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver