6.0. Könüllü fəaliyyətin təşkilatçılarının vəzifələri aşağıdakılardır:
6.0.1. könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilmiş şəxslərlə müqavilə bağlamaq;
6.0.2.könüllülərə onların hüquq və vəzifələrini izah etmək, onları təlimatlandırmaq;
6.0.3. könüllü fəaliyyətin həyata keçirilməsi haqqında informasiyanı açıqlamaq, könüllü fəaliyyətin nəticələri barədə məlumat vermək;
6.0.4. könüllünün tələbi ilə könüllü fəaliyyət haqqında müvafiq arayışlar vermək;
6.0.5. könüllüləri yerinə yetirəcəkləri işin həyat və sağlamlıq üçün təhlükəli olması barədə məlumatlandırmaq;
6.0.6. könüllünün həyat və sağlamlığını sığorta etmək;
6.0.7. könüllüləri həyat və sağlamlıq üçün təhlükəli işlərə göndərərkən onların texniki təhlükəsizliklə bağlı müvafiq təlim keçmələrini təmin etmək;
6.0.8. könüllü fəaliyyətin təşkili üçün tələb olunan hüquqi, təşkilati və texniki məsələləri həll etmək;
6.0.9. könüllülərə qarşı ayrı-seçkiliyə yol verməmək;
6.0.10. könüllü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək.