Qanunvericilik › Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Kitabxana fondlarının təchizi

Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Kitabxanalar dövlət və qeyri-dövlət nəşriyyatları tərəfindən buraxılan, profilinə uyğun çap məhsullarını və digər informasiya daşıyıcılarını birinci növbədə almaq hüququna malikdir.

Bu hüquq kitabxana kollektoru, kitab ticarəti müəssisələri, nəşriyyat orqanları, ayrı-ayrı şəxslərlə aparılan müvafiq əməliyyatlar, məcburi nüsxələrin alınması, abunə, bağışlama və vərəsəlik əsasında miras qalmış nəşrlərin verilməsi, habelə beynəlxalq və ölkədaxili kitab mübadiləsi yolu ilə təmin edilir.

Təhsil müəssisələrinin kitabxanalarının dərsliklərlə komplektləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydalarla tənzimlənir.

Müvafiq icra hakimiyyəti orqanları tabeçiliyində olan kitabxana fondlarının yeni nəşrlərlə komplektləşdirilməsinə vəsait ayırırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver