Qanunvericilik › Kompüter və digər elektromaqnit şüalanma Yaradan aparatlarin istismari zamanı Təhlükəsizlik qaydaları (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 12.12.1998) › Tam mətn

Kompüter və digər elektromaqnit şüalanma Yaradan aparatlarin istismari zamanı Təhlükəsizlik qaydaları (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 12.12.1998)

Kompüter və digər elektromaqnit şüalanma Yaradan aparatlarin istismari zamanı Təhlükəsizlik qaydaları (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 12.12.1998) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu qaydaların tələbləri hesablama mərkəzləri, kompüter və digər (fərdi kompüter, faks, kseroks, oyun maşınları, kondisioner, vidiodispley terminalları və s.) elektromaqnit şüaları yaradan aparatların istismarı ilə məşğul olan bütün müəssisə və idarə, eləcədə bu məqsədlə fəaliyyət göstərən Elmi-Tədqiqat mərkəzləri, lahiyə-konstruktor müəssisələri və s. təşkilatlar üçün məcburidir.

1.2. Bu qaydalar qüvvəyə mindiyi andan etibarən Azərbaycan iqtisadiyyatının fəaliyyətdə olan bütün obyektləri yerli Dövlət əmək müfəttişliyi ilə razılaşdırılmış müddətdə bu qaydaların tələblərinə uyğunlaşdırılmalıdır.

1.3. Bu qaydaların, normaların, təlimatların tələbləri əsasında yerli şəraiti nəzərə almaqla peşə və işlərin növü üzrə təhlükəsizlik texnikası haqqında istehsalat təlimatları işləyib hazırlanmalıdır. Onlar müəssisə, idarə və təşkilatların baş mühəndisi və həmkarlar İttifaqı Komitəsi tərəfindən təsdiq olmalı, yerli nəzarət orqanları (əmək müfəttişliyi, dövdağtexnəzarəti) ilə razılaşdırılmalıdır.

1.4. Yeni texnoloji proseslər, qurğular, avadanlıqlar və cihazlar istismara verilərkən təhlükəsizlik texnikası təlimatlarına yenidən baxılmalıdır.

1.5. İş yerləri istehsalatın xüsusiyyətlərindən asılı olaraq təhlükəsizlik texnikası üzrə plakatlarda təmin edilməlidir.

1.6. Lahiyələşdirilən, yeni inşa olunan, quraşdırılan və istismara buraxılan kompyuter və hesablama mərkəzləri, eləcə də fərdi kompyuterlər, fakslar, kserokslar və digər elektromaqnit şüaları yaradan aparatlar, mühafizə vasitələri, nəzarət ölçü cihazları və həmçinin yeni texnoloji proseslər bu qaydaların və əməyin təhlükəsizliyi standartlar sisteminin qüvvədə olan milli standartlarının, normalarının tələblərinə uyğun olmalıdır. Qayda və normalarda görüləsi işlər üçün təhlükəsiz əmək şəraitini təmin etmək üzrə tələblər olmadıqda, işəgötürənlər yerli dövlət əmək müfəttişliyi, dövdağtexnəzarət və digər nəzarət orqanları eləcə də həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmış əlavə təhlükəsizlik tələbləri işləyib hazırlamalıdırlar. Yeni tikiləcək obyektlərin, texnologiyanın layihələri Dövlət Ekspertizasından keçirməlidirlər.

1.7. Sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin edilməmiş obyektləri qəbul etmək və istismara buraxmaq qadağandır. Onlar qanunvericilikdə müəyyən olunmuş qaydada və qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq istismara buraxılmalıdır.

Yeni tikilən və yenidən qurulan istehsalat obyektlərinin Dövlət əmək müfəttişliyinin, gigiyena və epidemiologiya mərkəzi və sahə həmkarlar ittifaqı və ya həmkarlar ittifaqı mərkəzinin texniki əmək inspektorluğunun icazəsi olmadan istismara buraxılması qadağandır.

Obyekti qəbul etməzdən ən azı 3 gün əvvəl qəbul komissiyası Dövlət əmək müfəttişliyinin, gigiyena və epidemiologiya mərkəzinin sahə həmkarlar ittifaqı və ya həmkarlar ittifaqı mərkəzinin texniki əmək inspektorluğunun nümayəndələrini yazılı surətdə xəbərdar etməlidir. Onlar gəlmədikdə komissiya obyekti müstəqil olaraq qəbul edir və qəbul aktının bir nüsxəsini onlara göndərməlidir.

1.8. İşəgötürənlər işçilərə əməyin təhlükəsizliyi, istehsalat sanitariyası, yanğın və dikər təhlükəsizlik məsələlərini öyrətmək və təlim keçmək, eləcə də istehsalatda xəsarət alanlara ilkin tibbi yardım göstərmək üçün kurslar təşkil etməlidir.

1.9. Obyektdə bir neçə müəssisə və idarə işlədikdə onların rəhbərlərinin razılığı ilə bölmə rəhbərlərindən biri əmr və ya sərəncamla ümumi rəhbər təyin edilməlidir. Onun, işlərin təhlükəsiz yerinə yetirilməsinə dair göstərişləri digər bölmə rəhbərlərinin hamısı üçün məcburidir.

1.10. İşəgötürənlər zərərli və əlverişsiz əmək şəraitində işləyən mühəndis texniki işçilərin ilkin (işə qəbul olunarkən) və dövrü olaraq “Əməyi mühafizəsi haqqında Azərbaycan Respublikası Qanunu”-na müvafiq mövcud qaydada tibbi müayinədən keçmələrini təşkil etməlidirlər.

1.11. İşəgötürənlər bütün işləyənləri inşaat normaları və qaydalarının (İN və Q 11 -92-76) və sanitariya normalarının (SN 245-71) tələblərinə uyğun sanitariya və məişət otaqları ilə, eləcə də, əməyin mühafizəsi üzrə tərtibatlarla, quruluşlarla təmin etməlidirlər.

1.12. İşəgötürənlər işçiləri təyin olunmuş normalara uyğun pulsuz xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələri (FMV) ilə, müalicə-profilaktik yeməklə təmin etməlidirlər.

İşçilərə verilən standartlara və texniki şəraitə uyğun olmalıdır.

Xüsusi geyimlər, xüsusi ayaqqabıların və digər FMV-nin verilməsi, saxlanması və istifadə olunması, “Fəhlələrin və qulluqçuların xüsusi geyimlərlə və xüsusi ayaqqabılarla təchiz olunma qaydaları haqqında təlimata müvafiq yerinə yetirilməlidir.

1.13. İşəgötürənlər istehsalatda baş verən bədbəxt hadisələrin və qəzaların vaxtında qeydiyyatına və düzgün araşdırılmasına cavabdehdir.

1.14. Əmək qanunvericiliyinin bu qaydaların, əməyin mühafizəsinə dair qüvvədə olan digər qayda və normaların pozulmasında günahkar işəgötürənlər belə pozulmaların nəticəsində qəza və ya bədbəxt hadisə baş veribsə, vəzifələrindən asılı olmayaraq mövcud qaydada məsuliyyət daşıyırlar.

1.15. Əməyin mühafizəsi və normalarının tələblərini yerinə yetirməyən işçilər inzibati və maddi məsuliyyətə cəlb olunurlar.

1.16. Bu qaydaların tələblərinə riayət olunmasına nəzarət Dövlət əmək müfəttişliyi, aidəti nazirliklərin işçiləri, işəgötürənlər və icra hakimiyyəti orqanları tərəfindən aparılır.

1.17. Bu qaydaların tələbləri kompyuter və digər (fərdi kompyuterlər, vidiodispley terminalları və s.) elektromaqnit şüaları yaradan aparatları istismar edən rayon (şəhər) məlumat hesablayıcı mərkəzlərinədə də şamil edilir.

1.18. Bütün işçilər, qulluqçular, mühəndis-texniki işçilər, hesablayıcı texnikaları, kompyuter və digər (fərdi kompyuterlər, vidiodispleylər və s.) elektromaqnit şüaları yaradan aparatları istismar, xidmət və avadanlığı təmir edərkən, bu qaydaların tələblərini yerinə yetirməyə borcludurlar.

1.19. İşəgötürənlər işçilərin iş yerinə yetirərkən təhlükəsizlik qaydalarına əməl etmələrinə daima nəzarət etməyə borcludur. Təhlükəsizlik texnikası qayda və təlimatlarında nəzərdə tutulan tələblərin yerinə yetirilməsinə, eləcə də tərtibatların, xüsusi geyimlərin, xüsusi ayaqqabıların tətbiqinə düzgün əməl etməyə, bütün yuxarıda deyilənlərə işəgötürənlər nəzarət etməli və onları sənədləşdirməlidir.

1.20. Mövcud hesablayıcı maşınları modernləşdirdikdə və ya yenisini layihələşdirdikdə layihə məsələlərini işlərkən bu qaydaların tələblərinə riayət etmək lazımdır.

1.21. Bu qaydaların tələblərinə əməl etməyən icraçılar fəaliyyətdə olan qanunvericiliyə müvafiq olaraq cəzalandırılmalıdır.

2.1. İşçiləri xüsusi proqramla öyrətdikdən, biliyini yoxladıqdan və görüləsi işlərin təhlükəsizliyi haqqında təlimatlandırdıqdan sonra sərbəst işə buraxmaq olar.

2.2. Elektrik qurğusuna xidmət etməyə buraxılan həyət işin təhlükəsiz yerinə yetirilməsi barədə təlimatlandırılmalı, onların “elektrik qurğularının texniki istismar qaydalarında” nəzərdə tutulan həcmdə biliyi yoxlanmalıdır.

2.3. Texnoloji qurğuları elektrik şəbəkəsinə qoşmaq və ayırmaqla məşğul olan elektrik intiqallı maşın və mexanizmlərlə əlaqəli işçilər elektrik təhlükəsizliyi üzrə təlimat almalı və onların elektrik təhlükəsizliyi üzrə ən azı 1 peşə qrupu olmalıdır.

2.4. Kompyuter və hesablayıcı mərkəzlərə, eləcə də fərdi kompyuter, vidiodispley terminallarına və digər elektromaqnit şüaları yaradan aparatlara xidmət edən işçilər istehsalat sahələrində zərərli və təhlükəli amillərin təsirinə, statiki elektrikləşdirməyə, səs-küyə, kifayət olmayan dərəcədə, metereoloji şəraitə, işıqlılığa və psixo-emosional təzyiqə düçar olurlar.

2.5. Bu qaydaların tələbləri zehni əməklə məşğul olan (kompyuter və hesablayıcı mərkəzlərə xidmət edən: riyaziyyatçı-proqramçılar, elektronçular, operatorlar, mühəndis-proqramçılar və s.) işçilərin əmək və istirahət rejimlərini optimal şəraitlə təmin etmə istiqamətinə yönəldilməlidir.

2.6. Bu qaydalarda şərh edilmiş tələblərin təcrübi realizə edilməsi, işçilərin əmək şəraitlərinin yaxşılaşdırılmasına, onların yorulmasının qarşısının alınmasına və iş qabiliyyətlərinin yüksəldilməsinə, eləcə də kompyuter və hesablayıcı mərkəzlərin işçilərinin sağlamlığının qorunmasına yönəldilməlidir.

2.7. Kompyuter, hesablayıcı mərkəzlərə və digər elektromaqnit şüaları yaradan aparatlara xidmət edən işçilər müxtəlif iş və istirahət rejimlərinə malikdirlər. Operatorlar üç və ya iki növbə ilə, müvafiq olaraq 8 və 12 saat işləyirlər. Belə bir iş rejiminə kompyuter və hesablayıcı mərkəzlərin bəzi istismarçı mühəndisləri də malikdirlər. Gecə-gündüz növbəli iş rejimlərində yemək qəbul etmək üçün və az müddətli fasilələrin vaxtı qanuniləşdirilməyib və bu fasilələr iş vaxtına daxil olunmuşlar.

2.8. Kompyuter və hesablayıcı mərkəzlərin işçilərinin əməyini, əməyin gigienik şəraitinin 1-11 sinfinə aid etmək lazımdır; onun ağırlığı optimaldan yüksək olmamalı, gərginliyi isə icazə verilən həddən çox olmamalıdır.

2.9. Bu qaydaların tələbləri mövcud, yeni layihələndirilən və yenidən quraşdırılan kompyuter və hesablayıcı mərkəzlərin və digər elektromaqnit şüalanmaları yaradan aparatların yerləşdirilməsi üçün bina və otaqların yaradılması məqsədilə təhlükəsiz və sağlam əmək şəraiti və işçilərin əmək fəaliyyətinin rasional təşkilinə şamil edilir.

3.1. İstehsalat obyektləri layihələndirilərkən və ya tikilərkən (inşa olunarkən) insanlar üçün təhlükəli zonalar təyin olunmalıdır.

Bu zonalar müvafiq təhlükəsizlik işarələri ilə nişanlanmalıdır. Təhlükəli zonalara aşağıdakılar aiddir:

elektrik qurğusunun izolə olunmayan cərəyan keçirən hissələrinin yaxınlığı; intensiv səs-küy və titrəyiş olan iş yerləri.

3.2. İstehsalat bina və obyektlərində avadanlıqların yerləşdirilməsi, eləcə də avadanlıqlarla binanın divarı, sütunları arasındakı keçidlərin və dalanların eni layihəyə uyğun olmalıdır. Avadanlıqlar arasındakı məsafələr və avadanlıqla bina divarı arasındakı məsafə 1,0 m-dən az olmamalıdır.

3.3. İstehsalat və köməkçi binalar qüvvədə olan SN, İN və Q dövlət standartlarının tələblərinə müvafiq hava şəraiti və temperaturun sabitliyini təmin edən qızdırıcı və ventilyasiya sistemləri ilə təchiz olunmalıdır.

3.4. İstehsalat və köməkçi binaların havasının dəyişdirilməsi təbii, yaxud süni ventilyasiya qurğusu ilə də dəyişdirilə bilər.

3.5. Ventilyasiya qurğularının quraşdırılması və istismarı təsdiq olunmuş layihə və ventilyasiya sisteminin istismarı haqqında təlimatlara müvafiq aparılmalıdır. Hər bir ventilyasiya qurğusu və sistemi üçün pasport, istismar və təmir sənədi tərtib olunmalıdır.

3.6. Cərəyan keçirməyən döşəməsi (antisatik) olan quru binalarda gərginliyi 42 V-dan çox olmayan, nəm və çox təhlükəli binalarda isə 12V-dan çox olmayan daşınan çıraqlardan istifadə etməyə icazə verilir. Çıraqların qidalanması 12V-42V gərginlikli birinci və ikinci sarğıları olan transformatorlarla yerinə yetirilməlidir. İkinci sarğının çıxışlarından biri torpaqlanmalıdır.

3.7. Kompyuter və hesablayıcı mərkəzlərin fəaliyyətdə olan binalarının yenidən qurulması və layihələşdirilməsi “Sənaye müəssisələrinin layihələşdirilməsinin sanitariya normalarına”(SN-245-71) və “Bina və qurğüların yanğın əksinə layihələşdirmə normalarına”(İN və Q 11-A5- 70)tələblərinə müvafiq yerinə yetirilməlidir.

3.8. Keçidlərin minimal eni 1m, dəhlizlərin - 1,4m, qapıların (sanitar - məişət otaqlarının qapılarından başqa) - 0,8m olmalıdır.

3.9. Təxliyyə (evakuasiya) yollarında qapıların və keçidlərin hündürlüyü 2m-dən az olmamalıdır.

3.10. Qapılar rahat və yüngülcə açılmalıdır və bir qayda olaraq, otaqdan çıxış istiqamətində açılmalıdır.

3.11. Qapı oyuqları astanasız olmalıdır. Qonşu otaqların döşəmələrinin səviyyələri cürbə-cür olduqda bir otaqdan o biri otaqa keçmək üçün mailliyi 30 dərəcə olan pandus quraşdırılmalıdır.

3.12. Pilləkan meydançasının eni, addım pilləkəninin enindən az olmamalıdır. Pilləkən meydançasının eni qapısı açıq liftə girən yerdə 1,6m-dən az olmamalıdır.

3.13. İstehsalat otaqlarının həcmi hər bir işləyən üçün 15m-dən az olmamalıdır

3.14. İstehsalat otaqlarının döşəmədən tavana qədər olan hündürlüyü 3,2m-dən az olmamalı. Döşəmədən konstruktor elementinin aşağı çıxıntısına qədər məsafə isə-ən azı 2,6m olmalıdır.

3.15. Zirzəmidə yerləşən ambar otaqlarının hündürlüyü 2,2m-ə qədər azaltmağa icazə verirlər.

3.16. Arakəsmələri bir qayda olaraq yanmayan yüngül içi boş materialdan hazırlanmasına icazə verilir.

3.17. Hesablama maşınları hazırlayıcı zavodun və texniki şəraitinin tələblərinə müvafiq otaqlarda (bax.cədvəl) yerləşdirilməlidir.

Oxuyan quruluş Ruta-701

Yazı yazan quruluş BLP-1

Perforatorlar bütün növdən

Tabulyatorlar T-5m, TA 80-1

Perforasiya hesablayıcı

Kompleks M5000, M5010

Elektron hesablayan avtomat

Dəlil verən aparat DfE-550

Teleqraf aparatları, T-51, T-63

Məlumatların qəbulu və

Elektroqrafik aparat ratasion tipli

Kiçik çap edici maşın

220-260 komplektdən asılı olaraq

3.18. Kompüter və elektron hesablayıcı maşınları təhlükəsiz istismar etmək üçün aşağıdakı otaqlar nəzərə alınmalıdır:

servis aparaturası yerləşdirmək üçün; analitik laboratoriya üçün; işlənmə materialları üçün; nəzarətölçu cihazları üçün; maqnit təmsilli informasiya üçün; kompyuter və EHM-ni istismar edən heyət üçün; EHM-yə texniki xidmət edən heyət üçün; maşın zalları və s. üçün otaqlar.

3.19. Bütün əsas otaqlar maşın zalının yaxınlığında, bircə analitik laboratoriyadan, kompyuter və EHM-üçün dəlilləri hazırlayan və ümumi ventilyasiya, süni işıqlandırma otaqları müstəsna olmaqla yerləşdirilməlidir. Texnoloji döşəmədən asqılı tavana qədər zalın hündürlüyü təxminən 3-3,5 olmalıdır.

3.20. Maşın zalında ventilyasiya kanalı kimi iki qat döşəmə nəzərə alınmalıdır, bu döşəmələr arasındakı fəzaya güc kabellərini, kommutasiya naqilləri və torpaqlama şinləri yerləşdirilməlidir. Döşəmə altı fəzanın hündürlüyü 200-600 mm-ə bərabər olmalıdır. Əgər bu fəzaya hava xətləri qoyularsa fəzanın hündürlüyü 300 mm-dən az olmamalıdır. Əgər bu fəzaya yalnız kabellər qoyulursa, onda bu hündürlük 150-200 mm olmalıdır.

3.21. Döşəmənin üzünə linoleum örtülməli, onun döşəməyə xüsusi ağırlıq təsiri 450-470kq s/m çox olmamalıdır.

3.22. EHM maşın zallarının tavanı asqılı konstruksiyalı layihələndirilməlidir. Örtüklə və asqılı konstruksiyalı tavan arasındakı fəzadan da ventilyasiya kanalı, hava xəttlərinin, güc kabellərinin və yanğın əksinə şəbəkə, işıqlandırma quruluşu kimi istifadə oluna bilər.

3.23. Kompyuter və EHM maşın zallarının divarı və asqılı tavanı səs udan örtüklərlə örtülməlidir.

3.24. Sanitar norma və qaydaları, eləcə də sanitar norma SN 245-71 əsasən tövsiyə olunan səsin səviyyəsi 65 d BA və orta həndəsi tezliyi isə 1000 hs bərabər olmalıdır.

3.25. Qapıların ölçüləri avadanlıqların daşınmasını nözərə almaqla 1,8x1,1m- dən az olmamalıdır

3.26. Maşın zallarının pəncərələri küçədən tozun girməməsi üçün iki qat şüşələnməlidir.

3.27. Pəncərə mütləq hermetikləşdirilməlidir.

3.28. Horizontal müstəvi üzrə döşəmənin 0,8m səviyyəsində aşağıdakı işıqlanma norması olmalıdır (cədvəl 2)..

Horizontal müstəvi üzrə döşəmədən 0,8m səviyyədə işıqlanma norması.

3.29. Kompyüter EHM-maşın zalında havanın temperaturu xidmət heyətinin işi üçün normal şərait yaratmaq kompyuter EHM işini etibarlı olmasını təmin etməlidir.

3.30. Zalda optimal temperatura +20S, amma +18S az və +28S çox, temperatur dəyişikliyi icazə verilən hədd isə zs hesab edilir.

3.31. Zalda tövsiyə olunan rütubətlik 55+_5% qəbul edilir.

3.32. Atmosfer təzyiqi isə 760+ZOmm civə sütunu həddində olmalıdır.

3.33. Zalda tozluluq həddi 0,5 mq/m-dan çox olmamalıdır. hissəciklərin böyüklüyu 3 mk çox olmamalı, qazın qatılığı isə 2ml/m-çox olmamalıdır.

3.34. Zalda kompyuter və EHM qidalandıran cərəyanın gərginliyi 380/220V, 36V. Otağın perimetri boyunca torpaqlama şinləri qoyulmalı və onlar torpaqlama konturuna qoşulmalıdırlar.

3.35. Otaqların sahələri 16m2-dan olmamalıdır. Otaqlarda səyyar arabacıqların və stolların yerləşdirilməsi nəzərdə tutulmalıdır. Ambarlarda oddan mühafizə tərkibli maye hopdurulmuş taxtadan və ya istənilən başqa diamaqnit materialdan hazırlanmış stellaj və ya şkaflar yerləşdirilir. Onlar da hər birində 30-50 qutu yerləşən gözlərə bölünürlər.

3.36. Otaqların döşəməsi, tavanı və divarları yanmayan materiallarla örtülməlidir.

3.37. Belə otaqlarda səsdən mühafizə tədbirləri tələb olunmur.

3.38. Ümumi işıqlandırma sistemi aşağıda göstəriləndən az olmamalıdır:

İşçi stol üzərində 300lk 150lk

Qəfəsə üzərində 75lk 50lk

işçi stol döşəmənin 0,8m səviyyəsində-horizontal müstəvi üzrə, qəfəsə döşəmənin 1m səviyyəsində-vertikal müstəvi üzrə olmalıdır.

3.39. Anbarda optimal hava temperaturu orada xidmət edən işçilərin əmək şəraitini yaxşılaşdırılan 20+2S havanın rütubətliyi 45-55% icazə verilən rütubətlilik isə 40-65% olmalıdır.

3.40. Otağın tozluluğu 0,3 ml/m-dan və hissəciklərin ölçüsü isə 2 mk-dan çox olmamalıdır.

3.41. Qidalandırıcı gərginlik 220V olmalıdır.

3.42. Maqnit təmsilli informasiya otaqları güclü elektrik və maqnit sahəsindən uzaqda yerləşdirilməlidir və onlardan ekran vasitəsi ilə mühafizə olunmalıdır.

3.43. Şkaflar qızdırıcı cihazlardan uzaqda olmalıdır. Ən vacib informasiyalar xüsusi oddan mühafizə olunan şkaflarda, maqnit sahələrindən uzaqda yerləşdirilməlidir. Maqnit lentləri qarqaralara dolamalı və plastik kütlədən hazırlanmış konteynerdə vertikal halında saxlanmalıdır.

3.44. Surət çıxarma-çoxaltma istehsalatı otaqlarının layihələndirilməsi və istismarı zamanı “Poliqrafiya müəssisələrində və istehsalatın, eləcə də şrifttökmə zavodlarında qeydiyyat, çoxaltma avadanlıqlarının, şriftlərin və nəşr formalarının mühafizəsinin Vahid saxlama qaydalarını” rəhbər tutmaq lazımdır.

3.45. Bir qayda olaraq köməkçi otaqları binanın birinci və ya sokol mərtəbəsində yerləşdirilməlidir;

arxivlərin mühafizə otaqlarını, layihə kabinetlərini, kitabxanaları, eləcə də çoxaltma-surətçıxarma xidməti otaqlarını zirzəmidə yerləşdirilməsinə icazə verilir, 200 yerli iclas zallarını 5-ci mərtəbədən yuxarıda yerləşdirilməsinə icazə verilmir.

3.46. Köməkçi otaqların mərtəbələrinin hündürlüyü 3,3 m olmalıdır. Məişət otaqlarının hündürlüyü döşəmədən tavana qədər 3 m və ya döşəmədən asılan hissələrə qədər 2,5 m icazə verilir.

3.47. Ümumi işçi otaqlar və kabinetlərin, yemək otaqları və tibb məntəqələri bir qayda olaraq, bilavasitə təbii işıqlandırmalıdır. Qalan otaqlar isə süni işıqlandırmalıdır (cədvəl 3).

3.48. Soyunma otaqlarında (tibb məntəqəsi, duşxana qızdırıcı cihazlar mühafizə örtüyü ilə örtülməlidir.

3.49. Xaricdən köməkçi binaya daxil olmaq üçün eni 1,2m-dən az olmayan dəhliz və ayaqqabıları palçıqdan təmizləmək üçün tərtibat olmalıdır.

3.50. Bütün köməkçi otaqlarda və binalarda sorucu-vurucu ventilyasiyası nəzərə alınmalıdır, ilin soyuq vaxtında isə bu yerlər qızdırılmalıdır.

3.51. Hesablanmış temperatura və hava dəyişmə həcmini cədvəl 4-də olduğu kimi qəbul edilməlidir. *- sokol mərtəbəsi-aşağı mərtəbə.

EHM əsas otaqlarına olan tələblər

3.52. Hesablayıcı sistemlərin təşkilatlarında işləyənlərin sayı 500 nəfər olanda ictimai təşkilatlar üçün otaqlar nəzərdə tutulmalıdır: həmkarlar ittifaqı komitə sədri üçün sahəsi 12 m-dan az olmayan otaq və əməyin mühafizəsi və təhlükəsizlik texnikası şö”bəsi üçün, sahəsi 25m olan otaqlar nəzərdə tutulmalıdır.

3.53. Hesablayıcı sistemlərin idarə etmə məntəqəsi çox mərtəbəli binaların birinci mərtəbəsində yerləşdirilməlidir.

3.54. İnzibati otaqların sokol mərtəbələrdə yerləşdirilməsinə icazə verilir. Bu zaman belə otaqlar lazımı ventilyasiya təbii işıqlandırma və hidro izolyasiya ilə təchiz olunmalıdır.

3.55. Kabinetlərin sahəsi 9m2az və 54m2-dan çox olmamalıdır.

3.56. İclas zallarının sahələri bir yer hesabına 0,8m qəbul edilir. Belə zallar kreslo və ya stulla təchiz edilməlidir.

3.57. Zalları stollarla təchiz edərkən bir yer üçün 2m sahə nəzərə alınmalıdır.

3.58. Vestibüllərin sahəsi(qarderobsuz) təzə və eləcə də yenidən qurulan binalarda işləyən üçün 0,17m2 norma hesabı ilə yerinə yetirilməlidir.

3.59. Məişət otaqları (qarderob, duşxana, əl-üz yuyan, tualetlər, papiros çəkmək üçün otaq, paltar yuyan), qurutma, tozsuzlaşdırma və işçi paltarları zərərsizləşdirmə otaqları, qadınların fərdi gigiyena otaqları, işləyənlər üçün istirahət otaqları, içməli su təchizatı və s. binanın sokol mərtəbəsində yerləşdirilməlidir.

3.60. Duşxanaların, tualetlərin, əl-üz yuma yerlərini inzibati binaların mərtəbələrində yerləşdirilməsində icazə verilir.

3.61. Məişət otaqlarını iş yerlərinin maksimum yaxınlığında yerləşdirilməlidir.

3.62. İstehsalat binaları daxilində yerləşdirilən məişət otaqları istehsalat otaqlarından şlyuz, dəhliz və ya pilləkən qəfəsi ilə ayrılmalıdır.

3.63. Qarderob, tualet, əl-üz yuyan, duşxana və qadınların fərdi gigiyena otaqlarının döşəmələri rütubətə davamlı, sürüşməyən səthli trapa doğru mailli, döşəmənin rəngi açıq tonlu olmalıdır.

3.64. Bu otaqların divarları və ara qatlarına rütubətədavamlı materialdan rəngi açıq tonda olan üz çəkilməlidir və o, yuyucu maddə və isti su ilə asan yuyulmalıdır.

3.65. Fərdi kabinələrin miqdarı hər 100 qadına bir kabina hesabı ilə təyin edilir.

3.66. Qadınların fərdi gigiyena otağında onların soyunması yer üçün nəzərə alınmalıdır. Paltar saxlanan yerin sahəsi hər qadına 0,02 m hesabı ilə hesablanır və otağın sahəsi 4 m-dən az olmamalıdır.

3.67. Paltar saxlanan yerləri hər yer üçün qarmağı olan skamiya ilə təchiz olunmalıdır. Paltar saxlama yerlərinin miqdarı, hər kabinada üç yer hesabı ilə təyin edilir. Dörd və daha çox kabina olarsa taxt üçün yer nəzərdə tutulmalıdır.

3.68. Papiros çəkmək üçün otaq, istehsalat şəraitinə və ya yanğın təhlükəsizliyinə görə otaqda hər bir işləyənə otağın həcmi 50 m-dan az olduqda ayrılır.

3.69. Papiros çəkmək üçün otaq ayaqyolu yaxud işləyənlərin istirahət otağının yaxınlığında yerləşdirilməlidir. İşləyənlərin sayı növbədə ən çox 100 nəfər olan halda ayaqyolu kirişindəki tamburdan və ya şlyuzdan papiros çəkmək üçün istifadə etməyə icazə verilir.

3.70. İş yerindən binada yerləşən papiros çəkmək üçün otağadək məsafə 75 m-dən az olmamalıdır. Binadan kənarda isə bu məsafə 150 m-dən çox olmamalıdır.

3.71. Papiros çəkmək üçün otağın sahəsi hər bir işləyən üçün növbədə ən çox işləyən olarkən, kişilər üçün 0,03 m qadınlar üçün isə 0,01m2 bu zaman sahə 9 m- dan az olmamalıdır.

3.72. İçməli su təchizatı üçün fəvvarələr nəzərə alınmalıdır.

3.73. İçməli suların temperaturu 20 S-dən çox və 85 az olmamalıdır.

3.74. 3.74. İş yerlərindən içməli su təchizatına qədər olan məsafə 75 m-dən çox olmamalıdır.

3.75. Növbə ərzində 250 nəfər və daha çox işçi işlərkən yeməkxana nəzərdə tutulmalıdır. Növbə ərzində 250 nəfərdən az işçi işlərsə isti xörək paylamağa bufet nəzərdə tutulmalıdır. Növbə ərzində 30 nəfərdən az işçi işləyərsə, yemək qəbul etmək üçün xüsusi otaq ayrılmalıdır.

3.76. İş yerindən yeməkxana və ya bufetə qədər olan məsafə 300 m-dən az olmamalıdır. Yemək üçün 30 dəqiqədən çox vaxt sərf olunmalıdır.

3.77. Yeməkxana və bufetin sahəsi, ən çox fəhlə işləyən növbədə bir otaq yerinə 4 nəfərdən çox olmamaqla hesablanmalıdır.

3.78. Yemək üçün ayrılan otağın sahəsi hər bir adam üçün 1 m hesabı ilə hesablanmalıdır. Otağın sahəsi 12 m-dan az olmamalıdır. Yemək üçün ayrılan otaq, qaynatma avadanlığı, soyuducu, əlüzyuyan və elektrik plitəsi ilə təchiz edilməlidir.

3.79. Müəssisədə 500 nəfərdən çox işçi olduqda tibb məntəqəsi təşkil edilməlidir.

4.1. Kompyuter və hesablayıcı mərkəzlərdə, eləcə də digər elektromaqnit şüaları yaradan aparatlarda yerinə yetirilən işlərin eyni tipli olması prinsipinə müvafiq olaraq avadanlıqları aşağıdakı kimi yerləşdirmək lazımdır.

İşçilərin əmək şəraitlərini optimallaşdırma məqsədilə kompyuter mərkəzlərindəki otaqlarda vidioterminallar (operativ informasiya almaq üçün) nəzərə alınmalıdır.

4.2. Kompyuter mərkəzlərinin daxili otaqlarında qapı oyuqları astanasız yerinə yetirilməlidir.

Qonşu otaqların döşəmələri müxtəlif səviyyəli olarsa keçidlərdə mailliliyi 30-dən az olmayan panduslar quraşdırılmalıdır.

4.3. Kompyuterlər otaqlarda hazırlayıcı zavodun texniki şəraitinin və bu qaydaların tələblərinə müvafiq olaraq yerləşdirilməlidir.

Keçidlərin minimum eni idarəetmə məntəqəsinin qabaq tərəfdən kompyüter mərkəzlərində kompyüterləri bir cərkəli yerləşdirmə zamanı 1m-dən az və iki cərgəli yerləşdirmə halında isə 1,2m-dən az olmamalıdır.

4.4. Vidiodispley terminalları bircərgəli yerləşdirmədə onların divardan aralıq məsafəsi 1m, iş yerlərində displeylərin arasındakı məsafə 1,5 m-dən az olmamalıdır.

4.5. Kompyuter və hesablayıcı mərkəzlərində operator otaqlarının sahəsi hər bir adam hesabı 6,0 m-dən az və 19,5 m-dən çox olmamalıdır.

4.6. Elektron hesablayıcı və kompyuter mərkəzlərində yerləşən maşın zallarında, eləcə də bu mərkəzlərin başqa otaqlarında da o, cümlədən avadanlıqların istismarı, havanın hərəkətinin artması, səs-küyün yüksəlməsi və sairə istehsalatın mənfi amillərinin təsiri olduğundan, kompyuter və elektron hesablama mərkəzlərinin operatorlarını ayrıca izolə olunmuş kabinələrdə yerləşdirməli, bir adam hesabı ilə sahə 20 m-dən az olmamalıdır.

4.7. Kompyuter və elektron hesablayıcı maşınların operatorlarının kabinələri səs-küy maşınlarının yerləşdiyi otaqlarının əksinə yerləşməlidir, kabinələr təbii işıqlanmaya malik olmalıdırlar.

4.8. Kompyuter və hesablayıcı mərkəzin köməkçi binalarına və otaqlarına olan İN və Q 2-09-04-87 “İstehsalat müəssisələrinin məişət binaları və otaqları” tələblərinə müvafiq olmalıdırlar.

4.9. İş yerlərində və operatorların kabinələri mikro klimatla (kondisionerlə) təchiz olunmalıdır. Mikroklimatın parametrləri: işıqlandırma səviyyəsi, səs-küy və hava mühitinin vəziyyəti, fəaliyyətdə olan inşaat normaları və qaydalarına (İN və Q) uyğun gəlməlidir.

5.1. Kompyuter və hesablama mərkəzi sistemləri, üçün layihələndirilən və yenidən qurulan binalarda və eləcədə istismar olunan binalarda istehsalat səs-küyünün səviyyəsi Dövlət standartının MST 12.1.003-76 “Əməyin təhlükəsizliyi standartlar sistemi(ətss).

Səs-küy; “Ümumi təhlükəsizlik tələbləri” və “İcazə verilən səs-küyün təzyiq səviyyəsi və iş yerlərində səs-küyün səviyyəsinin gigiyenik normaları” tələblərinə müvafiq olmalıdır.

5.2. Aşağıdakıların hesabına istehsalat səs-küyünün azaldılmasına nail olmaq lazımdır:

-divar və tavanın səs-küy udan, yanmayan, akustik materialla örtmək;

-asqılı tavan tətbiq etmək;

-səs-küy və titrəyiş yaradan kompyuter və hesablayıcı maşınları və s. elektromaqnit dalğaları yaradan avadanlıqları xüsusi özül üzərində yerləşdirmək;

-stol üstündə yerləşdirilən kompyuter və hesablayıcı maşınların altına yumşaq sintetik materialdan olan xalçalar və ya keçə altlıq qoyulmalı, stolların ayaqları altına 6-8mm qalınlığında yumşaq rezin altlıq qoyulmalıdır;

-maşınların mexaniki hissələrini düzgün nizamlamaq və vaxtında yağlanmasını təmin etmək;

-hesablayıcı texnikanın texniki vəziyyətinə nəzarəti təmin etmək lazımdır.

5.3. Səs-küyü azaltmaq üçün tətbiq olunan divar və tavanların örtükləri və xalçalar, pərdələr bir qayda olaraq iki aydan bir tozsoranla tozdan təmizlənməlidir.

5.4. Kompyuter və hesablayıcı maşınlara texniki xidmət heyəti profilaktik iş görərkən 5.2 və 5.3 bəndlərin tələblərini yerinə yetirilməsinə nəzarət etməlidir.

5.5. Səs-küy səviyyəsini azaltma məsələlərini həll edərkən 5, 6, 7-ci cədvəllərdəki səs-küy səviyyəsini rəhbər tutulmalıdır.

5.6. Yerləşdirilmiş avadanlığın miqdarından asılı olmayaraq, perforasiya maşını qoyulmuş istehsalat otaqlarında divarlar və tavanlar səs udan plitələrlə örtülməlidir.

İcazə verilən səs təzyiqinin səviyyəsinin gigiyenik normaları və iş yerlərində səsin səviyyəsi.

Səs-küy təzyiqinin səviyyəsi. DB, orta həndəsi tezlikli hs

Səsküyün səviyyəsi DBA

1. Otağa daxil olan səs-küy konstruktor bürosu, hesablayıcı və proqramçılar otağında İdarəetmə otağı (işçi otaq) Nəzarət kabinası və uzaqdan idarə etmə Telefon danışığı üzrə

2. Otağın daxilində baş verən və otağa xaricdən daxil olan səs-küy: otaqda, makina yazı bürosu laboratoriya otağı Hesablayıcı maşının səs aqreqatının yerləşdiyi otaqlarda

3. Daimi iş yerlərində və istehsalat otaqlarında

Səs-küy təzyiqinin səviyyəsi, oktava zolaqlarında orta həndəsi tezliklə

Elektron hesablayıcı maşının maşın zalı İdarəetmə pultunda

6. İŞ YERLƏRİNİN, OTAQLARIN QIZDIRILMASI, VENTİLYASİYASI

6.1. Qızdırma, ventilyasiya sistemləri və havanın kondisiyalaşdırılması inşaat normaları və qaydalarına, eləcə də sanitariya normalarına (sn 245-71) müvafiq olmalıdır.

6.2. Hər bir qızdırılma və ventilyasiya sisteminin pasportu; istismar və təmir jurnalı; təmir qrafiki olmalıdır.

6.3. İstilik daşıyanın temperaturuna və təzyiqinə nəzarət etmək üçün qızdırıcı qurğu ölçü cihazları ilə təchiz edilməlidir.

6.4. Güclü isidilən otaqlarda qızdırıcı sistemləri nizamlamağa və tam bağlamağa imkan verən sistem nəzərə alınmalıdır, Kompyuter və hesablama mərkəzlərində qızdırıcı cihaz kimi şüalanma qızdırıcısı paneli və düz borudan düzəldilmiş registrin qoyulması tövsiyə olunur.

6.5. Kompyuter və hesablama mərkəzlərinin maşın zallarında və maqnit lenti saxlanılan otaqlarda açıq qızdırıcı elementi olan elektrik cihazlarından və buxar qızdırıcılarından istifadə etməyə icazə verilmir. Qızdırıcı cihazların səthində hərarət 95 S çox olmamalıdır.

6.6. Maşın zallarında havanın hərəkət surəti +22-28 S-də 0,5m/s çox və +22 S isə 0,3 m/s az olmamalıdır (bax cədvəl 8).

6.7. Kompyuterin və hesablayıcı mərkəzlərin istehsalat otaqlarında təzə hava axını;

- 20-30 m həcmli otaqlarda hər bir işləyənə hava axımı 30 m/saatdan az olmamalıdır.

- hər bir işləyənə həcmi 40 m- dan çox olan pəncərəli otaqlarda və zəhərləyici maddələr ayrılmayan otaqlarda, pəncərə və qapını açmaqla otağa 40 m/saatda hava daxil olmalıdır.

6.8. Bütün istehsalat, köməkçi və məişət otaqlarında təbii, mexaniki və ya qarışıq ventilyasiya olmalıdır.

6.9. Havanın kondisiyalaşdırılmasının təmin edilməsi üçün: ilin bütün fəsillərində havanın temperaturu və nisbi rütubətliliyinin avtomatik saxlanması (bax. cədvəl 9 və 10); havanın tozdan və zərərli qazdan təmizlənməsi; otağa təmizlənməmiş havanın daxil olmasının qarşısının alınması məqsədilə təmiz otaqlardada kiçik izafi təzyiq yaradılmalıdır.

6.10. İstilik şüalanmasından asılı olaraq havanın kondisiya edilməsi əsas üç sxemlə yerinə yetirilməlidir.

5000-10000 kkal/saat-1-ci sxem pəncərə kondisionerlə 10000-50000 kkal/saat-2-ci sxem şkaf tipli yerli kondisioner rejimi ilə 40000-50000 kkal/saat-3-cü sxem mərkəzləşdirilmiş kondinsionerləşdirmə sistemi.

6.11. Ventilyasiya və kondisioner qurğularının ümumi vəziyyətinə müəssisənin baş mühəndisi cavabdehdir.

6.12. Ventilyasiyaya və kondisioner qurğularının istismarına nəzarət və texniki rəhbərlik, eləcə də vaxtında və keyfiyyətli təmir işləri baş mühəndis tərəfindən yerinə yetirilir.

6.13. Bütün ventilyasiya qurğuları, yenidən qurulan və əsaslı təmir olunan və təmirdən sonra istismara buraxılan qurğular mütləq komissiya tərəfindən sınanmalıdır. Komissiya üzvləri əməyin mühafizəsi, yerli həmkarlar ittifaqı komitəsi və yerli sanitar nəzarəti nümayəndələrindən ibarət olmalıdır.

Kompyuter və hesablayıcı mərkəzlərin istehsalat otaqlarının iş zonalarında

havanın temperaturu, nisbi rütubətliyi və hərəkət sürətinin normaları.

Daimi iş yerlərində hava mühitinin parametrləri

dövrü (xarici havanın

temperaturundan 3 C çox

temperaturdan 3 C-dən çox

İlin soyuq keçid dövrü üçün temperaturunun hesablanması, kompyuter və hesablayıcı mərkəzlərin köməkçi otaqlarında havadəyişmənin həcmi

Hava dəyişmənin miqdarı

İnzibati-təsərrüfat otaqları, içtimai təşkilatların otaqları

Konstruktor bürosu, kitabxana

Radio və telefon stansiyası otaqları

İclas zalları həcmi 100 nəfərə qədər

Dincəlmək (istirahət ) otağı

Hər bir nəfərə 40m/saat (ilin qış vaxtı və keçid dövrü 50 % dövran edir )

Duşxana Duşxana qarşısı Qadınların şəxsi gigiyena otağı Ayaqyolu otağı Papiros çəkmə otağı

75m/saat hər 1 duş üçün

50m/saat 1 unitaz üçün 25m/saat 1 sidik qabı üçün 10

Kompyuter və elektron hesablayıcı mərkəzlərin maşın zalında iş zonasının havasının nisbi rütubətliliyi və temperatur normaları.

Hava mühitinin parametrləri

Havanın temperaturası C

18-25(az bir vaxtda xarici havanın orta temperaturundan 3 C çox olmayan ən isti ayın saat 13-də 28 S yüksək olmayan)

18-25(qısa müddətdə 28 C- qədər)

12-25(qısa müddətli 28 C- qədər

7.1. Bütün istehsalat otaqları fəaliyyətdə olan inşaat normalarına və qaydalarına müvafiq olaraq lazımi qədər təbii işıqlandırılmalıdır.

İşıq oyuqlarının şüşə səthləri (pəncərə, framuq, fənərlər və s.) çirkləndikcə onları təmizləmək lazımdır.

7.2. Avadanlıq pəncərəyə perpendikulyar yerləşdirilməlidir. Operatora işıq sol tərəfdən düşməlidir.

7.3. Tavanların, divar və araqatların, fermaların, tirlərin, döşəmələrin və binanın digər hissələrinin, eləcə də texniki avadanlıqların rəngləri açıq tonda olmalıdır.

7.4. İş sahələrinin və divarların işıqlanması mümkün qədər eyni səviyyədə olmalıdır. Çıraqların müxtəlif səviyyədə yerləşdirilməsinə icazə verilmir, belə halda çıraqlar çox sərt işıqlandırır, Lakin hər işıqlandıra bilmir (bax cədvəl 11).

7.5. Ümumi işıqlanma ilə yanaşı otaqlarda qəza işıqlanması da nəzərdə tutulmalıdır. Qəza işıqlanması müstəqil qidalanma mənbəyindən qidalanmalıdır,

7.6. Otaqlardan insanların təkliyə (evakuasiya) edilməsi üçün qəza işıqlandırılması 0,5 lg-dən az olmayan işıqlanma ilə təmin edilməlidir.

7.7. qəza çıraqlarının işıqlanması, işçi işıqlanmadan onlarım üzərinə çəkilən işarələrlə ayrılmalıdır.

7.8. İstehsalat otaqlarında iş yerlərinin işıqlanması ildə bir dəfədən az olmayaraq yoxlamalıdır.

8.1. Kompyuter və hesablayıcı mərkəzlərin otaqlarının polimer elektrikləşməsi ilə əlaqədar olaraq hava mühitinin aşağı nəticəsində (40-50%) insan orqanizminə statik elektrikləşmə kimi

8.2. Havanın nisbi rütubətliliyi 20-30% olarsa statiki gərginliyi 100-200 v-dən çox olmamalıdır.

Kombinə edilmiş işıqlanma sistemi

İctimai təşk, otaqları Qırmızı güşə

Dəhlizlər və keçidlər, baş dəhliz

Sanitar düyümləri otaqları

Pilləkənlər, baş pilləkənlər İkinci dərəcəli pilləkənlər

Əlüzyuyan, ayaq yolu, qadınların fərdi gigiyena otağı

Sərnişin lifti və yük Daşıyai lift

9.1. Kompyuter və hesablayıcı mərkəzlərin yerləşdiyi binalara kompleks şəklində yanğın əleyhinə vəziyyəti yoxlarkən İN və Q 11-A5-70 tələblərini rəhbər tutmalıdır.

9.2. Maşın zallarının, anbarların, sexlərin və başqa obyektlərin yanğın əksinə tədbirlərin vaxtında yerinə yetirilməsini fərdi olaraq sex, şö”bə, sahə, anbar və s. rəislərə həvalə edilir və bu müəssisə rəhbərliyinin əmri ilə rəsmiləşdirilir.

9.3. Kompyuter və hesablayıcı mərkəzlərin otaqlarında yanğın əksinə tədbirlərin yerinə yetirilməsinə çox ciddi diqqətli olmalı, bunlar aşağıdakı tədbirlərdən ibarətdir:

kompyuter və hesablayıcı mərkəzlər 2-ci dərəcəli odadavamlı binalarda yerləşməlidir;

kompyuter və elektron hesablayıcı maşın zalların inzibati binaların istənilən mərtəbəsində, mühəndis və labarotoriya korpuslarında, hətta anbar korpusunun 1-ci mərtəbəsində yerləşdirilməsinə icazə verilir;

kompyuter və hesablama mərkəzləri otaqlarının ən azı iki təxliyə çıxışı (qapısı) olmalıdır. EHM-rin maşın zalından təxliyə yolunun keçməsinə icazə verilmir. Sahəsi 200m olan o biri otaqlarda bir çıxışın olması nəzərdə tutulmalıdır. Yanğını lokallaşdırmaq üçün binalarda yanğın əksinə ara qatı olmalıdır;

köməkçi və xidməti otaqlar maşın zalından yanmayan ara qatı ilə izolə olunmalıdır;

maşın zalına gedən bütün qapılar öz-özünə bağlanan və oda davamlılığı isə 0,75 saatdan az olmamalı;

maşın zalında taxta döşəmə quraşdırılanda, axırıncı oda davamlı yanmayan materialdan düzəldilməlidir.

9.4. İşıqlandırma şəbəkəsi elektrik qurğusunun quraşdırılması qaydalarının tələblərinə müvafiq otaqlar yanğın təhlükəsizliyi üçün 11 – 2 a sinfində olmalıdır.

9.5. Daşınan karbon turşulu od söndürənlər hər biri 40 – 50 m döşəmə hesabı ilə, bir od söndürən qoyulacaq hər bir otaqla iki od söndürəndən az od söndürən yerləşdirilməməlidir.

9.6. Maşın zalında tez alışan və yanan maye tətbiqi və saxlanılması qadağandır. Texniki xidmət xüsusi maşın zalından yanmayan ara qatla izolə olunan otaqla yerinə yetirilməlidir.

Tez alışan və yanar mayelər maşın zalından kənarda saxlanılmalıdır.

10.1. Kompüter və elektron hesablama maşınlarının istismarı dövründə, onların içərisinə müxtəlif metal əşyaların (sancaq, düymə, kiçik alətlər və s.) düşməsinin qarşısının alınma şərti yerinə yetirilməlidir.

Kompüter və elektron hesablama maşınlarının işi prosesində tullantıları (kağız, lent qırıntısı və s.) bir qayda olaraq işin sonunda otaqdan yağaşdırılmalıdır.

10.2. Profilaktiki iş görərkən yağlama materialı və əridici mantaj sexinə düşməməlidir.

Bütün iş günü baş zalda 0,5 l-dən çox tezalışan mayenin olmasına icazə verilmir. Tezalışan mayenin qabı sınmayan materialdan və tıxacla etibarlı qapanan olmalıdır.

10.3. İnformasiya yayan kimi, nitratəbəqədən istifadə etmək qadağandır.

10.4. Hesablama sistemlərinin təşkilatlarının otaqlarında, dəhlizlərin, keçidlərin və çıxışların başqa əşyalarla tutulmasına yol verilmir.

1. 14 sentyabr 2018-ci il tarixli 6-5 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809140065, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 sentyabr 2018-ci il)

2. 18 avqust 2020-ci il tarixli 20020030157 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202008180157, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 31 avqust 2020-ci il)

3. 28 dekabr 2022-ci il tarixli 22050000407 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202212280407, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2023-cü il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver