Qanunvericilik › Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar

Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar elm sahəsinə görə ixtisaslaşdırılan, milli və xarici ədəbiyyat fondlarına malik olan baş kitabxana-biblioqrafiya və informasiya müəssisələridir.

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar müvafiq sahədə fəaliyyət göstərən digər kitabxanalar üçün informasiya, kitabxanalararası abonement və metodik mərkəz funksiyasını yerinə yetirir.

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların fəaliyyəti bu Qanunla və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının və onun filiallarının, Bakı Dövlət Universitetinin kitabxanasının işçilərinin əmək haqlarına müvafiq əlavələr müəyyən edilir.

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların statusu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver