Qanunvericilik › Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 73

Maddə 73. Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları

Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

73.1. Konstitusiya Məhkəməsinin hakimi hərbi çağırışdan və hərbi toplanışdan azad olunur.

73.2. Konstitusiya Məhkəməsi hakiminin həyatı və sağlamlığı Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına onun 5 illik əmək haqqı məbləğində sığorta edilir.

73.3. Konstitusiya Məhkəməsinin hakiminə və ya onun ailə üzvlərinə məxsus əmlakın hakimlik fəaliyyəti ilə əlaqədar məhv olması və ya zədələnməsi nəticəsində vurulan ziyan hakimə və ya onun ailə üzvlərinə tam həcmdə ödənilir. Bu ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada sonradan təqsirkar şəxslərdən tutulmaqla Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilir.

73.4. Zəruri hallarda Konstitusiya Məhkəməsi hakimlərinin təhlükəsizliyi digər hakimlər üçün qanunvericilikdə nəzərdə tutulan qaydada təmin edilir.

73.5. Bakı şəhərində mənzili olmayan Konstitusiya Məhkəməsinin hakiminə mənzil verilir.

73.7. Konstitusiya Məhkəməsinin hakiminin, sabiq hakiminin və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

73.8. Pensiya yaşına çatmamış istefada olan Konstitusiya Məhkəməsinin hakimi pensiya yaşına çatana qədər fəaliyyətdə olan Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı məbləğində dövlət büdcəsinin vəsaiti hesabına aylıq pul təminatı alır.

73.9. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur və bu Qanunda, həmçinin digər normativ hüquqi aktlarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlar (bu Qanun 71-ci, 72-ci, 73.5-ci və 73.8-ci maddələrində nəzərdə tutulmuş təminatlar istisna olmaqla) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimə də şamil edilir.

73.10. Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver