Qanunvericilik › Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Beynəlxalq əməkdaşlıq

Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.1. Konvensiyanın və bu Qanunun müddəalarının yerinə yetirilməsi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.

3.2. Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən kimyəvi silaha qarşı mübarizə sahəsində digər dövlətlərlə, onların müvafiq qurumları ilə, habelə kimyəvi silaha qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver