Qanunvericilik › Könüllü fəaliyyət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Könüllü fəaliyyətin istiqamətləri

Könüllü fəaliyyət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.0. Könüllü fəaliyyət aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

3.0.1. əlilliyi olan şəxslərə, kimsəsizlərə, ahıllara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi;

3.0.2. insanpərvərliyin və dözümlülüyün təbliği;

3.0.3. istehlakçıların hüquqlarının qorunması;

3.0.4. hüquqi və mədəni maarifləndirmə;

3.0.5. uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı;

3.0.6. idmanın inkişafı;

3.0.7. xəstəliklər və epidemiyalar barədə məlumatlandırma;

3.0.8. sağlam həyat tərzinin təbliği;

3.0.9. ətraf mühitin mühafizəsi;

3.0.10. tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması;

3.0.11. silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi;

3.0.12. cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi;

3.0.13. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver