71.1. Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı vəzifə maaşından, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vəzifə maaşına əlavələrdən, digər müavinətlərdən və Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün aylıq vəzifə maaşının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatından ibarətdir.
71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3550 manatdır.
71.3. Konstitusiya Məhkəməsi sədrinin müavininin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 90 faizinə bərabərdir.
71.4. Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 85 faizinə bərabərdir.