Qanunvericilik › Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Kitabxana sisteminin tərkibi

Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasında kitabxana sisteminin tərkibinə dövlət və qeyri-dövlət kitabxanaları daxildir.

Dövlət kitabxanalarına aşağıdakılar daxildir:

Milli Kitabxana;

Naxçıvan Muxtar Respublikasının dövlət kitabxanası;

şəhər, rayon, qəsəbə, kənd kitabxanaları (kütləvi, elmi, xüsusi kitabxanalar, gənclər, uşaqlar, görmə qabiliyyəti tam məhdud olan şəxslər üçün və sair kitabxanalar) və onların filialları, mərkəzləşdirilmiş kitabxana sistemləri;

respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar;

dövlət idarə, müəssisə və təşkilatlarının kitabxanaları;

Azərbaycan Milli Elmlər Akademiyasının mərkəzi elmi kitabxanası və onun filialları;

dövlət təhsil müəssisələrinin kitabxanaları.

Qeyri-dövlət kitabxanalarına aşağıdakılar daxildir:

bələdiyyə kitabxanaları;

ictimai birliklərin kitabxanaları;

özəl və digər kitabxanalar;

xarici hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş kitabxanalar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver