10.1. Kommersiya sirrini təşkil edən məlumatların müəyyən edilmiş rejiminə əməl etmək öhdəliyi əmək müqaviləsinə və ya kommersiya sirrinin rejiminə əməl etmək barədə razılaşmaya əsasən kommersiya sirrinin konfidenti olan işçilərin üzərinə qoyulur.
10.2. İşçinin kommersiya sirrini əldə etməyə buraxılması onun razılığı ilə həyata keçirilir və aşağıdakıları nəzərdə tutur:
10.2.1. Azərbaycan Respublikasının kommersiya sirri haqqında qanunvericiliyinin kommersiya sirri rejiminin pozulmasına görə məsuliyyəti nəzərdə tutan normaları ilə tanışlıq;
10.2.2. işəgötürənin kommersiya sirrini təşkil edən məlumatların siyahısı ilə tanışlıq.