Kino və videofilmlərin qanunsuz nümayişinin, pornoqrafiya və ya zorakılıq təbliğ edən filmlərin yayımının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayımı məntəqələri, yayım və retranslyasiya xidmətləri) üçün nəzərdə tutulmuş bütün filmlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alınır və filmlərin dövlət reyestrinə daxil edilir.
Kino və videofilmlərin yaşa görə təsnifatlaşdırılması “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həyata keçirilir.
Filmlərin yayımı və nümayişi bu Qanunun, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun və kinematoqrafiya sahəsində digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.