5.0. Kommersiya sirri sahibinin aşağıdakı hüquqları vardır:
5.0.1. kommersiya sirri rejimini müəyyən etmək, dəyişmək və ləğv etmək;
5.0.2. kommersiya sirrindən istifadə etmək, müqavilə əsasında başqa şəxslərə vermək, mülki dövriyyəyə daxil edilmənin digər üsullarını tətbiq etmək;
5.0.3. kommersiya sirrinin rejimini pozan və ya belə rejimin pozulmasına təhlükə yaradan hərəkətlərdən qanunvericiliyə uyğun olaraq müdafiə olunmaq;
5.0.4. kommersiya sirrindən öz maraqları üçün istifadə etmiş şəxslərdən vurulan ziyanın əvəzini məhkəmə qaydasında almaq.
II fəsil
Kommersİya sİrrİ rejİmİ