Qanunvericilik › Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. körpə - bir yaşınadək uşaq;

1.0.2. erkən yaşlı uşaq - bir yaşından üç yaşınadək uşaq;

1.0.3. ana süd ilə qidalanma - körpə və erkən yaşlı uşaqların döşlə əmizdirilməsi;

1.0.4. eksklüziv qidalanma - altı aya qədər körpələrin yalnız ana südü ilə qidalandırılması;

1.0.5. süd anası - başqa körpəni əmizdirən qadın;

1.0.6. süni qidalanma - ana südü olmadıqda körpələrin və erkən yaşlı uşaqların süni qida qatışıqları ilə qidalandırılması;

1.0.7. süni qida məhsulu - körpələrin və erkən yaşlı uşaqların qidaya tələbatını ödəyən və onların fizioloji xüsusiyyətlərinə uyğunlaşdırılan, ana südünü qismən əvəz edən qida qatışığı;

1.0.8. qida formulu - altı aylığa qədər körpələrin (bir nömrəli qida formulu) və altı aylıqdan üç yaşınadək uşaqların (iki nömrəli qida formulu) qidaya tələbatını ödəmək üçün nəzərdə tutulan, ana südünü qismən əvəz edən heyvan və ya bitki mənşəli qida qatışığı;

1.0.9. əlavə qida - ana südü, yaxud süni qida məhsulu və ya qida formulu altı aydan yuxarı körpələrin və ya erkən yaşlı uşaqların qidaya tələbatını tam ödəmədikdə onlara əlavə olaraq verilən sənaye üsulu ilə və ya ev şəraitində hazırlanan qida məhsulu;

1.0.10. distribütor - süni qida məhsullarının yayılmasını (satışını, reklamını, təbliğini və s.) həyata keçirən fiziki və ya hüquqi şəxs;

1.0.11. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar - “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş texniki normativ hüquqi aktlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver