Qanunvericilik › Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 39

Maddə 39. Konstitusiya işinin tərtib edilməsi

Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

39.1. Konstitusiya Məhkəməsi Plenumunun iclasına hazırlıq mərhələsində konstitusiya işi tərtib olunur. Konstitusiya işinə aşağıdakı sənədlər daxil edilir:

39.1.1. konstitusiya işinin başlanmasına səbəb olan sorğu, müraciət və ya şikayət;

39.1.2. sorğuya, müraciətə və ya şikayətə qoşulan materiallar;

39.1.3. məruzəçi-hakimin konstitusiya işinə əlavə etdiyi materiallar;

39.1.4. konstitusiya işi üzrə ekspertin rəyi;

39.1.5. tərəflərin və ya maraqlı subyektlərin təqdim etdikləri əlavə materiallar;

39.1.6. konstitusiya işi ilə əlaqədar olan başqa sənədlər;

39.1.7. məruzəçi-hakimin məruzəsi.

39.2. Konstitusiya işi tərtib edildikdən sonra Konstitusiya Məhkəməsinin hakimləri onunla tanış ola bilərlər.

Altıncı fəsil

Konstİtusİya İcraatı

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver