Qanunvericilik › Kiçik həcmli gəmi sürmək hüququ üçün imtahan və attestasiya Qaydaları (Fövqəladə Hallar Nazirliyi, 16.07.2007) › Tam mətn

Kiçik həcmli gəmi sürmək hüququ üçün imtahan və attestasiya Qaydaları (Fövqəladə Hallar Nazirliyi, 16.07.2007)

Kiçik həcmli gəmi sürmək hüququ üçün imtahan və attestasiya Qaydaları (Fövqəladə Hallar Nazirliyi, 16.07.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Nazir _________________ Fikrət Məmmədov

Nazir _____________ Kəmaləddin Heydərov

1.1. Hazırkı qaydalar Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli, 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə"yə və 2006-cı il 29 dekabr tarixli, 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi haqqında Əsasnamə"yə müvafiq olaraq hazırlanmış və Azərbaycan Respublikasının ərazisində kiçik həcmli gəmilərin (bundan sonra - gəmilər) idarə edilməsi hüququnun verilməsi qaydalarını müəyyən edir.

1.2. Kiçik həcmli gəmilərin idarə edilməsi hüququnu verən sürücülük vəsiqəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyində (bundan sonra - Müfəttişlik) keçirilən imtahanların və attestasiyanın nəticəsinə əsasən verilir.

1.3. Attestasiyada gəmi sürücülərinin gəmini idarə etməsi ilə bağlı təcrübü biliklərin yoxlanılması imtahan komissiyası tərəfindən həyata keçirilir.

1.4. Kiçik həcmli gəmiləri idarə etmək hüququ verən sürücülük vəsiqəsini almaq üçün imtahana səhhətinə görə həmin gəmiləri idarə etmək üçün yararlı sayılmış və Müfəttişlik tərəfindən hazırlanan müvafiq proqramlar üzrə xüsusi nəzəri hazırlığa və təcrübi biliyə malik olan, 16 yaşına çatmış şəxslər buraxılır.

1.5. İmtahan və attestasiyanın nəticəsi, imtahan komissiyasının protokolu ilə rəsmiləşdirilir.

2.1. İmtahan komissiyası Müfəttişliyin rəisi tərəfindən formalaşdırılır.

2.2. İmtahan komissiyasının tərkibinə Müfəttişliyin əməkdaşları, ali və orta texniki ixtisası olan su nəqliyyatı mütəxəssisləri daxil edilir.

2.3. İmtahan komissiyasının sədri Müfəttişliyin rəisi tərəfindən təyin edilir.

2.4. İmtahan komissiyasının gündəliyi, komissiyanın tərkibinə daxil olan şəxslərin siyahısı, hər il yanvar ayının onundan gec olmayaraq Müfəttişliyin rəisi tərəfindən təsdiq edilir.

2.5. İmtahan komissiyasının tərkibi 3 (üç) nəfərdən az olmamaq şərti ilə müəyyən edilir.

2.6. Kiçik həcmli gəmilər üzrə gəmi sürücüləri hazırlayan kursların və məktəblərin müəllimləri imtahan komissiyasının tərkibinə daxil edilmirlər.

2.7. İmtahan biletləri bu Qaydalara və Müfəttişlik tərəfindən tərtib olunmuş müvafiq proqramın tələblərinə əsasən hazırlanır və Müfəttişliyin rəisi tərəfindən təsdiq edilir.

3.1. Kiçik həcmli gəmi sürücülərinin imtahana buraxılması üçün imtahan komissiyasına aşağıdakı sənədlər təqdim edilməlidir:

- gəmi sürücüsünün ərizəsi (əlavə 1);

- gəmi sürücüsü ixtisası üzrə təhsil müəssisəsini bitirməsi haqqında diplomun (şəhadətnamənin) surəti və ya gəmi sürücülük üzrə kursları (məktəbləri) bitirməsi haqqında arayış;

- sağlamlıq haqqında arayış;

- 3x4 ölçüdə 2 ədəd şəkil;

- gəmi sürücüsünün şəxsiyyətini təsdiq edən sənəd (imtahan günü təqdim olunur).

3.1-1. Bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

3.2. Gəmi sürücüsü 3.1-ci bənddə göstərilən sənədlərin (bu Qaydaların 3.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) hamısını təqdim etmədikdə imtahana buraxılmır.

3.3. İmtahana buraxılma 3.1-ci bənddə göstərilən sənədlər (bu Qaydaların 3.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) yoxlanıldıqdan sonra İmtahan Komissiyasının sədri tərəfindən həyata keçirilir.

3.4. İmtahana buraxılma haqqında qərar İmtahan Komissiyasının təqdimatına əsasən Müfəttişliyin rəisi tərəfindən qəbul edilir.

3.5. Gəmi sürücüsü imtahana buraxılmadıqda, imtinanın səbəbi göstərilməklə təqdim etdiyi sənədlər geri qaytarılır.

3.6. Gəmi sürücülərinin imtahana buraxılmaması ilə razı olmadığı halda onun ərizəsinə Müfəttişlik tərəfindən ərizə daxil olduğu gündən beş gün müddətində baxılır.

3.7. İmtahan komissiyasının sədri:

- imtahan komissiyasının iclasını keçirir, məsul katibin təyin olunması haqqında Müfəttişliyin rəisinə təqdimat verir;

- imtahan götürən şəxslərin və məsul katibin adı və soyadını protokola (əlavə 2) daxil edir;

- komissiya üzvləri arasında vəzifə bölgüsü aparır;

- komissiyanın iş qaydasını tərtib edir;

- biletlərin və ya test suallarının, əyani vasitələrin, plakatların, maketlərin mövcudluğunu təmin edir;

- istifadə olunan texniki vəsaitlərin sazlığını yoxlayır.

4.1. İmtahan komissiyasının məsul katibi imtahan verənə şəxsiyyəti təsdiq edən sənəd əsasında imtahana buraxılış vərəqəsi verir, onun adını, soyadını, atasının adını protokolda qeyd edir və imtahanın aparılması qaydalarını ona izah edir.

4.2. Buraxılış vərəqəsində imtahanın yeri, tarixi və vaxtı göstərilir.

4.3. Kiçik həcmli gəmilərin idarə olunması üçün keçirilən imtahanlar ümumi qəbul edilmiş proqram əsasında aparılır. İmtahan Müfəttişlik tərəfindən müəyyən edilmiş tələblərə uyğun olaraq, gəminin tipi, mühərriklərinin gücü, yelkənlərinin sahəsi və üzmə rayonuna münasibətdə gəmi sürücülərinin hazırlanması üzrə ümumi qəbul edilmiş proqram həcmində suallar kompleksini əhatə edir.

4.4. İmtahan, sədr tərəfindən komissiya üzvləri arasında aparılmış vəzifə bölgüsü əsasında keçirilir.

4.5. İmtahan biletləri hər bir gəmi tipi üçün ayrı-ayrı tərtib olunur.

4.6. Qiymətləndirmə "məqbul" və "qeyri-məqbul" sistemi ilə müəyyən edilir. İmtahan verən şəxsin biliyi Müfəttişliyin rəisi tərəfindən təsdiq edilmiş 45 test sualından 25 və daha çoxuna cavab verərsə "məqbul", 24 və daha azına cavab verərsə "qeyri-məqbul" sistemi ilə qiymətləndirilir.

4.7. "Qeyri-məqbul" almış şəxs təkrar imtahana 7 gündən tez buraxılmır.

4.8. İmtahandan sonra komissiyanın iclası keçirilir və protokol tərtib olunur. Protokol imtahan komissiyasının üzvləri tərəfindən imzalanır. Protokolda düzəlişlərə yol verilmir.

4.9. İmtahanın nəticələri qeydə alındıqdan sonra komissiyanın məsul katibi imtahan verən şəxslərə sürücülük vəsiqəsinin təqdim edilməsi vaxtı haqqında məlumat verir.

4.10. Gəmi sürücüsünün biliyinin qiymətləndirilməsi ilə əlaqədar mübahisələrə imtahan komissiyasının sədri tərəfindən baxılır.

4.11. Protokol Müfəttişlikdə saxlanılır.

4.12. Gəmi sürücüsünün imtahana buraxılış vərəqəsi sürücülük vəsiqəsi verilənədək, Müfəttişlikdə saxlanılır.

5.1. İmtahanları müvəffəqiyyətlə vermiş gəmi sürücülərinə sürücülük vəsiqəsi verilir (əlavə 3). Sürücülük vəsiqəsində və komissiyanın protokolunda idarə edilməsi nəzərdə tutulan kiçik həcmli gəmilərin tipi, icazə verilmiş üzmə rayonu barədə müvafiq qeydlər aparılır.

5.2. Sürücülük vəsiqəsində qeyd olunan kiçik həcmli gəmilərin növləri:

- sərnişin və yük gəmisi;

- motosikl və hidrosikl.

5.3. Sürücülük vəsiqəsində, yelkənli gəmini idarə etmək hüququnu qeyd etmək üçün, gəmi sürücüləri aşağıdakı ixtisas sənədlərini təqdim etməlidirlər:

- 60 kv.m və çox sahəsi olan yelkənli gəmi üçün - yaxta kapitanı diplomu;

- 60 kv.m qədər sahəsi olan yelkənli gəmi üçün - 1-ci dərəcəli yaxta sürücüsü vəsiqəsi;

- 22 kv.m qədər sahəsi olan yelkənli gəmi üçün - 2-ci dərəcəli yaxta sürücüsü vəsiqəsi;

- 12 kv.m qədər sahəsi olan yelkənli gəmi üçün - 3-cü dərəcəli yaxta sürücüsü vəsiqəsi.

5.3-1. Bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

5.4. Sürücülük vəsiqəsində üzmə rayonu haqqında aşağıdakı qeydlər aparılır:

- gəmi sürücüsü imtahanda "daxili dəniz sularında" üzmə hüququ qazanmışdırsa, ona "DDS" dərəcəsi verilir;

- gəmi sürücüsü "daxili su yollarında" üzmə hüququ qazanırsa, ona "DSY" dərəcəsi verilir;

- gəmi sürücüsü "qapalı su hövzələrində" üzmə hüququ qazanırsa, ona "QSH" dərəcəsi verilir.

5.5. Sürücülük vəsiqəsi 5 (beş) il müddətinə verilir.

5.6. Sürücülük vəsiqəsinin qüvvədə olma müddəti bitdikdə gəmi sürücüləri bu Qaydalarda nəzərdə tutulmuş sənədləri (bu Qaydaların 5.3-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) təqdim edir və imtahan vermədən müsahibədən keçirlər. Müsahibədən keçən gəmi sürücülərinə yeni sürücülük vəsiqəsi verilir.

5.7. Sürücülük vəsiqəsi tərtib edilmiş imtahan protokolu əsasında doldurulur, Müfəttişlik tərəfindən möhürlənir, imzalanır və 10 (on) gün ərzində gəmi sürücülərinə təqdim edilir. Vəsiqədə göstərilmiş qeydlər sürücülük vəsiqəsinin verilməsi haqqında qeydiyyat kitabında (əlavə 4) öz əksini tapır. Sürücülük vəsiqəsinin alınması qeydiyyat kitabında gəmi sürücüsünün şəxsi imzası ilə təsdiq edilir.

5.8. Sürücülük vəsiqəsində qeyd olunmuş üzmə rayonu və gəminin tipi, gəmi sürücüsünün yazılı ərizəsinə əsasən, təyin olunmuş imtahandan keçdikdən sonra dəyişdirilir. Bu halda yeni vəsiqə verilir, əvvəlki vəsiqə geri alınır və bir il saxlanıldıqdan sonra ləğv edilir.

6.1. Kiçik həcmli gəmilərin təcrübi idarə olunması bacarıqlarının yoxlanılması gəmi sürücülərinə sürücülük vəsiqəsini verən Müfəttişlik tərəfindən həyata keçirilir.

6.2. Gəmini idarəetmə bacarığı sürücülük vəsiqəsində göstərilən gəmi tipindən asılı olaraq ümumi proqram əsasında yoxlanılır.

6.3. Gəmini idarəetmə bacarığının yoxlanılması İmtahan Komissiyası tərəfindən həyata keçirilir.

6.4. İmtahan Komissiyasının işi aşağıda göstərilən qaydada tənzimlənir:

- gəmi sürücülərinin sürücülük vəsiqələrinin yoxlanılması;

- gəmi sürücüsünün gəminin texniki avadanlıq, xilasetmə vasitələri ilə təchizatı haqqında biliyinin yoxlanılması;

- gəmi sürücüsünün ümumi proqram üzrə hazırlığının yoxlanılması;

- gəmi sürücüsünün aldığı tapşırığın təcrübədə düzgün əməl etməsinin yoxlanılması.

6.5. Attestasiyadan keçməyən gəmi sürücüsü İmtahan Komissiyası tərəfindən kiçik həcmli gəmilərin idarə olunmasından uzaqlaşdırır.

6.6. Sürücülük vəsiqəsi itirildikdə gəmi sürücüsünün müraciətinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada, qeydiyyat kitabında protokol göstəriciləri yoxlanılaraq ona itirilmiş vəsiqənin əvəzinə yeni sürücülük vəsiqəsi verilir. Verilən yeni vəsiqəyə "DUBLİKAT" ştampı vurulur. Vəsiqənin verilməsi haqqında qeydiyyat kitabına və sürücünün şəxsi vərəqəsinə vəsiqənin verilmə tarixi, seriyası, nömrəsi qeyd olunur.

Bu Qaydalar dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.

Kiçik həcmli gəmi sürmək

attestasiya Qaydaların

İmtahan Komissiyasının sədri ______________________________________________________________

__________________________________________________________________________

__________________________________________________________________________

Xahiş edirəm məni ____________________________________________________________

rayonu ərazisində _________________________________________________________________________

idarə etmək hüququ ilə təmin

Sizə aşağıdakı sənədləri təqdim edirəm:

1. ________________________________________________________________________

2. ________________________________________________________________________

3. ________________________________________________________________________

4. ________________________________________________________________________

__________________________________________________________________________

“ ____ ” __________________________20 ___ il

Kiçik həcmli gəmi sürmək

hüququ üçün imtahan və

attestasiya Qaydalarına

İmtahan Komissiyasının “ ____ ” _______________ 200 ______ il tarixli,

İmtahan Komissiyasının sədri.

İmtahanın başlanma vaxtı

______ saat _________dəq.

İmtahanın bitmə vaxtı

______ saat _________dəq.

Sədr __________________________________________

Məsul katib ____________________________________________

Komissiyanın üzvləri ___________________________________

Kiçik həcmli gəmi sürmək

hüququ üçün imtahan və

attestasiya Qaydalarına

Kiçik həcmli gəmi sürmək

hüququ üçün imtahan və

attestasiya Qaydalarına

1. 26 dekabr 2024-cü il tarixli 20/01-017 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202412261017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 yanvar 2025-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver