Qanunvericilik › Kommersiya sirri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Məlumatın kommersiya sirrinə aid edilməsinin meyarları

Kommersiya sirri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.0. Məlumatların kommersiya sirrinə aid edilməsinin meyarları aşağıdakılardır:

3.0.1. kommersiya dəyərinə malik olması (başqa şəxslərə məlum olmadığına görə fəaliyyət sahəsində üstünlük qazanmaq və mənfəət əldə etmək baxımından əhəmiyyətlidir, digər şəxslərə bütövlükdə, yaxud hissələrlə satıla, bağışlanıla, müqavilə əsasında, yaxud varislik qaydasında verilə bilər və s.);

3.0.2. məlumatın məxfiliyinin qorunması məqsədilə sahibi tərəfindən hüquqi, təşkilati, texniki və digər tədbirlərin həyata keçirilməsi;

3.0.3. bu məlumatların sərbəst əldə olunmasının qanuni əsaslarla məhdudlaşdırılması.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver