Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
1. “Koronavirus (COVİD-19) pandemiyası dövründə aviadaşıyıcılar tərəfindən Azərbaycan Respublikasına uçuşların həyata keçirilməsinin müvəqqəti dayandırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
rəqəmsal inkişaf və nəqliyyat
1.1. “Koronavirus (COVİD-19) pandemiyası dövründə aviadaşıyıcılar tərəfindən Azərbaycan Respublikasına uçuşların həyata keçirilməsinin müvəqqəti dayandırılması Qaydası” (bundan sonra – Qayda) “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarının 2-ci hissəsinə və həmin Qərarla təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın (bundan sonra – Müvəqqəti qaydalar) 2.1.4-1-ci yarımbəndinə uyğun olaraq koronavirus (COVİD-19) pandemiyası dövründə aviadaşıyıcılar tərəfindən Azərbaycan Respublikasına uçuşların həyata keçirilməsinin müvəqqəti dayandırılması qaydalarını müəyyən edir.
1.2. Bu Qaydanın müddəaları Azərbaycan Respublikasına uçuşları həyata keçirən xarici dövlətlərə və Azərbaycan Respublikasına mənsub olan aviadaşıyıcıların, Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələri (bundan sonra – DSBM) olan beynəlxalq hava limanlarında sərhəd nəzarətini həyata keçirən sərhəd nəzarəti orqanının, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB), habelə Azərbaycan Respublikasının ərazisində olan beynəlxalq hava limanları istismarçılarının fəaliyyətinə şamil olunur.
1.3. Bu Qaydanın məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:
1.3.1. aviadaşıyıcı – daşıma müqaviləsi əsasında haqq müqabilində hava məkanından istifadə etməklə sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə hava gəmilərinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar;
1.3.2. beynəlxalq hava limanı – gömrük, miqrasiya, ictimai sağlamlıq, heyvan və bitki karantini və digər oxşar prosedurlar ilə əlaqədar rəsmi tədbirlər görülən, o cümlədən beynəlxalq hava daşımalarını həyata keçirən hava gəmilərinin qəbulu və yola salınması üçün müəyyən edilən hava limanı;
1.3.3. beynəlxalq hava limanının istismarçısı – bir və ya bir neçə beynəlxalq hava limanını idarə edən hüquqi şəxs və ya fərdi sahibkar.
1.4. Bu Qaydada istifadə olunan digər anlayışlar “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi və digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respublikasının mülki aviasiya sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilmiş mənaları ifadə edir.
2.1. Azərbaycan Respublikasının ərazisinə uçuşlar həyata keçirən bütün aviadaşıyıcılar tərəfindən gətirilmiş bu Qaydanın 2.2-ci bəndində qeyd edilən sərnişinlərin (bundan sonra – sərnişinlər) sənədlərinin (Müvəqqəti qaydaların 2.1.3.1-ci və 2.1.3.2-ci yarımbəndlərində qeyd edilən) mövcud olması, eləcə də həmin sənədlərin Müvəqqəti qaydaların 2.1.3-cü yarımbəndinin tələblərinə uyğunluğu beynəlxalq hava limanında DSBM-dən keçərkən sərhəd nəzarəti orqanı tərəfindən yoxlanılır.
2.2. Azərbaycan Respublikasının ərazisində yerləşən beynəlxalq hava limanına hava gəmiləri ilə sərnişinlərin gətirilməsi zamanı aviadaşıyıcıların daşımanı aşağıdakı şərtlərlə həyata keçirməsi sərhəd nəzarəti orqanı tərəfindən yoxlanılır:
2.2.1. sərnişin əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə:
1. 18 (on səkkiz) yaşından yuxarı sərnişinlərə münasibətdə – yalnız COVID-19 pasportunun (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənədin) mövcudluğu;
2. yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan sərnişinlərə, o cümlədən belə sərnişinlərin ailə üzvlərinə (əri, arvadı, valideynləri, uşaqları) münasibətdə – qohumluq dərəcəsini təsdiq edən sənədin mövcudluğu;
2.2.2. Azərbaycan Respublikasının vətəndaşına, həmçinin diplomatik pasport sahibinə, Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərinə, əməkdaşına və onların ailə üzvünə, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə və onların ailə üzvlərinə (arvadı (əri), himayəsində olan valideynləri və 18 (on səkkiz) yaşına çatmamış uşaqları, habelə 18 (on səkkiz) yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları), habelə ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş sərnişinlərə münasibətdə – müvafiq təsdiqedici sənədlərin mövcudluğu.
4.1. Hava yolu ilə Azərbaycan Respublikasının ərazisində yerləşən beynəlxalq hava limanına gəlmiş əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Müvəqqəti qaydaların 2.1.3.1-ci və 2.1.3.2-ci yarımbəndlərində qeyd edilən təsdiqedici sənədləri olmadıqda həmin şəxs ölkə ərazisinə buraxılmır. Qeyd edilən şəxs aviadaşıyıcının vəsaiti hesabına həmin reyslə gəldiyi təyinat məntəqəsinə geri qaytarılır.
4.2. Bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş halda sərhəd nəzarəti orqanı tərəfindən barəsində akt tərtib edilən şəxsin və aviadaşıyıcının nümayəndəsinin də imzaladığı bu Qaydanın 2 nömrəli Əlavəsi ilə müəyyən edilmiş formada 3 (üç) nüsxədə şəxsin ölkəyə buraxılmaması haqqında akt tərtib edilir. Şəxsin ölkəyə buraxılmaması haqqında aktın bir nüsxəsi sərhəd nəzarəti orqanında saxlanılır, digər nüsxələri isə barəsində akt tərtib edilmiş şəxsə və aviadaşıyıcının nümayəndəsinə təhvil verilir.
4.3. Barəsində şəxsin ölkəyə buraxılmaması haqqında akt tərtib edilən şəxs və ya aviadaşıyıcının nümayəndəsi hər hansı səbəbdən həmin aktı imzalamaqdan imtina etdikdə sərhəd nəzarəti orqanı tərəfindən aktda bu barədə əlavə qeydlər aparılır.
4.4. Şəxsin ölkəyə buraxılmaması haqqında akt hava yolu ilə Azərbaycan Respublikasının ərazisində yerləşən beynəlxalq hava limanına gəlmiş əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin aviadaşıyıcı tərəfindən geri qaytarılması üçün əsas təşkil edir.
5.1. Sərhəd nəzarəti orqanının beynəlxalq hava limanında olan əməkdaşları sərnişinlərin Müvəqqəti qaydaların 2.1.3.1-ci və 2.1.3.2-ci yarımbəndlərində qeyd edilən sənədlərinin mövcud olmadığını, eləcə də həmin sənədlərin Müvəqqəti qaydaların 2.1.3-cü yarımbəndinin tələblərinə uyğun olmadığını müəyyən etdikdə, həmin gün bu Qaydanın 5.2-ci və 5.3-cü bəndlərində nəzərdə tutulan sənədlər bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulan Komissiyaya təqdim edilir.
5.2. Komissiyaya təqdim edilən sənədlər aşağıdakılardır:
5.2.1. barəsində şəxsin ölkəyə buraxılmaması haqqında akt tərtib edilmiş əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin sərhədkeçmə sənədinin surəti;
5.2.2. şəxsin ölkəyə buraxılmaması haqqında aktın (o cümlədən olduğu halda həmin akta qoşma şəklində əlavə edilmiş sənədlərin) surəti.
5.3. Bu Qaydanın 5.2-ci bəndində qeyd olunan sənədlərə bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan halları təsdiq edən sənədlərin surətləri əlavə olunur.
6.1. Həyata keçirdiyi hər bir reysdə Müvəqqəti qaydaların 2.1.3.1-ci və 2.1.3.2-ci yarımbəndlərində qeyd edilən sənədləri mövcud olmayan, eləcə də sənədləri Müvəqqəti qaydaların 2.1.3-cü yarımbəndinin tələblərinə cavab verməyən sərnişinlərinin sayı 3 (üç) və daha çox olan və ya ardıcıl olaraq həyata keçirdiyi 3 (üç) reysin hər birində bu cür sərnişinləri olan aviadaşıyıcılar tərəfindən Azərbaycan Respublikasına uçuşların həyata keçirilməsinin müvəqqəti dayandırılması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik) tərəfindən təmin edilir.
6.2. Müvəqqəti dayandırılma ilə bağlı qərarın qəbul edilməsi üçün sənədlərin hazırlanması məqsədi ilə Agentliyin İdarə Heyətinin sədri və ya sədrin səlahiyyətlərini icra edən şəxs tərəfindən 3 (üç) daimi üzvdən ibarət Komissiya təşkil edilir. Komissiyanın fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi məqsədilə hər hansı səbəbdən Komissiyanın işində iştirak edə bilməyən daimi üzvü əvəz edəcək 3 (üç) ehtiyat üzv təyin edilir.
6.3. Komissiya fəaliyyətini gündəlik əsasla həyata keçirir və ona təqdim olunan bu Qaydanın 5.2-ci və 5.3-cü bəndlərində nəzərdə tutulan sənədləri qeydiyyata alır.
6.4. Bu Qaydanın 6.1-ci bəndində qeyd olunan hallar təqdim olunmuş sənədlərlə təsdiq edildikdə, Komissiya bu barədə sənədləri uçuşların həyata keçirilməsinin müvəqqəti dayandırılması məqsədi ilə Agentliyin İdarə Heyətinin sədrinə və ya sədrin səlahiyyətlərini icra edən şəxsə təqdim edir. Təqdim edilən sənədlərdə hər hansı məsələ ilə razılaşmayan komissiya üzvü bununla bağlı özünün xüsusi rəyini Agentliyin İdarə Heyətinin sədrinə və ya sədrin səlahiyyətlərini icra edən şəxsə təqdim edə bilər.
6.5. Agentliyin İdarə Heyətinin sədri və ya sədrin səlahiyyətlərini icra edən şəxs həmin gün Azərbaycan Respublikasına uçuşların həyata keçirilməsinin müvəqqəti dayandırılması haqqında qərar qəbul edir.
6.6. Müvəqqəti dayandırılma müntəzəm və çarter uçuşlarını həyata keçirən aviadaşıyıcılar barəsində onların uçuş planı nəzərə alınmaqla, bu Qaydanın 6.1-ci bəndində qeyd edilən hallara ilk dəfə yol verildikdə 7 (yeddi) gün, növbəti dəfələrdə yol verildikdə isə 14 (on dörd) gün müddətində müəyyən edilir.
6.7. Azərbaycan Respublikasına uçuşların həyata keçirilməsinin müvəqqəti dayandırılması haqqında qərarda aşağıdakı məlumatlar əks olunur:
6.7.1. bu Qaydanın 6.1-ci bəndində qeyd edilən hallara yol vermiş aviadaşıyıcının -hüquqi şəxsdirsə adı, fiziki şəxsdirsə soyadı, adı (olduğu halda digər adları);
6.7.2. bu Qaydanın 6.1-ci bəndində qeyd edilən hallar və həmin hallar qeydə alınmış reysin nömrəsi;
6.7.3. tətbiq edilən müvəqqəti dayandırılmanın qüvvədə olduğu müddət, o cümlədən müvəqqəti dayandırılmanın başlama və bitmə tarix və saatları;
6.7.4. müvəqqəti dayandırılmanın tətbiq edildiyi uçuş istiqaməti və təyinat məntəqələri barəsində məlumat.
6.8. Azərbaycan Respublikasına uçuşların həyata keçirilməsinin müvəqqəti dayandırılması haqqında qərar qəbul edildikdən sonra həmin gün Agentlik tərəfindən aidiyyəti üzrə aviadaşıyıcılara, qərarın qəbul edilməsi barədə məlumat isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, aviadaşıyıcının mənsub olduğu ölkənin mülki aviasiya sahəsində səlahiyyətli orqanına (qurumuna) və Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq hava limanları istismarçılarına göndərilir.
7.1. Müvəqqəti qaydalar və bu Qayda Agentliyin, habelə Azərbaycan Respublikasının ərazisində olan beynəlxalq hava limanları istismarçılarının rəsmi internet informasiya ehtiyatlarında dərc edilir.
7.2. Bu Qayda Azərbaycan Respublikasının ərazisində olan beynəlxalq hava limanlarının istismarçıları tərəfindən Azərbaycan Respublikasına uçuşlar həyata keçirən bütün aviadaşıyıcılara göndərilir.
7.3. Azərbaycan Respublikasında olan beynəlxalq hava limanlarının istismarçıları aviadaşıyıcıları, aviadaşıyıcılar isə öz növbəsində sərnişinləri Müvəqqəti qaydaların və bu Qaydanın tələblərinə əsasən aviadaşıyıcılara və sərnişinlərə münasibətdə tətbiq edilə bilən tədbirlər barədə məlumatlandırırlar.
“___” ____________ 20__ il ____________________________________
(Aktın tərtib edildiyi yer)
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________barəsində
aşağıdakı məlumat və faktları müəyyən edərək bu aktı tərtib etdi:
Barəsində akt tərtib edilmiş şəxs ___________________ tarixində __________________________ aviadaşıyıcının _____________________marşrutu üzrə _________ nömrəli reysi ilə Azərbaycan Respublikasının __________________ beynəlxalq hava limanına gəlmişdir.
Barəsində akt tərtib edilmiş şəxs sərhədkeçmə sənədi ilə birlikdə Covid-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənədi) təqdim etməmişdir
Barəsində akt tərtib edilmiş şəxs sərhədkeçmə sənədi ilə birlikdə digər müvafiq təsdiqedici sənədləri təqdim etməmişdir
Qeyd edilən faktın aşkar olunmasının Müvəqqəti qaydaların tələblərinin pozulması halı olduğu, barəsində akt tərtib edilən şəxsə və hava daşımasını həyata keçirmiş aviadaşıyıcının nümayəndəsinə bildirildi.
Barəsində akt tərtib edilmiş şəxsə ölkə ərazisinə buraxılmayacağına və aviadaşıyıcının vəsaiti hesabına həmin reyslə gəldiyi təyinat məntəqəsinə geri qaytarılacağına dair məlumat verildi. Barəsində akt tərtib edilmiş şəxsin Müvəqqəti qaydaların tələblərinin pozulması ilə bağlı izahatı:
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
Aktı tərtib edən şəxsin əlavə qeydləri:
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
__________________________________________________________________________
__________________________________________________________________________
__________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
1. 17 may 2022-ci il tarixli KQ-6/22 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202205170622, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 31 may 2022-ci il)
2. 23 sentyabr 2022-ci il tarixli KQ-12/22 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202209231222, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 sentyabr 2022-ci il)
3. 25 aprel 2025-ci il tarixli 3-27/3-7-4/2025 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202504257374, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 may 2025-ci il)