Qanunvericilik › Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Süni qida məhsullarına qoyulan tələblər

Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının minimum keyfiyyəti və təhlükəsizliyinə dair tələblər, onların istehsalı, emalı, dövriyyəsi və utilizasiyası şərtləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, habelə Ümumdünya Səhiyyə Təşkilatının bu sahədə olan qaydalarına cavab verməlidir.

7.3. Azərbaycan Respublikasına idxal edilən və ya respublikada istehsal olunan süni qida məhsullarının üzərindəki informasiyalar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsindən irəli gələrək aşağıdakı tələbləri ödəməlidir:

7.3.1. digər dillərlə yanaşı Azərbaycan dilində olmalı;

7.3.2. ana südünün üstünlüyü qeyd olunmalı;

7.3.3. “ana südünə oxşar” və ya “ana südünün əvəzedicisi” ifadəsindən istifadə edilməməli;

7.3.4. yalnız həkim məsləhəti ilə istifadə edilə bilməsi haqqında təminatı əks etdirməli;

7.3.5. qidanın düzgün hazırlanması və saxlanması haqqında qeydlər olmalı;

7.3.6. məhsulun istifadəyə yararlılıq müddəti və istehsal tarixi göstərilməli;

7.3.7. məhsulun istehsalçısının adı və ünvanı göstərilməli;

7.3.8. quru məhsulun hər 100 qramında, hazır məhsulun isə hər 100 millilitrində kilocoul və (və ya) kilokalori ilə ifadə olunmuş enerji dəyəri, onun tərkibində əsas inqrediyentlərin heyvan və ya bitki mənşəli olması qeyd olunmalı və onların miqdarı müvafiq olaraq azalan nisbətdə göstərilməli;

7.3.9. məhsulun kimyəvi tərkibi haqqında məlumatı əks etdirməli;

7.3.10. məhsulun adı və növü;

7.3.11. məhsulun miqdarı (çəkisi).

7.4. Qida formullarının üzərində onların hazırlanması üsullarını göstərən qrafik təsvirlərdən istifadə edilə bilər.

7.5. Süni qida məhsullarının Azərbaycan Respublikasına üçüncü ölkədən idxalı qadağandır.

7.6. Bu Qanunun tələblərinə cavab verməyən süni qida məhsulunun istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver