Qanunvericilik › “Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları”nın və “Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında (Qida Təhlükəsizliyi Agentliyi, 04.12.2025) › Tam mətn

“Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları”nın və “Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında (Qida Təhlükəsizliyi Agentliyi, 04.12.2025)

“Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları”nın və “Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında (Qida Təhlükəsizliyi Agentliyi, 04.12.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2-ci, 11.3-cü maddələrinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü, 3.0.2-ci, 4.0.1-ci yarımbəndlərini və 5.10 – 5.12-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra ismin müvafiq hallarında – Agentlik) Kollegiyası

1. “Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və qaydaları” təsdiq edilsin (əlavə olunur).

3. Agentliyin Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinə tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

4. Agentliyin Kollegiyasının məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin.

5. Bu Qərarın 1-ci və 2-ci hissələri 2026-cı il martın 4-dən qüvvəyə minir.

6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Agentliyin Kollegiyasının 2025-ci il 4 dekabr tarixli 46 nömrəli iclas protokolu.

Azərbaycan Respublikası

Qida Təhlükəsizliyi Agentliyinin sədri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2025-ci il 4 dekabr tarixli 63 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu Qaydalar körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş maye və yaxud toz halında olan qida formullarına (bundan sonra – qida formulları) dair tələbləri müəyyən edir.

1.2. Bu Qaydalar Avropa Birliyinin 2015-ci il 25 sentyabr tarixli 2016/127/EU nömrəli (Commision Delegated Regulation (EU) 2016/127 of 25 September 2015) və 2013-cü il 12 iyun tarixli 609/2013 nömrəli (Regulation (EU) No 609/2013 of the European Parliament and of the Council of 12 June 2013) Qaydaları və Kodeks Alimentarius Komissiyasının CXS 72-1981 nömrəli “Körpələr üçün qida formulu və körpələr üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsulları” (Standard for Infant Formula and Formulas for Special Medical Purposes Intended for Infants CXS 72-1981), CXS 156-1987 nömrəli “Körpələr üçün nəzərdə tutulan qida formulu və erkənyaşlı uşaqlar üçün qida məhsulları” (Standard for Follow-up formula for Older Infants and Product for Young Children CXS 156-1987), CXG 10-1979 nömrəli “Körpə və erkənyaşlı uşaqlar üçün nəzərdə tutulmuş xüsusi təyinatlı qida məhsullarında tətbiqinə yolverilən nutriyentlərin tövsiyə olunan siyahısı” (Advisory lists of nutrient compounds for use in foods for special dietary uses intended for infants and young children CXG 10-1979) Kodeks Alimentarius standartları əsasında hazırlanmışdır.

1.3. Bu Qaydaların tələblərinə cavab verən qida formullarının dövriyyəsinə yol verilir.

1.4. Qida formulları yalnız fiziki üsullarla emal edilməli, məhsul və ya onun komponenti ionlaşdırıcı şüalanma ilə emal edilməməlidir.

1.5. Qida formulları aşağıdakı 2 növə bölünür:

1.5.1. Körpələrin ilk 6 (altı) ayında qidaya tələbatının ödənilməsi məqsədilə nəzərdə tutulmuş 1 nömrəli qida formulu (bundan sonra – 1 nömrəli qida formulu);

1.5.2. Altı aylıqdan üç yaşınadək uşaqların qidaya tələbatının ödənilməsi məqsədilə nəzərdə tutulmuş 2 nömrəli qida formulu (bundan sonra – 2 nömrəli qida formulu).

1.6. 1 nömrəli və 2 nömrəli qida formulları pərakəndə satış yerlərinə yalnız qablaşdırılmış formada yerləşdirilə bilər.

1.7. Bu Qaydalar tibbi məqsədlər üçün hazırlanan qida formullarına dair tələbləri əhatə etmir.

1.8. Bu Qaydalarda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

2.1. Qida formullarının emalında bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulmuş maddələr qrupu üzrə həmin əlavədə göstərilən maddələr istifadə edilə bilər.

2.2. 1 nömrəli qida formulunun tərkibi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilən əvəzolunmayan və qismən əvəzolunan aminturşularının miqdarları nəzərə alınmaqla, bu Qaydaların 2 nömrəli əlavəsində qeyd olunan tələblərə uyğun olmalıdır.

2.3. 2 nömrəli qida formulunun tərkibi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilən əvəzolunmayan və qismən əvəzolunan aminturşularının miqdarları nəzərə alınmaqla, bu Qaydaların 3 nömrəli əlavəsində qeyd olunan tələblərə uyğun olmalıdır.

2.4. Qida formullarının tərkibinə dad-aromatik maddələrin əlavə edilməsinə yol verilmir. 1 nömrəli qida formulunun tərkibindəki bütün inqrediyentlər və qida əlavələri qlütensiz olmalıdır.

3.1. Qida formullarının etiketlənməsi “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin və “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olmalı və məhsulun etiketində əlavə olaraq aşağıda göstərilən məlumatlar öz əksini tapmalıdır:

3.1.1. Məhsulun tərkibindəki zülal mənbələri aydın şəkildə göstərilməlidir. Əgər zülalın yeganə mənbəyi inək südüdürsə, məhsula “İnək südünə əsaslanan qida formulu”, bitki tərkibli zülaldırsa, “(bitkinin adı) zülalına əsaslanan qida formulu”, qarışıqdırsa hər bir zülal mənbəyinin adı qeyd olunmalıdır. Tərkibində süd, yaxud süd törəməsi olmayan məhsulun etiketində “tərkibində süd və ya süd məhsulları yoxdur” və ya ekvivalent ifadə yazılır;

3.1.2. Məhsulun hazırlanmasına, istehlakına, məhsulun yararlılıq müddəti və saxlanma şəraitinə, habelə qablaşdırılması açıldıqdan sonra onun yararlılıq müddəti və saxlanma şəraitinə, hazırlandıqdan sonra dərhal istifadə edilməsi və artıq qalmış qidanın atılmasına dair məlumat verilməlidir. Etiketdə məhsulun hazırlanma üsulunu əks etdirən aydın məlumatlar olmalıdır. Maye formasında olan məhsullar birbaşa, konsentratlaşdırılmış maye formasında olan məhsullar isə istifadə təlimatına uyğun olaraq qaynadılmış içməli su ilə hazırlanaraq istifadə oluna bilər. Toz halında olan qida formullarının etiketində məhsulun steril olmaması, qaynadıldıqdan sonra 70 C-dən az olmayan temperatura qədər soyudulmuş su ilə hazırlanmasının zəruriliyi haqqında məlumat yazılmalıdır. Məhsulun istifadə təlimatına uyğun olmayan formada hazırlanmasının və saxlanılmasının sağlamlığa təhlükə yarada biləcəyinə dair xəbərdarlıq yazılmalıdır;

3.1.3. Qida formullarının etiketində “Vacib” və ya “Diqqət” başlığı altında “Ana südü körpəniz üçün ən yaxşı qidadır” ifadəsi, altı aya qədər körpələrin yalnız ana südü ilə qidalandırılmasının vacibliyi haqqında məlumat qeyd olunmalıdır;

3.1.4. 1 nömrəli qida formulunun etiketində məhsulun anadangəlmə ana südü ilə qidalana bilməyən 6 aya qədər körpələr üçün uyğun olduğu barədə məlumat qeyd olunmalıdır;

3.1.5. 2 nömrəli qida formulunun etiketində məhsulun altı aydan böyük körpələr, yaxud 12 aydan böyük erkən yaşlı uşaqlar üçün nəzərdə tutulması, yeganə qida mənbəyi kimi istifadə edilməməsi, çeşidli qida rasionunun bir hissəsini təşkil etməsi barədə məlumat qeyd olunmalıdır.

3.2. Qida formullarının etiketində yerləşdirilən məlumatlar oxunaqlı, asan anlaşılan formada, yazılmalıdır.

3.3. Qida formullarının etiketlənməsində onların ana südü ilə eyni olması, onu tam əvəz etməsi, ana südü ilə müqayisədə üstün olması təsəvvürünün yaradılması və bu cür təəssürat yaradan ifadələrin istifadəsinə yol verilmir.

3.4. Etiketdə ana və uşaq şəkilləri və ya qida formullarının istifadəsini ideallaşdıran hər hansı digər şəkil və ya mətn olmamalıdır.

3.5. Qida formullarının etiketində körpə və erkən yaşlı uşaqların böyümə və inkişafına, onların sağlamlığına müsbət təsirinə dair bəyanların tibb müəssisələri, yaxud digər təşkilatlar tərəfindən məsləhət olunması barədə qeydlərə yol verilmir.

3.6. 1 nömrəli və 2 nömrəli qida formulları istehlakçı tərəfindən asanlıqla bir-birindən ayırd edilməsi üçün fərqli etiketlənməli, fərqli qrafik və təsvirlərdən istifadə edilməlidir.

3.7. Qida formullarının etiketində bu Qaydaların 2 nömrəli və 3 nömrəli əlavələrində göstərilən məlumatlara əlavə olaraq, məhsulun tərkibində olan bütün vitamin və mineral maddələrin miqdarı, 1 nömrəli qida formulunun etiketində isə o cümlədən, xolin, inozitol və karnitinin miqdarları da göstərilməlidir.

3.8. İstifadə təlimatına uyğun olaraq istehlak üçün hazır edilmiş 1 nömrəli və 2 nömrəli qida formullarının 100 ml-də enerji dəyəri və qida maddələrinin miqdarı göstərilməlidir. Bu məlumatların əlavə olaraq satış üçün təqdim edilən məhsulun 100 q-ı üçün yazılmasına da yol verilir. Tərkibin tam siyahısı etiketdə azalma ardıcıllığı ilə bəyan edilməlidir, bundan başqa vitaminlər və mineralların ayrıca qruplar şəklində qruplaşdırılmaqla yazılmasına yol verilir.

3.9. 2 nömrəli qida formulunun etiketində bu Qaydaların 7 nömrəli əlavəsində qeyd olunan siyahıdakı vitaminlər və minerallara istinad edildiyi zaman, istehsalçının təlimatına uyğun hazırlandıqdan sonra istehlaka hazır edilən məhsulun 100 ml-də olan vitamin və mineralların miqdarının gündəlik istinad istehlak normasının faizi kimi göstərilməsinə də yol verilir.

3.10. Karbohidrat olaraq tərkibində yalnız laktoza olan qida formullarının etiketində “laktoza tərkibli” ifadəsi qeyd olunur.

3.11. Məhsuldakı laktoza miqdarı 2,5 mq / 100 kC -dan (10 mq / 100 kkal) çox olmadıqda məhsulun etiketində “Laktozasız” ifadəsi qeyd olunur.

3.12. Qida formulları soya zülal izolyatlarından başqa digər zülal mənbələrindən emal edildikdə məhsulun etiketində “Laktozasız” ifadəsi ilə yanaşı, eyni ölçüdə və şriftdə “qalaktozemiyası olan körpələrin istehlakı üçün uyğun deyil” ifadəsi qeyd olunmalıdır.

4.1. Qida formullarında bitki mühafizə vasitələrinin təsiredici maddələrinə dair tələblər aşağıda sadalananlara uyğun olmalıdır:

4.1.1. qida formullarında bitki mühafizə vasitələrinin təsiredici maddələrinin qalıqları bu Qaydaların 4.1.2-ci və 4.1.3-cü yarımbəndləri nəzərə alınmaqla, 0,01 mq/kq-dan çox olmamalıdır;

4.1.2. qida formullarında aşkar olunan bitki mühafizə vasitələrinin təsiredici maddələrinin maksimum qalıq miqdarı, bu Qaydaların 5 nömrəli əlavəsinə uyğun olmalıdır;

4.1.3. qida formullarının emalında tərkibində bu Qaydaların 6 nömrəli əlavəsində qeyd olunmuş təsiredici maddələr olan bitki mühafizə vasitələrinin aşkarlanmadığı (bitki mühafizə vasitələrinin istifadə olunub-olunmamasını müəyyən edən zaman nəticə 0,003 mq/kq-dan az olarsa, həmin bitki mühafizə vasitəsindən istifadə olunmadığı hesab edilir) məhsullardan istifadə edilməlidir.

4.2. Qida formulları Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) Kollegiyasının 2020-ci il 18 dekabr tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsullarında çirkləndirici maddələrin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”nın tələblərinə uyğun olmalıdır.

4.3. Qida formullarının emalı və dövriyyəsi Agentliyin Kollegiyasının 2020-ci il 3 noyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”a uyğun həyata keçirilməlidir.

4.4. Qida formullarının mikrobioloji göstəriciləri Agentliyin Kollegiyasının 2020-ci il 3 noyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nın tələblərinə uyğun olmalıdır.

4.5. Qida formullarının qablaşdırılmasında “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində göstərilən tələblərə cavab verən materiallardan istifadə edilməlidir.

4.6. Qida formullarının emalında qida əlavələri istifadə olunduğu halda Agentliyin Kollegiyasının 2024-cü il 5 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida əlavələrinə dair sanitariya norma və qaydaları”nda göstərilən tələblərə uyğun olmalıdır.

“Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları”na

D-alfa tokoferil asetat

D-alpha tocopheryl acetate

DL-alfa tokoferil asetat

DL-alpha tocopheryl acetate

Filloxinon (fitomenadion)

phylloquinone (phytomenadione)

potassium-L-ascorbate

L-askorbil 6-palmitat

L-ascorbyl 6-palmitate

thiamin hydrochloride

Riboflavin 5-fosfat, natrium

riboflavin 5’-phosphate, sodium

Piridoksin hidroxlorid

pyridoxine hydrochloride

pyridoxine 5’-phosphate

folic acid (pteroylmonoglutamic acid)

Kalsium – L - metilfolat

calcium-L-methylfolate

D-pantothenate, calcium

Natrium D-pantotenat,

D-pantothenate, calcium

potassium bicarbonate

Ortofosfor turşusunun kalium duzları

potassium salts of orthophosphoric acid

Limon turşusunun kalsium duzları

calcium salts of citric acid

Kalsium qliserofosfat

calcium glycerophosphate

Ortofosfor turşusunun kalsium duzları

calcium salts of orthophosphoric acid

Limon turşusunun maqnezium duzları

magnesium salts of citric acid

Ortofosfor turşusunun maqnezium duzları

magnesium salts of orthophosphoric acid

ferrous citrate, ferric citrate

Dəmir ammonium sitrat

ferric ammonium citrate

Dəmir difosfat (dəmir pirofosfat)

ferric diphosphate (ferric pyrophosphate)

copper lysine complex

Ortofosfor turşusunun natrium duzları

sodium salts of orthophosphoric acid

və onun hidrogen xloridi

və onun hidrogen xloridi

və onun hidrogen xloridi

və onun hidrogen xloridi

və onun hidrogen xloridi

və onun hidrogen xloridi

və onun hidrogen xloridi

Carnitine and taurine

L-karnitin hidrogen xlorid

L-carnitine hydrochloride

L-carnitine-L-tartrate

Adenozin 5’-fosfor turşusu

adenosine 5’-phosphoric acid (AMP)

Adenozin 5’- fosfor turşusunun natrium duzları

Sitidin 5’-monofosfor turşusu

cytidine 5’-monophosphoric acid (CMP)

Sitidin 5’-monofosfor turşusunun natrium duzları

Quanozin 5’-fosfor turşusu

guanosine 5’-phosphoric acid (GMP)

Quanozin 5’- fosfor turşusunun natrium duzları

İnozin 5’-fosfor turşusu

inosine 5’-phosphoric acid (IMP)

İnozin 5’-fosfor turşusunun natrium duzları

Uridin 5’-fosfor turşusu

uridine 5’-phosphoric acid (UMP)

Uridin 5-fosfor turşusunun natrium duzları

Xolin hidrogen tartarat

choline hydrogen tartrate

“Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları”na

Bu Qaydaların məqsədləri üçün, istehlaka hazır son məhsulun zülal tərkibinin hesablanması azot (N) × 6,25 əsasında aparılmalıdır.

2.1. İnək südü və ya keçi südü zülalından hazırlanan 1 nömrəli qida formulu

2.1.1. bu əlavənin 2.1-ci bəndində qeyd edilən cədvəldəki enerji miqdarına ekvivalent enerjini təmin etmək üçün, inək südü və ya keçi südü zülalından hazırlanan 1 nömrəli qida formulu, ən azı bu Qaydaların 4 nömrəli əlavəsinin A bölməsində göstərilən etalon zülalın tərkibindəki əvəzolunmayan və qismən əvəzolunan aminturşularının göstərilən miqdarını ehtiva etməlidir;

2.1.2. bu əlavənin 2.1.1-ci yarımbəndində qeyd edilənlərdən əlavə olaraq ekvivalent enerji dəyəri hesablanarkən aşağıdakılar nəzərə alınmalıdır:

- metionin/sistein nisbəti 2-dən çox deyilsə, metionin və sistein konsentrasiyası birlikdə hesablanmalıdır.

- tirozin/fenilalanin nisbəti 2-dən çox deyilsə, tirozin və fenilalanin konsentrasiyası birlikdə hesablanmalıdır;

- məhsulun körpələr üçün uyğunluğu elmi sübutlara əsaslandığı halda metionin/sistein və tirozin/fenilalanin nisbəti 2-3 arasında ola bilər;

- L-karnitin ən azı 0,3 mq / 100 kC (1,2 mq / 100 kkal) olmalıdır.

2.2. Yalnız soya zülalı izolyatlarından, yaxud soya zülalı izolyatları ilə inək südü və ya keçi südü zülalının qarışığından hazırlanmış 1 nömrəli qida formulu

2.2.1. bu qida formulunun emalında yalnız soyadan əldə edilən zülal izolyatları istifadə olunmalıdır;

2.2.2. bu əlavənin 2.2-ci bəndində qeyd edilən cədvəldəki enerji miqdarına ekvivalent enerjini təmin etmək üçün, yalnız soya zülalı izolyatlarından, yaxud soya zülalı izolyatları ilə inək südü və ya keçi südü zülalının qarışığından hazırlanan 1 nömrəli qida formulu ən azı bu Qaydaların 4 nömrəli əlavəsinin A bölməsində göstərilən etalon zülalın tərkibindəki əvəzolunmayan və qismən əvəzolunan aminturşularının göstərilən miqdarını ehtiva etməlidir;

2.2.3. bu əlavənin 2.2.2-ci yarımbəndində qeyd edilənlərdən əlavə olaraq ekvivalent enerji dəyəri hesablanarkən aşağıdakılar nəzərə alınmalıdır:

- metionin/sistein nisbəti 2-dən çox deyilsə, metionin və sistein konsentrasiyası birlikdə hesablanır;

- tirozin/fenilalanin nisbəti 2-dən çox deyilsə, tirozin və fenilalanin konsentrasiyası birlikdə hesablanır;

- məhsulun körpələr üçün uyğunluğu elmi sübutlara əsaslandığı halda metionin/sistein və tirozin/fenilalanin nisbəti 2- 3 arasında ola bilər.

- L-karnitin ən azı 0,3 mq / 100 kC (1,2 mq / 100 kkal) olmalıdır.

2.3. Zülal hidrolizatlarından hazırlanan 1 nömrəli qida formulu

2.3.2.1. ximosin istifadə edərək kazeinin fermentativ çökdürməsindən sonra inək südündən əldə edilən və aşağıdakılardan ibarət olan mineralsızlaşdırılmış şirin zərdab zülalı:

- quru maddəsinin ən azı 95%-ni zülal təşkil edən, zülalın denaturasiyası 70%-dən az olan, kül miqdarı ən çox 3% olan, tərkibində kazeino-qlikomakropeptid olmayan 63% zərdab zülalı izolyatı;

- quru maddəsinin ən azı 87%-ni zülal təşkil edən, zülalın denaturasiyası 70%-dən az olan, kül miqdarı ən çox 3,5% olan 37% şirin zərdab tozu zülal konsentratı.

2.3.2.2. inək südündən əldə edilən aşağıdakılardan ibarət olan zərdab zülalı:

- zülal konsentratından əldə edilən, tərkibində 35-80% zülal olan, 77% turş zərdab tozu zülal konsentratı;

- mineralsızlaşdırılmış şirin zərdab tozundan əldə edilən, tərkibində ən azı 12,5% zülal ehtiva edən, 23% şirin zərdab tozu.

2.3.2.3. tərkibində ən azı 80% zülal olan, 100% şirin zərdab tozu zülal konsentratından ibarət inək südündən əldə edilən zərdab tozu zülalı.

2.3.2.4. tərkibində ən azı 70% zülal olan, 100% şirin zərdab tozu zülal konsentratından ibarət inək südündən əldə edilən zərdab tozu zülalı.

2.3.3. Əvəzolunmayan aminturşuları, qismən əvəz olunan aminturşuları və L-karnitin

Ekvivalent enerjini təmin etmək üçün, zülal hidrolizatından hazırlanan 1 nömrəli qida formulu ən azı bu Qaydaların 4 nömrəli əlavəsinin B bölməsində göstərilən etalon zülalın tərkibindəki əvəzolunmayan və qismən əvəzolunan aminturşularının göstərilən miqdarını ehtiva etməlidir. Buna baxmayaraq, ekvivalent enerji dəyəri hesablanarkən aşağıdakılar nəzərə alınmalıdır:

- metionin/sistein nisbəti 2-dən çox deyilsə, metionin və sistein konsentrasiyası birlikdə hesablanır;

- tirozin/fenilalanin nisbəti 2-dən çox deyilsə, tirozin və fenilalanin konsentrasiyası birlikdə hesablanır;

- məhsulun körpələr üçün uyğunluğu elmi sübutlara əsaslandığı halda metionin/sistein nisbəti və tirozin/fenilalanin nisbəti 2- 3 arasında ola bilər.

- L-karnitin ən azı 0,3 mq / 100 kC (1,2 mq / 100 kkal) olmalıdır.

Əvəzolunmayan və qismən əvəzolunan aminturşuları 1 nömrəli qida formuluna yalnız zülalın qida dəyərini artırmaq məqsədilə əlavə edilə bilər. Amin turşularının yalnız L-formalarından istifadə edilməlidir.

1 nömrəli qida formuluna əlavə edildiyi halda, taurinin miqdarı 3 mq/100 kC (12 mq/100 kkal) -dən çox olmamalıdır.

5.1. Qismən hidrogenləşdirilmiş yağlar və piylər qida formulunda istifadə edilməməlidir. 1 nömrəli qida formulunda küncüt və pambıq yağlarının istifadəsi qadağandır:

5.2. Laurin və miristin turşular yağların tərkib hissəsi olmaqla onların birlikdə miqdarı ümumi yağ turşularının 20%-dən çox olmamalıdır.

5.3. Trans yağ turşusunun miqdarı ümumi yağ tərkibinin 3% -dən çox olmamalıdır.

5.4. Eruk turşusunun miqdarı ümumi yağ tərkibinin 1% -dən çox olmamalıdır.

5.6. Alfa-linolen turşusu

Qeyd 1. Linol:alfa-linolen turşu nisbəti 5:1 – 15:1 arasında olmalıdır.

5.7. Dokozaheksaen turşusu yağ turşularının 0,5 %-dən çox olmamalıdır.

5.8. 1 nömrəli qida formuluna dokozaheksaen turşusu (22:6 n-3) əlavə edilərsə, araxidon turşusunun (20:4 n-6) miqdarı ən azı dokozaheksaen turşusu ilə eyni konsentrasiyaya çatdırılmalıdır. Digər uzun zəncirli (20 və 22 karbon atomlu) polidoymamış yağ turşuları da əlavə edilə bilər, lakin miqdarı dokozaheksaen turşusundan çox olmamalıdır. Bu zaman n-6 uzun zəncirli poli doymamış yağ turşularının tərkibi ümumi yağın 2%- dən çox olmamalıdır (araxidon turşusu (20: 4 n-6) üçün ümumi yağın 1%-i).

Eykozapentaen turşusunun (20:5 n-3) miqdarı dokozaheksaen (22:6 n-3) turşusunun miqdarından çox olmamalıdır.

1 nömrəli qida formulunda fosfolipidlərin ümumi miqdarı 300 mq/100 kkaldan (72 mq/100 kC) çox olmamalıdır.

7. İNOZİTOL (B8 vitamini)

8.1. Qida formullarında yalnız aşağıdakı karbohidratlar istifadə edilə bilər:

-qlükoza siropu və ya qurudulmuş qlükoza siropu;

-əvvəlcədən bişirilmiş nişasta (təbii halda qlutensiz);

-jelatinləşdirilmiş nişasta (təbii halda qlutensiz).

Bu tələb soya zülalı izolyatlarının ümumi zülal tərkibinin 50% -dən çoxunu təşkil etdiyi 1 nömrəli qida formuluna və ya bu Qaydaların 3.11-ci bəndinə əsasən etiketində “Laktozasız” ifadəsinin qeyd olunduğu 1 nömrəli qida formuluna şamil edilmir.

Saxaroza yalnız zülal hidrolizatından hazırlanan 1 nömrəli qida formuluna əlavə edilə bilər. Bu halda, saxarozanın miqdarı məhsulun ümumi karbohidrat tərkibinin 20% -dən çox olmamalıdır.

Qlükoza yalnız zülal hidrolizatından hazırlanan 1 nömrəli qida formuluna əlavə edilə bilər. Bu halda, qlükozanın miqdarı 0,5 q/100 kC (2 q/100 kkal) - dan çox olmamalıdır.

8.5. Qlükoza siropu və ya qurudulmuş qlükoza siropu

Qlükoza siropu və ya qurudulmuş qlükoza siropu dekstroza ekvivalenti 32-dən çox deyilsə inək südü və ya keçi südü zülalından hazırlanan, yaxud yalnız soya zülalı izolyatlarından və ya soya zülal izolyatları ilə inək südü və ya keçi südü zülallarının qarışımından hazırlanan 1 nömrəli qida formuluna əlavə edilməsinə yol verilir. Bu halda, qlükoza siropu və ya qurudulmuş qlükoza siropu əlavə edilməsindən qaynaqlanan qlükoza miqdarı 0,2 q/100 kC(0,84 q/100 kkal) -dan çox olmamalıdır. Zülal hidrolizatından hazırlanan 1 nömrəli qida formuluna qlükoza siropu və ya qurudulmuş qlükoza siropu əlavə edilərsə, qlükoza üçün bu əlavənin 8.4-cü bəndində qeyd olunan miqdar həddi tətbiq edilir.

8.6. Əvvəlcədən bişirilmiş nişasta və (və ya) jelatinləşdirilmiş nişasta

2q / 100 ml və ümumi karbohidrat tərkibinin 30%-ə qədər

9. FRUKTO-OLİQOSAXARİDLƏR VƏ QALAKTO-OLİQOSAXARİDLƏR

9.1. 1 nömrəli qida formuluna frukto-oliqosaxaridlər və qalakto-oliqosaxaridlərin əlavə edilməsinə yol verilir. Bu halda əlavə olunan bu maddələrin miqdarı 90% oliqoqalaktozil-laktoza və 10% yüksək molekulyar kütləli oliqofruktozil-saxaroza olmaqla 0,8 q/100 ml-dən çox olmamalıdır.

9.2. Frukto-oliqosaxaridlər və qalakto-oliqosaxaridlərin digər birləşmələri və maksimum miqdarları körpələr üçün uyğunluğu elmi sübutlara əsaslandığı halda istifadəsinə yol verilir.

10.1. İnək südü və ya keçi südü zülalları və ya zülal hidrolizatından hazırlanan 1 nömrəli qida formulu

Qeyd 1. “Kalsium: mənimsənilə bilən fosfor” molyar nisbəti 1-dən az və 2-dən çox olmamalıdır.

İnək südü və keçi südü zülalından və ya hidrolizatından hazırlanan 1 nömrəli qida formulu üçün mənimsənilə bilən fosfor miqdarı, ümumi fosforun 80%-i olaraq hesablanır.

10.2. Yalnız soya zülalı izolyatlarından və ya soya zülalı izolyatları ilə inək südü və ya keçi südü zülalının qarışığından hazırlanan 1 nömrəli qida formulu

Dəmir və fosfor istisna olmaqla, bu əlavənin 10.1-ci bəndinin bütün tələbləri tətbiq olunur:

Dəmir üçün maksimum miqdar 0,48 mq/100 kC (2 mq/100 kkal), fosfor üçün isə maksimum miqdar 30 mq/100 kC (100 mq/100 kkal) tətbiq həddi tələb olunur.

“Kalsium: mənimsənilə bilən fosfor” molyar nisbəti 1-dən az və ya 2-dən çox olmamalıdır.

Soya zülalı izolyatlarından hazırlanan 1 nömrəli qida formulu üçün mənimsənilə bilən fosfor miqdarı, ümumi fosforun 70%-i olaraq hesablanır.

Pantoten turşusu (mq)

Fol turşusu (µq - DFE) ()

E Vitamini (mq α-tokoferol) ()

() Vitamin A preforması; RE = bütün trans retinol ekvivalentləri. 1 µq-RE = 3.33 beynəlxalq vahid (BV)

() 1 µq kalsiferol = 40 beynəlxalq vahid (BV) D vitamini

() Fol turşusunun qidalanma ilə əlaqəli ekvivalenti: 1 µq DFE = 1 µq qida ilə mənimsənilən fol turşusu = 0,6 µq qida formulundan mənimsənilən fol turşusu.

() Vitamin C Askorbin turşusu kimi ifadə edilir.

() RRR-α-tokoferolun vitamin E fəallığı əsasında.

Aşağıda qeyd olunan nukleotidlər əlavə edilə bilər:

sitidin 5’-monofosfat

adenozin 5’-monofosfat

quanozin 5’-monofosfat

(1) Nukleotidlərin ümumi konsentrasiyası 1,2 mq / 100 kC (5 mq / 100 kkal) -dan çox olmamalıdır.

“Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları”na

Bu Qaydaların məqsədləri üçün istehlaka hazır olan son məhsulun zülal tərkibinin hesablanması azot (N) × 6,25 əsasında aparılmalıdır.

2.1. İnək südü və ya keçi südü zülalından hazırlanan 2 nömrəli qida formulu

2.1.1. bu əlavənin 2.1-ci bəndində qeyd edilən cədvəldə göstərilən enerji miqdarına ekvivalent enerji dəyəri üçün, inək südü və ya keçi südü zülalından hazırlanan 2 nömrəli qida formulu ən azı bu Qaydaların 4 nömrəli əlavəsinin A bölməsində göstərilən etalon zülalın tərkibindəki əvəzolunmayan və qismən əvəzolunan aminturşularının göstərilən miqdarına uyğun olmalıdır.

2.1.2. bu əlavənin 2.1.1-ci yarımbəndində qeyd edilənlərdən əlavə olaraq ekvivalent enerji dəyəri hesablanarkən aşağıdakılar nəzərə alınmalıdır:

- Metionin ilə sistein və fenilalanin ilə tirozinin konsentrasiyası birlikdə əlavə edilərək hesablanır.

2.2. Yalnız soya zülalı izolyatlarından və ya soya zülalı izolyatları ilə inək südü və ya keçi südü zülalının qarışığından hazırlanmış 2 nömrəli qida formulu

2.2.1. bu qida formulunun emalında yalnız soyadan əldə edilən zülal izolyatları istifadə olunmalıdır;

2.2.2. bu əlavənin 2.2-ci bəndində qeyd edilən cədvəldəki enerji miqdarına ekvivalent enerji dəyəri üçün, yalnız soya zülalı izolyatlarından, yaxud soya zülalı izolyatları ilə inək südü və ya keçi südü zülalının qarışığından hazırlanan 2 nömrəli qida formulu ən azı bu Qaydalara 4 nömrəli əlavəsinin A bölməsində göstərilən etalon zülalın ehtiva etdiyi əvəzolunmayan və qismən əvəzolunan aminturşularının göstərilən miqdarına uyğun olmalıdır;

2.2.3. bu əlavənin 2.2.2-ci yarımbəndində qeyd edilənlərdən əlavə olaraq, ekvivalent enerji dəyəri hesablanarkən aşağıdakılar nəzərə alınmalıdır:

- metionin ilə sistein və fenilalanin ilə tirozinin konsentrasiyası birlikdə cəmlənərək hesablanır.

2.3. Zülal hidrolizatından hazırlanan 2 nömrəli qida formulu

2.3.2.1. ximosin istifadə edərək kazeinin fermentativ çökdürməsindən sonra inək südündən əldə edilən və aşağıdakılardan ibarət olan mineralsızlaşdırılmış şirin zərdab zülalı:

- quru maddəsinin ən azı 95%-ni zülal təşkil edən, zülalın denaturasiyası 70%-dən az olan, kül tərkibi ən çox 3% olan, tərkibində kazino-qlikomakropeptid olmayan 63% zərdab zülalı izolyatı;

- quru maddəsinin ən azı 87%-ni zülal təşkil edən, zülalın denaturasiyası 70%-dən az olan, kül tərkibi ən çox 3,5% olan 37% şirin zərdab tozu zülal konsentratı.

2.3.2.2. inək südündən əldə edilən aşağıdakılardan ibarət olan zərdab zülalı:

- zülal konsentratından əldə edilən, tərkibində 35-80% zülal olan, 77% turş zərdab tozu zülal konsentratı;

- mineralsızlaşdırılmış şirin zərdab tozundan əldə edilən, tərkibində ən azı 12,5% zülal ehtiva edən, 23% şirin zərdab tozu.

2.3.2.3. tərkibində ən azı 80% zülal olan, 100% şirin zərdab tozu zülal konsentratından ibarət inək südündən əldə edilən zərdab tozu zülalı.

2.3.2.4. tərkibində ən azı 70% zülal olan, 100% şirin zərdab tozu zülal konsentratından ibarət inək südündən əldə edilən zərdab tozu zülalı.

2.3.3. Əvəzolunmayan və qismən əvəzolunan aminturşuları

Ekvivalent enerji dəyəri üçün, zülal hidrolizatından hazırlanan 2 nömrəli qida formulu ən azı bu Qaydaların 4 nömrəli əlavəsinin B bölməsində göstərilən etalon zülalın ehtiva etdiyi əvəzolunmayan və qismən əvəzolunan aminturşuların göstərilən miqdarına uyğun olmalıdır. Buna baxmayaraq, ekvivalent enerji dəyəri hesablanarkən aşağıdakılar nəzərə alınmalıdır:

- metionin ilə sistein və fenilalanin ilə tirozinin konsentrasiyası birlikdə hesablanır.

Əvəzolunmayan və qismən əvəzolunan aminturşuları 2 nömrəli qida formuluna yalnız zülalın qida dəyərini artırmaq məqsədilə əlavə edilə bilər. Amin turşularının yalnız L-formalarından istifadə edilməlidir.

2 nömrəli qida formuluna əlavə edildiyi halda, taurinin miqdarı 2,9 mq/100 kC (12 mq/100 kkal)-dan çox olmamalıdır.

5.1. Qismən hidrogenləşdirilmiş yağlar və piylər 2 nömrəli qida formulunda istifadə edilməməlidir. 2 nömrəli qida formulunda küncüt və pambıq yağlarının istifadəsi qadağandır:

5.2. Laurin və miristin turşular yağların tərkib hissəsi olmaqla onların birlikdə miqdarı ümumi yağ turşularının 20%-dən çox olmamalıdır.

5.3. Trans yağ turşusunun miqdarı ümumi yağ tərkibinin 3% -dən çox olmamalıdır.

5.4. Eruk turşusunun miqdarı ümumi yağ tərkibinin 1% -dən çox olmamalıdır.

5.7. Alfa-linolen turşusu

Qeyd 1. Linol:alfa-linolen turşu nisbəti 5:1 – 15:1 olmalıdır.

5.8. Dokozaheksaen turşusu

5.9. Digər uzun zəncirli (20 və 22 karbon atomu) poli doymamış yağ turşuları əlavə edilən zaman n-6 uzun zəncirli poli doymamış yağ turşularının tərkibi ümumi yağın 2% -dən çox olmamalıdır (araxidon turşusu (20:4 n-6) üçün ümumi yağın 1%-i).

Eykosapentaen turşusunun (20:5 n-3) miqdarı dokozaheksaen turşusunun (22:6 n-3) miqdarından çox olmamalıdır.

5.10. 2 nömrəli qida formulunun istehsalında yalnız L(+) süd turşusu izomeri yaradan kulturalardan istifadə etmək olar.

2 nömrəli qida formulunda fosfolipidlərin ümumi miqdarı 300 mq/100 kkal - dən (72 mq/100 kC) çox olmamalıdır.

8.1. 2 nömrəli qida formulunda qlüten tərkibli maddələrin istifadəsi qadağandır. Laktoza və qlükoza İnək südü zülalına və hidroliz edilmiş zülala əsaslanan 2 nömrəli qida formulunda üstünlük verilən karbohidratlar olmalıdır. Öncədən bişirilmiş və/və ya jelatinləşdirilmiş, təbii halda tərkibində qlüten olmayan nişasta əlavə edilməsinə yol verilir.

Bu tələb soya zülalı izolyatlarının ümumi zülal miqdarının 50% -dən çoxunu təşkil etdiyi 2 nömrəli qida formuluna və ya bu Qaydaların 3.11-ci bəndinə əsasən etiketində “Laktozasız” ifadəsinin qeyd olunduğu 2 nömrəli qida formuluna şamil edilmir.

8.3. Saxaroza, Fruktoza, Bal

ayrı-ayrılıqda və ya bütövlükdə: ümumi karbohidrat tərkibinin 20% -i

Bal Clostridium botulinum sporlarını məhv etmək üçün təmizlənməlidir.

Qlükoza yalnız zülal hidrolizatından hazırlanan 2 nömrəli qida formuluna əlavə edilə bilər. Bu halda, qlükoza miqdarı 0,5 q/100 kC (2 q/100 kkal) -dan çox olmamalıdır.

8.5. Qlükoza siropu və ya qurudulmuş qlükoza siropu

Qlükoza siropu və ya qurudulmuş qlükoza siropunun dekstroza ekvivalenti 32-dən çox deyilsə, inək südü və keçi südü zülalından hazırlanan yaxud yalnız soya zülalı izolyatlarından və ya inək südü və ya keçi südü zülallarının qarışığından hazırlanan 2 nömrəli qida formuluna əlavə edilə bilər. Bu halda, qlükoza siropu və ya qurudulmuş qlükoza siropu əlavə edilməsi nəticəsində yaranan qlükoza miqdarı 0,2 q/100 kC (0,84 q/100 kkal) -dan çox olmamalıdır. Zülal hidrolizatından hazırlanan 2 nömrəli qida formuluna qlükoza siropu və ya qurudulmuş qlükoza siropu əlavə edilərsə, qlükoza üçün bu əlavənin 8.4-cü bəndində qeyd olunan miqdar tətbiq edilir.

9. FRUKTO-OLİQOSAXARİDLƏR VƏ QALAKTO-OLİQOSAXARİDLƏR

2 nömrəli qida formuluna frukto-oliqosaxaridlər və qalakto-oliqosaxaridlərin əlavə edilməsinə yol verilir. Bu halda, əlavə olunan bu maddələrin miqdarı 90% oliqoqalaktozil-laktoza və 10% yüksək molekulyar kütləli oliqofruktozil-saxaroza olmaqla 0,8 q/100 ml- dan çox olmamalıdır.

Frukto-oliqosaxaridlər və qalakto-oliqosaxaridlərin digər birləşmələri və maksimum miqdarları, körpələr üçün uyğunluğu elmi sübutlara əsaslandığı halda istifadəsinə yol verilir.

10.1. İnək südü və ya keçi südü zülalları və ya zülal hidrolizatından hazırlanan 2 nömrəli qida formulu

Qeyd 1. “Kalsium: mənimsənilə bilən fosfor molyar nisbəti” 1-dən az və ya 2-dən çox olmamalıdır. İnək südü və keçi südü zülalından və ya hidrolizatından hazırlanan 2 nömrəli qida formulu üçün mənimsənilə bilən fosfor miqdarı, ümumi fosforun 80% -i hesablanır.

Qeyd 2. 12 aydan yuxarı uşaqlar üçün nəzərdə tutulmuş 2 nömrəli qida formulunda kalsium üçün maksimum miqdar 67mq/100 kC (280 mq/100 kkal), dəmir üçün maksimum miqdar 0,72 mq/100 kC (3 mq/100 kkal) müəyyən edilmişdir.

10.2. Yalnız soya zülalı izolyatlarından və ya soya zülalı izolyatları ilə inək südü və ya keçi südü zülalının qarışığından hazırlanan 2 nömrəli qida formulu

Dəmir istisna olmaqla, bu əlavənin 10.1-ci bəndinin bütün tələbləri tətbiq olunur.

Dəmir üçün maksimum miqdar 0,6 mq/100 kC (2,5 mq/100 kkal) tətbiq həddi tələb olunur.

“Kalsium: mənimsənilə bilən fosfor” molyar nisbəti 1-dən az və ya 2-dən çox olmamalıdır.

Soya zülalından hazırlanan 2 nömrəli qida formulu üçün mənimsənilə bilən fosfor miqdarı, ümumi fosforun 70% -i olaraq hesablanır.

Pantoten turşusu (mq)

Vitamin E (α-tokoferol) (mq) ()

() Vitamin A preforması; RE = bütün trans retinol ekvivalentləri. 1 µq-RE = 3.33 beynəlxalq vahid (BV) 1 µq kalsiferol = 40 beynəlxalq vahid (BV) D vitamini

() Fol turşusunun qidalanma ilə əlaqəli ekvivalenti: 1 µq DFE = 1 µq qida ilə mənimsənilən fol turşusu = 0,6 µq qida formulundan mənimsənilən fol turşusu.

() RRR-α-tokoferolun vitamin E fəallığı əsasında.

Qeyd 1. 12 aydan yuxarı uşaqlar üçün nəzərdə tutulmuş 2 nömrəli qida formulunda D vitamini üçün maksimum miqdar 1.1µq/100 kC (4,5 µq /100 kkal), riboflavin üçün maksimum miqdar 155 µq/100 kC (650 µq /100 kkal), B12 vitamini üçün maksimum miqdar 0,48 µq/100 kC (2 µq /100 kkal) müəyyən edilmişdir.

Aşağıda qeyd olunan nukleotidlər əlavə edilə bilər:

sitidin 5’-monofosfat

adenozin 5’-monofosfat

quanozin 5’-monofosfat

()Nukleotidlərin ümumi konsentrasiyası 1,2 mq / 100 kC (5 mq / 100 kkal) -dan çox olmamalıdır.

“Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları”na

Bu Qaydaların 2 və 3 nömrəli əlavələrinin 2-ci hissəsində göstərilən etalon zülal qismində bu əlavənin müvafiq olaraq A və B bölmələrində göstərilən tərkibdə ana südü nəzərdə tutulur.

A: İnək südü və keçi südü zülalından hazırlanan qida formulları və yalnız soya zülalı izolyatlarından və ya soya zülalı izolyatları ilə inək südü və keçi südü zülalının qarışığından hazırlanan 1 nömrəli və 2 nömrəli qida formulları

Bu Qaydaların 2 və 3 nömrəli əlavələrinin 2.1-ci və 2.2-ci bəndlərində qeyd olunan, ana südündəki əvəzolunmayan və qismən əvəzolunan aminturşuları aşağıda göstərilən cədvəldə 100 kkal və 100 kC-da mq olaraq verilmişdir.

B: Zülal hidrolizatından hazırlanan 1 nömrəli və 2 nömrəli qida formulları

Bu Qaydaların 2 və 3 nömrəli əlavələrinin 2.1-ci və 2.2-ci bəndlərində qeyd olunan, ana südündəki əvəzolunmayan və qismən əvəzolunan aminturşuları aşağıda göstərilən cədvəldə 100 kkal və 100 kC-da mq olaraq verilir.

“Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları”na

Demeton-S-methyl/demeton-S-methyl sulfone/ oxydemeton-methyl

“Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları”na

1. Aldrin və dieldrin, dieldrin şəklində ifadə olunmuş (Aldrin, dieldrin)

2. Disulfoton (disulfoton, disulfoton sulfoksid və disulfoton sulfonun cəmi, disulfoton şəklində ifadə olunmuş) (Disulfoton)

4. Fensulfotion (fensulfotion, onun oksigenli analoqu və onların sulfonlarının cəmi, fensulfotion şəklində ifadə olunmuş) (Fensulfothion)

5. Trifeniltin kationu kimi ifadə olunan fentin (Fentin)

6. Haloksifop (haloksifop, konyuqatları da daxil olmaqla onun duzları və mürəkkəb efirlərinin cəmi, haloksifop şəklində ifadə olunmuş) (Haloxyfop)

7. Heptaxlor kimi ifadə olunmuş heptaxlor epoksid və trans-heptaxlor (Heptachlor, trans-heptachlor)

8. Heksaxlorbenzen (Hexachlorobenzene)

9. Nitrofen (Nitrofen)

10. Ometoat (Omethoate)

11. Terbufos (Terbufos)

“Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları”na

Pantoten turşusu (mq)

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2025-ci il 4 dekabr tarixli 63 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu Qaydalar altı aydan yuxarı körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş sənaye üsulu ilə gigiyenik tələblərə uyğun hazırlanan əlavə qidalara (bundan sonra – əlavə qidalar) dair tələbləri müəyyən edir.

1.2. Bu Qaydalar Avropa Birliyinin 2006-cı il 5 dekabr tarixli 2006/125/EC nömrəli (Commission Directive 2006/125/EC of 5 December 2006) və 2013-cü il 12 iyun tarixli 609/2013 nömrəli (Regulation (EU) No 609/2013 of the European Parliament and of the Council of 12 June 2013) Qaydaları və Kodeks Alimentarius Komissiyasının CXS 74-1981 nömrəli “Körpə və erkən yaşlı uşaqlar üçün emal olunmuş taxıl əsaslı uşaq qidalarına dair Standart” (Standard for processed cereal-based foods for infants and young children CXS 74-1981), CXS 73-1981 nömrəli “Konservləşdirilmiş uşaq qidalarına dair Standart” (Standard for canned baby foods CXS 73-1981), CXG 10-1979 nömrəli “Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş xüsusi təyinatlı qida məhsullarında tətbiqinə yolverilən nutriyentlərin tövsiyə olunan siyahısı” (Advisory lists of nutrient compounds for use in foods for special dietary uses intended for infants and young children CXG 10-1979), CXG 8-1991 nömrəli “Körpə və erkən yaşlı uşaqlar üçün əlavə qidalar” (Formulated Complementary Foods for Older Infants and Young Children CAC/GL 8-1991) sənədləri əsasında hazırlanmışdır.

1.3. Əlavə qidalar pərakəndə satış yerlərinə yalnız qablaşdırılmış formada yerləşdirilə bilər.

1.4. Əlavə qidalar aşağıdakı 2 növə bölünür:

1.4.1. ana südü və ya qida formulu altı aydan yuxarı körpələrin və ya erkən yaşlı uşaqların qidaya tələbatını tam ödəmədikdə onlara əlavə olaraq verilən dəstəkləyici qida məhsulu kimi nəzərdə tutulmuş taxıl əsaslı əlavə qidalar;

1.4.2. ana südü və ya qida formulu altı aydan yuxarı körpələrin və ya erkən yaşlı uşaqların qidaya tələbatını tam ödəmədikdə onlara əlavə olaraq verilən dəstəkləyici qida məhsulu kimi nəzərdə tutulmuş (erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş süd əsaslı içkilər istisna olmaqla) taxıl əsaslı olmayan əlavə qidalar.

1.5. Bu Qaydalarda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

2.1. Əlavə qidaların emalında bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulmuş maddələr qrupu üzrə yalnız həmin əlavədə göstərilən maddələr istifadə edilə bilər.

2.2. Əlavə qidalar və ya onun inqrediyentlərinin ionlaşdırıcı şüalanmaya məruz qalmasına yol verilmir.

2.3. Taxıl əsaslı əlavə qidaların tərkibi aşağıdakı tələblərə uyğun olmalıdır:

2.3.1. taxıl əsaslı əlavə qidalar, əsasən bir və ya bir neçə növ üyüdülmüş taxıllardan və (və ya) paxlalılardan və (və ya) kök və gövdələri nişasta tərkibli bitkilərdən hazırlanır. Taxılların və (və ya) kök və gövdələri nişasta tərkibli bitkilərin miqdarı məhsulun son qarışığında quru çəkinin 25%-dən az olmamalıdır;

2.3.2. taxıl əsaslı əlavə qidaların enerji dəyəri 3,3 kC/q (0,8 kkal/q)-dən az olmamalıdır;

2.3.3. taxıl əsaslı əlavə qidalar aşağıda qeyd olunmuş kateqoriyalardan birinə aid edilir:

2.3.3.1. süd və ya digər müvafiq qidalandırıcı mayelərlə hazırlanan sadə taxıl əsaslı qida məhsulu;

2.3.3.2. su və ya tərkibində zülal olmayan digər maye ilə hazırlanan və ya hazırlanması nəzərdə tutulan, yüksək zülallı qida məhsulu əlavə edilmiş taxıl əsaslı əlavə qida;

2.3.3.3. qaynar suda və ya digər mayelərdə bişirdikdən sonra istifadə ediləcək makaron;

2.3.3.4. birbaşa və ya su, süd və ya digər uyğun maye əlavə etməklə əzildikdən sonra istehlak oluna bilən suxari və peçenye;

2.3.4. bu Qaydaların 2.3.3.2-ci və 2.3.3.4-cü yarımbəndlərində qeyd olunan məhsulların tərkibində zülalın miqdarı 1,3 q/100 kC (5,5 q/100 kkal)-dan çox olmamalıdır;

2.3.5. bu Qaydaların 2.3.3.2-ci yarımbəndində qeyd olunan məhsullara əlavə olunan zülalın miqdarı 0,48 q/100 kC (2 q/100 kkal)-dan az olmamalıdır;

2.3.6. bu Qaydaların 2.3.3.4-cü yarımbəndində qeyd olunan, yüksək zülallı qidaların əlavə edilməsi ilə hazırlanan və istehlakçıya bu formada təqdim olunan peçenyelərdə zülalın miqdarı 0,36 q/100 kC (1.5 q/100 kkal)-dan az olmamalıdır;

2.3.7. əlavə olunan zülalın kimyəvi indeksi etalon zülalın ən azı 80%-nə bərabər olmalı (etalon zülal kimi bu Qaydaların 8 nömrəli əlavəsində kazein müəyyən edilmişdir) və ya zülal qarışığında müqayisə edilən zülalın enerji payı (PER) etalon zülalın ən azı 70%-nə bərabər olmalıdır. Bütün hallarda aminturşuların yalnız zülal qarışığının qidalılıq dəyərinin artırılması məqsədilə əlavə edilməsinə yol verilir. L-aminturşularının yalnız təbii formaları istifadə edilməlidir;

2.3.8. bu Qaydaların 2.3.3.1-ci və 2.3.3.4-cü yarımbəndlərində qeyd olunan məhsullara saxaroza, fruktoza, qlükoza, qlükoza siropları və ya bal əlavə olunarsa:

2.3.8.1. əlavə edilmiş karbohidratların miqdarı 1,8 q/100 kC (7,5 q/100 kkal)-dan çox olmamalıdır;

2.3.8.2. əlavə edilmiş fruktozanın miqdarı 0,9 q/100 kC (3,75 q/100 kkal)-dan çox olmamalıdır;

2.3.9. bu Qaydaların 2.3.3.2-ci yarımbəndində qeyd olunan məhsullara saxaroza, fruktoza, qlükoza, qlükoza siropları və ya bal əlavə olunarsa:

2.3.9.1. əlavə edilmiş karbohidratların miqdarı 1,2 q/100 kC (5 q/100 kkal)-dan çox olmamalıdır;

2.3.9.2. əlavə edilmiş fruktozanın miqdarı 0,6 q/100 kC (2,5 q/100 kkal)-dan çox olmamalıdır;

2.3.10. bu Qaydaların 2.3.3.1-ci və 2.3.3.4-cü yarımbəndlərində qeyd olunan məhsulların tərkibindəki yağın miqdarı 0,8 q/100 kC (3,3 q/100 kkal)-dan çox olmamalıdır;

2.3.11. bu Qaydaların 2.3.3.2-ci yarımbəndində qeyd olunan məhsulların tərkibindəki yağın miqdarı 1,1 q/100 kC (4,5 q/100 kkal)-dan çox olmamalıdır. Yağ miqdarı 0,8 q/100 kC (3,3 q/100 kkal)-dan yüksək olduğu halda:

— laurin turşusunun miqdarı yağın ümumi miqdarının 15% -dən çox olmamalıdır;

— miristin turşusunun miqdarı yağın ümumi miqdarının 15% -dən çox olmamalıdır;

— linolein turşusunun miqdarı (qliseridlər = linoleatlar şəklində) 70 mq / 100 kC (300 mq/100 kkal) -dan az olmamalı və 285 mq/100 kC (1200 mq/100 kkal)-dan çox olmamalıdır.

2.3.12. emal edilmiş taxıl əsaslı qidalara natrium duzları yalnız texnoloji məqsədlər üçün əlavə edilə bilər. Taxıl əsaslı qidaların tərkibində natriumun miqdarı 25 mq/100 kC (100 mq/100 kkal)-dan çox olmamalıdır;

2.3.13. bu Qaydaların 2.3.3.2-ci yarımbəndində qeyd olunan məhsulların tərkibində kalsiumun miqdarı 20 mq/100 kC (80 mq/100 kkal)-dan az olmamalıdır;

2.3.14. bu Qaydaların 2.3.3.4-cü yarımbəndində qeyd olunan, süd əlavə edilməklə hazırlanan (südlü peçenye) və bu halda satışa çıxarılan məhsullarda kalsiumun miqdarı 12 mq/100 kC (50 mq/100 kkal)-dan az olmamalıdır;

2.3.15. taxıl əsaslı əlavə qidalar üçün tərkibində tiaminin (B1 vitamini) miqdarı 12,5 µq/100 kC (50 µq/100 kkal)-dan az olmamalıdır;

2.3.16. bu Qaydaların 2.3.3.2-ci yarımbəndində qeyd olunan məhsulların, eyni zamanda bu Qaydaların 2.3.3.1-ci, 2.3.3.3-cü və 2.3.3.4-cü yarımbəndlərində göstərilən məhsullara A və D vitaminləri əlavə edildiyi halda bu məhsulların A və D vitamin tərkibi bu Qaydaların 2 nömrəli əlavəsinin 1-ci hissəsinə uyğun olmalıdır;

2.3.17. taxıl əsaslı əlavə qidalara vitamin, mineral və mikroelementlər əlavə edildiyi halda yolverilən maksimum limitlər bu Qaydaların 2 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilənlərə uyğun olmalıdır;

2.3.18. bu məhsulların hazırlanmasında qismən hidrogenləşdirilmiş yağların istifadəsinə yol verilmir.

