7.1. Mülki-hüquq müqavilələrinə məxfilik haqqında şərtlərin daxil edilməsi, yaxud bu müqavilələrlə bərabər yazılı formada razılaşma bağlanması kommersiya sirri rejiminin müəyyən edilməsinin zəruri şərtidir.
7.2. Mülki-hüquq müqavilələrinə əsasən kommersiya sirrini əldə edən və onun yayılmasına yol verən, yaxud kommersiya sirrinin digər şəxslərə verilməsi qaydası barədə müqavilənin şərtlərini pozan konfident müvafiq qanunvericiliyə əsasən məsuliyyət daşıyır.