5.1. Hamilə qadınların və uşaq əmizdirən anaların sosial müdafiəsi onlara düzgün əmək, istirahət və qidalanma rejiminin yaradılmasından, vaxtlı-vaxtında profilaktik və tibbi-sanitariya yardımı göstərilməsindən, stress yaradan amillərin aradan qaldırılmasından, ana patronajı xidmətinin həyata keçirilməsindən, təbliğat işinin aparılmasından, döşlə əmizdirmə ilə bağlı tibbi maarfiləndirmədən, eləcə də digər tədbirlərdən ibarətdir.
5.2. Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən əlavə aylıq müavinət verilir. Müavinətin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.
5.3. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan analardan doğulmuş körpələr qida məhsulları ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada pulsuz təmin olunurlar.