2.4. Taxıl əsaslı olmayan əlavə qidaların tərkibi aşağıdakı tələblərə uyğun olmalıdır:

2.4.1. məhsulun adında ət, quş əti, balıq, sub məhsullar və ya digər ənənəvi zülal mənbələri ayrıca inqrediyentlər kimi qeyd edildiyi halda:

2.4.1.1. həmin ət, quş əti, balıq, sub məhsullar və ya digər ənənəvi zülal mənbələrinin ümumi miqdarı məhsulun kütləsinin ən azı 40 %-ni təşkil etməlidir;

2.4.1.2. həmin ət, quş əti, balıq, sub məhsullar və ya digər ənənəvi zülal mənbələrinin hər biri qeyd edilən zülal mənbələrinin ümumi kütləsinin ən azı 25 %-ni təşkil etməlidir;

2.4.1.3. həmin zülal mənbəyi olan qida məhsullarının tərkibindəki zülalın miqdarı ən azı 1,7 q/100 kC (7 q/100 kkal) olmalıdır;

2.4.2. ət, quş əti, balıq, sub məhsullar və ya digər ənənəvi zülal mənbələri olan məhsul tək və ya bunların qarışığı halında əlavə qidanın adında ilk söz kimi qeyd edilirsə:

2.4.2.1. ət, quş əti, balıq, sub məhsullar və ya digər ənənəvi zülal mənbələri olan məhsulların birgə miqdarı əlavə qidanın ümumi çəkisinin ən azı 10%-ni təşkil etməlidir;

2.4.2.2. ət, quş əti, balıq, sub məhsullar və ya digər ənənəvi zülal mənbələri olan məhsulun hər biri əlavə qidanın tərkibindəki ümumi zülal mənbəyi olan məhsulların çəkisinin ən azı 25%-ni təşkil etməlidir;

2.4.2.3. qeyd olunan zülal mənbəyi olan məhsulların tərkibindəki zülalın miqdarı ən azı 1 q/100 kC (4 q/100 kkal) olmalıdır.

2.4.3. ət, quş əti, balıq, sub məhsullar və ya digər ənənəvi zülal mənbələri olan məhsul tək və ya bunların qarışıq formasında məhsulun adında ilk söz kimi qeyd edilmədiyi halda:

2.4.3.1. qeyd edilən ət, quş əti, balıq, sub məhsullar və ya digər ənənəvi zülal mənbələri olan məhsulların birgə miqdarı əlavə qidanın ümumi çəkisinin ən azı 8%-ni təşkil etməlidir;

2.4.3.2. ət, quş əti, balıq, sub məhsullar və ya digər ənənəvi zülal mənbələri olan məhsulun hər biri ümumi zülal mənbəyi olan məhsulların çəkisinin ən azı 25%-ni təşkil etməlidir;

2.4.3.3. qeyd olunan zülal mənbəyi olan məhsulların tərkibindəki zülalın miqdarı ən azı 0,5 q/100 kC (2,2 q/100 kkal) olmalıdır;

2.4.3.4. məhsuldakı bütün zülal mənbələrindən qaynaqlanan zülalın miqdarı ən azı 0,7 q/100 kC (3 q/100 kkal) olmalıdır.

2.4.4. bu Qaydaların 2.4.1-2.4.3-cü yarımbəndlərində göstərilən məhsullarda istifadə olunan ət, quş əti və balıq sümüksüz olmalıdır.

2.4.5. qida məhsulunun tərkibində digər inqrediyentlərlə yanaşı pendir qeyd olunduğu halda:

2.4.5.1. süd və süd məhsullarından qaynaqlanan zülalın miqdarı ən azı 0,5 q/100 kC (2,2 q/100 kkal) olmalıdır;

2.4.5.2. məhsuldakı bütün mənbələrdən qaynaqlanan zülalın ümumi miqdarı ən azı 0,7 q/100 kC (3 q/100 kkal) olmalıdır.

2.4.6. məhsul yemək kimi təqdim olunduğu, lakin məhsulun etiketində ət, quş əti, balıq və digər ənənəvi zülal mənbəyi olan məhsul qeyd olunmadığı halda məhsulun tərkibindəki ümumi zülal miqdarı ən azı 0,7 q/100 kC (3 q/100 kkal) olmalıdır;

2.4.7. yeməklərdə istifadə olunan souslara bu Qaydaların 2.4.1-2.4.5-ci yarımbəndləri şamil edilmir;

2.4.8. şirin yeməklərin adında tək inqrediyent qismində və ya ilk söz kimi süd və süd məhsulları yer aldıqda süd zülalının miqdarı ən azı 2,2 q/100 kkal az olmalıdır. Bu Qaydaların 2.4.1-2.4.5-ci yarımbəndlərində göstərilən məhsullara xas xüsusiyyətlər digər şirin yeməklərə şamil edilmir;

2.4.9. bütün hallarda aminturşuların yalnız zülal qarışığının qidalılıq dəyərinin artırılması məqsədilə əlavə edilməsinə yol verilir;

2.4.10. meyvə və tərəvəz şirələrində və nektarlarında, yalnız meyvədən ibarət məhsullarda, desert və ya pudinqlərdə olan ümumi karbohidratların maksimum miqdarı aşağıdakı tələblərə cavab verməlidir:

2.4.10.1. tərəvəz şirələri və tərəvəzdən hazırlanan içkilər üçün 10 q/100 ml;

2.4.10.2. meyvə şirələri, nektarlar və meyvədən hazırlanan içkilər üçün 15 q/100 ml;

2.4.10.3. yalnız meyvə püreləri üçün 20 q/100 q;

2.4.10.4. desert və pudinqlər üçün 25 q/100 q;

2.4.10.5. digər südlü olmayan içkilər üçün 5 q/100 q.

2.4.11. bu Qaydaların 2.4.1-ci yarımbəndində göstərilən məhsulların tərkibi yalnız ət və ya pendir olduğu halda və ya göstərilən məhsullar əlavə qidanın adında ilk sırada qeyd olunduqda, məhsuldakı ümumi yağ miqdarı 1,4 q/100 kC-dan (6 q/100 kkal) çox olmamalı, digər bütün məhsullar üçün, ümumi yağ miqdarı 1,1 q/100 kC-dan (4,5 q/100 kkal) çox olmamalıdır;

2.4.12. məhsuldakı natriumun miqdarı 48 mq/100 kC (200 mq/100 kkal) və ya 200 mq Na/100 q-dan çox olmamalıdır. Lakin məhsulun inqrediyenti qismində yalnız pendir qeyd olunmuşdursa, məhsuldakı natrium miqdarı 70 mq/100 kC-dan (300 mq/100 kkal) çox olmamalıdır;

2.4.13. Natrium duzları meyvə əsaslı məhsullara və ya desertlərə, pudinqlərə əlavə edilə bilməz;

2.4.14. meyvə şirəsi, nektar və ya tərəvəz şirəsində C vitamininin miqdarı ən azı 6 mq/100 kC (25 mq / 100 kkal) və ya 25 mq/ 100 q olmalıdır;

2.4.15. tərəvəz şirələrində A vitamininin miqdarı ən azı 25 µq RE/100 kC (100 mkq RE/100 kkal) olmalıdır. A vitamini digər taxıl əsaslı olmayan əlavə qidalara əlavə edilə bilməz;

2.4.16. D vitamini taxıl əsaslı olmayan əlavə qidalara əlavə edilə bilməz;

2.4.17. taxıl əsaslı olmayan əlavə qidalara vitamin, mineral və mikroelementlər əlavə edildiyi halda yolverilən maksimum limitlər bu Qaydaların 3 nömrəli əlavəsində göstərilənlərə uyğun olmalıdır;

2.4.18. məhsulun adında əsas inqerdiyentin adı və onun konsistensiyasını xarakterizə edən söz olmalıdır.

3.1. Əlavə qidaların etiketlənməsi “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin və “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olmalı, habelə məhsulun etiketində əlavə olaraq aşağıda göstərilən məlumatlar öz əksini tapmalıdır;

3.1.1. məhsulun xüsusiyyətlərini əks etdirən dəqiq təsvirinə uyğun adı;

3.1.2. tərkibinə, konsistensiyasına (qatılıq) və ya digər xüsusiyyətlərinə görə qablaşdırmanın üzərində körpə və erkənyaşlı uşaqların istifadəsinə uyğun yaş həddinə dair məlumat (qeyd olunan yaş həddi altı aydan az olmamalıdır);

3.1.3. qablaşdırma formasından asılı olaraq məhsulun 100 qr və 100 ml-ə düşən zülal, karbohidrat və yağ miqdarı, enerji dəyəri haqqında məlumat (bu məlumatların əlavə olaraq məhsulun istehsalçısı tərəfindən müəyyənləşdirilən bir porsiyası üçün yazılmasına da yol verilir);

3.1.4. məhsulun 100 qr və ya 100 ml-də və ya bir porsiyasında bu Qaydaların 2 nömrəli və 3 nömrəli əlavələrində qeyd olunmuş vitamin və mineralların miqdarına dair məlumat;

3.1.5. məhsulun 100 qr və ya 100 ml-də və ya bir porsiyasında bu Qaydaların 7 nömrəli əlavəsində qeyd olunan vitamin və mineralların istehlak miqdarının ən azı 15%-ni təşkil edərsə, həmin vitamin və mineralların rəqəm və ya faizlə miqdarına dair məlumat;

3.1.6. məhsulun hazırlanmasına, istehlakına, saxlanma şəraitinə (qablaşdırılması açılmamış halda və açıldıqdan sonra) dair məlumat.

4.1. Əlavə qidalarda bitki mühafizə vasitələrinin təsiredici maddələrinə dair tələblər aşağıdakılara uyğun olmalıdır:

4.1.1. bu Qaydaların 4 nömrəli əlavəsində göstərilən təsiredici maddələr istisna olmaqla əlavə qidalarda aşkar olunan pestisid qalığının maksimum miqdarı 0,01 mq/kq-dan çox olmamalıdır;

4.1.2. əlavə qidalarda aşkar olunan, bu Qaydaların 4 nömrəli əlavəsində göstərilən təsiredici maddələrin maksimum qalıq miqdarı həmin cədvələ uyğun olmalıdır;

4.1.3. əlavə qidaların hazırlanmasında istifadə olunan kənd təsərrüfatı məhsullarının ilkin istehsalında tərkibində bu Qaydaların 5 nömrəli əlavəsində qeyd olunmuş təsiredici maddələr olan bitki mühafizə vasitələri tətbiq olunmamalıdır (ilkin istehsal zamanı istifadə edilmədiyi halda nəticə 0,003 mq/kq-dan az olarsa, həmin bitki mühafizə vasitəsindən istifadə olunmadığı hesab edilir);

4.1.4. bu Qaydaların 4.1.2-ci və 4.1.3-cü yarımbəndlərində qeyd olunan miqdarlar istehlaka hazır və ya istifadə təlimatına uyğun hazırlandıqdan sonra istehlak edilən əlavə qidalara aid edilir.

4.2. Əlavə qidaların istehsalında yalnız bu Qaydaların 6 nömrəli əlavəsində göstərilən aromatizatorların istifadəsinə yol verilir.

4.3. Əlavə qidalar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) Kollegiyasının 2020-ci il 18 dekabr tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsullarında çirkləndirici maddələrin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”nın tələblərinə uyğun olmalıdır.

4.4. Əlavə qidaların emalı və dövriyyəsi Agentliyin Kollegiyasının 2020-ci il 3 noyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”a uyğun həyata keçirilməlidir.

4.5. Əlavə qidaların mikrobioloji göstəriciləri Agentliyin Kollegiyasının 2020-ci il 3 noyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nın tələblərinə uyğun olmalıdır.

4.6. Əlavə qidaların qablaşdırılmasında “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində göstərilən tələblərə cavab verən materiallardan istifadə edilməlidir.

4.7. Əlavə qidaların emalında qida əlavələri istifadə olunduğu halda Agentliyin Kollegiyasının 2024-cü il 5 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida əlavələrinə dair sanitariya norma və qaydaları”nda göstərilən tələblərə uyğun olmalıdır.

“Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və qaydaları”na

Vitamin D2 (Erqokalsiferol)

Vitamin D2 (Ergocalciferol)

Vitamin D3 (Xolekalsiferol)

Vitamin D3 (cholecalciferol)

D-alfa tokoferil asetat

D-alpha tocopheryl acetate

DL-alfa tokoferil asetat

DL-alpha tocopheryl acetate

Filloxinon (fitomenadion)

phylloquinone (phytomenadione)

potassium-L-ascorbate

L-askorbil 6-palmitat

L-ascorbyl 6-palmitate

thiamin hydrochloride

Riboflavin 5’-fosfat, natrium

riboflavin 5’-phosphate, sodium

Piridoksin hidroxlorid

pyridoxine hydrochloride

pyridoxine 5’-phosphate

Piridoksin dipalmitat

pyridoxine dipalmitate

folic acid (pteroylmonoglutamic acid)

Kalsium – L - metilfolat

calcium-L-methylfolate

D-pantothenate, calcium

Natrium D-pantotenat,

D-pantothenate, calcium

Dekspantenol ( D-Pantenol)

Dexpanthenol (D-Panthenol)

Sitrat turşusunun kalium duzları

potassium salts of citric acid

potassium glycerophosphate

Limon turşusunun kalsium duzları

calcium salts of citric acid

Kalsium qliserofosfat

calcium glycerophosphate

Ortofosfor turşusunun kalsium duzları

calcium salts of orthophosphoric acid

Limon turşusunun maqnezium duzları

magnesium salts of citric acid

Maqnezium qliserofosfat

magnesium glycerophosphate

Ortofosfor turşusunun maqnezium duzları

magnesium salts of orthophosphoric acid

Maqnezium-hidrokarbonat

magnesium hydroxide carbonate

Dəmir ammonium sitrat

ferric ammonium citrate

Dəmir natrium difosfat

ferric sodium diphosphate

Dəmir difosfat (dəmir pirofosfat)

ferric diphosphate (ferric pyrophosphate)

Elementar dəmir (karbonil + elektrolit + hidrogenlə reduksiya edilmiş)

elemental iron (carbonyl + electrolytic + hydrogen reduced)

Ferric orthophosphate*

copper lysine complex

manganese glycerophosphate

və onun hidrogen xloridi

və onun hidrogen xloridi

və onun hidrogen xloridi

və onun hidrogen xloridi

və onun hidrogen xloridi

və onun hidrogen xloridi

və onun hidrogen xloridi

Carnitine and taurine

L-karnitin hidrogen xlorid

L-carnitine hydrochloride

choline hydrogen tartrate

*Qeyd: yalnız taxıl əsaslı əlavə qidalarda istifadə üçün

“Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və qaydaları”na

Vitamin A (µq) RE) ()

() RE = bütün trans retinol ekvivalenti.

() Xolatkalsiferol şəklində, 10 µq = 400 IU D vitamini

2. Taxıl əsaslı qida məhsullarına vitamin, mineral və mikroelement əlavə edildiyi halda yolverilən maksimum hədlər

Kalium və kalsiuma aid edilən tələblər yalnız satışa təqdim olunan formaya, digər maddələr isə istehsalçının təlimatına uyğun hazırlandıqdan sonra istifadə olunan və ya satışa təqdim olunan formada istifadə olunan əlavə qidalara aiddir.

Vitamin E (α-tokoferol) (mq) ()

Pantoten turşusu (mq)

(): α-TE = d-α-tokoferol ekvivalenti.

(): Dəmir ilə zənginləşdirilmiş məhsullara tətbiq olunan məhdudiyyət.

(): Niasin ekvivalentləri = mq nikotin turşusu + mq triptofan / 60.

(): Bu Qaydaların 2.3.3.1-ci və 2.3.3.2-ci bəndlərində qeyd olunan məhsullara dair hədlər

(): Bu Qaydaların 2.3.3.4-cü bəndində qeyd olunan məhsullara dair hədd

“Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və qaydaları”na

Kalium və kalsiuma aid edilən tələblər yalnız satışa təqdim olunan formaya, digər maddələr isə istehsalçının təlimatına uyğun hazırlandıqdan sonra istifadə olunan və ya satışa təqdim olunan formada istifadə olunan birbaşa istehlaka hazır formada satışa çıxarılan məhsullara aiddir.

Vitamin E (α-tokoferol) (mq)

Pantoten turşusu (mq)

(): 2.4.13-2.4.15-ci yarımbəndlərinə əsasən

(): Dəmir ilə zənginləşdirilmiş məhsullara tətbiq olunan məhdudiyyət.

(): Meyvə əsaslı yeməklər, meyvə şirəsi, nektar və ya tərəvəz şirəsinə tətbiq olunan məhdudiyyət

“Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və qaydaları”na

Demeton-S-methyl/demeton-S-methyl sulfone/ oxydemeton-methyl (fərdi və ya birliktə demeton-S-methyl kimi ifadə edilir)

Fipronil (fipronil və fipronil-desulfinil cəmi, fipronil şəklində ifadə edilir)

Propineb/propylenethiourea (propineb və propylenethiourea cəmi)

“Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və qaydaları”na

1. Aldrin və dieldrin, dieldrin şəklində ifadə olunmuş (Aldrin, dieldrin);

2. Disulfoton (disulfoton, disulfoton sulfoksid və disulfoton sulfonun cəmi, disulfoton şəklində ifadə olunmuş) (Disulfoton);

4. Fensulfotion (fensulfotion, onun oksigenli analoqu və onların sulfonlarının cəmi, fensulfotion şəklində ifadə olunmuş) (Fensulfothion);

5. Trifeniltin kationu kimi ifadə olunan fentin (Fentin);

6. Haloksifop (haloksifop, konyuqatları da daxil olmaqla onun duzları və mürəkkəb efirlərinin cəmi, haloksifop şəklində ifadə olunmuş) (Haloxyfop);

7. Heptaxlor epoksid və trans-heptaxlor, heptaxlorkimi ifadə olunmuş (Heptachlor, trans-heptachlor);

8. Heksaxlorbenzin (Hexachlorobenzene);

9. Nitrofen (Nitrofen);

10. Ometoat (Omethoate);

11. Terbufos(terbufos, onun sulfoksid və sulfonunun cəmi, terbufos kimi ifadə olunmuş)

“Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və qaydaları”na

Təbii meyvə ekstraktları* və vanil ekstraktı

*Yalnız taxıl əsaslı əlavə qidalarda

“Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və qaydaları”na

“Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və qaydaları”na

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver