17.1. Kommersiya sirri təşkil edən məlumatları qeyri-qanuni yolla əldə edən və ya yayan şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
17.2. Dövlət orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən onlara məlum olan kommersiya sirrini qorumağa borcludurlar. Bu məlumatlar ancaq müvafiq qanunvericiliklə nəzərdə tutulmuş hallarda açıqlana bilər.