Qanunvericilik › Kimya sənayesinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 27.12.2003) › Tam mətn

Kimya sənayesinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 27.12.2003)

Kimya sənayesinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 27.12.2003) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçasının “Kimya istehsalatlarının ümumi peşələri” bölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 saylı “Fəhlə peşələri və qulluqçu vəzifələrinin ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının işlənib hazırlanması haqqında” qərarının icrası ilə əlaqədar işlənib hazırlanmışdır.

2. Bu kitabça kimya sənayesinə aid olan fəhlə peşələrinin və işlərin tarifləşdirilməsi və dərəcələrin təyin edilməsi üçün nəzərdə tutulmuş vahid normativ sənəddir”.

3. VTİSK-nın “Kimya istehsalatlarının ümumi peşələri” bölməsində fəhlə peşələri əsasən altı dərəcəli tarif cədvəli üzrə işlərin mürəkkəbliyinə görə tarifləşdirilmişdir.

4. Kitabçada verilən tarif-ixtisas xüsusiyyətləri özündə fəhlə peşələrini əks etdirən əsas işlərin məzmunundan ibarətdir. İşlərin konkret məzmunu, həcmi və yerinə yetirilmə qaydası hər bir müəssisə və təşkilatda texnoloji xəritələr, işçi təlimatlar və digər sənədlərlə müəyyənləşdirilir və öz əksini əmək müqavilələrində tapmalıdır. Burada qeyd edilən işlərdən əlavə fəhlə iş növbəsinin qəbulu və təhvili, iş yerinin işə hazırlığı və işin sonunda yığışdırılması, avadanlıq və ləvazimatın lazımi səviyyədə saxlanılması, təyin edilmiş texniki sənədləşdirmənin aparılması ilə əlaqədar işləri yerinə yetirir. Tarif-ixtisas xüsusiyyətlərinin “Bilməlidir” bölməsində bütün peşələr üzrə yerinə yetirilən işlər üzrə biliyə olan tələbat nəzərdə tutulur.

5. Fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərinin bir sıra dərəcələrə aid olan iş nümunələri verilmişdir. Bu iş nümunələri həmin peşə üzrə olan bütün iş nümunələrini əhatə etmir. Ona görə də müəssisə və təşkilatlarda (əmək müqavilələrində) işlərin tarifləşdirilməsi və fəhlələrin ixtisas dərəcəsinin təyin edilməsi zamanı VTİSK-nın ayrı-ayrı peşələrinin iş nümunələrinin əlavə siyahısı təsdiq edilə bilər. Əlavə siyahıya daxil olan işlər VTİSK-nın müvafiq peşə dərəcəsinin tarif-ixtisas xüsusiyyətlərindəki işlərə uyğun olmalıdır.

6. Kitabçada bu və ya digər peşə üzrə bir neçə dərəcə nəzərdə tutulduğu zamanda yüksək ixtisaslı fəhlə onun dərəcəsinə aid olan tarif-ixtisas xüsusiyyətlərində sadalanan işlərdən əlavə özündən aşağı ixtisaslı fəhlənin tarif-ixtisas xüsusiyyətlərində verilmiş işləri də yerinə yetirmək qabiliyyətinə malik olmalıdır. Ona görə də aşağı ixtisaslı fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərində nəzərdə tutulmuş işlər daha yüksək ixtisaslı fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərində göstərilməmişdir.

Aşağı ixtisaslı peşələrin ixtisas xüsusiyyətlərində istehsal şəraitindən və ya yerinə yetirilən işlərin xüsusiyyətindən asılı olaraq qeyd olunmuşdur ki, texnoloji prosesin aparılması və ya ayrı-ayrı işlər daha yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında yerinə yetirilir. Belə olan hallarda yüksək ixtisaslı fəhlə daha aşağı ixtisaslı fəhlənin işinə rəhbərlik etməyi bacarmalıdır. Texnoloji prosesin aparılması ilə məşğul olan yüksək ixtisaslı fəhlə bu prosesdə iştirak edən daha aşağı ixtisaslı fəhlələrə rəhbərlik etməlidir.

Bu işlərlə yanaşı fəhlə iş yerində əməyin səmərəli təşkilini, görülən işlərin texnoloji prosesini, avadanlıqların texniki istismarı qaydalarını, onlara xidmət edilməsini, istifadə etdiyi alət və inventarları, yanacağın, enerjinin, xammal və materialın sərf olunma normasını, zay məhsulun növlərini, onun yaranma və aradan qaldırılması yollarını, əməyin təhlükəsizlik və sanitar-gigiyenik normalarını, yanğının qarşısının alınması üçün istifadə edilən vasitələri və yanğının söndürülmə üsulunu, qaldırıcı-nəqledici avadanlıqların idarə edilməsi qaydasını, istehsalat təlimini, daxili əmək intizam qaydalarını, istehsalatın səmərəliliyinin artırılması, əmək məhsuldarlığının artırılması, maddi ehtiyatlardan səmərəli istifadə edilməsi, maya dəyərinin aşağı salınması yollarını, işlərin tarifləşdirilməsi qaydasını, ixtisas dərəcələrinə qoyulan tələbləri, əməyin ödənilməsi forma və sistemlərini, qabaqcıl təcrübəni, elm və texnikanın nailiyyətlərini də bilməlidir.

Bu tələblərdən əlavə maşın və mexanizmlərin idarə edilməsi ilə məşğul olan fəhlələr, maşinistlər, motorçular, sürücülər, traktorçular, sazlayıcılar, krançılar, elektrik montyorları, təmirçilər, montajçılar, aparatçılar, qəlibçilər və sairə peşələrdən olan fəhlələr yerinə yetirdikləri işlərlə yanaşı, həm də çilingər işini yaxşı bilməli, avadanlıq və maşınların iş prosesində nasazlıqların aradan qaldırılması və onun təmirində iştirak etməyi bacarmalıdırlar.

Dəmir yolu nəqliyyatında, partlayış işlərinin yerinə yetirilməsində, partlayış təhlükəli və zəhərli maddələrin saxlanılması və istifadəsində, qaldırıcı-nəqliyyat avadanlığı, qazanxana qurğuları, təzyiq altında işləyən aparat və qablara xidmət zamanı fəhlə qüvvədə olan qayda və təlimatları bilməli və onlara riayət etməli, lazım gəldikdə müvafiq sənədə (qaynaqçı diplomuna və s.) malik olmalıdır.

7. İşlərin tarifləşdirilməsi tarif-ixtisas xüsusiyyətləri əsasında aparılır. Bu zaman tarifləşdirilmiş işin tarif-ixtisas xüsusiyyətlərində qeyd edilmiş müvafiq işlərlə uyğun gəlib-gəlməməsi müqayisə edilir.

8. Fəhləyə hər hansı bir dərəcənin verilməsi və artırılması məsələsinə fəhlənin ərizəsi və müvafiq bölmənin rəhbərlərinin (ustanın, rəisin) təqdimatına əsasən ixtisas komissiyasında baxılır.

9. İxtisas dərəcəsi təyin edilən və ya artırılan fəhlə tarif-ixtisas xüsusiyyətlərinə uyğun olaraq şifahi surətdə “Bilməlidir” bölməsində olan suallara cavab verməli və “İşin xüsusiyyətləri” bölməsində göstərilmiş ayrı-ayrı işləri müstəqil olaraq yerinə yetirməlidir.

Bundan əlavə fəhlə təyin edilmiş istehsal normasını, vaxt və xidmət normasını lazımi keyfiyyətlə yerinə yetirməlidir. Fəhlənin təcrübi hazırlıq səviyyəsinin qiymətini sınaq işləri aparılan sahədə sahə ustası verir.

10. Birləşdirilmiş peşələr üzrə təyin edilmiş dərəcəyə əsasən fəhləyə şəhadətnamə verilir.

11. Sorğu kitabçasına əlavə və dəyişikliklər edilməsi lazım gəldikdə müəssisə və təşkilat təkliflərini və yeni peşə üzrə ixtisas xüsusiyyətlərinin layihəsini yuxarı təşkilata təqdim edir. Yuxarı təşkilat öz növbəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təsdiq üçün təqdim edir.

12. Yeni yaradılan peşələr üzrə işlərin tarifləşdirilməsi və ixtisas dərəcələrinin verilməsi müvafiq qaydada təsdiq olunana qədər, müvəqqəti olaraq oxşar peşə və işlər üzrə tarifləşdirilir, bu barədə yuxarı təşkilata məlumat və yeni peşə üzrə ixtisas xüsusiyyətlərinin layihəsi təqdim olunur.

13. Müəssisə və təşkilatlarda fəhlələrin uçotu və bütün sənədlərdə işlər üzrə qeydlər ancaq VTİSK-a uyğun aparılmalıdır.

Absorbsiya aparatçısı

Aerozol qabları istehsalında avadanlığı sazlayın

Aktivləşdirmə aparatçısı

Aktivləşdirmə aparatçısı

Aminləşdirmə aparatçısı

Asetilləşdirmə aparatçısı

Bərpaetmə (reduksiya) aparatçısı

Bromlaşdırma aparatçısı

Buxarlandırıcı aparatçısı

Buxarlandırma aparatçısı

Darayıcı maşınlar operatoru

Dehidrogenləşdirmə aparatçısı

Desorbsiya aparatçısı

Dənəvərləşdirmə aparatçısı

Dəyirmanlar maşinisti

Diazotlama aparatçısı

Dozalarla bölmə aparatçısı

Elektroliz aparatçısı

Emulsiyayaların hazırlanması aparatçısı

Eterifikasiya aparatçısı

Əhəngin söndürülməsi aparatçısı

Əlaqələndiricilərin hazırlanması aparatçısı

Əridib birləşdirmə aparatçısı

Fosgenləşdirmə aparatçısı

Hidratasiya aparatçısı

Hidrogenləşdirmə aparatçısı

Xammal, yarımfabrikat və hazır məhsulu qəbul edən

Xammalın hazırlanması və yarımfabrikat hazır məhsulun

buraxılması aparatçısı

İstilikdaşıyıcıların qızdırılması aparatçısı

İstilik utilizasiyası aparatçısı

İzomerləşdirmə aparatçısı

Kaoqulyasiya aparatçısı

Karboksilləşdirmə aparatçısı

Karbon anhidridinin alınması aparatçısı

Karbonlaşdırma aparatçısı

Katalizatorun hazırlanması aparatçısı

Kimya istehsalatında məsafədən idarəetmə pultunun operatoru

Qızıl otağının operatoru

Emal sahəsinin operatoru

Qırma, daşıma sahəsi üzrə operator

Topaqələviləşdirmə sahəsi üzrə operator

Qızıl otağının nəzarətçisi

Emal sahəsinin nəzarətçisi

Qırma, daşıma sahəsi üzrə nəzarətçi

Topaqələviləşdirmə sahəsi üzrə nəzarətçi

Kimya istehsalı tullantılarının emalı aparatçısı

Kimyəvi ayırma aparatçısı

Kimyəvi məhlulların hazırlanması aparatçısı

Kimyəvi reaktivlərin istehsalı aparatçısı

Kondensasiya aparatçısı

Kristallaşdırma aparatçısı

Qranlıqda işıq saçan maddələrin istehsalı aparatçısı

Qarışdırma aparatçısı

Qazın qurudulması aparatçısı

Qazogenerasiya aparatçısı

Qaz təmizləyici aparatçı

Qələvisizləmə (yuyulma) aparatçısı

Material və yarımfabrikatların sarıyıcısı

Maye təmizləyici aparatçısı

Merserizasiya aparatçısı

Metoksilləşmə aparatçısı

Məhsulu aerozol qaba yığan

Məhsulun keyfiyyəti və texnoloji proses üzrə nəzarətçi

Neytrallaşdırma aparatçısı

Nitratlama aparatçısı

Nitritləmə aparatçısı

Oksidləşdirmə aparatçısı

Polikondensasiya aparatçısı

Polimerləşdirmə aparatçısı

Polimersizləşdirmə aparatçısı

Pulvari xırdalama aparatçısı

Regenerasiya aparatçısı

Rekperasiya aparatçısı

Sabunlaşdırma aparatçısı

Saturasiya aparatçısı

Sentrifuqa vasitəsilə tərkib hissələrinə ayırma aparatçısı

Separatorda təmizləmə aparatçısı

Sianlaşdırma aparatçısı

Spektral-ətmiz qazların istehsalı aparatçısı

Sublimasiya aparatçısı

Sulfitləşdirmə aparatçısı

Susuzlaşdırma aparatçısı

Suyun duzsuzlaşdırılması aparatçısı

Şaxta (xəlitə) hazırlayan

Şpredinq-maşın maşinisti

Şpris-maşın maşinisti

Təbəqə materialının surətini çıxardan

Təcrübə istehsalatı qurğusunun aparatçısı

Təsirsiz qazın alınması alınması aparatçısı

Vakuumlaşdırma aparatçısı

Yaş üsulla təsnif etmə aparatçısı

İşin xüsusiyyətləri. Qaz qarışığından alınan maddələrin texnoloji absorbsiyası prosesində ayrı-ayrı əməliyyatların aparılması. Absorbsiya edilən maye və qazın aparata verilməsi, onların temperatur və kondensasiyasının lazımi səviyyədə saxlanması. Avadanlıq və kommunikasiyaların təmizlənməsi və yağlanması.

Bilməlidir: xammal və hazır məhsulun texnoloji xüsusiyyətlərini, qurğunun və xidmət etdiyi avadanlıqların iş prinsipini.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında müxtəlif konstruksiyalı absorberlərdə su, yağ, qələvi və turşu məhlulu ilə qaz qarışığının və maddələrin udulması (absorbsiya) texnoloji prosesinin aparılması. Qazın və absorbsiya mayelərinin temperaturuna və qatılığına nəzarət edilməsi. Çiləyici qurğuya və ventilyatorlara, aparat və kommunikasiyaların işinə nəzarət edilməsi. Texnoloji prosesin gedişinə vizual və nəzarət-ölçü cihazları (NÖC) vasitəsilə nəzarət edilməsi. Hazır məhsulun yığılması, anbara və ya təkrar emala göndərilməsi. Nümunənin götürülməsi. Absorbsiya kamerasına, nasoslara, yığıcılara, turşu saxlanılan anbarlara, ventilyatorlara, kommunikasiyalara və başqa avadanlıqlara xidmət edilməsi. Avadanlıqların təmirə verilməsi.

Bilməlidir: məhsul istehsal olunan sahənin texnoloji sxemini, xidmət prosesinin mahiyyətini, xammal və hazır məhsulun texnoloji xüsusiyyətlərini; avadanlıqlarda kiçik nasazlıqların aradan qaldırılması üsullarını; xidmət etdiyi avadanlıqların quruluşunu, nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Müxtəlif konstruksiyalı absorberlərdə turşu məhlulu, su ilə qaz qarışığı və maddələrin udulması (absorbsiyası) texnoloji prosesinin aparılması. Qazın tozlardan qabaqcadan təmizlənməsi, absorberlərə verilməsi. Absorbsiya üçün hazırlanmış mayelərdə tərkibin və qatılığın təyin edilməsi. Absorberlərə suvarma üçün verilən suyun və yaxud turşunun tənzimlənməsi. Absorbsiya prosesinin parametrlərinə analizlərin nəticələri və NÖC-ün göstəriciləri əsasında qazın temperaturuna, onun seyrəkləşməsinə, absorberdə təzyiqə, vakuuma nəzarət edilməsi və onların tənzimlənməsi. Dumanın və suvarma mayesindəki köpüyün tutulması. Hazır məhsulun anbara və yaxud tələb olunan yerə göndərilməsi. Absorbsiyaya verilən turşunun, absorber qülləsinin suvarılması və dövretmə suyunun neytrallaşdırılması üçün tələb olunan suyun miqdarının hesablanması. Soyuducu oksigenin temperaturundan ayrılan istiliyin miqdarından asılı olaraq absorberin məhsuldarlığının hesablanması və absorbsiya reaksiyasının aparılması, hazır məhsulun miqdarının hesablanması. NÖC-ün göstəricisinə görə turşunun qatılığının təyin edilməsi və cədvəl üzrə yenidən hesablanması. Absorberlərə, sıçratutan təzyiq bakı, qaz və suvarma soyuducuları və başqa avadanlıqlara, NÖC-ə, armatur və kommunikasiyalara xidmət edilməsi.

NÖC-ün köməyi ilə avadanlığın əllə tənzimlənərək və ya əllə tənzimlənməyə keçməklə məsafədən idarə olunması. Analizlərin aparılması. Avadanlıqların xırda təmir işləri, avadanlığın təmirdən qəbul edilməsi. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini, absorbsiya prosesinin parametrlərini və mahiyyətini, NÖC-ün, əsas və köməkçi avadanlıqların quruluşunu, xidmət edilən sahədəki kommunikasiya və armaturların sxemini, xammal, yarımfabrikatlar və hazır məhsulun texnoloji və fiziki-kimyəvi xassələrini. Xammal və hazır məhsullara qoyulan tələbləri, analizlərin aparılması və hesablama metodunu.

İşin xüsusiyyətləri. Yüksək təzyiq altında və ya məhsuldarlığı çox olan müxtəlif konstruksiyalı absorberlərdə xlorid turşusu, qatı ammonyaklı su, qatı sulfat turşusu istifadə etməklə absorbsiya texnoloji prosesinin aparılması. Yoxlama analizlərinin keçirilməsi yolu ilə NÖC-ün göstəricilərinin düzgünlüyünün, absorbsiya sisteminin kipliyinin yoxlanması. Qazın qəbul edilməsi, qabaqcadan onun yuyulma yolu ilə təmizlənməsi. Turşu və başqa suvarma mayelərin qəbul edilməsi və onların miqdarının tənzimlənməsi. Absorbsiya sisteminin işinə nəzarət olunması. NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən təmizləyici kolonkalarda və absorberlərdə suvarmanın sıxlığının, sistemin müqavimətinin, qazın və turşunun temperatur və qatılığının və texnoloji prosesin digər parametrlərinin tənzimlənməsi və onlara nəzarət edilməsi. Çıxan qazın tutulması və təmizlənməsi, kondensatın lazımi yerə nasosla verilməsi. Alınan məhsulun qatılığının lazımi həddə çatdırılması və hazır məhsulun istehsalata, anbarlara, dəmir yolu çənlərinə və ya qablaşdırılmağa verilməsi. Məhsulun istehsalı üçün xammalın hesablanması. İşləyən sobaların miqdarından asılı olaraq temperatur rejimi, aeroemetrlə turşunun xüsusi çəkisinin təyini və tutumlardakı turşunun qatılığının verilən cədvələ görə hesablanması və texnologiyada nəzərdə tutulmuş vəziyyətdə başqa parametrlərin hesablanması. Absorbsiya kolonkalarının lazımi hallarda dayandırılması və dayandırmadan sonra onun normal texnoloji rejim halına çatdırılması. Prosesin tənzimlənməsinin NÖC və qeyd edən cihazlarla təchiz olunmuş məsafədən idarəetmə pultu və ya əl ilə aparılır. Yuyulma, quruducu, absorbsiya və başqa qarışıq şöbələrdə işlərin təşkili və onlara nəzarət edilməsi. Absorbsiya və təmizləyici sistemə çıxıb gedən qazların təmizlənməsi və tutulması üzrə avadanlıqlara, kommunikasiyalara və digər avadanlıqlara xidmət edilməsi. Turşu kommunikasiyalarında və qaz xətlərində nasazlıqların aradan qaldırılması və onların təmirə dayanan vaxt sistemdən ayrılması.

Bilməlidir: istehsalın texnoloji sxemini, texnoloji prosesin mahiyyətini, hazır məhsulun və absorbsiya olunan mayenin fiziki-kimyəvi xassələrini, NÖC-ün və xidmət olunan avadanlığın konstruktiv xüsusiyyətlərini və quruluşunu, xidmət etdiyi prosesin tənzimlənməsi və nəzarət edilmə üsullarını. Texnologiyada nəzərdə tutulan hesablama metod və üsullarını. Sistemin təmirə dayandırılması və işə salınması zamanı avadanlığın sistemdən ayrılması və sistemə qoşulması qaydalarını. Hazır məhsula və xammala qoyulan texniki şərtləri.

İşin xüsusiyyətləri. Etil və izopropil spirti, zəif azot və fumorlo turşu su istehsalında, başqa məhsulların istehsalında, hidroliz, buxarlandırma, qovma və başqa qarışıq prosesin ritmik və sinxron həyata keçirərək absorbsiya prosesinin aparılması.

Bilməlidir: xidmət göstərilən sahələrin texnoloji sxemini, texnoloji prosesi, qazların, udulan mayenin və alınan hazır məhsulun fiziki-kimyəvi xassələrini. Xidmət etdiyi proseslərə nəzarət və onu tənzimləmək qaydasını. Avadanlıqların işə salınması və dayandırılması qaydalarını. Uzaq məsafədən idarəetmə ilə prosesin həyata keçirilməsini; xammal və hazır məhsulun dövlət standartlarını.

1. Daha aşağı ixtisaslı absorbsiya və qarışıq proses aparatçısının işinə rəhbərlik edilməsi, etil və izopropil spirti istehsalatında etilen, propilen, izobutilenin sulfat turşusu ilə absorbsiya edilməsi.

2. Daha aşağı ixtisaslı absorbsiya aparatçılarına və başqa uyğun peşə aparatçılarına rəhbərlik edilməsi ilə eyni vaxtda kontakt qazından divinilin spirtlə absorbsiyası.

3. Zəif azot və fumor turşusu istehsalatlarında su ilə və ya qələvi ilə udulma (absorbsiya).

4. Tərkibində su və üzvi birləşmələr olan bromun qurudulması, suyun udulması və sulfat turşusunun üzvi birləşmələrinin tərkibini dövlət standartlarına uyğun normallaşdırılması.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında adsorbsiya texnoloji prosesinin aparılması. Adsorbentin aparata yüklənməsinə hazırlıqda iştirak etmək. Təmizlənən qaz və mayelərin aparata verilməsində iştirak etmək. Avadanlıqların təmizlənməsi. Texnoloji avadanlığa xidmət edilməsi. Avadanlığın təmirə hazırlanması. Nümunələrin götürülməsi. Aparatın şlamdan təmizlənməsi.

Bilməlidir: istehsalat sahəsinin texnoloji sxemini; xidmət edilən prosesin fiziki-kimyəvi əsaslarını və mahiyyətini; xammal və adsorbentlərin fiziki-kimyəvi və texnoloji xassələrini; əsas və köməkçi avadanlığın iş prinsiplərini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Adsorbsiya texnoloji prosesinin (bərk uducuların səthi ilə qaz və maye halda olan maddələrin tutulması) aparılması. Adsorbentin hazırlanıb aparata yüklənməsi. Təmizlənən, ayrılan qaz və mayelərin aparata verilməsi, prosesin gedişinə nəzarət edilməsi, adsorbent dolduqca və təmizlənmənin keyfiyyəti aşağı düşdükcə aparatın söndürülməsi, adsorbsiya maddələrinin aparatların buxarla üfləmə vasitəsilə ayrılması (desorbsiyası). Buxarın kondensasiyası, adsorbsiyalaşmış məhsulların kondensatın çökdürülməsi və ya onun tərkib hissələrinə ayrılması vasitəsi ilə çıxarılması. Proses zamanı ayrılan qazın tutulması və ya təmizlənməsi (qurudulması), çirkab suların neytrallaşdırılması, təmizlənmiş (ayrılmış) məhsulların ardıcıl olaraq sonrakı əməliyyatlara və ya anbara ötürülməsi. Analizlərin aparılması. NÖC-ün göstəriciləri və analizlərin nəticələrinə əsasən texnoloji prosesin gedişinə nəzarət edilməsi. Adsorberlərə, kondensatorlara, destillə aparatlarına, skrubberlərə, nasoslara və başqa avadanlıqlara xidmət edilməsi. Avadanlıqların və kommunikasiyaların işində çatışmazlıqların aradan qaldırılması. Avadanlıqların təmirdən sonra qəbul edilməsi. Daha aşağı ixtisaslı aparatçıların işinə rəhbərlik edilməsi.

Bilməlidir: xammal və adsorbentlərin fiziki-kimyəvi və texnoloji xassələrini; istehsal sahəsinin texnoloji sxemini; xidmət olunan prosesin fiziki-kimyəvi əsaslarını və mahiyyətini; əsas və köməkçi avadanlığın, NÖC-ün iş prinsipini və quruluşunu; kommunikasiyaların sxemini; texnoloji rejim və texnoloji prosesin tənzimlənməsi qaydalarını; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılası metodunu;

İşin xüsusiyyətləri. Aerozol qabları istehsalının ayrı-ayrı sahələrində avadanlığın sazlanması; qapaqlar və üzləri litoqrafiya üsulu ilə çap olunmuş kiçik həcmli balonlar istehsalı, avtomat və yarımfabrikatların sazlanması, aerozol balonlarının laklanması, astarlanması, bağlanması və qablaşdırılması üçün maşınların sazlanması və bütün avtomat xəttinin fasiləsiz işinin təmin edilməsi.

İş prosesində mexaniki hissələrin tənzimlənməsi, avtomatik xəttin ayrı-ayrı mexanizmlərinin sazlanması. Avtomatik xəttin təkrar sazlanması zamanı dozalara bölən başlıqların dəyişdirilməsi. Avtomatik xətdə balonlarının diametrinin dəyişdirilməsi ilə bağlı olan cədvəllər üzrə zəruri hesablamaların aparılması. Aqreqat, avtomat və yarımavtomatların cari təmirində iştirak edilməsi.

Bilməlidir: mexaniki xəttin, avtomat və yarımavtomatların quruluşunu və iş prinsipini; mexanizmlərin hissələrinin sazlanması və dəqiqliyinin yoxlanılması qaydalarını; mürəkkəb və dəqiq NÖC-ün quruluşunu, təyinatını və tətbiqini; xidmət göstərilən avadanlığın kinematik və elektrik sxemlərini.

İşin xüsusiyyətləri. Məhsuldarlığı dəqiqədə 120 ədədə qədər olan aerozol qabları istehsalında avtomat və yarımavtomatların sazlanması. Avadanlığın texnoloji rejimlərinin sazlanması. Ayrı-ayrı avtomatların rejim pozuntularının aşkar edilməsi və aradan qaldırılması. Avtomatların sazlanması zamanı zəruri olan texniki hesablamaların aparılması. Sazlamadan sonra məmulatların sınaq istehsalı.

Bilməlidir: kinematik sxemləri və avtomatik dəzgahların bütün hissələrinin əlaqəli işini; avtomatların işində əmələ gələn nasazlıqların aradan qaldırılma üsullarını; aerozol preparatların xassələrini, NÖC-ün tənzimləmə qaydalarını. Yol verilə bilən artıq-əskiklik, dərəcələr, emalın dəqiqliyi və təmizliyi sistemlerini.

İşin xüsusiyyətləri. Aerozol qabları istehsalında mexaniki xətdə bütün avadanlıq kompleksinin sazlanması. Məhsuldarlığı dəqiqədə 120 ədəddən çox aerozol qab olan istehsal üzrə avtomatların sazlandırılması. Xəttin bütün aqreqatlarının texnoloji iş rejimlərinin tənzimlənməsi. Avtomatik xəttin fasiləsiz işinin təmin edilməsi. Mexaniki xəttə qulluq göstərən işçilərin təlimatlandırılması.

Bilməlidir: mexaniki xətdə qoyulmuş avtomatların konstruksiyasını; mexaniki xəttin sazlanma qaydalarını və iş rejimlərini; dəzgahların pasportlarına və sorğu kitabçalarına əsasən avtomatların iş rejimlərinin müəyyən edilməsi qaydalarını; aerozol preparatların istehsalı texnologiya əsaslarını.

İşin xüsusiyyətləri. Müxtəlif məhsulların xlorid turşusu ilə aktivləndirmə texnoloji prosesinin aparılması. Xammal və aktivləşdirici maddənin aparata yüklənməsi, reaksiya kütləsini fasiləsiz qarışdırmaqla buxarın isitməyə verilməsi. Texnoloji prosesin gedişinə vizual və NÖC-ün göstəriciləri əsasında nəzarət edilməsi. Aparatın üzlüyünə buxarın verilməsi prosesinin temperatur (istilik) rejiminin tənzimlənməsi. Alınmış suspenziyanın çökdürülməsi. Kütlənin su ilə yuyulması, süzülməsi, qurudulması, xırdalanması və aktivləşdirilmiş məhsulun qablaşdırılması. Nümunənin götürülməsi. Xlorid turşusu və suspenziyanın yuyulmasına ötürülən suyun miqdarının hesablanması. Aktivləşdirmə aparatlarına, sentrifuqalara, vakuum-quruducu şkaflara, istilikdəyişdiricilərə, ölçü cihazlarına, dozalara bölmə qurğularına xidmət edilməsi. Avadanlıqların işində çatışmazlıqların aradan qaldırılması. Aparatların yuyulması, mexanizmlərin təmizlənməsi və yağlanması.

Bilməlidir: aktivləndirmə texnoloji prosesini; xidmət edilən sahədə əsas və köməkçi avadanlığın iş prinsipini; NÖC-ün təyinatı və kommunikasiya sxemini; prosesə nəzarət məqsədi ilə nümunələrin götürmə qaydalarını; xammalın hesablanması metodikasını; xammalın və aktivləşdirilmiş məhsulun fiziki-kimyəvi xassələrini.

İşin xüsusiyyətləri. Pambıq və ağac sellülozunun sirkə turşusu ilə aktivləşdirilməsi, boru şəkilli reaktorda traqer katalizatorunun aktivləşdirilməsi üzrə texnoloji prosesin və eyni zamanda “KİL” gilinin aktivləşdirilməsi, emal edilmiş “KİL” gilindən və aktivləşdirilmiş kömürdən SQS mayesinin desorbsiyası texnoloji proseslərinin aparılması. Xammal və materialın qəbulu və hazırlanması. Aktivləşdiricinin təmizliyinin yoxlanılması. Qarışdırıcının mühərrikinin lazımi sürətə sazlanması. Aktivləşdiriciyə komponentlərin yüklənməsi. Aktivləşdiricinin üzlüyünün və soyuducu komponentlərin temperatur, aktivləşdiriciyə gələn havanın sürət və həcm, aktivləşdiriciyə gələn materialın miqdar, vaxt, sürət rejimlərinin tənzimlənməsi. Hazır məhsulun pnevmatik nəqliyyat vasitəsi ilə süzgəcdən keçirib tutuma boşaldılması. Avadanlıq və kommunikasiyaların işindəki çatışmazlıqların aradan qaldırılması. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: aktivləndirmə texnoloji prosesini; avadanlığın və NÖC-ün quruluşunu və konstruktiv xüsusiyyətlərini; dozalara bölüşdürülən komponentlərin hesablama metodikasını; aktivləşdiricinin hazırlanması və yüklənməsi əməliyyatlarının ardıcıllığını; prosesin tənzimlənməsi qaydalarını; xammalın saxlanılması qaydalarını; hazır məhsulun boşaldılması qaydalarını; xammal, aktivləşdirici və hazır məhsulun texniki şərtlərini.

İşin xüsusiyyətləri. Pambıq və ağac sellülozanın sirkə turşusu ilə aktivləşdirilməsi, boru şəkilli reaktorda traqer katalizatorunun aktivləşdirilməsi texnoloji prosesinin aparılması və eyni zamanda aşağı dərəcəli aparatçılara rəhbərlik edilməsi. Xammal sərfı və hazır məhsulun çıxımının ölçülməsi. iş təlimatlarına uyğun olaraq texnoloji prosesin idarə edilməsi. Komponentlərin dozalara bölünməsinin hesablanması. Avadanlığın təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: aktivləndirmə prosesinin texnoloji sxemini; avadanlığın və NÖC-ün kinematik sxemini; komponentlərin dozalara bölünməsinin hesablama metodikasını; prosesin tənzimlənmə qaydalarını; nəzarət analizlərinin aparılması qaydalarını; xammala, aktivatorlara və hazır məhsula olan dövlət standartlarını.

İşin xüsusiyyətləri. Turşu mühitində alkilləşdirmə texnoloji prosesinin aparılması. Xammal və reagentlərin aparata yüklənməsi, zəruri halda reaksiya kütləsinin qızdırılması. Reaksiya üçün əlavələrin hesablanması. NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən texnoloji prosesin parametrlərinə (temperatura, təzyiqə, qatılığa) nəzarət edilməsi. Analiz üçün nümunələrin götürülməsi. Sonrakı proseslərdə istifadə üçün hazır məhsulun boşaldılması. İstismar edilən avadanlığın işə salınması, dayandırılması və onun işinə nəzarət edilməsi. Avadanlığın işindəki çatışmazlıqların aradan qaldırılması.

Bilməlidir: alkilləşdirmə texnoloji prosesini; əsas və köməkçi avadanlığın quruluşunu; nümunələri götürmə qaydalarını; hazır məhsulun texniki şərtlərini; xammalın fiziki-kimyəvi, texnoloji xassələrini.

İşin xüsusiyyətləri. Turşu mühitində alkilləşdirmə texnoloji prosesinin aparılması və eyni zamanda aşağı dərəcəli aparatçılara rəhbərlik edilməsi, xammal və reagentlərin qəbulu və hazırlanması. Məhsulun sıxılmış azot vasitəsi ilə yuyulma və neytrallaşdırma üçün boşaldılması. Reaksiyanın sona çatması üçün əlavə komponentlərin hesablanması. Alkilatorlar, durulducu çənlər, ayırıcılar, neytrallaşdırıcılar, quruducu cihazlar, nasoslar və başqa istismar edilən avadanlıqların işə buraxılması, dayandırılması və onların işləməsinə nəzarət etmək; avadanlıq və kommunikasiyaların işindəki nasazlıqları müəyyən edib aradan qaldırılması. Avadanlığın təmir üçün hazırlanması, təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: xidmət edilən sahənin istehsalının texnoloji sxemini; alkilləşdirmə prosesinin mahiyyətini, avadanlığın quruluşunu və iş prinsipini, nümunələrin götürülmə qaydalarını; hazır məhsulun dövlət standartlarını və texniki şərtlərini; xammalın fiziki-kimyəvi və texnoloji xassələrini.

İşin xüsusiyyətləri. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etməklə və analizlərin aparılması ilə eyni zamanda alkilləşdirmə texnoloji prosesinin aparılması, yaxud benzolun olefinlərlə, xlorlanmış ağ neftlə və ya katalizatorun iştirakı ilə fenolizobutil spirti ilə alkilləşdirmə prosesinin aparılması. Mürəkkəb orqanik maddələrin alkilləşdirmə prosesinin aparılması. NÖC-ün göstəricilərinə nəzarət edilməsi. Xammalın sərfı və hazır məhsulun çıxımının hesablanması, analizlərin nəticələrinə əsasən məhsulun keyfiyyətinin qiymətləndirilməsi. Texnoloji avadanlıqlara, NÖC-ə və avtomatika vasitələrinə qulluq edilməsi. Texnoloji rejim normalarından kənara çıxmaların müəyyən edilməsi və onları törədən səbəblərin aradan qaldırılması. Avadanlıq və kommunikasiyaların kiçik təmir işlərinin aparılması.

Bilməlidir: xammal, yarımfabrikatların və hazır məhsulun növlərini, tərkibini, fiziki-kimyəvi və texnoloji xassələrini, onlara qoyulan tələbləri; hazır məhsula qoyulan texniki şərtləri; xidmət etdiyi sahənin texnoloji sxemini və alkilləşdirmə texnoloji prosesinin mahiyyətini; əsas və köməkçi avadanlıqların, NÖC-ün və avtomatika vasitələrinin quruluşu və xidmət qaydalarını; xidmət edilən sahədə armatur və kommunikasiyaların sxemini; texnoloji rejimi; nümunələrin götürülmə qaydalarını və analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etməklə etilbenzol, izopropilbenzol, butilfenol, ortokrezol, 2,6-ksilenol, dietilanilin, monoetilorto-toluolidin, HP-3 sulfanol istehsalatlarında alkilləşdirmə texnoloji prosesinin bütün mərhələlərinə rəhbərlik edilməsi. Reaktordan katalizatorun boşaldılması. Təzə katalizatorun yüklənməsi üçün aparatın hazırlanması. Azot-oksigen nisbətinin dəqiq saxlanılması şərti ilə katalizatorun regenerasiyası.

Reqlamentə uyğun yanğıntəhlükəli istilikdaşıyıcının qəbulu, sxemə yüklənməsi və qızdırılması. Müşahidə və analizlərin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Avadanlığın vəziyyətinə nəzarət edilməsi. Əsas və köməkçi avadanlığın təmirində iştirak edilməsi.

Bilməlidir: xammal, yarımfabrikatlann və hazır məhsulun növlərini, tərkibini, fiziki-kimyəvi və texnoloji xassələrini, onlara qoyulan tələbləri; hazır məhsulun dövlət standartlarını və texniki şərtlərini; alkilləşdirmənin texnoloji sxemini; katalizatorun yüklənməsi və işə hazırlanması qaydalarını; əsas və köməkçi avadanlıqların, NÖC-ün avtomatika vasitələrinin quruluşunu, iş prinsipini və onlara xidmət göstərilməsi qaydalarını; xidmət edilən sahədə armatur və kommunikasiyaların sxemini; texnoloji prosesin mahiyyətini və tənzimləmə qaydalarını; texnoloji rejimi; nümunələrin götürülmə qaydalarını, analizlərin aparılması metodikasını.

Orta ixtisas təhsili tələb olunur.

İşin xüsusiyyətləri. Asetilxolinxlorid, riboflavin, kalsium pantotenatı istehsallarında üzvi birləşmələrin aminləşdirilməsi texnoloji prosesinin və yanaşı gedən proseslərin müstəqil surətdə aparılması və ya başqa istehsalatlarda aminləşdirmə texnoloji prosesinin daha yüksək dərəcəli aparatçının rəhbərliyi altında aparılması. Xammalın qəbulu və hazırlanması. Məhlul və qarışıqların hazırlanması. Xammalın reaktora yüklənməsi, komponentlərin aparata verilməsi. NÖC-ün göstəriciləri və analizlərin nəticələrinə əsasən prosesə nəzarət edilməsi və tənzimlənməsi. Reaksiyanın sona çatma vaxtının müəyyənləşdirilməsi. Analiz üçün nümunələrin götürülməsi. Reqlamentdə nəzərdə tutulmuş hallarda məhsulun soyudulması, yuyulması, süzülməsi, əridilməsi və başqa işlər.

Hazır məhsulun istehsalın sonrakı texnoloji mərhələlərinə ötürülməsi. Xammalın tələb olunan miqdarının hesablanması. Əsas və köməkçi avadanlıqlara xidmət edilməsi. Aparatların təmizlənməsi və kommunikasiyaların hava ilə təmizlənməsi. Avadanlıqlarda nasazlıqların aradan qaldırılması. Kiçik təmir işlərinin aparılması.

Bilməlidir: aminləşdirmə texnoloji prosesini və onun tənzimləmə qaydalarını; əsas və köməkçi avadanlığın quruluşunu. NÖC-ün quruluşunu və iş prinsipini, armatur və kommunikasiyaların sxemini; xammal və hazır məhsullara dövlət standartlarını; nümunələrin götürülmə qaydalarını; xammalın hesablanması metodikasını.

İşin xüsusiyyətləri. üzvi birləşmələrin aminləşdirilməsi texnoloji prosesinin və başqa yanaşı gedən proseslərin (katalizatorun hazırlanması, məhlulların neytrallaşdırılması, çökdürmə, süzmə, təkrar destillə yolu ilə laylara ayırma) aparılması. Geterdövri özüllərin təzyiq altında aminləşdirməsi və ya iminləşdirməsi texnoloji prosesinin aparılması. Asetilxolinxlorid, riboflavin, kalsium pontotenatı istehsalında texnoloji aminləşdirmə prosesinin aparılması ilə eyni zamanda aşağı dərəcəli aminləşdirmə aparatçılarına rəhbərlik edilməsi. Komponentlərin xüsusi dəqiq dozalara bölməklə ilkin məhlulların və qarışıqların hazırlanması. Əvvəlcədən hazırlanmış xammalın qarışdırılması və əl ilə reaktora yüklənməsi, ammonyak və ammonyaklı suyun, katalizatorun və başqa komponentlərin aparata verilməsi, zəruri halda kütlənin qarışdırılması. Texnoloji prosesin gedişinə vizual və NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən nəzarət edilməsi və onun tənzimlənməsi. Verilən ammonyakın və atılan abqazların miqdarının, sürətinin, təzyiqinin tənzimlənməsi. Verilən temperaturu və təzyiq rejiminin lazımi qaztənzimlənmə hədlərində saxlanılması və onun texnoloji prosesin mərhələləri üzrə dəyişdirilməsi. Xammal, yarımfabrikat və hazır məhsulun sərfinin hesablanması. Reaktorlara (amidatorlara, avtoklavlara, qızdırıcılara, kondensatorlara, separatorlara, buxarlandırıcı aqreqatlara, sentrfuqalara, quruducu cihazlara, süzgəclərə, amonyak kolonkalarına, nasoslara, tutucuqlara, armatura və kommunikasiyalara) xidmet edilməsi. Avadanlığın işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması.

Bilməlidir: texnoloji prosesi və onun tənzimlənməsini; xidmət edilən avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini, hesablama metodikasını; nümunələrin götürülmə qaydaların; xammal və hazır məhsulun dövlət standartlarını və texniki şərtlərini.

İşin xüsusiyyətləri. Amidokarbon turşusu istehsalında aminləşdirmə texnoloji prosesinin aparılması və ya aminləşdirmə texnoloji prosesi ilə eyni zamanda aşağı dərəcəli aparatçıların işinə rəhbərlik edilməsi. NÖC-ün göstəricilərinə nəzarət edilməsi. Xammal sərfi və hazır məhsul çıxışının ölçülməsi, analizlərin nəticələrinə əsasən onların keyfiyyətinin müəyyənləşdirilməsi. Analizlərin və müşahidələrin nəticələrinə əsasən prosesin təshih edilməsi. Avadanlığın vəziyyətinə nəzarət edilməsi. Texnoloji avadanlığa, NÖC və avtomatika vasitələrinə xidmət edilməsi. Əsas və köməkçi avadanlığın təmirində iştirak edilməsi.

Bilməlidir: texnoloji prosesi və onun tənzimlənməsi qaydalarını; xidmət edilən avadanlığın və NÖC-ün, armatur və kommunikasiyaların quruluşu və iş prinsipini; yarımfabrikat və məhsulların fiziki-kimyəvi və texnoloji xassələrini; hesablama metodikasını; nümunələrin götürülmə qaydalarını və analizlərin keçirilmə metodikasını; xammal və hazır məhsulun dövlət standartlarını və texniki şərtlərini.

Orta texniki təhsil tələb olunur.

İşin xüsusiyyətləri. Asetilləşdirmə texnoloji prosesində ayrı-ayrı əməliyyatların yerinə yetirilməsi. Xammalın hazırlanması və yüklənməsi, məhsulun boşaldılması. Aparatların təmizlənməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: xidmət edilən sahədə əsas və köməkçi avadanlıqların quruluşunu və iş prinsipini. Xammal, yarımfabrikatlar və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini və onlara qoyulan tələbləri.

İşin xüsusiyyətləri. Fenasetin istehsahnda asetilləşdirmə texnoloji prosesinin aparılması və ya daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında asetilləşdirmə prosesinin aparılması. Xammalın qəbulu. Xammal, yarımfabrikat və reagentlərin dozalara bölünməsi və aparata yüklənməsi. Nümunələrin götürülməsi. Məhsulun növbəti istehsal sahələrinə ötürülməsi.

Avadanlıq və kommunikasiyalara xidmət edilməsi. Avadanlığın təmirə verilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini, əsas və köməkçi avadanlıqların iş prinsipini, xidmət edilən sahədə armatur və kommunikasiyaların sxemini; xammal, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini. Nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Sirkə turşusu və ya sirkə anhidridinin təsiri ilə asetilləşdirmə prosesinin aparılması. Xammal, yarımfabrikat və reagentlərin hesablanması və dozalara bölünməsi, müəyyən edilmiş texnoloji rejimə uyğun olaraq dəqiq ardıcıllıqla reaksiya keçirilən aparata onların yüklənməsi. NÖC-ün göstəricilərinə və analizin nəticələrinə əsasən prosesin parametrlərinə (temperatur, təzyiq və sairə) nəzarət edilməsi və tənzimlənməsi. Texnoloji təlimatda nəzərdə tutulan yanaşı gedən başqa proseslərin (neytrallaşdırma, çökdürmə, destillə etmə, sentrifuqa vasitəsilə tərkib hissələrinə ayırma və s.) yerinə yetirilməsi. Reaktorlara, soyuduculara, ölçü cihazlarına, uducu qurğulara, çənlərə xidmət edilməsi. Kommunikasiya və avadanlığın germetikliyinin yoxlanılması. İş təlimatlarında nəzərdə tutulan analizlərin aparılması. Xammal və yarımfabrikatların sərfinin və alınmış məhsulun uçotunun aparılması. Təmirdən sonra avadanlığın qəbul edilməsi. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: istehsalatın texnoloji sxemini, əsas və köməkçi avadanlıqların, NÖC-ün quruluşunu və iş prinsipini, xidmət edilən sahədə armatur və kommunikasiyaların sxemini; xammal, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xüsusiyyətlərini və onlara qoyulan tələbləri, asetilləşdirmə prosesinin tənzimləmə qaydalarını, nümunələrin götürülmə qaydalarını və analizin aparılması metodikasını.

İşin xüsusiyyətləri. A və E sintetik vitaminlərin istehsalında asetilləşdirmə prosesinin aparılması. Sirkə turşusu və ya sirkə anhidridinin təsiri ilə asetilləşdirmə texnoloji prosesinin aparılması və aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi. Yüksək ixtisaslı aparatçının rəhbərliyi altında pambıq sellülozunun asetilləşdirmə prosesinin aparılması. Asetilləşdirici qarışığının (sirkə anhidridi, benzol, sirkə turşusu) və neytrallaşdırıcı qarışığın (potaş, sirkə turşusu, azot turşusu məhlulu, xlorid turşusu) hazırlanması.

Dozalara bölünən komponentlərin hesablanması. Aparatların yüklənməyə hazırlanması. Mühərrik və texnoloji avadanlıqların sazlığının yoxlanılması, aparatın üzlüyünə soyuducu məhlulun verilməsi. Qarışdırıcı qurğunun işə salınması. Aparatın komponentlərlə (sellüloz və sirkə anhidridi) yüklənməsi, birinci asetilləşdirilən qarışığın verilməsi ilə eyni vaxtda aparatın üzlüyünün qızdırılması. Qarışdırıcı qurğunun fırlanma istiqamətinin müəyyən edilmiş hər vaxt müddətindən sonra dəyişdirilməsi. Parametrlərin əməliyyat vərəqəsinə qeydiyyatı. Verilmiş reseptə görə reagent məhlulların hazırlanması. Orqanoleptik üsulla və analizlərin nəticələrinə əsasən xammalın keyfiyyətinin yoxlanılması. Müşahidələrin və analizlərin nəticələrinə əsasən prosesin təshih olunması. NÖC-ün göstəricilərinə və avadanlığın vəziyyətinə nəzarət edilməsi. Texnoloji rejim normalarının pozulması səbəblərinin qarşısının alınması və aradan qaldırılması.

Bilməlidir: avadanlığın və NÖC-ün quruluş və təyinatını. Texnoloji rejimi və asetilləşdirmə prosesinin mahiyyətini; dozalara bölünən komponentlərin hesablama metodikasını; asetilləşdirmə əməliyyatının yerinə yetirilməsinin mərhələlər üzrə ardıcıllığını; asetilləşdirilən qarışığın və sellülozun yüklənmə qaydalarını; nümunələrin götürülmə qaydalarını. “Şirənin” alınması vaxtının müəyyənləşdirilməsi üsullarını. Həlledicilərin fiziki-kimyəvi xassələrini, hazır məhsulun texniki şərtlərini.

İşin xüsusiyyətləri. Pambıq sellülozunun asetilləşdirilməsi prosesinin aparılması ilə asetilsellüloz və üçasetilsellüloz məhsullarının alınması. Daha aşağı dərəcəli aparatçılara rəhbərlik edilməsi. Qarışdırıcı qurğunun mühərrikinin lazımi sürətə sazlanması, ikinci asetilləşdirilən qatışığın verilməsi. Asetilləşdirmə prosesinin birinci asetilləşdirilən qatışığın verildiyi rejimə uyğun olaraq aparılması. Reaksiya qurtarana yaxın qarışdıncı qurğunun fırlanma sürətinin artırılması və üçüncü asetilləşdirilən qatışığın verilməsi. Asetilləşdirmə prosesinin aparılması. “Xəmir” və “şirənin” alınması vaxtının müəyyənləşdirilməsi. “Şirənin” müəyyən edilən qatılıq dərəcəsinə çatandan sonra kimyəvi məhlullarla 2-3 dəfə yuyulması, süzgəcdən və endirici qurğudan boşaldılması.

Bilməlidir: avadanlığın və NÖC-ün quruluşu və təyinatını; texnoloji rejimi və asetilləşdirmə prosesinin mahiyyətini; dozalara bölünən komponentlərin hesablanma metodikasını; asetilləşdirmə əməliyyatının yerinə yetirilməsinin mərhələlər üzrə ardıcıllığını; qarışdırıcı qurğuların iş rejimlərinin, isidilməsinin və soyudulmasının qaydalarını və tənzimləmə üsullarını; asetilləşdirilən qarışığın və sellülozun yüklənmə qaydalarını; nümunələrin götürülmə qaydalarını; “şirənin” alınması vaxtının müəyyənləşdirilməsi üsullarını, hazır məhsulun yuyulma rejimini; həlledicilərin fiziki-kimyəvi xassələrini, hazır məhsulun texniki şərtlərini.

Orta ixtisas təhsili tələb olunur.

İşin xüsusiyyətləri. Astarlama texnoloji prosesinin ayrı-ayrı əməliyyatlarının aparılması. Alətlərin işə hazırlanması. Yarımfabrikatların maşına verilməsi. Nümunələrin götürülməsi. Kətanın qırılmasının aradan qaldırılması. Maşının təmizlənməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: astarlama və yarımfabrikatın qurudulması texnoloji prosesinin mahiyyətini. Astarlayıcı dəzgahın iş prinsipini; zay məhsulun aşkar edilməsi və aradan qaldırılması tədbirlərini; astar materiallarına texniki şərtləri; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Qliftal linoleumun astarlama maşınında, barabanda, kağızın baritaj maşınında astarlanması zamanı daha yüksək ixtisaslı astarlayıcının rəhbərliyi altında dəzgahda və ya astarlayıcı aqreqatda astarlama texnoloji prosesinin aparılması. Avadanlıq və alətlərin işə hazırlanması. Yarımfabrikat rulonun maşında yerləşdirilməsi. Astarın bərabər ölçüdə verilməsinə və astarlamanın keyfiyyətinə nəzarət edilməsi. NÖC-ün köməyi ilə temperatur və təzyiqin tənzimlənməsi. Barabanda çəkmə, qurutma və sarıma texnoloji prosesinin aparılması. Kətanın, kağızın dartılmasına, sarımanın keyfiyyətinə nəzarət edilməsi. Kətanın cırılan yerlərinin tikilməsi. Avadanlığın sazlanması və tənzimlənməsi işlərinin yerinə yetirilməsi. Avadanlığın təmirdən qəbul edilməsi.

Bilməlidir: astarlama və yarımfabrikatın qurudulması texnoloji prosesini; astarlayıcı maşın və ya aqreqatın iş prinsipini; astarların təyinatını; emal olunan məhsulun çeşidini; zay məhsulun aşkar edilməsi və aradan qaldırılması tədbirlərini; astar materiallarına texniki şərtləri; prosesin tənzimləmə qaydalarını; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Maşında və ya astarlayıcı aqreqatda astarlama texnoloji prosesinin aparılması və ya daha yüksək ixtisaslı astarlayıcının rəhbərliyi altında astarlayıcı aqreqatda pasta, astar, kley, boya və digər növ örtüklərin əsas materiallara hopdurulması və çəkilməsi prosesinin aparılması. Astarlayıcı maşının və NÖC-ün texniki sazlığının yoxlanılması. Maşının qızdırılması, barabana buxarın verilməsi. Qatın müəyyən edilmiş qalınlığına uyğun olaraq raklyanın səviyyəsinin hesablanması. Əsas materialın dartılmasının və onun hərəkət sürətinin, örtüyün fasiləsiz və bərabər ölçüdə çəkilməsinin, qurutma kamerasında temperaturun, rakleya və stol ilə aranın tənzimlənməsi. Qırışların aradan qaldırılması, astar materialın artığının götürülməsi. Avadanlığın təmirə verilməsi və təmirdən qəbul edilməsi. Aşağı ixtisaslı astarlayıcıların işinə rəhbərlik edilməsi.

Bilməlidir: astarlama texnoloji prosesini; astarlama rejimini; avadanlıq və NÖC-ün quruluşunu, astarların təyinatını, onların xassələrini və əlaqələndirilməsini. Astarlamanın keyfiyyətinə qoyulan tələbləri; istehsal olunan məhsulun çeşidini. Nümunələrin götürülmə qaydalarını.

1. Kağız-baritaj maşınında astarlama.

2. Qliftal, perqamin linoleum-aqreqatda astarlama.

3. Parça-maşında astarlama.

İşin xüsusiyyətləri. Pasta, astar, kley, boya və digər növ örtüklərin əsas materiala (parça, kağız, plyonka) astarlayıcı aqreqatda hopdurulması və çəkilməsi prosesinin aparılması və ya astarlama prosesinin aparılması zamanı daha aşağı ixtisaslı astarlayıcının işinə rəhbərlik edilməsi. Aqreqatın bütün hissələrinin sazlığının yoxlanılması və sinxron işinin qurulması. Texnoloji prosesin parametrlərinə (astarın qatılığı, astar örtüyünün temperaturu, kətanın hərəkət sürəti və dartılma dərəcəsi, ərimənin bərabərliyi, qurutma kamerasının temperaturu, hava mübadiləsinin sürəti, siklinin müəyyən olunmuş rejimə görə müddəti) nəzarət edilməsi və onların tənzimlənməsi. NÖC-ün göstəricilərinə əsasən prosesin tənzimlənməsi. Avadanlıqların işində kiçik nasazlıqların aradan qaldırılması. Daha aşağı ixtisaslı astarlayıcılara rəhbərlik edilməsi.

Bilməlidir: astarlama və qurutma texnoloji prosesini; astarın tərkibini və onun təyinatını; astarlama və qurutma prosesinin parametrinin hesablanması üsullarını. Avadanlıqların quruluşunu və istismar qaydalarını; nümunələrin götürülmə qaydalarını; astarlamanın keyfiyyətinə qoyulan texniki tələbləri; istehsal olunan məhsulun çeşidini; aqreqatın sazlama qaydalarını və onun işinin tənzimlənməsini.

İş nümunəsi. Ağır parçalar-müşəmbə istehsalında astarın çəkilməsi və hopdurma.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında ayırma texnoloji prosesinin aparılması. Məhsulun hazırlanması və yüklənməsi. Texnoloji avadanlığa xidmət göstərilməsində iştirak edilməsi. Nümunələrin götürülməsi. Aparatların təmizlənməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: avadanlığın quruluşunu və iş prinsipini; texnoloji prosesi; xammal, yarımfabrikat və hazır məhsulun xassələrini və onlara qoyulan tələbləri; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Su ilə ayırma sadə texnoloji prosesinin aparılması və ya mürəkkəb ayırma prosesləri zamanı ayrı-ayrı əməliyyatların yerinə yetirilməsi.

Avadanlığın (reaktorlar, bölən qıf tipli sadə ekstraktorlar, ayırma kolonnaları, quruducu cihazlar, süzgəc və köməkçi aparatlar) işə hazırlanması, işə salınması və dayandırılması. NÖC ilə prosesə nəzarət edilməsi və onun tənzimlənməsi. Xammal və material sərfinin uçotunun aparılması.

Bilməlidir: texnoloji prosesi; NÖC və avadanlığın quruluşunu və iş prinsipini; xammal, yarımfabrikat və hazır məhsulun xassələrini və onlara qoyulan tələbləri; nümunələrin götürülmə qaydalarını.

1. Qalen preparatları istehsalında ayırma-peloidin, mədə şirəsi, xardal yaxması.

2. Alkoloidlər istehsalında ayırma-xaşxaş qozasından morfi; sitizin, paxikarapin və s.

3. Harmonlar istehsalında ayırma-metiltesosteron, kofein.

4. Üzvi preparatlar istehsalında ayırma-lanolin, kristallik mentol, promedol.

5. Vitamin istehsalında ayırma-amidopirin, C vitamini konsaentratı, boyaq maddəsi.

İşin xüsusiyyətləri. Mürəkkəb texnoloji ayırma prosesinin aparılması və ya daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında xüsusi mürəkkəb ayırma prosesinin aparılması. Reqlamentdə nəzərdə tutulan hallarda layların qızdırılması, qarışdırılması, çökdürülməsi, xırdalanması, bölünməsi, müəyyən qatılıqda həlledicinin əlavə edilməsi. Ayırma prosesinin başa çatmasının müəyyən edilməsi. Məhlulun çökdürülmə və ya süzülmə ilə təmizlənməsi, buxarlandırılma və ya kristallaşdırma ilə məhluldan çıxardılması. Həlledicilərin buxarlarının tutulması. Həllədicilərin distillə edilməsi və ya regenerasiyası. Prosesin mərhələlər üzrə temperatur rejiminin saxlanılması. Məhsul, məhlul verilməsinin və komponentlər nisbətinin tənzimlənməsi. Məhlulun tələb olunan qatılığından asılı olaraq həlledici və məhsulun miqdarının hesablanması. Texnoloji prosesin parametrlərinə nəzarət edilməsi və onların tənzimlənməsi; gözlə müşahidə yolu ilə, NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən təzyiq, temperatur, səviyyələrə, vaxta, qatılığa nəzarət edilməsi və onların tənzimlənməsi. Zəruri halda xammal sərfinin, məhsul çıxışının hesablanması. Analizlərin aparılması. Ayırma və distillə kolonkalarına, vakuum-aparatlara, buxarlandırıcı, qarışdırıcı, istilikdəyişdirici cihazlara, kondensatorlara, tutumlara, nasoslara, ölçü cihazlarına, soyuduculara və digər avadanlığa xidmət göstərilməsi. Boru kəmərlərinin buxarla üfürülməsi, avadanlıq və inventarın sanitar qaydaları ilə təmizlənməsi. Aparatların germetikliyinin yoxlanılması. Avadanlıq və kommunikasiyaların işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Mürəkkəb olmayan təmirlərin yerinə yetirilməsi.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu, iş prinsipini; armatur və kommunikasiyaların sxemini; ayırma texnoloji prosesinin mahiyyətini və fiziki-kimyəvi əsaslarını. Məhsulun, həlledicilərin və məhlulların xassələrini, onlarla davranma qaydalarını; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını; həlledicilərin regenerasiya üsullarını. Analizlərin aparılması metodikasını; nümunələrin götürülmə qaydalarını.

İş nümunəsi. Ferment preparatları istehsalında dövrü iş rejimli ekstraktorlarda şəkər çuğunduru cecəsindən, soya paxlasından, səməni cücərtisindən və sairə bitkilərdən qida maddələrinin ayırması prosesinin aparılması.

İşin xüsusiyyətləri. Xüsusi mürəkkəb texnoloji ayırma prosesinin aparılması və ya daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etməklə mürəkkəb ayırma prosesinin aparılması. Fazalar arasında kontakt səthinin artırılması məqsədilə ilkin qatışığın və ekstragentin əsaslı surətdə qarışdırılması, qatışdırılmayan iki maye fazasının (ekstrakt və rafinat) ayrılması. Ekstragentin regenerasiyası, ekstrakt və rafinatdan onun çıxarılması. Aparatların özbaşın və ya sıxılmış hava ilə boşaldılması. Çoxpilləli ekstraktorlara, diffuzorlara və ayırma kolonkalarına, dozalara bölən cihazlara, separatorlara, mərkəzdənqaçma nasoslarına, NÖC-ə xidmət göstərilməsi. Xammal sərfi və hazır məhsulun çıxışının uçotunun aparılması.

Bilməlidir: istehsalın texnoloji sxemini; əksaxın prinsipi ilə işləyən çoxpilləli ekstraktor və ayırma kolonkalarının, həmçinin əsas və köməkçi avadanlığın və NÖC-ün quruluşunu və konstruktiv xüsusiyyətlərini. Xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini; qatışıqların, həlledicilərin və hazır məhsulun fiziki-kimyəvi xassələrini; texnoloji prosesin mahiyyətini, fiziki-kimyəvi əsaslarını və parametrlərini; xammal, yarımməhsulların sərfi və hazır məhsulun çıxışı normalarını; komponentlərin dozalara bölünməsinin hesablanması metodikasını.

İş nümunəsi. Ferment preparatları istehsalında rektin, amin turşuları/karbonhidratların və digər qida maddələrinin dövrü iş rejimli ekstraktorlarda ayrılması prosesinin aparılması.

İşin xüsusiyyətləri. Xüsusi mürəkkəb ayırma texnoloji prosesinin aparılması və daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

İş təlimatlarına uyğun olaraq texnoloji prosesin idarə edilməsi və tənzimlənməsi. NÖC və avtomatika vasitələrinin göstəricilərinə, avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi. Xammal sərfinin və hazır məhsulun çıxışının ölçülməsi, analizlərin nəticələrinə əsasən onların keyfiyyətinin müəyyənləşdirilməsi. Yoxlama analizlərinin yerinə yetirilməsi. Əsas və köməkçi avadanlığın təmir işlərində iştirak edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əksaxın prinsipi ilə işləyən çoxpilləli ekstraktor və ekstraksiya kolonkalarının, həmçinin əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və istismar qaydalarını. Xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini. Qatışıqların, həlledicilərin və hazır məhsulun fiziki-kimyəvi xassələrini; texnoloji prosesin fiziki-kimyəvi əsaslarını, mahiyyətini və parametrlərini. Prosesin tənzimləmə qaydalarını; xammal və yarımməhsulların sərfi və hazır məhsulun çıxışı normalarını. Komponentlərin dozalara bölünməsinin hesablanması metodikasını.

Orta ixtisas təhsili tələb olunur.

İş nümunəsi: Kaprolaktam perhidrol, rotor tipli ekstraktorlarda ferment və bakteriyalar istehsalında ayırma prosesinin aparılması.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında reduksiya prosesinin ayrı-ayrı əməliyyatlarının aparılması və ya dəmir yonqarının vasitəsi ilə reduksiya prosesinin aparılması (etakridin, anestezin, novokain istehsalı istisna olmaqla). Xammalın qəbulu və hazırlanması. Xammalın aparata yüklənməsi. Hazır məhsulun boşaldılması. NÖC-ün göstəricilərinə və xidmət edilən sahənin avadanlığının işinə nəzarət edilməsi. Nümunələrin götürülməsi. Texnoloji avadanlığa xidmət edilməsi. avadanlığın təmirə hazırlanması.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; xidmət edilən sahənin armatur və kommunikasiyaların sxemini; texnoloji rejimin parametrlərini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Sulfid, polisulfid, metal və başqa bərpaedici vasitələrin köməyi ilə üzvi və qeyri-üzvi birləşmələrin reduksiyası, texnoloji prosesinin aparılması. Texnoloji təlimata və verilmiş parametrlərə temperatur, təzyiq, hidrogen ionlarının qatılığı və sairə, uyğun olaraq, aparatın yüklənməsi, reduksiya texnoloji prosesinin aparılması, aparatın boşaldılması. NÖC-ün göstəriciləri və analizin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Təlimatda nəzərdə tutulmuş analizlərin aparılması. Reaksiya keçirilən aparatlara, regenerasiya kolonnalarına, ölçü cihazlarına, dozalaşdırıcı cihazlara, süzgəclərə, çənlərə, kommunikasiyalara, NÖC-ə və başqa avadanlığa xidmət edilməsi. Avadanlığın işindəki çatışmazlıqların aşkar edilməsi və aradan qaldırılması. Xammalın və alınan məhsulun uçotu. Avadanlığın təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu; xidmət edilən sahənin armatur və kommunikasiyalarının sxemini; texnoloji rejimin parametrlərini və prosesin tənzimlənməsi qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Sulfid, polisulfid, metal və başqa bərpaedici vasitələrin köməyi ilə üzvi və qeyri-üzvi birləşmələrin bərpa edilməsi ilə eyni zamanda aşağı dərəcəli aparatçılara rəhbərlik edilməsi. Elektrolitik metodla reduksiya prosesinin aparılması.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlıqların, NÖC-ün quruluşunu və onlara xidmət qaydalarını; xidmət edilən sahənin armatur və kommunikasiyalarının sxemini; texnoloji rejimin parametrləri və prosesin tənzimləmə qaydalarını; analizlərin aparılması metodikasını.

1) Heksilrezorsin - reduksiya

2) Qiymətli metallar - reduksiya

3) Nitroanizol - reduksiya

4) Platifillin - reduksiya

5) Tsikloheksanomoksim - 180 atm. təzyiq altında reduksiya.

İşin xüsusiyyətləri. Xammalın kimyəvi tərkibinin dəyişdirilməsi, ayrı-ayrı komponentlərinin bərpa edilməsi və ya çıxarılması üçün onun daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında sobalarda bişirilməsi texnoloji prosesinin aparılması. Müəyyən edilən tərkibdə şixtanın hazırlanması, xammalı, sobalara doldurulması, onun iş səthində yayılması, sobanın mexanizminin işə qoşulması. Sobaya gələn qazlara nəzarət edilməsi, soba mexanizmlərinin işə salınması. Qazın daxil olmasına nəzarət edilməsi, sobanın divarlarının, tağ tavanının və dibinin yanıq qalıqlardan təmizlənməsi. Hazır məhsulun sobadan boşaldılması, onun növbəti əməliyyatlara və ya anbara ötürülməsi. Sobanın qızdırıcı qurğularına xidmət göstərilməsi. Nümunələrin götürülməsi. Texnoloji prosesə nəzarət edilməsi, pozuntuların aradan qaldırılması. Müxtəlif tip sobalara, daşıyıcı mexanizmlərə, yükləmə və yükboşaltma qurğularına, nasoslara və forsunkalara xidmət göstərilməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: məhsul istehsalının texnoloji sxemini, texnoloji prosesin mahiyyətini, xammal, texnoloji yanacaq və köməkçi materialların xassələrini; xidmət göstərilən avadanlığın quruluşunu və iş prinsipini, texnoloji rejimin parametrlərini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Xammalın kimyəvi tərkibinin dəyişdirilməsi, ayrı-ayrı komponentlərinin bərpa edilməsi, oksidləşdirilməsi və ya çıxarılması üçün onun sobalarda bişirilməsi texnoloji prosesinin aparılması. Reaksiyanın normal gedişi üçün şixtanın qızdırılması, qarışdırılması, hava və ya qazların dozalara bölüşdürülməsi. Prosesə zəruri olan komponentlərin əlavə edilməsi, prosesin mərhələlər üzrə temperaturunun tənzimlənməsi, xarici əlamətlərə və analizin nəticələrinə əsasən reaksiyanın qurtarma vaxtının müəyyən edilməsi. Qaztənzimləyici sahəyə xidmət göstərilməsi. NÖC-ün göstərişlərinə, analizlərin nəticələrinə və gözlə müşahidələrə əsasən texnoloji reqlamentə əməl olunmasına və məhsulun keyfiyyətinə nəzarət edilməsi. Şixtanın tərkibinin, prosesin aparılma rejiminin və vaxtının hesablanması. Texnoloji rejim pozuntuları səbəblərinin aşkar edilməsi və aradan qaldırılması. Fırlanan, saxta, səpələyici, qaynayan laylı, əhəng-yandırma, təbaşir ilə işləyən və digər sobalara, elevatorlara, NÖC-ə, tənzimləyici qurğulara və kommunikasiyalara xidmət göstərilməsi. Avadanlığın təmirdən qəbul edilməsi.

Bilməlidir: məhsul istehsalının texnoloji sxemini; texnoloji prosesin mahiyyətini, xammal və yarımfabrikatların, texnoloji yanacağın, köməkçi materialların və hazır məhsulun xassələrini; xidmət göstərilən avadanlığın quruluşunu, iş prinsipini; termik proseslərə xidmət göstərilərkən təhlükəsizlik texnikası qaydalarını; texnoloji rejimi; prosesin tənzimlənmə qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Məhsuldarlığı sutkada 300 tondan çox olan sobalarda və ya qaz yanacağı ilə işləyən, elektrik-idarəetmə cihazlarının köməyi ilə avtomatik rejimdə radioizotop səviyyə ölçənlərlə təchiz olunmuş üç və daha artıq olduqda bişirmə texnoloji prosesinin aparılması, ultramarin istehsalında, bişirmə sobalarına xidmət göstərilməsi. Soba sahəsinin daha aşağı ixtisaslı aparatçılarının işinə nəzarət edilməsi və onların işinin əlaqələndirilməsi.

Bilməlidir: məhsul istehsalının texnoloji sxemini; texnoloji prosesin mahiyyətini; xammal və yarımfabrikatların, texnoloji yanacağın, köməkçi materialların və hazır məhsulun xassələrini; xidmət göstərilən avadanlığın quruluşunu və iş prinsipini; termik proseslərə xidmət göstərilərkən təhlükəsizlik texnikası qaydalarını; texnoloji rejimi, prosesin tənzimləmə qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Ultramarin istehsalında soba sahəsinin aşağı ixtisaslı aparatçılarının işinə nəzarət edilməsi və onların işinin əlaqələndirilməsi. Avtomatik rejimdə, uzaqdan idarəetmə pult vasitəsilə xammalın bişirilməsi texnoloji prosesinin aparılması. Yüklənən və istifadə olunan xammal və materialların miqdarına və keyfiyyətinə, hazır məhsulun çıxışına NÖC-ün və avtomatika vasitələrinin köməyi ilə nəzarət edilməsi. Xəbərdaredici cihazlarının göstəriciləri əsasında avadanlıqların işində nasazlıqların, texnoloji rejim pozuntularının aradan qaldırılması. Zərurət olduqda prosesin məsafədən idarəetmə əl ilə idarəetməyə keçirilməsi. İdarəetmə pultunda qoyulmuş NÖC-ə, qeydiyyat cihazlarına və avtomatika qurğularına xidmət göstərilməsi. İstehsalat jurnalında cihazların göstəricilərinin qeydiyyatının aparılması. Şixta, asma kanat yolu, soba, söndürmə və qaztəmizləyici sahələrin işinin əlaqələndirilməsi ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçıların işinə rəhbərlik edilməsi.

Bilməlidir: məhsul istehsalının texnoloji sxemini; bişirmə texnoloji prosesini; xammal və yarımfabrikatların, texnoloji yanacağın, köməkçi materialların və hazır məhsulun fiziki-kimyəvi xassələrini; xidmət göstərilən avadanlığın quruluşunu və iş prinsipini; termik proseslərin aparılması zamanı təhlükəsizlik texnikası qaydalarını; texnoloji rejimi; prosesin tənzimləmə qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Boyaq maddələrlə doldurulmuş vannalara salmaqla müxtəlif məmulatların rənglənməsi və ya daha yüksək ixtisaslı boyaqçının rəhbərliyi altında süni dərinin örtüyünə poliamid məhlulunun çəkilməsi prosesinə xidmət göstərilməsi üzrə ayrı-ayrı işlərin yerinə yetirilməsi. Boyaq maddəsinin məhlulunun hazırlanması, məmulatların üstündə qalan turşunun neytrallaşdırılması, su ilə yuyulma, rəngləmə. Süni dəri örtüyünün işlənilməsi zamanı poliamid məhlulunun gətirilməsi və onun püskürücü cihazın rezervuarına doldurulması; örtüklü rulonun açma qurğusuna qoyulması və örtüyün aqreqata salınması. Daha yüksək ixtisaslı boyaqçının rəhbərliyi altında quruducu-boyayıcı aqreqatın idarə olunması, onun işinin tənzimlənməsi. Pulverizatorun, rezervuarın və nasos, boyama kamerasının boyaq maddəsi qalıqlarından təmizlənməsi. Avtomat bıçaq işinə nəzarət edilməsi. Kolandrlardan aqreqatın gətirməklə dövrü olaraq rulonların dəyişdirilməsi.

Bilməlidir: quruducu-boyayıcı aqreqatının quruluşunu; boyaq maddələrinin hazırlanması üsullarını və boyaq maddələrinin xassələrini; boyama və qurutma rejimini; kimyəvi materiallarının sərfi normalarını; iş üsullarını.

İşin xüsusiyyətləri. Süni dərinin üst örtüyünə poliamid məhlulunun çəkilməsi prosesinin aparılması; şnek-maşınlarda, qarışdırıcı barabanlarda (eyni zamanda xırdalamaqla) və digər boyaq aparatlarında blok, emulsiya, dənəvərlənmiş və digər plastik kütlələrin səthinin piqment boyaq maddələri ilə rənglənməsi prosesinin aparılması. Zəruri halda onların qurudulması. aqreqatın texniki sazlığının yoxlanılması və onun işə hazırlanması. Rəngləmə prosesinə, temperatur rejiminə, boyaq maddəsi məhlulunun verilməsinə, örtüyün dartılmasına, avtomatik bıçağın işinə, buxarın verilməsinə, quruducu cihazın temperaturuna nəzarət edilməsi və onların tənzimlənməsi. Rənglənmənin və qurudulmanın bərabərliyinə nəzarət edilməsi. Rənglənmiş termoplastların çəkilib bükülməsi, örtüyün keyfiyyətinin yoxlanılması, onun hissələrinin bir ölçüdə olmasının yoxlanılması. İşdə olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Analiz üçün nümunələrin götürülməsi. Avadanlıqların təmirində iştirak edilməsi. Avadanlıqların təmizlənməsi və yuyulması. Taranın rənglənməsi və qurudulması zamanı (regenerasiya maddələrilə hazırlanmış məmulatlarla olan yeşiklər) qaranlıqda işıldayan məhlulun, rəng astarının, boyaların hazırlanması, boyama kameralarının təzyiq baklarının onlarla doldurulması, boyaq püskürdücü tapançaların sazlanması və yerlə birləşmənin yoxlanması, yeşiklərin konveyerə asılması, fosforlaşdırılma; yeşiklərin yuyulması və qurudulması, rəng astarınm nazik qatını, birinci və ikinci rəng qatının çəkilməsi, yeşiklərin qaynaq yerlərinin soda məhlulu ilə yuyulması.

Bilməlidir: boyayıcı və quruducu aparatların və NÖC-ün quruluşunu və iş prinsipini; boyama və qurutma texnoloji prosesini və onun tənzimlənmə qaydalarını; boyamanın keyfiyyətinə qoyulan texniki tələbləri, boyaların, lakların və minaların xassələrini; avadanlığın sazlanması qaydalarını və nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Rəssamların verdiyi eskizlər üzrə dekorativ xüsusiyyətlər və rəng birləşmələri ilə rəssamlıq işlərinin rənglənməsi prosesinin aparılması, həmçinin termokimyəvi emal xəttində şüşə lifinin rənglənməsi prosesinin aparılması. Şüşə lifinin rənglənməsi prosesində texnoloji xəttin işinə, yoxlama və avtomatik tənzimləmə cihazlarının işinə nəzarət edilməsi. Şüşə lifinin hərəkət sürətinin və düzgünlüyünün tənzimlənməsi. Statik enerji çıxarıcısının işinə, boyaq məhlulunun verilməsinə və şüşə lifinin lazımi rənginin alınmasına nəzarət edilməsi. Qalaqlama vannalarında lazımi səviyyənin saxlanılması. Rəng çalarlarının müxtəlif olmasının aradan qaldırılması. Elektrik sobalarından yoxlama və sublimasiya məhsulların çıxarılmasına və quruducu cihazdan işlənmiş enerjidaşıyıcının nəzarət edilməsi. Boyama prosesində zay məhsulun aşkar edilməsi və aradan qaldırılması. Şüşə lifinin müəyyən edilmiş sıxlıq üzrə düzgün salınmasının təmin edilməsi.

Bilməlidir: boyama texnoloji prosesini; texnoloji xəttin quruluşunu; materialın çeşidini; boyaq maddələrinin və hopdurulan məhlulların əsas xassələrini; parçanın emalı zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması tədbirləri.

İşin xüsusiyyətləri. Şüşə lifinin termokimyəvi emal xəttində boyanması prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı boyaqçılara rəhbərlik edilməsi. İş təlimatlarına uyğun olaraq texnoloji prosesin idarə edilməsi və tənzimlənməsi. Analizlərin və müşahidələrin nəticələrinə əsasən boyama prosesinin tənzimlənməsi. NÖC və avtomatika vasitələrinin göstəricilərinə, xidmət göstərilən avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi.

Bilməlidir: boyama texnoloji prosesini, texnoloji xəttin quruluşunu və iş prinsipini; materialın çeşidini; boyaq maddələrinin və hopdurulan məhlulların əsas xassələrini; materialın emalı zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması tədbirlərini.

İşin xüsusiyyətləri. Bromlaşdırma prosesinin ayrı-ayrı əməliyyatlarının (buxarlama, süzmə, sentrifuqa vasitəsilə tərkib hissələrinə bölmə, kristallaşdırma) həyata keçirilməsi. Xammalın hazırlanması və yüklənməsi, məhsulun boşaldılması. Nümunələrin götürülməsi. Aparatların təmizlənməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: xidmət sahəsinin texnoloji sxemini və bromlaşdırma prosesinin mahiyyətini; avadanlığın quruluşunu və iş prinsipini; kommunikasiyaların sxemini; xammal, yarımfabrikat və hazır məhsulun növlərini, tərkibini, fiziki-kimyəvi və texnoloji xassələrini, onlara qoyulan tələbləri, nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Qeyri-üzvi birləşmələrin bromlaşdırılması texnoloji prosesinin aparılması və ya daha yüksək dərəcəli aparatçının rəhbərliyi ilə üzvi birləşmələrin bromlaşdırılması prosesinin aparılması. Reagentlərin aparata yüklənməsi, bromlaşdırma, məhsulun aparatdan boşaldılması və onun istehsalın növbəti mərhələlərinə ötürülməsi. NÖC-ün göstəriciləri və analizin nəticələrinə əsasən texnoloji prosesin parametrlərinin tənzimlənməsi; hazır məhsulun keyfiyyətinə nəzarət edilməsi. Təlimatda nəzərdə tutulmuş analizlərin yerinə yetirilməsi. Texnoloji avadanlıq, kommunikasiya və NÖC-ə xidmət edilməsi. Avadanlığın təmirə verilməsi və təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: xidmət edilən sahənin texnoloji sxemini və bromlaşdırma prosesinin mahiyyətini; prosesin tənzimlənməsi qaydalarını, avadanlığın və NÖC-ün quruluşunu və iş prinsiplərini; kommunikasiyaların sxemini; nümunələrin götürülmə qaydalarını və analizlərin aparılması metodikasını; xammal, yarımməhsul və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; xammalın sərfi və hazır məhsulun çıxışının hesablama metodikasını.

İşin xüsusiyyətləri. Üzvi birləşmələrin turş mühitdə və ya üzvi həlledicilər mühitində texnoloji bromlaşdırılması prosesinin aparılması. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi. NÖC-ün göstəricilərinə nəzarət edilməsi. Xammalın sərfinin və hazır məhsul çıxışının hesablanması, analizin nəticələrinə əsasən onların keyfıyyətinin müəyyənləşdirilməsi. Yoxlama analizlərinin aparılması. Analiz və müşahidələrin nəticələrinə əsasən prosesin təshih edilməsi. Avadanlıqların işindəki nasazlıqları aşkar edilməsi və aradan qaldırılması. Xammalın sərfinin və alınmış hazır məhsulun uçotu.

Bilməlidir: xidmət edilən istehsal sahəsinin texnoloji sxemini və bromlaşdırma prosesinin mahiyyətini; prosesin tənzimlənməsi qaydalarını; avadanlığın və NÖC-ün quruluşunu və iş prinsipini; armatura və kommunikasiyaların sxemini; nümunələrin götürülmə qaydalarını və analizin yerinə yetirilmə metodikasını; xammal, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; xammalın sərfi və hazır məhsul çıxışının hesablama metodikasını.

İşin xüsusiyyətləri. Sellüloid lövhələrin buxar plitələrində buxara verilməsi.

Bilməlidir: buxar plitələrinin iş prinsipini; buxara vermə texnoloji prosesini; buxar vermənin müddətini və temperaturunu.

İşin xüsusiyyətləri. Vanna və buxar şkaflarında müxtəlif məmulatların, xammalın buxar və qaynar su ilə buxara verilməsi prosesinin aparılması. Daha yüksək ixtisaslı buxara verən fəhlənin rəhbərliyi altında tıxac qabığının isladılması. Məmulatın iş yerinə daşınması. Xammalın vanna və buxar şkaflarına yüklənməsi. Məhsulun boşaldılması. İş sahəsində avadanlığa xidmət göstərilməsi.

Bilməlidir: xidmət göstərilən avadanlığın iş prinsipini; müxtəlif məmulatların və xammalın buxara verilməsi texnoloji prosesini; buxara vermənin temperaturunu; şkafın işə salınması qaydalarını.

İşin xüsusiyyətləri. Buxar dezodorator kameralarında, zirzəmilərdə və ya yüksək tezlikli cərəyanla müxtəlif məmulatların, xammalın kəskin buxar və qaynar su ilə buxara verilməsi prosesinin aparılması. Tıxac qabığının isladılması.

Müxtəlif növdən olan məmulatların topa və rulonlarının iş yerinə daşınması. Zəruri hallarda rulonların yüklənməsi üçün əvvəlcədən hazırlanması; rulonların partiyalar üzrə seçilməsi, yığılması, onların uclarının kameraya salmaq üçün hazırlanması. Buxara vermə və dezodorator kameraların və zirzəmilərinin yüklənilməsi. Buxarın verilməsi, buxarın temperaturunun, təzyiqinin və buxara vermə rejimlərinin tənzimlənməsi. Xarici əlamətlərə və analizin nəticələrinə əsasən məhsulun hazırlığının müəyyənləşdirilməsi. Məhsulun boşaldılması və onun növbəti emala verilməsi. Kameralara, zirzəmilərə, boylerə, nəqliyyat və qaldırıcı mexanizmlərə xidmət göstərilməsi. Kameranın, mexanizmlərin sazlanması və onların işində xırda nasazlıqların aradan qaldırılması. Daha aşağı ixtisaslı buxara verən fəhlələrə rəhbərlik edilməsi.

Bilməlidir: buxara vermənin texnoloji rejimini; emal olunmuş xammalın hazırlığının müəyyənləşdirilməsi qaydalarını; xammalın fiziki-kimyəvi xassələrini; buxar verən qurğuların və su kəmərlərinin quruluşunu; elektrik üsulla isitmə işləri zamanı-elektrotexnikanın əsaslarını, yüksək tezlikli cərəyanla iş qaydalarını; yükqaldıran və nəqliyyat mexanizmlərinin istismar qaydalarını.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında qatı maye, kuporos və ya başqa məhsulların buxarlandırılması prosesinin aparılması. Xammalın hazırlanması və aparata yüklənməsi. Reqlamentə uyğun olaraq texnoloji parametrlərin gözlənilməsi. Məhlulların səviyyəsi və temperaturuna nəzarət edilməsi. Nümunələrin götürülməsi. Avadanlığın təmizlənməsi, buxarlama aparatlarının yuyulması. Texnoloji avadanlığa xidmət olunması. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: xidmət edilən sahənin texnoloji sxemini; buxarlandırma texnoloji prosesinin mahiyyəti və metodlarını; buxarlandırılan məhsulların fiziki-kimyəvi xassələrini; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsiplərini; armatur və kommunikasiyaların sxemini; nümunələrin götürülmə qaydalarını; avadanlığa qulluq edilməsinin rejimini; xammal və hazır məhsulun uçotunun aparılması qaydalarını.

İş nümunələri. Qatı məhlulun, maya suspensiyasının buxarlandırılması.

İşin xüsusiyyətləri. Müxtəlif konstruksiyalı buxarlandırma aparatlarında atmosfer təzyiqi altında texnoloji buxarlandırma prosesinin aparılması, eləcə də atmosfer təzyiqindən yuxarı və ya vakuum altında işləyən aparatlarda birdəfəli və ya çoxdəfəli buxarlandırma prosesinin ilkin mərhələlərinin aparılması; atmosfer təzyiqindən yuxarı təzyiq və ya vakuum altında işləyən çoxkorpuslu buxarlandırma aparatlarında çoxdəfəli buxarlandırma və ya onun son mərhələlərinin aparılması və ya daha yüksək dərəcəli aparatçının rəhbərliyi ilə qeyri-sabit üzvi maddələrin vakuum altında buxarlandrılması prosesinin aparılması. Qatılaşdırılan məhlulla buxarlandırma aparatının yüklənməsi. Odluq qazları, buxar, difenil qarışığı, yağ və başqa istidaşıyıcılar vasitəsilə aparatların texnoloji reqlamentdə nəzərdə tutulmuş temperatura qədər qızdırılması. Nəzərdə tutulmuş texnoloji parametrlərin (temperatur, təzyiq, vakuum və başqaları) əl ilə bağlayıcı armatur və ventillərin köməyi vasitəsilə verilən səviyyədə saxlanması. NÖC-ün göstəriciləri və analizlərin nəticələrinə əsasən məhlulların səviyyəsinin və qatılığına, temperatura; vakuuma, xüsusi çəkiyə nəzarət edilməsi və onların tənzimlənməsi. Texnoloji rejimin pozulmasının səbəblərinin vaxtında aşkar edilməsi və aradan qaldırılması. İş təlimatında nəzərdə tutulmuş analizlərin aparılması. Məhlulun tökülməsi, məhsulun çənlərə yığılması, onun soyudulması, anbara və ya növbəti emala verilməsi. Avadanlıq və kommunikasiyaların işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, xırda təmir işlərinin aparılması. Avadanlığa: buxarlandırıcı aparatlara, reaktorlara, skrubberlərə, odluqlara, təzyiq baklarına, ölçən cihazlara, çənlərə, ventilyatorlara, NÖC və kommunikasiyalara xidmət edilməsi. Lazım olanda quruducu, süzücü və başqa əsas və köməkçi avadanlığa xidmət göstərilməsi. Avadanlığın təmirdən sonra qəbul edilməsi. Aşağı dərəcəli aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: xidmət edilən sahənin texnoloji sxemini; texnoloji buxarlandırma prosesinin mahiyyəti və metodlarını; buxarlandırılan qarışıqların fiziki-kimyəvi xassələrini; texnoloji rejimi və prosesin tənzimlənməsi qaydalarını; hazır məhsulun dövlət standartlarını və texniki şərtlərini; xidmət olunan avadanlığın quruluşunu və iş prinsiplərini; nümunələrin götürülmə qaydalarını və yoxlama analizlərinin aparılması metodikasını; avadanlığa qulluq rejimini; yanğın və partlayış təhlükəli şəraitdə iş qaydalarını, çilingər işlərini; sərf normalarını, xammal və hazır məhsulun uçotunun aparılması qaydalarını.

İş nümunələri. Çoxkorpuslu vakuum buxarlandırıcı qurğularda daha yüksək dərəcəli aparatçının rəhbərliyi ilə kultural məhlulun və ya maye suspensiyasının çoxdəfəli buxarlandırılması texnoloji prosesinin ayrı-ayrı mərhələlərinin aparılması.

İşin xüsusiyyətləri. Atmosfer təzyiqindən yuxarı təzyiqdə və ya vakuum altında işləyən çoxkorpuslu buxarlandırıcı aparatlarda çoxdəfəli texnoloji buxarlandırma prosesinin aparılması və ya prosesin son mərhələlərinin aparılması; vakuum altında qeyri sabit üzvi maddələrin buxarlandırılması prosesinin aparılması; ammonyak şorasının (selitra) buxarlandırılması prosesinin aparılması; daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında hidroliz sulfat turşusunun buxarlandırılması prosesinin aparılması. Məhlulun zərərli qarışıqlardan buxar və ya sıxılmış hava ilə üfürülmə, çökdürülmə, süzmə və başqa üsullarla təmizlənməsi. Buxarlandırma aparatlarına müəyyən olunmuş temperatur və qatılıq dərəcəsində məhlulların müntəzəm halda verilməsi, əlavələrin dozalara bölünməsi. Aparatlarda məhlulun səviyyəsinə nəzarət edilməsi, müxtəlif qızdırıcı vasitələrlə aparatların qızdırılması; buxarın tutulması və çıxarılması. NÖC-ün, avtomatika vasitələrinin, analizlərin nəticələri və vizual müşahidələrə əsasən distansiyadan və ya avtomatik olaraq məhlulun qatılığı, vakuum, təzyiq, aparatın yüklənməsi, temperatur, məhlulun verilməsi və başqa göstəricilərə nəzarət edilməsi və onların tənzimlənməsi. Avtomatik idarəetmə üsulundan əl ilə distansion idarəetməyə keçid və əks əməliyyat. Buxarlandırıcı aparatlarının, buxarrütubətləşdirici qurğular, kondensator və başqa avadanlıqlara xidmət edilməsi, avadanlıqlarının işinə müntəzəm olaraq nəzarət edilməsi. Avadanlıq və NÖC-ün təmirə hazırlanması, təmirə nəzarət olunması. Avadanlıq, NÖC və kommunikasiyaların kiçik təmir işlərinin yerinə yetirilməsi.

Bilməlidir: buxarlandırma prosesinin fiziki-kimyəvi əsaslarını, mahiyyətini; ammonyak şorasının (selitra) alınmasının texnoloji sxemini; xidmət edilən avadanlığın, NÖC-ün, avtomatikanın quruluşunu və iş prinsipini, armatur və kommunikasiyaların sxemini; ammonyak şorasının fiziki-kimyəvi və texnoloji xassələrini; texnoloji rejimi və prosesin tənzimlənməsi qaydalarını.

İşin xüsusiyyətləri. Hidroliz sulfat turşusunun avadanlıqda fasiləsiz olaraq buxarlandırılması, tortanın buxarlandırılması, maya suspensiyasının çoxdəfəli buxarlandırılması prosesləri ilə eyni zamanda aşağı dərəcəli aparatçılara rəhbərlik edilməsi.

Aparatda məhdud hüdudda temperatura, turşunun yüklənməsinə və qatılaşdırıldıqdan sonra onun çıxarılmasına, sulfat turşusunun istilikdəyişdiricidə soyudulmasına, buxarlandırma rejiminə nəzarət edilməsi və bu proseslərin tənzimlənməsi. Yüklənməyə uyğun buxarlandırılma rejiminin seçilməsi, suspensiyanın “yetişdirilməsi” prosesinin aparılması. “Hava-qaz” nisbətindəki dəyişikliyə uyğun olaraq, yüklənmiş odluqlarda yanma rejiminin seçilməsi. Odluqların yandırılması. Əl ilə idarəetmədən avtomatik üsulla idarəetməyə keçilməsi. Odluqların işləmə vaxtından asılı olaraq yanma rejiminin dəyişdirilməsi.

Fotoelementlər və başqa ölçü cihazları vasitəsilə avtomatik tənzimləyicilərə, buxarlandırma aparatlarına, odluqlara, erliftə, kompressorlara, nasoslara, istilikdəyişdiricilərə xidmət edilməsi.

Bilməlidir: xidmət olunan sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın quruluşu və iş prinsiplərini; armatur və kommunikasiyaların sxemini; xammal, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi xassələrini, buxarlandırma texnoloji prosesinin mahiyyətini və metodlarını, NÖC-ün təyinatını və ondan istifadə qaydalarını; texnoloji rejimi və prosesin tənzimlənməsi qaydalarını; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını.

Orta ixtisas təhsili tələb olunur.

İşin xüsusiyyətləri. Mayelərin və mayeləşdirilmiş qazların buxarlandırılması ilə buxar və qazların alınması texnoloji prosesin aparılması.

Anbarlardan buxarlandırıcılara xammalın qəbulu, xammalın qızdırılması, buxarlandırma, buxar və qazların təmizlənməsi (qurudulması).

Aparatlarda buxarlanma prosesinin tənzimlənməsi: NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən temperatura, səviyyəyə, vakuuma və digər parametrlərə nəzarət edilməsi. Əlavə komponentlərin norma ilə verilməsi. Buxar və qazların tələb olunan yerlərə və ya anbara verilməsi. Analiz üçün nümunələrin götürülməsi. Aparatların və kommunikasiyaların təmizlənməsi. Buxarlandırıcılara, soyuduculara, qızdırıcılara, nasoslara, ventilyatorlara, xüsusi çənlərə, kommunikasiyalara və digər avadanlığa xidmət edilməsi. Emal olunmuş məhsulun uçotunun aparılması. Avadanlıqların təmirə hazırlanması.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; texnoloji rejimi və texnoloji prosesin mahiyyətini; xidmət göstərilən sahədə avadanlığın quruluşunu; xammalın fiziki-kimyəvi və texnoloji xassələrini; xammal və hazır məhsula qoyulan tələbləri; kommunikasiyaların sxemini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Mayelərin və mayeləşdirilmiş qazların buxarlandırılması texnoloji prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi. Analizlərin yerinə yetirilməsi. Texnoloji avadanlığa qulluq edilməsi. Xammalın və hazır məhsulların uçotunun aparılması. Avadanlığın təmirdən qəbul edilməsi. Avadanlığa, kommunikasiyalara, NÖC-ə texniki xidmət göstərilməsi üzrə işlərin aparılması.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; texnoloji prosesin mahiyyətini və texnoloji rejimi, xidmət göstərilən sahədə avadanlığın quruluşunu; xammalın texnoloji və fiziki-kimyəvi xassələrini; xammal və hazır məhsula qoyulan tələbləri; nümunələrin götürülmə qaydalarını, analizlərin aparılması metodikasını; kommunikasiyaların sxemini; xammal və məhsul çıxışının hesablanması metodikasını.

İşin xüsusiyyətləri. Efir xammalı, sirkə anhidridi, polikarbonat və təmiz antrasen istehsallarında, buxarlandırma prosesinin aparılması və daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi. İş təlimatlarına uyğun olaraq texnoloji proseslərin idarə edilməsi və tənzimlənməsi. Xammal sərfinin və hazır məhsul çıxışının hesablanması; analizlərin nəticələrinə əsasən onların keyfiyyətinin müəyyənləşdirilməsi. NÖC və avtomatika vasitələrinin göstəricilərinə, xidmət göstərilən sahənin avadanlığının vəziyyətinə və işinə nəzarət edilməsi. Avadanlıq və kommunikasiyaların mürəkkəb olmayan təmir işlərinin aparılması.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; texnoloji prosesin mahiyyətini və texnoloji rejimi; xidmət göstərilən avadanlığın quruluşunu; xammalın fiziki-kimyəvi və texnoloji xassələrini; xammala və hazır məhsula qoyulan tələbləri; analizlərin aparılması metodikasını, nümunələrin götürülmə qaydalarını; kommunikasiyaların sxemini; xammalın və hazır məhsul çıxışının hesablanması metodikasını.

İşin xüsusiyyətləri. Metal disklərin, plitkalarda boyaların, tullantıların və zay məhsulun, kisə qabların və digərlərinin gözlə nəzərdən keçirilməsi və çeşidlənməsi. Qəbul, tərəzidə çəkmə, çeşidlənmə, yığılma, qablaşdırılma və markalanma və ya baxılmaq üçün daha yüksək ixtisaslı çeşidləyiciyə ötürülmə. Zəruri halda xarici qüsurların aradan qaldırılması, çirklənmiş tullantıların yuyulması və qurudulması. Texnoloji zay məhsulun və tullantıların uçotu, yağlama məhlulunun hazırlanması və onun kisələrin daxilən səthinə çəkilməsi və onların talk və ya təbaşirlə pudralanması. Makara və patronların ölçü, növ, rəng və keyfiyyətinə görə qəbulu və çeşidlənməsi, onların yığılması.

Bilməlidir: məhsula, taraya qoyulan tələbləri; zay məhsul və tullantı məhsulların seçmə qaydasını; zay məhsul və tullantıların uçotu qaydalarını; istehsalatda istifadə edilən makara və patronların növlərini; onlara qoyulan tələbləri.

İşin xüsusiyyətləri. Hazır məhsul, yarımfabrikat, xammal, materiallar, tullantı rezinlər və digər tullantıların sortlar, qruplar, növlər, fasonlar, ölçülər, markalar, rənglər, çəki və digər göstəriciləri üzrə dövlət standartlarına və texniki şərtlərə uyğun olaraq əl ilə yaxud çeşidləyici mexanizmlərdə (maşında, konveyerdə, vibroələkdə) bıçaq və vasitələrin istifadəsilə çeşidlənməsi.

Xammal açılması, materiallar, hazır məhsul, metal taranın qəbulu, çatdırılması və açılması. Texnoloji qüsurların aradan qaldırılması, tullantıların taraya yığılması, çəkilməsi, daşınması. Çeşidləyici və nəqliyyat mexanizmlərin işə salınması və dayandırılması. Aşkar edilmiş texnoloji qüsurların uçotu.

Bilməlidir: çeşidləyici və nəqliyyat mexanizmlərinin quruluşunu və iş prinsipini; xammal, material və məmulatlara olan dövlət standartlarını və texniki şərtləri; zay məhsulun növlərini və səbəblərini zay məhsulun qeydə alınması qaydalarını; istehsal olunan məhsulun növlərini; taranın hazırlanmasında istifadə olunan metalın sortlarını.

İşin xüsusiyyətləri. Rənginin təmizliyi və parlaqlığından asılı olaraq ultramarinin sortlar üzrə, süni dəri lövhələrinin, plastik dərinin, termoplastik materialların bütün növlərdən olan linoleumun, polivinilxlorid, kumaron və polistirol lövhələrin, dekorativ laylı kağız plastikin sahə, kalibrlər, sortlar, rəng çalarları üzrə ölçü alətlərinin köməyilə sortlara ayrılması. Çeşidləşdirici konveyerdə məxmər və yarımməxmərin kəsilməsilə tıxac məmulatların sortlara ayrılması, üzvi şüşənin və ondan olan məmulatların seriyalığının müəyyənləşdirilməsi. Üzvi şüşənin çəkisindən, nominallıdan, növündən asılı olaraq partiyada seçilib ayrılması. Sintetik cod tükün, müxtəlif növdə tilov ipinin, kauçukun, kimyəvi materialların, rezin istehsalı üçün kordların, iri həcmli rezin məmulatların, neft və gəmiqayırma sənayesi üçün yapışqanlaşmış məmulatların, rezin sapının dövlət standartlarına və texniki şərtlərə uyğun olaraq sortlara ayrılması. Zay məhsulun aşkara çıxardılması, sarğının diametri üzrə bir bərabərdə olmasına və düzgün aparılmamasını, bir-birinə yapışan sapların aşkara çıxardılması, metrajın hesablanması, məhsulun çəkilməsi, markalanması, yığılması, qablaşdırılması və sairə. Çeşidləmə göstəricilərinin və aşkar olunan qüsurların jurnala yazılması. Çeşidlərə ayrılmış məhsula pasportların yazılması.

Bilməlidir: dövlət standartlarının tələblərini və texniki şərtlərini; zay məhsulun növlərini və səbəblərini; hazır məhsula qoyulan tələbləri; hazır məhsulun qəbul edilməsi və sənədləşdirilməsi qaydalarını.

İşin xüsusiyyətləri. Dövlət standartlarına və texniki şərtlərə uyğun olaraq müxtəlif növ qablaşdırmada toxuculuq saplarının sortlara ayrılması. Toxuculuq sapında qüsurların, nömrə üzrə bir bərabərlikdə olmamasının, düzgün olmayan sarğının, xovun, məhsulun eyni rəngdə olmamasının, düzgün tutqunlaşmamanın, nömrələrin qarışdırılmasının, topaların dartılmasının müəyyən edilməsi. Növlərinə və çeşidinə görə sortlara ayrılan toxuculuq saplarının düzülməsi. Məhsulun xarakteristikasını və çeşidləyicinin soyadını göstərməklə sortlara ayrılan toxuculuq sapına pasportların yazılması. Daha aşağı ixtisaslı çeşidləyicilərə rəhbərlik etməklə eyni zamanda rezintexniki məmulatların, rezin ayaqqabıların, şinlərin sortlara ayrılması.

Bilməlidir: toxuculuq sapına dövlət standartlarını və texniki şərtləri; zay məhsulun növlərini və səbəblərini; sortlara ayrılmış məhsula pasportun doldurulması qaydalarını.

İşin xüsusiyyətləri. Toxuculuq sapının dövlət standartlarına və texniki şərtlərə uyğun olaraq sortlara ayrılması və qablaşdırılması. Çeşidləyicilərin və qablaşdırıcıların işinin keyfıyyətinə nəzarət edilməsi. Serimetrik analizlər üçün toxuculuq sapının götürülməsi. Toxuculuq sapının çeşid üzrə sortlara ayrılmaq üçün daxil olmasının uçotunun aparılması və onun növləri, çeşid üzrə anbara ötürülməsi. Daha aşağı ixtisaslı çeşidləyicilərə və qablaşdırıcılara rəhbərlik edilməsi.

Bilməlidir: toxuculuq sapının bütün çeşidi üçün dövlət standartlarını və texniki şərtləri; qablaşdırılmış toxuculuq sapının partiyalar üzrə nömrələnməsi qaydalarını.

İşin xüsusiyyətləri. Çillə əsasının asbest saplarından hazırlanması.

Bilməlidir: çillə maşınının quruluşun və iş prinsipini; sapların salınması sxemini; əsasın keyfıyyətinə qoyulan tələbləri; avadanlığa qulluq göstərilməsi rejimini.

İşin xüsusiyyətləri. Şüşə lenti üçün çillə əsasını və ya latun məftildən çillə əsasını hazırlanması.

Bilməlidir: çillənin hazırlanması prosesinin mahiyyətini, çillə maşınının quruluşunu, iş prinsipini; sapların salınması sxemini; zay məhsulun növlərini və onun aşkar edilməsi və aradan qaldırılmasını; çillənin keyfiyyətinə qoyulan tələbləri; avadanlığa xidmət göstərilməsi rejimini.

İşin xüsusiyyətləri. Polietilen lentlərdən, toxuculuq saplarından və şüşə saplarda çillə hazırlanması prosesinin aparılması. Verilən uzunluqda çillə hazırlanması üçün sayğacların quraşdırılması. Əsasın ayrı-ayrı lentlərlə makaraya və çillə barabanına salınması. Lentin barabana təkrar sarınması; barabandan toxucu dəzgahının valına sarınması. Sapların nömrəsi və rəngi üzrə eyniliyinə nəzarət edilməsi. Lentin eninə, lentdə sapların sıxlığına, çillə hazırlanarkən istiqamətinə və dartılmasına; lentin düzgün yığılmasına və şnurların düzgün çəkilməsinə qoyulma qaydasının nəzarət edilməsi və onların tənzimlənməsi. Üzərinə əriş sarınan valın tərəzidə çəkilməsi və qablaşdırılması. Pasportun doldurulması. Qırılmış sapların bərpa edilməsi. Maşına qulluq göstərilməsi.

Bilməlidir: çillə hazırlanması prosesinin təyinatını və mahiyyətini; çillə maşınının quruluşunu, iş prinsipini; sapların salınması sxemini; zay məhsulun növlərini və onun aşkar edilməsi və aradan qaldırılması; məhsulun keyfiyyətinə qoyulan tələbləri; avadanlığa xidmət göstərilməsi rejimini.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında çökdürmə prosesinin ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsi. Xammalın qəbulu və hazırlanması. Xammalın reaksiya aparatlarına yüklənməsi. Məhlulların dozalara bölüşdürülməsi. Texnoloji avadanlığa xidmət edilməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; xammal və məhsulların fiziki-kimyəvi və texnoloji xassələrini.

İşin xüsusiyyətləri. Reagentlərin köməyi ilə məhlulların həll olunmayan formaya keçirilməsi yolu ilə texnoloji ayırma prosesinin aparılması və bərk fazanın ayrılması və ya asan ayrılan, partlayış təhlükəli, zəhərli və çox təsirli maddələrin tətbiq edilməsi yolu ilə çökdürmənin ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsi. İş məhlulların hazırlanması və onun qarışıqlardan təmizlənməsi, xammal və məhlulların reaktora verilməsi. Qatışığın qızdırılması və qarışdırılması. Əsas məhlulun çökdürülməsi, dekantasiyası, pulpanın çəkilib nasoslarla çıxarılması, süzgəcdən keçirilməsi. Hazır məhsulun alınması. Süzgəc-preslərdə parçanın dəyişdirilməsi. NÖC-ün göstəricilərinə əsasən temperatur rejiminə və texnoloji prosesin gedişinə nəzarət edilməsi və onların tənzimlənməsi. İstehsala nəzarət edilməsi məqsədilə nümunələrin götürülməsi. Reaktorlara, çökdürücülərə, nasoslara, tutumlara və b. avadanlıqlara xidmət edilməsi. Reaktorlara, çökdürücü çənlərə, nasoslara, xüsusi çənlərə xidmət göstərilməsi. Xammal sərfinin hesablanması. Avadanlığın işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Avadanlığın təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; xammal, yarımfabrikat, məhsul və köməkçi materialların fiziki-kimyəvi və texnoloji xassələrini; xammal və hazır məhsula qoyulan texniki şərtləri; xidmət göstərilən sahədə texnoloji prosesin mahiyyətini; texnoloji rejim parametrlərini və prosesin tənzimlənməsi qaydalarını; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Bahalı, yüngül bölünən, partlayış təhlükəli, zəhərli və çox təsirli maddələrin istifadə edilməsi ilə faza ayrılmaqla və ya faza ayrılmadan, habelə çökdürmə üsulu ilə litoponun alınması zamanı texnoloji çökdürmə prosesinin tətbiqi. İş məhlullarının əvvəlcədən qarışıqlardan təmizlənməsi. Xammal və məhlulların dozalarla reaktora verilməsi. Suspenziyaların çökdürücü çənlərə ötürülməsi, çökdürülmə, əsas məhlulun nasosla çəkilməsi. Məhsulun kristallaşdırılması, boşaldılması, sentrifuqa vasitəsilə tərkib hissələrinə bölünməsi; süzülməsi, yuyulması. Xammalın xüsusi dəqiqliklə dozalara bölünməsinin, temperaturu, çökmə vaxtının, qatışıqların müəyyən faizdə olmasının, standarta uyğun məhsul çıxışının və digər göstəricilərin təmin edilməsi. Analizlərin aparılması. Kristallaşdırıcılara, sentrifuqalara, habelə xüsusi dəqiqliklə çökdürmə prosesinin aparılması üçün zəruri vasitələrə xidmət göstərilməsi. Xammal sərfinin və məhsul çıxışının hesablanması. Hazır məhsulun anbara nəql edilməsi. Zəruri hallarda daha aşağı ixtisaslı aparatçıların işinə nəzarət edilməsi və onların işinin əlaqələndirilməsi.

Bilməlidir: məhsul istehsalının texnoloji sxemini; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; xammal, yarımfabrikat, məhsul və köməkçi materialların fiziki-kimyəvi və texnoloji xassələrini; xammal və hazır məhsula qoyulan tələbləri; xidmət göstərilən sahədə texnoloji prosesin mahiyyətini; texnoloji rejim parametrlərini və prosesin tənzimlənmə qaydalarını, nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Sarı fosforun, təmizlənmiş tortadan alınan proflavin fumar turşusunun və arsenin çökdürülməsi və proqramla idarə olunan sentrifuqalarda suspenziyanın maye və bərk fazalara bölünməsi və ya yüngül ayrılan, partlayış təhlükəli, zəhərli və çox təsirli maddələrin çökdürülməsi prosesini aparan daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi və onların işinin əlaqələndirilməsi.

Müəyyən olunmuş pH ölçüsünü saxlamaqla əsas məhsulların dozalara bölünməsi və aparatlara yüklənməsi. Qarışdırma, çökdürmə prosesi zamanı məhsulun reagentlər vasitəsilə düzgün çökdürülməsinə təkrar nəzarət edilməsi. Standart məhsul çıxışının təmin edilməsi. Suspenziyanın tutuma boşaldılması, çökdürülməsi, vakuum süzgəclərə nasoslarla çəkilməsi. Avadanlığa xidmət göstərilməsi.

Bilməlidir: məhsul istehsalının texnoloji sxemini; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; xammal, yarımfabrikat, hazır məhsul, köməkçi materialların fiziki-kimyəvi və texnoloji xassələrini; xammal və hazır məhsula qoyulan tələbləri; xidmət göstərilən sahədə texnoloji prosesin mahiyyətini; texnoloji rejim parametrlərini və prosesin tənzimlənmə qaydalarını; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Əl ilə qidalandırılan darayıcı maşınlarda şüşə liflərin daranması və yapışdırılması prosesinin aparılması. Birdəfəlik darayıcı aparata xidmət göstərilməsi. Maşının işə hazırlanması; darayıcı maşının vəziyyətinin yoxlanılması, şüşə lifin, hopdurma üçün lakın verilməsi, bakın doldurulması. Buraxılan örtüyün markasına uyğun olaraq liflərə ayrılmış şüşə lifin çəkilməsi. Darayıcı maşının qidalandırıcı barmaqlıqlarına lifin döşənməsi. Darama prosesinə nəzarət edilməsi. Lifin eyni bərabərlikdə hopdurulması və ya quru lifin doğrayıcı maşından keçirilməsi. Darayıcı maşının barabanına hopdurulmuş və ya quru şüşə lifinin sarınması, müəyyən uzunluqda hissələrə kəsilməsi, barabandan çıxarılması. Hopdurulmuş şüşə lifinin masanın sıxaclarına yerləşdirilməsi və ya onun lentşəkilli duruducu maşının barmaqlıqlarına düzülməsi. Yağlanma. Quru şüşə lifindən örtük istehsalı zamanı maşının və çıxar bakının təmizlənməsi, onun çəkilməsi, sahəsinin, qalınlığının və markasının müəyyən edilməsi. Rulona bükülməsi, bağlanması, markalanması və qablaşdırılması.

Bilməlidir: doğrayıcı maşının quruluşunu və iş prinsipini; buraxılan örtüklərin keyfiyyətinə qoyulan tələbləri; lakın xassələrini; buraxılan örtüklərin markalarını; dövlət standartlarını və texniki şərtləri; örtüklərin keyfiyyətinə nəzarət etmək üçün nəzərdə tutulan cihaz və alətlərin təyinatını, avadanlığa xidmət göstərilməsi qrafikini; iş üsullarını.

İşin xüsusiyyətləri. Karda darayıcı aparatlarda və tiftikqaytanlayan maşınlarda asbest, pambıq və darama məhsulu qatışığından əmtəə məhsulunun və ya yarımfabrikatın (iplik, tiftikqaytan, darama lenti) hazırlanması.

Texnoloji prosesə və aparatın işinə nəzarət edilməsi. Asbest və pambıq parça ipliyi ilə makaraların və işlənmiş makaraların dəyişdirilməsi. İplikdə, tiftikliqaytanda və lentdə qırıqların aradan qaldrılması. Müvafıq jurnala qeyd etməklə nümunələrin götürülməsi yolu ilə istehsal olunan ipliyin nömrəsinə nəzarət edilməsi. Aparatın bunkerində qatışığın səviyyəsinə və ya aparatı qatışıqla avtomatik olaraq təmin edən cihazlara nəzarət edilməsi. İstehsal olunan ipliyin götürülməsi, ştamplanması və yeşiklərə düzülməsi, tiftikqaytanın və lentin yumaqlara əl ilə sarınması. Yumaqların bağlanması və yığılması. Kard darayıcı aparatların təmizlənməsi.

Bilməlidir: ipliyin hazırlanması texnoloji prosesini; emal olunan yarımfabrikatların çeşidlərini; müxtəlif resepturalı qarışıqların emal olunma xüsusiyyətlərini; hazırlanan məhsulun keyfiyyətinə qoyulan tələbləri; nümunələrin götürülmə qaydalarını; karda darayıcı aparatların, tiftikqaytan maşınların və NÖC-ün quruluşunu.

İşin xüsusiyyətləri. Dehidrogenləşdirmə üzrə ayrı-ayrı əməliyyatların aparılması. Xammal hazırlanması. Xammal və reagentlərin reaktora yüklənməsi. Məhsul və katalizatorun boşaldılması. Nümunələrin götürülməsi. Aparatların təmizlənməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: istehsalın texnoloji sxemini, xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini, xammalın fiziki-kimyəvi xassələrini. Nümunələrin götürülmə qaydalarını, əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini.

İşin xüsusiyyətləri. Yüksək ixtisaslı aparatçının rəhbərliyi altında dehidrogenləşdirmənin texnoloji prosesinin aparılması. Şixtanın və katalizatorun hazırlanmasında iştirak edilməsi. Aparata buxar-qaz qarışığının verilməsi. Prosesdə parametrlərin tənzimlənməsi. Texnoloji rejim normalarının pozulma səbəblərinin aradan qaldırılması. Avadanlığa xidmət edilməsi. Avadanlıqların təmirə verilməsi və təmirdən qəbul edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini. Əsas və köməkçi avadanlıqların quruluşunu və iş prinsipini. Hazır məhsulun, istilikdaşıyıcının, katalizatorun, xammalın fiziki-kimyəvi və texnoloji xassələrini. Nümunənin götürülmə qaydalarını, xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini.

İşin xüsusiyyətləri. Dehidrogenləşdirmə texnoloji prosesinin aparılması. Xammalın qəbulu, katalizator və şixtanın hazırlanması, buxarlandırma, buxar-qaz qarışığının reaktora verilməsi, soyudulma, kondensasiya, kondensatın ayrılması, katalizatorun yüklənməsi, məhsulun möhkəmləşdirilməsi.

Reqlamentlə nəzərdə tutulan texnoloji rejim parametrlərinə (temperatur, təzyiq, yanacaq, azının miqdarı, katalizator sistemdə sirkulyasiyası, hava və sairə göstəricilərə), NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən nəzarət edilməsi və onların tənzimlənməsi. Analizlərin aparılması. Tələb olunan xammalın, məhsul çıxışının hesablanması. Texnoloji rejim pozuntuları səbəblərinin aşkar edilməsi və aradan qaldırılması. Bütün tipdən olan reaktorlara, buxarlandırıcı qurğulara, qızdırıcı sobalara, odluqlara, çökdürücü çənlərə, kondensatorlara, qurutma kanallarına, qazverən və havaverən maşınlara, NÖC-ə və digər avadanlıqlara xidmət edilməsi. Xammal və hazır məhsulun uçotunun aparılması.

Bilməlidir: istehsalın texnoloji sxemini, qurğunun əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini, xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini, xammalın, katalizatorların, istilikdaşıyıcıların, hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini, nümunələrin götürülmə qaydalarını, analizlərin aparılması metodikasını, texnoloji rejimi, prossesin tənzimləmə qaydalarını.

İşin xüsusiyyətləri. Texnoloji prosesin aparılması, etil spirtinin, etil-benzolun, butilenin, butanın, izobutanın, dietilbenzol fpaksiyasının dehidrogenləşdirmə sahələrində bütün avadanlığa və avtomatik idarəetmə vəsaitlərinə xidmət göstərilməsinə rəhbərlik.

İş təlimatlarına uyğun olaraq texnoloji prosesin tənzimlənməsi və idarə edilməsi. Analizlərin və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Analizlərin nəticələrinə əsasən xammal sərfinin və hazır məhsul çıxışının hesablanması və onların keyfiyyətinin müəyyənləşdirilməsi. Avtomat idarəetmə vasitələrinin və NÖC-ün göstəricilərinə, xidmət edilən avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi. Əsas və köməkçi avadanlıqların təmir işləri.

Bilməlidir: istehsalın texnoloji sxemini, xidmət olunan sahədə əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; xammalın, katalizatorların, istilikdaşıyıcılarının, hazır məhsulun, fiziki-kimyəvi və texnoloji xassələrini, xammal və hazır məhsula qoyulan texniki tələbləri, nümunələrin götürülmə qaydalarını, analizlərin aparılması metodikasını, normal texnoloji rejimi, prosesin tənzimləmə qaydalarını.

Orta ixtisas təhsili tələb olunur.

İşin xüsusiyyətləri. Sadə texnoloji desorbsiya prosesinin aparılması və ya daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında orta mürəkkəblikdə desorbsiya prosesinin aparılması. Xammal və reagentlərin qəbulu və hazırlanması. Onların aparata yüklənməsi. Hazır məhsulun boşaldılması. Texnoloji avadanlığa xidmət edilməsi. Aparatların təmizlənməsi. Nümunələrin götürülməsi. Avadanlığın təmirə hazırlanması. Avadanlığın işindəki nasazlıqların aradan qaldırılması.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; xammalın fiziki-kimyəvi və texnoloji xassələrini; nümunələrin götürülmə qaydalarını.

İş nümunəsi. Oleum - natrium persulfat və natrium paraminosalisilat istehsalında desorbsiya prosesinin aparılması.

İşin xüsusiyyətləri. Orta mürəkkəblikdə desorbsiya prosesinin aparılması. Qazın, doymuş məhlulların dozalara bölüşdürülməsi; qızdırılmaqla, vakuum altında məhsulun desorbsiyası; desorbsiya olunmuş məhsulun kondensasiyası, yuyulmaya verilməsi; hazır məhsulun tutumlara verilməsi. Desorberlərə, çənlərə, qızdırıcı və qaynadıcı qurğulara, vakuum-nasoslara, lubrikatorlara və başqa avadanlığa xidmət edilməsi; avadanlıq və kommunikasiyaların işindəki çatışmazlıqların aşkar edilməsi və aradan qaldırılması. NÖC-ün göstəriciləri və analizlərin nəticələrinə əsasən texnoloji prosesin tənzimlənməsi. Desorbsiya olunan məhsula nəzarət edilməsi. Hazır məhsulun uçotunun aparılması. Avadanlığın təmirə verilməsi və təmirdən qəbul edilməsi.

Bilməlidir: xidmət edilən sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu; armatur və kommunikasiyaların sxemini; desorbsiya olunan maddələrin fiziki-kimyəvi xassələrini; texnoloji rejimi; texnoloji prosesin mahiyyətini və tənzimləmə qaydalarını; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını.

1) Hava desorbsiyası üsulu ilə yod istehsalı prosesinin aparılması.

2) Desorbsiya yolu ilə maddələrin ayrılması və təmizlənməsi prosesinin aparılması.

İşin xüsusiyyətləri. Mürəkkəb texnoloji desorbsiya prosesinin aparılması. İş təlimatına uyğun olaraq texnoloji prosesin idarə edilməsi və tənzimlənməsi. Analizlərin və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Xammal sərfinin və hazır məhsulun çıxışının hesablanması, analizlərin nəticələrinə əsasən onların keyfiyyətinin müəyyənləşdirilməsi. NÖC-ün göstəricilərinə, avadanlığın işinə və vəziyyətinə nəzarət edilməsi. Avadanlığın və kommunikasiyaların mürəkkəb olmayan təmirinin yerinə yetirilməsi.

Bilməlidir: xidmət edilən sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və istismarı qaydalarını; armatur və kommunikasiyaların sxemini; desorbsiya olunan maddələrin fiziki-kimyəvi xassələrini; texnoloji rejimi; texnoloji prosesin tənzimləmə qaydalarını; analizlərin aparılması metodikasını.

İş nümunəsi. İzobutilen, fenollar - desorbsiya prosesinin aparılması.

İşin xüsusiyyətləri. Destillə prosesinin ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsi və ya destillə kolonkalarında destillə edilmiş suyun sərbəst alınması və ya skipidarın əski üskükdən çəkilməsi zamanı distillə edilmiş suyun alınması, beta-pikolin və təmiz pridinin istehsal prosesinin aparılmasında iştirak etmək. Texnoloji reqlamentə uyğun olaraq xammalın aparata yüklənməsi, qızdırılma, texnoloji parametrlərin tənzimlənməsi. Hazır məhsulun boşaldılması və anbara verilməsi. Kommunikasiyaların və aparatların təmizlənməsi.

Bilməlidir: məhsulun istehsalının texnoloji sxemini; xidmət göstərilən avadanlığın quruluşunu, iş prinsipini; xammalın və məhsulun xassələrini.

İşin xüsusiyyətləri. Vakuum və ya su buxarı altında qarışıqların qismən, yaxud ilkin kobud bölüşdürülməsi məqsədilə texnoloji sadə destillə prosesinin (rektifikasiya, distillə, təkrar distillə) aparılması və ya daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında orta çətinlikdə texnoloji destillə prosesinin (distillə, təkrar distillə) aparılması.

Xammalın əmtəə fraksiyasının qaynama temperaturuna qədər qızdırılması, texnoloji reqlamentlə müəyyənləşdirilmiş hüdudlarda temperatur rejiminin, təzyiqin, xammalın verilmə sürətinin və digər parametrlərin dəqiq tənzimlənməsi. Maye buxarlarının kondensator-soyuducuda kondensasiyası. Soyuducularda suyun temperaturunun müəyyən səviyyədə saxlanılması. Aparatlarda mayelərin müəyyən səviyyədə saxlanılması. Boru xətlərinin buxara verilməsi. Buxarlandırıcının və kondensator-soyuducunun işinə nəzarət edilməsi. Maye polimerlərin anbarlara qəbul edilməsi. Hazır məhsulun yığılması, aparatların təmizlənməsi, aparatura və kommunikasiyaların yuyulması. Nümunələrin götürülməsi. NÖC-ün göstəricilərinə və gözlə müşahidələrə əsasən texnoloji prosesə nəzarət edilməsi və onun tənzimlənməsi; destillə aparatlarına, qızdırıcı qurğulara, kondensatlara, nasoslara, kommunikasiyalara, NÖC-ə xidmət göstərilməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: məhsul istehsalının texnoloji sxemini; xidmət göstərilən avadanlığın quruluşunu və iş prinsipini; texnoloji prosesin mahiyyətini və əsaslarını; texnoloji rejim parametrlərini və prosesin tənzimlənmə qaydalarını; xammal və yarımməhsulların fiziki-kimyəvi və texnoloji xassələrini; hazır məhsula olan texniki şərtləri, nümunələrin götürülmə qaydalarını; boru xətlərinin, kommunikasiyaların sxemini.

İş nümunəsi. Məhsulun və qatışığın qaynama temperaturları arasında olan fərqdən istifadə üsulu ilə maddələrin qətran qarışığından təmizlənməsi.

İşin xüsusiyyətləri. Orta çətinlikdə destillə texnoloji prosesinin (rektifikasiya, distillə, təkrar distillə) aparılması - maddələrin qatışıqlardan təmizlənməsi və ya çox komponentli tez buxarlanan maye qatışıqların tam ayrılması texnoloji prosesinin aparılması, yaxud daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etməklə eyni zamanda sadə texnoloji destillə prosesinin aparılması. Xammalın qəbulu, hazırlanması və müəyyən temperatura qədər qızdırılması. Texnoloji rejim parametrlərinin (temperatur, sistemdə vakuum və ya təzyiq, aparatlarda mayenin səviyyələri və sair) saxlanılması, aparatların buxarla qızdırılması və ya odluqlara xidmət göstərilməsi. Buxarın kondensasiyası və əmtəə fraksiyasının götürülməsi. Zəhərli maddələrin tutulması və geri çəkilən qazların təmizlənməsi. Aparatların şlamdan və qalıqlardan təmizlənməsi, məhsulun nəql edilməsi və anbara götürülməsi. Analizlərin aparılması. Analizlərin nəticələrinə və NÖC-ün göstəricilərinə əsasən texnoloji prosesə nəzarət edilməsi və onun tənzimlənməsi. Rektifikasiya kolonkalarına, soyuducu-kondensatorlara və digər aparatlara xidmət göstərilməsi. Avadanlığın işində olan nasazlıqların, texnoloji reqlament normalarının pozulmasının səbəbinin xəbər verilməsi, aşkar edilməsi və aradan qaldırılması. Təmirdən sonra avadanlığın qəbul edilməsi.

Bilməlidir: məhsul istehsalının texnoloji rejimini, NÖC-ün və xidmət göstərilən avadanlığın iş prinsipini; texnoloji rejim parametrlərini və prosesin tənzimləmə qaydalarını, fiziki-kimyəvi proseslərin mahiyyətini, xammalın fiziki-kimyəvi xassələrini, xammala, hazır məhsula, yarımfabrikatlara qoyulan tələbləri; analizin aparılması metodikasını; nümunələrin götürülmə qaydalarını.

1. Qətranın preparat halına salınması prosesinin aparılması.

2. Təmiz pridinin və beta-pikalin istehsalı prosesinin aparılması.

3. Azeotrop destillə üsulu ilə həlledicinin qurudulması prosesinin aparılması.

İşin xüsusiyyətləri. Mürəkkəb texnoloji destillə prosesinin aparılması və ya maddələrin qatışıqdan təmizlənməsi üzrə orta çətinlikdə destillə texnoloji prosesinin aparılası, yaxud çox komponentli tez buxarlanan maye qatışıqların tam ayrılması texnoloji prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi. Adsorbsiya sistemində üzvi həlledicilərin buxarla regenerasiyası prosesinin aparılması.

Adsorberlərdə aktivləşdirilmiş kömürün regenerasiyası prosesinin aparılması. Maye fraksiyası regeneratinin kondensasiyası, bölüşdürülməsi, yığılması və tullantıların termik üsulla zərərsizləşdirməklə geri çəkilməsi. Məhsulun nəql edilməsi və istehsalın növbəti mərhələlərinə ötürülməsi. Yoxlama analizlərinin keçirilməsi. Analizlərin nəticələrinə əsasən məhsulun keyfiyyətinin müəyyənləşdirilməsi. NÖC-ün göstəricilərinə nəzarət edilməsi. Adsorberlərə, ekstraktorlara, buxar qurğusuna, destille qazanlarına, nasoslara və digər aparatlara xidmət göstərilməsi. Avadanlıqların işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması.

Bilməlidir: məhsul istehsalının texnoloji sxemini, NÖC-ün və xidmət göstərilən avadanlığın quruluşunu və konstruktiv xüsusiyyətlərini; texnoloji rejim parametrlərini və prosesin tənzimləmə qaydalarını; fiziki-kimyəvi prosesin mahiyyətini; xammalın fiziki-kimyəvi və texnoloji xassələrini; xammala, hazır məhsula və yarımfabrikatlara qoyulan tələbləri; analizlərin aparılması metodikasını.

İş nümunəsi. Vinilasetat, çox komponentli zəhərli, toksik, partlayış təhlükəli və digər analoji məhsulların rektifikasiyası.

İşin xüsusiyyətləri. Mürəkkəb texnoloji destillə prosesinin aparılması, məhsulların destillə edilməsi üzrə bütün sahələrin, habelə molekulyar distillə işinə nəzarət edilməsi və onların işinin əlaqələndirilməsi ilə eyni zamanda bu sahələrin daha aşağı ixtisaslı aparatçıların işinə nəzarət edilməsi. Məsafədən idarəetmə pultundan texnoloji prosesin aparılması.

Avtomatikanın və NÖC-ün köməyi ilə əsas xammal, köməkçi materiallar, elektrik enerjisi sərfinə, temperatura, təzyiqə, sistemdə vakuuma, kolonkalarda mayelərin səviyyələrinə və digər göstəricilərə nəzarət edilməsi və onların tənzimlənməsi. İstehsalın bütün mərhələləri üzrə xammal, materiallar, yarımməhsullar sərfinin, hazır məhsul çıxışının hesablanması və uçotu. Siqnal qurğuları vasitəsi ilə texnoloji rejim pozuntularının və avadanlığın işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Bir-biri ilə əlaqəli olan bütün istehsalat sahələrinin və bölmələrinin fasiləsiz iş rejiminin təmin edilməsi. Texnoloji prosesin məsafədən idarəetmə pultunun “avtodispetçer” sisteminin avtomatik qurğularına xidmət göstərilməsi. Zavodun dispetçerinə zəruri məlumatların verilməsi.

Bilməlidir: xammalın texnoloji və fiziki-kimyəvi xassələrini, xidmət göstərilən istehsalın texnoloji sxemini; avadanlıq, avtomatika sistemini və NÖC-ün konstruksiyasını və onlara xidmət göstərilmə qaydalarını; xammalın və məhsul çıxışının hesablanma metodikasını; avtomatikanın və prosesin blokirovkasının nəzarət sxemini, texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını, fərdi mühafızə vəsaitlərinin istifadə qaydalarını və zəhərli maddələr istehsalı zamanı təhlükəsizlik texnikası qaydalarını;

Orta ixtisas təhsili tələb olunur.

1) Sirkə turşusunun, sirkə anhidridinin, benzolun və onun fraksiyalarının, divinil-benzol turşusunun, vinilasetatın, daş kömür qətranının, çoxkomponentli zəhərli, partlayış təhlükəli və digər köməkçi mürəkkəb məhlulların destillə edilməsi.

2) Xidmət göstərilən avadanlığın avtomatik tənzimlənməsi ilə soda istehsalında prosesin məsafədən idarəetmə pultundan aparılması.

İşin xüsusiyyətləri. Qurum və metal natriumun istehsalında dənəvərləşdirmə prosesinin aparılması və ya daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında başqa maddələrin dənəvərləşdirilməsi prosesinin aparılması. Cəhrə yağının qəbulu, dənəvərləşdirildikdən sonra soyudulması; soyudulmuş yağın dənəvərləşdirici qurğulara ötürülməsi, dənəvərləşdirilmiş ərintinin tərəzidə çəkilməsi, qaldırıcı nəqliyyat mexanizmlərinin köməyi ilə yüklənməsi. Avadanlığın ərintidən təmizlənməsi.

Bilməlidir: xammal və köməkçi materialların fiziki-kimyəvi xassələrini, onlara qoyulan texniki tələbləri; işin qəbul edilməsi qaydalarını; əsas və köməkçi avadanlığın, qaldırıcı nəqliyyat mexanimzlərinin quruluşunu, iş prinsipini və onlara xidmət qaydalarını; xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini; texnoloji prosesin mahiyyətini və tənzimləmə qaydalarını; texnoloji rejimi; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Yarımməhsul və məhsulların dənəvərləşdirici qurğularda dənəvərləşdirilməsi prosesinin aparılması və ya avtomatik tənzimləmə və avtomatik blokirovka vasitələri ilə təchiz edilmiş qurğularda “qaynar təbəqə”lərdə daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında texnoloji dənəvərləşdirmə prosesinin aparılması. Xammalın və yağın dənəvərləşdirici qurğuya bir qaydada verilməsinə nəzarət edilməsi. Suyun, returun, buxarın, havanın verilməsinin əl ilə ventilin, sürgünün köməyi ilə və avtomatik üsulla tənzimlənməsi; texnoloji rejimə uyğun olaraq, hazır məhsulun temperaturunun, müqavimətinin, qatılığının dənəvərləşdirilmə tərkibinin təmin edilməsi. Dənəvərlərin keyfiyyətinin gözlə müşahidə yolu ilə müəyyənləşdirilməsi. Nümunələrin götürülməsi. Yarımməhsul və məhsulun boşaldılması, anbara və ya növbəti emal mərhələsinə ötürülməsi. Tələb olunan xammalın miqdarının və hazır məhsulun çıxışının hesablanması. Baraban dənəvərləndirici qurğulara, dənəvərləşdirmə qüllələrinə, qəbuledici çənlərə, qidalandırıcı bunkerlərə, nasoslara, qaldırıcı-nəqliyyat mexanizmlərinə və başqa avadanlığa xidmət göstərilməsi. Avadanlığın işindəki çatışmazlıqların aradan qaldırılması. Aparat və kommunikasiyaların təmizlənməsi. Avadanlığın təmirə hazırlanması, təmirdən qəbul edilməsi

Bilməlidir: texnoloji prosesin mahiyyətini və tənzimləmə qaydalarını; xammal, yarımməhsul və məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini, onlara qoyulan texniki tələbləri; texnoloji sxemi; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; xidmət göstərilən sahənin armatur və kommunikasiyaların sxemini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Yanrıməhsul və məhsulların dənəvərləşdirici qurğularda dənəvərləşdirilməsi texnoloji prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi, habelə suspenziyadan dənəvərlərin transformator yağında formalaşdırılması üsulu ilə ionmübadiləli qətranların dənəvərləşdirilməsi texnoloji prosesinin aparılması və ya avtomatik tənzimləmə və avtomatik blokirovka vasitələri ilə təchiz edilmiş qurğularda “qaynar təbəqə”lərdə yarımməhsul və məhsulların dənəvərləşdirilməsinin texnoloji prosesinin aparılması. Avadanlığın və avtomatika vasitələrinin vəziyyətinin yoxlanılması. Dənəvərləşdirmə prosesində istifadə olunan maddələrin lazımi miqdarının hesablanması və keyfiyyətinin müəyyənləşdirilməsi. Zəruri halda yanaşı proseslərin (qurutma; buxarlandırma; kristallaşdırma, qazların və məhlulların təmizlənməsi, buxarın kondensasiyası və sairə) yerinə yetirilməsi. NÖC və avtomatika vasitələrinin köməyi ilə xammal və məhsulun verilməsinin, hazır məhsul çıxışının, qazın sərfinin və təzyiqinin aşağı düşməsinin, havanın daxil olmasının, havanın təzyiqinin, siklon odluqlarda temperaturun, dənəvərləşdirici qurğuların zonaları üzrə ayrılan qazların, “qaynar təbəqə”nin və məhsulun temperaturunun, suyun sərfinin tənzimlənməsi. Texnoloji rejimə uyğun olaraq, şixtanın zəruri nəmliyinin təmin olunması. Texnoloji rejimin normadan pozuntularının aşkar edilməsi və aradan qaldırılması. Hazırlanmış şixtanın bişirmə sobasına yerləşdirilməsi. Prosesin düzgün gedişinə və dənəvərlərin tələb olunan ölçüdə formalaşdırılmasına nəzarət edilməsi. İş təlimatına uyğun olaraq analizlərin aparılması. Qurğunun bütün sisteminin normal işinə nəzarət edilməsi. Avadanlığın sazlanması və işindəki nasazlıqların aradan qaldırılması. Dənəvərləşdirmə qurğular sisteminə, siklon odluqlara, turbin vasitəsilə havaverici maşınlara, soyuduculara, mərkəzdənqaçma nasoslarına, qaztəmizləyicilərə, istilik mübadiləsi qurğularına, ventilyatorlara və başqa avadanlığa xidmət göstərilməsi. Xammal və material sərfinin uçotu.

Bilməlidir: dənəvərləşdirmənin texnoloji sxemini; avadanlıq, NÖC və avtomatika vasitələrinin quruluşunu, kommunikasiyaların sxemini; texnoloji prosesi və onun tənzimləmə qaydalarını; reqlamentləri, texnoloji prosesin rejimini; analizlərin aparılması metodikasını; hazır məhsula qoyulan dövlət standartlarını.

İş nümunəsi. Ammofosun dənəvərləşdirilməsi ilə eyni zamanda ammoniumləşdirici-dənəvərləşdirici qurğularda ammonium fosfat qatışığın maye ammonyakla əlavə ammoniumləşdirilməsi və xüsusi aparatlarda qurudulması.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı dəyirmanlar maşinistinin rəhbərliyi altında bitki kimyəvi maddələrin üyüdülməsi və ya materialının toz halına salınması prosesinin aparılması.

Materialların yüklənməsi. Nümunələrin götürülməsi. Detalların, disklərin, ələklərin, dəyirman daşlarının, şar ələklərin dəyişdirilməsi. Avadanlığın təmirə hazırlanması. Avadanlığın təmizlənməsi və yağlanması.

Bilməlidir: üyüdülmə texnoloji prosesini; avadanlığın quruluşunu və təyinatını; emal olunan məhsulların fiziki-kimyəvi xassələrini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Müxtəlif sistemli dəyirman aqreqatlarında (toxmaq, kürə, halqa şəkilli, dairə şəkilli, diyircəkli kəfkirli, silindrli, oxlu, borulardan ibarət kolloid) kimyəvi və mineral xammal, yarımməhsul və məhsulların xırdalamaqla, təmizləməklə, səpməklə, qarışdırmaqla quru və ya yaş üyüdülmə prosesinin aparılması; və ya partlayış təhlükəli və tezalışan maddələrin, zəhərli kimyəvi preparatların, yetramarinin, keramik boyaq maddələrinin, kolloid-qrafit preparatlarının daha yüksək ixtisaslı dəyirmanlar maşinistinin rəhbərliyi altında xüsusi dəyirmanlarda üyüdülməsi prosesinin aparılması. Üyütmə aqreqatlarının işinə, materialların yüklənməsinə, üyüdülmənin dərəcəsinə və keyfiyyətinə, motorların gərginliyinə nəzarət edilməsi. Aqreqatın işə salınması və dayandırılması, müəyyən edilmiş reseptura əsasında qatışıqların (şixtanın) tərtib edilməsi. Texnoloji rejim pozuntularının aşkar edilməsi və aradan qaldırılması. Avadanlığın işində əmələ gələn nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması. Hazır məhsulun markalanması və uçotu.

Təmirdən sonra avadanlığın qəbul edilməsi. Zəruri halda üyüdülmüş məhsulun çəkilməsi və qablaşdırılması.

Bilməlidir: quru və yaş üyüdülmə texnoloji prosesini. Avadanlıq və NÖC-ün quruluşunu, iş prinsipini; emal olunan məhsulların fiziki-kimyəvi xassələrini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Partlayış təhlükəli və tezalışan maddələrin, zəhərli kimyəvi preparatların, ultramarinin, keramik boyaq maddələrinin, kolloid-qrafit preparatlarının sonradan nəql edilməklə və istehsalata qaytarılmaqla şlam klassifikatorlarında çəkilmiş maddələrin ayrılması prosesinin aparılması, müxtəlif sistemli dəyirman aqreqatlarında kimyəvi və mineral xammalın, yarımməhsulların, məhsulların yaş və quru üyüdülməsi prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı dəyirmanlar maşinistlərinə rəhbərlik edilməsi.

Bilməlidir: yaş və quru üyüdülmə texnoloji prosesinin avadanlıq və NÖC-ün quruluşunu, təyinatını; emal olunan məhsulların fiziki-kimyəvi xassələrini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Dustlar, qronazan, tartarat turşusu, keramik boyaq maddələri istehsalında partlayış təhlükəli və tezalışan məhsulların, zəhərli kimyəvi preparatların üyüdülməsi prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı dəyirmanlar maşinistlərinə rəhbərlik edilməsi.

İş təlimatına uyğun olaraq üyüdülmə prosesinin idarə edilməsi və tənzimlənməsi. Analizlərin və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Yoxlama analizlərinin aparılması; NÖC-ün göstəricilərinə; xidmət göstərilən avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi.

Bilməlidir: üyüdülmə texnoloji prosesini; avadanlıq və NÖC-ün quruluşunu və konstruktiv xüsusiyyətlərini; emal olunan maddələrin fiziki-kimyəvi xassələrini; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Diazotlama texnoloji prosesinin ayrı-ayrı əməliyyatlarının aparılması. Xammalın hazırlanması və aparata yüklənməsi. Hazır məhsulun boşaldılması. Texnoloji avadanlığa xidmət edilməsi. Nümunələrin götürülməsi.

Aparatların təmizlənməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: avadanlığın iş prinsipini; xammal və yarımfabrikatların xassələrini və onlara qoyulan tələbləri; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Diazotlama texnoloji prosesinin aparılması. Xammal və yarımfabrikatın dozalara bölünməsi, onların reaktora yüklənməsi, əsaslı surətdə qarışdırılma, soyudulma, diazotlama, diazot qatışığın sonrakı emala ötürülməsi. NÖC-ün göstəriciləri və analizlərin nəticələrinə əsasən texnoloji rejimin parametrlərinin (temperatur, natrium nitrit verilmə sürəti, reaksiya kütləsinin turşuluq dərəcəsi) tənzimlənməsi.

Reaktorlara, dozalara bölən və ölçü cihazlarına, tutumlara, florentinə, konteynerlərə, mərkəzdənqaçma nasoslarına, hopdurucu qurğulara, kommunikasiyalara, armatura, NÖC-ə və başqa avadanlığa xidmət göstərilməsi. Xammal və yarımfabrikat sərfinin hesablanması. Analizlərin aparılması. Avadanlığın təmirə verilməsi, təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini və diazotlama prosesinin mahiyyətini; avadanlığın iş prinsipini; xidmət göstərilən sahədə armaturun, kommunikasiyaların və NÖC-ün sxemini; xammal və yarımfabrikatların xassələrini və onlara qoyulan texniki tələbləri; diazotlama prosesinin tənzimləmə qaydalarını; nümunələrin götürülmə üsullarını və analizlərin aparılması metodikasını; xidmət edilən avadanlığın quruluşunu.

İşin xüsusiyyətləri. Diazotlama texnoloji prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

İş təlimatlarına uyğun olaraq texnoloji prosesin idarə olunması və tənzimlənməsi. Analizlərin və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Xammal sərfinin və hazır məhsulun hesablanması və analizlərin nəticələrinə görə onların keyfiyyətinin müəyyənləşdirilməsi. NÖC-ün göstəricilərinə əsasən xidmət göstərilən sahədə avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi. Avadanlığın və kommunikasiyaların təmirinin yerinə yetirilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; diazotlama texnoloji prosesini və xidmət edilən avadanlığın quruluşunu və istismar qaydalarını; xidmət göstərilən sahədə armatur, kommunikasiyalar və NÖC-ün sxemini; xammalın, yarımfabrikatların xassələrini və onlara qoyulan texniki tələbləri; diazotlama prosesinin tənzimləmə qaydalarını; yoxlama analizlərinin aparılması metodikasını.

İş nümunəsi. Fenilmetilpirazolon - diazotlama prosesinin aparılması.

İşin xüsusiyyətləri. Xammal və materialların birbaşa dozalara bölünməsi. Xammalın əl ilə və nəqliyyat vasitəsi ilə daşınması, bunkerə, baklara, dozatorlara, ölçü cihazlarına verilməsi. Dozalara bölən cihazlara, xüsusi tərəzilərə və başqa avadanlığa xidmət edilməsi. Avadanlığa texniki xidmət göstərilməsi üzrə işlərin aparılması. Avadanlığın təmizlənməsi.

Bilməlidir: dozalara bölünən materialların növlərini və xassələrini; xidmət göstərilən sahədə əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini.

İş nümunəsi. Kriolit istehsalında rezin qırıntıların, daranmış liflərin, örtüyün, ftorlu aşqarların dozalara bölünməsi.

İşin xüsusiyyətləri. Verilmiş tərkibdə xammal və materialların müxtəlif qarışıqlarının hazırlanması prosesinin aparılması və onların dozalarla aparata verilməsi. Xammalın boru xətti ilə və ya nəqliyyat vasitələri ilə bunkerə, baklara, dozatorlara, ölçü cihazlarına ötürülməsi. Xammalın hazırlanması, zəruri hallarda əridilməsi, ilkin qarışıq və məhlulların hazırlanması. Komponentlərin nisbətinə görə qarışıqların miqdarı və keyfiyyətinə sistematik olaraq nəzarət edilməsi. Qidalandırıcıların, dozatorların, ölçücü cihazlarının köməyi ilə xammalın müxtəlif aparatlara ötürülməsi. Avadanlığın saz vəziyyətdə olmasına və onun normal istismarına nəzarət edilməsi. Transportyor, elevator, şnek, müxtəlif konstruksiyalı qurğulara və başqa avadanlığa xidmət göstərilməsi. Avadanlığın işindəki nasazlıqların aradan qaldırılması. Xidmət göstərilən avadanlığın təmirə hazırlanması, təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: qarışdırılan materialların növlərini və xassələrini; komponentlərin fiziki-kimyəvi və texnoloji xassələrini; komponentlərin dozalara bölüşdürülməsi və qarışdırılması qaydalarını; xidmət göstərilən sahədə əsas və köməkçi avadanlığın, nəqliyyat mexanizmlərinin quruluşunu və iş prinsipini; iş yerində texnoloji prosesin mahiyyətini; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını.

İşin xüsusiyyətləri. Bərk, maye, qaz halında olan maddələrin qarışıqlarının hazırlanması və müəyyən olunmuş nisbətdə müxtəlif dozatorların (çəki, həcm, sürət, drossel və sairə) köməyi ilə dozalarla aparatlara verilməsi. Onların keyfiyyəti dəyişən halda (nəmlik, tərkibində əsas maddənin olması, çirklənmə) tərkib hissələrinin nisbətinin təshih edilməsi. Komponentlərin qarışdırılması və bunkerlərdə sızma halına nəzarət edilməsi. NÖC-ün göstəriciləri və analizlərin nəticələrinə görə qarışığın kəmiyyət və keyfiyyətinə sistematik nəzarət edilməsi. Aparatlara verilən komponentlərin zəruri miqdarının hesablanması. Yoxlama nümunələrinin götürülməsi və analizlərin aparılması. Bunkerlərə, müxtəlif konstruksiyalı avtomatik tərəzilərə və başqa avadanlığa xidmət edilməsi. NÖC-ün göstəricilərinə əsasən avadanlığın işinə nəzarət edilməsi

Bilməlidir: dozalara bölünən materialın növlərini və xassələrini, dozalara bölməni və qarışdırma qaydalarını; qarışığın təyinatını; xammalın yüklənmə qaydalarını; xammala qoyulan texniki şərtləri; xidmət göstərilən sahədə əsas və köməkçi avadanlığın, nəqliyyat mexanizmlərinin quruluşunu və iş prinsipini; iş yerində texnoloji prosesin mahiyyətini, texnoloji rejimi və onun tənzimləmə qaydalarını; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını; xammalın hesablanması metodikasını.

İşin xüsusiyyətləri. Məhsulun hazırlanması və dozalara bölünməsi prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi. Hazır məhsula qoyulan texniki tələblərdən asılı olaraq qarışığın tərkibinin tənzimlənməsi. Avtomatik dozatorların idarə edilməsi və tənzimlənməsi. NÖC-ün göstəricilərinə görə avadanlığın fasiləsiz işinə nəzarət edilməsi. Qablaşdırıcı qurğulara, kamera qidalandırıcılarına, pnevmatik sürgülərə, şlüz qidalandırıcılarına, süzgəclərə, havanın təmizlənməsi üçün siklonlara, ventilyatorlara və başqa avadanlığa xidmət edilməsi. Xidmət edilən avadanlığın işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Avadanlığın və kommunikasiyaların mürəkkəb olmayan təmirinin yerinə yetirilməsi.

Bilməlidir: texnoloji rejim və prosesin tənzimləmə qaydalarını; qarışdırılan materialların növlərini və xassələrini; dozalara bölməni və qarışdırma dozaları və qaydalarını; xammala olan dövlət standartlarını; xidmət göstərilən sahədə əsas və köməkçi avadanlığın, nəqliyyat mexanizmlərinin quruluşunu və istismar qaydalarını; analizlərin aparılması metodikasını; xammalın hesablanması metodikasını.

1) Spirtdən divinilin alınmasında istifadə olunan katalizatorun istehsalında dozalara bölmə.

2) ABS-PVX plastik istehsalında dozalara bölmə.

3) Fenolformaldehid qətranları istehsalında dozalara bölmə (10 və daha çox komponenti olan qarışıqların hazırlanmasında).

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında müxtəlif konstruksiyalı aparatlarda durultma texnoloji prosesinin aparılması. Xammalın qəbulu və hazırlanması. Aparatların yüklənməsi. Yuyulma, çökdürülmə. Nümunələrin götürülməsi. Şlamın boşaldılması, tutumların qazdan təmizlənməsi. Texnoloji avadanlığa xidmət göstərilməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: xidmət göstərilən sahədə texnoloji prosesin mahiyyətini; xammala və hazır məhsula qoyulan tələbləri; xammal və məhsulların fiziki-kimyəvi və texnoloji xassələrini.

İşin xüsusiyyətləri. Müxtəlif konstruksiyalı aparatlarda durultma texnoloji prosesinin aparılması. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Suspenziyanın durultma prosesinə hazırlanması. Məhsulun durulducu çənlərə verilməsi. Verilən suspenziyanın və maye, bərk fraksiyalara bölünməni sürətləndirən reagentlərin miqdarının tənzimlənməsi. Durultma. Suspenziyanın müəyyən edilən temperaturada saxlanılması. Çökdürülmüş məhsulun və ya şəffaflaşdırılmış mayenin boşaldılması. Çöküntünün yuyulması, qurudulması (sıxılması).

Motorların, ötürücülərin işinə nəzarət edilməsi, qanadların dəyişdirilməsi. Analizlərin nəticələrinə əsasən texnoloji rejimə riayət edilməsinə nəzarət edilməsi. Texnoloji rejim pozuntularının aşkar edilməsi və aradan qaldırılması. Qarışdırıcı alətlərə təchiz olunmuş qatılaşdırıcı cihazlara, çökdürücü reaktora və digər fasiləsiz və dövri işləyən durulducu çənlərə, nasoslara, tutumlara, süzgəclərə xidmət göstərilməsi. Avadanlığın təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; xidmət göstərilən sahədə texnoloji prosesin mahiyyətini və fiziki-kimyəvi əsaslarını; texnoloji rejim parametrlərini və prosesin tənzimləmə qaydalarını; xammal və məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; xammal və hazır məhsula qoyulan tələbləri; əsas və köməkçi avadanlığın quruluşunu; nümunələrin götürülmə qaydalarını; kommunikasiyaların sxemini.

İşin xüsusiyyətləri. Təzyiq altında sabunlaşmış maddələrdən sabunlaşmayan hissənin ayrılması texnoloji prosesinin aparılması; və ya arsen istehsalında tortanın maye və bərk fazalara ayrılması; və ya Dorr aparatlarında durultma yolu ilə məhlulların həll olunmayan qatışıqlardan təmizlənməsi; və ya fenolformaldehid qətranları istehsalında durultma prosesinin aparılması və qətranüstü suların fenolsuzlaşdırılması.

Çökdürülmüş məhsulun sisternli avtomobilə yığılması və ya onun istehsalata ötürülməsi. Duruldulan məhsulun səviyyəsinə NÖC-ün göstəricilərinə əsasən və gözlə müşahidə yolu ilə nəzarət edilməsi. Nasosların, qarışdırıcı qurğuların və qanadlı mexanizmlə təchiz olunmuş qatılaşdırıcı vasitələrin işinə nəzarət edilməsi. NÖC-ün göstəricilərinə nəzarət edilməsi. Analizlərin nəticələrinə əsasən məhsulun keyfiyyətinin müəyyənləşdirilməsi. Analizlərin aparılması. Avadanlığın vəziyyətinə nəzarət edilməsi. Texnoloji avadanlığa və NÖC-ə xidmət göstərilməsi.

Bilməlidir: məhsul istehsalının texnoloji sxemini; texnoloji rejim parametrlərini və onun tənzimləmə qaydalarını; xammal və məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; xammal və hazır məhsula olan dövlət standartlarını; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və istismar qaydalarını; kommunikasiyaların sxemini.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında hidrogen istehsalında elktroliz prosesinin aparılması. Duz məhlulunun hazırlanması, duz məhlulunun təmizlənməsi və təmiz məhlulun elektrolizə verilməsi. Alman hidrogenin təmizlənməsi. Hidrogenin soyuducuda soyudulması, civə vannalarında hidrogenin elektrolitlə yuyulması. Hidrogenin sıxılması və qurudulması. Təzyiq altında istehlakçı-sexlərə nəql edilməsi.

Bilməlidir: elektroliz prosesinin texnoloji sxemini; müxtəlif konstruksiyalı elektroliz aparatlarının quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; duz məhlulların əsaslarını, turşuların fiziki-kimyəvi xassələrini.

İşin xüsusiyyətləri. Cərəyan gücü 5000 amperə qədər olan elektroliz aparatlarında texnoloji elektroliz prosesinin aparılması.

Elektroliz vannasına duz məhlulunun verilməsinə, elektroliz aparatlarında və boru kəmərlərində təzyiqə, duz məhlulunun səviyyəsinə və temperaturuna nəzarət edilməsi, vannalarda gərginliyin ölçülməsi, texnoloji prosesin gedişi haqqında məlumatların qeyd edilməsi. Duz məhlulunun elektroliz aparatlarına dozalara bölərək verilməsi; nümunələrin götürülməsi və onların laboratoriyaya çatdırılması. Avadanlığın işə hazırlanması, onun işə salınması və dayandırılması. Elektroliz aparatlarının ciblərinin təmizlənməsi, xırda çatışmazlıqların aradan qaldırılması. Elektroliz aparatlarının və boru kəmərlərinin azotla üfürülməsi. Avadanlığa dövrü olaraq baxış keçirilməsi. Avadanlıqların tənzimlənməsi, yağlanması, bağlayıcı armaturanın vəziyyətinin yoxlanılması.

Bilməlidir: elektroliz prosesinin texnoloji sxemini və elektrotexnikanın əsaslarını; müxtəlif konstruksiyalı elektroliz aparatlarının NÖC-ün quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; duz məhlullarının, əsaslarını, turşuların fiziki-kimyəvi xassələrini; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Cərəyan gücü 5000-dən 20000 amperədək olan elektroliz aparatlarında elektroliz texnoloji prosesinin aparılması.

Elektrolit məhlullarının hazırlanması, elektroliz aparatlarında suyun, elektrolit məhlullarının və digər komponentlərin dozalara bölərək verilməsi, sabit elektrik cərəyanının verilməsi. Elektrik cərəyanına, gərginliyinə, elektrolitlərin tərkibinə və prosesin digər parametrlərinə NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən nəzarət edilməsi və onların tənzimlənməsi. Müxtəlif konstruksiyalı elektroliz aparatlarına xidmət göstərilməsi (dövrü və fasiləsiz tipli, diafraqmalı və civəli). Elektroliz vannalarının kaustik ərinti ilə doldurulması, kaustika tullantılarının vannadan boşaldılması. Elektroliz aparatlarından elektrokimyəvi sintez və ya ayırma məhsullarının çıxarılması. Elektroliz aparatlarından təmizlənməsi, yuyulması, ağardılması və rənglənməsi. Avadanlığın vəziyyətinə nəzarət edilməsi. Avadanlıq və kommunikasiyaların mürəkkəb olmayan təmirlərinin yerinə yetirilməsi. Xammal sərfinin və hazır məhsulun çıxışının ölçülməsi. Analizlərin nəticələrinə əsasən onların keyfiyyətinin müəyyənləşdirilməsi. Cərəyan gücü 5000 amperədək olan elektroliz aparatlarına xidmət göstərən aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: elektroliz prosesinin texnoloji sxemini və elektrokimyanın əsaslarını; müxtəlif konstruksiyalı elektroliz aparatlarının, NÖC-ün quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; duz məhlulların, əsasların, turşuların fiziki-kimyəvi xassələrini; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını, nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Cərəyan gücü 20000 amperdən artıq olan elektroliz aparatlarında elektroliz texnoloji prosesinin aparılması. Prosesin parametrlərinə (elektrik cərəyanının gərginliyi, elektroliz aparatlarında temperatur və səviyyə, elektrolit məhlullarının tərkibi, ayırma məhsullarının keyfiyyəti və çıxışı) nəzarət edilməsi və onların tənzimlənməsi. Katod və anod soyuducularına soyuducu suyun verilməsinin tənzimlənməsi, elektroliz aparatlarının şuntlamaya hazırlanması, seriyaların yuyulması, dəyişdirilməsi, dayandırılması və işə salınması. Elektroliz sahəsinin bütün avadanlığının vəziyyətinə və işinə nəzarət edilməsi. Elektrolit məhlullarının hazırlanması və təmizlənməsi, alınan məhsulun qurudulması, nəql edilməsi və nəzarət edilməsi. Yoxlama analizlərinin aparılması. Zəruri halda avadanlığın işinin dayandırılması və normal texnoloji rejimə çatdırılmaqla işə salınması. NÖC və avtomatika vasitələrinə xidmət göstərilməsi, texnoloji rejim pozuntularının aşkar edilməsi və aradan qaldırılması.

Cərəyan gücü 5000-dən 20000 amperə qədər olan elektroliz aparatlarına xidmət göstərən aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: elektroliz sahəsinin texnoloji sxemini və elektrotexnikanın əsaslarını; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu, konstruktiv xüsusiyyətlərini; armatur və kommunikasiyaların sxemini; elektrolit məhlullarının və alınan məhsulun fiziki-kimyəvi xassələrini; istifadə olunan xammalı və onun xassələrini; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Daha aşağı ixtisaslı aparatçıların işinə rəhbərlik etməklə eyni zamanda cərəyan gücü 20000 amperdən yüksək olan elektroliz aparatlarında elektroliz prosesinin aparılması. İş təlimatına uyğun olaraq texnoloji prosesin idarə edilməsi və tənzimlənməsi. Müşahidə və analizlərin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Elektroliz aparatlarında izolyasiyanın yoxlanılması, potensialların ölçülməsi. Duz məhlulunun qəbul edilməsi və qızdırılması sahəsinə, hidrogen hidro cəftəsinə, hidrogen sahəsinə xidmət göstərilməsi. Hidrogen kompressorlarının, xlor kompressorlarının işə salınması və dayandırılması. Qazqolderlərin istismarı.

Bilməlidir: elektroliz sahəsinin texnoloji sxemini və elektrotexnikanın əsaslarını; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını; əsas, köməkçi avadanlığın, NÖC-ün quruluşunu və istismar qaydalarını; armatur və kommunikasiyaların sxemini; elektrolit məhlullarının və alınan məhsulun fiziki-kimyəvi xassələrini; xammala olan dövlət standartlarını.

Orta ixtisas təhsili tələb olunur.

İşin xüsusiyyətləri. Poliakrilamid və ya lateks emulsiyasının, müxtəlif tipli qatışdırıcı aparatlarda (vibrodəyirman, qatışdırıcı maşınlar, yayma dəzgahları və boyagəzən maşınlar) perqamin və qliftal linoliumunun astarlanması üçün nitroastarın və əsas boyaq astarının hazırlanması texnoloji prosesinin aparılması, habelə daha yüksək ixtisaslı apartçının rəhbərliyi altında davamlı və yüksək dispersiyalı emulsiyaların hazırlanması texnoloji prosesinin aparılması.

Qatışdırıcı maşınların, tutumların, ölçü cihazlarının, dozalara bölüşdürən qurğunun, alət və cihazların işə hazırlanması: Tərkib komponentlərinin (piqmentlər, yağlar, yapışqanlar, yumşaldıcılar, həlledicilər, durulaşdırıcılar, doldurucular) verilmiş resepturaya uyğun olaraq hazırlanması və dozalara bölüşdürülməsi. Müəyyən olunmuş ardıcıllıqla komponentlərin qatışdırıcı aparatlara yüklənilməsi və onları müəyyən olunan qatılıqda bir cür kütlə alınana qədər əsaslı surətdə qarışdırılması. Qarışdırma temperaturunun və dövr müddətinin tənzimlənməsi. Müəyyən olunmuş texnoloji rejimə uyğun olaraq kütlənin aparata verilməsi. Texnoloji prosesə NÖC və gözlə müşahidə yolu ilə nəzarət edilməsi. Nümunələrin götürülməsi, hazırlıq dərəcəsinin müəyyən edilməsi, məhsulun keyfiyyətinin yoxlanılması. Astarların və ya emulsiyaların tutumlara yüklənilməsi və astarlama sahəsinə və ya nitroxəttə verilməsi.

Bilməlidir: izoləedici qatların çəkilməsi texnoloji prosesinin əsaslarını; avadanlığın quruluşunu və iş prinsipini; tərkib komponentlərinin əsas xassələrini və onların qarşılıqlı təsirini. Astarların və emulsiyaların keyfiyyətinə qoyulan tələbləri. Məhsulun keyfiyyətinin və hazırlıq dərəcəsinin müəyyən edilmə metodlarını; kommunikasiyaların sxemini; iş üsullarını.

İşin xüsusiyyətləri. Davamlı və yüksək dispersiyalı emulsiyaların hazırlanması texnoloji prosesinin aparılması.

Xammalın hazırlanması, mayelərin çökdürülmə və ya süzgəcdən keçirilmə yolu ilə qarışıqlardan təmizlənməsi; verilmiş resept üzrə komponentlərin dozalara bölüşdürülməsi və aparata verilməsi; qarışdırılma; emulsiyanın hissəciklərinin intensiv surətdə xırdalanması. Emulsiyanın davamlılığını artıran sabitləşdiricilərin əlavə edilməsi. Məhsulun taraya yüklənməsi, anbara və ya növbəti texnoloji əməliyyata ötürülməsi. Reaksiyanın qurtarmasının müəyyənləşdirilməsi məqsədilə nümunələrin götürülməsi. Kimyəvi analizlərin aparılması. NÖC-ün göstəriciləri, kimyəvi analizlərin nəticələri və fəhlənin təcrübəsi əsasında texnoloji rejimin gözlənilməsinə, məhsul keyfiyyətinə nəzarət edilməsi. Texnoloji rejim normalarının pozulması səbəblərinin aşkar edilməsi və aradan qaldırılması. Yüklənən komponentlərin hesablanması. Emulqatorlara, ultrasəsli qurğulara, dozalara bölüşdürülən qurğulara, yığım qurğularına, qatışdırıcı maşınlara, süzgəclərə, kolloid dəyirmanlarına, homogenazitor maşınına, elevatora, nasoslara, NÖC-ə, kommunikasiyalara və başqa avadanlığa xidmət edilməsi. Xammal sərfinin hesablanması. Avadanlığın təmirə hazırlanması, təmirdən qəbul edilməsi.

Bilməlidir: emulsiya istehsalının texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu; armatur və kommunikasiyaların sxemini; xidmət edilən sahədə texnoloji prosesin fiziki-kimyəvi xassələrini və mahiyyətini; istifadə olunan komponentlərin fiziki-kimyəvi xassələrini; xammala və hazır məhsula qoyulan tələbləri; texnoloji prosesin gedişində yaranan pozuntuların səbəblərini və onların aradan qaldırılması qaydalarını; texnoloji rejimi; prosesin tənzimləmə qaydalarını; hesablama metodikasını; nümunələrin götürülmə qaydalarını; kimyəvi analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Komponentləri xüsusi dəqiqlikdə dozalara bölünməsini və texnoloji parametrlərinin dəqiq gözlənilməsini tələb edən çoxkomponentli emulsiyaların hazırlanması texnoloji prosesinin aparılması. İş təlimatlarına uyğun olaraq texnoloji prosesin idarə olunması və nizamlanması. Kimyəvi analiz və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Yoxlama kimyəvi analizlərin aparılması. Xammal sərfinin və hazır məhsul çıxışının ölçülməsi, analizlərin nəticələrinə əsasən onların keyfiyyətinin müəyyənləşdirilməsi. NÖC-ün göstəricilərinə, avadanlığın vəziyyəti və işinə nəzarət edilməsi. Əsas və köməkçi avadanlığın təmirində iştirak edilməsi.

Bilməlidir: emulsiya istehsalının texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün konstruktiv xüsusiyyətlərini və onlara xidmət qaydalarını; armatur və kommunikasiyaların sxemini; xidmət olunan sahədə fiziki-kimyəvi əsasları və texnoloji prosesi; istifadə olunan komponentlərin texnoloji xassələrini; xammala və hazır məhsula qoyulan dövlət standartlarını; texnoloji prosesin gedişində yaranan pozuntuların səbəblərini və onların aradan qaldırılması qaydalarını; texnoloji rejimi; prosesin tənzimləmə qaydalarını; hesablama metodikasını.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında eterifikasiya texnoloji prosesinin ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsi. Xammal və reagentlərin hazırlanması və aparata yüklənməsi. Eterifikasiya prosesinin aparılması. Hazır məhsulun boşaldılması. Texnoloji avadanlığa xidmət göstərilməsi. Avadanlığın işində nasazlıqların aradan qaldırılması. Nümunələrin götürülməsi, aparatların təmizlənməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu, iş prinsipini; armatur və kommunikasiyaların sxemini; xammal, yarımməhsul, katalizator, hazır məhsulun texnoloji və fiziki-kimyəvi xassələrini. Xammal və hazır məhsula qoyulan tələbləri; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Sadə və orta mürəkkəblikdə eterifikasiya texnoloji prosesinin aparılması.

Çıxan qazların soyudulması, kondensasiyası, neytrallaşdırılması, yuyulması, süzülməsi və ya çökdürülməsi, qurudulması, absorbsiyası; boşaltma və məhsulun növbəti əməliyyata verilməsi. Temperaturun, təzyiqin, vakuumun və digər texnoloji rejim parametrlərinin avtomatik idarəetmə pultundan və ya əl ilə NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən tənzimlənməsi.

Komponentlərin dozalara bölünməsinin və məhsul çıxışının hesablanması. Təlimatda nəzərdə tutulan analizlərin yerinə yetirilməsi. Reaksiya aparatlarına, qızdırıcılara, soyuduculara, kondensatorlara, skrubberlərə, rektifikasiya kolonkalarına, ölçü cihazlarına, nasoslara, kommunikasiyalara, NÖC-ə və digər avadanlığa xidmət göstərilməsi. Avadanlıq və kommunikasiyaların işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Xammal və alınan məhsulun miqdarının uçotunun aparılması. Avadanlıqların təmirə verilməsi və təmirdən qəbul edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün və avtomatika vasitələrinin quruluşunu; armatur və kommunikasiyaların sxemini; xammal, yarımməhsullar, katalizatorlar, hazır məhsulun, fiziki-kimyəvi və texnoloji xassələrini; xammala və hazır məhsula qoyulan tələbləri; texnoloji prosesin mahiyyətini, parametrlərini və onun tənzimləmə qaydalarını. Nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Mürəkkəb texnoloji eterifikasiya prosesinin aparılması və ya sadə eterifikasiya prosesinin aparılması zamanı daha aşağı ixtisaslı aparatçıların işinə rəhbərlik edilməsi. Eterifikasiya və yanaşı proseslərin gedişinə nəzarət edilməsi. Texnoloji prosesin parametrlərinin tənzimlənməsi. NÖC-ün və avtomatika vasitələrinin göstəricilərinə nəzarət edilməsi, xidmət göstərilən avadanlığın işinə və vəziyyətinə nəzarət edilməsi. Xammal sərfinin və hazır məhsul çıxışının ölçülməsi, analizlərin nəticələrinə əsasən onların keyfiyyətinin müəyyənləşdirilməsi. Yoxlama analizlərinin aparılması. Avadanlıq və kommunikasiyaların mürəkkəb olmayan təmirinin yerinə yetirilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün və avtomatika vasitələrinin quruluşunu; armatur və kommunikasiyaların sxemini; xammal, yarımməhsul, katalizator, hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; xammal və hazır məhsula qoyulan tələbləri; texnoloji prosesin parametrlərini və onun tənzimləmə qaydalarını; analizlərin aparılması metodikasını; xammala olan dövlət standartlarını.

İş nümunələri. Butil efiri, dixlorfenoksisirkə turşusu, plastifikatorlar, səthi aktiv maddələr sellüloz efirləri, etilformiat, malon efiri, polibutiltitanat sintetik yağ əvəzediciləri, barbamil, metil efiri, xlorhidrin, sintomisin istehsalında eterifikasiya prosesinin aparılması.

İşin xüsusiyyətləri. Mürəkkəb texnoloji eterifikasiya prosesinin aparılması ilə bərabər daha aşağı ixtisaslı apartçıların işinə rəhbərlik edilməsi. İş təlimatına uyğun olaraq texnoloji prosesin idarə edilməsi və tənzimlənməsi. Analiz və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Əsas və köməkçi avadanlığın təmir işlərində iştirak edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün və avtomatika vəsaitlərinin quruluşunu və istismar qaydalarını; armatur və kommunikasiyaların sxemini; xammal və hazır məhsula qoyulan tələbləri; texnoloji prosesin parametrlərini və onun tənzimləmə qaydalarını; analizlərin aparılması metodikasını; hazır məhsula qoyulan dövlət standartlarını.

Orta ixtisas təhsili tələb olunur.

İş nümunələri. Monoxlorsirkə turşusunun, metil efirinin alınmasında, yağlı turşulardan və yağlı spirtlərdən mürəkkəb efirlərin istehsalında və ya diqlikoltereftalatın alınmasında eterifikasiya prosesinin aparılması.

İşin xüsusiyyətləri. Məhsuldarlığı çox olmayan söndürücü aparatlarda əhəng südünün hazırlanması və ya daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında əhəng südü almaq məqsədilə əhəngin söndürülməsi texnoloji prosesinin aparılması.

Yandırılmış əhəngin əhəng südünün hazırlanması üçün nəzərdə tutulmuş aparata yüklənməsi. Nümunələrin götürülməsi. Alınmış əhəng südünün daşınması.

Aparatların, nəqliyyat mexanizmlərinin vaxtaşırı təmizlənməsi. Tullantıların daşınması.

Bilməlidir: xidmət olunan sahənin əsas və köməkçi avadanlıqlarının quruluşunu və iş prinsipini; xammal, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi xassələrini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Əhəng südü almaq məqsədilə əhəngin söndürülməsi texnoloji prosesinin aparılması, sönmüş əhəng almaq məqsədilə əhəngin söndürülməsi prosesinin daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında aparılması. Yanmış və sönmüş əhəngin dozalara bölünməsi, şnek qurğusu vasitəsi ilə əhəng südünün hazırlanması üçün aparata yüklənməsi. Əhəngin sönmüş əhəngin aparata daxil olmasına nəzarət edilməsi, suyun, havanın verilməsinin tənzimlənməsi. Aparatların, Burat ələklərinin və nəqliyyat mexanizmlərinin vaxtaşırı tənzimlənməsi. Əhəng südünün hazırlanması aparatlarına, şnekə, mərkəzdənqaçma nasoslarına, əhəng südü üçün tutumlara, kommunikasiyalara xidmət edilməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini, armatur və kommunikasiyaların sxemini; əhəng südünün alınması prosesinin mahiyyətini və onun tənzimləmə qaydalarını; nümunələrin götürülmə qaydalarını; hazır məhsula qoyulan tələbləri.

İşin xüsusiyyətləri. Məhsuldarlığı sutkada 300 ton əhəngə qədər olan söndürücü aparatlarda sönmüş əhəng almaq məqsədi ilə əhəngin söndürülməsi texnoloji prosesinin aparılması. Səthi-aktiv maddələr (SAM) məhlulunun hazırlanması, söndürülmə üçün nəzərdə tutulan suyun və distillyat mayesinin qızdırılması. Buxarın aparata verilməsi. Əhəngin keyfiyyətinə və müntəzəm olaraq aparata daxil olmasına nəzarət etmək. Reqlamentə dəqiq riayət edərək, suyun müəyyən temperaturda verilməsini tənzimləmək. Sönmüş əhəngin nəmliyinə və parçalanmış halda olmasına, buxarın təzyiqinə, təzyiq çənində qarışdırıcı qurğularda SAM-m səviyyəsinə nəzarət edilməsi. Prosesə nəzarət etmək üçün nümunələrin götürülməsi. Sönmüş əhəngin xəlbirdən keçirilməsi. Şulteş söndürülmə aparatlarına, elevatora, su qızdırıcılarına, Burat xəlbirinə, nasoslara, şlanq süzgəclərinə, hava təmizləyici qurğulara, “Venturi” borularına, kommunikasiyalara və başqa avadanlığa xidmət edilməsi. Avadanlıq və kommunikasiyaların işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması.

Bilməlidir: istehsalın texnoloji sxemini; xidmət edilən sahədə əsas və köməkçi avadanlığın iş prinsipini və kommunikasiyaların sxemini; əhəngin söndürülməsi prosesinin tənzimləmə qaydalarını; nümunələrin götürülməsi qaydalarını; hazır məhsula qoyulan tələbləri.

İşin xüsusiyyətləri. Məhsuldarlığı sutkada 300 ton əhəngdən çox olan aparatlarda sönmüş əhəng alınması məqsədi ilə əhəngin söndürülməsi texnoloji prosesinin aparılması. İş təlimatına uyğun olaraq texnoloji prosesin idarə olunması və tənzimlənməsi. Analiz və müşahidələrin nəticələrinə əsasən prosesin təshih edilməsi. NÖC-ə, avadanlığın işi və vəziyyətinə nəzarət edilməsi. Avadanlığın kiçik təmirinin yerinə yetirilməsi

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın istismarı qaydalarını; xidmət edilən sahədə kommunikasiyaların sxemini; əhəngin söndürülməsi prosesinin tənzimləmə qaydalarını; hazır məhsula qoyulan tələbləri.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında ayrı-ayrı işlərin yerinə yetirilməsi. İçində xammal və materiallar olan taranın açılması. Materialların növlər üzrə çeşidlənməsi. Xammalın aparatın yanına gətirilməsi. Xammalın aparata yüklənməsi. Aparatların təmizlənməsi.

Bilməlidir: istifadə olunan materialların, resepturanın əsas tərkibini və xassələrini; texniki tərəzilərdə çəkmə qaydalarını; əsas və köməkçi avadanlığa xidmət edilmə qaydalarını.

İşin xüsusiyyətləri. Əlaqələndiricilərin, kompaundların, bölüşdürücü və dekorativ tərkiblərin, yapışdırıcı mastikaların, bioloji əlcəklər üçün məhlulların, pnevmoqarışdırıcılarda, şar dəyirmanlarında və başqa avadanlıqlarda boyama əlaqələndiricilərinin hazırlanması və ya daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında reaktorlarda əlaqələndiricilərin hazırlanması texnoloji prosesinin aparılması.

Resept kartlarının əsasında materialların dozalara bölünməsi və çəkilməsi. Xırdalayıcı, üyüdücü, qızdırıcı və başqa aparatların köməyi ilə materialların hazırlanması. Doldurucuların və komponentlərin nəmliyinin müəyyən edilməsi. Hazır məhsulun çənlərə boşaldılması və ya nasosla tutumlara vurulması. Lazım olanda xammalın, yarımfabrikatın və hazır məhsulun uçotunun aparılması. Aparatların təmizlənməsi, boruların üfürülmə yolu ilə təmizlənməsi.

Bilməlidir: istifadə olunan materialların və resepturanın əsas tərkibini və xassələrini; istifadə olunan qarışıqların alınmasının texnoloji prosesini və rejimlərini; texniki tərəzilərdə çəkmə qaydalarını; əsas və köməkçi avadanlığa xidmət edilmə qaydalarını.

İşin xüsusiyyətləri. Müxtəlif tipli reaktorlarda əlaqələndiricilərin hazırlanması və ya daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında sintetik qətranlar əsasında əlaqələndiricilərin hazırlanması texnoloji prosesinin aparılması.

Xammalın hazırlanması: Tələb olunan fraksiyalara qədər xırdalama və üyütmə, ələmə. Komponentlərin qızdırılması, qarışdırılması NÖC-ün göstəricilərinə əsasən prosesə nəzarət edilməsi, temperatur rejiminin nizamlanması. Analizlərin nəticələrinə və xarici əlamətlərə görə prosesin başa çatmasının müəyyən edilməsi. Hazır məhsulun çənlərə yüklənməsi, qablaşdırılması, çəkilməsi, markalanması və ya məhsulun tutumlara, nasoslarla vurulması. Nümunələrin götürülməsi. Xammal, yarımfabrikat və hazır məhsulun uçotunun aparılması.

Xırdalayıcı, üyüdücü, ələyici və nəqliyyat qurğularının, buxar-su və qidalandırıcı kommunikasiyaların, NÖC-ün, reaktorların işə hazırlığı.

Bilməlidir: xidmət edilən qurğuda əlaqələndiricilərin hazırlanmasının texnoloji sxemıni; NÖC-ün və avadanlığın quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; texnoloji rejimin tənzimləmə qaydalarını; xammal, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi xassələrini, dövlət standartlarını və texniki şərtlərini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Poliefir, epoksid, fenolformaldehid və başqa qatranlar əsasında əlaqələndiricilərin (bütün sxemlər üzrə) hazırlanması texnoloji prosesinin aparılması. NÖC-ün köməyilə və kimyəvi analizlərin nəticələri üzrə xidmət edilən sahədə resepturaya və rejimə uyğun olaraq əlaqələndiricilərin alınması texnoloji prosesinə nəzarət edilməsi və onun tənzimlənməsi. Xammal və yarımfabrikatın dozalara bölüşdürülməsi, verilməsi, yüklənməsi və hazır məhsulun boşaldılması prosesinin tənzimlənməsi. Tələb olunan materialların və hazır məhsulun çıxışının hesablanması. Texnoloji rejim normalarının pozulmasının səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması, avadanlığın işində meydana çıxan nasazlıqların aradan qaldırılması. Avadanlığın və kommunikasiyaların kiçik təmiri və sazlanması. Analizlərin aparılması.

Bilməlidir: əlaqələndiricilərin istehsalının texnoloji sxemlərini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu; armatur və kommunikasiyaların sxemini; xammal və yarımfabrikatların, yağlayıcı və başqa köməkçi materialların fiziki-kimyəvi və texnoloji xassələrini; texnoloji prosesin mahiyyətini, texnoloji rejimi və proseslərin tənzimləmə qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Poliefir fenolformaldehid, epoksid qətranlar əsasında əlaqələndiricilərin bütün sxemlər üzrə hazırlanması texnoloji proseslərin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

İş təlimatlarına uyğun olaraq texnoloji proseslərin idarə olunması və tənzimlənməsi. Analiz və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. NÖC-ün göstəricilərinə, avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi. Əsas və köməkçi avadanlığın təmirində iştirak edilməsi.

Bilməlidir: əlaqələndiricilərin istehsalı texnoloji sxemlərini; əsas və köməkçi avadanlığın, NÖC-ün konstruktiv xüsusiyyətlərini və onlara xidmət edilməsi qaydalarını; armatur və kommunikasiyaların sxemini; xammal və yarmıfabrikatların, yağlayıcı və başqa köməkçi materialların fiziki-kimyəvi və texnoloji xassələrini; texnoloji prosesi, texnoloji rejimini və prosesin tənzimləmə qaydalarını.

İşin xüsusiyyətləri. Nazik xırdalanmış və çətin ələnən dənəvər məhsulların üç və daha çox fraksiyalara mexaniki bölünməsi prosesinin aparılması.

Xəlbirlərin hazırlanması, ələklərin seçilməsi və quraşdırılması, ələklərin mailliyinin, ələnəcək məhsulun verilmə sürətinin, məhsulun xəlbirlərə bir bərabərdə yüklənilməsinin tənzimlənməsi. Ələklərin şlamdan təmizlənməsi, onların dəyişdirilməsi, hazır məhsul vəziyyətinə çatdırılmayan fraksiyasının xırdalanması, məhsulun qablaşdırılması və nəql edilməsi, tozda qazın tutulması, yüklənən məhsulun uçotu və istehsalat jurnalında qeydlər aparılması. NÖC-ün göstəricilərinə, analizlərin nəticələrinə, məhsulun xarici görünüşünə əsasən texnoloji rejim parametrlərinin gözlənilməsinə nəzarət edilməsi. Texnoloji rejim pozuntularının aşkar edilməsi və aradan qaldırılması. Xəlbirlərə (baraban, yırğalanan, vibrasiya edən və sairə) separatorlara, xırdalayıcılara, elevatorlara, tərəzilərə, nəqliyyat qurğularına, ventilyasiyaya xidmət edilməsi. Avadanlığın təmirə hazırlanması, təmizlənməsi.

Bilməlidir: texnoloji prosesin əsaslarını; istehsalın texnoloji sxemini; xammalın və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; hazır məhsula olan dövlət standartlarını və texniki şərtləri; əsas və köməkçi avadanlığın quruluşunu, iş prinsipini; analizlərin aparılma metodikasını.

İşin xüsusiyyətləri. Hidravlik ələnmə və ya regenerativ maddələrin ələnməsi prosesinin aparılması və ya nazik xırdalanmış və çətin ələnən dənəvər məhsulların üç və daha çox fraksiyaya mexaniki bölünməsi prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Xammalın qəbulu və hazırlanması. Avadanlığın hazırlanması, quraşdırılması və nizamlanması. Xammalın dozalara bölünməsi, xammal sərfinin və hazır məhsul çıxışının ölçülməsi, analizlərin nəticələrinə əsasən onların keyfiyyətinin müəyyənləşdirilməsi. NÖC-ün göstəricilərinə, avadanlığın vəziyyəti və işinə nəzarət edilməsi. Avadanlığın işindəki nasazlıqların aradan qaldırılması. Avadanlığın təmirdən qəbul edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; xammalın və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; hazır məhsula olan dövlət standartlarını və texniki şərtləri; əsas və köməkçi avadanlığın quruluşunu və istismar qaydalarını. Analizlərin aparılma metodikasını.

İşin xüsusiyyətləri. Daha yksək ixtisaslı aparatçının rəhbərliyi altında gücü 40000 kV-A qədər olan elektrik sobalarda kalsium karbid istehsalında əridib bitişdirmə texnoloji prosesinin aparılması.

Sobaların talvarı altında, doldurma və boşaldılma meydançalarında avadanlığın işinə və vəziyyətinə nəzarət edilməsi. Kalsium karbid elektrik sobalardan boşaldılması, soba gözünün təmizlənməsi, çubuqla və ya yandırma aparatı ilə tökmə dəliyinin açılması. Boşaltma zamanı soba gözündən süzülən ərintinin qarışdırılması, bundan sonra soba gözünün dəliyinin doldurulması. Polad qəliblərin vaqonetlərdə quraşdırılması, kalsium karbid soyumuş bloklarının qəliblərdən çıxarılması, onların meydançaya düzülməsi. Kalsium karbid bloklarının tərəzidə çəkilməsi. Qəliblərə quru qumun və karbid qırıntılarının səpilməsi. Kalsium karbidin boşaldılmasından sonra tabaqın işlənməsi, gil məhlulunun hazırlanması və soba gözünün bağlanılması, tıxanması üçün tıxacların hazırlanması.

Bilməlidir: kalsium karbid istehsalının texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün, armatur və kommunikasiyaların quruluşunu və iş prinsipini; kalsium karbidin boşaldılması prosesinin rejimlərini; istifadə olunan xammalın və hazır məhsulun xarakteristikasını; yandırma elektroduna cərəyanın verilməsini.

İşin xüsusiyyətləri. Gücü 40000 kV-A qədər olan elektrik sobalarda kalsium karbid istehsalında əridib bitişdirmə prosesinin aparılması. Doldurma və boşaldılma meydançalarında avadanlığın və NÖC-ün işinə və vəziyyətinə nəzarət edilməsi. Şixtanın sobanın ağzına tökülməsi, onu qızdırmaq üçün hamarlanması. Şixtanın elektrodların altına tökülməsi, onun asılqan vəziyyətdə olanda çökdürülməsi. Şixtanın səviyyəsinin tənzimlənməsi. Kalsium karbidin sobadan boşaldılması. Soba gözünün işlənməsi və kalsium karbidin boşaldılması üçün yandırma üsulu ilə dəliyin açılması. Boşaltma zamanı soba gözündən süzülən ərintinin xüsusi maşınla qarışdırılması. Boşaltmadan sonra dəliyin xüsusi maşınla tutulması.

Kalsium karbidin boşaldılmasından sonra tabaqın işlənməsi. Qaz qutularının təmizlənməsi, yandırma aparatında qrafit elektrodun dəyişdirilməsi. Soba gözündə ərintinin qarışdırılması üçün maşında texnoloji çubuğun quraşdırılması.

Bilməlidir: kalsium karbid istehsalının texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün, armatura və kommunikasiyaların quruluşunu; istifadə olunan xammalın və hazır məhsulun fiziki-kimyəvi xassələrini; texnoloji rejim normalarını; texnoloji prosesin tənzimləmə qaydalarını, habelə avadanlığın işə salınması və dayandırılması qaydalarını; yoxlama nümunələrinin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Texnoloji reqlament normalarına uyğun olaraq, gücü 40000 kV-A çox olan elektrik sobalarında yandırılmış əhəngin koks və ya antrasitlə əridilib boşaldılması texnoloji prosesinin aparılması. Kalsium karbidin alınması sahəsinin avadanlığının işinə və vəziyyətinə nəzarət edilməsi. NÖC-ün köməyi ilə və kimyəvi analizlərin nəticələrinə əsasən karbid alınma prosesinin, şixtanın səviyyəsinin və kalsium karbidin keyfiyyətinin tənzimlənməsi.

Elektrodun işlək hissəsinin uzunluğunun və elektrod kütləsinin səviyyəsinin ölçülməsi, boşlatma prosesinə nəzarət edilməsi. Texnoloji rejim pozuntularının aşkar edilməsi və aradan qaldırılması, avadanlığın və kommunikasiyanın işindəki nasazlıqların aradan qaldırılması. Sahənin daha aşağı ixtisaslı işçilərinə rəhbərlik edilməsi. Şixtanın və kalsium karbidin keyfiyyətinin gözlə müşahidə yolu ilə müəyyən edilməsi. Xammal və alınan kalsium karbidin uçotunun aparılması.

Bilməlidir: kalsium karbid istehsalının texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün, armatur və kommunikasiyaların quruluşunu, iş prinsipini və istismar qaydalarını; xammala və hazır məhsullara dövlət standartlarını və texniki şərtləri; texnoloji rejim normalarını; texnoloji prosesin tənzimləmə qaydalarını; avadanlığın işə salınması və dayandırılması qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında əritmə texnoloji prosesinin aparılması. Xammalın xırdalanmasında və əritmə aparatının qəbul bunkerinə yüklənməsində iştirak edilməsi. Aparatların şlamdan təmizlənməsi. Maye məhsulun digər texnoloji əməliyyatlara ötürülməsində və ya qablaşdırılmasında, avadanlığa xidmət göstərilməsində iştirak edilməsi.

Bilməlidir: məhsul istehsalınin texnoloji sxemini; texnoloji prosesin mahiyyətini; xammalın fiziki-kimyəvi və texnoloji xassələrini.

İşin xüsusiyyətləri. Əritmə qazanlarında və elektrik sobalarında əritmə texnoloji prosesinin aparılması. Xammalın əritmə aparatının qəbul bunkerinə dozalarla verilməsi, əritmə aparatının qızğın buxarla və ya odluq qazları ilə qızdırılması; ərimiş xammalın səviyyəsinə nəzarət edilməsi və müəyyən edilmiş əritmə temperaturunun saxlanılması. Ayrılan qazların tutulması, aparatların hermetizasiyası, çənlərin və kommunikasiyaların təsirsiz qazlarla üfurülməsi, çənlərin və kommunikasiyaların qızdırılması. Maye məhsulun çəkib vurulması və onun digər texnoloji proseslərə ötürülməsi və ya qablaşdırılması. NÖC-ün göstəricilərinə və məhsulun xarici görünüşünə əsasən texnoloji prosesin gedişinə nəzarət edilməsi, texnoloji reqlament normalarından kənarlaşmaların aşkar edilməsi və aradan qaldırılması. Doğrayan maşınlara, müxtəlif əritmə aparatlarına, durulducu çənlərə, süzgəclərə, nasoslara, qazüfurücülərinə, kommunikasiyalara, NÖC-ə və bağlayıcı-tənzimləyici qurğulara xidmət göstərilməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: məhsul istehsalının texnoloji sxemini; texnoloji prosesin mahiyyətini; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını; xammalın, yarımfabrikatların, texnoloji yanacağın və köməkçi materialların fiziki-kimyəvi və texnoloji xassələrini; xidmət göstərilən avadanlığın və cihazların quruluşunu və iş prinsipini.

İş nümunəsi. Naftalinin əridilməsi prosesinin aparılması.

İşin xüsusiyyətləri. Zəhərli və aşındırıcı maddələrin əridilməsi və ya üçqat ərintinin (qurğusunun, natriumun, kaliumun) və digər məhsulların əridilməsi texnoloji prosesinin aparılması və ya əridilmə texnoloji prosesinin əritmə qazanlarında, elektrik sobalarda, sisternlərdə aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Pnevmatik nəqliyyatın idarə edilməsi. Məhsulların dəmiryolu və avtomobil sisternlərində əridilməsi, texnoloji tutumlara boşaldılması və çənlərə vurulması. Tutumların və sisternlərin buxarla qızdırılması. Aparatların germetikliyinin yoxlanılması, çənlərin və kommunikasiyaların təsirsiz qazlarla üfürülməsi. Daxil olan məhsulun temperaturuna və keyfiyyətinə nəzarət edilməsi. Texnoloji avadanlığa xidmət göstərilməsi. Avadanlığın işində nasazlıqların aşkar olunması və aradan qaldırılması. Avadanlığın təmirdən qəbul edilməsi.

Bilməlidir: məhsul istehsalının texnoloji sxemini; texnoloji prosesin mahiyyətini; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarıını; xammalın, yarımfabrikatların texnoloji yanacağın və köməkçi materialların fiziki-kimyəvi və texnoloji xassələrini; xidmət göstərilən avadanlığın və cihazların quruluşunu və iş prinsipini.

1. Fosforun, fenolun, qələvilərin, natriumun, kaliumun, kükürd pastasının, kükürd konsentratının və digər zəhərli və partlayış təhlükəli maddələrin əridilməsi prosesinin aparılması.

2. Ftalen anhidridin və kanifolun alınması prosesinin aparılması.

İşin xüsusiyyətləri. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etməklə eyni zamanda zəhərli və aşındırıcı maddələrin, üç qat ərintinin əridilməsi texnoloji prosesinin aparılması.

NÖC-ün göstəricilərinə nəzarət edilməsi. Xammal sərfinin və hazır məhsul çıxışının ölçülməsi, analizlərin nəticələrinə əsasən onların keyfiyyətinin müəyyənləşdirilməsi. Analiz və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi, tənzimləyici vasitələrin idarə olunması. Avadanlığın vəziyyətinə nəzarət edilməsi. Avadanlığa xidmət göstərilməsi. Avadanlıq və kommunikasiyaların mürəkkəb olmayan təmir işlərinin yerinə yetirilməsi. Əritmə prosesınin gedişi haqqında istehsalat jurnalında qeydlərin aparılması.

Bilməlidir: məhsul istehsalının texnoloji sxemini; texnoloji prosesin mahiyyətini; texnoloji rejimini və prosesin tənzimləmə qaydalarını; xammalın, yarımfabrikatların, texnoloji yanacağın və köməkçi materialların fiziki-kimyəvi və texnoloji xassələrini; avadanlığın və cihazların quruluşun və onlara xidmət göstərilməsi qaydalarını.

İş nümunəsi. Susuzlaşdırılma, əridilmə və bərk kaustikin alınması üçün kaustikin qatılaşdırılmış məhlullarından qarışıqların çıxarılması prosesinin aparılması.

İşin xüsusiyyətləri. Uzvi birləşmələrin fosgenləşdirilməsi prosesinin aparılması üzrə ayrı-ayrı əməliyyatların yerinə yetirilməsi.

Məhsulun qəbul edilməsi və aparata doldurulması. Məhsulun aparatdan boşaldılması. Nümunələrin götürülməsi. Texnoloji avadanlıqlara xidmət göstərilməsi. Aparatların təmizlənməsi və degezasiyası. Aparatların təmirə hazırlanması.

Bilməlidir: əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini; fosgen və reaksiyanın digər komponentlərinin fiziki-kimyəvi xassələrini, onlarla iş şərtlərini; xammal, yarımfabrikat və hazır məhsula qoyulan tələbləri; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Üzvi birləşmələrin fosgenləşdirilmə texnoloji prosesinin aparılması.

Komponentlərin dozalara bölünməsinin hesablanması. Xammal və yarımfabrikatların reaktora yüklənməsi, fosgenləşdirmə, məhsulun növbəti mərhələyə verilməsi və ya aparatdan boşaldılması. Texnoloji rejimdə nəzərdə tutulan əməliyyatların aparılması: neytrallaşdırma, distillə edilmə, həllolunma, süzülmə və s. NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən fosgenləşdirmə prosesinin tənzimlənməsi. Təlimatda nəzərdə tutulan analizlərin yerinə yetirilməsi. Avadanlıq və kommunikasiyaların hermetikliyinin yoxlanılması. Reaksiya aparatlarına, nasoslara, süzgəclərə, tutumlara, distillə kolonnalarına, ölçü cihazlarına, sentrifuqalara, soyuduculara, NÖC-ə, armatur və kommunikasiyalara xidmət göstərilməsi. Reaktorların qalıqlardan təmizlənməsi və degazasiya edilməsi. İçərisində fosgen olan balon və tankların hazırlanması və ya fosgenin hazır məhsul sahəsinə ötürülməsi. Xammal, yarımfabrikat və hazır məhsulun uçotunun aparılması. Avadanlığın təmirə verilməsi və təmirdən qəbul edilməsi. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: fosgenləşdirmə prosesinin texnoloji rejimini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini. Xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini; fosgen və digər reaksiya komponentlərinin fiziki-kimyəvi xassələrini, onlarla iş şərtlərini. Xammal, yarımfabrikat və hazır məhsula qoyulan tələbləri; analizlərin aparılması metodikasını və nümunələrin götürülmə qaydalarını; texnoloji prosesin aparılması normalarını.

İşin xüsusiyyətləri. Toluilendiizosionatlar və toluiendiaminlər, dietildivenil sidik cövhəri istehsalında fosgenləşdirmə prosesinin aparılması; və ya fenilmetiluretilan istehsalında metalxlorformiatın alınması və ya fosgenleşdirmə ilə eyni zamanda fosgenin alınması.

İş təliınatlarına uyğun olaraq texnoloji prosesə nəzarət edilməsi və onun tənzimlənməsi. Analiz və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Yoxlama analizlərinin aparılması. Avtomatika vasitələrinin, NÖC-ün göstəricilərinə, xidmət göstərilən avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi.

Bilməlidir: fosgenləşdirmə prosesinin texnoloji rejimini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və istismar qaydalarını.

Xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini; fosgen və digər reaksiya komponentlərinin, fiziki-kimyəvi xassələrini və onlarla iş şərtlərini. Xammal, yarımfabrikat və hazır məhsula qoyulan texniki tələbləri. Analizlərin aparılması metodikasını və nümunələrin götürülmə qaydalarını; texnoloji prosesin aparılması normalarını.

İşin xüsusiyyətləri. Həb hazırlamaq üçün materialın hazırlanması, maşının yanına gətirilməsi, markalar üzrə düzülməsi, taranın hazırlanması, materialların bunkerə yüklənməsi. Maşının işinə nəzarət edilməsi. Maşının işə salınması və dayandırılması. Hazır həblərin keyfiyyətinə nəzarət edilməsi. Həblərin taraya yığılması və təyin edilmiş yerə aparılması.

Bilməlidir: həbləşdirilən materialın əsas xassələrini, təyinatını və həb hazırlamağa qoyulan tələbləri; zay həb məhsulunun növlərini və səbəblərini və onun aradan qaldırılması yollarını; maşınların quruluşunu və onlara xidmət göstərilməsi qaydalarını.

İşin xüsusiyyətləri. Materiallardan həb hazırlanması prosesinin aparılması. Həb hazırlayan maşınların işə hazırlanması-müvafiq ölçüdə həb hazırlamaq üçün sazlanması, boş-boşuna hərəkət zamanı sınaq işləri və maşının sazlığının yoxlanılması. Dozalara bölən mexanizmin sazlanması. Həb hazırlayan maşının yüklənməsinin hesablanması. Avadanlığın təmirə hazırlanması, təmirdən qəbul edilməsi. Həb hazırlayan briqadanın işinə rəhbərlik edilməsi.

Bilmətidir: həbləşdirilən materiallara və hazır məhsula qoyulan texniki şərtləri; maşınların iş rejimlərinin sazlama və tənzimləmə qaydalarını; maşınların yüklənməsinin hesablanması metodikasını.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında bərk və maye halında olan maddələrin həll edilməsi texnoloji prosesinin aparılması. Xammalın hazırlanması, reaksiya aparatına yüklənməsi. Məhsulun boşaldılması. Nümunələrin götürülməsi. Avadanlığın təmizlənməsi. Avadanlığın təmirə hazırlanması. Texnoloji avadanlığa xidmət edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; həll etmə texnoloji prosesinin fiziki-kimyəvi əsaslarını və mahiyyətini; xammalın, həlledicilərin, aktivləşdiricilərin, hazır məhsulun fiziki-kimyəvi xassələrini; xammala və hazır məhsula qoyulan texniki tələbləri; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Bərk və maye halında olan maddələrin həll edilməsi texnoloji prosesinin aparılması; metalların əridilməsi texnoloji prosesinin ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsi; sink kuporosu məhlulunun alınması üçün aşındırma aparatlarında qatılaşdırılmış kükürd turşusu ilə müxtəlif sinktərkibli xammalın aşındırılması texnoloji prosesinin aparılması.

Kükürd turşusunun duruldulması. Reagentlərin hazırlanması, reaksiya aparatına dozalara yerilməsi, həll edilmə, neytrallaşdırılma, məhsulun sonrakı əməliyyata ötürülməsi. Sink kuporosunun zəif məhlullarının, kükürd turşusunun, suyun aparatlara boru xətləri vasitəsilə boşaldılması. NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən temperatur rejiminin, təzyiqin, vakuumun, dozalara bölünən komponentlərin miqdarının, səviyyənin, məhlulların qatılığının tənzimlənməsi. Dozalara bölünən komponentlərin hesablanması. Təlimatda nəzərdə tutulmuş kimyəvi analizlərin aparılması. Reaksiya aparatlarına, soyuduculara, ölçü vasitələrinə, nasoslara, NÖC-ə, armatura, kommunikasiyalara və başqa avadanlığa xidmət edilməsi. Xammalın və hazır məhsulun uçotunun aparılması. Avadanlığın təmirdən qəbul edilməsi; daha aşağı ixtisaslı aparatçılar olduqda, onlara rəhbərlik edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini.

Həlletmə texnoloji prosesinin fiziki-kimyəvi əsaslarını və mahiyyətini; xammalın, həlledicilərin, aktivatorların, hazır məhsulun fiziki-kimyəvi xassələrini; xammala və hazır məhsula qoyulan tələbləri; nümunələrin götürülmə qaydalarını; analizin aparılması metodikasını; texnoloji rejimi; prosesin tənzimləmə qaydalarını.

İşin xüsusiyyətləri. Polimineral filizlərin qələvi və ya turşularla, metalların (sink, dəmir, mis və sairə) turşularla əridilməsi prosesinin aparılması və ya bərk və maye halında olan maddələrin həll edilməsi texnoloji prosesinin aparılması ilə eyni zamanda absorbsiya qurğularına, donduruculara xidmət göstərilməsi və ya eyni vaxtda kəskin buxar təzyiqi altında süzmə prosesinin aparılması.

Xammalın qəbulu və hazırlanması, suvarma məhlullarının hazırlanması, tələb olunanda turşunun alınması. Xammalın aparatlara yüklənməsi, turşunun, suvarma məhlullarının, buxarın, buxarhava qatışığının, kondensatın verilməsi, qələvinin qızdırılması. Reaksiya kütləsinin müəyyən temperatura qədər qızdırılması, qarışdırma, alınan məhlulların tutumlara və ya növbəti texnoloji mərhələlərə ötürülməsi. Texnoloji rejimin reqlamentlə nəzərdə tutulan parametrlərinə (temperatur, məhlulların qatılığı və turşululuğu, aparatlarda reaksiya kütləsinin səviyyəsi və sairə) NÖC-ün göstəricilərinə əsasən nəzarət edilməsi və onların tənzimlənməsi. Xammalın miqdarının, suvarma məhlulunun tərkibinin və məhsulun çıxışının hesablanması. Reaktorlara, kolonnalara, aşındırma qüllələrinə, qarışdırıcı cihazlara, çənlərə və başqa avadanlıqlara, NÖC-ə, armatura, kommunikasiyayalara xidmət göstərilməsi. Avadanlığın mürəkkəb olmayan təmirinin yerinə yetirilməsi.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; metalların turşularla həll edilməsi texnoloji prosesini və onun tənzimləmə üsullarını; xidmət göstərilən avadanlığın, NÖC-ün quruluşunu və onların istismar qaydalarını. Turşuların, metalların, məhlulların fiziki-kimyəvi xassələrini; analizlərin və hesablamaların aparılması metodikasını; xammal və hazır məhsula olan dövlət standartlarını, texniki şərtləri.

İşin xüsusiyyətləri. Hidratasiya texnoloji prosesinin aparılması və sianamid tozunun yağ ilə emal edilməsi (kalsium siamid istehsalında) və ya başqa maddələrin hidratasiyası prosesinin daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında aparılması. Xammalın hazırlanması, yüklənməsi. Məhsulun boşaldılması və istehsalın sonrakı mərhələlərinə ötürülməsi. Nümunələrin göstərilməsi. Avadanlığa xidmət edilməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsiplərini; xammal və hazır məhsulun fiziki-kimyəvi xassələrini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Adi və orta mürəkkəblikdə olan məhsulların və ya daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında mürəkkəb məhsulların hidratasiyası texnoloji prosesinin aparılması. Xammalın qəbul edilməsi və aparata yüklənməsi, qazların kompressorda sıxılması, buxarlandırılması, su buxarının və karbohidrogen şixtasının bərk qızdırılması, reaksiyaya məruz qalan kütlənin hidratasiyası, neytrallaşdırılması, su-spirt kondensatının kondensasiyası və təmizlənməsi, efir və ya başqa məhsulların yuyulması və rektifıkasiyası, onun istehsalın növbəti mərhələlərinə ötürülməsi. Hidratasiya aparatlarına, kompressor-buxarlandırıcılara, qızdırıcı cihazlara, kondensatorlara, nasoslara, tutumlara, separatorlara və başqa avadanlıqlara xidmət göstərilməsi. NÖC-ün və avtomatikanın göstəricilərinə, analizlərin nəticələrinə əsasən hidratasiya prosesinin tənzimlənməsi; məhsul çıxışına və keyfiyyətinə nəzarət edilməsi; avadanlıq və kommunikasiyaların işindəki çatışmazlıqların aradan qaldırılması; avadanlığın təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC və avtomatika vasitələrinin quruluşunu və iş prinsipini; xidmət göstərilən sahənin armatur və kommunikasiyaların sxemini; xammalın, həlledicilərin, katalizatorların, hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; texnoloji prosesin fiziki-kimyəvi xassələrini, mahiyyətini və tənzimləmə qaydalarını; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını.

İş nümunələri. Hidratasiya prosesinin aşağıdakı istehsalatlarda aparılması:

1. Asetaldehidin su məhlulu.

İşin xüsusiyyətləri. Adi və orta mürəkkəblikdə olan məhsulların texnoloji hidratasiyası prosesinin aparılması ilə eyni zamanda aşağı dərəcəli aparatçılara rəhbərlik edilməsi və ya daha yüksək ixtisaslı aparatçıların rəhbərliyi altında mürəkkəb məhsulların hidratasiyası prosesinin aparılması. NÖC-ün göstərcilərinin, xidmət göstərilən avadanlığın vəziyyətinə və işinə müşahidə edilməsi. Nəzarət analizlərinin aparılması. Avadanlıq və kommunikasiyaların kiçik təmirinin yerinə yetirilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün və avtomatika vasitələrinin quruluşunu və iş prinsipini; xidmət göstərilən sahənin armatur və kommunikasiyalarının sxemini; xammalın, həlledicilərin, katalizatorların, hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; xammal və hazır məhsula qoyulan texniki şərtləri; texnoloji prosesin fiziki-kimyəvi əsaslarını, mahiyyətini və onun tənzimlənmə qaydalarını; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Mürəkkəb `məhsulların hidratasiyası texnoloji prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçıların işinə rəhbərlik edilməsi. İş təlimatına uyğun olaraq, texnoloji prosesə nəzarət edilməsi və onun tənzimlənməsi. Analizlərin və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Əsas və köməkçi avadanlığın təmir işlərində iştirak edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini, əsas və köməkçi avadanlığın, NÖC və avtomatika vasitələrinin quruluşunu və iş prinsiplərini; xidmət göstərilən sahənin armatur və kommunikasiyalarının sxemini, xammalın, həlledicilərin, katalizatorların və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; xammal və hazır məhsula qoyulan texniki şərtləri; texnoloji prosesin mahiyyətini və onun tənzimlənmə qaydalarını; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını.

Orta ixtisas təhsili tələb olunur.

İş nümunəsi. Etil spirtinin alınması - hidratasiya prosesinin aparılması.

İşin xüsusiyyətləri. İzooktil spirti, asetopropilasetat istehsalında hidrogenləşdirmə prosesinin aparılması və ya daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında hidrogenləşdirmə prosesinin ayrı-ayrı əməliyyatlarının aparılması.

Xammalın, katalizatorun qəbui edilməsi və hazırlanması. Onların aparata yüklənməsi. Məhsulun boşaldılması. Katalizatorun bərpa edilməsi. Nümunələrin götürülməsi. Reaksiya aparılan avadanlığa xidmət göstərilməsi. avadanlığın təmirə hazırlanması.;

Bilməlidir: texnoloji hidrogenləşdirmə prosesinin fiziki-kimyəvi əsaslarını; xidmət göstərilən sahənin avadanlığının iş prinsipini; armatur və kommunikasiyaların sxemini; xammal və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; nümunələrin götürülmə qaydalarını; xammalın və məhsul çıxışının hesabatının aparılma qaydalarını.

İş nümunəsi. Ksilit istehsalında hidrogenləşdirmə prosesinin ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsi.

İşin xüsusiyyətləri. Hidrogenləşdirmə texnoloji prosesinin kolonnalarda fasiləsiz üsulla və ya avtoklavlarda dövri surətdə aparılması. Qurğuların vaxtaşırı katalizatorlarla yüklənməsi, sistemin preslənməsi, buxarlandırma, hidrogenləşdirmə qurğularına ötürülmə; kontakt qazının hidrogenləşdirilməsi regenerasiyası və kondensasiyası, kondensatın bölünməsi; məhsulun istehsalın başqa sahələrinə ötürülməsi.

NÖC-ün göstəriciləri və analizlərin nəticələrinə əsasən temperatura, təzyiqə, qatılığa, hidrogen və reaksiyanın başqa komponentlərinin verilməsi səviyyəsinə, xammalın dozalara bölüşdürülməsinə və rejimin başqa parametrlərinə nəzarət edilməsi və onların tənzimlənməsi. Xammal sərfi və məhsul çıxışının hesablanması. Hidrogenləşdirmə qurğularına, reaksiya aparılan aparatlara, aktoklavlara, soyuducu - kondensatorlara, separatorlara, istilikdəyişdiricilərə, qazayırıcılara və başqa avadanlığa xidmət göstərilməsi. Avadanlığın təmirə verilməsi və təmirdən sonra qəbulu. Kompressor qurğuları maşinistinin və daha aşağı ixtisaslı aparatçıların işinə rəhbərlik edilməsi.

Bilməlidir: texnoloji hidrogenləşdirmə prosesinin fiziki-kimyəvi və texnoloji əsaslarını və mahiyyətini; avadanlıq və NÖC-ün quruluşunu və iş prinsipini; kommunikasiyaların sxemini; xammal və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını; xammalın sərfi və məhsulun çıxışının hesablanması metodikasını.

İşin xüsusiyyətləri. Texnoloji hidrogenləşdirmə prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçıların və kompressor maşinistlərinin işinə rəhbərlik edilməsi. NÖC və avtomatika vasitələrinin göstəricilərinə əsasən, xidmət göstərilən avadanlığın vəziyyətinə və işinə nəzarət etmək. Prosesin optimal şərtlər əsasında sazlanması. Xammalın sərfi və hazır məhsulun çıxışının hesablanması, analizlərin nəticələrinə əsasən onların keyfiyyətinin müəyyənləşdirilməsi. Nəzarət analizlərinin aparılması. Avadanlıq və kommunikasiyaların mürəkkəb olmayan təmir işlərinin aparılması.

Bilməlidir: texnoloji hidrogenləşdirmə prosesinin fiziki-kimyəvi əsaslarını, mahiyyətini; avadanlığın və NÖC-ün quruluşunu və iş prinsipini; kommunikasiyaların sxemini; xammal və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını; nəzarət analizlərinin aparılması metodikasını; xammalın və hazır məhsulun hesablanması metodikasını.

İşin xüsusiyyətləri. Avtomatik idarə edilən avadanlıqda hidrogenləşdirmə prosesinin aparılması. Komproessor qurğuları maşinistlərinin və daha aşağı ixtisaslı aparatçıların işinə rəhbərlik edilməsi. İş təlimatlarına uyğun olaraq texnoloji prosesin idarə edilməsi və tənzimlənməsi. Analizlərin və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi, tənzimləyici qurğuların idarə olunması. Rejimin pozulmasının və avadanlığın işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Əsas və köməkçi avadanlığın təmir işlərində iştirak edilməsi.

Bilməlidir: texnoloji prosesin fiziki-kimyəvi əsaslarını və mahiyyətini; avadanlıq və NÖC-ün quruluşunu və iş prinsipini; kommunikasiyaların sxemini; xammalın və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; texnoloji rejimi və onun tənzimləmə qaydalarını; nəzarət analizlərinin aparılması metodikasını; xammal və hazır məhsulun hesablanması metodikasını.

İş nümunəsi. Butil, furfuril, tetrahidrofurfuril spirtləri, mürəkkəb və yağlı spirtlər, seçmə hidrogenləşdirmə şəraitində mürəkkəb efirlər, A vitamininin sintezinin yarımməhsulları, üçmetilhidroxinon, kaprolaktam, tetrahidrofuran və silvan istehsallarında hidrogenləşdirmənin aparılması.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında texnoloji hidroliz prosesinin aparılması. Xammalın hazırlanması və yüklənməsi. Hazır məhsulun boşaldılması. Nümunələrin götürülməsi. Avadanlığa xidmət edilməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: xidmət olunan sahədə əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; xammalın növlərini, xammal və hazır məhsula qoyulan texniki səbəbləri; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Sadə texnoloji hidroliz prosesinin aparılması. Xammalın qəbul edilməsi və hazırlanması, soyudulma, hidroliz, reagentlərin ötürülməsi, nasosla çıxarılması, zəruri halda buxarlandırılması. Reaksiya komponentlərinin hesablanması. NÖC-ün və analizlərin göstəricilərinə əsasən prosesin tənzimlənməsi. Təlimatda nəzərdə tutulmuş analizlərin aparılması. Avadanlığın işində və kommunikasiyalarda olan nasazlıqların aradan qaldırılması. İçərisində reaksiya gedən aparatlara, dozalara bölüşdürən qurğulara, soyuducu-kondensatorlara, çökdürücü qurğulara, qazayırıcılara, nasoslara, NÖC-ə, armatura, kommunikasiyalara və başqa avadanlığa xidmət edilməsi. Xammal və hazır məhsulun çıxışının hesablanması. Avadanlığın təmirə verilməsi və təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün iş prinsipini; xidmət göstərilən sahənin armatur və kommunikasiyaların sxemini; xammal, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; xammal və hazır məhsula qoyulan texniki tələbləri; texnoloji rejimi; prosesin tənzimlənməsi qaydalarını; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Mürəkkəb texnoloji hidroliz prosesinin aparılması və ya sadə hidroliz prosesinin aparılması ilə eyni zamanda aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi. NÖC-ün göstəricilərinə, avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi. Xammal sərfinin və hazır məhsul çıxışının hesablanması, analizlərin nəticələri əsasında onların keyfiyyətinin müəyyənləşdirilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu, xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini; xammal, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; xammal və hazır məhsula qoyulan texniki tələbləri; texnoloji rejimi; prosesin tənzimlənməsi qaydalarını, nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını.

İş nümunəsi. Diazol, silisiumlu üzvi birləşmələr, sintetik yağlı spirtlər, tibb vasitələrinin istehsalında texnoloji prosesin aparılması.

İşin xüsusiyyətləri. Tezalışan və partlayış təhlükəli maddələrin iştifadəsi ilə xlorid turşusu və qələvi mühitində texnoloji hidroliz prosesinin aparılması, və ya izotop mübadiləsi ilə bağlı hidroliz prosesinin aparılması, həmçinin, xüsusi mürəkkəb hidroliz prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi. Xammalın hazırlanması, xlorsilan qarışığının hazırlanması, reaksiya qarışığının reaktora verilməsi, reaksiya maddəsinin soyudulması və qızdırılması, çökdürülməsi və boşaldılması, reaksiya maddəsinin yuyulması və ya natrium karbonatla emal edilməsi, süzgəcdə təzyiq altında süzülməsi, maddənin növbəti mərhələyə ötürülməsi. Reqlamentə nəzərdə tutulmuş texnoloji rejim parametrlərinə (temperatur, verilən qarışığın miqdarı və sairə), NÖC-ün göstəriciləri və analizlərin nəticələrinə əsasən nəzarət edilməsi və onların tənzimlənməsi. Texnoloji rejim pozuntuları səbəblərinin vaxtında aşkar edilməsi aradan qaldırılması.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və istismar qaydalarını; xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini; xammal, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; xammal və hazır məhsula qoyulan texniki tələbləri; texnoloji rejimi; prosesin tənzimlənməsi qaydalarını; hesabat metodunu.

İş nümunəsi. Silikon kauçuku, elektrolitik perhidrol, B6 vitamini (pirodoksinin alınması mərhələsində) kalsium siamid, sianur turşusu istehsallarında texnoloji prosesin aparılması və aparatçılara rəhbərlik edilməsi.

İşin xüsusiyyətləri. Polietilsiloksan mayelər və yüksək istiliyə davamlı dielektrik, adqezion və başqa xassəli silisium-üzvi lakların istehsalında texnoloji hidroliz prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi; sintetik qliserin istehsalında texnoloji hidroliz prosesinin aparılması. İş təlimatına uyğun olaraq texnoloji prosesin idarə edilməsi və tənzimlənməsi. Analiz və müşahidələrin nəticələrinə əsasən prosesin təshih edilməsi. Rejim pozuntularının və avadanlığın işindəki nasazlıqların vaxtında aşkar edilməsi və aradan qaldırılması. Əsas və köməkçi avadanlığın təmirində iştirak edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini; xammal, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi və texnolojı xassələrini; xammal və hazır məhsula qoyulan tələbləri; prosesin tənzimləmə qaydalarını; nümunələrin götürülmək qaydalarını; analizlərin aparılması metodikasını; hesablama metodikasını.

Orta ixtisas təhsili tələb olunur.

İşin xüsusiyyətləri. “Denta” pambığının hazırlanması zamanı hopdurma prosesinin aparılması və ya parçanın, kağızın, liflərin, perqaminli parçanın, kord və viskoz şnurların, şüşə kətanlarının, elektrodların hopdurucu materiallarla və müalicəvi təyinatlı hopdurulması materialların dezinfeksiya, yaxud müalicə vasitələri ilə hopdurulması texnoloji prosesinin ayrı-ayrı əməliyyatlarının texnoloji təlimatlara uyğun aparılması.

Hopdurucu və hopdurulan materialların hazırlanması və vannalara, avtoklavlara, reaktorlara yüklənməsi. Hazır məhsulun götürülməsi və boşaldılması. Nümunələrin götürülməsi. Avadanlığın təmirə hazırlanması, Avadanlığa xidmət edilməsi.

Bilməlidir: texnoloji hopdurma rejimini; əsas və köməkçi avadanlığın quruluşunu, iş prinsipini; hazır məhsula, xammala və yarımfabrikatlara qoyulan texniki tələbləri; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Parçanın, kağızın, liflərin, perqaminli parçanın, kord və viskoz şnurların, şüşə kətanların, şüşə sapların, şüşə lentlərin, elektrodların hopdurucu materiallarla və müalicəvi təyinatlı materialların dezinfeksiya, yaxud müalicə vəsaitləri ilə hopdurulması texnoloji prosesinin təlimatlara uyğun aparılması.

Avadanlığın (şaquli və üfüqi hopdurma maşınlan, aktoklavlar, reaktorlar, vannalar, quruducu cihazlar və sahənin köməkçi avadanlıqları) sazlanması, tənzimlənməsi və ona xidmət göstərilməsi. NÖC-ün göstəricilərinə görə hopdurma prosesinin (temperaturun, hopdurma dərəcəsinin, qatılılığın, hopdurma materiallarının səviyyəsinin, təzyiqin) tənzimlənməsi. Yoxlama analizlərinin aparılması. Xammal, material və yarımfabrikat uçotunun aparılması. Avadanlığın təmirdən qəbul edilməsi.

Bilməlidir: texnoloji hopdurma rejimini; NÖC-ün göstəriciləri və analizin nəticələrinə görə prosesin tənzimlənməsi üsullarını; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; hazır məhsula, xammala və yarımfabrikatlara qoyulan texnıki tələbləri; nümunələrin götürülmə qaydalarını, analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Halqaların, lentlərin və başqa asbest texniki məmulatların hopdurulması və sonradan qurudulması və kalandrlandırılması proseslərinin yerinə yetirilməsi və ya parçanın, kağızın, liflərin, perqamin parçanın, kord və viskoz şnurların, şüşə kənatlarının, şüşə sapların, şüşə lentlərin, elektrodların hopdurucu materiallarda və müalicəvi təyinatlı materialların dezinfeksiya yaxud müalicə vəsaitləri ilə hopdurulması prosesinin aparılması ilə eyni vaxtda daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi və ya daha yuxarı ixtisaslı aparatçının rəhbərliyi altında məsafə pultu ilə idarə olunan avtomatik hopdurma xəttində müxtəlif materialların hopdurulması prosesinin aparılması.

Bilməlidir: texnoloji hopdurma rejimin prosesi; tənzimlənmə üsullarını; avadanlığın, təchiz edici qurğuların, yoxlama aparatlarının quruluşunu; avadanlığın işində əmələ gələn nasazlıqların ləğv edilmə qaydalarını; hazır məhsula, xammal və yarımfabrikatlara qoyulan texniki tələbləri; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını; avtomatika və elektrotexnikanın əsaslarını.

İşin xüsusiyyətləri. Məsafədən idarə olunan avtomatik hopdurma xətlərində müxtəlif materialların hopdurulması texnoloji prosesinin aparılması.

Daha aşağı ixtisaslı aparatçıların işinə hopdurma xəttinin bütün kəskin nöqtələrində nəzarət edilməsi və onların əlaqələndirilməsi, açma, hopdurma, qurutma, soyutma, sarıma və sairə hopdurma xəttinə baxış və onun işə hazırlanması. Qətranın vannalara daxil olmasının tənzimlənməsi, onun temperaturuna və tərkibinə nəzarət edilməsi; quruducu kameranın temperaturunun, hopdurma prosesinin sürətinin tənzimlənməsi. İdarəetmə pultlarına və qrammaj şkaflarına xidmət edilməsi, hopdurulma qatın qalınlığına, radioaktiv izotopların şüalanması prinsipi ilə işləyən qamma-şupun göstəricilərinə görə nəzarət edilməsi və onun tənzimlənməsi. Avadanlığın işində kiçik nasazlıqlarının aradan qaldırılması.

Bilməlidir: texnoloji hopdurma rejimini; prosesin tənzimləmə üsullarını; maşınların və təchiz edici qurğuların, yoxlama aparaturasının quruluşunu və onlara xidmət qaydalarını; avadanlığın işində meydana çıxan nasazlıqların aradan qaldırılması qaydalarını; hopdurma xəttinin elektrik blokirovkasının sxemini; avtomatikanın və elektrotexnikanın əsaslarını, hazır məhsula, xammala və yarımfabrikatlara qoyulan texniki tələbləri.

İşin xüsusiyyətləri. Misammonyak ştapel lifindən olan turnanın qəbulu və yığılması.

Bilməlidir: misamtnonyak ştapel Ifiindən olan turnanın tərəzidə çəkmə; çeşidlərə ayırma, sortlara ayırma, markalama və uçotu qaydalarını; onun fiziki-kimyəvi xassələrini; yükləmə və nəql edilmə üsullarını; iş üsullarını.

İşin xüsusiyyətləri. Müxtəlif növ xammal, yarımfabrikat və məhsulun qəbulu, tərəzidə çəkilməsi, sortlara ayrılması, nəql edilməsi ilə eyni zamanda nəzarət-uçot funksiyalarının aparılması. Anbara və ya istehsalın növbəti mərhələlərinə ötürülməsi üçün məhsulun qısa müddətə saxlanılması. Növbələrin xammal, materiallarla təmin edilməsi. Yarımfabrikat və hazır məhsulun düzülməsi, sortlara ayrılması, markalanması üzrə müxtəlif işlərin yerinə yetirilməsi. Növbələr üzrə bir sutka ərzində istehsal olunan məhsulun ilkin uçotunun aparılması, növbələr və maşınlar üzrə istehsal olunan məhsulun keyfiyyətinə görə bütün göstəricilərin uçotunun aparılması.

İş yerləri üzrə və ayrıca olaraq istehsal olan məhsulun çeşidi üzrə, keyfiyyətsiz məhsul, texnoloji zay məhsul və tullantılar üzrə qəbul edilən məhsul və yarımfabrikatların uçotunun aparılması.

Bilməlidir: istehsal olunan məhsulun çeşidini; xammal, yarımfabrikatlar və hazır məhsulu tərəzidə çəkmə, çeşidlərə ayırma, növlərə ayırma, markalama və uçotu qaydalarını; xammal və hazır məhsulun fiziki-kimyəvi xassələrini; onların yüklənməsi və nəql edilməsi üsullarını; iş üsullarını.

İşin xüsusiyyətləri. Ammonyakın anbarlara qəbul edilməsi və istehlakçılara verilməsi işlərinin aparılması, kükürd anbarının təmir edilməsi, müxtəlif çeşiddə kimyəvi sapların qəbul edilməsi işlərinin aparılması. lak-boya istehsalında böyük çeşiddə xammal və məhsulla (30 və daha çox adda) iş daha aşağı ixtisaslı fəhlələrə (yükvuran, nəql edən və digər fəhlələrə) rəhbərlik edilməsi. Taranın qəbulu, qablaşdırma və markalama zamanı qüsurların müəyyən edilməsi. Hazır məhsulun markalar və istehlakçılar üzrə sortlara ayrılması və yerləşdirilməsi. Hazır məhsulun anbara ötürülməsi üzrə sənədlərin (pasportlar, fakturalar) iqtisadiyyat şöbəsinə və sexin iqtisadçısına təqdim edilməsi. Hazır məhsulun qaimələr üzrə yola salınması. Qablaşdırıcı və yükvuran fəhlələrin yerinə yetirdiyi işlərin uçotunun aparılması.

Bilməlidir: istehsal olunan məhsulun çeşidini, xammal, yarımfabrikatlar və hazır məhsulu tərəzidə çəkmə, çeşidlərə ayırma, növlərə ayırma, markalama və uçotu qaydalarını; xammal və hazır məhsulun fiziki-kimyəvi xassələrini, onların yüklənməsi və nəql edilməsi üsullarını; iş üsullarını.

İşin xüsusiyyətləri. Xammalın qəbula hazırlanması, yarımfabrikat və hazır məhsulun buraxılması prosesinin daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında aparılması.

Hazır məhsulun qablaşdırılması üçün taranın hazırlanması, məhsulun qablaşdırılması, məhsulun anbara yığılması. Tutumların kənar qatışıqlardan təmizlənməsi.

Bilməlidir: xammalın, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi xassələrini; xidmət göstərilən avadanlığın quruluşunu, onun iş prinsipini; yarımfabrikat və hazır məhsulun saxlanılma qaydalarını.

İşin xüsusiyyətləri. Xammal, yarımfabrikat və hazır məhsulun hazırlanması üzrə texnoloji prosesin aparılması.

Xammal, yarımfabrikat və hazır məhsulun qəbulu və nəql edilməsi xəttinin sazlanması. Kranların, boru kəmərlərinin sazlığının, məhsulun ölçülərinin dəqiqliyinin yoxlanılması. Xammalın baklara, sisternlərə, bunkerlərə, çənlərə qəbul edilməsi. Xammalın hazırlanması (təmizləmə, xırdalama, səpmə, qurutma və sairə). İş təlimatında nəzərdə tutulan yoxlama analizlərinin aparılması. Verilən məhsullar (dənəvər, bərk, maye və ya qaz halında olan) üçün raqulların hazırlanması, müəyyən reseptura əsasında qatılıq və məhlulların hazırlanması, bütün növdən olan xammal və məhsulun düzgün saxlanılmasına nəzarət edilməsi. Tələb olunan xammalın miqdarının hesablanması. Texniki sənədlərin hazırlanması. Qəbul olunan və buraxılan xammal, yarımfabrikat və hazır məhsulun uçotunun aparılması. Tutumlara, quruducu aparatlara, qarışdırıcı cihazlara, doğrayan maşınlara, şadaralara, ələklərə, süzgəclərə, siklonlara, ventilyasiya qurğularına, nasoslara, nəqliyyat mexanizmlərinə, kommunikasiyalara, NÖC-ə və bağlayıcı, tənzimləyici qurğulara xidmət göstərilməsi. Avadanlığın işində olan xırda nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Avadanlığın təmirə hazırlanması və təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: xammal, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi xassələrini; xidmət göstərilən avadanlığın, NÖC-ün quruluşunu, iş prinsipini; armatur və kommunikasiyaların sxemini; yarımfabrikat və hazır məhsulun saxlanma qaydalarını; məhsulun buraxılmasının sənədləşdirilməsi qaydalarını; uçot və hesabat üzrə təlimatı; xammal və hazır məhsula qoyulan tələbləri; analizlərin aparılması metodikasını, işlərin qəbulunu.

İşin xüsusiyyətləri. Zəhərli və aşındırıcı maddələr və ya geniş çeşiddə məhsul istehsalında xammal, yarımfabrikat və hazır məhsulun hazırlanması texnoloji prosesinin aparılması, həmçinin digər istehsallarda daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Xammalın mərkəzi anbardan, yanaşı sexlərdən, dəmir yolu sisternalarından qəbul edilməsi. Sisternlərdə kristallaşmış xammalın qızdırılması və onun çəkilib rezervuarlara vurulması.

Xammalın istehsalat üçün hazırlanması: nəmliyin lazımi dərəcəyə çatdırılması, maye xammalın qızdırılması və tutumda xammalın eyni qatılığının yaradılması. İri qabaritli (tutumu 100-2000 m3 olan) rezervuarlara xidmət göstərilməsi. Hazır məhsulun çəlləklərə və sisternlərə doldurulması. Çəllək-taranın və dəmir yolu sisternlərinin yanaşı sexlərdən qəbul edilməsi. Onların təmiz və saz olmasına nəzarət edilməsi, hazır məhsulun vaqonlara, avtomobillərə avtokar və ya əl ilə yüklənməsi. Temperatur rejimlərinə nəzarət edilməsi, qəza halında avadanlığın işinin dayandırılması, NÖC-ün göstəricilərinə və gözlə müşahiyədə əsasən çəlləklərə və sisternlərə doldurulan məhsulun miqdarına nəzarət edilməsi və onun tənzimlənməsi. Anbarlara, rezervuarlara, vakuum-nasoslara, boru kəmərlərinə, NÖC-ə və avtomatikaya xidmət göstərilməsi. Avadanlığın işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Xırda təmir işlərinin yerinə yetirilməsi.

Bilməlidir: xammal, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi xassələrini; xidmət göstərilən avadanlığın, NÖC-ün quruluşunu, armatur və kommunikasiyaların sxemini; zərərli və aşındırıcı maddələrin saxlama qaydalırını; məhsulun buraxılması üzrə sənədləşdirmə qaydalarını; uçot və hesabat üzrə təlimatları, xammal və hazır məhsula qoyulan dövlət standartlarını; nümunələrin götürülməsi qaydalarını və yoxlama analizlərinin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Zəhərli və aşındırıcı geniş çeşidli maddələr istehsalında xammal, yarımfabrikat və hazır məhsulun hazırlanması üzrə texnoloji prossesin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçıların işinə rəhbərlik edilməsi. İş təlimatlarına uyğun olaraq texnoloji prosesin idarə olunması və tənzimlənməsi. Analiz və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Avtomatika sistemlərinin işinə nəzarət edilməsi. Əsas və köməkçi avadanlığın təmir işlərində iştirak edilməsi.

Bilməlidir: xammal, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi xassələrini; xidmət göstərilən avadanlığın, NÖC-ün konstruktiv xüsusiyyətlərini; xammal və hazır məhsulun hazırlanmasının hesablama metodikasını; yarımfabrikat və hazır məhsulun saxlama qaydalarını; məhsulun buraxılışı üzrə sənədləşdirmə qaydalarıni; uçot və hesabat təlimatlarını; zəhərli və aşındırıcı xassəli maddələrlə iş zamanı şəxsi mühafızə vasitələrindən istifadə qaydalarını.

*Dərman, bioloji preparatlar və materiallar istehsalında “Güzəştli şərtlərlə dövlət pensiyası almaq hüququ verən istehsalatların, sexlərin peşə və vəzifələrin siyahısı” ilə əlaqədar peşə “Xəlbirləyici” adlandırılmalıdır.

İşin xüsusiyyətləri. Kimyəvi materialların xəlbirləndirilməsi. Avadanlığın hazırlanması, ələklərin seçilməsi və quraşdırılması. Ələklərin mailliyinin tənzimlənməsi. Kimyəvi materialların bərabər yüklənməsi, xəlbirləmə, qablaşdırma, tərəzidə çəkmə və xəlbirlənmiş materialların yığılması. Müxtəlif sistemli separatorlara, ələklərə, şadaralara və nəqliyyat mexanizmlərinə xidmət göstərilməsi. Avadanlığın işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, avadanlığın təmizlənməsi, yağlanması. Avadanlığın təmirə hazırlanması, təmirdən qəbul edilməsi.

Biməlidir: xidmət göstərilən mexanizmlərin quruluşunu və iş prinsipini, dozalara bölmə normalarını və xammalın yükləmə üsullarını; iş üsullarını.

İşin xüsusiyyətləri. Kimyəvi materialların (şin istehsalında), kimyəvi preparatların (rezin qarışıqları istehsalında) rezin qırıntılarının, aktivləşdirilmiş kömürün, kimya-əczaçılıq istehsal məhsullarının xəlbirləndirilməsi prosesinin aparılması ilə eyni vaxtda qurutma, xırdalama və digər əməliyyatların yerinə yetirilməsi.

Bilməlidir: mexanizmlərin quruluşunu və onlara xidmət göstərilməsi qaydalarını; dozalara bölmə normalarını və xammalın yükləmə üsullarını; iş üsullarını.

İşin xüsusiyyətləri. Rezin-texniki məmulatlar, izolyasiya materialları istehsalında kimyəvi preparatların xırdalanması; parafin və stearinin, kanifolun, bitki xammalının xırdalanması. Naftalinin xırdalanması və qablaşdırılması prosesinin aparılması və ya daha yüksək ixtisaslı xırdalayıcının rəhbərliyi altında işlərin yerinə yetirilməsi. Aqreqatların yüklənməsi. Tullantıların çəkilərə ayrılması. Kənar qatışıqların çıxarılması. Böyük parçaların əl ilə bölünməsi. Material və məhsulların qoyulması və çəkilməsi, qablaşdırılması və növbəti emala ötürülməsi. Maşınların təmizlənməsi və yağlanması. Xidmət göstərilən avadanlığın təmirə hazırlanması.

Bilməlidir: xırdalama prosesinin rejimini; xammalın xassələrini; doğrayıcı mexanizmlərin quruluşunu, iş prinsipini; iş üsulunu.

İşin xüsusiyyətləri. Müxtəlif sistemli doğrayıcı aqreqatlarda materialların, istehsalat tullantılarının, kimyəvi xammalın xırdalanması. Aqreqatların yüklənməsinin və işinin tənzimlənməsi. Fraksiyalar üzrə seçmə, reseptura üzrə şixtanın (qatışıqların) tərtib edilməsi. İstehsalın uçotunun aparılması. Avadanlığın təmirdən qəbul edilməsi.

Bilməlidir: xırdalama prosesinin rejimini; xammalın xassələrini; doğrayıcı mexanizmlərin quruluşunu, iş prinsipini; iş üsullarını.

İşin xüsusiyyətləri. Müxtəlif sistemli doğrayıcı aqreqatlarda materialların, istehsalat tullantılarının, kimyəvi xammalın xırdalanması ilə eyni zamanda daha aşağı ixtisaslı xırdalayıcıların işinə rəhbərlik edilməsi, zəhərli, tezalışan və partlayış təhlükəli məhsulların xırdalanması. NÖC və avtomatikanın köməyi ilə texnoloji prosesin düzgün aparılmasına nəzarət edilməsi. Elektrik mühərriklərinin gərginliyinə nəzarət edilməsi. Tozyığan qurğuların işinin yoxlanılması. Rezervuar süzgəclərində təzyiqin dəyişilməsinə, tozun boşaldılmasına nəzarət edilməsi. Süzgəclərin çirklənmə dərəcəsinə nəzarət edilməsi.

Bilməlidir: xırdalama prosesinin rejimini; xammalın fiziki-kimyəvi xassələrini; avadanlıq və mexanizmlərin, NÖC-ün quruluşunu; iş üsullarını, köməkçi avadanlıq və xüsusi qurğuların təyinatını, xammala qoyulan texniki tələbləri.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında sadə texnoloji xlorlama prosesinin aparılması.

Xammalın hazırlanması və yüklənməsi. Məhsulun boşaldılması. Nümunələrin götürülməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: xlorlama prossesinin mahiyyətini; əsas və köməkçi avadanlığın iş prinsipi və onlara xidmət göstərilməsi qaydalarını; armatur və kommunikasiyaların sxemini; xammal, yarımməhsul və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Xloroform, depressator istehsalında rapanın, mədən sularının, əhəngli südün sadə texnoloji xlorlama prosesinin aparılması, daha yüksək dərəcəli aparatçının rəhbərliyi altında natrium hipoxlorit məhlulunun alınması, həmçinin orta mürəkkəblikdə xlorlama prosesinin aparılması.

Xlorun, xlorlu hidrogenin və havanın aparata verilməsi. Hazır məhsulun boşaldılması və növbəti texnoloji mərhələlərə ötürülməsi.

Avadanlığın işindəki nasazlıqların aradan qaldırılması. Avadanlığa xidmət göstərilməsi.

Bilməlidir: xlorlama prosesinin mahiyyətini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu, iş prinsipini və onlara xidmət göstərilməsi qaydalarını; armatur və kommunikasiyaların sxemini; nümunələrin götürülmə qaydalarını; xammal, yarımməhsul və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini.

1. Mədən sularının xlorlanması.

2. Xloroform istehsalında əhəng südünün xlorlanması.

3. Rapanın xlorlanması.

İşin xüsusiyyətləri. Orta mürəkkəblikdə texnoloji xlorlama prosesinin aparılması. Xlorun, xlorlu hidrogenin və havanın verilməsinin tənzimlənməsi. Reaksiya kütləsinin qızdırılması və ya soyudulması, katalizatorların iştirakı ilə xlorlama.

Təkrar distillə, neytrallaşdırma, durultma.

Çıxan qazların tutulması və təmizlənməsi.

NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən reqlamentdə nəzərdə tutulan texnoloji rejim parametrlərinə (temperatur, təzyiq, vakuum, çıxan qazlarda xlorun qatılığı, məhsulun keyfiyyəti və sairə) nəzarət edilməsi və onların tənzimlənməsi. Xammalın və hazır məhsul çıxışının hesablanması. Analizlərin aparılması. Xloratorlara, reaktorlara, xlorlama sobalarına, kondensatorlara, neytrallaşdırıcılara, skrubberlərə, separatorlara, distillə qazanlarına, soyuduculara, nasoslara və digər avadanlığa və kommunikasiyalara xidmət göstərilməsi.

İşə salınmadan əvvəl avadanlığın sıxılmış hava və ya azotla üfurülməsi. Texnoloji rejimin pozuntularının və avadanlığın işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Daha aşağı ixtisaslı aparatçıların işinə rəhbərlik edilməsi.

Bilməlidir: xlorlama texnoloji prosesini və onun tənzimlənməsi üsullarını; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu, iş prinsipini və onlara xidmət göstərilməsi qaydalarını, armatur və kommunikasiyaların sxemini, nümunələrin götürülmə qaydalarını, analizlərin aparılması metodikasını, xammal, yarımməhsul və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini.

İşin xüsusiyyətləri. Mürəkkəb texnoloji xlorlama prosesinin aparılması və ya daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etməklə eyni zamanda orta çətinlikdə texnoloji xlorlama prosesinin aparılması.

Xammalın aparata verilməsinin tənzimlənməsi. NÖC-ün və avtomatika vasitələrinin göstəricilərinə, xidmət göstərilən avadanlığın işinə və vəziyyətinə nəzarət edilməsi. Yoxlama analizlərinin aparılması. Avadanlığın və kommunikasiyaların mürəkkəb olmayan təmir işlərinin yerinə yetirilməsi.

Bilməlidir: xlorlama texnoloji prosesini və onun tənzimlənməsi üsullarını. Əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu, iş prinsipini və onlara xidmət göstərilməsi qaydalarını, armatur və kommunikasiyaların sxemini; analizlərin aparılması metodikasını, xammal, yarımməhsul və hazır məhsulun fiziki-kimyəvi və texnolojı xassələrini.

İş nümunəsi. Texniki xlorofos, xlornitrobenzol turşusunun istehsalında xlorlama prosesinin aparılması və ya eyni zamanda 3-dən çox məhsulun xlorlanması.

İşin xüsusiyyətləri. Mürəkkəb texnoloji xlorlama prosesinin aparılması və daha aşağı ixtisaslı aparatçıların işinə rəhbərlik edilməsi.

İş təlimatlarına uyğun olaraq texnoloji prosesin idarə edilməsi və tənzimlənməsi. Xammal sərfinin və məhsulun çıxışının hesablanması, analizlərin nəticələrinə əsasən onların keyfiyyətinin müəyyənləşdirilməsi. Texnoloji avadanlığa, NÖC və avtomatika vasitələrinə xidmət göstərilməsi. Təmir işlərində iştirak edilməsi.

Bilməlidir: xlorlama texnoloji prosesi və onun tənzimlənməsi üsullarını; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və istismar qaydalarını; armatur və kommunikasiyaların sxemini; analizlərin aparılması metodikasını; xammal, yarımməhsullar və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini.

Orta ixtisas təhsili tələb olunur.

İş nümunəsi. Texniki heksaxloranın, piridoksinin, boliy turşusunun, epixlorhidrin, 4 xlorlu silisiumun fasiləsiz üsulla xlorlanması prosesinin aparılması, həmçinin epixlorhidrinin 4-xlorlu karbonun və perxloretilenin xlorlanması prosesinin aparılması.

İşin xüsusiyyətləri. İndikator məhlullarının resept üzrə hazırlanması, onların süzgəcdən keçirilməsi. Kəsici maşında süzgəc kağızların kəsilməsi; kağızın boyanması, qurudulması, boyanmış kağızların kitab şəklində bir-birinə tikilməsi və kəsilməsi, indikator kitabçaları və qutuların qablaşdırılması və yığılıb bağlanması. Kəsici maşına, buxar və kondensasiya kommunikasiyalarına xidmət göstərilməsi.

Bilməlidir: indikator məhlulların hazırlanması texnologiyasını; xammalın və hazır kağızın saxlanma qaydalarını; kimyəvi preparatlarla iş qaydalarını; indikator kitabçalarının hazırlanması qaydasını; kəsici maşının quruluşunu; kommunikasiyaların sxemini.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında üzvi istilikdaşıyıcının qızdırılması prosesinin aparılması və ya qızdırılmış buxarın alınması prosesinin aparılması. Temperatura, təzyiqə, buxar və elektrik enerjisi sərfinə avtomatika vasitələrinin və NÖC-ün köməyilə nəzarət edilməsi və onların tənzimlənməsi. Qurğunun işə salınması və dayandırılması. Elektrik enerjisi və buxar sərfinin uçota alınması, avadanlığın işində nasazlıqların aradan qaldırılması. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: qızdırılmış buxarın alınmasının, üzvi istilikdaşıyıcılarının qızdırılmasının, texnoloji rejim sxemini; qurğunun texnoloji parametrlərini və prosesin tənzimləmə qaydalarını, üzvi istilikdaşıyıcı qatışıqlarının qarışıq hazırlanması qaydalarını; yüksək temperatura davamlı xüsusi qazanların və digər avadanlığın quruluşunu və iş prinsipini; müxtəlif növdə istilikdaşıyıcıların fiziki-kimyəvi xassələrini.

İşin xüsusiyyətləri. Əvvəlcədən qızdırılmış üzvi istilikdaşıyıcısının verilməsi yolu ilə texnoloji aparatların qızdırılması prosesinin aparılması. İstilikdaşıyıcı qatışıqlarının hazırlanması və bu qatışıqdan nəmliyin buxarlandırılma yolu ilə çəkilməsi. Qazanların yüklənilməsi, qızdırılma və buxarlandırılma, texnoloji aparatların. qızdırılması, qazanların istilikdaşıyıcısı ilə doldurulması. İstilikdaşıyıcısının regenerasiyası (rektifikasiyası). Texnoloji rejimin parametrlərinin (təzyiq, temperatur, qızdırıcı sistemdə istilikdaşıyıcının dövretmə səviyyəsi) NÖC-ün göstəricilərinə əsasən tənzimlənməsi. Buxar qazanlarının odluqlarının (forsunkalarının), elektrik qızdırıcı cihazların işinin tənzimlənməsi. Avadanlığın işə salınması və dayandırılması. Buxar qazanlarına, çənlərə, nasoslara, buxarlandırıcılara və başqa avadanlığa xidmət göstərilməsi. Müxtəlif istilikdaşıyıcılarla qurğulara xidmət göstərilməsi. Qazanxana avadanlığının və kommunikasiyalarının işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Avadanlığın təmirə verilməsi və təmirdən qəbul edilməsi. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: üzvi istilikdaşıyıcılarının qızdırılmasının texnoloji sxemini; üzvi istilikdaşıyıcı qatışıqlarının hazırlanması qaydalarını, xüsusi qazanların və digər avadanlığın quruluşunu, iş prinsipini, müxtəlif növdə üzvi istilikdaşıyıcılarının fiziki-kimyəvi xassələrini; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını.

İşin xüsusiyyətləri. Yüksək təzyiq altında işləyən akkumlyator-preparatlarda 100°S daha yuxarı temperatura qədər yüksək qızdırılmış suyun alınması texnoloji prosesinin aparılması. Texnoloji prosesin parametrlərin (təzyiq, temperatur, buxar və qızdırılmış su sərfi) stasionar idarəetmə pultundan tənzimlənməsi: qızdırılmış suyun və buxarın, müxtəlif istilikdəyişdirici cihazlara, soyuducu qurğulara və digər avadanlığa xidmət göstərilməsi. Avadanlığın işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması.

Bilməlidir: suyu isitməklə qızmış su vəziyyətinə çatdırılması prosesinin texnoloji sxemini; təzyıq altında işləyən aparatların istismar qaydalarını; qazanlara nəzarət qaydalarını; istilikdəyişdirici soyuducu qurğuların, ventilyatorların iş prinsipini; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını.

İşin xüsusiyyətləri. Deaerasiya kolonkalarına, qidalandırma və üfürmə çənlərinə, barbaterə, nasoslara xidmət göstərilməsi. Suölçən aparatların və utilizator - qazanların üfürülməsi. Deaerasiya qurğusunun işinə, qidalandırıcı suyun keyfiyyətinə, qazanda suyun səviyyəsinə nəzarət edilməsi. Utilizator-qazanlara suyun verilməsinin tənzimlənməsi. Avadanlığın təmirə hazırlanması və təmirdən qəbul edilməsi.

Bilməlidir: utilizator-qazanların, deaerasiya qurğularının quruluşunu və onlara xidmət göstərilməsi qaydalarını; boru kəmərlərinin sxemini; qidalandırıcı suyun kimyəvi tərkibini; NÖC-ün təyinatını; iş üsullarını.

İşin xüsusiyyətləri. Buxar qazanının köməyi ilə reaksiya qazlarının istiliyinin utilizasiyası texnoloji prosesinin aparılması. Texnoloji prosesin parametrlərinə, utilizator-qazanlar çıxışında qazın temperaturuna, kollektorlarda buxarın təzyiqinə, kimyəvi təmizlənmiş suyun sərfinə nəzarət edilməsi və onların tənzimlənməsi. Qidalandırıcı suyun codluğa, duzluluğa, qələviliyinə və digər göstəricilərə görə hazırlanması, qızdırılması və qazana verilməsi. Yanan səth və qaz xətlərinin qurumdan, sublimasiya olunmuş kükürddən və digər çöküntülərdən təmizlənməsi. Buxarın texnoloji və məişət ehtiyacları üçün verilmesi. Utilizator-qazanlara, ventilyatorlara, deaerasiya qurğularına, nasoslara və digər avadanlığa xidmət göstərilməsi. Texnoloji reqlament pozuntularının aşkar edilməsi və aradan qaldırılması.

Bilməlidir: xidmət göstərilən avadanlığın və NÖC-ün quruluşunu və iş prinsipini; cihazların göstəricilərinə əsasən, prosesə nəzarət edilməsi və onun tənzimlənməsi qaydalarını; texnoloji rejimi; qidalandırıcı suya qoyulan tələbləri.

İşin xüsusiyyətləri. Divinil istehsalında istilik utilizasiyası prosesinin aparılması, kontakt qazının kondensasiyası və suspirt kondensatının emalı.

Bilməlidir: istilik utilizasiyası texnoloji prosesini; xidmət göstərilən avadanlıq və NÖC-ün quruluşunu; cihazların göstəricilərinə əsasən prosesə nəzarət edilməsi və onun tənzimlənməsi qaydalarını; texnoloji rejimi; qidalandırıcı suya qoyulan tələbləri.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi ilə izomerləşdirmə texnoloji prosesinin aparılması. Xammal və reagentlərin qəbul edilməsi və aparata yüklənməsi. Texnoloji təlimata uyğun olaraq yanaşı proseslərin yerinə yetirilməsində iştirak edilməsi. Hazır məhsulun boşaldılması. Nümunələrin götürülməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: izomerləşdirmə proseslərinin texnoloji rejimini; xidmət göstərilən sahədə əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; tətbiq olunan xammalın, yarımfabrikatların və hazır məhsulun xassələrini və onlara qoyulan texniki tələbləri; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. İzomerləşdirmə texnoloji prosesinin aparılması. Xammalın, yarımfabrıkat və reagentlərin hazırlanması, dozalara bölünməsi, onların aparata yüklənməsi. NÖC-ün göstəriciləri və analizlərin nəticələrinə əsasən prosesin parametrlərinin (pH, temperatur, təzyiq və sairə) tənzimlənməsi və onlara nəzarət edilməsi. Texnoloji təlimata uyğun olraq yanaşı gedən proseslərin (çökdürmə, sentrifuqa vasitəsilə tərkib hissələrinə ayırma, kristallaşdırma, ayırma, durultma, yuma, süzmə, çəkilmə və sairə) yerinə yetirilməsi. Əlavə və əsas məhsulun aparatdan boşaldılması və ya onun istehsalının növbəti sahələrinə ötürülməsi. Reaktorlara, destillə aparatlarına, ekstraktorlara, soyuduculara, flor etinlərə, bölücü qıflara, quruducu cihazlara, ölçü cihazlarına, xüsusi çənlərə və başqa avadanlığa xidmət edilməsi. Kommunikasiyaların və avadanlığın germetikliyinin yoxlanılması. Təlimata uyğun olaraq analizlərin yerinə yetirilməsi. Xammal, yarımfabrikat sərfinin və hazır məhsulun hesablanması. Avadanlığın təmirə verilməsi və təmirdən sonra qəbul edilməsi. Avadanlığa, kommunikasiyalara, NÖC-ə texniki xidmət göstərilməsi.

Bilməlidir: izomerləşdirmə prosesinin texnoloji rejimini və NÖC-ün göstəricilərinə əsasən onun tənzimləmə üsullarını; xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini; istifadə olunan xammalın, yarımfabrikat və hazır məhsulun xassələrini və onlara qoyulan tələbləri; nümunələrin götürülmə qaydalarını və analizlərin aparılması metodikasını; xammalın və məhsul çıxışının hesablanması metodikasını.

İşin xüsusiyyətləri. İzomerləşdirmə texnoloji prosesinin aparılması və daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi. İş təlimatlarına uyğun olaraq texnoloji prosesə nəzarət edilməsi və onun tənzimlənməsi. Analizlərin və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Yoxlama analizlərinin aparılması. Xammal sərfi və hazır məhsul çıxışının hesablanması, analizlərin nəticələrinə əsasən onların keyfiyyətinin müəyyənləşdirilməsi. NÖC və avtomatika vasitələrinin göstəricilərinə, xidmət göstərilən avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi. Avadanlıq və kommunikasiyaların mürəkkəb olmayan təmirinin aparılması.

Bilməlidir: izomerləşdirmə prosesinin texnoloji rejimini, NÖC-ün göstəricilərinə və nəzarət analizlərin nəticələrinə görə onun tənzimləmə qaydalarını, əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və onların istismar qaydalarını; xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini; istifadə olunan xammal, yarımfabrikat və hazır məhsulun xassələrini, onlara qoyulan texniki tələbləri; analizlərin aparılması metodikasını; xammal sərfi və məhsul çıxışının hesablanması metodikasını.

İş nümunələri. İzomerləşmə texnoloji prosesinin aparılması:

1) Pinen fraksiyasının kamfenə.

2) A vitamininin istehsalı.

3) Sikloheksanonoksimin kaprolaktama.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı kalandrlayıcının rəhbərliyi altında müxtəlif məmulatların kalandrlaşdırılması, həmçinin linoleumun kalandrlaşdırılması zamanı yardımçı işlərin yerinə yetirilməsi; cut parça rulonunun kalandrın yanına gətirilməsi, onların kalandrın vərdənələrinə salınması, cut parça rulonlarının başlarının tikilməsi, rulonun açılması zamanı parçanın düyün və saplarının qayçı ilə kəsilməsi; kalandra daxil olan parçanın bərabər dartılmasının tənzimlənməsi. Linkrustun kalandrlaşdırılması zamanı kalandra daxil olan linkrust kütləsinin dozalara bölünməsi, kalandrın vərdənələri arasında onun bərabər ölçüdə bölüşdürülməsi, kağızın gətirilməsi və üzərinə linkrust kütləsinin çəkilməsi.

Bilməlidir: cutun və linkrust üçün kağızın növlərini və təyinatı; cut parçanın açılması mexanizminin quruluşunu və fold rulonlarının tikilməsini; qatışdırıcı avadanlığın iş sxemini qarşılıqlı əlaqəliyini; kalandrın quruluşunu; iş üsullarını.

İşin xüsusiyyətləri. Müxtəlif tipli kalandrlarda məmulatların kalandrlaşdırılması texnoloji prosesinin aparılması və ya daha yuxarı ixtisaslı kalandrlayıcının rəhbərliyi altında (polivinilxloridin, qliftal, kumaron və digər polimer qarışıqlardan başqa) vərdənələrin uzunluğu 1500 mm qədər olan kalandrlarda və üzərinə ferromaqnit qat və barit fotokağız çəkilmiş maqnit lentlərin kalandrlaşdırılmasının aparılması.

Kalandrın işə hazırlanması. Yarımfabrikatın gətirilməsi, quraşdırılması və maşına salınması. Qarışığın dozalara bölünməsi, kalandrın bərabər qidalandırılmasının təmin edilməsi və mexaniki qurğular vasitəsilə və ya əl ilə vərdənələr boyunca daxil olan qarışığın bölüşdürülməsi. Kalandrlaşma texnoloji prosesinin gedişinə nəzarət edilməsi, sarğının keyfiyyətinin və dartılmasının tənzimlənməsi. Defekt yerlərinin çıxardılması. Hazır məhsulun götürülməsi, markalanması və anbara çatdırılması və ya növbəti emala ötürülməsi. Maşının təmizlənməsi, yağlanması.

Bilməlidir: xidmət göstərilən avadanlığın təyinatını; kalandrlama texnoloji prosesini və onunla əlaqəli işləri; kalandrlaşdırılan qarışıqların növlərini, xassələri və təyinatını; və onların emal edilməsinin xüsusiyyətlərini; məhsula, qarışıqlara və istifadə olunan materialların keyfiyyətinə qoyulan texniki tələbləri.

İşin xüsusiyyətləri. Müxtəlif konsturksiyalı kalandrlarda plastik, viniplast və digər örtüklərin kalandrlaşdırılması texnoloji prosesinin aparılması. Polivinilxlorid, qliftal, kumaron və digər polimer qarışıqlarının rezin polimer qarışıqlardan monolit birqatlı kətana kalandrlaşdırılması. Katalizatorun (təbaşirli qarışığın), üzərinə ferromaqnit qat və barit fotokağız çəkilmiş maqnit lentlərin kalandırlaşdırılması prosesinin aparılması. Kalandrın bərabər qidalandırılmasının, vərdənələr boyunca daxil olan qarışığın bölüşdürülməsinin; sarğının dartılmasının tənzimlənməsi. Hazırlanan məmulatın qalınlığından, enindən və möhkəmliyindən asılı olaraq kalandrın sazlanması. Vərdənələrin 1500 mm-dək olan kalandrlara xidmət göstərən kalandrlayıcılara rəhbərlik edilməsi.

Bilməlidir: müxtəlif tipli kalandrların quruluşunu; kalandrlama texnoloji prosesini və onunla əlaqəli işləri, kalandrların sazlama qaydalarını; kalandrlaşdırılan qarışıqların fiziki-kimyəvi xassələrini; məhsulun, qarışıqların və istifadə olunan materialların keyfiyyətinə qoyulan texniki tələbləri.

İşin xüsusiyyətləri. Polimer qarışıqların (rezin polimer qarışıqlardan başqa) monolit birtəbəqəlı kətana və ya çoxqatlı linoleum örtüyünün vərdənələrin uzunluğu 1500 mm artıq olan kalandrlarda kalandrlaşdırılması texnoloji prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı kalandrlayıcılara rəhbərlik edilməsi, lavsan əsaslı maqnit lentlərin sürətli kalandrda kalandrlaşdırılması texnoloji prosesinin aparılması və sonra xüsusi qurğuda emal edilməsi, vərdənələrin uzunluğu 2000 mm olan qurğularda ABS-PVX kompozisiyalarından çoxqatlı təbəqə və örtüklərin alınması fasiləsiz texnoloji prosesinin aparılması.

Elektron sxemlər əsasında işləyən cihazların köməyi ilə müxtəlif basma naxışlı çoxqatlı təbəqə və örtüklərin alınması texnoloji prosesinin idarə olunması.

İstilikdaşıyıcıların (qaz, qızdırılmış su) verilməsi prosesinin idarə olunması və onların iş rejiminin tənzimlənməsi. Örtük-yarımfabrikatların bir cür kətana qaynaq olub bitişdirilməsi prosesinin idarə edilməsi.

Bilməlidir: müxtəlif tipli kalandarların quruluşunu və istismar qaydalarını; kalandrlama texnoloji prosesini və onunla əlaqəli işləri; kalandrların sazlanma qaydalarını; kalandrlaşdırılan qarışıqların fiziki-kimyəvi xassələrini; məhsulun, qarışıqların və istifadə olunan materialların keyfiyyətinə qoyulan texniki tələbləri.

İş nümunəsi. Müxtəlif bərklikdə və qatılığı 0,5 mm-dən 2,5 mm-dək olan müxtəlif basmanaxışlı təbəqə və örtüklər kalandrlaşdırılması.

İşin xüsusiyyətləri. Xörək duzu məhlulu əlavə etməklə koqulyasiya texnoloji prosesinin aparılması. Duzlu suyun hazırlanması; duz məhlulunun və kondensatın reaktora boşaldılması, qarışdırılması, məhlulun qızdırılması, prosesin temperatur rejiminin saxlanılması, kaoqulyalasiya edilmiş məhsulun hazırlıq dərəcəsinin və gözlə müşahidə yolu ilə müəyyənləşdirilməsi. Məhsulun nutç-süzgəclərdə süzülməsi və təyinatla ötürülməsi. Reaktorlara, nasoslara, süzgəclərə, kondensatorlara, digər avadanlığa və kommunikasiyalara xidmət göstərilməsi. Avadanlığın işə salınması və dayandırılması, avadanlığın təmizlənməsi.

Bilməlidir: texnoloji prosesin mahiyyətini; onun tənzimləmə qaydalarını, xidmət göstərilən sahədə avadanlığın quruluşunu, iş prinsipini; armaturun və kommunikasiyaların sxemini; hazır məhsula qoyulan texniki şərtləri.

İşin xüsusiyyətləri. Turşu, duz, spirt və başqa müxtəlif kaoqulyantlar əlavə etməklə kalloid və ya dispers sistemlərdə kaoqulyasiya texnoloji prosesinin aparılması. Məhlulların hazırlanması (təmizləmə, qızdırılma), qəbulu, komponentlərin” dozalara bölünməsi, kaoqulyasiya, yuyulma, turş yivaçanın çökdürülməsi, təkrar yuyulma, süzülmə, vakuum qarışdırıcı cihazları və ya sentrafuqaya verilməsi. Lazım gəldikdə sentrifuqa vasitəsilə tərkib hissələrinə bölmə, sabitləşdirilmə, qurudulma, qablaşdırılma və anbara verilmə. NÖC-ün və kimyəvi analizlərin nəticələrinə əsasən texnoloji prosesə nəzarət etmə. Texnoloji reqlamentdə nəzərdə tutulan parametrlərin (temperatur, təzyiq, vakuum, məhlulun qatılığı və s.) tənzimlənməsi və prosesin idarə olunması. Nümunələrin götürülməsi. Texnoloji rejim pozımtularının müəyyən edilməsi və aradan qaldırılması. Tutumlara, dozalara bölən cihazlara, çökdürücü çənlərə və başqa avadanlığa xidmət göstərilməsi. Avadanlıq və kommunikasiyaların işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Avadanlığın təmirə hazırlanması və təmirdən qəbul edilməsi.

Bilməlidir: prosesin texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; hazır məhsulun və xammalın fiziki-kimyəvi xassələrini; texnoloji rejimi; prosesin tənzimləmə qaydalarını; nümunələrin götürülmə qaydalarını.

İş nümuəsi. Tiokol dispersiyasının natrium sulfohidratla hissələrə ayrılması.

İşin xüsusiyyətləri. Elektrolitlərlə kaoqulyasiya yolu ilə lateksdən kauçukun ayrılması texnoloji proseslərinin aparılması. Lateksin, məhlulların, elektrolitlərin qəbulu və verilməsi, qarışdırılma, lateksin kaoqulyasiyası, kaoqulyasiya edilmiş lateksin lenttökmə maşınlarına verilməsi. NÖC və avtomatika vasitələrinin köməyilə və kimyəvi analizlərin nəticələrinə əsasən qarışdırıcı cihazlarda dozalara bölünməsinin, temperaturun, təzyiqin tənzimlənməsi. Avadanlığın işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Kaoqulyasiya avadanlıq və maşınlarına xidmət göstərilməsi. Lateks və elektrolit sərfinin uçotunun aparılması.

Bilməlidir: kauçukun lateksdən ayrılma prosesinin texnoloji sxemini: əsas və köməkçi avadanlığın, NÖC-ün, avtomatika vasitələrinin quruluşunu, iş prinsipini; armaturun və kommunikasiyaların sxemini, lateks və elektrolitlərin fiziki-kimyəvi xassələrini, texnoloji prosesin tənzimlənmə qaydalarını, nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Pas-natrium istehsalında karboksilləşdirmə prosesinin aparılması və ya üzvi birləşmələrin karboksilləşdirilməsi dövri prosesinin aparılması üzrə ayrı-ayrı əməliyyatların yerinə yetirilməsi. Reagentlərin, xammalın qəbulu və hazırlanması. Onların reaksiya aparatına yüklənməsi. Karboksilləşdirmə. Nümunələrin götürülməsi. Hazır məhsulun boşaldılması. Texnoloji avadanlıqlara qulluq edilməsi. Avadanlıqların təmirə hazırlanması.

Bilməlidir: istehsalatın texnoloji sxemini; xidmət göstərilən sahədə əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; xammal və hazır məhsula qoyulan tələbləri.

İşin xüsusiyyətləri. Üzvi birləşmələrin karboksilləşdirilməsi dövrü prosesinin aparılması. Xammal və reagentlərin dozalara bölünməsi karboksilləşdirmə və yanaşı proseslərin (doydurulma, neytrallaşdırılma, süzülmə, kristallaşdırılma, çökdürülmə və sentrifuqa vasitəsilə tərkib hissələrinə ayırma və sairə) aparılması. NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Aparatların və kommunikasiyaların germetikliyinin yoxlanılması. Reaksiya aparatlarına (karboksilləşdirici, xüsusi süzgəclərə, həlledicilərə, kristallızatorlara, sentrifuqaralar, ölçü cihazlarına və çənlərə), NÖC-ə, kommunikasiyalara və armatura xidmət göstərilməsi. Xammal, yarımfabrikat və hazır məhsulun uçotunun aparılması. avadanlığın təmirə verilməsi və qəbulu. Avadanlığa və kommunikasiyalara xidmət göstərilməsi üzrə işlərin aparılması.

Bilməlidir: istehsalatın texnoloji sxemini; karboksilləşdirmə prosesinin mahiyyətini və parametrlərini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini; reaksiya məhsullarının, reagentlərin fiziki-kimyəvi xassələrini və onlara qoyulan texniki tələbləri; yüklənən komponentlərin və hazır məhsul çıxışının hesablanması metodikasını; xammal və hazır məhsullara qoyulan tələbləri; dövlət standartlarını və ya texniki şərtləri; nümunələrin götürülmə qaydalarını və analizlərin aparılması metodikasını; texnoloji prosesin aparılması normalarını.

İşin xüsusiyyətləri. Karboksilləşdirmə prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi. Texnoloji prosesin iş təlimatlarına uyğun olaraq aparılması və tənzimlənməsi. Analizlərin və NÖC-ün göstəricilərinə əsasən texnoloji prosesə nəzarət edilməsi. Yoxlama analizlərinin aparılması. Xammal sərfinin və hazır məhsulun çıxışının hesablanması. Analizlərin nəticələrinə əsasən onların keyfiyyətinin müəyyənləşdirilməsi. NÖC-ün göstəricilərinə, xidmət göstərilən avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi. Avadanlıq və kommunikasiyaların mürəkkəb olmayan təmirinin aparılması.

Bilməlidir: istehsalın texnoloji sxemini; karboksilləşdirmə prosesinin parametrlərini; əsas və kötnəkçi avadanlığın, NÖC-ün quruluşunu və istismar qaydalarını; xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini; yüklənən komponentlərin və məhsul çıxışının hesablanması metodikasını; xammala və hazır məhsula qoyulan tələbləri; dövlət standartlarını və ya texniki şərtləri; analizlərin aparılması metodikasını; texnoloji prosesin aparılması normalarını.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında qaz, maye və bərk halında karbon anhidridinin alınmasında ayrı-ayrı işlərin yerinə yetirilməsi.

Daxil olan qazların və məhlulların qəbulu və hazırlanması. Xammalın dozalara bölünməsi və aparatlara yüklənməsi; nümunələrin götürülməsi; avadanlığın təmirə hazırlanması.

Bilməlidir: qazın təmizlənməsi sxemini; absorbentlərin fiziki-kimyəvi xassələrini; xidmət göstərilən sahədə əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; kommunikasiyaların sxemini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Müstəqil olaraq məhsuldarlığı 3 tona qədər olan qurğularda və ya daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında məhsuldarlığı 3 tondan yuxarı olan qurğularda maye və bərk halında karbon anhidridinin alınması prosesinin aparılması, həmçinin müxtəlif məhsuldarlıqda olan qurğularda qaz halında karbon anhidridinin alınması.

Qazların daxil olunmasına, desorberlər üzrə yükün bölüşdürülməsinə, absorbsiya kolonkalarının suvarılmasına və onlarda təzyiqə nəzarət edilməsi. Aparatlara monoetanolamin və ya potaş məhlullarının yüklənməsi. Aparata daxil olan məhlullarda qazın miqdarının tənzimlənməsi. Buxar-qaz qarışığının soyudulması və üzvi sulfid birləşmələrdən, təsirsiz qazlardan, mexaniki qarışıqlardan təmizlənməsi. Sistemə regenerasiya olunmuş və ya təzə məhlulun əlavə edilməsi ilə vakuum qurğusunda monoetanolaminin regenerasiya olunması, karbon anhidridinin təmizlənməsi və qurudulması. Aralıq tutumlardan buxarın sorulması. Tələb olunan analizlərin aparılması. Kompressorların, artezian quyularının, soyuducu qurğuların işinə nəzarət edilməsi, sınaq işlərinin yerinə yetirilməsi, balonların hazır məhsulla doldurulması. Bərk karbon anhidridinin (quru buzun) alınması zamanı hidravlik pres və nasosların işə hazırlanması, pres sistemində yağın olmasının, avtomatik işəsalma və söndürmə qurğularının, NÖC-ün, siqnal qurğularının (işıq və səs), həmçinin klapan dəyişdirici açarların sazlığının yoxlanması, pres kamerasının maye karbon anhidridi ilə doldurulması, maye karbon anhidridinin bərk hala keçməsi prosesinin aparılması, presləmə, bərk buz bloklarının kameralardan çıxardılması. Avadanlığın təmirdən qəbul edilməsi, Avadanlığın kiçik təmir işlərinin aparılması.

Bilməlidir: karbon anhidridi istehsalı texnoloji prosesini; qazın təmizlənməsi sxemini; absorbentlərin fiziki-kimyəvi xassələrini; əsas və köməkçi avadanlığın, NÖC-ün və avtomatika vasitələrinin quruluşunu və iş prinsipini; kommunikasiyaların sxemini; xammala və hazır məhsula olan dövlət standartlarını və texniki şərtləri; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını; avadanlığın cari təmiri üzrə əsas işləri.

İşin xüsusiyyətləri. Təbii qazdan, spirt, ammonyak və digər istehsalların qaztullantılarından bir növbədə məhsuldarlığı 6 tondan çox olan qurğularda qaz, maye və bərk halda karbon anhidridinin alınması texnoloji prosesinin aparılması və ya müvafiq prosesin bir növbədə məhsuldarlığı 3 tondan 6 tona qədər olan qurğularda aparılması ilə eyni vaxtda daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Absorbsiya-desorbsiya aparatlarının, qaz soyuducularının və sistemdə su balansının saxlanması məqsədi ilə ikinci kondensatın qaytarılması rejiminin tənzimlənməsi. Prosesin optimal rejiminin vəziyyətinə nəzarət edilməsi (temperatur, təzyiq, monoetanolamin və ya potaş məhlulunun səviyyəsi, nasosların sinxron işləməsi, istilikdəyişdirici cihazların işi, kondensatın bərabər ölçüdə qaytarılması, buxar-qaz qarışığının istiliyinin istifadə olunması, aralıq təzyiq tutumlarının maye karbon anhidridi ilə doldurulması). Texnoloji avadanlığa xidmət göştərilməsi. Yoxlama analizlərinin aparılması.

Bilməlidir: karbon anhidridi istehsalının texnoloji prosesini və onun tənzimləmə qaydalarını; qazın təmizlənmə sxemini; absorbentlərin fiziki-kimyəvi xassələrini; əsas və köməkçi avadanlığın, NÖC-ün və avtomatika vasitələrinin quruluşunu; kommunikasiyaların sxemini; xammala və hazır məhsula olan dövlət standartlarını və texniki tələbləri; yoxlama nümunələrinin götürülməsi qaydasını; analizlərin aparılması metodikasını; avadanlığın təmiri üzrə əsas işləri.

İşin xüsusiyyətləri. Təbii qazdan, spirt, ammonyak və digər istehsalların qaz tullatılarından ümumi məhsuldarlıq bir növbədə 6 tondan çox olduqda, maye və bərk halda karbon anhidridinin alınması proseslərinin aparılması ilə eyni vaxtda daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

NÖC-ün göstəricilərinə nəzarət edilməsi. İş təlimatlarına müvafiq texnoloji prosesin idarə olunması və tənzimlənməsi. Analiz və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi. Əsas və köməkçi avadanlığın təmir işlərində iştirak edilməsi.

Bilməlidir: karbon anhidridinin istehsalı texnoloji prosesini və onun tənzimləmə qaydalarını; absorbentlərin fiziki-kimyəvi xassələrini; əsas və köməkçi avadanlığın, NÖC-ün, avtomatika vasitələrinin konstruktiv xüsusiyyətlərini və onlara xidmət göstərilməsi qaydalarını; kommunikasiyaların sxemini; xammala və hazır məhsula olan dövlət standartlarını və texniki şərtləri; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında karbonlaşdırma texnoloji prosesinin aparılması. Məhlulların hazırlanmasında, komponentlərin reaksiya aparatına yüklənməsində iştirak edilməsi. Hazır məhsulun boşaldılması. Avadanlığın təmizlənməsi. Nümunələrin götürülməsi. Reaksiya aparatına xidmət edilməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: istehsalatın texnoloji sxemini; xidmət göstərilən sahədə əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; xammala və hazır məhsula qoyulan tələbləri; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Müxtəlif məhlulların karbonlaşdırılması və daha yuxarı ixtisaslı aparatçının rəhbərliyi altında natrium bikarbonatının alınması texnoloji prosesinin aparılması. Cazibə və mərkəzdənqaçma qüvvəsinin, kimyəvi üsulla çökdürülən təbaşirin, ağ qurumun təsiri altında qazlardan asılqan hissəciklərinin təmizlənməsi. Karbonlaşdırma və məhsulun növbəti texnoloji əməliyyata verilməsi. Müəyyən temperatur texnoloji rejiminin, maye və qazın qatılığının, səviyyəsinin və prosesin digər göstəricilərinin gözlənilməsi. NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən karbonlaşdırma prosesinin tənzimlənməsi. Elektrik sobaların idarə edilməsi. Təlimatda nəzərdə tutulan analizlərin yerinə yetirilməsi. Reaksiya aparatlarına, karbonlaşdırma kolonkalarına, aparatlara, skrubberlərə, ekspanzerlərə, vakuum-buxarlandırıcılarına, buxar-ejeksiya qurğularına, nasoslara, soyuduculara, tutumlara, kommunikasiyalara, NÖC-ə və digər avadanlığa xidmət edilməsi. Avadanlıq və kommunikasiyaların işində əmələ gələn nasazlıqların aradan qaldırılması. Xammalın və hazır məhsulun uçotunun aparılması. Avadanlığın təmirə verilməsi və təmirdən qəbul edilməsi.

Bilməlidir: istehsalatın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu; iş prinsipini, xidmət göstərilən sahədə armaturlar və kommunikasiyaların sxemini; karbon qazının və digər reaksiya komponentlərinin fiziki-kimyəvi xassələrini; xammala və hazır məhsula qoyulan tələbləri; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını; texnoloji rejimi; prosesin tənzimlənmə qaydalarını; xammalın və hazır məhsul çıxışının hesablanması metodikasını.

İşin nümunəsi. Qrafitləşdirilmiş karbon lifli materialların alınması zamanı karbonlaşdırma prosesinin aparılması.

İşin xüsusiyyətləri. Ammonyak xloridi məhlulunun karbon qazı ilə doydurulması və natrium bikarbonatın alınması texnologi prosesinin aparılması. Karbonlaşdırma kolonasına karbon qazının və ammonyak xloridi duz məhlulunun verilməsinə nəzarət edilməsi. Çökdürmə və ilkin karbonlaşdırma kolonaların temperatur rejiminə, qazın təzyiqinə, soyuducuya suyun verilməsinə, qazın kolonnalarına təzyiqinə nəzarət edilməsi və onların tənzimlənməsi. İri və eyni ölçüdə bikarbonat kristallarının alınması prosesinin tənzimlənməsi. Çökdürmə kolonnasının yuyulması, prosesin bir kolonkadan başqasına keçirilməsi. Analizlərin yerinə yetirilməsi. Texnoloji rejimin parametrlərinin təzyiq, temperatur, qazın qatılığı və miqdarı, kolonnada mayenin səviyyəsinin təmin edilməsi. Avtomatika cihazlarının köməyi ilə karbonlaşdırma prosesinin tənzimlənməsi, tələb olunanda prosesin əl ilə tənzimlənməsi. Avadanlıqların təmirdən qəbul edilməsi.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemi: karbonlaşdırma prosesinin mahiyyətini, fiziki-kimyəvi xassələrini, prosesin tənzimləmə qaydalarını; əsas və köməkçi avadanlıqların, NÖC-ün quruluşunu və iş prinsipini; xammalın və hazır məhsul çıxışının hesablanma metodikasını; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Susuzlaşdırılmış soda istehsalatında karbonlaşdırma prosesinin aparılması ilə eyni zamanda aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi. İş təlimatlarına uyğun olaraq prosesin idarə olunması və tənzimlənməsi. Analizlərin və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Analizləriiı nəticələrinə əsasən xammal sərfinin və hazır məhsul çıxışının hesablanması, onların keyfiyyətlərinin müəyyənləşdirilməsi. Yoxlama analizlərinin aparılması. Avtomatika vasitələrinin və NÖC-ün göstəricilərinə xidmət göstərilən avadanlığın vəziyyətinə nəzarət edilməsi. Əsas və köməkçi avadanlığın təmirində iştirak edilməsi.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; karbonlaşdırma prosesinin mahiyyətini, fiziki-kimyəvi xassələrini; prosesin tənzimləmə qaydalarını; xammalın, hazır məhsulun fiziki-kimyəvi xassələrini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu, iş prinsipini; xammal və hazır məhsul çıxışının hesablanması metodikasını; nümunələrin götürülmə qaydalarını və analizlərin aparılması metodikasını. Orta ixtisas təhsili tələb olunur.

İşin xüsusiyyətləri. Katalizatorun alınması üçün kontakt kütlələrin hazırlanması texnoloji prosesinin aparılması.

Xammalın hazırlanması. Verilmiş reseptlər üzrə məhlulların hazırlanması. Xammalın aparata yüklənməsi. Hazır məhsulun boşaldılması. Nümunələrin götürülməsi. Avadanlığın təmizlənməsi.

Bilməlidir: kontakt kütlələrin hazırlanması texnoloji prosesini; xidmət göstərilən sahədə əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; xammal, yarımfabrikat və hazır məhsulun xassələrini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Titan, alüminium-nikel, nikel katalizatorların hazırlanması və regenerasiyası və ya üzvi şüşə, xlorlu vinil, fenakol alkilolamidlərin (amidləşdirmə prosesi üçün) istehsalında istifadə olunan katalizatorların hazırlanması aktivləşdirilmiş kömürə xloridli suleymani məhlulunun hopdurulması üsulu ilə katalizatorların hazırlanması texnoloji prosesinin aparılması, həmçinin daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında, katalizatorların hazırlanması prosesinin aparılması.

Xammalın qəbulu və hazırlanması. Verilmiş qatılıqda məhlulların hazırlanması. Xammalın dozalara bölünməsi və aparatlara yüklənməsi; daşıyıcının qarışdırılması, sıxılması, yuyulması, daşıyıcıya məhlulun hopdurulması, formalaşdırma, çökdürülmə, neytrallaşdırılma, dekantasiya, süzgəcdən keçirilmə, qurudulma, közərdilmə, üyüdülmə, ələnmə.

Hazır katalizatorun çəkilməsi. Katalizator kütləsinin şnek-presdə və ya qəlibləmə ələyi ilə təchiz olunmuş ovxalayıcı maşında qəliblənməsi. Katalizatorun tabletləşdirilməsi. Qablaşdırma və möhürləmə. Xammalın sərfinin və hazır məhsulun hesabatının aparılması. Texnoloji avadanlığa xidmət edilməsi.

Bilməlidir: katalizator hazırlanan sahənin texnoloji sxemini, əsas və köməkçi avadanlığın iş prinsipini; armatur və kommunikasiyaların sxemini; xammalın, yarımfabrikatların, hazır məhsulun xüsusiyyətlərini; nümunələrin götürülmə qaydasını; prosesin tənzimləmə qaydasını; xammalın sərfi və hazır məhsulun çıxışının hesablanma qaydasını.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında müxtəlif istehsalatlar üçün katalizatorların və ya miskobalt katalizatorun hazırlanması, yaxud daha yüksək dərəcəli aparatçının rəhbərliyi ilə katalizator daşıyıcısının buxara verilməsi texnoloji prosesinin aparılması.

NÖC-ün göstəricilərinə əsasən texnoloji prosesin gedişinə nəzarət edilməsi. Məhlulların, suyun, buxarın dozalara bölünməsinin tənzimlənməsi. Prosesin temperatur rejiminə nəzarət edilməsi və onun tənzimlənməsi. Katalizatorun regenerasiyası və aktivləşdirilməsi. Xammalın və hazır məhsulun çıxışının (onların tərkibində əsas maddənin olmasından və qatılığından asılı olaraq) hesablanması. Közərtmə sobalarına, aktivləşdiricilərə, həlledicilərə, hopdurma barabanlarına, qarışdırıcı cihazlara, quruduculara, soyuduculara, kondensatorlara və başqa avadanlığa xidmət edilməsi. Aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: katalizatorun hazırlanması sahəsinin texnoloji sxemini; daşıyıcının buxarlandırılması prosesinin texnoloji sxemini; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsiplərini; armatur və kommunikasiyaların sxemini; xammal, yarımfabrikat və hazır məhsulun xassələrini; prosesin tənzimləmə qaydasını; nümunələrin götürülmə qaydasını; xammal sərfinin və hazır məhsulun çıxışının hesablama.qaydalarını.

İşin xüsusiyyətləri. Vanadium, palladium, kobalt tərkibli katalizatorların, tioqlikol turşusu katalizatorunun (difenilolpropanın sintezi üçün) hazırlanması və ya izopropilbenzol, alkilolamid (yandırma sahəsində), etilasetat və hidrogen peroksid istehsalatlarında istifadə olunan katalizatorların hazırlanması texnoloji proseslərinin aparılması, yaxud aşağı ixtisaslı aparatçılara rəhbərlik etməklə katalizatorların hazırlanması, ağ yağda peroksid təşəbbüsçüləri olan məhlulun hazırlanması, treqer (gümüş tərkibli) katalizatorun hazırlanması istehsalında aktiv kütlənin katalizatorun üzərinə çəkilməsi, katalizator daşıyıcısının buxara verilməsi prosesinin aparılması. İş təlimatlarına uyğun olaraq texnoloji prosesin idarə olunması və tənzimlənməsi. Xammalın sərfi və hazır məhsulun çıxışının hesablanması. Onların keyfiyyətinin müəyyənləşdirilməsi. Avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi. Avadanlıq və kommunikasiyalarda nasazlıqların aşkar edilməsi və onların aradan qaldırılması. Avadanlığın təmir işlərində iştirak edilməsi.

Bilməlidir: katalizatorun hazırlanması texnoloji sxemini; əsas və köməkçi avadanlıqların konstruktiv xüsusiyyətlərini və onlara xidmət edilməsi qaydalarını; armatur və kommunikasiyaların sxemini; xammal, yarımfabrikat və hazır məhsulun texnoloji xassələrini; prosesin tənzimləmə qaydalarını; xammalın sərfi və hazır məhsulun çıxışının hesablanması qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Qeyd edən, yazan, tənzimləyən cihaz və qurğularla təchiz olunmuş məsafədən idarəetmə pultundan mürəkkəb olmayan texnoloji prosesin aparılması və ya yüksək ixtisaslı operatorun rəhbərliyi altında mürəkkəb, çoxfazalı prosesin ayrı-ayrı əməliyyatlarının aparılması. Təsirsiz qaz ilə aparat və kommunikasiyaların üfürülməsi. Xammalın hazırlanması, ilkin məhlulların və qarışıqların hazırlanması, xammalın dozalara bölüşdürülməsi və aparatlara yüklənməsi. Reaksiya kütləsinin müəyyən temperatura qədər qızdırmaqla və ya soyutmaqla qarışdırılması zamanı texnoloji prosesin aparılması. Aparatlara əlavə komponent və ya katalizatorların verilməsi. Reaksiyanın başa çatması və hazır məhsulun. Alınması vaxtının müəyyənləşdirilməsi. Reaksiya kütləsindən hazır məhsulun ayrılması, məhsulun boşaldılması, süzgəcdən keçirilməsi, çökdürülməsi, distillə edilməsi, kristallaşdırılması, qurudulması və sairə. Nümunələrin götürülməsi. NÖC-ün göstəricilərinə və kimyəvi analizlərin nəticələrinə əsasən texnoloji prosesə nəzarət edilməsi. İdarəetmə pultundan texnoloji rejim parametrlərinin tənzimlənməsi.

Müəyyən edilmiş qatılıq və resepturaya uyğun məhlul və qarışıqların hazırlanması. Texnoloji jurnalda qeydlərin aparılması, xammal və məhsulun hərəkətinin uçotunun aparılması. Sahədə olan avadanlıq və kommunikasiyalara xidmət göstərilməsi. Xırda nasazlıqların aradan qaldırılması.

Bilməlidir: məhsul istehsalının texnoloji sxemini, xidmət göstərən sahədə prosesin fiziki-kimyəvi əsaslarını və mahiyyətini; əsas və köməkçi avadanlığın, idarəetmə lövhəsinin, NÖC-ün və tənzimləyici qurğuların quruluşunu və iş prinsipini; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını; xammal və hazır məhsula olan dövlət standartlarını və texniki şərtləri, nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Avtomatlaşdırılmış kimya istehsalatında texnoloji prosesin məsafədən idarəetmə pultundan aparılması. Məsafədən idarəetmə pultundan temperatur, təzyiq, gərginlik, dozalara bölmə və digər parametrlərin dəqiq hüdudları çərçivəsində mürəkkəb çoxfazalı texnoloji prosesin aparılması.

NÖC və avtomatikanın köməyilə yüklənən və sərf olunan xammal və materialların miqdarına və keyfiyyətinə, hazır məhsul çıxışına və prosesin digər göstəricilərinə nəzarət edilməsi. Siqnal qurğularına görə avadanlığın işindəki nasazlıqların və texnoloji proses pozuntularının aradan qaldırılması. Zəruri hallarda prosesin məsafədən idaretmə pultundan idarə edilməsindən əl ilə idarə edilməsinə keçməsi. Pultda quraşdırılmış NÖC-ə, qeyd edən və tənzimləyən cihazlara və avtomatika vasitələrinə xidmət göstərilməsi. İstehsalat jurnalında cihazların göstəricilərinin qeyd edilməsi.

Bilməlidir: xidmət göstərilən istehsalın texnoloji sxemini, avadanlıq, NÖC və avtomatika sistemlərinin quruluşunu, xidmət göstərilən sahədə texnoloji prosesin mahiyyətini, armatur və kommunikasiyaların sxemini, cihaz və avtomatika sistemlərində baş verə biləcək nasazlıqları və onların aradan qalıdırılması üsullarını, texniki şərtlər və dövlət standartları ilə xammal və hazır məhsula qoyulan tələbləri; yerinə yetirilən iş çərçivəsində kimyanın, elektrotexnikanın və kimyəvi texnologiyanın əsaslarını.

İşin xüsusiyyətləri. Xidmət göstərilən avadanlığın işinin avtomatik tənzimlənməsi ilə kimya istehsalatlarında texnoloji prosesin məsafədən idarəetmə pultundan aparılması, zəruri hallarda prosesin bilavasitə texniki avadanlığın quraşdırıldığı yerdən aparılması. NÖC və avtomatikanın köməyilə əsas xammalın, köməkçi materialların, elektrik enerjisinin sərfinə, temperatura, təzyiqə və digər göstəricilərə nəzarət edilməsi və onların tənzimlənməsi. İstehsalın bütün mərhələləri üzrə xammal, material və yarımfabrikatlar sərfinin və hazır məhsul çıxışının hesablanması və uçotu. Pnevmoelektrik siqnal qurğularına əsasən avadanlığın işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Texnoloji proseşin məsafədən idarə edilməsi pultunun bütün avtomatik qurğularının fasiləsiz işinin əlaqələndirilməsi və təmin edilməsi. Lazımi məlumatların zavodun dispetçerinə çatdırılması.

Bilməlidir: xidmət göstrəilən sahənin texnoloji sxemini, NÖC, avtomatika sistemlərinin və avadanlığın konstruksiyasını; xammal sərfinin və hazır məhsul çıxışının hesablanması metodikasını. Avtomatika qurğularına xidmət göstərilmə qaydalarını, prosesin avtomatikasına və tənzimləmə blokirovakasına nəzarət edilməsi sxemini; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını. Orta ixtisas təhsili tələb olunur.

İşin xüsusiyyətləri. Elektroliz vannalarının elektroliz prosesinə hazırlanması. Elektroliz zamanı nümunə götürülməsi. Elektroliz bitdikdən sonra vannaların yuyulmasının təmin edilməsi. Elektrolizdən məhlulun presə verilməsi və presdəki xammalın (şlam) yığılması. Presdən çıxan xammalın (şlam) qurutma və oksidlənməsi üçün sobaya qoyulması. Qurutma sobasına nəzarət edilməsi və qurutmadan çıxan xammalın (şlam) əritməyə hazırlanması. Əritmə prosesində iştirak edilməsi və induksiya sobasına nəzarət edilməsi. Əritmə prosesi üçün lazım olan flüs tərkibinin hazırlanması. Əritmə bitdikdən sonra qızıl otağındakı şlakların və digər maddələrin təmizlənməsi. Drenaj nasosuna nəzarət edilməsi. Qızıl otağının təmizliyinə riayət edilməsi.

Bilməlidir: hasilat norma və qaydalarını, sahənin qüvvədə olan standart və texniki şərtlərini, qızıl və gümüş tərkibli xəlitələrin, digər qiymətlilərin saxlanılması və hasil edilmiş xəlitələrin sahədən təhvili üçün hazırlanması işlərinə nəzarət prosedurunu, avadanlıqların idarəolunması prosedurunu.

İşin xüsusiyyətləri. Kimyəvi maddələrin prosesə uyğun hazırlanması, nasoslara və təzyiqə nəzarət edilməsi. Boş məhlul hovuzundan aşındırma sahəsinə gedən məhlula mütəmadi nəzarət edilməsi. Kimyəvi maddələrin və reagentlərin ötürülməsinin təmin edilməsi. Çənlərin altına axan məhsulun təmizlənməsi. Regenerasiya prosesində presdən çıxan incə kömürün təmizlənməsi, presin yuyulması. Soyuq sıyırma və desorbsiya proseslərinin aparılmasına nəzarət edilməsi. Çənlərin filtrlərinə nəzarət edilməsi. Elektrolizə nəzarət və elektroliz zamanı filtrlərin təmizlənməsi. Elektroliz prosesi zamanı temperatur və təzyiqə nəzarət edilməsi. Elektroliz bitdikdən sonra məhlulun neytrallaşdırma işlərinin görülməsi və neytrallaşdırma prosesinə nəzarət edilməsi. Soyutma sisteminə və kanal nasoslarına nəzarət edilməsi. Xammalın giriş və çıxışından nümunə götürülməsi prosesində iştirak edilməsi. Ələklərə nəzarət və bufer çənlərinin ələklərinin təmizlənməsi.

Bilməlidir: hasilat norma və qaydalarını, sahənin qüvvədə olan standart və texniki şərtlərini, adsorbsiya-desorbsiya və emal zavodunun istehsalat prosedurunu, avadanlıqların idarəolunması prosedurunu.

İşin xüsusiyyətləri. Qırıcı qurğusunda, aqreqatında, qırıcı-çeşidləmə qurğusunda ayrı-ayrı daş və digər materialların qırma və üyüdülməsi prosesinin həyata keçirilməsi. Mexanizmlərin işə salınması və dayandırılması. Avtomatik tənzimləyici qurğuların işə salınması və qırıcı aqreqatının işinin (sürəti, istehsal gücü, qırıcının işləyən orqanları arasında boşluqların olması) tənzimlənməsi. Qurğuda, aqreqatda nasazlıqların aşkar edilməsi və onların aradan qaldırılması. Mexanizmlərin işə salınması və dayandırılması. Materialın yığıldığı bunkerlərə qulluq edilməsi. Səpələnən və qalaqlanan yüklərin qəbulu, çəkilməsi və anbar, baza və stansiyalarda vaqon və avtomobillərə yüklərin göndərilməsi prosesinin əl rejimində işləyən idarə pultundan aparılması. Aqlomerator qurğusunda ayrı-ayrı materialların normativlərə uyğun olaraq aqlomerasiya prosesinin həyata keçirilməsi. Rəvan istehsal prosesinə nail olunduğunu təmin etmək üçün maşın və avadanlıqların işə salınması, dayandırılması və ya quraşdırılması. Əl alətlərindən istifadə etməklə, avadanlıqların təmizlənməsi və təmir edilməsi.

Bilməlidir: hasilat norma və qaydalarını, sahənin qüvvədə olan standart və texniki şərtlərini, qırıcı sahəsinin xırdalama və ələmə hasilat prosedurunu.

İşin xüsusiyyətləri. Topaqələviləşdirmə sahəsinin gündəlik fəaliyyətinin təşkilində iştirak edilməsi. Topaqələviləşdirmə sahəsində boru xətlərinin çəkilməsində iştirak edilməsi. Damcı və çiləyicilərin quraşdırılmasının təmin edilməsi. İstifadə edilən boruların, filtrlərin mütəmadi təmizlənməsinin təmin edilməsi. Topaqələviləşdirmə sahəsində dizayn işlərinin və konveyrlərin hərəkətinin, daşınmasının nəzarətdə saxlanılmasında iştirak edilməsi. Hovuzların mütəmadi nəzarətdə saxlanılmasında iştirak edilməsi. Damcı borularının test edilməsi, yığılan filizdən nümunə götürülməsi.

Bilməlidir: hasilat norma və qaydalarını, sahənin qüvvədə olan standart və texniki şərtlərini və normalarını, topaqələviləşdirmə sahəsində işlər proseduru və avadanlıqların idarəolunması prosedurunu.

İşin xüsusiyyətləri. Qızıl otağında aparılan elektroliz prosesinə uyğun vannaların prosesə hazırlanması. Vannalarda (anod və katod) yuyulma prosesinin aparılması. Temperatur, voltaj və amperaj göstəricilərinə nəzarət olunması və mütəmadi nümunələrin alınması. Xammalın (şlam) presdən yığılmasına və qurudulmasına nəzarət edilməsi. Əritmə sobasına nəzarət edilməsi, əritmə prosesinə hazırlıq və əritmə prosesində iştirak edilməsi. İstehsal olunan külçələrin təmizlənməsi və nömrələnməsi. Soyutma sisteminə və tigelin dəyişdirilməsinə nəzarət. Fərdi mühafizə vasitələrindən təyinatı üzrə istifadə edilməsi. Yerə tökülən civənin təmizlənməsinin və tullantıların düzgün çeşidlənməsinin təşkil edilməsi. Kimyəvi qarışıqların hazırlanmasının təşkil edilməsi.

Bilməlidir: hasilat norma və qaydalarını, sahənin qüvvədə olan standart və texniki şərtlərini, qızıl və gümüş tərkibli xəlitələrin, digər qiymətlilərin saxlanılması və hasil edilmiş xəlitələrin sahədən təhvili üçün hazırlanması işlərinə nəzarət prosedurunu, avadanlıqların idarəolunması prosedurunu.

İşin xüsusiyyətləri. Kimyəvi məhlul hovuzlarına nəzarət, məhlul girişi və çıxışı proseslərinin mütəmadi yoxlanılması. Adsorbsiya - gələn məhlulda olan qiymətli metalın adsorbentə (aktivləşdirilmiş karbon və ya resin) yüklənməsinə və çənlərdə adsorbent həcminə nəzarət edilməsi. Desorbsiya – karbonun turşu ilə yuyulması, məhlulda olan qiymətli metalın alınması üçün sıyırma prosesinin aparılması. Xüsusi qızdırıcı və soyuducu avadanlıqlarla sıyırma prosesinin aparılmasına nəzarət edilməsi. Regenerasiya prosesi – presdən çıxan kömür qırıntılarının təmizlənməsi, presin yuyulması və kömürün aktivləşdirilməsinə nəzarət edilməsi. Kimyəvi məhlulların düzgün hazırlanmasının təşkil edilməsi. Kimyəvi tullantıların yığılması zamanı hər bir kimyəvi tullantının aidiyyəti qablara yığılmasına nəzarət edilməsi. Prosesə nəzarət edilməsi və yaranan problemin aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi. Plana uyğun olaraq qalağa məhlulun və karbona məhlulun axınının təmin edilməsi. Yanacaq çəninə nəzarət edilməsi. Anbarın drenaj sisteminə nəzarət edilməsi. Emal operatorlarının işinə nəzarət edilməsi.

Bilməlidir: hasilat norma və qaydalarını, sahənin qüvvədə olan standart və texniki şərtlərini, adsorbsiya-desorbsiya və emal zavodunun istehsalat prosedurunu, avadanlıqların idarəolunması prosedurunu.

İşin xüsusiyyətləri. Razılaşdırılmış hasilat planına təhlükəsiz, səmərəli və davamlı əməliyyatlar ilə nail olunmasına dəstək göstərilməsi, filizin xırdalama sahəsindən topaqələviləşdirmə sahəsinədək plana uyğun olaraq aparılmasına nəzarət edilməsində iştirak. Filizin xırdalanma və ələnmə ölçülərinə, aqlomeratora, aqlomerasiya prosesinə, qatılan məhsulların həcminə laboratoriya cavablarına uyğun nəzarətin həyata keçirilməsində iştirak. Konveyer tərəzilərinin mütəmadi nəzarətdə saxlanılması və məlumatların yoxlanılması, qırıcı sahəsi üzrə avtomatika sisteminin işləkliyinə mütəmadi nəzarətin həyata keçirilməsində iştirak. Konveyer xətlərinin daşınması və düzülüşünün nəzarətdə saxlanılmasının təmin edilməsi. Anbar ehtiyatlarının nəzarətdə saxlanılması.

Bilməlidir: hasilat norma və qaydalarını, sahənin qüvvədə olan standart və texniki şərtlərini, qırıcı sahənin xırdalama və ələmə hasilat prosedurunu, avadanlıqların idarəolunması prosedurunu.

İşin xüsusiyyətləri. Təhlükəsiz hasilat təcrübələrinə və proseduralarına riayət edilməsi. Topaqələviləşdirmə sahəsinin gündəlik fəaliyyətinin təşkil edilməsində, topaqələviləşdirmə sahəsində boru xətlərinin çəkilməsində iştirak edilməsi. Damcı və çiləyicilərin quraşdırmasının nəzarətdə saxlanılması. İstifadə edilən filtrlərin mütəmadi təmizlənməsinin təmin edilməsi. Topaqələviləşdirmə sahəsində dizayn işlərinin və konveyerlərin hərəkətinin, daşınmasının nəzarətdə saxlanılması. Məhlul hovuzlarının mütəmadi nəzarətdə saxlanılması. İstifadə ediləcək ehtiyat hissələrinin anbar qalığının mütəmadi nəzarətdə saxlanılması.

Bilməlidir: hasilat norma və qaydalarını, sahənin qüvvədə olan standart və texniki şərtlərini, topaqələviləşdirmə sahəsində işlər proseduru və avadanlıqların idarəolunması prosedurunu.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında kimya istehsalı tullantılarının emalı texnoloji prosesinin aparılması.

Xammalın hazırlanması və yüklənməsi, məhsulun boşaldılması. Aparatların təmizlənməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: kimya istehsalı tullantılarının emalı texnoloji prosesinin mahiyyətini; xammal və yarımfabrikatların fiziki-kimyəvi xassələrini və onlara qoyulan tələbləri; xidmət göstərilən avadanlığın iş prinsipini.

İşin xüsusiyyətləri. Kimya istehsalı tullantılarının emalı prosesinin üçə qədər texnoloji mərhələlərinin (təmizləmə, buxarlandırma, ayırma, yandırma, qurudulma, qaz bölünmə və sairə) aparılması.

Xammalın qəbulu, analizlərin nəticələrinə əsasən onun keyfiyyətinin yoxlanılması. Xammal və yarımfabrikatların resepturanı dəqiq gözləməklə dozalara bölünməsi və müəyyən olunmuş ardıcıllıqla aparatlara yüklənməsi. Nümunələrin götürülməsi və yoxlama analizlərinin aparılması. Analizlərin nəticələrinə və NÖC-ün göstəricilərinə əsasən texnoloji prosesə nəzarət edilməsi və onun tənzimlənməsi. Texnoloji rejim pozuntularının aşkar edilməsi və aradan qaldırılması. Əsas və köməkçi avadanlığa xidmət göstərilməsi. Avadanlığın təmirdən qəbul edilməsi.

Bilməlidir: kimya istehsalı tullantılarının emalı texnoloji prosesini; xidmət göstərilən avadanlığın və NÖC-ün qurulmasını və iş prinsipini; kommunikasiyaların sxemini; xammal, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; nümunələrin götürülmə qaydalarını və yoxlama analizlərinin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Kimya istehsalı tullantılarının emalı prosesinin 3-dən çox texnoloji mərhələlərinin (təmizləmə, buxarlandırma, ayırma, yandırma, qurudulma, qazbölünmə və sairə) aparılması.

Xammalın hesablanması və dozalara bölünməsi. Bütün avadanlığın və aparatların işinin sazlanması. Analizlərin və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Tənzimləyici mexanizmlərin idarə olunması. Avadanlığın və kommunikasiyaların mürəkkəb olmayan təmir işlərinin yerinə yetirilməsi. Xammal, yarımfabrikatların sərfinin uçotunun aparılması. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi və onların işinin əlaqələndirilməsi.

Bilməlidir: kimya istehsalı tullantılarının emalı texnoloji prosesini, istifadə olunan avadanlığın, mexanimzlərin quruluşunu, sazlama, tənzimləmə üsullarını; armatur və kommunikasiyaların sxemini; hazır məhsulun və istifadə olunan materialların keyfiyyətinə qoyulan texnoloji tələbləri.

İşin xüsusiyyətləri. Sulfurasiya üsulu ilə fenolun, monoseptin, beta-pikalinin istehsalında ayırma texnoloji prosesinin aparılması və ya daha yuxarı ixtisaslı aparatçının rəhbərliyi altında kimyəvi maddələrin müxtəlif üsullarla ayrılması prosesinin aparılması.

Xammalın hazırlanması və yüklənməsi. Aparatda reagentlerin dozalara bölünməsi. Hazır məhsulun boşaldılması. Texnoloji prosesln gedişinin müşahidə edilməsi. Nümunələrin götürülməsi. Texnoloji avadanlığa xidmət edilməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: ayırma prosesinin mahiyyətini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; xammalın, yarımfabrikatların fiziki-kimyəvi xassələrini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Kimyəvi maddələrin müxtəlif üsullarla (turşu, spirt, su reagentləri ilə), termik üsulla, işığın təsiri altında, avtoliz yolu ilə ayrılması, habelə həlledicilərdə metal-üzvi birləşmələrin, metal xloridlərin və ya sulfakütlələrin su mühitində və ya katalizatorun iştirakı ilə ayrılması texnoloji prosesinin aparılması.

Xammalın, yarımfabrikatların qəbulu və hazırlanması, içərisində reaksiya gedən aparatlara verilməsi; texnoloji reqlamentə uyğun reagentlərin dəqiq dozalara bölünməsi; məhsulun boşaldılması və ya sonrakı texnoloji mərhələlərə verilməsi.

Əlaqədar proseslərin aparılması: yuyulma, süzülmə, distillə etmə, neytrallaşdırma,.absorbsiya, qarışdırma, üfürülmə, sentrifuqa vasitəilə tərkib hissələrinə bölünmə, ayırma, bölmə. NÖC-ün göstəriciləri və analizlərin nəticələri üzrə və ya gözlə müşahidə yolu ilə yarımfabrikatınvə məhsulun hazırlıq dərəcəsinin müəyyən edilməsi, texnoloji prosesin gedişinə nəzarət edilməsi və rejimin parametrlərinin (temperatur, təzyiq, vakuum, qatılıq, reagentlərin verilmə sürəti və nisbəti) tənzimlənməsi. Analizlərin aparılması. Xammal və yarımfabrikatlara tələbatın hesablanması. Kameralara, sobalara, reaktorlara, generatorlara, ekstraktorlara, sentrifuqalara, absorbsiya və üfürmə kolonnalarına distillə edən aparatlara, skrubberlərə, istilik mübadiləsi qurğularına, qarışdırıcı cihazlara, süzgəclərə, qazları tutma sistemlərinə, buxarlandırıcı aparatlara və başqa avadanlığa, NÖC-ə, armatur və kommunikasiyalara xidmət edilməsi. Avadanlığın hermetikliyinin və kommunikasiyaların yoxlanılması. Avadanlığın təmirdən qəbul edilməsi. Xammal, material və yarımfabrikat sərfinin hesablanması. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: xidmət olunan sahədə istehsalın texnoloji sxemini və ayırma prosesinin mahiyyətini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; xammalın, yarımfabrikatların fiziki-kimyəvi xassələrini; texnoloji rejimi; prosesin tənzimləmə qaydalarını; hesablama metodikasını; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılma metodikasını.

İşin xüsusiyyətləri. Hidroperokşidin, izopropilbenzolun, dimetiloksanın qələvi ilə və katalitik üsulla ayırması texnoloji prosesinin aparılması, metal kaliumun dəyişmə-ayırma üsulu ilə alınması. Xromlu birləşmələr, kalsiumlu soda, nitroammofoska, polietilenamin, polietilenpoliaminlərin xlorlu hidratları, titan 4-oksidin (turşu faktorunun tənzimlənməsi şərti ilə), ikiqat superfosfat istehsallarında ayırma proseslərinin aparılması və ya metal karbonilləri, fosfor və bor turşuları, asetilen, ağac sirkəsi tozundan və sintetik kamforadan sirkə turşusunun alınması; şenitdən kalium sulfatın alınması istehsallarında daha aşağı dərəcəli aparatçılara rəhbərlik edilməsi və ya texniki xlorofos istehsalında sulfat turşusu ilə xloryağın ayrılması texnoloji prosesinin aparılması və ya izopropilbenzol istehsalında xlorlu alüminiumun katalizatorunun ayrılması prosesinin aparılması.

Karbohidrogenlərin qəbul edilməsi, buxarlandırılma, qızdırılma, qələvi ilə və ya katalitik üsulla ayrılma, reaksiya kütləsinin və ya kontakt qazlarının soyudulması, vaxtaşırı katalizatorun regenerasiya edilməsi, kimyəvi məhsulların hazırlanması. NÖC və avtomatika vasitələrinin köməyi ilə və kimyəvi analizlərin nəticələrinə əsasən reaktorlarda və kontakt aparatlarında temperaturun, təzyiqin, səviyyələrin, komponentlərin nisbətinin, reaksiya kütləsinin və kontakt qazının verilməsinin tənzimlənməsi. Avadanlıq və kommunikasiyaların işində meydana çıxan rejim pozuntularının səbəblərinin aşkar edilməsi və aradan qaldırılması. Reaktorlara, kontakt aparatlarına, buxarlandırıcılara, qızdırıcılara, kondensatorlara qulluq edilməsi. Alınan məhsulların uçotunun aparılması. Daha aşağı dərəcəli aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: ayrılma sahəsinin texnoloji sxemini; əsas və köməkçi avadanlıqların, NÖC-ün və avtomatika vasitələrinin quruluşunu və istismar qaydalarını, kommunikasiyaların sxemini; xammal və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; texnoloji prosesin tənzimləmə qaydalarını; analizlərin aparılma metodikasını.

İşin xüsusiyyətləri. Karbohidrogenlərin, kalsiumlu sodanın ayrılması texnoloji prosesinin aparılması və müvafiq sahəyə nəzarət edilməsi və onun işinin əlaqələndirilməsi; daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etməklə mübadilə ayırması üsulu ilə metal kaliumun alınması, habelə ftorlu hidrogen istehsalında ayırma, absorsbsiya, dozalara bölmə və xammalın hazırlanması sahəsinin aparatçılarına rəhbərlik edilməsi və ya titan 4-oksid istehsalında aparatçılara rəhbərlik edilməsi.

İş təlimatlarına uyğun olaraq texnoloji prosesin idarə olunması və tənzimlənməsi. Analizlərin və müşahidələrin nəticələrinə görə prosesin tənzimlənməsi. NÖC-ün, avtomatika vasitələrinin göstəricilərinə, xidmət olunan avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi. Xammal sərfinin və hazır məhsulun çıxışının hesablanması, analizlərin nəticələrinə görə onların keyfiyyətinin müəyyənləşdirilməsi. Yoxlama analizlərin aparılması. Əsas və köməkçi avadanlığın təmir işlərində iştirak edilməsi.

Bilməlidir: ayırma sahəsinin və başqa xidmət olunan sahələrin texnoloji sxemini. Əsas və köməkçi avadanlığın, NÖC-ün, avtomatika vasitələrinin quruluşunu; kommunikasiyaların sxemini; xammala və hazır məhsula qoyulan texniki tələbləri; texnoloji prosesin nizamlanma qaydasını; analizlərin aparılma metodikasını.

Orta ixtisas təhsili tələb olunur.

İşin xüsusiyyətləri. Verilmiş reseptlər üzrə ərpə qarşı maddələrin hazırlanması və ya daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında kimyəvi məhlulların hazırlanması. Xammalın hazırlanması və yüklənməsi. Həlledicinin aparatlara verilməsi. Reseptlər üzrə məhlulların tərtib edilməsi. Məhlulun sonrakı emala ötürülməsi. Avadanlığın təmizlənməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: məhlulların hazırlanması prosesinin əsaslarını; əsas və köməkçi avadanlıqların, NÖC-ün quruluşunu, iş prinsipini; kommunikasiyaların sxemini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Texnoloji reqlamentə uyğun olaraq sadə maddələrin ikikomponentli və ya çoxkomponentli məhlullarının hazırlanması texnoloji prosesinin aparılması; daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında mürəkkəb çoxkomponentli məhlulların və ya komponentlərin xüsusi dəqiq dozalara bölüşdürülməsini və texnoloji parametrlərin dəqiq gözlənilməsini tələb edən məhlulların hazırlanması texnoloji proseslərinin ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsi.

Xammalın həll olunma üçün hazırlanması; qatışıqlardan təmizləməsi, xırdalama, dozalara bölüşdürmə. Xammalın aparatlara yüklənməsi, həlledicinin verilməsi, qızdırmaqla və ya soyutmaqla qarışdırılması. Məhlulun təmizlənməsi və sonrakı emala ötürülməsi.

Texnoloji reqlamentə nəzarət edilməsi, NÖC-ün göstəriciləri və analizlərin nəticələrinə əsasən və ya gözlə müşahidə yolu ilə məhlulların lazımi tərkibinin saxlanılmasına nəzarət edilməsi. Texnoloji rejim normalarının pozuntularının müəyyən edilməsi və aradan qaldırılması. Nümunələrin götürülməsi. Həll edilmə üçün müxtəlif konstruksiyalı aparatlara, nasoslara, kommunikasiyalara və başqa avadanlığa xidmət edilməsi. Xammal sərfinin hesablanması. Avadanlığın təmirdən qəbul edilməsi. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: məhsul istehsalının texnoloji sxemini; texnoloji prosesin fiziki-kimyəvi xassələrini və mahiyyətini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsiplərini; kommunikasiyaların sxemini; texnoloji rejimi və prosesin tənzimlənməsi qaydalarını; nümunələrin götürülmə qaydalarını; xammal sərfinin hesablanması metodikasını.

İşin xüsusiyyətləri. Kimyəvi birləşmələrin çoxkomponentli məhlullarını və ya komponentləri xüsusi dəqiqlikdə dozalara bölünməsi və texnoloji parametrlərin xüsusi dəqiqlikdə kəskin gözlənilməsi tələb edən məhlulların hazırlanması texnoloji prosesinin aparılması.

Çökdürülmə və ya süzgəcdən keçirilmə yolu ilə məhlulun təmizlənməsi (texnoloji reqlamentlə nəzərdə tutulmuş hallarda - məhlulun neytrallaşdırılması, ayrılan qazların tutulması). Hazır məhsulun anbara yığılması və ya növbəti emala ötürülməsi.

Aparatların şlamdan təmizlənməsi. Dozalara bölüşdürmə prosesinin və xammalın yüklənməsinin, kimyəvi analizlərin nəticələrinə və NÖC-ün göstəriciləriyə əsasən məhlulun müəyyən edilmiş tərkibinin gözlənilməsi. Kimyəvi analizlərin aparılması. Kommunikasiya sistemlərinə, NÖC-ə və başqa avadanlığa xidmət edilməsi.

Bilməlidir: məhsul istehsalının texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və onlara xidmət edilmə qaydalarını; xidmət olunan sahədə kommunikasiyaların sxemini; xammalın fiziki-kimyəvi xassələrini; xammala və hazır məhsula qoyulan tələbləri; texnoloji prosesin mahiyyətini; texnoloji rejimin nizamlanması qaydalarını; yoxlama nümunələrin götürülmə qaydalarını. Analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında istehsal sahəsində texnoloji prosesin ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsi. Xammalın hazırlanması və aparata yüklənməsi. Məhsulun boşaldılması və nəql edilməsi. Avadanlığın təmizlənməsi. İlkin maddələrin dəyişdirilməsi ilə bağlı olmayan (həlletmə, süzülmə, sıxılma və sairə) əməliyyatların həyata keçirilməsində iştirak edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini və reqlamenti; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; armatura və kommunikasiyaların sxemini; xammalın və köməkçi materialların fiziki-kimyəvi və texnoloji xassələrini. Xammala və hazır məhsula qoyulan dövlət standartlarını və texniki şərtləri.

İşin xüsusiyyətləri. İstehsal sahəsində bir reaktiv məhsulun hazırlanması üzrə mürəkkəb olmayan texnoloji prosesə xidmət göstərilməsi (məsələn: radioaktiv və stabil izotoplar istehsalında). Texnoloji reqlamentə və iş təlimatlarına uyğun olaraq ilkin sistemlərin dəyişdirilməsi ilə bağlı olmayan əməliyyatların (həll olunma, süzülmə, sıxılma, buğa verilmə, kristallaşdırma, sentrifuqa vasitəsilə tərkib hissələrirnə ayırma, qurudulma, üyüdülmə) sərbəst olaraq həyata keçirilməsi.

Texnoloji prosesin düzgün aparılmasına nəzarət edilməsi; texnoloji prosesin müəyyən edilmiş parametrlərinin gözlənilməsi (temperatur, təzyiq, vakuum və sairə). NÖC-ün vasitəsilə, analizlərin nəticələrinə görə və gözlə müşahidə yolu ilə kimyəvi reaksiyaların və texnoloji proseslərin gedişinə nəzarət edilməsi. Reaksiyaların başa çatmasının müəyyən edilməsi. Avadanlığın işə salınması, dayandırılması və onun işinə nəzarət edilməsi. Yüklənən xammalın və hazır məhsulun uçotunun aparılması. Profilaktik baxışın aparılması və avadanlığın işində kiçik nasazlıqların aradan qaldırılması.

Bilməlidir: istehsalın texnoloji sxemini və reqlamentini; prosesin texnoloji rejimini və tənzimləmə qaydalarını; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu; armatur və kommunikasiyaların sxemini; xammalın və köməkçi materialların fiziki-kimyəvi və texnoloji xassələrini; xammala və hazır məhsula qoyulan dövlət standartlarını və texniki şərtləri.

İşin xüsusiyyətləri. İstehsal sahəsində bir və ya bir neçə reaktiv məhsulunun (xüsusən radioaktiv və sabit izotoplar istehsalında) emalı texnoloji prosesinin bütün mərhələlərinə xidmət göstərilməsi.

Texnoloji reqlamentə və iş təlimatlarına uyğun olaraq müstəqil surətdə bütün əməliyyatların, o cümlədən ilkin maddələrin dəyişdirilməsi ilə bağlı olan əməliyyatların (hallogenləşdirmə, sulfıdləşdirmə, hidroksidləşdirmə, nitridləşdirmə, oksidləşdirmə, metilləşdirmə, bərpa etmə, diazotlaşdırma, nitratlaşdırma, kondensasiya və qruplaşdırma), habelə həll etmə, süzgəcdən keçirmə, sıxılma, kristallaşdırma, sentrifuqa vasitəsilə tərkib hisələrinə ayırma, qurudulma, üyüdülmə, tablet halına salınma və başqa fiziki-kimyəvi əməliyyatların həyata keçirilməsi.

Dəqiq müəyyən edilmiş miqdarda xammal və materialların hazırlanması, dozalara bölünməsi və aparatlara yüklənməsi. Analizlərin nəticələrinə görə kimyəvi reaksiyaların gedişinə daimi nəzarət edilməsi. Avadanlığın mürəkkəb olmayan təmiri və ayrı-ayrı nasazlıqlarının aradan qaldırılması.

Bilməlidir: istehsalın texnoloji sxemini; xidmət olunan sahədə fiziki-kimyəvi reaksiyaların və proseslərin mahiyyətini; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını; əsas və köməkçi avadanlığın quruluşunu və istismar qaydalarını; armatur və kommunikasiyaların sxemini; xammalın və köməkçi materialların fiziki-kimyəvi, texnoloji xassələrini; xammala və hazır məhsula qoyulan dövlət standartlarını və texniki şərtləri.

İşin nümunəsi. Natrium etilatın və natrium metilatın, hidrogen xloridin hazırlanması.

İşin xüsusiyyətləri. İstehsal sahəsində bir və ya bir neçə ton ağırlıqda reaktiv məhsulun emalı texnoloji prosesinin bütün mərhələlərinə xidmət göstərilməsi (xüsusən rakdioaktiv və sabit izotopların istehsalında). Texnoloji reqlamentə və iş təlimatlarına uyğun olaraq ayrı-ayrı əməliyyatların, o cümlədən ilkin maddələrin dəyişdirilməsilə bağlı üçdən az olmayan əməliyyatların (hallogenləşdirmə, sulfidİəşdirmə, hidroksidləşdirmə, nitritləşdirmə, oksidləşdirmə, bərpa etmə, diazotlaşdırma, nitratlaşdırma, kondensasiya və qruplaşdırma), habelə həll olunma, süzgəcdən keçirilmə, sıxılma, buxara verilmə, kristallaşdırma, mərkəzifiqalaşdırma, qurudulma, xırdalama və başqa fiziki-kimyəvi əməliyyatların müstəqil surətdə aparılması. Sifarişli reaktivlərin və xüsusi təmiz maddələrin emalı üzrə texnoloji sxemlərə və qurğulara xidmət göstərilməsi. Texnoloji sxem və qurğuların sökülməsi və yığılması. Prosesin gedişi üzrə dəqiq müəyyən olunmuş miqdarda xammal və materialların hazırlanması, hesablanması və yüklənməsi. Ayrı-ayrı mərhələlərdə texnoloji prosesin aparılması və tənzimlənməsi. Onlarla rəftarda böyük məsuliyyət və ehtiyatlılıq tələb olunan, partlayış fəhlükəli və tezalışan zəhərli və yandırıcı maddələrin istifadəsi ilə mürəkkəb kimyəvi reaksiyaların aparılması. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini və reqlamentini; aparılan proseslərin fiziki-kimyəvi əsaslarını; texnoloji prosesin aparılma qaydalarını və tənzimlənməsini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu; xammal və köməkçi materialların fiziki-kimyəvi və texnoloji xassələrini; xammala və hazır məhsula qoyulan dövlət standartlarını və texniki şərtləri; yoxlama kimyəvi analizlərin və hesablamaların aparılması metodikasını; qeyri-üzvi və üzvi kimyanın əsaslarını.

İşin xüsusiyyətləri. Mütərəqqi proseslərin və avadanlığın mənimsənilməsi (xromatoqrafiya, elektroforez, ultrasəs və sairə) və onlarla rəftarda müstəsna məsuliyyət və xüsusi ehtiyathlıq tələb olunan zəhərləyici, partlayış təhlükəli və tezalışan, zəhərli və yandırıcı maddələrin, radioaktiv və stabil izotopların istifadəsi ilə mürəkkəb kimyəvi reaksiyaların müstəqil surətdə aparılması. Sifarişli məhsul, habelə xüsusi təmiz maddələr emal olunan avtomatlaşdırılmış istehsalata xidmət göstərilməsi. Xammalın və başqa komponentlərin hazırlanması və hesablanması, texnoloji prosesin gedişinə müstəqil surətdə nəzarət edilməsi, yoxlama analizin yerinə yetirilməsi; reaksiyanın başa çatmasının müəyyən edilməsi, müəyyən olunmuş təmizlik dərəcəsində hazır məhsulun boşaldılması və sənədləşdirilməsi. Müşahidələrin nəticələrinin təhlili. Mühəndis-texniki işçilərin rəhbərliyi altında az miqdarda reaktiv məhsulun emalı üçün laboratoriya-iş sxemlərinin və qurğuların yığılması.

Bilməlidir: bir neçə mürəkkəb istehsalın kimyəvi reaktivlərin və xüsusi təmiz maddələrin texnoloji sxemini və reqlamentini; kimyəvi reaksiyaların və texnoloji proseslərin fiziki-kimyəvi əsaslarını və mahiyyətini; sifarişli reaktiv məhsulun emalının müxtəlif üsullarını; yeni preparatların və yüksək təmizlikli maddələrin mənimsənilməsi qaydalarını; əsas və köməkçi avadanlığın, NÖC-ün konstruktiv xüsusiyyətlərini; armatur və kommunikasiyaların sxemini; xammalın və köməkçi materialların fiziki-kimyəvi və texnoloji xassələrini; xammala və hazır məhsula qoyulan dövlət standartlarını və texniki şərtləri; qeyri-üzvi və üzvi kimyanın əsaslarını.

Orta ixtisas təhsili tələb olunur.

İşin xüsusiyyətləri. Velosiped şinlərinin ölçülərinə, tiplərinə və təyinatına görə komplektləşdirilməsi. Hər bir ölçüdə şinlərin yığılması üçün xüsusi manjetlərin, gücləndirici lentlərin və digər hissələrin seçilməsi. İçliklərin ölçü və fasonlar üzrə komplektləşdirilməsi. Taranın hazırlanması, məhsulun markalanması, qablaşdırılması, anbara nəql edilməsi və sairə. Daha yüksək ixtisaslı komplektləşdiricinin rəhbərliyi altında hazır məhsulun partiyalarla komplektləşdirilməsi.

Bilməlidir: tətbiq olunan maşın və mexanizmlərin quruluşunu; hazır məhsul üçün taranın hazırlanması və hazır məhsulun qablaşdırılması, markalanması və nəql edilməsi qaydalarını; anbarların yerləşməsini; iş üsullarını.

İşin xüsusiyyətləri. Texniki şərtlərə və iş təlimatlarına uyğun olaraq hazır məhsulun sifarişlər, formalar, modellər, rənglər və digər əlamətlər üzrə partiyalarla komplektləşdirilməsi. Qəlibdən hazırlanan rezin ayaqqabıların biçilmiş üzlərinin komplektləşdirilməsi (taxılma ilə). Hazır hissə və detalların fəhlələrdən qəbulu, onların komplektləşdirilməsi və kooperativləşdirici sexlərə ötürülməsi. Məhsulun seçilməsi, yerləşdirilməsi, yığılması və onun buraxılması üçün partiyalarla komplektləşdirilməsi. Məhsulun keyfiyyətinin xarici görünüşünə görə yoxlanılması, hər bir partiyada metrajın, çəkinin, məhsul vahidinin miqdarının hesablanması. Yanaşı işlərin (kənarların, qırıntıların kəsilməsi, xarici qüsurların aradan qaldırılması, məmulatların sortlara ayrılması, sortlara ayrılmış məhsulun sarğı qurğularına salınması) yerinə yetirilməsi.

Bilməlidir: hazır məhsulun komplektləşdiriməsinin qayda və üsullarını; hazır məhsula qoyulan texniki tələbləri; hazır məhsulun saxlanması üsullarını; istifadə olunan maşın və mexanizmlərin quruluşunu.

İşin xüsusiyyətləri. Laboratoriya tədqiqatlarının və ya texniki nəzarətin məlumatlarının istifadəsi ilə hazır məhsulun sortlar, etalon, ümumi çəki, uzunluq ölçüləri, çeşid, tematika, cizgi spesifikasiya, cədvəllər, kataloqlar və preyskurantlar üzrə partiyalarla komplektləşdirilməsi.

Zəruri halda məmulatların ölçülməsi və çəkilməsi. Məmulatların qablara yığmaqla komplektləşdirilməsi. 5-6 hissədən ibarət məmulatların polietilen paketə yığmaqla və qaynaq aparatları ilə qaynaq etməklə komplektləşdirilməsi. İstehlakçılara göndərilməsi üçün məhsulun partiyalarla, yerləşdirilməsi, markalanması, yığılması, komplektləşdirilməsi və qablaşdırılması. Komplektin tam olmasının, qablaşdırmanın keyfiyyətinin və taranın möhkəmliyinin yoxlanılması. Nümunələrin götürülməsi. Natural göstəricilərin standart göstəricilərə keçirilməsi. Hazır məhsulların təhvil verilməsi üçün sənədlərin tərtib edilməsi. Məhsulun anbara təhvil verilməsi. Təhvil verilmiş məhsulun uçotu. Daha aşağı ixtisaslı komplektləşdiricilərin olduğu halda onlara rəhbərlik edilməsi.

Bilməlidir: komplektləşdirmənin üsul və qaydalarını; komplektləşdirilən materialların adlarını və xassələrini; komplektləşdirilən məhsulun yığılma ardıcıllığını; komplektləşdirilən məhsulun uçotu, nəql edilməsi, yığılması, saxlanması, qablaşdırılması qaydalarını və müəyyən edilən sənədlərin tərtib edilməsi qaydasını. Nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında kondensasiya prosesinin aparılması. Xammal və kondensasiya vasitəsinin aparata verilməsi. Kondensatın boşaldılması. Texnoloji avadanlığa xidmət göstərilməsi. Nümunələrin götürülməsi. Aparatların təmizlənməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: xidmət göstərilən sahədə əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; xammal, yarımməhsul və hazır məhsulun xassələrini; nümunələrin götürülmə qaydasını.

İşin xüsusiyyətləri. Soyudulma üsulu ilə qaz halında olan maddələrin maye və ya bərk hala keçirilməsi üzrə sadə texnoloji kondensasiya prosesinin aparılması. Kondensatın xüsusi çənlərə və ya növbəti emala verilməsi. Kondensasiya olunmamış qazın tutulması. NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən prosesin texnoloji parametrlərinə (qazın temperaturu, kondensatın səviyyəsi qaz qarışığının təzyiqi) nəzarət edilməsi və onların tənzimlənməsi. Reaksiya aparatlarına, soyuduculara, istilikdəyişdiricilərinə, buxarlandırıcılara, tutumlara, ölçü cihazlarına, nasoslara və digər avadanlığa, kommunikasiyalara, NÖC-ə xidmət göstərilməsi. Avadanlıq və kommunikasiyalarda baş verən nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Təlimatda nəzərdə tutulan analizlərin yerinə yetirilməsi. Xammal və hazır məhsulun uçotunun aparılması. Avadanlıqların təmirə verilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini; xammal, yarımməhsul və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; xammal və hazır məhsula qoyulan texniki tələbləri; kondesasiya prosesinin fiziki-kimyəvi əsaslarını, mahiyyətini və parametrlərini; prosesin tənzimlənmə qaydalarını; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Orta mürəkkəblikdə kondensasiya texnoloji prosesinin aparılması. Dozalara bölüşdürülən komponentlərin hesablanması, çəkilməsi və dozalara bölüşdürülməsi və konsepsiya aparatlarına yüklənməsi. Dəqiq müəyyənləşdirilmiş temperatur və təzyiq şəraitində prosesin aparılması. Kütlənin qarışdırılması, qarışığın qızdırılması və texnoloji rejimdə nəzərdə tutulan digər əməliyyatların yerinə yetirilməsi. Mühitin reaksiyasına nəzarət edilməsi və hesablamaya əsasən tələb olunan reagentlərin əlavə edilməsi. NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Reaksiyanın başa çatmasının müəyyənləşdirilməsi. Qarışığın neytrallaşdırılması. Kondensatorlara, yuyucu kolonnalara, neytrallaşdırıcı, bölüşdürücü cihazlara və digər avadanlığa, kommunikasiyalara, NÖC-ə xidmət göstərilməsi. Avadanlığın təmirdən qəbul edilməsi.

Bilməlidir: istehsalatın texnoloji sxemini. Kondensasiya prosesinin mahiyyətini və parametrlərini; istismar edilən avadanlığın quruluşunu və iş prinsipini; armaturlar və kommunikasiyaların sxemini; NÖC-ün təyinatını və istismar qaydalarını; nümunələrin götürülmə qaydalarını və analizlərin aparılması metodikasını; reagentlərin və reaksiya məhsullarının fiziki-kimyəvi xassələrini; yüklənən komponentlərin hesablanması metodikasını; xammala və hazır məhsula qoyulan tələbləri, onlara olan texniki şərtləri.

1. Maye xlor, sarı fosfor, kükürd - kondensasiya prosesinin aparılmasında.

2. Kroton kondensasiyası.

4. Perkin reaksiyası.

5. İndokrilin indiqoya çevrilməsi reaksiyası.

6. Fridel-Krafts reaksiyası.

İşin xüsusiyyətləri. Mürəkkəb kondensasiya texnoloji prosesinin aparılması və ya orta mürəkkəblikdə kondensasiya texnoloji prosesinin aparılması zamanı daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi. İstilikdaşıyıcı yağla tutumun, soyuducuların, yağqızdırıcısının və kondensatorların doldurulması, yağın qızdırılması və soyudulması, onun dövr etdirilməsi. Ftorhava qarışığının (FEUQ) donduran kondensatorlara verilməsi və onların azotla doldurulması. Ftor anhidridinin əridilməsi və onun tutuma boşaldılması. Ftal anhidridi mayesinin tutumda səviyyəsinin ölçülməsi, analiz üçün nümunələrin götürülməsi. Əridilmiş məhsulun aralıq tutumlardan növbəti distillə üçün tutuma verilməsi. NÖC və laboratoriya analizlərinin göstəricilərinə əsasən ftor anhidridinin kondensasiyası texnoloji prosesinin gedişinə nəzarət edilməsi. Kondensatorun işinin məsafədən idarəetmə pultundan idarə olunması. Kondensatorların azotla üfürülməsi (avtomatik üsulla, əl ilə). Ftal anhidridi buxarı tutan cihazların dibutilftalot ilə doldurulması. Azotun ftalanhidrid üçün tutumlara və yağ üçün tutumlara verilməsi. Qalıq qazların təmizlənməsi, qaz tutumlarına suyun verilməsi, sənaye sularının çökdürücü çənlərə atılmasının tənzimlənməsi. Avadanlığın təmizlənməsi. Qələvi məhlulu ilə donduran kondensatorun yuyulması. Texnoloji rejim pozuntularının, avadanlıq və kommunikasiyaların aşkar edilməsi və aradan qaldırılması. Avadanlığa, kommunikasiyalara və NÖC-ə xidmət göstərilməsi, avadanlığın xırda təmir işlərinin aparılması.

Bilməlidir: istehsalın texnoloji sxemini; kimyəvi xassəni, kondensasiya prosesinin parametrlərini; xidmət göstərilən avadanlığın, NÖC-ün quruluşunu, iş prinsipini; armatur və kommunikasiyaların sxemini; analizlərin aparılması metodikasını; reagentlərin və reaksiya məhsullarının fiziki-kimyəvi xassələrini; yüklənən komponentlərin hesablanması metodikasını; hazır məhsula və xammala qoyulan tələbləri; onlara olan texniki şərtləri.

1. Vanilinin, monometil sidik cövhərinin, ditrazinfosfatın, heksilrezorsinin, karnozinin, Mixler ketonunun naqaninin, kumarinin, salisil anhidridinin kondensasiyası.

2. Üzvi silisium laklarının və qətranlarının, kalsium pantotenatın, beta-ionun, tiaminin, riboflavinin, kimya-əczaçılıq preparatlarının və yarımfabrikatlarının, ftal anhidridinin, pentaeritutin karbamid qətranlarının, furan qətranlarının kondensasiya prosesinin aparılması.

3. A vitamini istehsalında Qrinyar reaksiyası.

4. Piridoksin istehsalında Klyayzen reaksiyası.

İşin xüsusiyyətləri. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etməklə mürəkkəb kondensasiya texnoloji prosesinin aparılması. İş təlimatlarına uyğun olaraq kondensasiya prosesinə nəzarət edilməsi və onun tənzimlənməsi. Analizlərin və müşahidələrin nəticələrinə əsasən prosesin korrektə edilməsi. Yoxlama analizlərinin keçirilməsi, NÖC və avtomatika vasitələrinin göstəricilərinə, avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi. Xammal sərfinin və alınan hazır məhsulun hesablanması, onların keyfiyyətinin analizlərinin nəticələrinə əsasən müəyyən edilməsi. Əsas və köməkçi avadanlığın təmirində iştirak edilməsi.

Bilməlidir: istehsalatın texnoloji sxemini; kondensasiya prosesinin əsasını və parametrlərini; xidmət göstərilən avadanlığın və NÖC-ün quruluşunu və istismar qaydalarını; armatur və kommunikasiyaların sxemini; analizlərin aparılma metodikasını; yüklənən komponentlərin hesablanması metodikasını; hazır məhsula və xammala olan dövlət standartlarını və ya texniki şərtləri. Orta ixtisas təhsili tələb olunur.

İşin xüsusiyyətləri. Katalizatorların, selikagel daşıyıcının və başqa məhsulların elektrik və şaxta tipli sobalarda közərdilmə prosesinin aparılması. Kimya-əczaçılıq sənayesində duzların və kömürün mufellərdə və ya retortalarda közərdilmə prosesinin aparılması.

Xammalın və yanmməhsulların qəbulu və hazırlanması, sobalara yüklənməsi, közərdilmə, yuyülma, yanacağın verilməsinin tənzimlənməsi; hazır məhsulun boşaldılması; soyudulma və çəkilib bükülmə, növbəti texnoloji əməliyyata ötürülməsi. Közərdilmənin temperatur rejiminə nəzarət və yuyucu suların müşahidə edilməsi. Közərdilən məhsulun rənginə görə və analizlərin nəticələrinə görə közərdilmə səviyyəsinin müəyyən edilməsi. İşə salan, tormoz və tənzim edən qurğulardan istifadə edilməsi. Avadanlığın və kommunikasiyaların işində meydana çıxan nasazlıqların aradan qaldırılması. Avadanlığın təmirə hazırlanması, təmirdən qəbul edilməsi. Xammalın və hazır məhsulun hesablanması.

Bilməlidir: əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu, iş prinsipini; armatur və kommunikasiyaların sxemini; daşıyıcının, katalizatorların, tozların, metan-hidrogen fraksiyasının fiziki-kimyəvi xassələrini; məhsula qoyulan tələbləri; texnoloji prosesin mahiyyətini və tənzimləmə qaydalarını; texnoloji rejimin parametrlərini.

İşin xüsusiyyətləri. Katalizatorun, sintetik kauçuk istehsalında metal oksidlərinin, ferrit tozlarının, bədii boyalar üçün piqmentlərin və qırmızı dəmir oksidi piqmentlərinin (fasiləsiz hərəkətli fırlanan sobalarda) közərdilməsi texnoloji prosesinin aparılması və ya diketen, karbonund, nikel katalizatorunun, amidopirin və plazmosid istehsallarında közərdilmə prosesinin aparılması, yaxud titan 4-oksid istehsalında metatin turşusunun közərdilməsi, habelə elektrik şaxta tipli sobalarda katalizatorların, selikaqel daşıyıcısının və başqa məhsulların közərdilməsi prosesinin aparılması, daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etməklə eyni vaxtda kimya-əczaçılıq sənayesində mufellərdə və ya retortalarda duzların yaxud kömürün közərdilməsi prosesinin aparılması.

Xammalın və yarımfabrikatların aktivatorlara yüklənilməsi, NÖC-ün köməyi ilə və kimyəvi analizlərin nəticələrinə əsasən yandırma temperaturunun, havanın verilməsinin, aktivləşdirilmiş katalizatorun, metal oksidlərinin və ya başqa məhsulların götürülməsinin tənzimlənməsi. Aktivatorlara, odluqlara, elevatorlara, istilik mübadiləsi qurğularına, bunkerlərə, müxtəlif sistemli sobalara xidmət edilməsi. Nümunələrin götürülməsi.

Bilməlidir: əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu; armatur və kommunikasiyaların sxemini; katalizatorun, metal oksidlərin fiziki-kimyəvi xassələrini; məhsula qoyulan tələbləri; texnoloji prosesin mahiyyətini və nizamlama qaydasını; texnoloji rejimi; nümunələrin götürülmə qaydasını.

İşin xüsusiyyətləri. Fazalı nəzarətin rentgenostruktur metodunun tətbiqi ilə divinil istehsalında katalizatorun közərtmə yolu ilə aktivləşdirilməsi texnoloji prosesinin aparılması və ya titan 4-oksid istehsalı üçün üç xlorlu fosfor və metatitan turşusu istehsallarında (fasiləsiz hərəkətli fırlanan peçlərdə) közərdilmə texnoloji prosesinin aparılması.

NÖC-ün, avtomatika vasitələrinin köməyi ilə və analizlərin nəticələri üzrə nümunələrin götürülməsinə, odluqlarda yanma prosesinə, nəzarət edilməsi və onların tənzimlənməsi. Təhkim olunan avadanlığa xidmət göstərilməsi.

Bilməlidir: közərdilmə texnoloji prosesini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və onlara xidmət göstərilməsi qaydalarını, armatur və kommunikasiyaların sxemini; katalizatorun, metal oksidlərinin və başqa yarımfabrikatların; fiziki-kimyəvi xassələrini; məhsula qoyulan tələbləri; texnoloji prosesin mahiyyətini və tənzimləmə qaydalarını; texnoloji rejimi; analizlərin aparılması metodikasını.

*Limon və tartarat turşusu istehsallarında, əlvan metallurgiyanın hidrometallurgiya qələvisizləşdirmə və kadmium istehsalı sexlərində, koks-kimya və sulfit tortasından vanilin istehsallarında “güzəştli şərtlərlə dövlət pensiyası almaq hüququ verən istehsalatların, sexlərin, peşə və vəzifələrin siyahısı” ilə əlaqədar peşə “kristallaşdırıcı” adlandırılmalıdır.

İşin xüsusiyyətləri. Kuporos istehsalında kristallaşdırma prosesinin aparılması və ya müxtəlif kristallaşdırma proseslərinin ayrı-ayrı əməliyyatlarının daha yuxarı ixtisaslı aparatçının rəhbərliyi altında yerinə yetirilməsi. Xammalın qəbulu və hazırlanması. Onların kristallizatora verilməsi. Hazır kristalların boşaldılması. Nümunələrin götürülməsi. Texnoloji avadanlığa texniki xidmət göstərilməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: məhsul istehsalının texnoloji sxemini; xidmət göstərilən sahədə əsas və köməkçi avdanlığın quruluşunu və iş prinsipini; xammal və hazır məhsulun xassələrini; nümunələrin götürülmə qaydalarını.

İş nümunəsi. Kuporos istehsalatında mis, sink, sulfat turşulu nikel, frorlu aşqar və başqa məhsulların kristallaşdırılması.

İşin xüsusiyyətləri. Dövri hərəkət edən avadanlıqda və ya fasiləsiz işləyən qurğularda müxtəlif məhsulların və yarımfabrikatların kristallaşdırılması və ya yenidən kristallaşdırılması prosesinin daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında aparılması. Məhlulların qatışıqlardan təmizlənməsi. Məhlulun kristallizatora verilməsi, kristallizatorda onun bərabər surətdə bölüşdürülməsi, kristalların əmələ gəlməsi məqsədilə intensiv soyudulma və qarışdırılma. Məhlulun çökdürülməsi, süzülməsi, kristalların boşaldılması. Texnoloji rejimə uyğun olaraq kristallaşdırılmanın surətinin və temperatur rejiminin, məhlulun müəyyən özlülüyünün, qatışıqların faiz miqdarının, çökdürmə vaxtının və digər göstəricilərin təmin edilməsi. Texnoloji rejim pozuntuları səbəblərinin aradan qaldırılması. Reaktorlara, süzgəclərə, ventilyatorlara, nasoslara və digər avadanlığa xidmət göstərilməsi. Avadanlığın təmirə verilməsi.

Bilməlidir: istehsalatın texnoloji sxemini; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; xammal və hazır məhsulun fiziki-kimyəvi xassələrini; xammal və hazır məhsula qoyulan tələbləri; texnoloji prosesin mahiyyətini, əhəmiyyətini və onun tənzimləmə qaydalarını; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Fasiləsiz işləyən qurğularda kristallaşdırma prosesinin aparılması və ya partlayış təhlükəli, zəhərli və bərk təsir edən maddələrin, habelə istehsallarını steril və yarımsteril şəraitdə aparmaq şərti qoyulan məhsulların yenidən kristallaşdırılması prosesinin aparılması. İş məhlullarının hazırlanması, onların dəmir, arsen, hidrogen sulfidi qatışıqların təmizlənməsi. Məhlulun kristallizatora və ya vakuum-kristallaşdırma qurğusuna verilməsi. Vakuumun yaradılması, soyudulma və ya qızdırılma, məhlulun qarışdırılması. Təmizlənmiş məhlulun tələb olunan qatılıq alınana qədər buxarlandırılması. Kristalların çoxdəfəli kristallaşdırılması yolu ilə təmizlənməsi zamanı kristalların həlledicidə müəyyən qatılığa qədər həll edilməsi və alınan suspenziyanın növbəti kristallizatorlara ötürülməsi, kristalların yonulması və yuyulması, hazır məhsulun alınması, qablaşdırılması və anbara nəql edilməsi. Kristallaşdırma prosesinə duz məhlulunun və soyuducu suyun kristallizatora verilməsi və temperatura, qatılığa, qatışıqların miqdarına, kristalların müəyyən ölçüdə olmasına və prosesin digər göstəricilərinə, NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən nəzarət edilməsi və onların tənzimlənməsi. Təlimatda nəzərdə tutulan analizlərin yerinə yetirilməsi. Standart məhsul çıxışının təmin edilməsi. Lentlərin dəyişdirilməsi və filtr-presslərin buxara verilməsi. Texnoloji rejim pozuntularının aşkar edilməsi və aradan qaldırılması. Kristallizatora, fasiləsiz hərəkətli vakuum - kristallaşdırıcı qurğu, sentrifuqa, çökdürücü çənlər, tutumlar və başqa avadanlığa xidmət göstərilməsi. Avadanlıqlarda baş verən nasazlıqların aradan qaldırılması. Avadanlıqların təmirdən qəbul edilməsi.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın iş prinsipini; armatur və kommunikasiyaların sxemini; xammalın, yarımfabrikatların, məhsulun, texnoloji yanacağın, sürtgü və digər materialların fiziki-kimyəvi xassələrini; xammal və hazır məhsula qoyulan tələbləri; xidmət göstərilən sahədə texnoloji prosesin mahiyyətini; analizlərin aparılması metodikasını.

İş nümunəsi. Butilfenol, difenilolpropan, natrium metilsilikat istehsallarında kristallaşdırma prosesinin aparılması.

İşin xüsusiyyətləri. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etməklə fasiləsiz hərəkətli qurğularda kristallaşdırma prosesinin aparılması. İş təlimatlarına uyğun olaraq prosesin idarə olunması və tənzimlənməsi. Analizlərin nəticələrinə və müşahidələrə əsasən prosesin korrektə edilməsi. Yoxlama analizlərinin keçirilməsi NÖC-ə, avtomatika vasitələrinə, xidmət göstərilən avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi. Avadanlıq və kommunikasiyalarda xırda təmir işlərinin aparılması.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın quruluşunu və istismar qaydalarını, iş prinsiplərini; armatur və kommunikasiyaların sxemini; xammalın, yarımfabrikatların, məhsulun, texnoloji yanacağın, sürtgü materiallarının fiziki-kimyəvi və texnoloji xassələrini; xammal və hazır məhsula qoyulan tələbləri; xidmət göstərilən sahədə texnoloji rejimin mahiyyətini; analizlərin aparılması metodikasını; zəhərli və partlayış təhlükəli maddələrin saxlanma qaydalarını və uçotunu; fərdi mühafizə vasitələrindən istifadə qaydalarını; partlayış və yanğın təhlükəli istehsalatlarda iş qaydalarını.

Orta ixtisas təhsili tələb edilir.

İş nümunəsi. Qatılaşdırılmış xlorsuz kalium gübrəsi istehsalında (qalurgiya üsulu ilə) ammonyak soyuduculu “Telman” katalizatorlarında prosesin aparılması.

İşin xüsusiyyətləri. Qaranlıqda işıq saçan maddələrin və ya onların yarımfabrikatlarının istehsalında daha yüksək ixtisaslı apartçının rəhbərliyi altında texnoloji proseslərin aparılması (ələnmə, xırdalanma, möhkəmlətmə, çökdürmə və sairə).

Verilmiş hesablamaya uyğun olaraq xammal və materialların hazırlanması, dozalara bölüşdürülməsi və aparatlara yüklənməsi. NÖC-ün göstəricilərinə əsasən prosesin tənzimlənməsi. Nümunələrin götürülməsi. Xammal sərfinin, hazır məhsul çıxışının hesablanması. Avadanlığın işindəki nasazlıqların aradan qaldırılması.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlıqların, NÖC-ün quruluşunu və iş prinsiplərini; xidmət olunan iş yerində armatur və kommunikasiyaların sxemini; nümunələrin götürülmə qaydalarını; iş üsullarını.

İşin xüsusiyyətləri. Çoxtonlu və ya aztonlu (sifariş əsasında) və işıq saçan maddələrin emalı üzrə texnoloji prosesin bir neçə mərhələlarinin aparılması.

Texnoloji reqlamentə uyğun olaraq xammalın qəbulu və hazırlanması, məhlulların hazırlanması və təmizlənməsi, işıq saçan maddələrin sıxılması, yuyulması, qurudulması, közərdilib-möhkəmləndirilməsi, xırdalanması, NÖC-ün göstəriciləri və kimyəvi analizin nəticələri üzrə temperaturun, təzyiqin və rejimin başqa parametrlərinin tənzimlənməsi və onlara nəzarət edilməsi. Xammalın, yarımfabrikatların və hazır məhsulun uçotu. Texnoloji rejim normalarının pozuntuları səbəblərinin aşkar edilməsi və aradan qaldırılması.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsiplərini; xidmət olunan sahədə armatur və kommunikasiyaların sxemini; xammalın, yarımfabrikatın, hazır məhsulun fiziki-kimyəvi xassələrini; xammala və hazır məhsula qoyulan tələbləri; prosesin tənzimləmə qaydalarını; xammal və hazır məhsul üzrə dövlət standartlarını və texniki şərtləri.

İşin xüsusiyyətləri. Çoxtonlu və ya bir neçə (3-dən az olmayaraq) sifarişli işıq saçan maddələrin emalı prosesinin bütün mərhələlərinin aparılması.

Xammal və materialların dəqiq müəyyən olunmuş miqdarda hazırlanması, hesablanması və yüklənməsi. Şixtanın hazırlanması, işıq saçan maddənin çökdürülməsi və zay hissənin ayrılması (gözlə müşahidə və analizlərin nəticələrinə görə). İşıq saçan maddənin ayrı-ayrı partiyalarının eyni orta həcmə salınması prosesinin aparılması. NÖC-ün göstəriciləri və kimyəvi analizlərin nəticələrinə əsasən rejimin parametrlərinin tənzimlənməsi (təzyiq, temperatur, vakuum) və onlara nəzarət edilməsi. Reaksiya keçirilən kütlənin nəql edilməsi; hazır məhsulun yüklənməsi və sənədləşdirilməsi. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu, iş prinsipini; armatur və kommunikasiyaların sxemini; xammalın və köməkçi materialların fiziki-kimyəvi xassələrini; xammala və hazır məhsula qoyulan dövlət standartlarını və texniki şərtləri; hesablamaların aparılması metodikasını; qeyri-üzvi və üzvi kimyanı.

İşin xüsusiyyətləri. Yeni texnologiyanın mənimsənilməsi ilə bağlı qaranlıqda işıq saçan maddələrin emalında mürəkkəb kimyəvi proseslərin aparılması. Onlarla rəftarda müstəsna məsuliyyət və xüsusi ehtiyatlılıq tələb edən, partlayış təhlükəli və tezalışan, zəhərli yandırıcı maddələrin istifadəsi ilə texnoloji proseslərin aparılması.

Şixtanın, ərintilərin, aktivləşdiricilərin hesablanması, hazırlanması, dozalara bölüşdürülməsi və yüklənməsi, işıq saçan maddənin təsnifı, fazalar üzrə nəzarətin aparılması. Texnoloji rejimin parametrlərinə (temperatur, təzyiq) nəzarət edilməsi və onların tənzimlənməsi. İşıq saçan maddənin müəyyən nisbətlərdə formalaşdırılması. Prosesin optimal şəraitə uyğun müstəqil olaraq tənzimlənməsi və sazlanması. Yoxlama analizlərinin aparılması. Xammal sərfinin, yarımfabrikatların və hazır məhsulun hesablanması. Avadanlığın işə salınması, dayandırılması və işinə nəzarət edilməsi. Xidmət olunan istehsal sahəsində bütün peşələrdən olan fəhlələrin işinə rəhbərlik edilməsi və onların əlaqələndirilməsi.

Bilməlidir: qaranlıqda işıq saçan maddənin bir neçə mürəkkəb istehsallarının texnoloji sxemini və reqlamentini; soyuq işıqlanmanın, kimyəvi reaksiyaların və texnoloji proseslərin fiziki-kimyəvi əsaslarını və mahiyyətini; aztonlu (sifarişlə) işıq saçan maddələrin emalının müxtəlif metodlarını; işıq saçan maddələrin yeni markalarının mənimsənilməsi; avadanlıqların və NÖC-ün quruluşunu və onlara xidmət göstərilmə qaydalarını; armatur və kommunikasiyaların sxemini; xammala və hazır məhsula qoyulan dövlət standartlarını və texniki şərtləri; yoxlama analizlərinin aparılması metodikasını.

Orta ixtisas təhsili tələb olunur.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında odsöndürənlərin doldurulması üçün turşu qatışıqların tərtib edilməsi və ya materialların qarışdırılması.

Xammalın qəbul edilməsi, hazırlanması və aparata yüklənməsi. Hazır məhsulun boşaldılması. Avadanlığa xidmət göstərilməsi. Avadanlığın təmizlənməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini; xammal, yarımfabrikat və məhsulun fiziki-kimyəvi xassələrini; xammala və hazır məhsula qoyulan tələbləri.

İşin xüsusiyyətləri. Müxtəlif konstruksiyalı qarışdıncı cihazlarda materialların qarışdırılması və ya müxtəlif konsturksiyalı qarışdırıcı cihazlarda və ya reaktorlarda (sonradan qarışdırıcı cihazlara ötürülməklə) parametrləri dəqiq müəyyən etməklə və komponentləri dəqiq dozalara bölməklə kimyəvi materialların və qatışıqların qarışdırılması texnoloji prosesinin daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında aparılması.

Şnek, elevator, transportyor, nasos və vaqonetlərin köməyi ilə xammalın çənlərə və bunkerlərə nəql edilməsi. Kənar qatışıqlardan təmizləmə. Xammalın dozalara bölüşdürülməsi, komponentləri verilmiş nisbətdə qarışıqların tərtib edilməsi, aparata yüklənməsi, yarımməhsulun və ya məhsulun boşaldılması və sonrakı emala və ya anbara ötürülməsi. Xammalın bir bərabərlikdə daxil olmasına, avadanlığın saz vəziyyətdə olmasına nəzarət edilməsi. Nümunələrin götürülməsi. Müxtəlif konstruksiyalı (şnek, baraban və sairə) qarışdırıcılara, çəki və lent dozaları ölçən cihazlara, qidalandıncılara, kommunikasiyalara və başqa avadanlığa xidmət göstərilməsi. Avadanlığın təmirdən qəbul edilməsi.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini; xammal, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi xassələrini; xammal və hazır məhsula qoyulan tələbləri; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Parametrləri dəqiq müəyyən etməklə və komponentləri dəqiq dozalara bölməklə kimyəvi materialların və qarışıqların müxtəlif konstruksiyalı qarışdırıcı cihazlarda və ya reaktorlarda (sonradan qarışdırıcı cihazlara ötürülməklə) qarışdırılması texnoloji prosesinin aparılması. Zərurət yarandıqda xammalın üyüdülməsi və səpələnməsi, qranulyasiya və tablet formasına salınması. Xammalın dəqiq dozalara bölüşdürülməsi; ötürülmə prosesinin tənzimlənməsi və yükləmə, qarışdırma. Qazın təzyiqinə, komponentlərin nisbəti üzrə qarışığın keyfiyyət və miqdarına nəzarət edilməsi və onların tənzimlənməsi. Sabitləşdirici komponentlərin hazırlanması və onların əlavə edilməsi. Texnoloji rejimə uyğun qarışığın yoğrulma vaxtının, qarışıq və pulpanın eyni halda olmasının, xammalın aparata yüklənməsi və komponentlərin qarışdırılması zamanı müəyyən edilən temperaturun saxlanılmasının təmin edilməsi. Analizlərin aparılması. Xammal və hazır məhsulun uçotu. Şar, vibrasiya və kolloid dəyirmanlarına, müxtəlif konstruksiyalı qarışdırıcı cihazlara, kompressorlara, qazqolderlərə, dozaları ölçən cihazlara, kommunikasiyalara, nəqledicilərə və başqa avadanlığa xidmət göstərilməsi. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; əsas və kömekçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; xammalın, stabilləşdirici komponentlərin, məhsulun fiziki-kimyəvi xassələrini; xammala, qazın tərkibinə və hazır məhsula qoyulan texniki tələbləri; iş yerində texnoloji prosesin mahiyyətini; texnoloji rejimin parametrlərini və prosesin tənzimləmə qaydalarını; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Müxtəlif konstruksiyalı qarışdırıcı qurğularda dəqiq müəyyənləşdirilmiş parametrlərdə və dozalarla kimyəvi materialların və qarışıqların qarışdırılması texnoloji prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etmək və ya müvafiq işin proqramla idarə olunan kombinasiya edilmiş qarışdırıcı qurğuda aparılması.

Elektron idarəetmə sxemlərindən istifadə etməklə və avtomatik avadanlığın köməyi ilə ərintinin kefıyyətinə nəzarət edilməsi və onun tənzimlənməsi. İş təlimatlarına uyğun olaraq texnoloji prosesin idarə olunması və tənzimlənməsi. NÖC-ün göstəricilərinə, xidmət göstərilən avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi. Avadanlığın və kommunikasiyaların mürəkkəb olmayan təmir işlərinin yerinə yetirilməsi.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu, iş prinsipini; armatur və kommunikasiyaların sxemini; xammalın, sabitləşdiricilərin, məhsulun fiziki-kimyəvi xassələrini; xammala və hazır məhsula qoyulan texniki şərtləri; iş yerində texnoloji prosesin mahiyyətini; texnoloji rejimin parametrlərini və prosesin tənzimləmə qaydalarını; analizlərin aparılması metodikasını.

İş nümunəsi. Etil maye, polivinixlorid, qatılaşdırılmış azot turşusu, azot turşusu, qatılaşdırılmış sulfat turşusu, melanj, oleum komponentlərindən qarışıq istehsalında və ya natriumdivinilin emalı üçün qarışdırma prosesinin aparılması; zəhərli kimyəvi preparatlar (herbisidlər), partlayış və oddan təhlükəli məhsulların istehsalında qarışdırma prosesinin aparılması.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında mürəkkəb olmayan avadanlıqla təchiz edilmiş sahələrdə ayrı-ayrı qaynatma əməliyyatlarının yerinə yetirilməsi. Komponentlərin xırdalanması, əridilməsi və aparata yüklənilməsi. Hazır məhsulun aparatdan boşaldılması. Aparatın şlamdan təmizlənilməsi. Avadanlığa xidmət edilməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri: Mürəkkəb olmayan avadanlıqla təchiz edilmiş sahələrdə qaynatma texnoloji prosesinin aparılması və ya daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında mürəkkəb avadanlıqla təchiz edilmiş sahələrdə texnoloji qaynatma prosesinin aparılması. Əvvəlcədən xammalın hazırlanması (xırdalanması, əridilməsi) reaktorların (qazanların) avtoklavların xammal ilə yüklənməsi, reaksiya kütləsinin əvvəlcədən müəyyənləşdirilən temperatura qədər qızdırılması, kütlənin qarışdırılması. Qaynatma aparatlarına, çənlərə, kommunikasiyalara, nasoslara xidmət edilməsi. Analiz üçün nümunələrin götürülməsi. Avadanlığın işindəki nasazlıqların aradan qaldırılması.

Bilməlidir: xidmət edilən sahənin texnoloji sxemini; texnoloji prosesin mahiyyətini; texnoloji rejimi; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; nümunələrin götürülmə qaydalarını.

1. Briket kütləsinin (ağac kimyəvi istehsallar), maye şüşə, yağlar (texniki asbest məmulatlarının hopdurulması üçün), şirələr (vitamin istehsalı), kimyəvi preparatların (sulfid boyaq maddələri, qramafon valları istehsalı) istehsallarında qaynatma proşesinin aparılması.

2. Maqnezium-oksid istehsalında şəffaf qaynatma prosesinin aparılması.

İşin xüsusiyyətləri: Mürəkkəb avadanlıqla təchiz edilmiş sahələrdə qaynatma texnoloji prosesinin aparılması. Prosesin temperatur rejimində zəruri dəyişikliklərin edilməsi. Analizlərin nəticələri, vaxt və ya xarici əlamətlərə əsasən prosesin sona çatmasının müəyyənləşdirilməsi; zəruri komponentlərin əlavə edilməsi; hazır məhsulun boşaldılması və təmizlənməsi; texnoloji reqlamentdə nəzərdə tutulan hallarda hazır məhsulun süzülməsi, çökdürülməsi, buxara verilməsi, kristallaşdırılması və ya qələvidə yuyulması. Texnoloji prosesin gedişinə nəzarət edilməsi. Analizlərin aparılması. Avadanlığın təmirə hazırlanması və təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: xidmət edilən sahənin texnoloji sxemini, texnoloji prosesin mahiyyətini; texnoloji rejimin parametrləri və prosesin tənzimləmə qaydalarını; əsas və köməkçi avadanlıqların quruluşunu və iş prinsiplərini; xammal və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; nümunələrin götürülmə qaydalarıni; analizlərin aparılması metodikasını; kommunikasiyaların sxemini.

1. Bakelit lakı, qruntlar (cild, ayaqqabı parçaları, kalka üçün), piqmentlər (bədii boyalar üçün), dekorativ üzçəkmə materialları istehsallarında qaynatma prosesinin aparılması.

2. Maqnezium-oksid istehsalında qara qaynatma prosesinin aparılması.

3. Kimyəvi preparatların (kükürdlü boyaq maddələrinin hazırlanması) istehsalında “Frederinq” qazanlarında qaynatma prosesinin aparılması.

İşin xüsusiyyətləri. İonmübadiləedici və fenolformaldehid qətran və lakların, formaldehid - sidik cövhəri qətranlarının, polisulfidlərin, polixlorvinil plastikatın, faolitin, epoksid lakların, üzvi yarımməhsulların istehsallarında qaynatma texnoloji prosesinin aparılması və ya mürəkkəb avadanlıqla təchiz olunmuş sahələrdə məhsulların qaynatma texnoloji prosesinin aparılması ilə eyni zamanda daha aşağı dərəcəli aparatçılara rəhbərlik edilməsi. Xammalın miqdarının hesablanması. Avadanlığın işə hazırlanması; xammalın dozalara bölünməsinin hesablanması, kondensasiya, qurudulma. Lakların qaynatması zamanı qaynadılıb azaltma, həll edilmə, süzülmə, soyudulma, çənlərə boşaldılma əməliyyatlarının aparılması. Qaynatmanın optimal rejiminin seçilməsi.

Bilməlidir: xidmət edilən sahənin texnoloji sxemini, texnoloji prosesin mahiyyətini, texnoloji rejimin parametrlərini və prosesin tənzimlənmə qaydalarını; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsiplərini; xammal və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; nümunələrin götürülmə qaydalarını və analizlərin aparılması metodikasını; kommunikasiyaların sxemini; komponentlərin dozalara bölünməsinin hesablanması və qaynatmanın optimal rejiminin seçilməsi metodikasını.

İşin xüsusiyyətləri. Daha yuxarı ixtisaslı aparatçının rəhbərliyi ilə qaz qarışıqlarının ayrılması texnoloji prosesinin aparılması. Dərin soyutma üsulu ilə ağ neft pirolizi və etan fraksiyası qazlarının bölünməsi texnoloji prosesinə xidmət edilməsi. Qaz maye qarışığının qəbul edilməsi. Dərin soyutma metodu ilə ilkin soyutma blokuna, qaz bölmə kabinasına xidmət edilməsi. NÖC-ün göstəriciləri və analizin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Nümunələrin götürülməsi. Rejimin pozulmasının və işdə çatışmazlıqların aşkar edilməsi və aradan qaldırılması. Avadanlığın təmirə hazırlanması, təmirdən sonra qəbul edilməsi. Xammal sərfinin, məhsul çıxışının hesablanması.

Bilməlidir: qazayırma sahəsinin texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; piroqazın, absorbentlərin, karbohidrogen fraksiyaların fiziki-kimyəvi xassələrini; texnoloji prosesin mahiyyətini və tənzimlənmə qaydalarını; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Dərin soyutma və ya başqa üsullarla buxara verərək və rektifıkasiya edərək qazların absorbsiyası yolu ilə qaz qarışıqlarının komponentlərə və ya fraksiyalara bölünməsi texnoloji prosesinin aparılması. Qaz qarışıqlarının ağır komponentlərinin absorbsiyası. Absorbentdə həll olunmuş yüngül komponentlərin buxara verilməsi. Dolğunlaşdırılmış absorbentin soyudulması və rektifıkasiya kolonasına verilməsi. Karbohidrogen fraksiyalarının ayrılması. NÖC-ün göstəriciləri və analizlərin nəticələrinə əsasən texnoloji prosesin idarə olunması və tənzimlənməsi. Rejimin pozulmasının və avadanlığın işindəki çatışmamazlıqların qabağının alınması, aşkar edilməsi və aradan qaldırılması. Avadanlığın təmirə verilməsi və təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: qazayırma sahəsinin texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün iş prinsipini; armatur və kommunikasiyaların sxemini; piroqaz, absorbent, karbohidrogen fraksiyalarının fiziki-kimyəvi xassələrini; texnoloji prosesin mahiyyəti və tənzimləmə qaydalarını; analizlərin aparılması metodikasını; nümunələrin götürülmə qaydalarını; xammalın və məhsul çıxışının hesablanması metodikasını.

İşin xüsusiyyətləri. Texnoloji prosesin göstəricilərinə, alınan qazın çıxışma və keyfiyyətinə nəzarət etməklə bütün qaz bölünmə sahəsinə rəhbərlik edilməsi və texnoloji prosesin aparılması. Sıxılmış hava, oksigen, azot, arqon, təmizlənmiş hava, su xətlərinə, eləcə də aparatlara, kompressorlara, detanderlərə, nasoslara, elektrik avadanlıqlarına, avtomatika vasitələrinə xidmət göstərilməsi. Xammalın, yarımfabrikatların sərfi, hazir məhsulun çıxışının hesablanması. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: qazayırma sahəsinin texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; piroqaz, absorbent, karbohidrogen fraksiyalarının fiziki-kimyəvi xassələrini; texnoloji rejimin mahiyyətini və onun tənzimləmə qaydalarını; analizlərin aparılması metodikasını, nümunələrin götürülmə qaydalarını; xammalın və məhsul çıxışının hesablanması metodikasını. Orta ixtisas təhsili tələb olunur.

İşin xüsusiyyətləri. Su buxarının sulfat turşusu fosfor anhidridi və alümoqelin udulması yolu ilə qazın qurudulması texnoloji prosesinin aparılması.

Qazın əvvəlcədən soyuducularda soyudulması, qazın qurutma qüllələrinə verilməsi; qazın qurudulması, qurudulmuş qazın təyinatla ötürülməsi. Reqlamentdə nəzərdə tutulmuş texnoloji parametrlərə (temperatur, təzyiq, vakuum, qatılıq və sairə) NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən nəzarət edilməsi və onların tənzimlənməsi. Nümunələrin götürülməsi və analizlərin yerinə yetirilməsi. Sulfat turşusunun dəmir yolu sisternalarından tutumlara nasoslarla çəkilməsi, turşunun səviyyəsinin ölçülməsi, sulfat turşusu və digər uducuların, suyun, buxarın tələb olunan miqdarının hesablanması. Qurutma qüllələrinə, kompressorlara, nasoslara, NÖC və digər avadanlığa xidmət göstərilməsi. Xammal və hazır məhsulun uçotunun aparılması. avadanlığın işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Avadanlığın təmirə hazırlanması və təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; öz iş yerində armatur və kommunikasiyaların sxemini; qazın qurudulması prosesinin mahiyyətini; qurudulan qazın və quruducuların fiziki-kimyəvi və texnoloji xassələrini; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını, texnoloji rejimi; prosesin tənzimləmə qaydalarını; uducuların tələb olunan miqdarının hesablanması metodikasını.

İşin xüsusiyyətləri. Xlor-qazın, xlormetilin, asetilenin dondurma üsulu ilə qurudulması prosesinin aparılması, habelə su buxarının sulfat turşusu, fosfor anhidridi və alümoqelin udulması yolu ilə qazın qurudulması texnoloji prosesin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçıların işinə rəhbərlik edilməsi və ya su buxarının bərk uducularla udulması yolu ilə qazın qurudulması texnoloji prosesin aparılması.

Nəm qazın aparata qəbulu, aktiv alüminium oksidi və ya digər uducularla nəmliyin udulması yolu ilə qurudulma prosesinin aparılması. İsti qazın uducudan keçirilməsi yolu ilə uducunun regenerasiyası; soyuq qazın sirkulyasiyası vasitəsi ilə reaksiya aparatının soyudulması; aparatların işinin qazın regenerasiyası və qurudulmasına keçirilməsi, yüngül qətranların yığılması və nasoslarla çəkilməsi, qurudulmuş qazın növbəti əməliyyatlara ötürülməsi.

Reaksiya aparatlarının, kompressorların, nasosların, NÖC-ün və digər avadanlığın işinə nəzarət edilməsi. Avadanlıq və kommunikasiyaların işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Xammal və uducuların sərfinin hesablanması.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini, əsas və köməkçi avadanlıqların, NÖC-ün quruluşunu və iş prinsipini; öz iş yerində armatur və kommunikasiyaların sxemini; qurudulan qazın və uducuların fiziki-kimyəvi və texnoloji xassələrini, nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını.

İşin xüsusiyyətləri. Metal natrium istehsalında qazın qurudulması və komprimirləşdirmə proseslərinin aparılması (duz üsulu) ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçıların işinə rəhbərlik edilməsi, qazın qurudulması sahəsində olan bütün avadanlığa xidmət göstərilməsi, qazın çıxışma və keyfiyyətinə nəzarət edilməsi və sintetik spirt istehsalında daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və istismar qaydalarını; xidmət göstərilən sahədə armatur və kommunikasiyalarının sxemini; qurudulan qazın və udcuların fiziki-kimyəvi və texnoloji xassələrini; analizlərin aparılması metodikasını, texnoloji rejimi və prosesin tənzimlənmə qaydalarını.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında müxtəlif sistemli qazogeneratorlarda texnoloji qazın alınması prosesinin aparılması. Qazogeneratorlara xidmət göstərilməsi. Xammalın (daş kömür) qaz generatorlarına yüklənməsi, buxarın, buxar-hava qarışığının, suyun verilməsi. Alınmış qazın mexaniki qatışıqlardan təmizlənməsi. Alınmış qazın istehsala ötürülməsi. Qaz generatorlarının şlamdan təmizlənməsi, qaz kanallarının yuyulması. Nümunələrin götürülməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: qazogenerasiya texnoloji prosesini və xidmət edilən sahənin sxemini; xidmət edilən avadanlığın quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; xammal və məhlulun fiziki-kimyəvi və texnoloji xassələrini; nümunələrin götürülməsi qaydalarını.

İşin xüsusiyyətləri. Müxtəlif sistemli qaz generatorlarında texnoloji qazın alınması prosesinin aparılması. Texnoloji prosesin parametrlərinin, xammal və buxar-qaz qarışığının dozalara bölünməsinin qazogeneratorlarda temperaturun, təzyiqin vakuuma, yanma prosesinə NÖC-ün göstəriciləri və analizlərin nəticələrinə əsasən nəzarət edilməsi. Analizlərin aparılması. Avadanlıq və kommunikasiyaların işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Avadanlığın təmirdən sonra qəbulu.

Bilməlidir: qazogenerasiya texnoloji prosesinin və xidmət olunan sahənin sxemini; xidmət olunan avadanlığın quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; NÖC-ün təyinatı və quruluşunu; xammal və məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; texnoloji rejimin parametrlərini və prosesin tənzimləmə qaydalarını; nümunələrin götürülməsi qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Sintetik ammonyak istehsalında yarımsu, su, buxar-hava qazının və konversiya edilmiş qazın alınması prosesinin aparılması. Əsas və köməkçi avadanlığa, kommunikasiyalara, armatura, NÖC-ə xidmət edilməsi. Avadanlığa və NÖC-ə texniki xidmət üzrə işlərin aparılması.

Bilməlidir: qazogenerasiya texnoloji prosesini və xidmət göstərilən sahənin sxemini; xidmət göstərilən avadanlığın quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; NÖC-ün təyinatı və quruluşunu; xammal və məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; texnoloji rejimin parametrlərini və prosesin tənzimləmə qaydalarını; nümunələrin götürülməsi qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Texnoloji qazların alınması texnoloji proseslərinin aparılması ilə eyni zamanda qazogenerasiya şöbəsinin daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi (sintetik ammonyak istehsalında). İş təlimatlarına uyğun olaraq texnoloji prosesin idarə edilməsi və tənzimlənməsi. Analizlərin nəticələri və müşahidələrə əsasən prosesin tənzimlənməsi. Əsas və köməkçi avadanlığın təmiri işlərində iştirak edilməsi.

Bilməlidir: qazın alınması texnoloji prosesini və xidmət edilən sahənin sxemini; xidmət olunan avadanlığın quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; NÖC-ün quruluşu və təyinatını; xammal və məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; texnoloji rejimin parametrlərini və prosesin nizamlanması qaydalarını; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını; xammal sərfinin və məhsul çıxışının hesablanması metodikasını.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında qazın təmizlənməsi texnoloji prosesin tənzimlənməsi. Qazın aparatlara verilməsi, aparatların üfürülməsi və mexaniki silkələnməklə təmizlənməsi. Çöküntülərin boşaldılması. Texnoloji avdanlığa xidmət göstərilməsi. Nümunələrin götürülməsi. aparatın təmizlənməsi.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın iş prinsipini; qazın xassələrini.

İşin xüsusiyyətləri. Yerin cazibə qüvvəsinin və mərkəzdənqaçma qüvvənin təsiri altında qazın asılqan hissəciklərdən təmizlənməsi sadə texnoloji prosesinin aparılması. Hazır məhsulun tutulub saxlanılması və ya qazın təmizlənməsi üçün müxtəlif konstruksiyalı aparatlara xidmət göstərilməsi (durulducu kameralar, qazları tordan təmizləyən cihazlar, şlanq süzgəclər, skrubberlər və sairə). Aparatlara fasiləsiz olaraq qazın verilməsi, asılqan hissəciklərin çökdürülməsi, qaz axımının müəyyən edilmiş sürətinin təmin edilməsi, süzgəcdən keçirilmə sürətinin, müəyyən edilmiş qazın təmizlənmə dərəcəsinin, təzyiqin, temperatur rejiminin və prosesin aparılması üçün digər göstəricilərin təmin edilməsi, tozun tutulması. Qazın qovulması. İstehsal sahəsi avadanlığına xidmət göstərilməsi. Avadanlığın işində olan nasazlıqların aradan qaldırılması. Təlimatda nəzərdə tutulan analizlərin yerinə yetirilməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın quruluşunu, iş prinsipini; armatur və kommunikasiyaların sxemini; qazın xassələrini, xidmət göstərilən sahədə texnoloji prosesin mahiyyətini və fiziki-kimyəvi əsaslarını; prosesin tənzimləmə qaydalarını və texnoloji rejimi; analizlərin aparılması metodikasını, nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Orta mürəkkəblikdə qazın təmizlənməsi texnoloji prosesinin aparılması.

Qazın qəbulu, onun ilkin soyudulması, aparatlara verilməsi və aparatlarda suvarma mayesinin bərabər bölüşdürülməsi. Qazın və suvarma mayelərinin temperaturunun, həmçinin hər bir aparatda texnoloji rejimlə müəyyənləşdirilən qatılığın saxlanılması; tozun tutulması, dumanın və digər qatışıqların udulması. Qazın qurudulması və qurudulmuş qazın növbəti aparatlara verilməsi. Damcıların tutulması, yağların və məhlulun regenerasiyası. Yuyucu mayelərin çirkdən təmizlənməsi və soyudulması üçün durulducu çənlərə və soyuduculara ötürülməsi. Temperatur, qatılıq, suvarma sıxlığı, qurudulmuş qazda nəmliyin müəyyən faizdə olması və prosesin aparılması üçün digər göstəricilərin tənzimlənməsi.

Hesablama funksiyalarının yerinə yetirilməsi. Avadanlığın işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən texnoloji prosesə nəzarət edilməsi və onun tənzimlənməsi.

Yuyucu, quruducu, nəmləndirici qüllələrə, kompressorlara, nasoslara, skrubberlərə, soyuduculara, çökdürücü çənlərə, kommunikasiyalara və digər avadanlıqlara xidmət göstərilməsi.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; əsas avadanlığın, NÖC-ün quruluşunu; öz iş yerində armatur və kommunikasiyaların sxemini; qazın və suvarma mayelərin xassələrini; xidmət göstərilən sahədə texnoloji prosesin mahiyyətini və fiziki-kimyəvi əsaslarını; analizlərin aparılması metodikasını; texnoloji rejim parametrlərini və prosesin tənzimləmə qaydalarını.

İş nümunəsi. Qazın tozdan, qatışıqlardan, dumandan arsenli-soda və potaş üsulları ilə, katalitik üsulla, bataqlıq filizi ilə təmizlənməsi və ya onun ammonyak suyu, su və ya digər maye ilə ətalət qüvvəsinin istifadəsi prinsipi ilə işləyən aparatlarda, həmçinin elektrik üsulu ilə quru və yaş süzgəclərdə təmizlənməsi.

İşin xüsusiyyətləri. Qazın təmizlənməsi mürəkkəb texnoloji prosesinin aparılması və ya qazın orta mürəkkəblikdə təmizlənməsi prosesinin aparılması zamanı daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Kontakt aparatına, qazüfürücü cihazlara, kommunikasiyalara, NÖC-ə, hidrogenli konteynerlərə xidmət göstərilməsi.

Yağ və baypas soyuducularına suyun verilməsi. Hidrogenin verilməsindən əvvəl nəmliyi ayıran qurğuların və yüksək təzyiqli xətlərin azotla üfürülməsi. Avadanlığın işinə və sazlığına nəzarət edilməsi. Absorberlərdə suvarmanın sıxlığina, sistemdə olan müqavimətə, qazın doydurulmuş və regenerasiya olunmuş məhlulların, temperatura və sıxlığına, temperatura və səviyyələrin təzyiqinə, monoetanolamin məhlulunun deqazasiya qurğularında olan karbon turşusunda hidrogenin miqdarına nəzarət edilməsi və onların tənzimlənməsi. Avadanlığın quraşdırıldığı yerlərdə NÖC-ün göstəricilərinə əsasən məsafədən idarəetmə pultu vasitəsilə prosesin tənzimləməsi. Nümunələrin götürülməsi və yoxlama analizlərinin aparılması. Məhlulların doydurulması və regenerasiyası, absorbsiya prosesində tələb olunan uducu miqdarının, regenerasiya istilikdaşıyıcısının, suvarma miqdarının hesablamalarının aparılması.

Bilməlidir: xam arqonun, kriptonun təmizlənməsinin texnoloji əsaslarını; kontakt aparatlarının, qazüfürücü cihazların və digər əsas avadanlığın quruluşunu; prosesin tənzimləmə qaydalarını və texnoloji rejim parametrlərini; xammal və hazır məhsulun fiziki-kimyəvi xassələrini; hazır məhsula qoyulan texniki tələbləri; nümunələrin götürülmə qaydalarını, analizlərin aparılması metodikasını.

1. Xam arqonun təmizlənməsi və texniki arqon və kriptonun alınması prosesinin aparılması.

2. Məhsuldarlığı saatda 32000 kub metr və ondan artıq olan qurğuda koks qazının ammonyak-qələvi məhlulu ilə təmizlənməsi prosesinin aparılması.

3. Ammonyak və metonol istehsalıında konvertasiya olunmuş qazın monaetonalamin məhlulları ilə absorberlərdə təmizlənməsi prosesinin aparılması.

İşin xüsusiyyətləri. Qazın təmizlənməsi mürəkkəb texnoloji prosesinin aparılması, daha aşağı ixtisaslı aparatçıların işinə rəhbərlik edilməsi və sahələrin işinin əlaqələndirilməsi. İş təlimatlarına uyğun olaraq texnoloji prosesin idarə olunması və tənzimləməsi. Analizlərin və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Avtomatika sistemlərinin işinə nəzarət edilməsi. Əsas avadanlığın təmirində iştirak edilməsi.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; əsas avadanlığın və NÖC-ün quruluşunu, onlara xidmət göstərilən qaydalarını və onların iş prinsipini; armatur və kommunikasiyaların sxemini; qazların və suvarma mayelərin xassələrini; analizlərin aparılması metodikasını; prosesin tənzimləmə qaydalarını və texnoloji rejim, parametrlərini; xammal və hazır məhsula olan dövlət standartlarını.

İşin xüsusiyyətləri. Qələvisizləmə prosesinin ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsi. Xammalın xırdalanması və verilməsi. Xammalın yüklənməsi, aparata həlledicinin tökülməsi. Qarışdırılma. Məhlulun çökdürülməsi və süzülməsi təmizlənməsi. Buxarlandırma və kristallaşdırma yolu ilə əsas maddənin məhluldan ayrılması, həlledicinin buxarının tutulması. Şlam və duzların boşaldılması. Nümunələrin götürülməsi. Reaktorlara, aparatlara (diffuzerlərə), buxar, su, qələvi kommunikasiyalarına, nasoslara xidmət edilməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: xidmət olunan sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlıqların, iş prinsipini; xammalın xassələrini; armatur və kommunikasiyaların sxemini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Texnoloji qələvisizləşdirmə prosesinin aparılması. Prosesin sürətləndirilməsi və məhlulun tələb olunan qatılıqda alınması üçün müəyyən temperaturun saxlanılması. Dekantasiyaya (tökmə yolu ilə məhluldan çöküntülərin ayrılması) daxil olan məhlulun təzyiqi və qatılığına nəzarət edilməsi. Analizlərin aparılması. NÖC-ün göstəriciləri və analizlərin nəticələrinə əsasən prosesə nəzarət edilməsi və onun tənzimlənməsi. Texnoloji avadanlıq və NÖC-ə xidmət edilməsi. avadanlığın işindəki nasazlıqların aradan qaldırılması. Avadanlığın təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: xidmət edilən sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün iş prinsipini; armatur və kommunikasiyaların sxemini; xammalın xassələrini; texnoloji prosesin fiziki-kimyəvi xassələri və mahiyyətini; texnoloji rejim və nümunələrin götürülməsi metodikasını.

İşin xüsusiyyətləri. Litopon istehsalında qələvisizləmə prosesinin aparılması və ya texnoloji qələvisizləmə prosesinin aparılmasında aşağı dərəcəli aparatçıların işinə nəzarət edilməsi və onların işinin əlaqələndirilməsi. aşındırıcı natrium qələvisi məhlulu vasitəsilə elastik poliuretanın məsamələrinin açılması, sonra sirkə turşusu ilə neytrallaşdırılması və süzgəclərin su ilə yuyulması texnoloji prosesinin aparılması. Süzgəc üçün nəzərdə tutulan maddələrin hazırlanması və onların süzgəcə yüklənməsi. Xammalın çənlərə doldurulması, qələvisizləmə vannasına həlledicinin tökülməsi, qarışdırılıması və tələb olunan qatılıqda məhlulun alınması. Qələvisizləmə, neytrallaşdırma, yuma, sıxma, qurutma proseslərinin aparılması. Xammalın yüklənməsi zamanı havanın təzyiqinə, neytrallaşdırma vannasında sirkə turşusu məhlulunun qatılığına, qurutma kamerasında temperatura nəzarət edilməsi. Süzgəclərin qablaşdırılması. NÖC-ün göstəriciləri və analizlərin nəticələrinə görə prosesə nəzarət edilməsi və onun tənzimlənməsi. Monjuslara, vannalara, qələvi, buxar, su və turşu kommunikasiyalarına, NÖC-ə xidmət edilməsi.

Bilməlidir: xidmət olunan sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün iş prinsipini; armatur və kommunikasiyaların sxemini; xammalın xassələrini; texnoloji prosesin fiziki-kimyəvi xassələrini və mahiyyətini; texnoloji rejimi və nümunələrin götürülməsi qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Quruducu sobalarda şüşəlifli materialların, mis və nikel kuporosunun qurudulması prosesinin aparılması. Nəm məhsulun qəbulu və hazırlanması. Məhsulun quruducu sobaya doldurulması. Məhsulun boşaldılması. Avadanlığa xidmət göstərilməsi. avadanlığın təmizlənməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; məhsul və köməkçi materialların texnoloji və fiziki-kimyəvi xassələrini; xammal və hazır məhsula qoyulan tələbləri.

İşin xüsusiyyətləri. Müstəqil olaraq xüsusi kameralarda və konveksiya quruducu cihazlarında rezin məmulatların qurudulması prosesinin aparılması; süni qaragül, viskoz lif və sentrolitin kamera və kanal quruducu cihazlarında və ya misammonyak və xlorin liflərin texnoloji qurudulması prosesinin aparılması. Sink stearatinin alınmasında qurutma prosesinin aparılması, bərk dənəvər maddələrin və ya məmulatların adi kalorifer, vakuum, infraqırmızı, boru quruducu aparatlarda daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında qurutma prosesinin aparılması.

Xammal və materialların hazırlanması. Məhsulun aparata doldurulması. Hazır məhsulun boşaldılması, anbara yığılması. Texnoloji avadanlığa xidmət göstərilməsi. Avadanlığın təmirə verilməsi.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; məhsul və köməkçi materialların fiziki-kimyəvi və texnoloji xassələrini; xammal və hazır məhsula qoyulan tələbləri; nümunələrin götürülmə qaydalarını.

1. Separatorun rezin örtüyünün, karkasların idman velosipedi şinlərinin, bərpa olunan təkərlərin və digər rezin məmulatlarının qurudulması.

2. Barium hidroksidi, barium karbonatı və stronsium karbonatının adi quruducu aparatlarda və ya daha ixtisaslı aparatçının rəhbərliyi altında mürəkkəb konstruksiyalı aparatlarda qurudulması.

İşin xüsusiyyətləri. Bərk dənəvər maddələrin və ya məmulatların adi kalorifer, vakuum, infraqırmızı, boru quruducu aparatlarda (qüllələr, barabanlar, şkaflar, lentli maşınları və sairə) və ya mürəkkəb konstruksiyalı aparatlarda daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında texnoloji qurudulması prosesinin aparılması. İş təlimatına uyğun olaraq tunel və lent tipli quruducu aparatlarda müxtəlif növ kimyəvi liflərin qurudulması.

Məhsulun xırdalanması, səpilməsi, qablaşdırılması, nəql edilməsi və hazır məhsulun anbara yığılması.

Odluğa xidmət göstərilməsi: yanacağın doldurulması, qurutmanın istilik rejiminin saxlanılması.

Fasiləsiz istehsal prosesi zamanı nəm məhsulun quruducu aparata bərabər verilməsinə nəzarət edilməsi. Lent tipli quruducularda transportyor lentinin sürətinə nəzarət edilməsi və onun tənzimlənməsi. Temperatur rejiminin, buxarın, havanın verilməsinin NÖC ilə tənzimlənməsi. Nümunələrin götürülməsi, NÖC-ün göstəricilərinə əsasən avadanlığın fasiləsiz işinə nəzarət edilməsi.

Quruducu aparat və digər xidmət göstərilən avadanlığın işə salınması və dayandırılması. Avadanlıq və kommunikasiyaların işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Avadanlığın təmirdən qəbul edilməsi.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu; armatur və kommunikasiyaların sxemini; məhsulun, texnoloji yanacağın, sürtkü və digər köməkçi materialların fiziki-kimyəvi və texnoloji xassələrini; xammal və hazır məhsula qoyulan tələbləri; prosesin tənzimləmə qaydalarını və texnoloji rejim parametrlərini; nümunələrin götürülmə qaydalarını.

1. Barium hidroksid, barium karbonat və stronsium karbonatın mürəkkəb konstruksiyalı quruducu aparatlarda qurudulması.

2. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etməklə ferment istehsalının əlavə məhsulların qurudulması prosesinin aparılması.

İşin xüsusiyyətləri. Bərk dənəvər maddələrin və ya texnoloji rejimin dəqiq gözlənilməsini tələb edən məmulatların (partlayıcı və tezalışan, zəhərli və bahalı) mürəkkəb konstruksiyalı quruducu aparatlarda (baraban, tunel, tozlandırıcı, hərlənən turbin, vakuum quruducu cihazlar, sublimasiya, liofil və digər) texnoloji qurudulması prosesinin aparılması və ya qurutma prosesinin dondurulma və “qaynayan təbəqə” üsulları ilə aparılması və ya lifın qurudulması, termosabitləşdirilməsi və ya çəkilməsi texnoloji prosesinin iş təlimatına uyğun olaraq aparılması.

Qurudulan məhsulun qarışdırılması, soba qazlarının, havanın və buxar və ya kondensatın çıxarılması; tozun və ya buxarların tutulması.

Aqreqatın əyici hissəsindən turnanın qəbul edilməsi (lifin qurudulması zamanı), onun quruducu aparatların barabanlarına, antistatik ionizatora, termosabitləşdirmə və ya qaynar çəkilmə qurğusuna, büzmələmə və kəsmə maşınına keçirilməsi. NÖC-ün göstərişinə və analizlərin nəticələrinə əsasən texnoloji rejim parametrlərinin (nəmliyin miqdarı, təzyiq, vakuum, daxil olan və çıxan qazın temperaturu, yanacağın sərfi) tənzimlənməsi və nəzarət edilməsi. Analizlərin aparılması; texnoloji rejim pozuntularının aşkar edilməsi və aradan qaldırılması. Yanacaq sərfinin və alınan məhsulun miqdarının uçotunun aparılması. Quruducu aparat, ventilyator, odluq, şnek, siklon, boyler qurğusu və digər avadanlığa xidmət göstərilməsi. Aparatların mürəkkəb olmayan təmirinin aparılması. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: texnoloji prosesi və xidmət göstərilən sahənin sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün, idarəetmə lövhəsinin quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; xammalın texnoloji və fiziki-kimyəvi xassələrini; prosesin tənzimləmə qaydalarını və texnoloji rejimi; analizlərin aparılması metodikasını və nümunələrin götürülmə qaydalarını; xammal və hazır məhsula qoyulan tələbləri.

1. Vakuum-baraban, sublimasiya, lent, tozlandırıcı quruducu cihazlarda mikrobioloji sintez preparatlarının qurudulması texnoloji prosesinin daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında aparılması.

İşin xüsusiyyətləri. Dənəvərlənmiş polietilentereftalatın, dənəvərlənmiş superfosfatın, nitrofoskun, polixlorvinil qətranının müxtəlif tipli quruducu aparatlarda, sintetik kauçukun çoxgedişli quruducu aqreqatlarda, sintetik yuyucu vasitələr, kalsium paktotenat istehsalında qurudulması prosesinin aparılması; və ya fasiləsiz iş rejimində işləyən quruducu cihazlarda üçdən artıq məhsulun qurudulması (anilin-boya istehsalı); və ya məhsulun “qaynayan təbəqə” üsulu ilə, poliasetat qətranının poliformaldehid, fosforit konsentratı istehsalında qurudulması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçıya rəhbərlik edilməsi.

İş təlimatına uyğun olaraq texnoloji prosesin idarə edilməsi və tənzimlənməsi. Yoxlama analizlərinin aparılması. Avadanlığın vəziyyətinə və işinə, NÖC-ün göstəricilərinə nəzarət edilməsi. Analizlərin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Xammal sərfinin və hazır məhsulun çıxışının ölçülməsi. Analizin nəticələrinə əsasən onların keyfiyyətinin müəyyənləşdirilməsi. Əsas və köməkçi avadanlığın təmir işlərində iştirak edilməsi.

Bilməlidir: qurutma prosesinin texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün konstruksiyasını; armatur və kommunikasiyaların sxemini; xammalın fiziki-kimyəvi və texnoloji xassələrini; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını; nümunələrin götürülmə qaydalarını və analiz aparılması metodikasını; xammal və hazır məhsula qoyulan texniki şərtləri və dövlət standartlarını.

İşin xüsusiyyətləri. Lakla dolu qablara batırmaqla, fırça və ya pulverizator ilə məmulatların daxili və xarici səthinə bərabər lak qatını çəkməklə məmulatların laklanması.

Məmulatların laklanma üçün hazırlanması - laklanma yerinə nəql edilməsi, çeşidlərə ayrılması, təmizlənməsi. Lakın və mexanizmlərin hazırlanması. Ventilyasiyanın işə salınması. Havanın pulverizatora və kasseti fırladan mexanizmə verilməsi. Qurudulmaq üçün məmulatların xüsusi stellajlarda yerləşdirilməsi. Məmulatların qablaşdırılması. Laklanmış məmulatların növbəti əməliyyatlara ötürülməsi.

Bilməlidir: laklanma qaydalarını; laklanmaya hazırlıq mərhələsində əməliyyatın aparılması ardıcıllığını; lakin xassələrini; hazır məmulatlar olan texniki şərtlərini.

İşin xüsusiyyətləri. Laklayıcı maşında və ya laklayıcı-quruducu aqreqatda daha yüksək ixtisaslı laklayıcıların rəhbərliyi altında örtük materiallarının və ya süni dəridən olan lövhələrin laklanması texnoloji prosesinin aparılması. Aqreqatın texniki sazlığının yoxlanılması və onun işə hazırlanması. Açma qurğularında rulonların bərkidilməsi; keçirici mexanizmlər vasitəsilə lentin maşına və sarıyıcı mexanizmə salınması; örtüyün qırıq yerlərinin birləşdirilməsi. Lakın dövr etməsinə, lakın bərabər çəkilməsinə, yarımfabrikatın dartılmasına, örtüyün sarılmasına, vallar arasındakı məsamələrə, quruducu kamerada temperatura NÖC-ün köməyi ilə nəzarət edilməsi və onların tənzimlənməsi. Avadanlığa qulluq göstərilməsi.

Bilməlidir: laklanma texnoloji prosesini və lentin salınma sxemini; laklayıcı maşının və NÖC-ün quruluşunu və iş prinsipini; armaturun və kommunikasiyaların sxemini; yarımfabrikat və lakın fiziki-kimyəvi və texnoloji xassələrini; örtüyə qoyulan tələbləri; laklanma rejiminin texnoloji parametrlərini və prosesin tənzimlənmə qaydalarını; avadanlığa qulluq göstərilmə rejimini.

İşin xüsusiyyətləri. Sellofan örtüyün və ya süni dəridən olan lövhələrin laklanması prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı laklayıcılara rəhbərlik edilməsi. İş təlimatına uyğun olaraq lakın hazırlanması, lak həlledicilərin regenerasiyası. Sellofan örtüyün keyfiyyətinə, maşında olan temperatura və nəmliyə, ventilyatorlara havanın verilməsinə, örtüyə çəkilən lakın keyfiyyətinə uyğun olaraq laklayıcı maşının laklama sürət zonalarına və hidromexanizmin ümumi sürətinə nəzarət edilməsi və onların tənzimlənməsi. Çəkilən lakın miqdarı və məhsul çıxışı nəzərə alınmaqla örtüyün metr nömrəsinin hesablanması. Hazır məhsul uçotunun qeydiyyatının aparılması və istehsal jurnalında qeydlərin aparılması.

Bilməlidir: sellofan örtüyün laklanması texnoloji prosesini, lakın hazırlanması və həlledicilərin regenerasiyası üsullarını; prosesin tənzimləmə qaydalarını; avadanlığın quruluşunu və iş prinsipini. Laklanmış örtüyün metr nömrəsinin çıxışının hesablanması metodikasını.

İşin xüsusiyyətləri. Sellofan örtüyün və şüşə plastik məmulatlarının laklanması prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı laklayıcılara rəhbərlik edilməsi, sellofan örtük şüşə plastik məmulatlarının laklanması sahəsinin işinə nəzarət edilməsi və onun tənzimlənməsi, həmçinin iş təlimatına uyğun olaraq ikiəsaslı polietilentereftalat örtüyünün laklanması texnoloji prosesinin aparılması; poliamid örtüyün və onun əsasında laylı materialların laklayıcı maşında laklanması texnoloji prosesinin aparılması.

Buraxılan məhsulun növündən asılı olaraq laklayıcı maşının işə hazırlanması və sazlanması. Maşının bütün hissələrinin texniki sazlığının yoxlanılması və onların sinxron işinin tənzimləməsi. Avadanlığın işində xırda nasazlıqların aradan qaldırılması.

Bilməlidir: laklanma texnoloji prosesini; lakın hazırlanması və həlledicilərin regenerasiya üsullarını; avadanlığın quruluşunu və istismar qaydalarını; laklanmış örtüyün metr nömrəsinin çıxışının hesablanması metodikasını.

İşin xüsusiyyətləri. Sarımanın eni və qalınlığının dəqiq gözlənilməsi tələb olunmayan material və yarımfabrikatların (plyonkalar, hopdurulmuş və hopdurulmamış parçalar, kağız, şnurlar, iplik saplar, məftillər, tekstolit vtulkalar, sarğı materialları və sairə) sanması, həmçinin daha yüksək ixtisaslı sarıyıcının rəhbərliyi altında ayrı-ayrı sarıma işlərinin yerinə yetirilməsi.

Materialın hazırlanması: gətirilməsi, sortlara ayrılması, isladılması. Makara, bobina və ştanqların, gətirib çıxarılması. Maşının təmizlənməsi. Materialın qüsurlarının aradan qaldırılması, kənarların kəsilməsi, ştanqların, markaların dəyişdirilməsi.

Bilməlidir: sarğı mexanizmlərinin quruluşu və iş prinsipini haqqında əsas məlumatları; sarğının keyfiyyətinə qoyulan əsas tələbləri; material və yarımfabrikatın növlərini və sortlarını, sarıma üsullarını.

İşin xüsusiyyətləri. Sarımanın eni qalınlığının dəqiq gözlənilməsi tələb olunan material və yarımfabrikatların (plyonkalar, hopdurulmuş və hopdurulmamış parçalar, kağız və sairə) müxtəlif növlərdən olan sarğı qurğularında və ya əl ilə sarınması. Sarğı və nəqliyyat qurğularının sazlanması və işə hazırlanması. Sarğı qurğularının doldurulması; materialın maşına salınması. Maşının, işə salınması, dayandırılması və təmizlənməsi. Sarğı maşınlarının işinə, sayğacın sazlığına, sarğının keyfiyyətinə nəzarət edilməsi.

Bilməlidir: sarğı mexanizmlərinin və NÖC-ün quruluşunu, iş prinsipini, və onların tənzimləmə qaydalarını; sarğının keyfiyyətinə qoyulan əsas tələbləri; material və yarımfabrikatın növlərini və sortlarını, sarıma üsullarını.

İşin xüsusiyyətləri. Kauçuk lentinin şüşə lifindən istilik-səs keçirməyən, ştapel şüşə lifli materiala, avtodayanma qurğusu ilə cunanın dolayıcı maşına, eləcə də eyni materialının rulonlara sarınması, avtomat dayandırılma rejimli maşında tənzifin sarınması, həmçinin çapın və şəkillərin keyfiyyətinə nəzarət etməklə çap kağızının sanması.

Bilməlidir: sarğı mexanizmlərinin və NÖC-ün quruluşunu; sarğının keyfiyyətinə qoyulan əsas tələbləri; material və yarımfabrikatların növlərini və sortlarını; sarma üsullarını; materialların əsas xassələrini.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında mayenin təmizlənməsi texnoloji prosesinin ayrı-ayrı əməliyyatlarının aparılması.

Mayenin təzyiq baklarına, tutumlara yığılması, reagentlərin aparatlara yüklənməsi. Nümunələrin götürülməsi. Aparatların şlamdan təmizlənməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; xidmət göstərilən sahədə avadanlığın quruluşunu və iş prinsipini; xammal və yarımfabrikatların xassələrini.

İşin xüsusiyyətləri. Mayelərin təmizlənməsi sadə texnoloji prosesinin aparılması və çirkab suların reagentlərin köməyi ilə çökdürmə, durultma, neytrallaşdırma, kaoqulyasiya, süzmə, sentrifuqa vasitəsilə tərkib hissələrinə bölmə, bərpa edilmə yolu ilə çirkab suların reagentlərin köməyi ilə fenolsuzlaşdırılması. Təmizlənən mayelərin qızdırılması, qarışdırılması. Zəruri hallarda mayelərin həll olunmuş qazlardan vakuum və üfürmə kolonkalarında ilkin təmizlənməsi. NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən temperatura, təzyiqə, mayenin səviyyəsinə, pH, qatılığa nəzarət edilməsi və onların prinsip tənzimlənməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: istehsalın texnoloji sxemini; avadanlıq və NÖC-ün quruluşunu və işini; iş yerində armatur və kommunikasiyaların sxemini; xammal və yarımfabrikatın xassələrini; prosesin tənzimləmə qaydalarını; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Mayenin təmizlənməsi mürəkkəb texnoloji prosesinin aparılması və çirkab suların fenolsızlaşdırılması və daha aşağı ixtisaslı aparatçıların işinə rəhbərlik edilməsi.

Məhlulların hazırlanması. NÖC-ün göstəricilərinə nəzarət edilməsi. Analizlərin aparılması. Avadanlığın işinə və saz vəziyyətdə olmasına nəzarət edilməsi. Texnoloji rejim pozuntularının aşkar edilməsi və aradan qaldırılması. avadanlığın təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; avadanlığın və NÖC-ün quruluşunu; armatur və kommunikasiyaların sxemini; xammal, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi xassələrini; prosesin tənzimlənməsi qaydalarını; nümunələrin götürülmə qaydalarını.

1. Antibiotiklər, bakpreparatlar, poliqlüken və digər biosintez preparatları istehsalında mayelərin təmizlənməsi.

2. Silisiumlu üzvi mayelərin təmizlənməsi.

3. Turşu mühitində bromlu duz məhlulların civə-qatışığın dan hiposulfitlə təmizlənməsi.

4. Tartarat turşusu məhlullarının təmizlənməsi.

5. Hidrogen peroksidi məhlulunun elektrokimya üsulu ilə təmizlənməsi.

6. Litopon istehsalında sink kuporosu məhlulunun təmizlənməsi.

İşin xüsusiyyətləri. Mayelərin təmizlənməsi mürəkkəb texnoloji prosesinin aparılması və daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi. İş təlimatlarına uyğun olaraq texnoloji prosesin idarə edilməsi. Analiz və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Tənzimləyici vasitələrin idarə edilməsi. Avadanlığın işə hazırlanması. Avadanlığın vəziyyətinə nəzarət edilməsi. Avadanlığın təmirində iştirak edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; avadanlıq və NÖC-ün quruluşunu və onlara xidmət göstərilməsi qaydalarını; sahədəki armatur və kommunikasiyaların sxemini; prosesin tənzimləmə qaydalarını; analizlərin aparılması metodikasını; xammala olan dövlət standartlarını.

Orta ixtisas təhsili tələb olunur.

İş nümunəsi. Əridilmiş kükürdün, xam toluol fraksiyalarının, pirobenzolun, kerosinbenzolun, azot turşusunun və digər analoji yanğın və partlayış təhlükəli mayelərin sulfat turşusu ilə təmizlənməsi.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında merserizasiya texnoloji prosesinin aparılması. Sellülozun daşınmasında istifadə olunan /elektrik tellərinə, elektrik kranlarına və digər mexanizmlərə xidmət göstərilməsi. Sellülozun çəkilməsi və merserizasiyaya çatdırılması; topaların açılması və ya sellüloz paçkalarının yüklənmə üçün hazırlanması. Sellülozun fasiləsiz merserizasiyaya qurğusunun qidalandırıcısına verilməsi. Sellüloz paçkalarının merserizasiya preslərinə yüklənməsi. Torta sellülozun xırdalayıcı qurğulara və ya transportyorlara boşaldılması. Avadanlığa xidmət göstərilməsi.

Bilməlidir: sellülozun merserizasiyası texnoloji prosesini və xidmət göstərilən sahənin sxemini; merserizasiya preslərinin və ya fasiləsiz merserizasiya qurğularının, transportyorların, elektrik tellərin, elektrik kranların, avtokarların və digər nəqliyyat vasitələrin quruluşunu və iş prinsipini; sellülozun istifadə olunan qələvinin və torta sellülozun fiziki-kimyəvi xassələrini; onlara qoyulan tələbləri; sellülozun merserizasiyasında zay məhsulun növlərini, onların yaranması səbəblərini, aşkar edilməsi və aradan qaldırılması üsullarını.

İşin xüsusiyyətləri. İş təlimatına uyğun olaraq merserizasiya preslərində sellülozun texnoloji merserizasiya prosesinin aparılması. Merserizasiya aparaturasının işə salınması və dayandırılması. Sellülozun merserizasiyası zamanı qələvinin dozalara bölünməsi, işlənmiş qələvinin soda stansiyasına nəql edilməsi. NÖC-ün göstəricisinə və vizual müşahidələrə əsasən sellülozun yüklənməsinə istifadə olunan və qələvinin merzerasiyaya verilməsinə, torta sellülozun sıxılmasına, qələvinin ucluğun yuyulması üçün verilməsinə, sıxılmış havanın sıxlaşdırıcı aparatlara verilməsinə, sıxıcı valın dövretmə sayma nəzarət edilməsi və onların tənzimlənməsi. Avadanlığın işində çatışmazlıqların aradan qaldırılması. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: sellülozun merserizasiya texnoloji prosesini xidmət göstərilən sahənin sxemini; istismar olunan avadanlığın quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; sellülozun, istifadə olunan qələvinin və torta sellülozun fiziki-kimyəvi xassələrini, onlara qoyulan tələbləri; prosesin tənzimləmə qaydalarını, texnoloji rejim parametrlərini; sellülozun merserizasiyası zamanı alınan zay məhsulun növlərini və onun əmələ gəlmə səbəblərini.

İşin xüsusiyyətləri. Fasiləsiz hərəkətli qurğularda sellülozun merserizasiyası texnoloji prosesinin aparılması və ya sellülozun merserizasiyası prosesinin, merserizasiya preslərində torta sellülozun sıxılması, onun xırdalanması və hazır hala salınması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi. Merserizatorun, qomogenizatorun, sıxıcı presin, xırdalayıcının hazırlanması, qarışdırıcı cihazların sazlığının, torların, yapışqanlamanın, valların, soyuğun və istiliyin verilmə sistemlərinin (temperasiyası müəyyən edilmiş suyun), natrium hidroksid məhlulunun yoxlanılması, xammalın yüklənilməsi, qələvinin müəyyən sürətdə verilməsi. Temperatur rejiminə, sellülozun merserizasiyasının vaxtına və keyfiyyətinə, xırdalanmasına və hazır hala çatdırılmasına nəzarət edilməsi və onların tənzimlənməsi. Qarışdırıcı cihazların iş rejimlərinin tənzimlənməsi; müntəzəm olaraq qarışdırıcı cihazların dayandırılması və bir-birinə əks istiqamətlərdə işə salınması. Merserizatorların, qomoqenizatorların iş rejimlərinin tənzimlənməsi. Merserizasiya prosesinə sellülozun və qələvinin verilməsinin, sıxılmağa verilən torta sellülozun miqdarının hesablanması. Məhsul emalı uçotunun aparılması. Avadanlıq və kommunikasiyaların işində çatışmazlıqların aşkar edilməsi və aradan qaldırılması. Avadanlığın təmirə verilməsi və təmirdən qəbul edilməsi.

Bilməlidir: sellülozun merserizasiyası texnoloji prosesini, torta sellülozunun xırdalanması və hazır hala qədər çatdırılması texnoloji prosesini, xidmət göstərilən sahənin sxemini; avadanlığın quruluşunu və iş prinsipini; texnoloji rejimi parametrlərini və prosesin tənzimləmə qaydalarını, sellülozun, qələvinin və torta sellülozun fiziki-kimyəvi xassələrini; onlara qoyulan tələbləri; merserizasiya zamanı çıxan zay məhsulun növlərini, onun əmələ gəlmə səbəblərini, aşkar edilməsi və aradan qaldırılması yollarını; yüklənən komponentlərin hesablanması metodikasını.

İşin xüsusiyyətləri. Daha aşağı ixtisaslı aparatçıların işinə rəhbərlik etməklə fasiləsiz işləyən qurğularda etil sellülozun və torta sellülozunun merserizasiyası texnoloji prosesinin aparılması. Merserizasiya texnoloji prosesinin aparılmasına, fasiləsiz işləyən qurğularda sellülozun sıxılması və xırdalanmasına nəzarət edilməsi. Sellüloz qatışığın m hazırlanması, qatışığın orta göstəricilərinin hesablanması, qatışığın hazırlanması prosesinin dəqiq gözlənilməsinə nəzarət edilməsi. Xammal sərfinin və hazır məhsulun uçotunun aparılması; yanaşı sahələrlə əlaqə yaradılması.

Bilməlidir: sellülozun merserizasiyası texnoloji prosesini, torta sellülozunun xırdalanması və hazır hala qədər çatdırılması texnoloji prosesini, xidmət göstərilən sahənin sxemini; avadanlığın quruluşunu və iş prinsipini; texnoloji rejim parametrlərini və prosesin tənzimləmə qaydalarını; xammala qoyulan texniki tələbləri; merserizasiya zamanı çıxan zay məhsulun növlərini, onun əmələ gəlmə mənbələrini, aşkar edilməsi və aradan qaldırılması yollarını. Yüklənən komponentlərin hesablanması metodikasını.

İşin xüsusiyyətləri. Metoksilləşdirmə prosesinin ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsi. Xammal və yarımfabrikatların hazırlanması. Onların aparatlara yüklənilməsi. Hazır məhsulun boşaldılması. Nümunələrin götürülməsi. Reaksiya avadanlığına xidmət göstərilməsi. Avadanlığın işə hazırlanması.

Bilməlidir: metoksilləşdirmə texnoloji prosesinin mahiyyətini; xidmət göstərilən sahədə köməkçi avadanlığın iş prinsipini; armatur və kommunikasiyaların sxemini; xammal, yarımfabrikat və hazır məhsulun texnoloji və fiziki-kimyəvi xassələrini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Üzvi birləşmələrin metoksilləşdirmə texnoloji prosesinin aparılması. Xammal və yarımfabrikatların dozalara bölüşdürülməsi və reaksiya aparatlarına verilməsi; təsdiq olunmuş rejimə uyğun metoksilləşdirmə, reaksiya kütləsinin boşaldılması və ya digər texnoloji sahəyə verilməsi. Texnoloji təlimatda nəzərdə tutulmuş digər proseslərin (natrium metilatın alınması, kristallaşdırılması, distillə edilməsi, süzülməsi, çökdürülməsi, təbəqələrə ayrılması) yerinə yetirilməsi. Hazırlıq işləri; germetikliyin yoxlanılması və armatur, kommunikasiyalar və avadanlığa (reaktorlara, bölücü qıflara, sentrifuqalara, vakuum-aparatlara, süzgəclərə və digər avadanlığa) xidmət göstərilməsi. NÖC-ün göstərişinə və analizin nəticələrinə əsasən prosesə nəzarət edilməsi və onun tənzimlənməsi; xammal sərfinin və məhsul çıxışının uçotunun aparılması. Təlimatda nəzərdə tutulan analizlərin yerinə yetirilməsi. Avadanlığın təmirə verilməsi və təmirdən qəbul edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; normal texnoloji rejimi; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini; xammal, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi xassələrini və onlara qoyulan tələbləri; metoksilləşdirmə prosesinin tənzimləmə üsullarını. Nümunələrin götürülmə qaydalarını, analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etməklə metoksilləşdirmə texnoloji prosesinin aparılması. İş təlimatlarına uyğun olaraq texnoloji prosesin idarə olunması tənzimlənməsi. Analizlərin və müşahidələrin nəticələrinə əsasən prosesin təshih edilməsi. Yoxlama analizlərinin aparılması. Xammalın sərfinin və hazır məhsul çıxışının hesablanması, analizlərin nəticələrinə görə onların keyfiyyətinin müəyyənləşdirilməsi, NÖC-ün və avtomatika vasitələrinin göstəricilərinə, avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi. Avadanlıq və kommunikasiyaların kiçik təmirinin yerinə yetirilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini, xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini; xammal, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi, texnoloji xassələrini və onlara qoyulan tələbləri; metoksilləşdirmə prosesinin tənzimləmə üsullarını və analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Qapaq, çıxartma düyməsi və örtük ilə aerozol balonunun yığılması.

Bilməlidir: istifadə olunan alət və mexanizmlərin quruluşunu və təyinatını; təzyiq altında işləyən mexanizm və avtomatların istismar qaydalarını.

İşin xüsusiyyətləri. Məhsulun aerozol qaba yığılmasına aid bütün kompleks işlərin istehsalın ayrı-ayrı mərhələləri üzrə yerinə yetirilməsi.

Boş balonların vibrasiya masasına quraşdırılması və onların daşınmasına nəzarət edilməsi. Məhsulun balonlara avtomatik doldurulmasına, doldurulmuş balonlara sorucu borucuqlarla təchiz olunmuş qapaqların düzgün quraşdırılmasına və qalpaqların qıraqlarının avtomatik bərkidilməsinə nəzarət edilməsi. Yüksək təzyiqli nasosun işinə, qapağın avtomatik bağlanmasına və freonun balonlara təzyiqli doldurulmasına nəzarət edilməsi. Su vannasında aerozolların germetikliyinin termik yoxlanılması. Xüsusi qurğuların istifadəsilə aerozol qapağın əl ilə yığılması. Texnoloji rejim normaları pozuntularının aşkar edilməsi və aradan qaldırılması.

Bilməlidir: istifadə olunan alət və mexanizmlərin quruluşunu və təyinatını; aerozol istehsalı texnoloji prosesinin fiziki-kimyəvi əsaslarını və mahiyyətini; xammal komponentlərinin sərfi normalarını; onların dozalara bölünməsi ardıcıllığım; təzyiq altında işləyən avtomat və mexanizmlərin istismar qaydalarını.

İşin xüsusiyyətləri. Quraşdırma avtomatlarında aerozol qapaqların yığılması. Qapaq hissələrinin avtomata verilməsi. Qapağın bütün hissələrinin beş mövqedən iki quraşdırma disklərində eyni vaxtda komplektləşdirilməsi. Lubrikatora yağı tökməklə ayırıcı cihazların tənzimlənməsi. Detalların avtomatik seçilib ayrılması. Havanın verilməsi sisteminin və hesablama sisteminin tənzimlənməsi. Avtomatın təmirində iştirak edilməsi. Hazır məmulatın təhvil verilməsi. Bütün doldurma xəttində aşağı ixtisaslı yığıcılara rəhbərlik edilməsi.

Bilməlidir: quraşdırıcı avtomatın quruluşunu və iş prinsipini; hissələrin yığılmasına qoyulan tələbləri; hissələrin yığılmaqla verilməsinin sxemini; quraşdırıcı avtomatın iş rejimini; detalların avtomatik və mexaniki üsulla seçilib ayrılmasının tənzimlənməsi üsullarını; təzyiqin tənzimlənməsi və hazır hissələrin verilməsi sistemini.

İşin xüsusiyyətləri. Analizlərin nəticələrinə və NÖC-ün göstəricilərinə əsasən xidmət göstərilən sahədə texnoloji prosesin gedişinə nəzarət edilməsi. Təlimat kartına uyğun olaraq aparatçılar tərəfindən texnoloji reqlamentin gözlənilməsinə nəzarət edilməsi. İşləyən avadanlığın texniki vəziyyətinin qiymətləndirilməsi. Nümunələrin vaxtında və düzgün götürülməsinə nəzarət edilməsi. Texnoloji dayanmalardan, təmizləmələrdən və təmirlərdən sonra avadanlığın qəbulunda iştirak edilməsi.

Bilməlidir: istehsal olunan məhsulun çeşidini; texnoloji prosesin parametrlərini; xidmət göstərilən sahədə avadanlıq və NÖC-ün quruluşunu, iş prinsipini; nümunələrin götürülmə qaydalarını və analizlərin aparılması metodikasını; avadanlığın vəziyyətinin buraxılan məhsulun keyfiyyətinə təsirini; hazır məhsula olan dövlət standartlarını və texniki şərtləri.

İşin xüsusiyyətləri. Xidmət göstərilən sahədə yoxlama kartları qrafiklərinə, şəbəkə qrafiklərinə və texniki nəzarət kartlarına əsasən texnoloji prosesə nəzarət edilməsi. Riyazi statistika metodu əsasında texnoloji və analitik məlumatların işlənilməsi. Texnoloji prosesin gedişi və ondan kənarlaşmalar haqqında növbə ustasına (növbə rəisinə) məlumatın verilməsi. Zəruri halda texnoloji parametr pozuntuları haqqında xəbərdaredici siqnalın verilməsi və onların aradan qaldırılması barədə tövsiyələrin verilməsi. Korlanmış sayıla bilən məhsulun ayrılması. Texnoloji prosesin pozulması səbəblərinin qaldırılması üçün əlavə nəzarət tədbirlərinin təşkil edilməsi. Texnoloji proses parametrlərindən və ya ilkin xammal göstəricilərindən kənarlaşmalar zamanı texnoloji prosesə mümkün təsir variantlarını nəzərdə tutan diaqnostik kartotekanın tərtib edilməsi. Daha aşağı ixtisaslı nəzarətçilərə rəhbərlik edilməsi və onlara təlimat verilməsi.

Bilməlidir: xidmət göstərilən sahədə texnoloji reqlamenti; avadanlıq və NÖC-ün kinematik sxemlərini; riyazi statistika metodlarını; diaqnostik kartoçkaların tərtib edilməsi prinsiplərini; müşahidə analizləri və hesablama üsullarını; yoxlama kartların tərtib edilməsi və aktların tərtib edilməsi qaydalarını.

İşin xüsusiyyətləri. Turşuların, müxtəlif məhlulların və başqa məhsulların qələvi, ammonyak və başqa neytrallaşdırıcı vasitələrlə neytrallaşdırılması texnoloji prosesinin ayrı-ayrı əməliyyatlarının aparılması və ya torta məhlullarının turşularla neytrallaşdırılması texnoloji prosesinin daha yuxarı ixtisaslı aparatçının rəhbərliyi altında yerinə yetirilməsi. Komponentlərin aparata yüklənməsi. Hazır məhsulun boşaldılması. Nümunələrin götürülməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; xidmət göstərilən sahədə avadanlığın quruluşunu və iş prinsipini: xammalın fiziki-kimyəvi xassələrini.

İşin xüsusiyyətləri. Turşuların, müxtəlif məhlulların və digər məhsulların qələvi, ammonyak və başqa neytrallaşdırıcı vasitələrlə neytrallaşdırılması sadə texnoloji prosesinin aparılması və ya torta məhlullarının turşularla neytrallaşdırılması texnoloji prosesinin aparılması. Neytrallaşdırıcı məhlulların (əhəng südü, ammonyak suyu, soda məhlulu və sairə) hazırlanması. Xammalın yuyulması. Məhsulun çökdürülməsi, süzülməsi, süzgəcdən keçirilməsi, ağardılması, boşaldılması, reaksiya kütləsinin artıq qələvi və turşulardan təmizlənməsi, kütlənin sıxılması, sentrifuqa vasitəsilə tərkib hissələrinə ayırma. Məhsulun növbəti əməliyyatlara ötürülməsi. Texnoloji reqlamentdə nəzərdə tutulmuş parametrlərin (komponentlərin aparata verilməsi sürəti, temperatur, qatılıq və sairə) NÖC-ün göstəricilərinə və analizlərinə nəticələrinə əsasən tənzimlənməsi. Analizlərin aparılması. Neytrallaşdırıcı, qarışdırıcı və istilikdəyişdirici qurğulara, süzgəclərə, mərkəzdənqaçma nasoslarına və digər avadanlığa xidmət göstərilməsi. Avadanlığın yuyulması və qazdan təmizlənməsi, işə salmadan əvvəl sistemin germetikliyinin yoxlanılması. avadanlığın işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Yüklənən xammalın miqdarının hesablanması.

Bilməlidir: istehsalın texnoloji sxemini; neytrallaşdırma prosesinin mahiyyətini və aparılması qaydalarını; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini, xammal və hazır məhsulun fiziki-kimyəvi xassələrini, nümunələrin götürülmə qaydalarını, analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Mürəkkəb texnoloji neytrallaşdırma prosesinin aparılması, habelə turşuların, müxtəlif məhsulların və digər məhsulların qələvi, ammonyak və başqa neytrallaşdırıcı vasitələrlə neytrallaşdırılması sadə prosesinin aparılması və ya torta məhlullarının turşularla neytrallaşdırılması prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçıların işinə rəhbərlik edilməsi. Xammal və məhsulların tutumlara qəbul edilməsi və müəyyən səviyyəyə qədər neytrallaşdırılması. Yağlı turşu və duzların çökdürmə üsulu ilə bölünməsi. Yağlı turşuların sulfat turşusu və su ilə yuyulması. Süzgəclərin regenerasiyası. Məhlulların növbəti emala ötürülməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini, neytrallaşdırma texnoloji prosesinin mahiyyətini və aparılma qaydalarını; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini, xammal və hazır məhsulun fiziki-kimyəvi xassələrini; analizlərin aparılması metodikasını.

1. Sebasin turşusu istehsalında yağlı turşuların və plastifikatorların istehsalında monoefirlərin qələvilərlə neytrallaşdırılması texnoloji prosesinin aparılması, turş axarların soda məhlulu ilə neytrallaşdırılması.

2. Barbiturat, sulfamid, aminazin, kotarnin, qistidin, piperazin, sistamin, salisil preparatları, iondəyişdirici qətranlar, sianur turşusu istehsallarında neytrallaşdırılma prosesinin aparılması və aparatçılara rəhbərlik edilməsi.

İşin xüsusiyyətləri. Mürəkkəb texnoloji neytrallaşdırma prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi. NÖC-ün göstəricilərinə nəzarət edilməsi. Xammal sərfi və məhsulun çıxışının ölçülməsi, analizlərin nəticələrinə əsasən onların keyfiyyətinin müəyyənləşdirilməsi. Avadanlığın vəziyyətinə nəzarət edilməsi. Analiz və müşahidələrin nəticələrinə əsasən prosesin təshih edilməsi, tənzimedici qurğuların idarə olunması. Təmir işlərində iştirak edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini, neytrallaşdırma texnoloji prosesinin aparılma qaydalarını; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və istismar qaydalarını, armatur və kommunikasiyaların sxemini; xammal və hazır məhsulun fiziki-kimyəvi xassələrini, nümunələrin götürülmə qaydalarını, analizlərin aparılması metodikasını.

İş nümunəsi. Kaprolaktam, trinatriumfosfat, tripolifosfat, ammofos, nitrofen, diammonium fosfat, xrom birləşmələri, xloretil istehsallarında neytrallaşdırma prosesinin aparılması və aparatçılara rəhbərlik edilməsi, həmçinin bariy və stronsiy duzların xlorid turşusu ilə neytrallaşdırılması.

İşin xüsusiyyətləri. Ayrı-ayrı fəhlələrdən və ya hazır məhsul sahəsinin fəhlələrindən yarımfabrikat və ya taranın qəbul edilməsi texniki şərtlərə uyğun olaraq rəylərin verilməsi. Analiz üçün nümunələrin götürülməsi, hazır məhsulun plomblanması. Dərikarton və ondan hazırlanmış detalların saf-çürük edilməsi. Yastılanmış kauçukun seçmə üsulu ilə işıq filtrində gözdən keçirilməsi, kauçukdan təsadüfi əlavələrin tabaşir və pastanın çıxarılması.

Bilməlidir: xidmət göstərilən sahə üzrə xammal və hazır məhsula qoyulan tələbləri; məhsul partiyalarının qəbulu və sənədləşdirmə qaydalarını; nəzarətə götürülən materialların fiziki-kimyəvi xassələrini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Sexlərdən məhsulun partiyalarla qəbul edilməsi. Daha yüksək ixtisaslı nəzarətçinin rəhbərliyi altında xüsusi qurğularda plastik kütlədən hazırlanmış örtüklərin keyfiyyətinə nəzarət edilməsi və aşkar edilən qüsurların aradan qaldırılması. Yarımfabrikat və hazır məmulatlara əməliyyatların gedişi üzrə nəzarət edilməsi. Hazır məhsul və xammalın analizlərinin aparılması. Məhsulun keyfiyyətinin, taranın və markalanmanın dövlət standartlarına və texniki şərtlərə uyğunluğu barədə rəyin verilməsi. Nümunə götürənlərin işinə rəhbərlik edilməsi. Filyerlərin vəziyyətinə və əyirmənin standartlığına nəzarət edilməsi. Əyirmə nasoslarına nəzarət edilməsi və onların tənzimlənməsi. Sortlara ayırmanın nəticələrinin kartoçkalara qeyd etməklə parça və plastik dərinin sortlara ayrılması. Keyfiyyət pasportlarının tərtib edilməsi.

Bilməlidir: xammal və hazır məhsula olan dövlət standartlarını və texniki şərtləri; xidmət göstərilən sexlər üzrə xammal və hazır məhsula qoyulan tələbləri; məhsul partiyalarının qəbulu və sənədləşdirilməsi qaydalarını; yoxlanılan materialların fiziki-kimyəvi xassələrini; nümunələrin götürülmə qaydalarını; tərəzidə çəkmə və markalanma qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Sexlərdən məhsulun partiyalarla qəbul edilməsi. Xüsusi qurğularda plastik kütlədən hazırlanmış örtüklərin keyfiyyətinə nəzarət edilməsi və aşkar edilən qüsurların aradan qaldırılması. Texniki şərtlərə uyğun olaraq hazır məhsul və xammalın analizlərinin aparılması. Məhsulun keyfiyyətinin, taranın, markalanmanın, dövlət standartlarına və texniki şərtlərə uyğunluğu barədə rəylərin verilməsi və məhsulun yüklənməsinə icazə verilməsi. Eksporta göndərilən və xüsusi təyinatlı məhsulların keyfiyyətinə əməliyyatlar arası nəzarət edilməsi. Sortluluq jurnalının aparılması və sortlara ayırmanın uçotunun aparılması. İstehlakçıların iddialarının və onlardan alınan reklamasiyaların baxılmasında iştirak edilməsi. Daha aşağı ixtisaslı nəzarətçilərə təlimat verilməsi və onların işinə rəhbərlik edilməsi.

Bilməlidir: xidmət göstərilən sexlər üzrə məhsullar, xammal, yarımfabrikat və məhsula olan texniki şərtləri; kimyəvi terminləri və kimyəvi birləşmələrin xassələrini; zəhərli maddələrin saxlanılması qaydalarını; yüklənən partiyaların sənədləşdirilməsi və onlara nəzarət edilməsi təlimatmı; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Hazır məhsul anbarlarında kimyəvi liflərin çeşidlərə ayrılmasının keyfiyyətinə nəzarət edilməsi və çeşidlərə ayıran konveyerlərdə rezin ayaqqabıların keyfiyyətinə nəzarət işlərinin yerinə yetirilməsi ilə eyni zamanda daha aşağı ixtisaslı nəzarətçilərin işinə rəhbərlik edilməsi. Məhsulun partiyalara və çeşid üzrə sortlara düzgün ayrılmasına nəzarət edilməsi. Analizlərin aparılmasına və hazır məhsulun düzgün saxlanmasına nəzarət edilməsi.

Bilməlidir: xidmət göstərilən sexlər üzrə yarımfabrikat və məhsula qoyulan dövlət standartlarını və texniki şərtləri; kimyəvi terminləri və kimyəvi birləşmələrin xassələrini. Zəhərli maddələrin qeydiyyatı və saxlanma qaydalarını; yüklənən partiyaların analizinin sənədləşdirilməsi və onlara nəzarət edilməsi təlimatım; analizlərin aparılması metodikasını. Orta ixtisas təhsili tələb olunur.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında üzvi birləşmələrin nitratlaması texnoloji prosesinin aparılması. Xammal və reagentlərin hazırlanması, onların aparata yüklənməsi. Məhsulun aparatdan boşaldılması və istehsalın növbəti sahələrinə ötürülməsi. Nümunələrin götürülməsi. Texnoloji avadanlığa xidmət göstərilməsi. avadanlığın təmirə hazırlanması.

Bilməlidir: istehsalatın texnoloji sxemini, əsas və köməkçi avadanlığın quruluşunu; iş prinsipini, xammalın, hazır məhsulun fiziki-kimyəvi xassələrini, xammal və hazır məhsula qoyulan tələbləri, nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Üzvi birləşmələrin nitratlama texnoloji prosesinin aparılması. Reqlamentə uyğun olaraq məhsulun nitratlanması. Aparatlara, soyuduculara, qızdırıcılara, tutumlara, separatorlara, nasoslara, kommunikasiyalara, NÖC və avtomatika vasitələrinə və başqa avadanlığa xidmət göstərilməsi. avadanlığın işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. NÖC və avtomatika vasitələrinin göstəricilərinə və analizin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Təlimatda nəzərdə tutulan analizlərin aparılması. Xammal və hazır məhsulun uçotunun aparılması. Avadanlıqların təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: istehsalatın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC və avtomatika vasitələrin quruluşunu və iş prinsipini; xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini; xammalın, nitratlaşan agentlərin, hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; xammal və hazır məhsula qoyulan tələbləri, prosesin fiziki-kimyəvi əsaslarını, mahiyyətini və tənzimləmə qaydalarını; nümunələrin götürülmə qaydalarını, analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Trinitro məhsullar istehsalında və ya başqa istehsallarda, fasiləsiz nitratlama texnoloji prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı nitratlama aparatçılarına rəhbərlik edilməsi. NÖC-ün göstəricilərinə nəzarət edilməsi. Xammal sərfinin, hazır məhsulun çıxışının ölçülməsi, analizlərin nəticələrinə əsasən keyfiyyətinin müəyyənləşdirilməsi. Avadanlığın işçi vəziyyətinə nəzarət edilməsi. Avadanlığın təmir işlərində iştirak edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; xidmət göstərilən sahədə əsas və köməkçi avadanlığın, NÖC və avtomatika vasitələrinin quruluşunu və iş prinsipini; xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini; xammalın, nitratlaşan agentlərin, aktivatorların, hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; xammala və hazır məhsula qoyulan tələbləri; prosesin fiziki-kimyəvi əsaslarını, mahiyyətini və tənzimləmə qaydalarını; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını.

Orta ixtisas təhsili tələb olunur.

İş nümunəsi. Nitrobenzolun, nitrotoluolun, nitrosiklogeksanın, yarımməhsulların (anilinboya istehsallarında) nitratlama prosesinin aparılması.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında nitritləmə texnoloji prosesinin aparılması. Xammalın qəbulu və hazırlanması, natrium nitrit məhlulunun hazırlanması, xammal və yarımfabrikatların yüklənməsi. Məhsulun boşaldılması və növbəti mərhələlərə ötürülməsi. Nümunələrin götürülməsi. NÖC-ün göstəricilərinə nəzarət edilməsi. avadanlığın vəziyyətinə nəzarət edilməsi.

Bilməlidir: istehsalatın texnoloji sxemini; texnoloji prosesin mahiyyətini; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; texnoloji rejimi; xammal və məhsulun fiziki-kimyəvi xassələrini, nümunələrin götürülmə qaydalarını, analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Nitritləmə texnoloji prosesinin aparılması. Xammal və yarımfabrikatların dozalara bölüşdürülməsi, nitritləmə prosesinə nəzarət edilməsi və onun tənzimlənməsi. NÖC-ün göstəricilərinə, analizlərin nəticələrinə və gözlə müşahidələrə əsasən soyuğun, natrium nitrit və azot turşusu məhlullarının verilməsinin tənzimlənməsi. Reaktor, çən, buxar qazanları, ölçü cihazları, süzgəclər, dozatorlar, nasoslar və digər avadanlığa xidmət göstərilməsi. İş təlimatında nəzərdə tutulan analizlərin yerinə yetirilməsi. Xammal və yarımfabrikatlar sərfinin uçota alınması. Avadanlıqların təmirə hazırlanması və təmirdən qəbul edilməsi. Avadanlığın təmir işlərində iştirak edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; texnoloji prosesin mahiyyətini; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; texnoloji rejimini və prosesin tənzimlənmə qaydalarını; xammal və məhsulun fiziki-kimyəvi xassələrini, nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında sadə və ya orta mürəkkəblikdə texnoloji oksidləşmə prosesinin aparılması. Xammalın qəbul edilməsi və hazırlanması. Kimyəvi məhlulların hazırlanması. Xammalın dozalara bölüşdürülməsi və sistemə yüklənməsi. Oksidləşmiş məhlulu saxlama tutumlarına və ya istehsalın növbəti texnoloji mərhələlərinə ötürülməsi. Nümunələrin götürülməsi. Reaktorlara, oksidləşmə kolonkalarına, kontakt aparatlarına, fırlanan sobalara və digər avadanlığa xidmət göstərilməsi. Texnoloji rejim pozuntularının aşkar edilməsi və aradan qaldırılması. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: istehsalın texnoloji sxemini; oksidləşmə prosesinin mahiyyətini və onun tənzimləmə üsullarını; avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; hesablama metodikasını, nümunələrin götürülmə qaydalarını və kimyəvi analizlərin yerinə yetirilməsini; xammal və oksidləşdiricilərin kimyəvi birləşmələrinin fiziki-kimyəvi xassələrini.

İş nümunəsi. Oksidləşmə prosesini atmosfer təzyiqi altında qızdırılmadan və ya benzol xloridinin hidrogen peroksidi ilə bitumu oksigenlə, kalium paraaminosalisilatının sulfat turşusu ilə, kraxmal suspensiyanın hipoxloritlə, tünd göy rəngli boya leykoməhlullarının hava ilə soyutmaqla aparılması; lanolinin oksidləşmə yolu ilə təmizlənməsi.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında orta mürəkkəblikdə və mürəkkəb oksidləşmə proseslərinin aparılması. Həll etmə, üyütmə, süzmə, buğa vermə, buxarlanma. Oksidləşdirici şixtanın hazırlanması. Xammalın bərk və maye halında olan komponentlərinin dozalara bölməsi, reaktora, oksidləşmə kolonkasına, fırlanan sobalara yüklənməsi. Reaksiya kütləsinin müəyyən temperaturda saxlanılması. NÖC-ün və avtomatika vasitələrinin göstəricilərinə və analizlərin nəticələrinə əsasən aparatlarda məhsulların dozalara bölünməsinin və nisbətlərinin temperaturun, təzyiqin, turşuluğun, qatılığın, səviyyələrin tənzimlənməsi. Kimyəvi analizlərin aparılması. Xammal və oksidləşdiricinin miqdarının hesablanması, hazır məhsulun uçotunun aparılması. Avtoklavlara, süzgəclərə, buxarlandırıcılara, qızdırıcılara, soyuduculara, skrubberlərə, kondensatorlara, pesiverlərə, rektifikasiya, univeriya kolonkalarına, adsorberlərə, desorberlərə, separatorlara, mərkəzdənqaçma və vakuum nasoslara habelə digər avadanlığa və komunikasiyalara xidmət göstərilməsi. Avadanlığın təmirdən qəbul edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; oksidləşmə prosesini və onun tənzimlənmə üsullarını; avadanlıq və NÖC-ün quruluşunu; armatur və kommunikasiyaların sxemini; qazanxana nəzarəti avadanlığına xidmət göstərilməsi qaydalarını, hesablama metodikasını; kimyəvi analizlərin aparılması və nümunələrin götürülmə qaydalarını. Xammal və kimyəvi oksidləşdirici birləşmələrin fiziki-kimyəvi xassələrini.

İşin xüsusiyyətləri. Mürəkkəb oksidləşmə prosesinin aparılması və ya orta mürəkkəblikdə oksidləşmə texnoloji prosesləri aparılarkən daha aşağı ixtisası aparatçıların işinə rəhbərlik edilməsi. Avadanlığın sazlığının yoxlanılmasını. Kontakt aparatlarının hazırlanması və onların katalizator ilə yüklənməsi. Buxarlandırma və buxarın qızdırılması. Qaz buxarlarının su buxarları ilə qarışdırılması. Buxar-qaz qarışığının spirt buxarlaşdırıcılardan kontakt aparatlarına verilməsi. Alınan məhsulun soyudulması, kondensasiyası, stabilləşdirilməsi və standartlaşdırılması. İşlənmiş məhlulun neytrallaşdırılması. Reagentlərin rektifikasiyası. Reqlament ilə nəzərdə tutulmuş temperatur rejiminə, təzyiqə, katalizatorun miqdar və keyfiyyətinə, havaya, buxar-qaz qarışığına və digər parametrlərə NÖC-ün göstəricilərinə və kimyəvi analizin nəticələrinə əsasən nəzarət edilməsi. Çökdürücü çənlərə, nasoslara, qazüfürücülərə və digər avadanlığa xidmət göstərilməsi. Hazır məhsulun saxlanma tutumlarına ötürülməsi. avadanlığın, avtomatika sistemlərinin və kommunikasiyaların işə hazırlanması. Kontakt aparatlarının iş rejiminə çıxarılması.

Bilməlidir: istehsalın texnoloji sxemini; NÖC-ün, avadanlığın quruluşu və istismar qaydalarını; armatur və kommunikasiyaların sxemini; qazanxana nəzarəti avadanlığına xidmət göstərilməsi qaydalarını, hesablama metodikasını, xammal və kimyəvi oksidləşdirici birləşmələrin fiziki-kimyəvi xassələrini.

Orta ixtisas təhsili tələb olunur.

İş nümunəsi. Metiletilpiridinin, efir yağlarının və onların xrom qarışığı ilə emal etmə məhsullarının, yağlı turşuların, parafinin, naftalinin, tionil xloridin, adipin turşusunun, sikloqeksanonun, sikloqeksanolun, izopropil, izoamil və metil spirtlərinin, zəif azot turşusunun oksidləşməsi prosesinin aparılması və ya kalium peroksidi, kaprolaktam, sintetik papaverin, aminazin, sirkə turşusu və sirkə anhidridi istehsallarında oksidləşmə prosesinin aparılması; izonikotin turşusu istehsalında pikalinin melanjla oksidləşdirilməsi.

İşin xüsusiyyətləri. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etməklə eyni zamanda mürəkkəb oksidləşmə prosesinin aparılması. İzovalerian turşusu, izovalerian aldehidi istehsalında destillə aparatçılarına rəhbərlik edilməsi. Mərkəzi idarəetmə məntəqəsindən NÖC-ün, avtomatika vasitələrinin, məsafədən idarəetmənin köməyi ilə və kimyəvi analizlərin nəticələrinə əsasən oksidləşmə sahəsinin bütün avadanlığına, oksidləşmənin texnoloji reqlamentinə, reaksiya kütləsinin, yarımməhsulun və məhsulun çıxışma və keyfiyyətinə nəzarət edilməsi. Xidmət göstərilən sahədə kontakt aparatlarının, bütün növ oksidləşdirmə aparatlarının və digər avadanlığın işə salınmasına və dayandırılmasına rəhbərlik edilməsi. Komponentlərin nisbətlərinin hesablanması. Yoxlama analizlərinin aparılması. Xammal sərfinin və hazır məhsulun uçotunun aparılması.

Bilməlidir: oksidləşmə sahəsinin, yarımməhsullarının alınmasının texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və konstruktiv xüsusiyyətlərini; armatur və kommunikasiyaların sxemini; xammalın, katalizatorun, reaksiya kütləsinin oksidləşdiricilərinin, hazır məhsulun fiziki-kimyəvi xassələrini; texnoloji rejimi və onun tənzimlənmə qaydalarını; xammal və hazır məhsula olan dövlət standartlarını. Orta ixtisas təhsili tələb olunur.

İşin xüsusiyyətləri. Paketlərin sökülməsi, onların germetik taradan çıxarılması və sökmə masasında hazır lövhələrin metal pres-formalarda ayrılması. Paketlərin TNŞ-nin nəzarətçisinə verilməsi. İçərisindən paketlər boşaldılan taranın istehsalata qaytarılması. Araba-yeşiklərdə metal arakəsmələrinin yerləşdirilməsi və onların yuyulmağa, qurudulmağa ötürülməsi. Sökülən paketlərin uçotunun aparılması. Ventilyasiya sistemlərinin tənzimlənməsi. avadanlığın təmirə hazırlanması və verilməsi.

Bilməlidir: iş üsullarını; paketlərin fiziki-kimyəvi xassələrini; uçot qaydalarını; partlayış və yanğından mühafizə qaydalarını.

İşin xüsusiyyətləri. Sıxılmış hazır lövhələrin paketlərə ayırma prosesinin aparılması. Vantuz körpüsünün köməyi ilə yuxarı daşınan təbəqənin çıxarılması. Panel lövhədən hazırlanmış kağız təbəqə komplektinin əl ilə çıxarılması, onun xüsusi yerdəyişən vaqonetkalara yığılması. Vantuz körpüsünün köməyi ilə cilalanmış vərəqin çıxarılması və onun paket hazırlanma masasına ötürülməsi.

Bilməlidir: hazır lövhədən olan paketin ayırma qaydalarını; xidmət edilən avadanlığın iş prinsipini.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında texnoloji piroliz prosesinin aparılması.

Xammalın hazırlanması və yüklənməsi, məhsulun boşaldılması. Nümunələrin götürülməsi. Avadanlığın təmizlənməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; xidmət göstərilən sahədə köməkçi avadanlığın quruluşunu və iş prinsipini; xammal və yarımməhsulların fiziki-kimyəvi xassələrini.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında texnoloji piroliz prosesinin aparılması.

Xammalın qəbulu; analizlərin nəticələrinə əsasən onun keyfiyyətinin yoxlanılması. xammalın dozalara bölünməsi və aparata yüklənməsi. Xammal sərfinin və hazır məhsul çıxışının ölçülməsi. NÖC göstəricilərinə əsasən texnoloji prosesin tənzimlənməsi. Texnoloji avadanlığa xidmət göstərilməsi.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini: əsas və köməkçi avadanlığın iş prinsipini: xammal və yarımməhsulların fiziki-kimyəvi xassələrini.

İşin xüsusiyyətləri. Texnoloji piroliz prosesinin aparılması. Xammalın buxarlandırılması, xammal və su buxarının piroliz sobalarına verilməsi və ya maye xammalın bilavasitə piroliz sobasına verilməsi. Piroqazın qızdırılması və soyudulması, piroliz məhsullarının kondensasiyası, kondensasiya olunmayan piroqazların tutulması, piroqazın növbəti texnoloji əməliyyatlara ötürülməsi. Piroliz sobasının qızdırılması, yanacağın forsunkalara verilməsi, yanacağın yanma rejiminin tənzimlənməsi. NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən texnoloji prosesin tənzimlənməsi. Sərf olunan xammalın, alınmış piroqazın və piroliz məhsullarının uçotunun aparılması. Yoxlama analizlərinin aparılması. Müxtəlif tipli piroliz sobalarına, buxarlandırıcılara, kondensatorlara, nasoslara və digər avadanlığa xidmət göstərilməsi. Təmirdən sonra avadanlığın qəbul edilməsi.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın quruluşunu və ona xidmət göstərilməsi qaydalarını; Xammal və yarımməhsulların fiziki-kimyəvi xassələrini; texnoloji prosesin mahiyyətini və onun tənzimlənmə qaydalarını; texnoloji rejimi, nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Texnoloji piroliz prosesinin aparılması, bütün sahənin işinin tənzimlənməsi ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçıların işinə rəhbərlik edilməsi.

NÖC-ün göstəricilərinə nəzarət edilməsi. Analizlərin nəticələrinə əsasən hazır məhsulların keyfiyyətinin müəyyənləşdirilməsi. Analizlərin və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Tənzimləmə vasitələrinin idarə olunması. Avadanlığın vəziyyətinə nəzarət edilməsi. Avadanlıq və kommunikasiyaların mürəkkəb olmayan təmirinin yerinə yetirilməsi. Avadanlığın işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın quruluşunu və ona xidmət göstərilməsi qaydalarını; xammal və yarımməhsulun fiziki-kimyəvi xassələrini; texnoloji prosesin mahiyyətini və tənzimləmə qaydalarını; texnoloji rejimi; yoxlama analizlərinin aparılması metodikasını.

Orta ixtisas təhsili tələb olunur.

İşin xüsusiyyətləri. Polikondensasiya texnoloji prosesinin aparılması. Xammalın qəbulu və hazırlanması, reaksiya aparatlarına verilməsi, qızdırılma, qarışdırma, katalizatorun fasiləsiz verilməsi, su dispersiyasının bölünməyə verilməsi, polimerin boşaldılması və digər texnoloji sahələrə verilməsi. NÖC-ün göstəriciləri və analizlərin nəticələrinə əsasən polikondensasiya prosesinə (temperatur, vakuum, ərinti tikməsi zamanı təzyiqə, aparatlarda divinil səviyyəsinə, reduktorlarda yağın səviyyəsinə, ərintinin qatılığına və prosesin digər parametrlərinə nəzarət edilməsi və onların tənzimlənməsi. Yoxlama üçün nümunələrin götürülməsi və təlimatla nəzərdə tutulmuş analizlərin yerinə yetirilməsi. Reaksiya aparatlarına, dozalara bölən qurğulara, çənlərə, nasoslara, kommunikasiyalara, NÖC-ə və digər avadanlığa xidmət göstərilməsi. Xammal, yarımməhsul və məhsulun hesabatının aparılması. Xammal sərfinə və məhsul çıxışının hesablamalarının aparılması. Avadanlığın təmirə hazırlanması və təmirdən qəbul edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün, avtomatika vasitələrinin quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; xammalın, katalizatorların, hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; xammala və hazır məhsula qoyulan tələbləri; iş yerində texnoloji prosesin fiziki-kimyəvi əsaslarını və mahiyyətini; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını; nümunələrin götürülmə qaydalarını, analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etməklə polikondensasiya texnoloji prosesinin aparılması. Polikondensasiya sahəsinin bütün avadanlığına və avtomatika vasitələrinə xidmət göstərilməsi. Texnoloji rejimə, məhsulun çıxışma və keyfiyyətinə nəzarət edilməsi.

NÖC-ün, avtomatikanın göstəricilərinə nəzarət edilməsi. Xammal sərfinin və hazır məhsul çıxışının ölçülməsi. Analizlərin nəticələrinə əsasən onların keyfiyyətinin müəyyənləşdirilməsi. İş təlimatlarına uyğun olaraq texnoloji prosesin idarə olunması və tənzimlənməsi. Analiz və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Tənzimləmə mexanimzlərin idarə olunması. Avadanlığın işə hazırlanması. Avadanlığın işə salınması, dayandırılması, onun vəziyyətinə nəzarət edilməsi. Avadanlığın və kommunikasiyaların mürəkkəb olmayan təmir işlərinin yerinə yetirilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün, avtomatika vasitələrinin quruluşunu və istismar qaydalarını; xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini; xammalın, katalizatorun, hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; xammala, hazır məhsula qoyulan tələbləri; iş yerində texnoloji prosesin fiziki-kimyəvi əsaslarını; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını; analizlərin və hesabatların aparılması metodikasını.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında polimerləşmə texnoloji prosesinin aparılması. Xammalın və reagentlərin hazırlanması. Xammalın aparata yüklənməsi. Texnoloji avadanlığa xidmət göstərilməsi. Aparatların şlakdan, polimerlərdən, qalıqlardan təmizlənməsi. Məhsulun nəql edilməsi və növbəti istehsal mərhələlərinə ötürülməsi. Süzgəclərin deyişdirilməsi, dozatorların təmizlənməsi.

Bilməlidir: məhsul istehsalı texnoloji prosesinin əsaslarını, qurğunun, köməkçi avadanlığın quruluşunu və iş prinsipini.

İşin xüsusiyyətləri. Monomerlərdən yüksək molekulyar birləşmələrin (polimerlərin) alınması məqsədilə texnoloji polimerləşmə prosesinin məhlulda, bərk cisimdə, qaz və ya su-emulsiya mühitində polimerləşmə prosesinin, katalizatorun və şüa saçan maddələrin iştirakı ilə bərk polimerləşməsi texnoloji prosesinin aparılması. Xammalın qəbulu və hazırlanması, katalizatorların və kimyəvi məhlulların hazırlanması. Avadanlığın işə hazırlanması. xammalın komponentləri nisbəti xüsusi dəqiqliklə gözlənilməsi şərtilə dozalara bölünməsi və reaktora və ya digər avadanlığa boşaldılması, qızdırma, kütlənin qarışdırılması, reaksiya kütləsinin lazımi temperaturda saxlanılması, məhsulun boşaldılması, alınmış polimerin stabilləşdirilməsi, artıq məhsulun çəkilməsi və onun istehsalın növbəti texnoloji mərhələlərinə ötürülməsi. Reqlamentdə nəzərdə tutulan temperaturun, təzyiqin, vakuumun, komponentlər nisbətinin, polimerin qatılığının, qarışdırılma, intensivliyinə və digər texnoloji rejim parametrlərinə nəzarət edilməsi və onların tənzimlənməsi.

Xammal və məhsul çıxışının, polimerləşmənin xüsusi çəkisinin, dərəcəsinin və qatılığının hesablanması. Nümunələrin götürülməsi. Analizlərin aparılması. Avadanlıqların işə və təmirə hazırlanması, təmirdən qəbul edilməsi. Reaktorlara, polimerləşmə kolonkalarına, süzgəclərə, preslərə, istilikdəyişdiricilərə, elektrik sobalarına, quruducu cihazlara, texnoloji kommunikasiyalara və digər avadanlığa, NÖC-ə və armatura xidmət göstərilməsi. Xammal sərfi və alınan məhsulun hesabatının aparılması.

Bilməlidir: istehsalın texnoloji sxemini, polimerləşmə prosesinin mahiyyətini və tənzimləmə qaydalarını; əsas və köməkçi avadanlığın, NÖC-ün və avtomatik tənzimləmə sistemlərinin quruluşunu və iş prinsipini; hesablama metodikasını, nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etməklə polimerləşmə texnoloji prosesinin aparılması və ya polimerləşmə prosesinin mərkəzi idarəetmə pultundan aparılması.

NÖC-ün göstəricilərinə nəzarət edilməsi. Xammal sərfinin və hazır məhsul çıxışının ölçülməsi, analizin nəticələrinə əsasən onların keyfiyyətinin müəyyənləşdirilməsi. Avadanlıqların vəziyyətinə nəzarət edilməsi: Texnoloji avadanlığa, NÖC-ə və texnoloji prosesin avtomatika vasitələrinə xidmət göstərilməsi. Avadanlıq və kommunikasiyaların mürəkkəb olmayan təmir işlərinin yerinə yetirilməsi. İstehsalat jurnalında qeydiyyatın aparılması.

Bilməlidir: polimerləşmə prosesini və onun tənzimləmə qaydalarını; xammalın yüklənməsi resepturasını; xammal, yarımfabrikat və hazır məhsula qoyulan texniki tələbləri; prosesin normal aparılması sərtlərini, tipik rejim pozuntularının, onların səbəblərini, aşkar edilməsi və onların aradan qaldırılmasını; əsas və köməkçi avadanlığın, NÖC-ün, avtomatik tənzimləmə sistemlərinin quruluşunu; hesablama metodikasını.

İş nümunəsi. Yüngül yağ, kopralaktam, tetrahidrofuran, qaz və maye halında karbohidrogenlər (emulsiya və yaxud məhlullarda) monomerlər qatılığı (natrium rodan məhlulunda) metoakril turşusu efirlərinin, polietilentereftalat, emulsiya polistirolu, stirol və vinilasetat polimerləri istehsalında polimerləşmə prosesinin aparılması.

İşin xüsusiyyətləri. Mərkəzi idarəetmə pultundan polimerləşmə texnoloji prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi. İş təlimatlarına uyğun olaraq texnoloji prosesin idarə olunması və tənzimlənməsi. Müşahidə və analizlərin nəticələrinə əsasən prossesin tənzimlənməsi, tənzimləyici vasitələrin idarə olunması. Əsas və köməkçi avadanlığın təmir işlərində iştirak edilməsi.

Bilməlidir: polimerləşmənin texnoloji prosesini və onun tənzimlənmə qaydalarını; xammalın fiziki-kimyəvi xassələrini, prossesin normal aparılması şərtlərini, tipik rejim pozuntularını, onların səbəblərini, aşkar edilməsi və aradan qaldırılmasını; əsas və köməkçi avadanlığın, NÖC-ün və avtomatik tənzimləmə sistemlərinin konstruktiv xüsusiyyətlərini və onlara xidmət göstərilməsi qaydalarını; hesablama metodikasını; xammal, yarımfabrikatlar və hazır məhsula dövlət standartmı.

Orta ixtisas təhsili tələb olunur.

İş nümunəsi. Yüngül yağ, polietilen, kapolaktam, polistirol, polivinilxlorid, polivinilasetat, polipropilen, polixlorvinil qətranın və digər maddələrin polimerləşmə sahələrində polimerləşmə texnoloji prosesinin aparılması.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında polimersizləşdirmə texnoloji prosesinin aparılması. Xammal və reagentlərin qəbulu və hazırlanması. Onların reaksiya aparatlarına yüklənilməsi. Hazir məhsulun boşaldılması; nümunələrin götürülməsi. Aparatların təmizlənməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: polimersizləşdirmə texnoloji prosesinin mahiyyətini; istifadə olunan avadanlığın quruluşunu və iş prinsipini; xammalın fiziki-kimyəvi xassələrini; avadanlığa qulluq rejimini; kommunikasiya və armaturun təyinatını və sxemini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Texnoloji polimersizləşdirmə prosesinin aparılması. Absorbsiya kolonnalarına xidmət edilməsi. Bərk qızdırılmış buxarın verilməsi. Kütlənin qızdırılması, qarışdırılması, müəyən edilmiş temperaturda saxlanılması. Polimersizləşdirmədən sonra sulu məhlulun neytrallaşdırma qurğusuna ötürülməsi, kub qalıqlarının boşaldılması. Daxil olan məhlulun kəmiyyət və keyfiyyətinə, təzyiqə, buxarın və suyun temperaturuna, onun kondensatora verilməsinə, kondensatorun soyuducu məhlulla suvarılmasına NÖC-ün göstəriciləri və analizlərin nəticələrinə əsasən nəzarət edilməsi və onların tənzimlənməsi. İş təlimatlarında nəzərdə tutulmuş analizlərin aparılması. Avadanlığın mürəkkəb olmayan təmir işlərinin yerinə yetirilməsi. Avadanlığın təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: polimersizləşdirmə texnoloji prosesini; istismar olunan avadanlıq və NÖC-ün quruluşunu; kommunikasiyaların və armaturun sxemini; xammalın fiziki-kimyəvi xassələrini; texnoloji rejimin parametrlərini və prosesin tənzimləmə qaydalarını; avadanlığa qulluq rejimini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Dimetildixlorsilan hidrolizatının qələvi ilə polimersizləşdirilməsi texnoloji prosesinin aparılması və ya başqa məhsulların polimersizləşdirilməsi prosesinin aparılması ilə yanaşı daha aşağı ixtisaslı aparatçıların işinə rəhbərlik edilməsi və onların işinin əlaqələndirilməsi. İş təlimatlarına uyğun olaraq texnoloji prosesin idarə edilməsi və tənzimlənməsi. NÖC-ün göstəricilərinə, xidmət edilən avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi. Analiz və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Yoxlama analizlərinin yerinə yetirilməsi. Əsas və köməkçi avadanlığın təmiri işlərində iştirak edilməsi.

Bilməlidir: texnoloji polimersizləşdirmə prosesini, istismar olunan avadanlığın quruluşu və istismar qaydalarını; kommunikasiyaların və armaturun sxemini; NÖC-ün təyinatını və quruluşunu; xammalın fiziki-kimyəvi xassələrini; texnoloji rejimin parametrlərini və prosesin tənzimləmə qaydalarını; avadanlığa qulluq rejimini; analizlərin yerinə yetirilmə metodikasını.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı presləyicinin rəhbərliyi altında ayrı-ayrı işlərin (pastanın sıxılması, formaların doldurulması, presin stellajlarına formaların düzülməsi, hazır məhsulun boşaldılması, qablaşdırılması, avadanlığın təmizlənməsi, yağlanması və sairə) yerinə yetirilməsi.

Bilməlidir: xidmət göstərilən avadanlığın quruluşu və iş prinsipini; presləmənin rejimini; əsas iş üsullarını.

İşin xüsusiyyətləri. Kimyəvi texniki sapların preslənməsi (döyəclənməsi). Ayrı-ayrı işlərin (pastanın sıxılması, formaların doldurulması, presin stellajlarına formaların düzülməsi, hazır məhsulun boşaldılması, qablaşdırılması, avadanlığın təmizlənməsi, yağlanması və sairə) yerinə yetirilməsi.

Bilməlidir: xidmət göstərilən avadanlığın quruluşunu və iş prinsipini; presləmənin rejimini və onun tənzimləmə qaydalarını; xammal, material və hazır məhsulun keyfiyyətinə qoyulan tələbləri; iş üsullarını.

İşin xüsusiyyətləri. Xammalın, kontakt kütlənin, materialların, kimyəvi istehsal tullantılarının; plyonkanın, porolonun və digər materialların müxtəlif konstruksiyalı preslərdə preslənməsi. Presləmə üçün qurğuların hazırlanması. Presin şaxtasına materialın qəbul edilməsi və ya onun presin yuvasına qoyulması. Preslənən materialın müəyyən edilmiş qalınlığına görə presin sazlanması və tənzimlənməsi. Presin işinə nəzarət edilməsi. Preslənmiş məmulatların çıxarılması, yığılması, qablaşdırılması və anbara və ya növbəti emala ötürülməsi. Preslənmənin keyfiyyətinin yoxlanılması, qüsurların aşkar edilib, aradan qaldırılması. Avadanlığın işinə nəzarət edilməsi, presin sürtülən hissələrinin yağlanması. Məhsulun xarici görünüşünə görə və NÖC-ün göstəricilərinə əsasən presləmə prosesinin və digər yanaşı proseslərin tənzimlənməsi. Hazır məhsulun keyfiyyətinin yoxlanılması. Analiz üçün nümunələrin götürülməsi. Avadanlığın təmirə hazırlanması, təmirdən qəbul edilməsi. Kontakt kütlənin presləmədən əvvəl xammal və yarımməhsulların preslənməyə hazırlanması: süzgəcdən keçirilmə, qurudulma. Preslənən kütlənin miqdarının tənzimlənməsi, hazır məhsulun preslənməsi, qurudulması. Süzgəclərə, preslərə, quruducu cihazlara, kompressorlara, bucurğadlara, vaqonetlərə xidmət göstərilməsi.

Kauçuk qırıntılarının preslənməsi zamanı avtomatik tərəzidə kauçuk qırıntılarının çəkilməsi, briketlərin qablaşdırılma üçün nəql edilməsi; avtomatik tərəzilərə, briketlərin nəql edilməsi üçün avtomatik ötürücü stansiyaya, maili transportyora, kollektordan presə qədər boru kəmərinə, aşağı və yüksək hidravlikali bağlayıcı armatura xidmət göstərilməsi.

Bilməlidir: xidmət göstərilən avadanlığın quruluşunu və iş prinsipini; NÖC-ün təyinatını və istifadə qaydalarını; presləmə rejimini və onun tənzimlənmə qaydalarını; xammal, material və hazır məhsulun keyfiyyətinə qoyulan tələbləri; iş üsullarını; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Buxarla isidilən hidravlik preslərdə süni dəridən olan lövhələrin, üzərilərinə sintetik qətranlar hopdurulmuş termoplastik material və ya kağızdan olan lövhələrin preslənməsi, həmçinin xammal, materialların preslənməsi ilə eyni zamanda presləyicilər briqadasına rəhbərlik edilməsi. Lövhənin markasından asılı olaraq presləmə rejimlərinin seçilməsi. Komplektləşdirilmiş lövhələrə üzlük plyonkanın çəkilməsi, onların arasına polad təbəqələrin qoyulması. Hazır kasetlərin presə yüklənməsi. Presləmə. NÖC-ün göstəricilərinə əsasən presləmə rejiminə nəzarət edilməsi. Buxarın və suyun verilməsinin tənzimlənməsi. Aşağı və yuxarı təzyiqin vaxtında verilməsi. Preslənmiş lövhələrin boşaldılması.

Bilməlidir: preslərin quruluşunu və iş prinsipini; sazlama qaydalarını; NÖC-ün təyinatını və istifadə qaydalarını; presləmə rejimini; yarımfabrikat və hazır məhsulun keyfiyyətinə qoyulan tələbləri.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında texnoloji pulvari xırdalama prosesinin aparılması. Xammalın doldurulması və hazırlanmasında iştirak edilməsi. Soyuducu suyun verilməsi. Hazır məhsulun çıxarılması, qablaşdırılması və anbara yığılması. Nümunələrin götürülməsi. Avadanlıqların təmizlənməsi və yağlanması, barabanın yuyulması. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın quruluşunu, iş prinsipini; texnoloji prosesin mahiyyətini; xammal, yarımməhsul və məhsulun fiziki-kimyəvi xasslərini; xammal və hazır məhsula qoyulan tələbləri; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Pulvari xırdalama texnoloji prosesinin aparılması. Ərimiş məhsulun aparata daxil edilməsi. Aparatda ərintinin səviyyəsinə, ərintinin bərkiməsinə və fırlanan barabanda təbəqənin əmələ gəlməsinə nəzarət edilməsi. Təbəqənin qalınlığının gözlə müşahidə yolu ilə müəyyənləşdirilməsi və tənzimlənməsi, soyumuş məhsulun kəsilməsi, xırdalanması, barabana səpilməsi və sıxlaşdırılması. Kəsici bıçağın tənzimlənməsi. Hazır məhsulun qablaşdırılması və anbara nəql edilməsi. Texnoloji prosesə nəzarət edilməsi və onun tənzimlənməsi. NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən ərintinin temperaturuna, soyuducu suya, hazır məhsula və barabanın dövriyyəsinə nəzarət edilməsi və tənzimlənməsi. Analizlərin aparılması. Hazır məhsul çıxışının, tələb olunan taranın miqdarının uçotunun aparılması. Pulvari xırdalama qurğusuna, mexaniki sıxlaşdırıcıya, NÖC və digər avadanlığa xidmət göstərilməsi. Avadanlığın işində nasazlıqların aradan qaldırılması. Avadanlığın təmirdən qəbul edilməsi. Daha aşağı ixtisaslı aparatçının işinə rəhbərlik edilməsi. Bilməlidir: xidmət göstərilən sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlıqların quruluşunu; texnoloji rejimi və onun tənzimləmə qaydalarını; xammal, yarımməhsul və hazır məhsulun fiziki-kimyəvi xassələrini; xammal və hazır məhsula qoyulan tələbləri; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Daha yuxarı ixtisaslı aparatçının rəhbərliyin altında çökdürmə vannasının regenerasiyası texnoloji prosesinin ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsi.

Çökdürmə vannasının əyrici maşından qəbul edilməsi və regenerasiya olunmuş çökdürmə vannasının əyrici maşına verilməsi. Qəbul və təzyiq barkalarında çökdürmə vannasının daxil olmasına və ötürülməsinə, təzyiq barkalarında çökdürmə vannasının temperaturuna, məhluların çökdürmə çənlərinə və təzyiq barkalarına ötürülməsinə nəzarət edilməsi.

Nümunələrin analiz üçün götürülməsi. Qəbul və təzyiq barkalarına, çökdürmə çənlərinə və başqa avadanlığa xidmət göstərilməsi. avadanlığın təmirə hazırlanması.

Bilməlidir: çökdürmə vannasının regenerasiyası texnoloji prosesini və xidmət göstərilən sahənin sxemini; xidmət göstərilən avadanlığın, armaturun, kommunikasiyaların quruluşunu və iş prinsipini; xammalın və məhsulun fiziki-kimyəvi xassələrini; nümunələrin götürülmə qaydalarını; texnoloji rejimin parametrlərini; avadanlığa xidmət qaydalarını.

İşin xüsusiyyətləri. Spirtlərin, qələvilərin, turşuların və üzvi birləşmələrin (benzol, toluol, anilin və sairə) regenerasiyası texnoloji prosesinin aparılması; və ya çökdürmə vannasının regenerasiyası texnoloji prosesinin ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsi; və ya viskoz ştapel liflərin istehsalında əyrici aqreqatlarda karbonsulfidin ayırması aparatlarına xidmət edilməsi; və ya daha yuxarı ixtisaslı aparatçının rəhbərliyi altında civənin regenerasiyası texnoloji prosesinin aparılması.

Regenerasiya olunan məhsulun qatılığına uyğun olaraq regenerasiya üçün komponentlərin miqdarının cədvəllər üzrə hesablanması. Regenerasiya məhsullarının aparata yüklənilməsi və özbaşına axınla, nasosların, sıxılmış havanın və ya vakuumun köməyi ilə aparatdan çıxarılması. Külün, şlamın çökdürmə çənlərindən boşaldılması, metal civənin balonlara doldurulması və anbara nəql edilməsi.

Civə şlamının hazırlanması. NÖC-ün göstəriciləri və analizin nəticələrinə əsasən regenerasiya prosesinin verilən parametrlərinin (temperatur, təzyiq, vakuum, qatılıq və sairə) tənzimlənməsi və onlara nəzarət edilməsi.

Reaksiya aparatlarına, rektifikasiya kolonnalarına, distillə qazanlarına, kondensatorlara, defleqmatorlara, sentrifuqa, soyuduculara, absorberlərə, süzgəclərə, nasoslara, bağlayıcı armatura, NÖC-ə və başqa avadanlığa xidmət edilməsi.

Avadanlığın işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması.

Çökdürmə vannasının regenerasiyasında daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: ümumi kimyanın əsaslarını; regenerasiya texnoloji prosesini; xidmət göstərilən sahənin sxemini; texnoloji prosesin fiziki-kimyəvi əsaslarını, mahiyyətini və parametrlərini; texnoloji prosesə nəzarət edilməsi və onun tənzimlənməsi qaydalarını; iş yerindəki əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; regenerasiya məhsullarının və hazır məhsulun fiziki-kimyəvi xassələrini; sərf normalarını.

İşin xüsusiyyətləri. Közərtmə üsulu ilə gümüş katalizatorun, civə daşıyıcısının çökdürmə vannasının regenerasiyası texnoloji prosesinin aparılması və ya daha yuxarı ixtisaslı aparatçının rəhbərliyi altında buxar-qaz qarışığından karbonsulfidin regenerasiyası texnoloji prosesinin aparılması.

Natrium qələvisi, xörək duzu və natrium nitrat turşusu məhlullarının hazırlanması. Civə şlamının közərdilməsi. Buxar-qaz qarışığının qəbulu, karbonsulfidin aralıq anbarlara təzyiqlə verilməsi, baklarda karbonsulfıdin səviyyəsinin ölçülməsi. Yuyucu suların, civə şlamının əhənglə neytrallaşdırılması. Kolonnalarda qələvinin dəyişdirilməsi, şlam quyusundan kafbonsulfidin çəkilməsi. Baxış fənərlərinin, suayırıcısının, qələvi və yuyulma kolonnalarının, karbonsulfidin enmə xəttlərinin yuyulması. Natrium sulfatın kisələrə qablaşdırılması. Regenerasiya edilmiş daşıyıcının boşaldılması, qurudulması, közərdilməsi, vibroələkdə ələnməsi, qablaşdırılması. Gümüş xloridin qablaşdırılması və çəkilməsi.

NÖC-ün köməyi və analizlərin nəticələrinə əsasən azot turşusu və azot qələvisi məhlullarının verilməsi sürətinə, vakuuma, təzyiqə, temperatura (buxarın, suyun ərintinin) nəzarət edilməsi və onların tənzimlənməsi.

Karbonsulfidin kolonkalardan keçməsinə, kondensatın süzülməsinə xüsusi sorucu ventilyasiyanın işinə nəzarət edilməsi. İş təlimatlarında nəzərdə tutulan yoxlama analizlərinin keçirilməsi.

Qızdırıcılara, həlledicilərə, buxar aparatlarına, horizontal dördpilləli və buxar sirkulyasiya kristallizatorlara, quruducu aqreqatlara, qablaşdırıcı maşınlara və başqa avadanlıqlara xidmət göstərilməsi.

Civənin regenerasiyası zamanı daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: regenerasiya texnoloji prosesini və xidmət göstərilən sahənin sxemini; texnoloji rejimin parametrlərini və prosesin tənzimləmə qaydalarını. Avadanlığın, NÖC-ün istismar qaydalarını və quruluşunu; armatur və kommunikasiyaların sxemini; regenerasiya məhsullarının və hazır məhsulun fiziki-kimyəvi xassələrini; analizlərin keçirilməsi metodikasını; göstərilən işin həcmində çilingər işini.

İşin xüsusiyyətləri. Nitron lifı, karbonsilfid, civənin elektrokimyəvi üsulla gümüş katalizator daşıyıcısının, çökdürmə vannasının texnoloji regenerasiya prosesinin aparılması.

Natrium qələvisi, xörək duzu və natrium nitrat turşusu məhlullarının qatılığının, kimyəvi analizlərin nəticələrinə əsasən çökdürmə vannası komponentlərinin əlavələrinin, əyirmə, qələvi sərfi və karbonsulfid çıxışı üçün tələb olunan çökdürücü vannanın həcminin hesablanması.

Xammal və materialların daxil olmasının və sərfinin, hazır məhsul çıxışının hesablanması.

Karbonsulfidinin, çökdürmə vannasının regenerasiya prosesinə, çökdürmə vannasından natrium sulfatın kristallaşdırılmasına və toxucu maşınlarının çökdürmə vannası ilə fasiləsiz təmin olunmasına nəzarət edilməsi və onların tənzimlənməsi. Prosesin bütün mərhələlərində civənin şlamdan tam çıxarılmasına nəzarət edilməsi.

Civə elektrolizi qurğularına və başqa avadanlığa, habelə NÖC-ə, armatur və kommunikasiyalara xidmət göstərilməsi.

“Lurgi” tipli aparatlara və bütün turşu stansiyası sahəsinə xidmət göstərən fəhlələlərə rəhbərlik edilməsi.

Bütün avadanlıq və sahənin kommunikasiyalarında əmələ gələn nasazlıqların aşkar edilməsi və aradan qaldırılması.

Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi və onların işinin əlaqələndirilməsi.

Bilməlidir: regenerasiya texnoloji prosesini; xidmət göstərilən sahənin sxemini; çökdürmə, əritmə, xlorlaşdırma, elektroliz proseslərinin fiziki-kimyəvi mahiyyətini və onların tənzimləmə üsullarını; xidmət göstərilən avadanlığın, NÖC-ün kinematik sxemini; texnoioji rejimin parametrlərini, prosesə nəzarət və onun tənzimlənməsi qaydalarını; regenerasiya məhsullarının və hazır məhsulun fiziki-kimyəvi xassələrini; analizlərin, hesablamaların aparılması metodikasını; xammala və hazır məhsula olan dövlət standartlarını və texniki şərtləri; avadanlığa profilaktiki baxışın keçirilməsi metodlarını.

İşin xüsusiyyətləri. Daha yuxarı ixtisaslı aparatçının rəhbərliyi altında rekuperasiya prosesinin aparılması. Avadanlığın işə hazırlanmasında iştirak edilməsi. Buxar-hava qarışığının daxil olmasına nəzarət edilməsi. Nümunələrin götürülməsi. Avadanlığın yuyulması və təmizlənməsi.

Bilməlidir: texnoloji prosesin mahiyyətini və rejimini; prosesin tənzimləmə qaydalarını; avadanlığın quruluşunu.

İşin xüsusiyyətləri. Rekuperasiya prosesinin və ya katalizatorun istifadəsi ilə kimyəvi məhsulların qaz fazasında birləşmələrdən ayrılması prosesinin aparılması, həmçinin daha yuxan ixtisaslı aparatçının rəhbərliyi altında həlledicilərin rekuperasiyası və rektifikası prosesinin aparılması. Avadanlığın hazırlanması - absorbsiya, soyudulma, ayırma sistemlərinin sazlığının yoxlanılması. Buxarın absorberlərdən çıxarılması, soyudulması, suyun çıxarılması üçün qarışığın kondensasiyası. NÖC-ün göstəricilərinə nəzarət edilməsi. Avadanlığın təmirdən qəbul edilməsi. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: rekuperasiya prosesinin mahiyyətini və texnoloji prosesin rejimini; prosesin tənzimləmə qaydalarını; avadanlığın və NÖC-ün quruluşunu; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Həlledicilərin rekuperasiyası və rektifikasiyası texnoloji prosesinin aparılması.

Avadanlığın hazırlanması - adsorbsiya, kondensasiya, soyudulma, rektifikasiya sistemlərinin sazlığının yoxlanılması. Buxar-hava qarışığının aparata verilməsi. Adsorberdə həlledici buxarlarının doydurulumasına, adsorbsiya olunmuş həlledici buxarlarının ayrılmasına, kondensatorda həlledici və su qatışığının kondensasiyasına, neytrallaşdırılmaya nəzarət edilməsi. Rektifikasiya ilə məhsulun ayrılması və onun texnoloji prosesə qaytarılması. Aktivləşdirilmiş kömürün, məhlulun resirkulyasiyası yolu ilə adsorberdə yuyulması.

Buxar-hava qarışığının verilməsinə və temperatura nəzarət edilməsi və onların tənzimlənməsi. Rekuperasiya qurğusuna, hava verən maşına, adsorberlərə, soyuduculara, nasoslara və başqa avadanlığa xidmət göstərilməsi. Rekuperasiya olunmuş məhsulun uçotunun aparılması. Avadanlığın işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması.

Bilməlidir: həlledicilərin rekuperasiya və rektifikasiya texnoloji prosesini, xidmət göstərilən avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; armatur və kommunikasiyaların sxemini; hazır məhsulun fiziki-kimyəvi xassələrini; texnoloji rejimin parametrlərini və prosesin tənzimləmə qaydalarını; avadanlığa qulluq rejimini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etməklə eyni vaxtda rekuperasiya və rektifikasiya prosesinin aparılması.

İş təlimatlarına uyğun olaraq texnoloji prosesin idarə olunması və tənzimlənməsi. Xidmət göstərilən avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi. Analiz və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Avadanlığın və kommunikasiyaların mürəkkəb olmayan təmir işlərinin yerinə yetirilməsi.

Bilməlidir: əridicilərin rekuperasiyası və rektifikasiyası texnoloji prosesini; avadanlığın, NÖC-ün quruluşunu, onlara xidmət qaydalarını; armatur və kommunikasiyaların sxemini; hazır məhsulun fiziki-kimyəvi xassələrini; texnoloji rejimin parametrlərini və prosesin tənzimləmə qaydalarını; avadanlığa qulluq rejimini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında maddələrin qələvi ilə sabunlaşma texnoloji prosesinin bəzi əməliyyatlarının aparılması. Xammalın hazırlanması, aparata yüklənməsi, qızdırılması, qarışdırılması, sabunlaşması, sabunlaşmış qarışığın süzülməsi və soyudulması. Sabunlaşma aparatlarına, istilikdəyişdiricilərə, nasoslara və digər avadanlığa qulluq göstərilməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: istehsalın texnoloji sxemini; xidmət göstərilən sahədə əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; xammal və hazır məhsulun fiziki-kimyəvi xassələrini.

İşin xüsusiyyətləri. Qələvi və turşularla sadə sabunlaşma texnoloji prosesinin aparılması. Məhsulun qələvi və turşulardan yuyulması. Məhsulun təhvil verilməsi. Nümunələrin götürülməsi. NÖC-ün göstəricilirinə və analizlərin nəticələrinə əsasən texnoloji rejim parametrlərinin (temperaturun, təzyiq qatılaşma, turşuluq dərəcəsi) tənzimlənməsi. Sabunlaşmış məhsulda qələvinin müəyyənləşdirilməsi və onun miqdarının tənzimlənməsi. Turşuluq rəqəmi və sabunlaşma rəqəmi üzrə soda və qələvinin lazımi miqdarının hesablanması. Xammal sərfinin və hazır məhsulun uçotunun aparılması. Avadanlığın təmirdən qəbul edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; xammal, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi xassələrini; nümunələrin götürülmə qaydalarını; texnoloji rejim parametrlərini.

İş nümunəsi. Polivnilbutiral, vinifleks, kalsium, qliserofosfat, qida boyaq maddələri istehsalında sabunlaşma prosesinin aparılması.

İşin xüsusiyyətləri. Mürəkkəb sabunlaşma texnoloji prosesinin aparılması və ya daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etməklə maddələrin qələvi ilə sadə sabunlaşma prosesinin aparılması. NÖC-ün göstəricilərinə nəzarət edilməsi. Xammalın sərfinin, hazır məhsulun çıxışının hesablanması, analizlərin nəticələrinə əsasən onların keyfiyyətinin müəyyənləşdirilməsi. Sabunlaşma prosesinin gedişi barədə istehsalat jurnalında qeydiyyat aparılması. Avadanlığın vəziyyətinə nəzarət edilməsi. Texnoloji avadanlığa, NÖC və avtomatika vasitələrinə xidmət edilməsi. Avadanlığın və kommunikasiyaların sadə təmir işlərinin aparılması.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və konstruktiv xüsusiyyətlərini; xammal, yarımməhsul və hazır məhsulların fiziki-kimyəvi xassələrini; nümunələrin götürülmə qaydalarını; texnoloji rejim parametrlərini.

Orta ixtisas təhsili tələb olunur.

İş nümunəsi. Di-nitroxlorbenzol, 4-nitro-2-amino-fenol, yüksək molekulyar oksiturşular, sintetik yağlı turşular və yağlı spirtlər, ağ streptosid istehsallarında sabunlaşma prosesinin aparılması.

İşin xüsusiyyətləri. Mürəkkəb texnoloji sabunlaşma prosesinin aparılması, sabunlaşma şöbəsinin işinə nəzarət edilməsi və onun koordinasiyası.

İş təlimatlarına uyğun olaraq texnoloji prossesin idarə edilməsi və tənzimlənməsi. Analiz və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi, tənzimedici vasitələrin idarə olunması. Əsas və köməkçi avadanlığın təmirində iştirak edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini: əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və istismar qaydalarını; xammal, yarımməhsullar və hazır məhsulun fiziki-kimyəvi xassələrini; yoxlama analizlərinin aparılması metodikasını, texnoloji rejim parametrlərini və onun tənzimləmə qaydalarını.

Orta ixtisas təhsili tələb olunur.

İşin xüsusiyyətləri. Daha yuxarı ixtisaslı aparatçının rəhbərliyi altında saturasiya texnoloji prosesinin aparılması. Avadanlığın təmirə hazırlanması. Qarışığın aparata verilməsi. Nümunələrin götürülməsi. Xidmət göstərilən avadanlığın işinə nəzarət edilməsi. Avadanlığın və kommunikasiyanın təmirində iştirak edilməsi.

Bilməlidir: texnoloji prosesin fiziki-kimyəvi əsasların; xidmət göstərilən avadanlığın quruluşunu, iş prinsipini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Kondensatın saturasiyası (ammonyakla doydurulması) və ya qazın su buxarı ilə doydurulması texnoloji prosesinin aparılması.

NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən temperatura, qazın təzyiqi və keyfiyyətinə, məhlulun səviyyəsinə, məhlulda ammonyakın olmasına və pulpada kristalların miqdarına, məhlulun qatılığına, ammonyakın, ekspanzer qazının, buxarın, suyun, kondensatın verilməsinə və prosesin başqa göstəricilərinə nəzarət edilməsi və onların tənzimlənməsi. Qüllələrin üfürülməsi. Yoxlama analizlərin aparılması. Saturatorların, ammonyak absorberlərinin, saturasiya suqızdırıcı və kondensasiya qüllələrinin, nasosların, dekantaterlərin, soyuducuların, kompressorların və başqa xidmət göstərilən avadanlığın işinə nəzarət edilməsi. Avadanlıq və kommunikasiyaların mürəkkəb olmayan təmir işlərinin yerinə yetirilməsi.

Komponentlər sərfinin və hazır məhsul çıxışının hesablanması. İstehsalat jurnalında qeydlərin aparılması.

Bilməlidir: texnoloji prosesin fiziki-kimyəvi əsasla, mahiyyətini və qazın konversiyasının və ya kömür ammonium duzlarının alınmasının texnoloji sxemini; xidmət göstərilən avadanlığın, NÖC-ün quruluşunu və kommunikasiyaların sxemlərini: buxarla doydurulacaq və doydurulmuş qazın, ammonyakın, ekspazer qazının fiziki-kimyəvi və texnoloji xassələrini; texnoloji rejimi, prosesin tənzimləmə qaydalarını; analizlərin və hesablamaların aparılması metodikasını.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında sentrifuqa vasitəsilə tərkib hissələrinə ayırma texnoloji prosesinin aparılması. Xammalın hazırlanması. Onun sentrifuqaya verilməsi, çöküntünün boşaldılması. Nümunələrin götürülməsi. Avadanlığa xidmət göstərilməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: sentrifuqa və köməkçi avadanlığın quruluşunu, onların idarə edilməsi prinsipini, armatur və kommunikasiyaların, sentrifuqanın sxemini; sentrifuqa vasitəsilə tərkib hissələrinə ayırmanın texnoloji rejimini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Çirklənmiş mayelərin və ya bərk maddələrin ayrılması, bərklik dərəcəsi çox olmayan pis süzülən müxtəlif tərkibli qarışıqların ayrılması prosesinin aparılması və ya avtomatik, mexaniki və əl ilə boşaldılan sökdürücü sürətli və ən sürətli fasiləli və fasiləsiz iş rejimli sentrifuqalarda mərkəzdənqaçma qüvvəsinin köməyi ilə mayenin bərk məhsullardan ayrılması. Mərkəzdənqaçma qüvvəsinin təsiri altında yükləmə, yuma, buxara vermə və boşaltma. NÖC-ün göstəricilərinə əsasən məhsulun yüklənməsinin və suyun miqdarına və xüsusi çəkisinə görə verilməsinin, xırdalanmış və ya yuyulmuş çöküntünün boşaldılmasının tənzimlənməsi. Məhsulu çıxmaqla onun sıxlaşdırılması. Sentrifüqanın lazım olan rejimə tənzimlənməsi. Sentrifuqaya, nasoslara və nəqledici qurğulara xidmət göstərilməsi. Sıxılmış çöküntülərin yuyulması. Sentrifuqa vasitəsilə tərkib hissələrinə ayırma prosesinin qurtardığını bildirən yoxlama analizlərinin aparılması. avadanlığın təmirdən sonra qəbul edilməsi. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: sentrifuqa və köməkçi avadanlığın quruluşunu və onların idarəetmə prinsipini; armatur və kommunikasiyaların sxemini, sentrifuqa vasitəsilə tərkib hissələrinə ayırmanın texnoloji rejimini və NÖC-ün göstəricilərinə əsasən onun tənzimləmə üsullarını; NÖC-ün quruluşunu və təyinatını; nümunələrin götürülmə qaydalarını; yoxlama analizlərinin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Üfüqi avtomatik sentrifuqalarda, ən təkmilləşdirilmiş avtomatik tənzimləmə qurğusu ilə təchiz olunmuş sentrifuqalarda bərklik dərəcəsi az olan suspenziyaların sentrifuqa vasitəsilə tərkib hissələrinə ayırılması üzrə mürəkkəb və çoxşaxəli fasiləsiz və dairəvi proseslərin aparılması.

Müəyyən olunmuş temperatur, nəmlik, sürət və təzyiq parametrləri saxlamaqla sentrifuqa vasitəsilə tərkib hissələrinə ayırmanın tam sikli üzrə işlərin yerinə yetirilməsi. NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən sentrifuqa vasitəsilə tərkib hissələrinə ayırma və kristallaşma prosesinin tənzimlənməsi. Avtomatik sentrifuqalara, reostatlara, təzyiq baklarına, boylerə, armatur və kommunikasiyalara xidmət göstərilməsi. Xidmət göstərilən avadanlığın işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Xırda təmir işlərinin aparılması. Yuyulmanın hesablamasının aparılması. İstehsalat jurnalında və əməliyyat vərəqəsində xammal və hazır məhsulun uçotunun aparılması.

Bilməlidir: suspenziya və emulsiyaların ayrılması üsullarını; sentrifuqa vasitəsilə tərkib hissələrinə ayırma prosesinin aparılmasının texnologiyasını; bölünən emulsiyaların, suspenziyaların, müxtəlif tərkibli maye qatışıqların fiziki-kimyəvi xassələrini, xidmət göstərilən sahədə əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini, xammala və hazır məhsula olan dövlət standartlarını və texniki şərtləri, yuyulmanın əsas məhsulun xüsusi çəkisindən asılı olaraq hesablama metodikasını, texnoloji prosesin aparılmasının rejim və parametrlərini, təzyiq altında işləyən aparatlara xidmət göstərilməsinə qoyulan tələbləri; çilingər işini.

İşin xüsusiyyətləri. Partlayış təhlükəli və tezalışan məhsulların sürəti 10000-15000 dövr/dəq olan sentrifuqalarda mürəkkəb dövrü sentrifuqa vasitəsilə tərkib hissələrinə ayırma proseslərinin aparılması. İş təlimatlarına uyğun olaraq texnoloji prosesin idarə olunması və tənzimlənməsi. Analiz və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Sərf olunan xammalın və hazır məhsul çıxışının ölçülməsi; analizlərin nəticələrinə əsasən onların keyfiyyətinin müəyyənləşdirilməsi. NÖC və avtomatika vasitələrinin göstəricilərinə, texnoloji avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi. Avadanlığın təmir işlərinin yerinə yetirilməsi.

Bilməlidir: suspenziya və emulsiyaların ayrılması üsullarını; sentrifuqa vasitəsilə tərkib hissələrinə ayırma prosesinin texnologiyasını; ayrılan emulsiyaların, suspenziyaların, müxtəlif tərkibli mayelərin fiziki-kimyəvi xassələrini; xidmət göstərilən sahədə əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; xammal və hazır məhsula olan dövlət standartlarını və texniki şərtləri, yuyulmanın əsas məhsulun xüsusi çəkisindən asıb olaraq hesablama metodikasını; texnoloji prosesinin aparılmasının rejim və parametrlərini; təzyiq altında işləyən aparatlara xidmət göstərilməsinə qoyulan tələbləri; avadanlığın sazlama qaydalarını; çilingər işlərini.

İşin xüsusiyyətləri. Ağac ununun və zay plastmas məmulatlarından alınmış unun ayrılması prosesinin aparılması.

Xammalın hazırlanması və yüklənməsi. Məhsulun boşaldılması. Avadanlığın təmizlənməsi və yuyulması. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: ayrılma texnoloji prosesini; xidmət göstərilən avadanlığın quruluşunu və iş prinsipini; kommunikasiyaların sxemini.

İşin xüsusiyyətləri. Müxtəlif konstruksiyalı separatorlarda emulsiyaların, suspensiyaların, mayelərin və qaz qarışığının, bərk məhsulların ayrılması prosesinin ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsi.

Xammalın hazırlanması. Nasosların, sıxılmış havanın, vakuumun köməyi ilə və ya özbaşına axınla separatorların doldurulması. Texnoloji avadanlığa xidmət göstərilməsi. Nasosların, sıxılmış havanın, vakuumun köməyi ilə və ya özbaşına axınla məhsulun boşaldılması. Tələb olunanda steril və yarımsteril iş şəraitinin yaradılması üçün otaqların və avadanlığın dezinfeksiyası və hazırlanması. Nümunələrin götürülməsi.

Bilməlidir: ayırma texnoloji prosesini; texnoloji rejimin parametrlərini; xidmət göstərilən avadanlığın quruluşunu və iş prinsipini; kommunikasiyaların sxemini; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Müxtəlif konstruksiyalı separatorlarda emulsiyanın, suspensiyaların nıaye və qaz qarışığının, bərk məhsulların ayrılması texnoloji prosesinin aparılması.

Gözlə müşahidə yolu ilə, NÖC-ün göstəriciləri və analizlərin nəticələrinə əsasən separatorlarda səviyyə və təzyiqin, fırlanma sürətinin, ayrılan mayelərin xüsusi çəkisinin tənzimlənməsi. Ayırma prosesinin verilmiş parametrlərdən kənarlaşma səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması. İş təlimatında nəzərdə tutulan analizlərin yerinə yetirilməsi. Texnoloji avadanlığa - hava, maye, fırlanan və başqa tipli separatorlara, retortlara, bölücü kalonlara, yuyucu aparatlara, ekstraktorlara, durulducu çənlərə, dezinteqratorlara, siklonlara, çənlərə, NÖC-ə, armatura, kommunikasiyalara və başqa avadanlığa xidmət göstərilməsi. Avadanlığın təmirdən qəbul edilməsi.

Bilməlidir: ayırma texnoloji prosesini; texnoloji rejimin parametrlərini; xidmət göstərilən avadanlığın quruluşunu və iş prinsipini; kommunikasiyaların sxemini; NÖC-ün istismar qaydalarını; nümunələrin götürülmə qaydalarını və analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Çoxkameralı və elektromaqnit separatorlarda, fasiləsiz hərəkət edən floren borularda ayırma prosesinin aparılması, həmçinin biosintez və ya bakterial və virus preparatları istehsalında ayırma texnoloji prosesinin aparılması və daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Xammalın qəbul edilməsi. Onun aparatlara dozalarla yüklənilməsi. NÖC-ün göstəricilərinə, avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi. İş təlimatlarına uyğun olaraq texnoloji prosesin idarə olunması və tənzimlənməsi. Yoxlama analizlərin aparılması. Avadanlığın və kommunikasiyaların mürəkkəb olmayan təmir işlərinin yerinə yetirilməsi.

Bilməlidir: ayırma texnoloji prosesini; texnoloji rejimin parametrlərini, avadanlığa, NÖC-ə xidmət qaydalarını, onların quruluşunu və iş prinsipini, kommunikasiyaların sxemini; nümunələrin götürülmə qaydalarını və analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Viskoz tekstil saplar istehsalında sarğı materialları və ya topalarının sıxılması prosesinin aparılması. Topaların sentrifuqalara yüklənməsi və boşaldılması, araba tipli iş aqreqatlarının sentrifuqalarına xidmət göstərilməsi zamanı pres-arabalarının presdən azad olunması. Topaların pres-arabalarda hərəkət edən platformalarla presdən azad etmə mexanizminin yanına daşınması. Boş arabaların, hərəkət edən platformanın nəql edilməsi. Xam məhsulun süzgəc parçalarında və ya kisələrində qəlibləndirilməsi və paketin presə yüklənməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: istehsalın texnoloji sxemini; sıxılan məhsulların fiziki-kimyəvi və texnoloji xassələrini; avadanlığın quruluşunu və iş prinsipini; texnoloji rejimin parametrlərini və prosesin tənzimləmə qaydalarını.

İşin xüsusiyyətləri. Müxtəlif konstruksiyalı preslər və sıxıcı aqreqatlarda artıq nəmliyin mexaniki yolla sıxılması üsulu ilə çökdürülmüş məhsulların qurudulması texnoloji prosesinin aparılması. Prosesin fazası üzrə presin təzyiqinin tənzimlənməsi, məhsulun sıxılma vaxtının başa çatmasının müəyyənləşdirilməsi, Məhsulun boşaldılması. Süzücü parçanın təmizlənməsi, hazır məhsulun xırdalanması və qablaşdırılması. NÖC-ün göstəriciləri və analizlərin nəticələrinə əsasən mexanizmlərin işinə və məhsulun keyfiyyətinə nəzarət edilməsi. Məhsulun ilkin nəmliyindən və növündən asılı olaraq təzyiqin, sıxma vaxtının tənzimlənməsi. Yüksək təzyiqli hidravlik və vintli preslərə xidmət göstərilməsi. Avadanlığın təmirə hazırlanması və təmirdən qəbul edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; sıxılan məhsulların fiziki-kimyəvi və texnoloji xassələrini; zay məhsulun növlərini, əsas avadanlığın quruluşunu; texnoloji rejim parametrlərini və prosesin tənzimləmə qaydalarını; yüksək təzyiq altında işləyən avadanlığa xidmət göstərilməsi qaydalarını.

İşin xüsusiyyətləri. Sıxma və qurutma texnoloji prosesinin aparılması ilə eyni zamanda sıxıcı və quruducu aqreqatlara xidmət göstərilməsi.

NÖC-ün göstəricilərinə nəzarət edilməsi, xammal sərfi və hazır məhsul çıxışının hesablanması. Analizlərin nəticələrinə əsasən məhsulun keyfiyyətinin müəyyənləşdirilməsi. İş təlimatlarına uyğun olaraq texnoloji prosesin aparılması. Analiz və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Avadanlığın işə hazırlanması. Onun işə salınması və dayandırılması. Avadanlığın vəziyyətinə nəzarət edilməsi. Avadanlığın mürəkkəb olmayan təmir işlərinin aparılması.

Bilməlidir: istehsalın texnoloji sxemini, sıxılan məhsulların fiziki-kimyəvi və texnoloji xassələrini; avadanlıq və NÖC-ün quruluşunu və konstruktiv xüsusiyyətlərini, texnoloji rejim parametrlərini və prosesin tənzimləmə qaydalarını; yüksək təzyiq altında işləyən avadanlığa xidmət göstərilməsi qaydalarını.

İşin xüsusiyyətləri. Benzil sianit, proqesteron, sianatsirkə efiri, rodanlı ammonium və digər məhsulların alınması zamanı üzvi birləşmələrin sianlaşdırma texnoloji prosesinin aparılması.

Texnoloji təlimata uyğun həlledicilərin distillə edilməsi, taranın təmizlənməsi və digər yanaşı proseslərin (ayırma, çökdürmə, süzülmə və sairə) aparılması. Xammal və yarımfabrikatların dozalara bölünməsi və yüklənməsi; istifadə olunan (reaktorlar, buxarlandırıcı və distillə aparatları, sentrifuqalar, uducu qurğular, müxtəlif süzmə və köməkçi aparatları) avadanlığın hazırlanması, sazlanması və ona xidmət göstərilməsi. Avadanlıq və boru xətlərinin germetikliyinin yoxlanılması. NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Nümunələrin götürülməsi; xammal və yarımfabrikatlar sərfinin hesabatının aparılması.

Avadanlığın (əvvəlcədən qazdan təmizləməklə) təmirə hazırlanması və təmirdən qəbul edilməsi.

Bilməlidir: sianlaşdırma texnoloji prosesini; avadanlığın, NÖC-ün quruluşunu, iş prinsipini və tənzimləmə qaydalarını; texnoloji prosesin təmizlənmə qaydalarını; xammal, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi xassələrini, onlara qoyulan tələbləri; nümunələrin götürülmə qaydalarını; kommunikasiyaların sxemini.

İşin xüsusiyyətləri. Sianlaşdırma texnoloji prosesinin aparılması-halloid sulfodiazonitro və ya digər üzvi birləşmələrdə digər qrupların missianit kompleksinin təsiri altında sian qrupu, natrium və ya kalium sianit və digər sianit birləşmələri ilə əvəz edilməsi. Xammalın hazırlanması, ilkin məhlulların və digər reagentlərin hazırlanması. Diazoməhlulun və ya digər üzvi birləşmənin qatılığından asılı olaraq tələb olunan xammalın hesablanması. Texnoloji rejimlə müəyyənləşdirilmiş dəqiq ardıcıllıqla reagentlərin dozalara bölünməsi. Reaksiya aparatlarına reagentlərin yüklənməsi. Reaksiya kütləsinin qarışdırılması, qızdırılması və ya soyudulması. Təmizləyici sistem və avadanlığın (reaktorlar, buxarlandırıcı və distillə aparatları, sentrfuqalar, süzgəclər, bölücü qıf və cihazlar, çənlər, armatur, kommunikasiyalar və NÖC, sinil turşusunun ayrılması ilə gedən sianlaşdırma prosesinin xüsusi şəraitdə aparılmasında istifadə olunan xüsusi qurğular) yoxlanması və onlara xidmət göstərilməsi. Yoxlama analizlərinin aparılması.

Bilməlidir: sianlaşdırma texnoloji prosesini; texnoloji prosesin tənzimləmə qaydalarını; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və istismar qaydalarını; xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini. Xammal, yarımfabrikat və hazır məhsulun texnoloji və fiziki-kimyəvi xassələrini; zəhərli, tezalışan və partlayış təhlükəli maddələrlə iş qaydalarını; analizlərin aparılması metodikasını. Tələb olunan xammalın hesablanması metodikasını; avadanlığın sazlama qaydalarını.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında sintez texnoloji prosesinin ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsi. Boya əsaslarının sintezi prosesində xammalın daşınması, köpüyün endirilməsi, qətranın parçalara kəsilməsi, qətranın anbara daşınması. Fotoemulsiyanın həlməşik halına salınması və gözlə müşahidə etməklə həlməşiyin hazırlığının müəyyən edilməsi. Qeyri aktiv işıqlandırmada və ya tam qaranlıqda fotoemulsiyanın kəsmə maşınlarında xırdalanması. Hazır fotoemulsiyanın çəkilməsi və saxlama kamerasına verilməsi. Fotoemulsiyanın həlməşik halında doldurulması və boşaldılması. Xidmət göstərilən avadanlığın işinə nəzarət edilməsi. Tərkibində gümüş olan tullantıların yığılması. Fotoemulsiyanın boşaldılması və saxlanılması üçün taraların hazırlanması.

Bilməlidir: texnoloji sxemi; xidmət göstərilən avadanlığın və kommunikasiyaların quruluşunu; hər bir fotoemulsiya növü üçün işıq texnikası rejimini; iş üsullarını.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında sintez texnoloji prosesinin aparılması. Xammalın hazırlanması və yüklənilməsi, məhsulun boşaldılması. Analiz üçün nümunələrin götürülməsi. NÖC-ün göstəricilərinə əsasən vakuum, buxar və başqa kommunikasiyaların bağlanılması. Avadanlığın və mexanizmlərin yuyulması, təmizlənməsi, yağlanması.

Bilməlidir: xammal və yarımfabrikatların əsas fiziki-kimyəvi xassələrini və onlara qoyulan tələbləri; üzvi və qeyri-üzvi sintez üsulu ilə məhsulların alınmasının fiziki-kimyəvi əsaslarını; xidmət göstərilən aparatların iş prinsipini.

İşin xüsusiyyətləri. Sintez texnoloji prosesinin bir-iki kimyəvi mərhələsinin (hidrobromlaşdırma, asetilləşdirmə, diazotlaşdırma, nitrolaşdırma, bisulfıtləşdirmə, bərpa etmə, xlorlaşdırma, arsenləşdirmə, sabunlaşma) aparılması, habelə yarımfabrikat və ya hazır məhsul alınana qədər yanaşı proseslərin (süzgəcdən keçirmə, neytrallaşdırma, kristallaşdırma, mərkəzdən keçirmə, sentrifuqa vasitəsilə tərkib hissələrinə bölmə) aparılması.

Xammalın qəbulu, analizlərin nəticələrinə əsasən onun keyfiyyətinin yoxlanılması. Reseptura əsasında müəyyənləşdirilmiş ardıcıllığı və dozaların həcmini gözləməklə xammalın, yarımfabrikatların hesablanması, dozalara bölünməsi və aparatlara yüklənməsi. NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən temperatura, təzyiqə, qatılığa, mühit reaksiyasına və başqa parametrlərə nəzarət edilməsi və onların tənzimlənməsi. Sintez prosesində aparatlara əlavə xammal komponentlərinin və başqa əlavələrin və ya katalizatorların verilməsinin tənzimlənməsi. Qazların və tozun tutulması, çirkab suların neytraldaşdırılması. Texnoloji rejimin müəyyən olunmuş normalarından kənarlaşmaların səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması. Reaksiya aparatlarına, avtoklavlara, ekstraktorlara, kolonkalara, qarışdırıcı, quruducu və ölçü cihazlarına, sentrifuqalara, süzgəclərə, çənlərə, nasoslara və başqa avadanlığa xidmət göstərilməsi. Nümunələrin götürülməsi və yoxlama analizlərinin aparılması. Xammal və yarımfabrikatların sərfinin hesablanması. Avadanlığın təmirdən qəbul edilməsi. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: sintez texnoloji prosesinin və yanaşı proseslərin mahiyyətini; əsas və köməkçi avadanlığın quruluşunu və iş prinsipini; kommunikasiyaların sxemini; xidmət göstərilən sahədə NÖC-ün təyinatını; xammalın, yarımfabrikatların və hazır məhsulun xassələrini və onlara qoyulan tələbləri; nümunələrin götürülmə qaydalarını və yoxlama analizlərinin aparılması metodikasını.

İş nümunəsi. Blok üsulu ilə (bir avadanlıqda 5 ada qədər) yağ-kanifol, bitum, yantar, kopal, amid laklarının və alkid əliflərinin istehsalında. Formalin və lak əsaslarının sintezi prosesinin aparılması; fenol qətranlar əsasında lakların; polimer tikinti materialları və süni dəri istehsalında alkid qətranlan; sintezi prosesinin aparılması;yuyulma və ikinci yetişmə mərhələlərində və fotoemulsiyanm sulanmaya hazırlanması mərhələlərində fotoemulsiyanm sintezi prosesinin aparılması.

İşin xüsusiyyətləri. Texnoloji sintez prosesinin üç və daha artıq kimyəvi mərhələlərinin, (bərpa etmə, oksidləşmə, diazotlaşdırma, xlorlaşdırma, arsenləşdirmə, metilləşdirmə, nitratlaşdırma, kondensasiya, hidridləşdirmə və b.) habelə partlayış təhlükəli, zəhərli və ya güclü təsiredici maddələrin tətbiqi və ya alınması ilə bağlı olan xüsusi şərtlərin gözlənilməsi ilə yarımfabrikatların və hazır məhsulun alınmasına qədər yanaşı proseslərin (süzgəcdən keçirmə, neytrallaşdırma, sentrifuqa vasitəsilə tərkib hissələrinə bölmə, kristallaşdırma) aparılması. Daha yüksək dərəcəli aparatçının rəhbərliyi altında avtomatik üsulla tənzimlənmə aparatında sintez prosesinin bütün mərhələlərinin aparılması.

Komponentlərin hesablanması, dozalara bölünməsi, ardıcıl surətdə, vaxt, çəki və temperatur üzrə ciddi nizama salınma qaydasında reaktora yüklənməsi. Qarışdırıcı qurğunun fırlanma sürətinin, vakuum yaradılmasının tənzimlənməsi. Müəyyən olunmuş qatılığa çatdırılmaqla ilkin məhlulların hazırlanması. Retifikasiya, kondensasiya və polimerləşdirmə, butanlaşdırma, modifıkasiya, azeotrop üsulu ilə qurudulma, vakuum-qurudulma, dərin distillə edilmə, termik emal edilmə, süzgəcdən keçirilmə, standartlaşdırılma və rektifikasiya proseslərinin aparılması. Analizlərin aparılması. NÖC-ün göstəriciləri və analizin nəticələrinə əsasən prosesə nəzarət edilməsi və onun tənzimlənməsi. Texnoloji rejim normalarından kənarlaşma səbəblərinin aşkar edilməsi və aradan qaldırılması. Sintez sahələrində avadanlığın və kommunikasiyaların işindəki nasazlıqların aradan qaldırılması. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi, sahədə işin əlaqələndirilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; prosesin texnoloji rejimini və tənzimləmə qaydalarını; əsas və köməkçi avadanlığın, NÖC-ün, avtomatika vasitələrinin quruşulunu və istismar qaydalarını; kommunikasiyaların sxemini; xammalın fiziki-kimyəvi xassələrini; katalizatorların, hazır məhsulun və istilikdaşıyıcıların xassələrini; ilkin xammala, yarımfabrikatlara və hazır məhsula qoyulan tələbləri; analizlərin aparılması, resepturanın hesablanması üsullarını; zərərli və partlayış təhlükəli maddələrlə iş qaydalarını. Avtomatik tənzimləmə və nəzarət vasitələrinin istifadəsi qaydalarını, emulsiyanın bütün növləri üçün işıq texnikası rejimini.

1. Fenol, epoksid, melomin, formaldehid və başqa lak qətranlarının sintezi.

2. Akril turşusu nitrilinin, sianurxloridin, tetraetil qurğusunun brometilin, tribitilfosfatın, etanolaminin, forsforlu üzvi zəhərli kimyəvi preparatlarının, karbonillərin, metalların, sianid turşusunun, asetonsianhidrinin, metakril və akril turşularının, akronalın, metakril turşu efirlərinin, polinakın, yarımefirlərin, etilensianhidridin və analoji məhsulların sintezi.

3. Difenilopropanın sulfat turşusu və ya xlorid vasitəsi ilə sintezi, lak qətranlarının sintezi; alkid lakları, elektrik qurğuları hissələrinin izolyasiyasına məxsus lakların və doymamış poliefır lakların və alkid əliflərin istehsalında lak əsasların sintezi; birinci və ikinci yetişmə mərhələlərində fotoemulsiyanın sintezi və emulyasının suvarılmaya hazırlanması; maqnit lentlərin istehsalı üçün dəmir duzları məhlullarından, kobaltdan və başqa komponentlərdən ferromaqnit tozunun sintezi; hidrozinhidratın alınması üçün sidik cövhəri və natrium hipoxlorit məhlululun, poroforun alınması üçün aminlərin və metanolun istehsalında azodinitrildizyağ turşusunun sintezi.

İşin xüsusiyyətləri. Ağır üzvi sintez, ətirli maddələr, sintetik vitaminlər, epixlorhidrin, etilendiamin, dixloretan istehsalatlarında prosesin parametrlərinin və rejiminin avtomatik üsulla tənzimlənməsi aparatlarında sintez texnoloji prosesinin bütün mərhələlərinin aparılması və ya müstəsna ehtiyatlılıq, xüsusi məsuliyyət tələb edən partlayış təhlükəli və tezalışan, zəhərli və güclü təsiredici maddələrin istifadəsi ilə yeni texnologiyanın mənimsənilməsi ilə bağlı mürəkkəb kimyəvi proseslərin sintezinin aparılması, həmçinin radioaktiv və sabit izotopların sintezində radioizotop xammalın, yarımfabrikatların və hazır məhsulun hazırlanması prosesinin aparılması və ona nəzarət edilməsi.

Yeni texnoloji prosesin xüsusiyyətlərinin öyrənilməsi və təsbit edilməsi, məhsul çıxışının ən yüksək səviyyəsinə və ən yüksək keyfiyyətdə məhsulun alınmasına nail olmaq məqsədilə optimal şəraitin aşkar edilməsi. Bütün mərhələlərdə sintez prosesinin intensivlik dərəcəsinin, reaksiyanın başlanma və qurtarma vaxtının, məhsulun çıxışının və başqa parametrlərin NÖC-ün, analizlərin nəticələrinə əsasən və orqanoleptik üsulla müəyyənləşdirilməsi. Proseslərin optimal şəraitə uyğunlaşdırılması və tənzimlənməsi, prosesin avtomatik üsulla tənzimlənməyə keçirilməsi. Fasiləsiz hərəkətli çoxseksiyalı kolonnalara, 100 atm-dən yuxarı təzyiq altında avtoklavlara, mürəkkəb qurğulara, sintez reaktorlarına, xromatoqrafik kolonkalara, ultrasəs qurğularına, ekstraktor-separatorlara və başqa avadanlığa xidmət göstərilməsi. Xammal, yarımfabrikat sərfinin və hazır məhşulun uçotunun aparılması. Xidmət göstərilən sahədə və ya sexdə bütün peşələrdən olan fəhlələrə rəhbərlik edilməsi və onların işinin əlaqələndirilməsi.

Bilməlidir: sahədə texnoloji prosesi; istifadə olunan xammal və komponentlərin fiziki-kimyəvi xassələrini, yarımfabrikatlara və hazır məhsula qoyulan texniki şərtləri və dövlət standartlarını; əsas və köməkçi avadanlığın, NÖC-ün və tənzimləyici cihazların quruluşunu, konstruktiv xüsusiyyətlərini; armatur və kommunikasiyaların sxemini; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını; dozalaşdırıcı prosesin texnoloji rejiminin metodunu; üzvi kimyanın əsaslarını.

Orta ixtisas təhsili tələb olunur.

1. Qeptalın, freonların, asetilenin katalitik sianhidridləşdirilməsi üsulu ilə akril turşusu nitrilinin, asetonsianhidrinin, metakril və akril turşularının, metakril turşusu efirlərinin, poliefirlərin, etilensianihidrinin, tributilenforsfatın, polinakın, üzvi silisium monomerlərin və Qrinyar reaksiyası üzrə mayelərin, melaminin sintezi.

2. Fenol, epoksid, melamin-formaldehid və sidik cövhəri-formaldehid və başqa lak qətranlarının sintezi.

3. Ətirli maddələrin, sintetik vitaminlərin, epixlorhidrinin, etilendiaminin, dixloretanın prosesin avtomatik üsulla tənzimlənməsi aparaturasında sintezi.

4. Texniki xlorofor istehsalında sintez, siklopropan (hidrobromlaşdırma daxil olmaqla), izopropilbenzol, izopropilbenzol hidroperoksid, fenol-aseton, etilen turşusu, monoetilenqlikol, ən yüksək qlikollar, etanolamin, proksonal- proksaminlər, butil və etil selloozolə, dietilenqlikol, üzvi və diafil peroksidləri istehsalında texnoloji prosesinin bütün mərhələlərinin aparılması.

5. Alkid lakları və alkid əlifləri istehsalında lak əsaslarının sintezi; müxtəlif konstruksiyalı reaktorlarda elektrik qurğuları hissələrinin izolyasiyasına məxsus lakların və doymamış poliefir lakların blok və azeotrop üsulu ilə sintezi; sulfat turşusu və ya xlorid turşu ilə difenilopropan lak qətranlarının sintezi; formalinin sintezi; bütün növdən olan kino-fotoplyonkalar, xüsusi plyonkalar, fotoplastikalar, fotokağızlar üçün fotoemulsiyanın sintezi; qeksametilendiizosianat, matenol, ikobutil yağı, ammonyak, melamin, birmal, üçizobutilalümin istehsalında katalizatorun istifadəsilə sintezin aparılması.

İşin xüsusiyyətləri. Qaz, maye və bərk maddələrin müxtəlif soyuducu maddələrlə (su, hava, ammonyak, duz məhlulları, turşu və qələvilərlə) soyudulması texnoloji prosesinin aparılması.

Soyudulma üçün məhsulun qəbul edilməsi. Su və ya hava ilə soyudulma; qazların kondensasiyası, ammonyakın buxarlandırılması, freonun buxarlandırılması və kondensasiyası, duz, turşu və qələvi məhlullarının hazırlanması. Soyudulmuş məhsulun duruldulması, məhsulun boşaldılması və növbəti əməliyyata ötürülməsi. Soyuqluğun növbəti istifadə üçün ötürülməsi. Durulducu çənlərin və soyuducuların yuyulması. Boşaltma xəttinin sıxılmış hava ilə üfrülməsi. NÖC-ün göstəriciləri və analizlərin nəticələrinə əsasən texnoloji prosesin tənzimlənməsi. Yoxlama analizlərinin aparılması. Elektrolitik kaustikin soyudulması zamanı analizlərin aparılması. Su kondensatorlarına, soyuduculara, buxarlandırıcılara, separatorlara, soyuducu barabanlara, tutumlara, nasoslara, kommunikasiyalara, NÖC-ə və digər avadanlığa xidmət göstərilməsi. Avadanlığın işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Avadanlığın təmirə hazırlanması, təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: soyudulma sahəsinin texnoloji sxemini; xidmət göstərilən avadanlığın və NÖC-ün quruluşunu və iş prinsipini; armatura və kommunikasiyaların sxemini; soyuducu və soyudulan məhsulların fiziki-kimyəvi xassələrini; texnoloji rejim parametrlərini; prosesin tənzimlənmə qaydalarını; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etməklə qaz, maye və bərk halında olan maddələrin müxtəlif soyuducularla soyudulması texnoloji prosesinin aparılması.

Soyutma sahəsinə nəzarət edilməsi və onun işinin əlaqələndirilməsi. NÖC-ün göstəricilərinə nəzarət edilməsi. Yoxlama analizlərinin yerinə yetirilməsi. Analizlərin nəticələrinə və müşahidələrə əsasən prosesin tənzimlənməsi, nizamlayıcı vasitələrin idarə olunması. Texnoloji avadanlığa, NÖC-ə və kommunikasiyalara xidmət göstərilməsi. Əsas və köməkçi avadanlıqların təmirində iştirak edilməsi. Texnoloji rejim pozuntularının aşkar edilməsi və aradan qaldırılması.

Bilməlidir: soyutma sahəsinin texnoloji sxemini; xidmət göstərilən avadanlıqların, NÖC-ün quruluşunu və iş prinsipini, armatur və kommunikasiyaların sxemini, soyuducu materialların və soyudulan məhsulların fiziki-kimyəvi xassələrini, texnoloji rejim parametrlərini; prosesin tənzimləmə qaydalarını; kimyəvi analizlərin aparılması metodikasını. Lazım olan qatılıqda orta tortaların alınması üçün kaustik pulpasına əlavə olunan elektrik tortalarının miqdarının hesablanması üsulunu.

İşin xüsusiyyətləri. Yüksək təmizlikdə qazların alınması prosesinin aparılması. Mis və kalsium sobalarına, adsorberlərə, membran kompressorlara, helium və arqonun balonlara boşaldılması stendlərinə, borvakuum nasosuna, qazın doldurulması üçün balonlara və azot saxlanan tutumlara xidmət edilməsi. Sobanın qızdırılması, kalsium sobasında kalsiumun dəyişdirilməsi, sistem və balonlardan qazın nasoslarla vurulub çıxarılması, balonların qazla doldurulmaya hazırlanması; yuyulma, təmizlənmə. Sobaların temperaturuna, təzyiqinə nəzarət edilməsi və onların tənzimlənməsi, azot vannasına azot mayesinin verilməsi. Azotun miqdarını müəyyən etmək üçün yüksək tezlikli dərəcələri ilə yoxlama analizinin aparılması. Avadanlığın və kommunikasiyaların işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Zərurət olduqda qaz və qazoksigen odluğunun alovunda şüşəüfürmə işlərinin yerinə yetirilməsi.

Bilməlidir: xidmət olunan sahənin texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu; özünün sahəsində armatur və kommunikasiyaların sxemini; temperatur, təzyiq və vakuum parametrlərinin hədlərini; xammalın, məhsulun, köməkçi materialların fiziki-kimyəvi xassələrini; kimyəvi analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Sublimasiya - təmizləmə, qızdırılma zamanı bərk cisimlərin buxar halına çevrilməsi yolu ilə onların ayrılması və ya bölünməsi və sonradan buxar halından kristallaşdırılması texnoloji prosesinin aparılması. Xammalın hazırlanması və reaksiya keçirilən aparata yüklənməsi, qızdırılma, buxara çevrilmə, kondensasiya, aparatın boşaldılması (formalara tökmə və formalardan boşaltma), tərəzidə çəkilmə, məhsulun qablaşdırılması və ya növbəti texnoloji əməliyyata ötürülməsi, aparatların təmizlənməsi. NÖC-ün göstəriciləri və analizlərin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Nəzarət üçün nümunələrin götürülməsi. Avadanlıq və kommunikasiyaların işindəki nasazlıqları aşkar edib aradan qaldırılması. Sublimatorlara, kondensatorlara, dəyirmanlara, şlamlayıcılara, çənlərə, nasoslara, odluqlara, kommunikasiyalara, NÖC və başqa avadanlıqlara xidmət edilməsi. Xammalın və hazır məhsulun miqdarının uçotunun aparılması. Avadanlığın təmirə hazırlanması və təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsiplərini; xidmət edilən sahənin armatur və kommunikasiyaların sxemini; xammal, yarımməhsul və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; xammal və hazır məhsula qoyulan tələbləri; texnoloji prosesin fiziki-kimyəvi əsaslarını; mahiyyətini və parametrlərini; prosesin tənzimlənməsi qaydalarını; nümunələrin götürülmə qaydalarını; xammalın və hazır məhsulun çıxışının hesablanmasının qaydalarını.

İşin xüsusiyyətləri. Sublimasiya prosesinin aparılması ilə eyni zamanda nəzarət analizlərinin edilməsi, tələb olunan xammalın və məhsul çıxışının hesablanması və aşağı dərəcəli aparatçıların işinə rəhbərlik edilməsi, yaxud fosforun, aspirinin; salisil turşusunun, kalomelin, süleymaninin, yodun, naftalinin elektrik sobalarında sublimə edilməsi.

NÖC-ün göstəriciləri və analizlərin nəticələrinə əsasən prosesə nəzarət edilməsi və onun tənzimlənməsi. Analizlərin aparılması

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsiplərini; xidmət edilən sahənin armatur və kommunikasiyaların sxemini; xammal, yarımməhsul və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; xammal və hazır məhsula qoyulan tələbləri; texnoloji prosesin fiziki-kimyəvi əsaslarını, mahiyyətini və parametrlərini; prosesin tənzimlənməsi qaydalarını; nümunələrin götürülmə qaydalarını və analizlərin aparılması metodikasını; xammalın və məhsulun çıxışının hesablanmasının metodikasını.

İşin xüsusiyyətləri. Xüsusi təmiz selen və alümin xlorid istehsalında sublimasiya prosesinin aparılması ilə eyni zamanda aşağı dərəcəli aparatçılara rəhbərlik edilməsi. Xammalın hesablanması və dozalara bölünməsi. NÖC-ün göstəricilərinə nəzarət edilməsi. Xammalın sərfinin və hazır məhsulun çıxışının hesablanması, analizin nəticələrinə əsasən onların keyfiyyətinin müəyyənləşdirilməsi. İş təlimatlarına uyğun olaraq prosesin idarə olunması və tənzimlənməsi. Texnoloji rejimin pozulması səbəblərinin aşkar edilməsi və aradan qaldırılması.

Bilməlidir: istehsalın texnoloji sxemini, əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; xidmət edilən sahənin armatur və kommunikasiyaların sxemini; xammal, yarımməhsul və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; xammala və hazır məhsula qoyulan tələbləri; texnoloji prosesin fiziki-kimyəvi əsaslarını, mahiyyətini və parametrlərini; prosesin tənzimlənməsi qaydalarını; nümunələrin götürülmə qaydalarını və analizlərin aparılması metodikasını; xammalın və hazır məhsulun çıxışının hesablanmasının metodikasını.

İşin xüsusiyyətləri. Temperatur rejiminin ciddi saxlanılması tələb olunmayan istehsallarda və ya dar temperatur hədlərində bərk və maye halında olan maddələrin sulfat turşusu, oleum, sulfat anhidridi ilə sulfitləşdirilməsi texnoloji prosesinin daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında aparılması.

Xammal və materialların hazırlanması və reaktora yüklənməsi. Hazır məhsulun boşaldılması. Nümunələrin götürülməsi. Sənaye sularının çıxardıb kənar edilməsi. Reaktorun təmizlənməsi. Avadanlığa xidmət göstərilməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: istehsalın texnoloji sxemini və xidmət göstərilən prosesin mahiyyətini; avadanlıqların quruluşunu və iş prinsipini; xammal, köməkçi materiallar və hazır məhsulun fiziki-kimyəvi xassələrini; texnoloji rejim və prosesin tənzimlənmə qaydalarını; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Dar temperatur hədlərində bərk və maye halında olan maddələrin sulfat turşusu, oleum, sulfat anhidridi ilə sulfitləşdirilməsi texnoloji prosesin aparılması.

Xammal və sulfat turşusunun hazırlanması, onların reaktora yüklənməsi, sulfat kütləsinin qarışdırılması, temperaturun tənzimlənməsi. Məhsulun boşaldılması və onun növbəti əməliyyatlara və ya anbara ötürülməsi. Yuyucu suların və işlənmiş turşuların kənar edilməsi.

NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən prosesin tənzimlənməsi və ona nəzarət edilməsi. Reaktorlara (sulfuratorlara), dozalara bölən qurğulara, nasoslara, kommunikasiyalara və digər avadanlığa xidmət göstərilməsi. Avadanlığın təmirdən qəbul edilməsi. Xammal sərfinin, material və məhsulun uçotunun aparılması. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini və xidmət göstərilən prosesin mahiyyətini; avadanlığın quruluşunu; xammal, köməkçi material və hazır məhsulun fiziki-kimyəvi xassələrini; texnoloji rejim və prosesin tənzimlənmə qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Texnoloji prosesin aparılması. Bərk və maye halında olan maddələrin sulfat turşusu, oleum və sulfat anhidridi ilə sulfitləşdirilməsi üzrə aparatçılara rəhbərlik edilməsi və onların işinin tənzimlənməsi və ya streptosid istehsalında xlorsulfonol turşusu ilə sulfitləşdirmə prosesinin aparılması.

Analizin nəticələrinə və məhsulun xarici görünüşünə əsasən reaksiyanın başa çatmasının müəyyənləşdirilməsi, məhsulun çökdürülməsi və ya yuyulması. (Tələb olunanda, neytrallaşdırma, ağartma və ya əlavə komponentlərin əlavə edilməsi). İşlənmiş qazların tutulması. Xammal və turşu sərfinin hesablanması. Avadanlığın nasazlığının aradan qaldırılması.

Bilməlidir: istehsalın texnoloji sxemini; avadanlığın quruluşunu və xidmət göstərilməsi qaydalarını; xammal, köməkçi material və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını; xammal və məhsula qoyulan tələbləri; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Sintetik yağlı turşular əsasında sulfitləşdirmə və ya sulfat məhsullarının alınması texnoloji prosesinin aparılması, sintetik yağlı turşular istehsalında sulfitləşdirmə sahəsinin işinə rəhbərlik edilməsi və onun tənzimlənməsi.

İş təlimatına uyğun olaraq texnoloji prosesin idarə edilməsi və onun tənzimlənməsi. Müşahidə və analizlərin nəticələrinə əsasən prosesin nizamlanması. Yoxlama analizlərinin aparılması. Xammal sərfinin və hazır məhsul çıxışının hesablanması, analizlərin nəticələrinə əsasən onların müəyyən edilməsi. NÖC-ün və avtomatika vasitələrinin göstəricilərinə, xidmət göstərilən avadanlığın işinə və vəziyyətinə nəzarət edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini və xidmət göstərilən prosesin mahiyyətini; NÖC-ün və avadanlığın quruluşunu; xammal, köməkçi materiallar və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını; xammal və məhsullara olan dövlət standartlarını.

Orta ixtisas təhsili tələb olunur.

İşin xüsusiyyətləri. Sadə texnoloji susuzlaşdırma prosesinin aparılması. Xammalın, reagentlərin hazırlanması, onların aparata yüklənməsi, susuzlaşdırma, qarışdırma, məhsulun boşaldılması. İçərisində reaksiya gedən aparatlara, ölçü cihazlarına, soyuduculara, tutucu qurğulara, nasoslara, kommunikasiyalara, NÖC-ə və başqa avadanlığa xidmət edilməsi. NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Nümunələrin götürülməsi və təlimatda nəzərdə tutulmuş analizlərin aparılması. Xammalın, köməkçi materialların və məhsulun uçotunun aparılması. avadanlığın təmirə hazırlanması və təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlıqların, NÖC-ün quruluşunu və iş prinsipini; xidmət göstərilən sahədə armatur və kommunikasiyaların sxemini; xammal, yarımfabrikat və hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; xammal və hazır məhsula qoyulan texniki tələbləri; texnoloji prosesin mahiyyətini, parametrlərini və tənzimləmə qaydalarını; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Mürəkkəb texnoloji susuzlaşdırma prosesinin aparılması. Reaksiya kütləsinin səviyyəsinə müntəzəm nəzarət edərək, xammal, reagent və köməkçi materialların reaktora yüklənməsi, yaranan karbohidrogen və başqa birləşmələrin destillə edilməsi. qaynar yağın spiral boruya və reaktorun örtüyünə ötürməklə aparatın isidilməsi, məhsulun reaktordan boşaldılması, həll edilməsi və onun istehsalın başqa sahələrinə ötürülməsi. Civənin buxarlandırıcı və kontakt aparatlarından boşaldılması, süzgəcdən keçirilməsi və mexaniki qatışıqlardan təmizlənməsi, civə balonlarına və aparatlara süzülməsi; civə azot sobalarının forsunkalarının işinə və civə buxarlandırıcısının közərmə dərəcəsinə nəzarət edilməsi. Katalizatorun xırdalanması və kontakt aparatına yüklənməsi; quruducu qurğuların yuyulması; karbon qazının dozalarla sistemə verilməsi, dehidrogenləşdirilmiş suyun kanalizasiyaya axıdılması. Susuzlaşdırma aparatlarına, buxarlandırıcılara, kondensatorlara, istilik cihazlarına, çökdürücü çənlərə, qətran həlledicilərinə, civə və azot sobalarına, qurutma kolonkalarına, kommunikasiyalara, NÖC-ə və digər avadanlığa xidmət göstərilməsi. Yüklənəcək xammalın, məhsulun həll olunması üçün lazım olan suyun miqdarının hesablanması.

Bilməlidir: xidmət göstərilən sahədə istehsalın texnoloji sxemini və spirtlərin susuzlaşdırılması prosesinin mahiyyətini; əsas və köməkçi avadanlığın, NÖC-ün və kommunikasiyaların quruluşunu və iş prinsipini; xammal və köməkçi materialların fiziki-kimyəvi xassələrini; texnoloji rejimi; texnoloji prosesin tənzimlənməsi qaydalarını, hesabatların metodikasını; analizlərin aparılması metodikasını.

İş nümunəsi. Alkoloidlərin, barbituratların, hormonların, spirtlərin susuzlaşdırılması.

İşin xüsusiyyətləri. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etməklə mürəkkəb texnoloji susuzlaşdırma prosesinin aparılması və ya azetrop susuzlaşdırma texnoloji prosesinin aparılması; karbohidrogenlərin buxarlanması; buxarın bərk qızdırılması; katalitik susuzlaşdırma; kontakt qazın kondensasiyası; kondensatın çökdürülməsi, təbəqələrə ayrılması; karbohidrogen təbəqənin götürülməsi, qurudulma; etilenin təmizlənməsi; kontakt aparatlarında katalizatorun, quruducu kolonnalarda qələvi və kalsium xlorun; şora vannalarında şoranm, adsorberlərdə kömürün vaxtaşırı dəyişdirilməsi; civə buxarlandırıcısının işinə nəzarət edilməsi; maye və qaz halında olan yanacaqla sobaların qızdırılması; katalizatorun aktivləşdirilməsi və regenerasiyası; kontakt aparatlarına, qazayırıcı aparatlara, adsorberlərə, qazqolderlərə, kommunikasiyalara, NÖC-ə və avtomatika vasitələrinə və başqa avadanlığa xidmət edilməsi. Texnoloji rejim pozuntusu kənarlaşma hallarının vaxtında aşkar edilməsi və aradan qaldırılması, avadanlıq və kommunikasiyaların işindəki nasazlıqların aradan qaldırılması. Tələb olunan xammalın, reagentlərin, katalizatorun və məhsul çıxışının hesablanması.

Bilməlidir: karbohidrogenlərin susuzlaşdırılmasının texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC və avtomatika vasitələrinin quruluşunu və istismar qaydalarını; armatur və kommumkasiyaların sxemini; xammal və köməkçi materialların fiziki-kimyəvi xassələrini; texnoloji rejimi; prosesin fiziki-kimyəvi əsaslarını, mahiyyətini və onun tənzimlənməsi qaydalarını; hesablamaların metodikasını; analizlərin aparılması metodikasını.

İş nümunəsi. “A” vitamini və ksilit istehsalında etilenin, di-3-metil-fenil-vinilkarbinolların, dimetildioksanın, diolun susuzlaşdırılması.

İşin xüsusiyyətləri. Suyun duzsuzlaşdırılması prosesinin ion mübadilə qətranını hazırlamadan aparılması və bir pilləli ion mübadilə süzgəclərində suyun duzdan təmizlənməsi, həmçinin ionit süzgəclərdə və ya ionit absorbsiya kolonkalarında ion mübadiləsi üsulu ilə suyun həll edilmiş duzlardan təmizlənməsi prosesinin daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında aparılması. Xammalın hazırlanması. Suyun süzgəclərə və ya kolonkalara verilməsinin tənzimlənməsi, təmizlənmiş suyun istehsalın növbəti texnoloji mərhələlərinə ötürülməsi. Nümunələrin götürülməsi. Texnoloji avadanlığa xidmət göstərilməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: suyun duzsuzlaşdırılması prosesinin mahiyyətini və texnoloji sxemini. Prosesin tənzimləmə qaydalarını; xidmət göstərilən avadanlığın quruluşunu və iş prinsipini; duz, turşu və qələvilərin fiziki-kimyəvi xassələrini; duzsuzlaşdırılmış suya texniki şərtlərlə qoyulan tələbləri; nümunələrin götürülmə qaydalarını, analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. İonit süzgəclərdə və ya ionit absorbsiya kolonkalarında ion mübadiləsi üsulu ilə suyun həll edilmiş duzlardan təmizlənməsi texnoloji prosesinin aparılması. Suyun durulaşdırılması və qızdırılması, müəyyən qatılıqda məhlulların hazırlanması. Suyun süzgəclərə və ya kolonkalara pult vasitəsilə avtomatik olaraq və ya əl ilə verilməsinin tənzimlənməsi. Təmizlənmiş (duzsuzlaşdırılmış) suyun istehsalın növbəti texnoloji mərhələlərinə verilməsi. İonitlərin turşu, duz və qələvi regenerasiyası. Reqlamentdə nəzərdə tutulmuş texnoloji rejimin parametrlərinə (temperatur, təzyiq, suyun verilmə sürəti, regenerasiya olunan məhsulların qatılığma) NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən nəzarət edilməsi və onların tənzimlənməsi. Analizlərin aparılması. Kolonkalardan çıxan duzsuzlaşdırılmış suyun elektrik ötürücülüyünün ölçülməsi. Xammala olan tələbatı və məhsulun çıxışının hesablanması. İon mübadilə və adsorbsiya kolonkalarına, süzgəclərə, nasoslara, ölçü cihazlarına, tutumlara və digər avadanlığa, NÖC-ə, avtomatika vasitələrinə, armatur və kommunikasiyalara xidmət göstərilməsi. avadanlığın təmirdən qəbul edilməsi.

Bilməlidir: ion mübadiləsi üsulu ilə suyun duzsuzlaşdırılması prosesinin texnoloji sxemini və mahiyyətini; prosesin tənzimləmə qaydalarını; xidmət göstərilən avadanlığın quruluşunu və iş prinsipini; NÖC-ün və avtomatika vasitələrinin təyinatını və istismar qaydalarını; nümunələrin götürülmə qaydalarını; analizlərin və hesabatların aparılması metodikasını; turşu, qələvi və duz məhlullarının fiziki-kimyəvi xassələrini; duzsuzlaşdırılmış suya texniki şərtlərlə qoyulan tələbləri; kommunikasiyaların sxemini.

*“ Limon və tartarat turşusu, sulfıt torlarından vanilin istehsallarında “Güzəştli şərtlərlə dövlət pensiyası almaq hüququ veren istehsalatların, sexlərin, peşə və vəzifələrin siyahısı” ilə əlaqədar peşə “süzgəcdən keçirən fəhlə” adlandırılmalıdır.

İşin xüsusiyyətləri. Fasiləli iş rejimində işləyən avadanlıda daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında süzülmə prosesinin aparılması.

Süzgəclərin işə hazırlanması. Suspensiyanın verilməsi və süzgəc üzrə paylaşdırılması. Süzülmə (zəruri halda yuyulma), çöküntünün qurudulması, məhsulun boşaldılması, şlamın süzgəclərə vurub çəkilməsi. Süzgəclərin şlamdan təmizlənməsi. Rama və lövhələrin sökülməsi, dəyişdirilməsi, valların əyriliyin aradan qaldırılması. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: məhsul istehsalnm texnoloji sxemini; xammalın fiziki-kimyəvi xassələrini; xammal və hazır məhsula qoyulan tələbləri; əsas və köməkçi avadanlığın iş prinsipini.

İşin xüsusiyyətləri. Fasiləli iş rejimində işləyən avadanlıqda və ya daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında fasiləsiz iş rejimində işləyən avadanlıqda süzmə texnoloji prosesinin aparılması.

NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən texnoloji prosesin parametrlərinə (təzyiq, vakuum, daxil olan suspensiyanın temperaturu və qatılığı, süzülmüş mayenin təmizliyi, suspenziyanın və yuyucu suyun verilməsi) nəzarət edilməsi və onların tənzimlənməsi.

Müxtəlif konstruksiyalı süzgəclərə, vakuum və üfürücü maşınlara, seperatorlara, çökdürücü çənlərə, kommunikasiyalara, tutumlara və digər avadanlığa xidmət göstərilməsi.

Aparatların təmirə hazırlanması və təmirdən qəbul edilməsi. Daha aşağı ixtisaslı aparatçıların işinə rəhbərlik edilməsi.

Bilməlidir: məhsul istehsalının texnoloji sxemini; prosesin tənzimləmə qaydalarını və texnoloji rejimi; xammalın fiziki və kimyəvi xassələrini; xammal və hazır məhsula qoyulan tələbləri; əsas və köməkçi avadanlığın iş prinsipini; analizlərin aparılması metodikasını.

1. Antrasenin süzülməsi.

2. Birvallı maşınlarda minaların süzülməsi.

İşin xüsusiyyətləri. Fasiləsiz iş rejimində işləyən avadanlıqda və ya mexaniki süzgəclərdə süzmə texnoloji prosesinin aparılması.

Süzgəc parçasının regenerasiyası və ya dəyişdirilməsi. Çöküntü qatının qalınlığından, suspensiyanın verilməsinin intensivliyindən, süzgəclərə təzyiqdən, yuyucu suyun temperaturundan, süzgəc aparatlarında təzyiqdən asılı olaraq, NÖC-ün göstərişinə və analizlərin nəticələrinə əsasən prosesə nəzarət edilməsi və tənzimlənməsi. Parçanın üfürülmə və regenerasiya vaxtının, süzgəclərə verilən suspenziyanın miqdarının, yuyucu suların keyfiyyətinin və tərkibinin müəyyənləşdirilməsi.

Bilməlidir: məhsul istehsalının texnoloji sxemini; xammal və hazır məhsulun fiziki-kimyəvi xassələrini; əsas və köməkçi avadanlığın quruluşunu və istismar qaydalarını; prosesin tənzimləmə qaydalarını və texnoloji rejimi; analizlərin aparılması metodikasının.

1. Zülalların ilkin kaoqulyasiyasından sonra B12 vitamini, antibiotiklər və digər biosintez preparatların süzülməsi.

2. Alkoloidlər istehsalında süzülmə.

3. Axıntı ilə gətirilmiş təbəqə ilə baraban vakuum-süzgəclərdə süzülmə.

İşin xüsusiyyətləri. Texnoloji reqlamentə uyğun olaraq şixtanın (xəlitənin) hazırlanması prosesinin aparılması; katalizator şixtasının hazırlanması.

Xəlitə düzəldilən yerə əl ilə əl arabasında, vaqonetlərdə, nəqliyyat mexanizmlərinin köməyi ilə xammalın (bərk reganetlərin) daşınması. Xammalın xırdalanması, müəyyən olunmuş nisbətdə qarışığın hazırlanması. Elevatorların, bunkerlərin, nəqliyyat vasitələrinin və mexanizmlərin şixta ilə yüklənməsi. Qarışdırıcı şnekin, şixta elevatorunun işinə nəzarət edilməsi. Analiz üçün nümunələrin götürülməsi və hazırlanması. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: texnoloji prosesin mahiyyətini; şixtanın alınma texnologiyasını; xammalın fiziki-kimyəvi və texnoloji xasələrini; xammal və hazır məhsula qoyulan tələbləri; texnoloji rejimi və prosesin tənzimləmə qaydalarını; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Texnoloji reqlamentə uyğun olaraq sarı fosfor istehsalı üçün karbohidrogen şixtanın hazırlanması prosesinin aparılması; kalsium karbid istehsalında gücü 40000 kVA-dan çox olan elektrik sobalan üçün şixtanın hazırlanması və ya daha aşağı ixtisaslı şixta düzəldən fəhlələrə rəhbərlik etməklə gücü 40000 kVA-dək elektrik sobaları üçün şixtanın hazırlanması və ya digər istehsallarda şixtanın hazırlanması ilə eyni zamanda daha aşağı ixtisaslı şixta düzəldənlərə rəhbərlik edilməsi. Şixta hazırlamaq üçün komponentlərin qəbul edilməsi, çökdürülmə, dozalara bölmə, qırışdırma, şixtanın nasoslarla çəkilməsi, hazırlanmış qarışığın boşaldılması. Texnoloji reqlamentə uyğun olaraq, komponentlər nisbətinin tənzimlənməsi. Avadanlıq və kommunikasiyaların işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Sərf olunan komponentlərin və hazırlanmış şixtanın miqdarının uçotunun aparılması. Təmirdən sonra avadanlığın qəbul edilməsi.

Bilməlidir: karbohidrogen şixtasının hazırlanmasının texnoloji sxemini, əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu, iş prinsipini; şixta komponentlərinin fiziki-kimyəvi xassələrini; armatura və kommunikasiyaların sxemini; texnoloji prosesin tənzimləmə və nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Kalsium-karbid istehsalında gücü 40000 kVA-dan çox olan elektrik sobaları üçün şixtanın, həmçinin daha aşağı ixtisaslı şixta düzəldənlərə rəhbərlik etməklə karbohidrogen şixtasının hazırlanması prosesinin aparılması.

Yüklənən və sərf olunan xammal və materialların miqdarına və keyfiyyətinə, hazır məhsulun çıxışma və prosesin digər göstəricilərinə NÖC və avadanlığın köməyi ilə nəzarət edilməsi. Siqnal qurğularının köməyi ilə avadanlığın işindəki nasazlıqların texnoloji proses pozuntularının aradan qaldırılması. Zəruri halda prosesin məsafədən idarəetmə pultundan idarə edilməsindən əl ilə idarə edilməsinə keçməsi.

Qəbuletmə bunkerlərinə, asma kanat yoluna, müxtəlif daş doğrayan maşınlara və iri qəlbirlrə konstruksiyalı çənlərə, dozalaşdırıcı qurğulara, qarışdırıcı cihazlara, qaldırıcı-nəqliyyat mexanizmlərinə, NÖC-ə, pultda quraşdırılan qeydetmə və tənzimləyici cihazlara, avtomat qurğulara xidmət göstərilməsi.

Bilməlidir; xidmət göstərilən istehsalatın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün və avtomatika sistemlərinin quruluşunu və istismar qaydalarını; amıatur və kommunikasiyaların sxemini; şixta komponentlərinin fiziki-kimyəvi xassələrini; xammal və hazır məhsula dövlət standartları və texniki şərtlərlə qoyulan tələbləri; texnoloji prosesin tənzimləmə qaydalarını; partlayış-yanğın təhlükəli istehsalatlarda iş qaydalarını.

İşin xüsusiyyətləri. Süni qaragül istehsalında şpredinq-maşında yapışqanın parçaya çəkilməsi və ya texniki və adi parçaların sürtkü maddələri ilə emalı prosesinin daha yüksək ixtisaslı maşinistin rəhbərliyi altında aparılması. Maşınların texniki sazlığının yoxlanılması və işə hazırlanması. İş yerinə parçaların gətirilməsi. Parçaların eninə, keyfiyyətinə, metraja görə seçilib ayrılması, qıraqların tikilməsi və maşina salınması. Yapışqanın verilməsi, yapışqanın parçaya bərabər çəkilməsinə, parçanın bərabər dartılmasına, qurutma kamerasının temperaturasına, parçanın makaraya düzgün sarınmasına nəzarət edilməsi. parçanın hərəkət sürətinin bıçaq və maşının aparıcı valı arasındakı məsamənin tənzimlənməsi. Parçanın nəql edilməsi, onun yapışqan sürtülənə qədər və sonra çəkilməsi. Maşının təmizlənməsi.

Bilməlidir: şpredinq-maşının quruluşunu; parçanın növlərini; reqlamentə əsasən parçanın üzərinə yapışqanın çəkilməsi texnoloji reqlamentini; toxuculuq materialların, yapışqanların və hazır məhsulun keyfiyyətinə qoyulan tələbləri; zay məhsulun əmələ gəlmə səbəblərini və onun aradan qaldırılması yollarını; iş nümunələrini.

İşin xüsusiyyətləri. İplik parçaların və toxuculuq aralıq materialının nitrolakla sürtülmə-hopdurulma prosesinin aparılması və ya müxtəlif konstruksiyalı şpredinq-maşınlarda daha yüksək ixtisaslı maşinistin rəhbərliyi altında əsas və istilikkeçirməyən polivinilxlorid linoleumun, tekstovinitin və digər parça və plyonka əsaslı materialların hazırlanması üzrə ayrı-ayrı əməliyyatların yerinə yetirilməsi, xüsusi parçaların sürtülməsi-hopdurulması.

Dolduran və qidalandıran qurğuların köməkçi və nəqlliyyat avadanlıq və mexanizmlərinin yoxlanılması və işə hazırlanması. Maşının, kommunikasiyaların təmizlənməsi və yağlanması. Onların qəbuledici-açan qurğuya salınması. Ucların maşına taxılması. Qaldırıcı mexanizmlərin köməyi ilə maşının qəbul bunkerinə polivinilxlorid qarışığının, pastanın, yapışqanın yüklənilməsi. Maşının fasiləsiz olaraq polivinilxlorid qarışığı, pasta, yapışqanla təmin edilməsi və yapışqanın bunkerdən parçaya və ya plyonka əsasına dozalara bölərək verilməsi. Parça və plyonkanın üzərinə polivinilxlorid məhlulun, pasta və yapışqanın bərabər çəkilməsinə nəzarət edilməsi və indikator göstəricilərinə əsasən raklyanın köməyi ilə çəkilən qatın qalınlığının düzəldilməsi. Texnoloji reqlamentdə tutulan hallarda yapışqanın bir neçə lay ilə çəkilməsi. parçanın və ya plyonkanın bərabər verilməsinin tənıin edilməsi, parçanın maşından keçmə sürətinin tənzimlənməsi. parçanın əvvəl və sonra çəkilməsi. 1 m parçaya düşən sürtkü və hopdurucu materialın hesablanması.

Bilməlidir: aqreqatın quruluşunu və kinematik sxemini; dolduran, qidalandıran və nəqliyyat qurğularının sazlanma qaydalarını; parça və ya plyonkanın sürtülməsi texnoloji prosesini; istifadə olunan parça, toxuculuq plyonka və digər materialların növlərini, sortlarını və təyinatını; istifadə olunan materialların, hazır məhsulun keyfiyyətinə qoyulan texniki tələbləri.

İşin xüsusiyyətləri. Müxtəlif konstrusiyalı şpredinq-maşınlarda əsas və istilikkeçirməyən polivinilxlorid linoleumun, tekstovinitin, digər parça və plyonka əsaslı materialların hazırlanması texnoloji prosesinin aparılması; drap, mahud, yun bayka, trikotaj və digər parçaların şpredinq - maşınlarında sürtülmə prosesinin aparılması, həmçinin daha yüksək ixtisaslı maşinistlərin rəhbərliyi altında emalı çətin olan xüsusi parçaların rezinlə işlənilməsi zamanı şpredinq-maşınlara xidmət göstərilməsi üzrə ayrı-ayrı əməliyyatların yerinə yetirilməsi.

Aqreqat, əlaqədar avadanlıq və NÖC-ün müstəqil olaraq sazlanması və işə hazırlanması, aqreqatın sınaq işə salınması və avadanlığın sinxron işinin altında emalı çətin olan xüsusi parçaların rezinlə işlənilməsi zamanı şpredinq-maşınlara xidmət göstərilməsi üzrə ayrı-ayrı əməliyyatların yerinə yetirilməsi.

Aqreqat, əlaqədar avadanlıq və NÖC-ün müstəqil olaraq sazlanması və işə hazırlanması, aqreqatın sınaq işə salınması və avadanlığın sinxron işinin tənzimlənməsi. Çəkilən qarışıqların tərkibindən asılı olaraq isti və soyudan vərdənələrin temperatur rejimlərini, zonalar üzrə termokameranı, parçanın keçmə sürətini, işçi vərdənə, rakyla və kipləşdirici vərdənələr arası məsamənin seçilməsi və qurulması. Sanma və açma zamanı parça və ya plyonkanın qaldırılmasının tənzimlənməsi, əyilmələrin aradan qaldırılması. Texnoloji prosesin gedişinə nəzarət edilməsi və NÖC-ün göstəricilərinə əsasən onun tənzimlənməsi. Texnoloji rejim pozuntularının aşkar edilməsi və aradan qaldırılması. Maşınların işləməsi zamanı parçalara sürtülməsinin keyfiyyətinə nəzarət edilməsi, maşın və əlaqədar avadanlığa xidmət göstərən fəhlələrə rəhbərlik edilməsi.

Bilməlidir: müxtəlif tipli aqreqatların quruluşunu və konstruktiv xüsusiyyətlərini; texnoloji prosesi, toxuculuq və plyonka materialların, yapışqanların, köməkçi materialların növlərini, sortların xassələrini və təyinatını; məhsulun keyfiyyətinə qoyulan texniki tələbləri; 1 m parçanın üzərinə çəkilən yapışqan sərfinin hesablanması metodikasını; zay məhsulun əmələ gəlmə səbəblərini və onun aradan qaldırılması üsullarını.

İşin xüsusiyyətləri. Çətin emal olunan və xüsusi təyinatlı parçaların; (balon, qazsaxlayan, ipək, tiokol lenti, kapron, paralon və sairə) şpredinq-maşınlarda sürtülməsi prosesinin aparılması. Şpredinq-maşına xidmət göstərən fəhlələrə rəhbərlik edilməsi.

Parçanın çəkisinin, metrajının və eninin yoxlanması. Yapışqan və parçanın hazırlanması işlərinin görülməsi. Müxtəlif markalı və konstruksiyalı yapışqanlar üzrə quru qalığın sərfinin hesablanması. Benzin buxarlarının çıxarılması məqsədilə rezinlə işlənilmiş parçaların maşına vərdənələnməsi. Xüsusi parçaların sürət çıxardılmağa və vulkanizasiyaya hazırlanması. Surət çıxardıldıqdan sonra xüsusi parçaların diaqonal qatının boyanması-sürtülməsi, diaqonal qatın kənarının əl ilə kəsilməsi, ikitərəfli sürtülmə.

Bilməlidir: xüsusi təyinatlı parçaların sürtülməsi prosesinin texnologiyasını; toxuculuq və plyonka materiallarının, yapışqanların, köməkçi materialların növlərini, sortlarını və xassələrini; məhsulun keyfiyyətinə qoyulan texniki tələbləri; 1 m parçanın üzərinə çəkilən yapışqanın miqdarının hesablanma metodikasını; avadanlığın quruluşunu.

İşin xüsusiyyətləri. Rezin hazırlıqların şprisləndirilməsi üzrə sadə işlərin yerinə yetirilməsi. Şaybaların seçilməsi. Maşının sazlanması və qızdırılması. Qarışığın maşına fasiləsiz olaraq verilməsi və buraxılan hazırlıqların düzgün ölçüdə olmasına dövri olaraq nəzarət edilməsi. Halqadüzəldən aqreqatına şpris-maşınında məftilin rezinlə örtülməsi. Trapesiya şəkilli yivi olan vintinin diametri 85 mm-dək olan müxtəlif konstruksiyalı şpris-maşınlarda daha yüksək ixtisaslı maşinistin rəhbərliyi altında şnurların və borucuqların şprisləndirilməsi işlərinin yerinə yetirilməsi. Rezin qarışıqların vərdənələrdən gətirilməsi, maşınla çəkilib uzadılan müxtəlif ölçüdə borucuq və şnurların qəbulu. Verilmiş ölçülərdə rezin hazırlıqlar ölçülməsi və kəsilməsi, soyudulması və ya pudralanması, tabaqlara və ya tavalara yığılması.

Bilməlidir: şprisləndirilmə texnoloji prosesini; məmulatların spesifikasiyasım; ölçülərini, tiplərini və profillərini, rezin qarışıqlarının resepti və markalarını və onların emalının xüsusiyyətlərini; məhsulun keyfiyyətinə qoyulan texniki tələbləri, avadanlığın quruluşunu və sazlanma qaydalarını.

1. Avtomobillərin qapı və pəncərə şüşələri üçün hazırlıqların düzəldilməsi.

2. Qızdırılmış rezin qarışığından hazırlanmış velosipedçinin müxtəlif tip və ölçüdə lentlərin şprisləndirilməsi.

3. Şpris maşınlarda “Aptek” (dərman qutusu) detalları üçün rezin şnurların hazırlanması.

İşin xüsusiyyətləri. Rezin hazırlıqların şprisləndirilməsi üzrə orta mürəkkəblikdə işlərin yerinə yetirilməsi və ya rezin hazırlıqların və ya digər məmulatların şprisləndirilməsi üzrə mürəkkəb işlərin daha yüksək ixtisaslı şpris-maşın maşinistinin rəhbərliyi altında yerinə yetirilməsi, şpris maşınlarda rezin şlanqların, müxtəlif kontsruksiya və profılli borucuq və şnurların şprisləndirilməsi (xüsusi məsuliyyətli hissələr istisna olmaqla). Çıxarılıb taxılan protektor halqalar üçün metal kardanın rezinlə örtülməsi.

Məhlulun şprisləndirilmə üçün hazırlanması (isidilmə). Məhlulun gətirilməsi və şpris-maşınlarına yüklənilməsi. Temperatur rejiminin tənzimlənməsi. Məmulatın çıxarılması. Məmulatın növbəti texnoloji əməliyyatlara ötüriilməsi. Mexanizmlərin təmizlənməsi və yağlanması. Avtomat-dozator olduqda (ştamplanmış qaloş istehsalında) avtomatın işinin tənzimlənməsi və dozatorla sinxron işləyən, seçib ayıran fəaliyyətdə olan sinxronlu dozatorlu seçmə nəqledicinin işinin tənzimlənməsi.

Bilməlidir: şprisləndirilən məhlula qoyulan texniki tələbləri; şpris-maşınm quruluşu və iş prinsipini; şpris-maşımn mexanizmlərinə xidmət göstərilməsi qaydalarını; hazırlıqların çeşidini, ölçülərini və spesifikasiyasını; qaldırıcı-nəqliyyat mexanizmlərinin iş qaydalarını.

İş nümunəsi. Vulkanizatorlar üçün aralıq materiallan, ebonit çubuqlar, qələvi borucuqlar, sektor və halqavari bişirmə kameraların şprisləndirilməsi.

İşin xüsusiyyətləri. Rezin hazırlıqların şprisləndirilməsi üzrə mürəkkəb işlərin yerinə yetirilməsi. Trapesiya şəkilli yivi olan vintinin diametri 85 mm-dən çox olan maşınlarda rezin-texniki məmultaları hazırlıqlarının və şinlərin bərpası və təmiri üçün hazırlıqların şprisləndirilməsi, həmçinin xüsusi məsuliyyətli məmulatların kiçik şpris-maşınlarda şprisləndirilməsi. Avtomatlaşdırılmış xətdə çıxarılıb taxılan protektor halqalarının hazırlanması zamanı metal kardanın rezinlə örtülməsi. Şprisləndirilmə üsulu ilə kabel plastikatından, viniplastdan, faolitdən məmulatların hazırlanması. Təkrar şprisləndirilmə üsulu ilə mürəkkəb konfiqurasiyalı məmulatların bədii inkrustasiyası.

Şpris-maşının işə salınması üçün hazırlıq işləri: ağızlıq, dron və tənzimləyici lövhələrin seçilib quraşdırılması. Məhlulun şpris-maşınlarına verilməsinə nəzarət edilməsi, NÖC və gözlə müşahidə ilə şprisləndirilmə rejimin, temperaturun, suyun dövr etməsinin, şprisləndirilmənin surətinin tənzimlənməsi. Şprisləmə rejiminin tənzimlənməsi. Buraxılan hazırlıqların keyfiyyətinə nəzarət edilməsi. Şpris-maşının işə salınması, dayandırılması və sazlanması. Daha aşağı ixtisaslı maşinistlərə rəhbərlik edilməsi.

Bilməlidir: şprisləndirilmə texnoloji prosesini; müxtəlif növ şpris maşınların quruluşunu və sazlama qaydalarını; emal olunan qarışıqların və köməkçi materialların markalarını və xassələrini; hazırlıqların ölçülərini və spesifikasiyalarını; məhsulun keyfiyyətinə qoyulan texniki tələbləri; çoxsayda təkrar şprisləndirilmə metodu ilə inkrustasiya üsullarını; NÖC-dən istifadə etmə qaydalarını.

1. Protektorların, velokameraların və çövrə lentlərinin-şprisləndirilməsi.

2. Hörmə şlanqlar istehsalında başlığı çəpləndirilmiş şpris-maşınlarda üz çəkmə.

İşin xüsusiyyətləri. Minik və bişirmə kamera hazırlıqlarının, protektor halqaları və diafraqmaları üçün hazırlıqların şprisləndirilməsi. Əsas mayenin resept üzrə dəqiq çəkilmiş miqdarının yaymaçı ilə birgə hazırlanması. Şpris-maşının müəyyən edilmiş ölçüdə, kəsik diametrində, çəkidə və hazırlıqlar üzrə tənzimlənməsi. Texnoloji parametrlərə riayət edilməsi. Qaldırıcı qurğularla hazırlıqların boşaldılması və yerdəyişməsinin idarə edilməsi.

Bilməlidir: buraxılan hazırlıqların şprisləndirilməsi texnoloji prosesini; emal olunan rezin məhlulların şifrlərini və reseptlərini, hazırlıqların ölçülərini və spesifikasiyasını; məmulatlara qoyulan texniki tələbləri; avadanlığın rejimlərini; şpris-maşın və NÖC-ün quruluşunu və tənzimlənmə qaydalarını.

İş nümunələri. Qəlibləmədən əvvəl xüsusi maşınlarda qəliblik rezin-texniki məmulatları hazırlıqlarının istehsalı.

İşin xüsusiyyətləri. Əl presində içlik karton təbəqələrinin surətinin çıxardılması. Yapışqanın hazırlanması. Presin işə hazırlanması. Yapışqanın kartona əl ilə sürtülməsi. parçanın qoyulması, onun üstündə qırışların düzəldilməsi, preslənmə. Hazır təbəqələrin boşaldılması və sıra ilə yığılması. Presin təmizlənməsi və yağlanması.

Bilməlidir: avadanlıq və qurğuların quruluşunu; təbəqə materiallarının surətinin çıxardılması üsullarını; presləmə rejimini; surət çıxardılan təbəqələrə qoyulan tələbləri; yapışqan məhlulların hazırlanması qaydalarını; fərdi mühafizə vasitələrindən istifadə qaydalarını.

İşin xüsusiyyətləri. Surətin çıxardılması - hidravlik və ya əl ilə işlədilən presdə iki, üç və daha çox artıq içlik karton təbəqələrin yapışdırılması və surətin çıxardılması - surət çıxardan dəzgahda paronit yapışdırılması və hamar edilməsi. Avadanlıq və tərtibatların hazırlanması. Yapışqan məhlulunun hazırlanması. Hazır məhsulun sıra ilə yığılması. Surət çıxardan karton və ya paronit təbəqələrin qalınlığının yoxlanması.

Paronitin surətinin çıxardılması zamanı: sortlara ayırma surət çıxardan dəzgaha paronit təbəqələrinin verilməsi, yapışqanın təbəqələrə dəzgahda və ya el ilə sürtülməsi, qurutma, yapışdırma və təbəqələrin diyircəklə yastılanması, dairəvi bucaqla kəsilməsi, hamarlanması, çəkilməsi və markalanması.

Kartonun surətinin çıxardılması zamanı: yapışqanın kartonun üzərinə əl ilə (fırçalarla) və ya maşınla sürtülməsi, karton təbəqələrin bir-birinin üstünə qoyulması, parça qırışlarının və kənarlarının düzəldilməsi, süni dərili yarımval presə yüklənməsi, presləmə rejiminə nəzarət edilməsi, surət çıxardılan karton təbəqələrin boşaldılması.

Bilməlidir: avadanlıq və qurğuların quruluşunu; təbəqə materiallarının surətinin çıxardılması üsullarını; presləmə, qurutma və normalarına rejimlərini; surət çıxardılan təbəqələrə qoyulan tələbləri; fərdi mühafizə vasitələrindən istifadə qaydalarını.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında təcrübə istehsalatı qurğularında texnoloji prosesin ayrı-ayrı mərhələlərinə xidmət göstərilməsi.

Xammal və yarımfabrikatların hazırlanması və dozalara bölüşdürülməsi, qurğu aparatına yüklənməsi. Yeni texnoloji prosesin xüsusiyyətlərinin öyrənilməsi və onların istehsalat jurnalında qeyd edilməsi. Hazır məhsulun öz-özünə, əllə və ya mexanizmlərin köməyi ilə sıxılmış qazlarla və vakuumla boşaldılması. Nümunələrin götürülməsi. Xammal sərfi və hazır məhsulun uçotunun aparılması. Təcrübə istehsal qurğularının montaj və demontajmda iştirak edilməsi.

Bilməlidir: laboratoriya üsulu ilə müəyyən edilmiş texnoloji proses və reqlament göstəricilərini; xidmət göstərilən qurğunun sxemini; xammal, yarımfabrikat və hazır məhsulun, fiziki-kimyəvi və texnoloji xassələrini; avadanlıq və NÖC-ün quruluşunu; nümunələrin götürülmə qaydalarını; xammal, yarımfabrikat, və hazır məhsul ilə ehtiyatlı davranmaq qaydalarını.

İşin xüsusiyyətləri. Sadə və mürəkkəb olmayan təcrübə istehsalat qurğularında yol verilə bilən temperatur (±3°C) və təzyiq (16 atm-dək) kənarlaşmaları texnoloji rejimlərində və ya daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında mürəkkəb qurğularda texnoloji prosesin aparılması.

Yeni kimyəvi yarımməhsulların texnoloji proseslər sənayesində köklü surətdə təkmilləşdirilmiş məhsulların seriyalarla buraxılmasını təmin edən texnologiya rejimlərinin işlənilməsi və laboratoriya reqlamentlərinin yoxlanılması məqsədi ilə təcrübə istehsalat qurğularında fasiləli və fasiləsiz iş rejimli texnoloji proseslərin bütün mərhələlərinə xidmət göstərilməsi. Təcrübə qurğularında hazırlanan məhsul (yarımməhsul) üçün material balansının tərtib edilməsi və hesablanması. Mühəndis texniki işçilərinin rəhbərliyi altında ən yüksək keyfiyyətli və çıxışlı məhsulun alınması üçün optimal şərait və parametrlərin seçilməsi. Proseslərin və avadanlığın optimal şəraitə tənzimlənməsi və prosesin əl ilə idarə olunmadan avtomatik tənzimləməyə keçirilməsi.

Hər mərhələdə prosesin intensivliyinin, reaksiyanın başlanmasının və başa çatmasının müəyyənləşdirilməsi. Avtomatika vasitələri, NÖC və analizlərin nəticələrinə əsasən texnoloji prosesə nəzarət edilməsi və onun tənzimlənməsi. Xammal, komponent və hazır məhsulun (yarımməhsul) dəqiq çəkilməsi. Analizlərin yerinə yetirilməsi. Zəruri halda işlənmiş texnoloji proseslərin mənimsənilməsində iştirak edilməsi. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi.

Bilməlidir: laboratoriya üsulu ilə müəyyən edilmiş reqlament və göstəriciləri, texnoloji prosesləri; xidmət göstərilən qurğunun sxemini, prosesin aparılmasının optimal rejimlərinin müəyyənləşdirilməsi üsullarını; təcrübə istehsalatının material balansının hesablanması və tərtib edilməsi metodikasını. Xammal, yarımfabrikat və hazır məhsulun texnoloji və fiziki-kimyəvi xassələrini; avadanlıq, avtomatik vasitə və NÖC-ün quruluşunu, xidmət göstərilən qurğuda onların sazlanma qaydalarını; analizlərin yerinə yetirilməsi metodikasını; xammal, yarımfabrikat və hazır məhsulla ehtiyatlı davranma qaydalarını; prosesin aparıldığı vaxtda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üsullarını; təcrübə istehsalatı proseslərinin aparılmasının öyrənilməsi, təhlili və qeydə alınması üsullarını; kimyəvi texnologiyanın əsaslarını, üzvi və qeyri üzvi kimyanı.

İşin xüsusiyyətləri. Mürəkkəb təcrübə istehsalatı qurğularında yol verilən təzyiq (250 atm-dək) və temperatur (±2°C) kənarlaşmaları rejimlərində texnoloji prosesin aparılması. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında xüsusi məsuliyyət tələb edən və xüsusi mürəkkəb təcrübə istehsalatı qurğularına xidmət göstərilməsi. Mühəndis texniki işçilərinin rəhbərliyi altında və ya müstəqil olaraq en yüksək keyfiyyətli və çıxımlı məhsul alınmasının optimal şərtlərinin və parametrlərinin müəyyənləşdirilməsi. Müstəqil olaraq proseslərin və avadanlığın optimal şəraitə tənzimlənməsi, əl ilə idarə olunmadan avtomatik tənzimləməyə keçirilməsi. Məhsulun (yarımməhsulun) keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi. Təcrübə istehsalatının bütün mərhələlərində daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi və onların işinin əlaqələndirilməsi.

Bilməlidir: laboratoriya üsulu ilə müəyyən edilmiş reqlament və göstəriciləri, texnoloji prosesləri; xidmət göstərilən qurğunun sxemini; prosesin aparılmasının optimal rejimlərin müəyyənləşdirilməsi üsullarını, təcrübə istehsalatının material balansının hesablanması və tərtib edilməsi metodikasını. Xammal, yarımfabrikat və hazır məhsulun texnoloji və fiziki-kimyəvi xassələrini; xidmət edilən qurğuda avadanlıq, avtomatika vasitələri və NÖC-ün quruluşunu, xidmət göstərilən qurğuda onların sazlama qaydalarını; analizlərin yerinə yetirilməsi metodikasını; xammal, yarımfabrikat və hazır məhsulla ehtiyatlı davranma qaydalarını; prosesin aparıldığı vaxtda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üsullarını; təcrübə istehsalatı proseslərinin aparılmasının öyrənilməsi, təhlili və qeydə alınması üsullarını; texnikum həcmində kimyəvi texnologiyam və aparatları, üzvi və qeyri üzvi kimyanı.

İşin xüsusiyyətləri. Xüsusi mürəkkəb təcrübə istehsalatı qurğularında yol verilən təzyiq (250 atm-dan yuxan) və temperatur (±1°C) kənarlaşmaları rejimlərində texnoloji prosesin aparılması. Müstəqil olaraq ən yüksək keyfiyyətli və çoxçıxımlı məhsul alınmasının optimal şərtlərinin və parametrlərin müəyyənləşdirilməsi. NÖC-ün, avtomatika vasitələrinin göstəricilərinə, avadanlığın vəziyyətinə və iş rejiminə nəzarət edilməsi. Müşahidə və analizlərin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Təmir və quraşdırma işlərində iştirak edilməsi. Daha aşağı ixtisaslı aparatçıların işinin əlaqələndirilməsi və onlara rəhbərlik edilməsi.

Bilməlidir: laboratoriya üsulu ilə müəyyən edilmiş reqlament göstəriciləri, texnoloji prosesləri; xidmət göstərilən qurğunun sxemini; prosesin aparılmasının optimal rejimlərinin müəyyənləşdirilməsi üsullarını, təcrübə istehsalatı material balansının hesablanması və tərtib edilməsi metodikasını. Xammal, yarımfabrikat və hazır məhsulun texnoloji və fiziki-kimyəvi xassələrini. Xidmət edilən qurğuda avadanlıq, avtomatika vasitələri və NÖC-ün konstruksiyasını, xidmət göstərilən qurğuda onların sazlama qaydalarını; xammal, yarımfabrikat və hazır məhsulla ehtiyatlı davranma qaydalarını; prosesin aparıldığı vaxtda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üsullarını; təcrübə istehsalatı proseslərinin aparılmasının öyrənilməsi, təhlili və qeydə alınması üsullarını.

Texnikum həcmində kimyəvi texnologiyanı və aparatları, üzvi və qeyri üzvi kimyanı.

Orta ixtisas təhsili tələb olunur.

İşin xüsusiyyətləri. Ümumi məhsuldarlığı saatda 3000 m qədər məhsul olan sobalarda hava və metanhidrogen qatışığı fraksiyasının yandırılması üsulu ilə təsirsiz qazın alınması texnoloji prosesinin aparılması. Təsirsiz qazın xüsusi aparatlarda soyudulması; komprimirləşdirilməsi və skrubberlərdə soyudulması. Qazın təmizlənməsi və qurutma aparatlarında qurudulması. Qurutma aparatlarının regenerasiya, soyutma və qurutma rejimlərinə keçirilməsi. NÖC-ün göstəricilərinə əsasən aparatların işinin tənzimlənməsi. Təsirsiz qazın tərkibində 171 oksigenin, hidrogenin, karbon oksidinin olmasına dair analizin aparılması. Quruducu aparatların, sobaların, soyuducuların, süzgəclərin, kompressorların və digər avadanlıqların və kommunikasiyaların işinə və sazlığına nəzarət edilməsi. Avadanlıq və kommunikasiyaların işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Avadanlığın təmirə hazırlanması və təmirdən sonra qəbul edilməsi.

Bilməlidir: təsirsiz qazın alınması texnoloji prosesini; xidmət göstərilən avadanlığın quruluşunu, iş prinsipini; kommunikasiyaların sxemini; NÖC-ün təyinatını və quruluşunu; texnoloji sxemi; texnoloji rejimi; məhsulun keyfiyyətinə olan tələbləri; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Ümumi məhsuldarlığı saatda 3000 m çox məhsul olan sobalarda yandırma üsulu ilə təsirsiz qazın alınması texnoloji prosesinin aparılması. İş təlimatlarına uyğun olaraq texnoloji prosesin tənzimlənməsi və idarə olunması. Analiz və müşahidələrin nəticələrinə əsasən prosesin tənzimlənməsi. Yoxlama analizlərin aparılması. Avadanlığın işinə və vəziyyətinə nəzarət edilməsi. Avadanlıq və kommunikasiyaların mürəkkəb olmayan təmir işlərinin yerinə yetirilməsi.

Bilməlidir: texnoloji sxemi; xidmət göstərilən avadanlığın və NÖC-ün quruluşunu və konstruktiv xüsusiyyətlərini; kommunikasiyaların sxemini; texnoloji rejimi; məhsulun keyfiyyətinə qoyulan tələbləri; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Asbest sapdan və ya istilik izolyasiya materialından lentin hazırlanması, hərnçinin daha yüksək ixtisaslı toxucunun rəhbərliyi altında müxtəlif sistemli və konstruksiyalı dəzgahlarda toxuculuq prosesinin ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsi.

Dəzgahların sazlığının yoxlanılması. Mexaniki toxucu dəzgahlarda iş zamanı masuraların doldurulması və dəyişdirilməsi; avtomat dəzgahlarda-iş zamanı batareyaların arğac saplan sarıyan avtomatların yüklənməsi; xüsusi toxucu dəzgahlarda-iş zamanı quru və ya əvvəlcədən isladılması, arğacın doldurulması, üzərinə əriş sarınan valın quraşdırılması, masuraların dəyişdirilməsi və təkrar doldurulması. Hər bir ölçüdə olan ipin əsası üçün sapların miqdarının müəyyən edilməsi, arğac qırıqlarının bitişdirilməsi. Nöqsanların aradan qaldırılması. Emal olunan parçanın çıxarılması, vərdənələrin dəyişdirilməsi. Tullantı və makaraların yığılması və təhvil verilməsi. Dəzgahların təmizlənməsi və yağlanması.

Bilməlidir: toxucu dəzgahların quruluşunu və iş prinsipini; əsasın və arğacın keyfiyyətinə qoyulan tələbləri; əsas və arğac sapların qüsurlarını və onların əmələ gəlmə səbəblərini; dəzgahların yoxlanma və təmizlənmə qaydalarını; avadanlığa xidmət göstərilməsi qaydalarını.

İşin xüsusiyyətləri. Müxtəlif sistemli və konstruksiyalı mexaniki avtomatik, masurasız və xüsusi toxucu dəzgahlarda süni və sintetik kord parçasının, texniki kətanın, şüşə parçanın, asbest parçanın, asbest sapdan tormoz istilik izolyasiya və elektrik izolyasiya lentinin bütün markalardan olan şüşə lentin, latun məftilin toxuculuq prosesinin aparılması. Arğac əsasının dartılmasına, əsas və arğac üzrə parçanın qalınlığına, parçanın rulonlara sarınmasının sıxlığına nəzarət edilməsi və onların tənzimlənməsi. Kord parçanın toxunması zamanı parçanın təkrar emalı. Dəzgahların işinə və metraj sayğacına nəzarət edilməsi.

Bilməlidir: parçanın toxunması prosesini; toxuma dəzgahların quruluşun, iş prinsipini və onların mexanizmlərinin düzgün əlaqələndirilməsinə qoyulan tələbləri; parçanın fiziki-kimyəvi xassələrini; əsasın və arğacın keyfiyyətinə qoyulan tələbləri; əsas və arğac sapların qüsurlarını və onların əmələ gəlmə səbəblərini; parçaya qoyulan dövlət standartlarını və tullantılarının növlərini və normalarını; tullantıların azaldılması üsullarını; dəzgahların yağlama və təmizlənmə qaydalarını; avadanlığa xidmət göstərilməsi qaydalarını.

İşin xüsusiyyətləri. Mürəkkəb toxumalarla şüşə parça istehsalı: dekorativ və çoxqatlı (12 remiza və daha çox); ikiqat endə şüşə parça istehsalı; şüşə məftilli; verilən konturda emal olunan; 25 mikrona qədər; dövlət standartları və texniki şərtlər üzrə xüsusi tələblərə görə (parça istehsalı); arğacın sarınması üzrə əlavə qurğularda təchiz olunmuş toxuma dəzgahlarında şüşə parça istehsalı.

Bilməlidir: parçanın toxunma prosesini, toxuma dəzgahlarının quruluşunu və iş prinsipini və onların mexanizmlərinin düzgün əlaqələndirilməsinə qoyulan tələbləri; parçanın fiziki-kimyəvi xassələrini; əsasın və arğacın keyfiyyətinə qoyulan tələbləri; əsas və arğac sapların qüsurlarını və onların əmələ gəlmə səbəbləri; parçaya qoyulan dövlət standartlarını və texniki şərtini; əsasın və arğıc tullantılarının növlərini və normalarını; tullantıların azaldılması üsullarını; avadanlığa xidmət göstərilməsi və dəzgahların təmizlənməsi, yağlanması qaydalarını.

İş nümunəsi. Çox möhkəm, silisium oksidli, içiboş, kvars, metallaşdırılmış, qrafitləşdirilmiş liflərdən A-l, A-2, T-10, T-10/l, T-10-80, T-14 şüşə parçaların istehsalı, masurasız yüksək sürətli toxuma dəzgahlarda istehsal olunan sintetik şüşə və kimyəvi parçaların istehsalı.

İşin xüsusiyyetləri. Asbest texniki məmulatlan istehsalında hörgü maşınlarına xidmət göstərilməsi.

İşçilərin iş yerləri üzrə yerləşdirilməsi. Fəhlələrə texniki rəhbərlik etməklə ahəngdar və yüksək məhsuldarlıqlı işin təmin edilməsi. Fəhlələrin texnoloji rejim normalarına, avadanlığın texniki istismar və avadanlığa xidmət göstərilməsi qaydalarına riayət etmələrinə, məhsulun vaxtında və keyfiyyətli təhvil verilməsinə nəzarət edilməsi. Avadanlığa profilaktik baxış, avadanlığın cari təmiri və sazlanması, yenidən doldurulması, avadanlığın orta və əsaslı təmirə hazırlanması və verilməsi, təmirdən qəbul edilməsi. Komplektin iş mexanizmləri, ehtiyat hissələri və detallar, köməkçi materiallar, tara və yarımfabrikatlar ilə təmin edilməsi. Komplektin avadanlığı və fəhlələrin işinə nəzarət edilməsi.

Avadanlığın boşdayanmalarının uçotu, zəruri sənədləşmənin aparılması. Xidmət göstərilən komplektdə təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi. Ustanın tapşırıqları əsasında təcrübə və sınaq işlərinin həyata keçirilməsi. Texnoloji hazırlığa görə istehsal olunan məhsulun çeşidinə və avadanlığın işlək detallarının sürət rejiminə uyğun olaraq istifadə olunan xammal və materialların hesablanması.

Bilməlidir: xidmət göstərilən sahədə istehsalın texnoloji prosesini; rejimi və onun təmizləmə qaydalarını; xidmət göstərilən avadanlığın quruluşunu və iş prinsipini; avadanlığın texniki istismar və ona xidmət göstərilməsi qaydalarını; avadanlığın ayrı-ayrı hissə və mexanizmlərinin təyinatını və onların sökülməsi, yığılması qaydalarını; öz iş yerinin qabaqcıl təşkili üsullarını; növbənin qəbulu və təhvil verilməsi qaydalarını; profilaktik təmirin aparılmasını, avadanlığın orta və əsaslı təmirə verilməsini və təmirdən qəbulunu; xammal, yarımfabrikat və hazır məhsulun keyfiyyətinə qoyulan tələbləri, komplektin bütün fəhlələrinin əməyinin təşkili üsullarını, komplektin işinin əsas texniki-iqtisadi göstəricilərini; zay məhsulun növlərini, zay məhsulun aşkar edilməsi və onun aradan qaldırılması yollarını.

İşin xüsusiyyətləri. Kimyəvi liflər istehsalında sarıyıcı, distillə, arğac-sarıyıcı maşınların tullantılarından viskoz toxuculuq sapı, şüşə sapı ilə, işləyən aqreqatın misammonyak ştapel lifi, viskoz və sintetik liflər aqreqatlarına xidmət göstərilməsi; şüşə lifi istehsalında çillə, arğac-sarıyıcı, eşmə dəzgahlarına, sellofon istehsalı üzrə maşınlara, toxuyucu-tikiş aqreqatlarına xidmət göstərilməsi; asbest-texniki məmulatları istehsalında lifdən, eşmə, əyirmə maşınlarına xidmət göstərilməsi.

Bilməlidir: xidmət göstərilən sahədə istehsalın texnoloji prosesini; rejimi və onu tənzimləmə qaydalarını; xidmət göstərilən avadanlığın quruluşunu və iş prinsipini; avadanlığın texniki istismar və ona xidmət göstərilməsi qaydalarını; avadanlığın ayrı-ayrı hissə və mexanizmlərinin təyinatı və onların sökülməsi, yığılması qaydalarını; öz iş yerinin qabaqcıl təşkili üsullarını; növbənin qəbulu və təhvil verilməsi qaydalarını; profilaktik təmirin aparılmasını; avadanlığın orta və əsaslı təmirə verilməsi və təmirdən qəbulunu; xammal, yarımfabrikat hazır məhsulun keyfiyyətinə qoyulan tələbləri, komplektin bütün fəhlələrinin əməyinin təşkili üsullarını; komplektin işin əsas texniki-iqtisadi göstəricilərini; zay məhsulun növlərini, zay məhsulun aşkar edilməsi və aradan qaldırılması yollarını.

İşin xüsusiyyətləri. Şüşə əyirici aqreqatlara və toxuma dəzgahlarına və ya kimyəvi saplar və liflər, lifli materiallar istehsalında əyirici maşınlara viskoz toxuculuq və texniki sapların fasiləsiz alınması maşınlarına xidmət göstərilməsi; kimyəvi liflərin əyirmə aqreqatına, eşmə, sarıma çillə maşınlarına, kimyəvi texniki saplar və parçalar istehsalında formalarına maşınlarına və toxunma dəzgahlarına asbest texniki məmulatları istehsalında darayıcı və touxucu avadanlığın xidmət göstərilməsi. Texnoloji prosesi avtomatik tənzimləyən eşmə və açma-eşmə maşınlarına xidmət göstərilməsi.

Bilməlidir: xidmət göstərilən sahədə istehsalın texnoloji prosesini; rejimi və onun tənzimləmə qaydalarını; xidmət göstərilən avadanlığın quruluşu və iş prinsipini; avadanlığın texniki istismar və ona xidmət göstərilməsi qaydalarını; avadanlığın ayrı-ayrı hissə və mexanizmlərinin təyinatını, onların sökülməsi və yığılması qaydalarını; öz iş yerinin qabaqcıl təşkili üsullarını; növbənin qəbulu və təhvil verilməsi qaydalarını; profilaktik təmirinin aparılmasını, avadanlığın orta və əsaslı təmirə verilməsini və təmirdən qəbul edilməsini; xammal, yarımfabrikat və hazır məhsulun keyfiyyətinə qoyulan tələbləri; komplektin bütün fəhlələrinin əməyinin təşkili üsullarını; komplektin işinin əsas texniki-iqtisadi göstəricilərini; zay məhsulun növlərini; zay məhsulun aşkar edilməsi və aradan qaldırılması yollarını.

İşin xüsusiyyətləri. Xammalın üyüdülmə üzrə müxtəlif əməliyyatların yerinə yetirilməsi; xamalın və materialın tərəzidə çəkilməsi, iş yerinə gətirilməsi; avadanlığın yüklənməsi, təmizlənməsi və yağlanması.

Bilməlidir: avadanlığın quruluşunu; avadanlığa xidmət göstərilməsi qaydalarını; tərəzidə çəkilmə qaydalarını; xammal və materialların fiziki-kimyəvi xassələrini.

İşin xüsusiyyətləri. Daha yüksək ixtisaslı üyüdücünün rəhbərliyi altında hidropulperlərdə konusşəkilli və ya dəyirmanlarda və silindrlərdə texnoloji prosesin aparılması. Xammalın yüklənməsi. Üyüdülmə prosesinə nəzarət edilməsi. Nümunələrin götürülməsi. Avadanlığa xidmət edilməsi. Tapşırılmış texnoloji rejimdən kənarlaşma səbəblərinin aradan qaldırılması. Avadanlığın işində nasazlıqların aradan qaldırılması.

Bilməlidir: avadanlığın quruluşunu; kommunikasiyaların sxemini; texnoloji prosesi; istehsal olunan məhsulun keyfiyyətinə qoyulan tələbləri; xammal və komponentlərin fiziki-kimyəvi və texnoloji xassələrini; prosesin tənzimləmə qaydalarını; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Asbest kağızının və süzgəclərin, asbest və içlik kartonun hazırlanması üçün asbest, dəri tullantıları, makulatura və digər bitki mənşəli xammaldan silindrlərdə konusşəkilli dəyirmanlarda və hidropulperlərdə məhsulun hazırlanması prosesinin aparılması.

Avadanlığın, köməkçi qurğuların və mexanizmlərin texniki vəziyyətinin yoxlanılması və sazlanması. Nəmliyi nəzərə almaqla, yüklənən xammalın hesablanması. Müəyyən edilmiş rejim və resepturaya uyğun olaraq silindrlərin, konusşəkilli dəyirmanların, asbest, sellüloz, dəri tullantıları və digər xammallarla, yapışqan, kimyəvi preparatlarla və həlledicilərlə yüklənməsinə nəzarət edilməsi. Komponentlərin üyüdülməsi və kütlənin yığılması prosesinə nəzarət edilməsi. Bıçaqların vəziyyətinin və yuyucu barabana suyun təzyiqinin tənzimlənməsi. Analizlərin nəticələrinə və gözlə müşahidəyə əsasən məhlulun hazırlıq dərəcəsinin müəyyənləşdirilməsi və onun qarışdırma hovuzuna verilməsi. Kimyəvi preparatların tələb olunan qatılıqda hazırlanması.

Avadanlığın, kommunikasiyaların və NÖC-ün işinə nəzarət edilməsi. Konusşəkilli dəyirmanlarda üyüdülmə zamanı üyüdülmüş xrom yonqarının rafinerlərə verilməsinin tənzimlənməsi, müəyyən edilmiş kompozisiyaya uyğun olaraq tannidlərin (hesablama üzrə) və dəri lifinin əlavə edilməsi. Rafinerdən dəri və xrom liflərin hovuza verilməsi. Silindrlərin işinin texnoloji rejimə uyğunluğuna, reqlamentlə nəzərdə tutulan miqdarda və ardıcıllıqda komponentlərin dozalara bölüşdürülməsinə, xammalın üyüdülməsinin keyfiyyətinə nəzarət edilməsi, avadanlığın iş rejiminin, məhlulun qatılığının və üyüdülmə dərəcəsinin NÖC, analizlərin nəticələri və gözlə müşahidələrə əsasən tənzimlənməsi. Verilmiş texnoloji rejimdən kənarlaşma səbəblərinin aşkar edilməsi və aradan qaldırılması. Kütlənin üyüdülmə dərəcəsini müəyyən etmək üçün yoxlama analizlərinin aparılması. Avadanlığın sadə təmir işlərinin aparılması. Daha aşağı ixtisaslı üyüdücülərə rəhbərlik edilməsi.

Bilməlidir: NÖC-ün və avadanlığın quruluşunu; kommunikasiyaların sxemini; texnoloji prosesi; resepturanı, müxtəlif növ məhlulların sıxılması rejimini və xüsusiyyətlərini; müxtəlif komponentlərin və onların üyüdülmə dərəcəsini, məhsulun keyfiyyətinə təsirini; məhsulun keyfiyyətinə qoyulan tələbləri; xammal və komponentlərin fiziki-kimyəvi və texnoloji xassələrini; prosesin tənzimləmə qaydalarını; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. İş təlimatına uyğun olaraq, vakuumun alınması texnoloji prosesinin buxarın soyuq su ilə kondensasiyası və buxarejeksiyaedici qurğuda buxarı ejeksiya etmə yolu ilə aparılması. NÖC-ün və analizlərin nəticələrinə əsasən suyun, havanın, buxarın təzyiqinin, temperaturun, vakuumun verilməsinə nəzarət edilməsi və onun tənzimlənməsi. Nümunələrin götürülməsi. Ejektorların, soyuducuların, soyuducuların, kondensatorların, süzgəclərin, damcı ayıran qurğulara və başqa avadanlıqların işinə nəzarət edilməsi və onlara xidmət edilməsi. Avadanlıqların işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Kiçik təmir işlərinin aparılması.

Bilməlidir: xidmət edilən sahənin texnoloji sxemini; vakuumun alınması prosesini və texnoloji rejimi; ejektorların, əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; kommunikasiyaların təyinatını və sxemini; avadanlığa qulluq etmə qaydasını; nümunələrin götürülmə qaydalarını.

İşin xüsusiyyətləri. Distillə kolonnalarında ejektor blokları, vakuum-resiverlər, plyonkalı buxarlandırıcı və vakuum-nasosları və başqa cihazlarla vakuumun yaradılması və sintetik yağlı turşular istehsalında karbohidrogen buxarlarının kondensasiyası texnoloji proseslərin aparılması. NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən prosesə nəzarət edilməsi və onun tənzimlənməsi. Analizlərin aparılması. Avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi. Texnoloji rejim normalarının pozulmasının səbəblərini aşkar edilməsi və aradan qaldırılması. Əsas və köməkçi avadanlığın təmirində iştirak edilməsi.

Bilməlidir: xidmət edilən sahənin texnoloji sxemini; vakuumun alınması prosesini və texnoloji rejimi; ejektorların, əsas və köməkçi avadanlıqların, NÖC-ün quruluşunu və iş prinsipini; kommunikasiyaların təyinatını və sxemini; avadanlığa qulluq edilmə qaydasını; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Müxtəlif konstruksiyalı sobalarda ayrılan qazların, sənaye axarlarının, qazanxana qalıqlarının və bərk tullantıların yandırılması texnoloji prosesinin aparılması.

Qazların, sənaye axarlarının qazanxana qalıqlarının, bərk tullantıların sobanın odluqlarına verilməsi. Sobanın tələb olunan rejimə çatdırılması.

Yanacağın və ayrılan qazların, sənaye axarlarının, qazanxana qalıqlarının, yandırma sobasında havanın olmasına, çənlərdə səviyyəyə, yandırma kamerasında tüstü qazlarının temperaturuna, NÖC-ün və analizlərin göstəricilərinə əsasən və gözlə müşahidə yolu ilə nəzarət edilməsi. Yandırma sobalarına, nasoslara, ventilyatorlara, çənlərə, boru xətlərinə, tüstü soran qurğulara və başqa avadanlığa xidmət göstərilməsi. Avadanlığın təmirə hazırlanması.

Bilməlidir: yandırma texnoloji prosesinin fiziki-kimyəvi əsaslarını və sxemini; avadanlığın quruluşunu, iş prinsipini; kommunikasiyaların və NÖC-ün sxemini; yandırılan məhsulların və yanacaq qazlarının fiziki-kimyəvi xassələrini; prosesin rejimini və tənzimləmə qaydalarını.

İşin xüsusiyyətləri. Müxtəlif konstruksiyalı yandırma sobalarında ayrılan qazların, təbii qazın sənaye axarlarının, qazanxana qalıqlarının və bərk tullantıların yandırılması texnoloji prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçılara rəhbərlik edilməsi, həmçinin istilik enerjisinin və ya kimyəvi xammalın istifadəsi ilə texnoloji bağlılığı olmayan maye, qazaoxşar və ya bərk kimyəvi istehsal tullantılarının yandırılması üçün nəzərdə tutulan müxtəlif sistemlərin mürəkkəb qurğularına xidmət göstərilməsi.

Qazanxana qalıqlarının çənlərə qəbul edilməsi. Qazın qəbulu, qazbölüşdürücü qurğunun qaz borularına xidmət göstərilməsi və onun sazlanması. Yandırma sobalarının blokirovka sistemlərinin yoxlanılması. Sobanın yandırma kamerasında temperaturun, avtomatik üsulla tənzimlənmə sisteminin idarə olunması. Texnoloji rejimdən kənarlaşma səbəblərinin, avadanlığın, kommunikasiyaların, qazbölüşdürücü qurğunun işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Sobaların işinin qəza zamanı dayandırılması, qəzanın aradan qaldırılması. Məşəl təsərrüfatına xidmət göstərilməsi. Yanacağın, yandırılan qazların, qazanxana qalıqlarının, sənaye axarlarının və bərk tullantıların sərfinin hesablanması.

Bilməlidir: yandırma texnoloji prosesinin fiziki-kimyəvi əsaslarını və sxemini; avadanlığın quruluşunu; kommunikasiyaların və NÖC-ün sxemini; yandırılan məhsulların və yanacaq qazların fiziki-kimyəvi xassələrini; prosesin rejimini və tənzimləmə qaydalarını; avtomatik tənzimləmə sistemlərinin və blokirovka sistemlərinin sxemini.

İşin xüsusiyyətləri. İstilik enerjisinin istifadəsi ilə texnoloji bağlılığı olan və bərk, maye və ya qaz halında olan yanacaqla işləyən kimya istehsalatlarında maye, bərk və qaz halında olan tullantıların ayrı-ayrılıqda və eyni vaxtda müxtəlif sistemlərin xüsusi mürəkkəb qurğularında yandırılması texnoloji prosesinin aparılması.

Müxtəlif sistemlərin ardıcıl və paralel işə salınması, rejimə çıxarılması və dayandırılması. Mərkəzdənqaçma prinsipi ilə işləyən ventilyatorların, tüstü soranların və bütün tipdən olan nasosların işə salınması və dayandırılması. Yandırma prosesinin tənzimlənməsi. Əsas və köməkçi avadanlığın işinə nəzarət edilməsi. Qidalandırıcı xətlərin və şiberlərin dəyişdirilməsi, yandırma avadanlığına və yandırma prosesində istifadə olunan köməkçi avadanlığa və mexanizmlərə profılaktik baxış keçirilməsi. Plan-xəbərdaredici təmirdə iştirak edilməsi. Qurğuların və köməkçi avadanlıqların təmirdən qəbulu və onların işə hazırlanması.

Bilməlidir: kimya istehsalatlarında maye, bərk, qaz halında olan tullantıların yandırılması texnoloji prosesini; xammalın və enerjinin istifadəsi texnoloji prosesini; qurğuların və köməkçi mexanimzlərin quruluşunu; kimya istehsalatları tullantılarının və istifadə olunan yanacaqların fiziki-kimyəvi xassələrini; yandırma prosesinin optimal rejiminin müəyyən edilməsi üsullarını; NÖC-ün və avtomatik tənzimləmə sistemlərinin quruluşunu, istifadə və blokirovka qaydalarını.

İşin xüsusiyyətləri. Süni dəri istehsalında bitumlaşdırılmış kisələrin, içliklərin yapışdırılması.

Bilməlidir: yapışdırmanın qayda və üsullarını; yapışdırılan detalların və alınan məmulatların keyfiyyətinə qoyulan tələbləri; yapışqanın xassələrini; istifadə edilən avadanlığın quruluşunu.

İşin xüsusiyyətləri. Detalların yapışdırılması. Yapışqanın, bitumun hazırlanması, bitumun xırda tikələrə bölünməsi, bitumun, yapışqanın rezervuara, çənə, baka yüklənməsi. Bitumun əridilməsi və boşaldılması. Yapışdırılan detalların hazırlanması; gətirilməsi, təmizlənməsi, verilən ölçü və formalar üzrə kəsilməsi və komplektləşdirilməsi, zəruri halda cilalandırması. Yapışdırılan detalların yapışqanla, bitumla əl ilə batırmaqla, fırça ilə, səpələyən cihazla və ya sürtmə maşınında sürtülməsi.

Sürtülən detalların ölçüsünə uyğun olaraq yapışqanın vərdənələrə verilməsinin və sürtmə maşının vərdənələr arası məsamənin tənzimlənməsi. Zəruri halda yapışdırılan məmulatların yükaltına yığılması və ya presləmək üçün əl presində kasetlərdə bərkidilməsi. Yapışdırılan məmulatların yığılması. Avadanlığın texniki vəziyyətinin yoxlanılması, avadanlığın işinə nəzarət edilməsi, detalların düzgün yapışdırılmasına nəzarət edilməsi. Bilməlidir: yapışdırmanın qayda və üsullarını; yapışdırılan detalların və məmulatların keyfiyyətinə qoyulan tələbləri; yapışqanın xassələrini; yapışqanın tərkibinin resepturasını; yapışdırılan məmulatın texniki şərtlərini; detalların təyinatını; istifadə edilən avadanlığın quruluşunu.

İşin xüsusiyyətləri. Məhsul suspenziyasının çökdürülməsi yolu ilə dənələrin ölçüsünə görə məhsulun fraksiyalara ayrılması texnoloji prosesinin aparılması.

Suspenziyanın fraksiyalara ayırma prosesinə hazırlanması. Materialın ilkin xırdalama və kolloid üyüdülməsi şöbələrindən qəbul edilməsi. Suspenziyaların durulaşdırılması, qarışdırılması və stabilləşdirilməsi. Təsnif edilən məhlulun yüklənməsi. Çökdürülmə yolu ilə və ya ayıran və çökdürən sentrifuqaların köməyi ilə suspenziyanın fraksiyalara ayrılması. Suspenziyanın eyni halda olmasına və temperaturuna nəzarət edilməsi. Məhsulu fraksiyalara ayıran aparatlara, çökdürücü, ayırıcı və süzən sentrifuqalara, tutumlara, nasoslara, kompressorlara, kommunikasiyalara, armatura xidmət göstərilməsi. Avadanlığın təmirə hazırlanması və təmirdən qəbul edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; texnoloji rejimin parametrlərini; texnoloji prosesin mahiyyəti və fiziki-kimyəvi əsaslarını. Suspenziyanın, kaoqulyantların və hazır məhsulun texnoloji və fiziki-kimyəvi xassələrini; əsas və köməkçi avadanlığın iş prinsipini; kommunikasiyaların sxemini.

İşin xüsusiyyətləri. Daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etməklə yaş üsulla təsnif etmə texnoloji prosesinin aparılması. Fiziki-kimyəvi xassələrini nəzərə alaraq müəyyən edilmiş ölçüdə məhsulun alınması. Fraksiyalara ayırma vaxtının hesablanması və onun dəqiq gözlənilməsi. Tərkibində əmtəə fraksiyası olan suspensiyanın götürülməsi. Susuzlaşdırılma üçün tələb olunan suspensiyanın kaoqulyasiya dərəcəsinin müəyyənləşdirilməsi, kaoqulyantların hazırlanması, kaoqulyasiya, çökdürülmə, duruldulmuş mayenin boşaldılması, məhsulun qurudulması və ya nəm məhsulun sentrifuqa sahəsinə ötürülməsi. Analizin nəticələrinə əsasən texnoloji reqlamentə nəzarət edilməsi. Texnoloji rejim normalarından kənarlaşma səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması. Ventilyasiya qurğularına və “Venturi” borusu tipli təmizləyici qurğuya və digər avadanlığa xidmət göstərilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; texnoloji rejimin parametrlərini; texnoloji prosesin mahiyyəti və fiziki-kimyəvi əsaslarını. Suspenziyanın, kaoqulyantların və hazır məhsulun texnoloji və fiziki-kimyəvi xassələrini; əsas və köməkçi avadanlıqların, NÖC-ün quruluşunu və iş prinsipini. Armatur və kommunikasiyaların sxemini. Analizlərin aparılması metodikasını.

İşin xüsusiyyətləri. Aqarın yayma maşınında yayılması. Yayma maşınının işə hazırlanması. Aqarın yüklənməsi və yayma maşınına onun bərabər ölçüdə daxil olmasına nəzarət edilməsi. Yayma maşınının sökülməsi. Yayma maşınının təmizlənməsi.

Bilməlidir: xidmət göstərilən avadanlığın quruluşunu və iş prinsipini; iş üsullarını.

İşin xüsusiyyətləri. Fərdi sarğı paketlərinin yayması, habelə polivinilxlorid, qliftal, kumaron və digər polimer qarışıqlarının uzunluğu 800 mm qədər olan vərədənələrlə yayılması prosesinin daha yüksək ixtisaslı yaymaçının rəhbərliyi altında aparılması. Sarğı paketlərinin konveyerdən çıxarılması və onlardan havanın nasosla vurub çıxarılması. Fərdi paketin rezin etiketində dəliyin yapışdırılması. Hazır fərdi paketlərin konveyerə yığılması. Xidmət göstərilən avadanlığın (vərdənələrin, nasosun) işə hazırlanması.

Bilməlidir: xidmət göstərilən avadanlığın quruluşunu və iş prinsipini; paketdən havanın çıxarılması üsulunu; fərdi paketlərin keyfiyyətinə qoyulan texniki tələbləri.

İşin xüsusiyyətləri. Müxtəlif tullantıların plastifıkasiyası və termik emalı prosesinin aparılması və ya polivinilxlorid, qliftal, kumaron və digər polimer qarışıqlarının (nitro və rezin qarışıqlarından başqa) uzunluğu 800 mm qədər olan vərdənələrdə hazırlanması, habelə daha yüksək ixtisaslı yaymaçının rəhbərliyi altında nitro və digər qarışıqların yayılması ilə əlaqədar ayrı-ayrı işlərin aparılması.

Müxtəlif sistemli vərdənələrdə tibb vasitələrinin emalı. Materialların ilkin hazırlığı; çəkilmə; kəsilmə, yumşaldılma. Materialın yüklənməsi və vərdənələrə onun bərabər ölçüdə daxil olmasına nəzarət edilməsi. Müəyyən edilmiş yayma rejiminə uyğun olaraq vərdənələrin sazlanması. Emalın keyfiyyətinə gözlə müşahidə yolu ilə nəzarət edilməsi. Marşrut vərəqələrinin doldurulması.

Bilməlidir: emal üçün daxil olan materiallara qoyulan tələbləri; onların fiziki və kimyəvi xasələrini və orqanizmə təsirini; vərdənələrin sazlanması və tənzimlənməsi üsullarını; istehsal olunmuş məhsulun təyinatını; iş üsullarını.

İşin xüsusiyyətləri. İlkin plastikasiya, jelatinizasiya, yumşaldılma, rənglənmə, vərdənələnmə və kalibrləşmə proseslərinin müxtəlif konstruksiyalı vərdənələrdə, Nitrolinelium, polivinilxlorid məmulatları, briketlər, katalizator, faolit, polistirol, adi qrammafon vallarının hazırlanması üçün qatışıqlar silisium üzvi tozlar asetilsellüloz etrolu istehsalında və ya daha yüksək ixtisaslı yaymaçının rəhbərliyi altında fenolformaldehid qətranları, nitrosellüloz etrolu, plastifikat, selluloid, sellüloz əsasında pres-materialların hazırlanması zamanı müxtəlif konstruksiyalı vərdənələrdə, həmçinin uzunluğu 800 mm çox olan vərdənələrdə polivinilxlorid, qliftal, kumaron və digər polimer qatışıqları istehsalı zamanı prosesin aparılması. Vərdənələrin, tormaz və işə salma qurğularının, vərdənələrin hərəkət mexanizmlərinin, buxar-su və nəqliyyat komunikasiyalarının və NÖC-ün texniki sazlığının yoxlanılması və işə hazırlanması. Texnoloji xəritəyə uyğun istehsal sikli müddətinin, vərdənələrin temperatur rejimlərinin müəyyənləşdirilməsi. Texnoloji reqlamentlə nəzərdə tutulan miqdarda və ardıcıllıqda əvvəlcədən hazırlanmış qarışıqların əl ilə və ya müvafiq qurğuların köməyi ilə dozalara bölünməsi. Kütlənin vərdənələrin uzunluğu ilə bərabər bölünməsinə nəzarət edilməsi. Qarışığın əsaslı qarışdırılması. NÖC-ün göstəricilərinə və ya gözlə müşahidə əsasında qarışığın hazırlığının müəyyən edilməsi. Yayılmış kütlənin vərdənələrdən çıxarılıb barabana boşaldılması, stellaja yığılması, soyudulması və növbəti emal üçün və ikinci vərdənələrə, ştamplara və kəsici preslərə verilməsi. Vərdənələrdə və reduktorda yastıqların yağlanması və onların temperaturuna nəzarət edilməsi, avadanlığın kiçik təmir işlərinin aparılması.

Bilməlidir: müxtəlif konstruksiyalı vərdənələrin, NÖC-ün quruluşunu; qarışığın xassələrinə və qalınlığına uyğun olaraq, onların tənzimləmə üsullarını; qarışıqlara qoyulan keyfiyyət tələblərini; istifadə olunan materialın xassələrini; qarışıqların nəticəsində hazır məmulatların alınması texnoloji prosesini.

İşin xüsusiyyətləri. Polivinilxlorid kətanının, germetik elastiklik ölçən cihaz istehsalında müxtəlif konstruksiyalı vərdənələrdə ilkin plastifisiya, jelatin halına salma, yumşaltma, boyama, yayma və kalibrləmə prosesinin aparılması. Fenolformaldehid qətranları əsasında pres-materialların, uzun müddət salan vallar üçün qarışıqların, plastikatın, vinilplastın, sellüloidin, paranitin, elektronitin, ferronitin və fribanitin müxtəlif konstruksiyalı vərdənələrdə hazırlanması və ya yayma işlərinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı yaymaçılara rəhbərlik edilməsi. Avadanlığın işə hazırlanması. Avadanlığın, NÖC-ün və avtomatika vasitələrinin vəziyyətinə və işinə nəzarət edilməsi. Texnoloji reqlamentə uyğun vərdənələrinin iş parametrinin tənzimlənməsi. Yayma prosesinin düzgün gedişinə nəzarət edilməsi. Hazır qarışığın keyfiyyətinin müəyyənləşdirilməsi və onun təkrar emala verilməsi. Avadanlığa texniki xidmət göstərilməsi.

Bilməlidir: müxtəlif konstruksiyalı vərdənələrin, NÖC-ün quruluşunu və istismar qaydalarını. Yayılan qarışığın xassələrindən və qalınlığından asılı olaraq vərdənələrin tənzimləmə üsullarını; qarışıqlara qoyulan texniki şərtləri; istifadə olunan materialların fiziki-kimyəvi xassələrini; qarışıqların emalı nəticəsində hazır məmulatların alınması texnoloji prosesini.

İşin xüsusiyyətləri. Tikişsiz məmulatlar üçün formaların yuyulması ilə eyni zamanda onların qliserin məhlulu ilə təmizlənməsi prosesinin aparılması.

Məhsulların yuyulma üçün hazırlanması. Formaların yuyulması: yuyucu məhlulun süzülməsi: formaların qliserinlə təmizlənməsi.

Bilməlidir: yuyulma texnoloji prosesini; istifadə olunan materialların növlərini və xassələrini. Avadanlığın quruluşunu; yuyulma rejimini; məhsulun keyfiyyətinə qoyulan texniki tələbləri.

İşin xüsusiyyətləri. Su və ya neytrallaşdırıcı məhlullarla məmulatların yuyulması və ya daha yuxarı ixtisaslı aparatçının rəhbərliyi altında kimyəvi maddə və məmulatların yuyulması texnoloji prosesinin aparılması.

Məhlulların (kaustik sodanın, kalsiumlaşdırılmış sodanın və sairə qələvilərin) hazırlanması. Qaldırıcı mexanizmin (telferin) köməyi və ya əl ilə məmulatların vanna və barabanlara yüklənməsi. Məmulatın su və ya qələvi məhlulu ilə yuyulması. Texnoloji prosesin gedişinin müşahidə edilməsi, yuyulma vannasında suyun və məhlulun səviyyəsinin və temperaturunun tənzimlənməsi; vannadan suyun və məhlulun süzülməsi; məmulatların sıxılması və qurudulması. Zamşa və tekstovinitin yuyulması zamanı yarımfabrikatların bir bərabərlikdə dartılmasının tənzimlənməsi; materialın sarınmasının müşahidə edilməsi; parçanın hərəkət istiqamətinin dəyişdirilməsi; rulonların yüklənməsi və vannadan boşaldılması, onların qəfəslərə yığılması.

Bilməlidir: yuyulma texnoloji prosesini; tətbiq edilən neytrallaşdırıcı materialların növlərini və xassələrini; avadanlığın quruluşunu; yuyulma rejimini; yuyulmanın keyfiyyətinin müəyyən edilməsi qaydalarını; yuyulmanın keyfiyyətinə tələbləri; dartma üsullarını.

İş nümunəsi. zamşanın, tekstovinitin, rezin əlcəklərin, əmziklərin, məsaməli və sairə məmulatların su və neytrallaşdırıcı məhlullarla yuyulması.

İşin xüsusiyyətləri. Kimyəvi maddələrin və məmulatların su, benzin, yuyucu məhlullarla yuyulması və ya daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında süzgəc materialının tiftiklə dolmuş pulpasının yuyulması texnoloji prosesinin aparılması.

Xammal və materialların qəbul edilməsi. Müəyyən edilmiş qatılıqda məhlulun hazırlanması. Xammalın, suyun və ya kimyəvi məhlulların içərisində gedən reaksiya aparatlara, kameralara, yuyucu maşınlara yüklənilməsi, yuyulması, lazımi halda qızdırılması. Alınmış suspenziyanın duruldulması, yuyucu suların və məhlulların süzülməsi; yuyulmuş məhsulun süzgəclərə, tutumlara və ya başqa texnoloji sahələrə verilməsi. NÖC-ün göstəricilərinə və analizlərin nəticələrinə əsasən texnoloji reqlamentin gözlənilməsi və nəzarət; temperatur rejiminin, təzyiqin, vakuumun, aparatlarda kütlənin səviyyəsinin, məhlulların qatılığının, yuyucu suyun dövr etməsinin tənzimlənməsi. Komponentlərin hesablanması. Təlimatda nəzərdə tutulmuş təhlillərin yerinə yetirilməsi üçün nümunələrin götürülməsi. Yuyucu aparatlara, kolonnalara, kameralara, yuyucu maşınlara, neytrallaşdırıcı qurğulara, sentrifuqalara, süzgəclərə, soyuduculara, ölçü cihazlarına, tutumlara, nasoslara, kommunikasiyalara, NÖC-ə və başqa avadanlığa xidmət göstərilməsi. Avadanlığın və kommunikasiyaların işində yaranan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Xammalın və hazır məhsulun uçotunun aparılması. Avadanlığın təmirə hazırlanması, təmirdən qəbul edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsiplərini; armatur və kommunikasiyaların sxemini; xammalın, məhlulların, hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; xammala və hazır məhsula qoyulan tələbləri; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını; texnoloji rejimi; prosesin tənzimləmə qaydalarını; yuyulma üçün yüngülləşdirilmiş suyun və məhlulların hazırlanması üsullarını.

İş nümunəsi. Şüşə tərkibli parçanın, şüşə lentlərinin, lifli tullantıların, lateksdən, sinerezisdən hazırlanmış məsaməli məmulatların ion ayrılması üsulu ilə hazırlanmış örtüklərin və başqa kimyəvi maddələrin su, benzin və yuyucu məhlullarla yuyulması.

İşin xüsusiyyətləri. Yuyulma, rektifikasiya, regenerasiya, sabitləşdirilmə və sentrifuqa vasitəsilə tərkib hissələrinə ayırma, habelə kimyəvi maddələrin və məmulatların su, benzin, zəif sirkə turşusu ilə, yuyucu məhlullarla yuyulması prosesinin aparılması ilə eyni zamanda daha aşağı ixtisaslı aparatçılara rəhbərlik etmək.

İş təlimatlarına uyğun olaraq, texnoloji prosesin tənzimlənməsi və ona nəzarət edilməsi. Xammal sərfinin və hazır məhsulun çıxışının hesablanması, analizlərin nəticələrinə əsasən onların keyfiyyətinin müəyyənləşdirilməsi. Avadanlığın vəziyyətinə və işinə nəzarət edilməsi. Əsas və köməkçi avadanlığın təmir işlərində iştirak edilməsi.

Bilməlidir: istehsalın texnoloji sxemini; əsas və köməkçi avadanlığın, NÖC-ün quruluşunu və iş prinsipini; xidmət olunan sahədə armatur və kommunikasiyaların sxemini. Xammalın, həlledicilərin, hazır məhsulun fiziki-kimyəvi və texnoloji xassələrini; xammala və hazır məhsula qoyulan tələbləri; nümunələrin götürülmə qaydalarını; analizlərin aparılması metodikasını; texnoloji rejimi; prosesin tənzimləmə qaydalarını; yuyulma üçün yüngülləşdirilmiş suyun və məhlulların hazırlanması üsullarını.

İş nümunəsi. Yağlı turşuların istehsalında oksidlərin yuyulması; antibiotik və başqa biosintez preparatları üçün iondəyişdirici qətranların emalı; daş-kömür yağlarının yuyulması; yüksək təmizlikli naftalinin alınması və ya benzol fraksiyalarının, kumaron və germetizasiya edən qətranların yuyulması.

İşin xüsusiyyətləri. Texnoloji ağacın quruducu cihazlara, filizin ekstraktorlara yüklənməsi. Bişirilən məmulatların peçlərdən boşaldılması, plastik dəri istehsalında lifin boşaldılması. Xammalın, yanacağın, kimyəvi məhsulların, şlamın, istehsalat tullantılarının aparatlara, maşınların bunkerlərinə, reaktorlara, çənlərə, sobalara, kameralara daha yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında yüklənməsi-boşaldılması. Mexanizm və qurğuların idarə edilməsi, iş meydançasının məhsullardan və istehsalat tullantılarından təmizlənməsi. Zəruri halda - nəqletmə, çəkmə, kameraların (ştuserlərin, süzgəclərin) təmizlənməsi. Boş və dolu vaqonetlərin verilməsi və geri çəkilməsi. Transportyor və digər yükvurma və yükboşaltma mexanimzlərinə xidmət göstərilməsi.

Bilməlidir: xidmət göstərilən aparatların siqnalizasiya və rabitə vasitələrinin, mexanizmlərin quruluşunu, iş prinsipini. Xammalın, yanacağın, kimyəvi məhsulların xassələrini; yükvurma və yükboşaltma qaydaları və üsullarını; xammal və hazır məhsula qoyulan texniki şərtləri.

İşin xüsusiyyətləri. Xammalın, yanacağın, kimyəvi məhsulların, şlamın, istehsalat tullantılarının aparatlara, maşınların bunkerlərinə, reaktorlara, çənlərə, sobalara, kameralara əl ilə, həmçinin mexanizmlərin köməyi ilə və ya hidravlik üsulla yüklənməsi-boşaldılması. Zəruri halda bunkerin azotla işlənilməsi. Məhsulun, xammalın təmizliyinə və bunkerin germetikliyinə nəzarət edilməsi. İstehsal sahələrinin məhsul və istehsalat tullantıdan təmizlənməsi. Bunkerlərin, azot və vakuum kommunikasiyalarının vəziyyətinə nəzarət edilməsi. Yükvurma işinin texnoloji proseslə uyğunlaşdırılması. Zəruri halda qaz kanallarından və ya toz kameralarından tozun boşaldılması. Reaktorun daxili səthinin təmizlənməsi. Daha aşağı ixtisaslı yükvuran-yükboşaldan fəhlələrə rəhbərlik edilməsi.

Bilməlidir: xidmət göstərilən aparatların, siqnalizasiya və rabitə vasitələrinin, mexanizmlərin quruluşunu; xammal, yanacaq, kimyəvi məhsulların xassələrini; yükvurma və yükboşaltma qaydaları və üsullarını; xammal və hazır məhsula olan dövlət standartlarını.

1. 03 may 2023-cü il tarixli 3-17/3-5-10/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305033510, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 may 2023-cü il)

2. 12 fevral 2024-cü il tarixli 3-17/3-5-5/2024 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202402127355, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 fevral 2024-cü il)

3. 24 yanvar 2025-ci il tarixli 3-17/3-5-3/2025 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202501247353, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 fevral 2025-ci il)

4. 28 yanvar 2026-ci il tarixli 3-17/3-5-5/2026 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202601287355, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 fevral 2026-cı il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver