Qanunvericilik › Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 55-1

Maddə 55-1. Müharibə şəraitində Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin uzadılması haqqında məsələyə baxılmasının xüsusiyyətləri

Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

55-1.1. Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin V hissəsinə görə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müharibə şəraitində hərbi əməliyyatların aparılması zamanı Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini qeyri-mümkün hesab etdikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması haqqında təkliflə Konstitusiya Məhkəməsinə müraciət edir.

55-1.2. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə dair qərar qəbul etməkdən imtina edə bilməz.

55-1.3. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə Konstitusiya Məhkəməsinin Plenumunda baxılması bu təklifin Konstitusiya Məhkəməsinə daxil olduğu gündən ən geci 7 gün keçənədək başlanmalıdır.

55-1.4. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə əsasən müharibə şəraitində hərbi əməliyyatların aparılmasının Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsinin mümkünlüyünə təsirini araşdıraraq, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması və ya Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin uzadılmaması barədə əsaslandırılmış qərar qəbul edir.

55-1.5. Bu Qanunun 55-1.4-cü maddəsində nəzərdə tutulmuş qərar Konstitusiya Məhkəməsi Plenumunun iclasında hakimlərin 6 səs çoxluğu ilə qəbul edilir.

55-1.6. Bu Qanunun 55-1.4-cü maddəsində nəzərdə tutulmuş qərar dərhal Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver