Qanunvericilik › Kinematoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları

Kinematoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları aşağıdakılardır:

kinematoqrafiya sahəsində qanunvericiliyin yaradılması, Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi;

kinematoqrafiyanın yaradıcı, təhsil, istehsal, maddi-texniki, elmi və informasiya bazasının təmin olunması, kinematoqrafiya kadrlarının hazırlanması;

kinematoqrafiyanın qorunmasına və inkişafına dövlət təminatı, filmlərin yayımı və nümayişi üçün şərait yaradılması, kinofestivalların və təbliğat xarakterli digər tədbirlərin keçirilməsi;

dövlət sifarişi əsasında çəkilən filmlərin istehsalının, yayımının və onların beynəlxalq kinofestivallarda iştirakının, kinosalnamə çəkilişinin və dövlət film fondunun maliyyələşdirilməsi;

xarici prodüserləri Azərbaycan Respublikasının ərazisində film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlərin həyata keçirilməsi;

uşaq və gənclər üçün filmlərin və debüt-filmlərin yaradılmasının təmin edilməsi;

kinematoqrafiya sahəsində beynəlxalq əməkdaşlığa təminat verilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver